Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-308/2021 26.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin – Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC – Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 710 (yeddi yüz on) manat əsas borc və 180 (bir yüz səksən) manat məbləğində dəbbə pulu borcu olmaqla, ümumilikdə 890 (səkkiz yüz doxsan) manat məbləğində borcun və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq, İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış 08 mart 2020-ci il tarixli M.28/164 nömrəli müqaviləyə əsasən ona 900 (doqquz yüz) manat nominalında «İdeal Taksit» kartı verilmiş və həmin kart vasitəsilə müvafiq məbləğdə məhsul alaraq hər ay 180 (bir yüz səksən) manat olmaqla beş ay ödəniş etmək öhdəliyi müəyyənləşdirilmişdir. Cavabdeh müvafiq kartdan istifadə edərək 900 (doqquz yüz) manat dəyərində alış-veriş etmişdir. Bundan sonra Lakin Cavabdeh aprel ayının ödənişini 04 iyun 2020-ci il tarixdə 180 (bir yüz səksən) manat, may ayının ödənişini 05 avqust 2020-ci il tarixdə 10 (on) manat, növbəti aylar üçün heç bir ödəniş etməmiş, nəticədə şirkət qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Bununla cavabdehin ümumi ödəmədiyi əsas məbləğ 710 (yeddi yüz on) manat təşkil etmiş və 135 (bir yüz otuz beş) gün gecikməsi olmuşdur. Müqavilənin 6.2-ci bəndinə əsasən gecikdirmənin hər günü üçün qalıq borcun 0,3%-i məbləğində olmaqla 287 (iki yüz səksən yeddi) manat məbləğində dəbbə pulu hesablanmışdır. Müqavilənin həmin bəndinin tələbinə əsasən dəbbə pulunun ümumi məbləği alman malın (göstərilən xidmətin) ümumi dəyərindən çox ola bilməz. Bu tələb nəzərə alındıqda hesablanmış dəbbə pulunun 287 (iki yüz səksən yeddi) manat olan hissəsi cavabdeh tərəfindən ödənilməlidir. Cavabdehin ödəməli olduğu əsas borc 710 (yeddi yüz on) manat əsas borc və hesablanmış dəbbə pulunun bir qismi olan 180 (bir yüz səksən) manat, ümumilikdə 890 (səkkiz yüz doxsan) manat təşkil edir. Şirkət tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə telefon vasitəsilə şifahi formada, o cümlədən yazılı bildiriş göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan müqavilə üzrə əsas borc və hesablanmış dəbbə pulu haqqında məlumat verilmiş və onların 10 (on) gün ərzində şirkətə ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11.11.2020-ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin – Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş iddia icraatına keçirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdehnun iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 08.03.2020-ci il tarixli, M.28/164 saylı “ideal taksit” kartından istifadə üzrə müqavilədən görünür ki, Cavabdeh 900 manat nominalında “İdeal Taksit" plastik kartını əldə edərək müəyyən olunmuş müddətdə (kartın əldə edildiyi gün, istisna hallarda kart əldə edildikdən sonrakı 3 gün ərzində) "İcraçı”ya məxsus mağazalarda istifadə etməyi, "icraçı” isə qeyd edilən kartlardan özünə məxsus mağazalarda maneəsiz istifadə üçün "Sifarişçi"-yə şərait yaratmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən “Sifarişçi”nin müqavilə üzrə ödənişləri müəyyən olunmuş vaxtda və tam olaraq ödəmədiyi hallar üzərinə götürdüyü öhdəliyin tam və lazımınca icra olmadığı hallardan hesab olunur və gecikdirmənin hər günü üçün qalıq borcun 0.3 (sıfır nöqtə üç)%-i məbləğində dəbbə pulu hesablanır. Dəbbə pulunun ümumi məbləği alınan malın (göstərilən xidmətin) ümumi dəyərindən çox ola bilməz. İş materiallarında olan 27 oktyabr 2020-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh 08 mart 2020-ci il tarixli M.28/164 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcu 710 (yeddi yüz on) manat, ödənilməmiş əsas borca hesablanmış dəbbə pulu borcu 287 (iki yüz səksən yeddi) manat təşkil edir. İddiaçı MMC əlavə olaraq bəyan edir ki, 710 (yeddi yüz on) manat əsas borc və hesablanmış dəbbə pulunun bir qismi olan 180 (bir yüz səksən) manat, ümumilikdə 890 (səkkiz yüz doxsan) manat məbləğində pul ödənildiyi halda Cavabdeh şirkət qarşısında icra olunmamış öhdəliyi qalmayacaqdır. İş materiallarında olan 26.08.2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh Banka olan borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı haqqında xəbərdar olunmuşdur. İş materialları ilə müəyyən olunur ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 08.03.2020-ci il tarixli, M.28/164 saylı “ideal taksit” kartından istifadə üzrə müqaviləyə əsasən Cavabdeh 900 manat nominalında “İdeal Taksit" plastik kartını əldə edərək müəyyən olunmuş müddətdə (kartın əldə edildiyi gün, istisna hallarda kart əldə edildikdən sonrakı 3 gün ərzində) “İcraçı”ya məxsus mağazalarda istifadə etməyi, "icraçı” isə qeyd edilən kartlardan özünə məxsus mağazalarda maneəsiz istifadə üçün "Sifarişçi"-yə şərait yaratmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh öz üzərinə götürdüyü öhdəliklərini lazımınca icra etməmiş və nəticədə borc yaranmışdır. Hazırda iddiaçı cavabdehdən 27 oktyabr 2020-ci il tarixinə 710 (yeddi yüz on) manat əsas borc və 180 (bir yüz səksən) manat məbləğində dəbbə pulu borcu olmaqla, ümumilikdə 890 (səkkiz yüz doxsan) manat məbləğində borcun ödənilməsini tələb edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə qeyd edir ki, Cavabdeh İddiaçı MMC ilə “ideal taksit” kartından istifadə üzrə müqavilə bağlayaraq, üzərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişlərini vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən MMC qarşısında məsuliyyət-cavabdehlik daşıyır. Belə olan halda MMC-nin məhkəmə qaydasında Cavabdeh 710 (yeddi yüz on) manat əsas borcunun ödənilməsini tələb etməsi tam əsaslıdır. Odur ki, iddiaçı əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə iddia ərizəsinin “180 (bir yüz səksən) manat məbləğində dəbbə pulu borcunun tutulması” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, kredit müqaviləsindən irəli gələn 710 (yeddi yüz on) manat məbləğində əsas borcunun müəyyən olunduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış “180 (bir yüz səksən) manat məbləğində dəbbə pulu məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və həmin dəbbə pulunun azaldılaraq 20 (iyirmi) manat məbləğində müəyyən edilməsinin cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə qismən təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi Cavabdeh tutularaq iddiaçıya ödənilməli, 10 (on) manat hissəsi iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 710 (yeddi yüz on) manat əsas borc və 20 (iyirmi) manat dəbbə pulu borcu olmaqla, ümumilikdə 730 (yeddi yüz otuz) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi tutulmalı, dövlət rüsumunun 10 (on) manat hissəsi iddiaçıya aid edilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə 710 (yeddi yüz on) manat əsas borc və 20 (iyirmi) manat dəbbə pulu borcu olmaqla, ümumilikdə 730 (yeddi yüz otuz) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-308/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-308/2021
26.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver