Məhkəmə qərarları › İş №2(009)-32/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-32/2021

12.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-32/2021 12.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi İlkin iddia üzrə İddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakları ilə , İlkin iddia üzrə İddiaçı – ilkin iddia üzrə Cavabdeh qarşı «kompensasiya ödəmək şərti ilə mənzildən istifadə hüququna xitam verilməsi» tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak hesab ediləsi” barədə qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı «kompensasiya verilməklə yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilin bazar qiyməti ilə satışından əldə olunan vəsait hesabına cavabdehə 10.000 manat kompensasiya vermək yolu ilə mənzildən istifadə və yaşayış hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda Cavabdeh – İddiaçı qarşı «birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, 55 saylı evin 35 saylı mənzilinin cavabdehlə onun arasında bölünməsi və mənzilin 1/2 hissəsinə onun mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir İlkin iddia üzrə iddiaçı xx xxxx 2021-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, ilkin iddia üzrə icraata xitam verilməsini xahiş etmişdir. Eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçı məhkəmə iclasında ərizə ilə müraciət edərək, qarşılıqlı iddia üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə iddiaçı ərizəsinin təmin olunmasını xahiş etmiş və qarşı tərəfin ərizəsinin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak etmiş qarşılıqlı iddia üzrə iddiaçı ərizəsinin təmin olunmasını xahiş etmiş və qarşı tərəfin ərizəsinin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia üzrə iddiaçının və qarşılıqlı iddia üzrə iddiaçının iddia tələbindən imtina etməsi qəbul edilərək, iş üzrə icraata xitam verilməli, eyni zamanda tərəflərə Azərbaycan Respublikası MPM-nın 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nın 52-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. İddiaçının iddiadan imtina etməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə bu hərəkəti qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191-ci maddəsinə əsasən iddiadan imtina etmə, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Hakim iddiaçının iddiadan imtina etməsini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbindən imtina etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də, məhkəmə iddiadan imtinanın qəbul olunmasını və Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin məzmunu izah edilməklə iş üzrə icraata xitam verilməsini mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nın 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 191, 261-264, 267-268ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İlkin iddia üzrə İddiaçı – ilkin iddia üzrə Cavabdeh qarşı «kompensasiya ödəmək şərti ilə mənzildən istifadə hüququna xitam verilməsi» tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak hesab ediləsi” barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə ilkin iddia üzrə İddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ərizəsi təmin edilsin. İlkin iddia üzrə İddiaçı – ilkin iddia üzrə Cavabdeh qarşı «kompensasiya ödəmək şərti ilə mənzildən istifadə hüququna xitam verilməsi» tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak hesab ediləsi” barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə icraata xitam verilsin. İlkin iddia üzrə iddiaçıya və qarşılıqlı iddia üzrə iddiaçıya izah olunsun ki, Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 gün müddətində Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar