Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-319/2021 19.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi ilə, İlkin iddia üzrə ddiaçı İddiaçı iştirakı ilə, İlkin iddia üzrə İddiaçı - cavabdehlər Cavabdeh1 və X2 qarşı «mənzildən çıxarılma» tələbinə dair ilkin iddiası, habelə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdehlər Cavabdeh1 və X2 qarşı «mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin və onun uşağı X1 ünvan 3 mənzil 1 ünvanından çıxarılması və həmin mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, ünvan 3 mənzil 1-i iddiaçının anası bağışlama müqaviləsi ilə iddiaçıya bağışlamışdır və hazırda iddiaçı həmin mənzilin mülkiyyətçisidir. Həmin mənzildə iddiaçının anası və iddiaçının bacısı və bacısı uşaqları ilə birlikdə yaşayır. Bakı şəhəri, Naxçıvani küçəsi ev 5, mənzil 103 ünvanında iddiaçının anasının adına xüsusi mülkiyyət var idi. İddiaçının atası ilə anası ayrılmışdırlar. İddiaçının atası Yasamal rayonu, Novaya küçəsi 10 ünvanında yaşayır. İddiaçı Ukrayna Respublikasında olarkən iddiaçının anası Bakı şəhəri, Naxçıvani küçəsində yerləşən 5 saylı evin 103 nömrəli mənzilini satmışdır. İddiaçı və bacısı vərəsə olduqları üçün iddiaçının anası həmin evdən onlara düşən payı iddiaçıya və bacısına ayrı-ayrılıqda vermək qərarına gəlmişdir. Bu səbədən iddiaçının anası iddiaçının bacısına Bakı şəhəri, İnqilab küçəsində iddiaçının ünvanını təm bilmədiyi mənzil almış, ünvan 3 mənzil 1-i isə iddiaçıya bağışlamışdır. İddiaçının bacısına çatası pay verildikdən sonra o, ünvan 3 mənzil 1-dən çıxmaqdan imtina etmişdir. Cavabdeh hal-hazıradək həmin mənzildən çıxmamışdır. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur. Eyni zamanda Cavabdeh1 qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, onun ünvan 3 mənzil 1 ünvanına istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, qeyd olunan mənzildə Natəvan öz uşaqları ilə birlikdə 2007-ci ildən yaşayır. Həmin mənzilə köçməzdən qabaq o, anası və digər ailə üzvləri Bakı şəhəri, Naxçıvani küçəsi bina 5, mənzil 103 ünvanında yaşamışdırlar. 2007-ci ildə həmin mənzili satıb sözügedən mənzili almışdırlar. Ev anasının adına rəsmiləşmişdir. Sonradan anası sözügedən mənzili onun qardaşı Rəşadın adına rəsmiləşdirmək istədiyini bildirdikdə Natəvan buna heç bir etiraz etməmişdir. Bundan başqa Bakı şəhəri, Naxçıvani küçəsi bina 5, mənzil 103 ünvanında yerləşən mənzil satıldıqdan sonra həmin pul ilə yalnız sözügedən mənzil alınmışdır və Rəşadın iddia ərizəsində qeyd etiyinin əksinə olaraq Natəvana heç bir mənzil alınmamışdır. Qeyd olunanlara əsasən qarşılıqlı iddia tələbinin təmin olunması xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə iddiaçı ilkin iddia tələbini müdafiə edərək onun təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə təmin olunmamasını məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməklə məhkəməyə çağırılmasına baxmayaraq məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə iş materiallarını araşdırıb və Az. Res. MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq hesab edir ki, işə onların iştirakı olmadan baxıla bilər. Məhkəmə ilkin iddia üzrə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ilkin iddia əsaslı olduğundan təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyeyestrindən verilmiş Çıxarışdan görünür ki, ünvan 3 mənzil 1 xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüquq üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan ******* nömrəli arayışda ünvan 3 mənzil 1-də iddiaçı ilə yanaşı Səlim-zadə Fəridə Balabəy qızının qeydiyyatda olduğu qeyd edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisəli ünvan 3 mənzil 1 İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdehlər Cavabdeh1 və X3 ilkin iddia üzrə iddiaçıya məxsus mənzilə hər hansı hüquqları müəyyən edilmədən, iddiaçının iradə ifadəsinə zidd və onun razılığı olmadan yaşamaqla, həmin mənzildən istifadə edir. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz». Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülki Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Məhkəmə hesab edir ki, mübahisəli mənzil xüsusi mülkiyyət hüququ üzrə ilkin iddia üzrə iddiaçının adına reyestrdə qeydə alındığı üçün, iddiaçı mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir, habelə hüquqlarını həyata keçirmə istəyi qanunidir. İlkin iddia üzrə iddiaçının xüsusi mülkiyyətində olan mənzilə dair hüququ cavabdeh tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. Bundan başqa Cavabdeh1 ünvan 3 mənzil 1 ünvanında yerləşən mənzilə dair xx.xx.2020-ci il tarixdə bağışlanma müqaviləsi bağlanarkən yaşayış sahəsindən istifadə hüququndan imtina etməklə həmin yaşayış sahəsinə olan istifadə hüququnu itirmişdir. Odur ki, ilkin iddia üzrə iddiaçının cavabehin ona məxsus mənzilin boşaldılmasını və həmin mənzilə köçürülməsini tələb etməkdə haqlıdır, buna görə də ilkin iddia tələbi əsaslı olduğundan təmin edilərək, ilkin iddia üzrə cavabdehlər mübahisəli mənzildən çıxarılmalı və mənzil boşaldılaraq ilkin iddia üzrə iddiaçıya təhvil verilməli, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 222-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilsin. Cavabdeh1, X3 və X4 ünvan 3 mənzil 1 ünvanından çıxarılsınlar və həmin mənzil boşaldılaraq İddiaçı təhvil verilsin. Qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi və ya alındığı gündən 1 (bir) ay müddətində Səbail rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №2(009)-319/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-319/2021
19.02.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver