Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-320/2021 22.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi Abbasova Gülnarə Güləli qızının katibliyi ilə Ərizəçi, Maraqlı şəxslər Maraqlı şəxs4 və Maraqlı şəxs3 iştirakı ilə Ərizəçi Bakı şəhəri 2 saylı Notariat Ofisi, 28 saylı Notariat Ofisi, Maraqlı şəxs4 və Maraqlı şəxs3 maraqlı şəxs qismində cəlb edilməklə mirasın qəbul faktının müəyyən edilməsi tələbinə dair ərizəsinə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə Səbail rayon məhkəməsinə müraciət edərək mərhum anası Baxşəliyeva Sara Adıgözəl qızından miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Şüvələn qəsəbəsi, 796Q saylı bağ sahəsinin onun tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməsi və həmin qətnamənin ona Bakı şəhəri, Xəzər rayonu, Şüvələn qəsəbəsi, 796Q saylı bağ sahəsinə miras paya dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün əsas olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvələn qəsəbəsi, 796Q saylı bağ sahəsi mərhumə anası Baxşəliyeva Sara Adıgözəl qızının adına qeydiyyata alınmışdır. O, 1989-cu ildən anası ilə həmin bağ sahəsində birgə yaşamışdır. Ondan başqa Maraqlı şəxs4 adlı qardaşı və Maraqlı şəxs3 adlı bacısı da vardır. Onlar anasından qalan miras əmlakın ona verilməsinə etiraz etmirlər. X2 xx xxxxxx 1992-ci ildə vəfat etmişdir. Anası vəfat etdikdən sonra Bakı şəhəri, Xəzər rayonu, Şüvələn qəsəbəsi, 796Q saylı bağ sahəsi onun faktiki sahibliyində olmuşdur. O, mərhumə anası Baxşəliyeva Sara Adıgözəl qızından miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Şüvələn qəsəbəsi, 796Q saylı bağ sahəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Bakı şəhəri 2 saylı Notariat ofisinə müraciət etmişdir. Bakı şəhəri 2 saylı Notariat kontorunun xx xxxxxxxx 2017-ci il tarixli, 337 nömrəli məktubuna əsasən xx xxxxxx 1992-ci il tarixdə vəfat etmiş Baxşəliyeva Sara Adıgözəl qızından qalmış əmlaka dair sənədlərdə uyğunsuzluq olduğundan (ölüm haqqında şəhadətnamə Baxşəliyeva Sara Adıgözəl qızı, torpaq sahəsində dair sənəddə Baxşəliyeva Səriyə Adıgözəl qızı kimi qeyd olunmuşdur) və həmin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət ötürüldüyündən ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. Daha sonra o, Baxşəliyeva Sara Adıgözəl qızı ilə Baxşəliyeva Səriyə Adıgözəl qızının eyni şəxs olması faktının müəyyən edilməsi üçün məhkəməyə ərizə ilə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-444/2020 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən onun ərizəsi təmin edilərək Baxşəliyeva Sara Adıgözəl qızı ilə Baxşəliyeva Səriyə Adıgözəl qızının eyni şəxs olması faktının müəyyən edilmişdir. Qeyd etmək istəyir ki, o, faktiki olaraq sözügedən miras əmlakı qəbul etmiş və bu fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə iclasında Ərizəçi tələbi müdafiə edərək ərizədə göstərilənlərə uyğun izahat verib ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs4 izahatında göstərdi ki, Ərizəçi onun qardaşıdır, o, anasından qalan miras əmlakın qardaşı Ərizəçi verilməsinə etiraz etmir. Bağ sahəsi anasının adına qeydiyyatdan keçirilsə də, həmin bağ sahəsindəki evi onun qardaşı Baxşəli tikmiş, həmin bağda anası ilə birlikdə qardaşı Baxşəli yaşamış və bağı idarə etmişdir. X2 xx xxxxxx 1992-ci ildə vəfat etmişdir. Anası vəfat etdikdən sonra Bakı şəhəri, Xəzər rayonu, Şüvələn qəsəbəsi, 796Q saylı bağ sahəsi qardaşı Ərizəçi faktiki sahibliyində olmuşdur və hal-hazırda da, sahibliyindədir. Bakı şəhəri, Xəzər rayonu, Şüvələn qəsəbəsi, 796Q saylı bağ sahəsinə dair heç bir təmənnası yoxdur və heç bir vaxt da olmayacaq. Məhkəmə iclasında Maraqlı şəxs3 Maraqlı şəxs4 izahatı ilə eyniyyət təşkil edən izahat verərək bildirdi ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvələn qəsəbəsi, 796Q saylı bağ sahəsindəki evi onun qardaşı Baxşəli tikmiş, həmin bağda anası ilə birlikdə qardaşı Baxşəli yaşamış və bağı idarə etmişdir, hal-hazırda da həmin bağda qardaşı Baxşəli yaşayır. Onun Bakı şəhəri, Xəzər rayonu, Şüvələn qəsəbəsi, 796Q saylı bağ sahəsinə dair heç bir təmənnası yoxdur və ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə digər maraqla şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri 28 saylı Notariat Ofisi məktub ünvanlayaraq işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxıb, ərizəçinin, və maraqlı şəxslərin izahatını dinləyib, işdə olan sübutları tədqiq edib, hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan AZ-İ 860886 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Baxşəliyeva Sara Adıgözəl qızı xx xxxxxx 1992-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 1992 ilin noyabr ayının 20 günündə 812 № ilə qeyd edilmişdir. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1939-cu ildə Ermənistanın, Sisyan rayonunda anadan olmuş, Bakı şəhəri, Səbail rayonu, X3 küçəsi, ev 48, mənzil 31 ünvanında qeydiyyatdadır. İş materialllarında olan 3J 454255 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi, 1939-cu ildə Ermənistan SSRİ, Sisyan rayonu, Qəmərli kəndində doğulmuş, atası X1, anası Baxşəliyeva Sara Adıgözəl qızıdır. İş materiallarında olan daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzərl rayonu, Şüvələn qəsəbəsi, 796Q saylı bağ sahəsi xüsusi mülkiyyət hüququ ilə Baxşəliyeva Sara Adıgözəl qızının adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 28 saylı Notariat Ofisi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2020-ci il tarixli, 555 saylı məktubdan görünür ki, təqdim etdiyiniz sənədlərə əsasən bununla bağlı Siz Bakı şəhəri 2 saylı notariat kontoruna müraciət etmişdiniz və mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət ötürüldüyü üçün qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümüunü olmamışdır. Məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Səbail rayon məhkəməsinin 2(009)-4441/2017 № li iş üzrə xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, Baxşəliyeva Sara Adıgözəl qızı ilə Baxşəliyeva Səriyyə Adıgözəl qızının eyni şəxs olması faktının müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsə sayılırlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə araşdırması zamanı Bakı şəhəri, Xəzər rayonu, Şüvələn qəsəbəsi,796Q bağ sahəsində ərizəçi və onun ailə üzvlərindən başqa heç kimin yaşamaması və ərizəçidən başqa hər hansı digər şəxslərin mirası faktiki qəbul etmədiyi müəyyən edildiyindən, həmçinin qeyd edilən hallar mirasın qəbulunda maraqlı ola biləcək digər vərəsələr tərəfindən hər hansı şəkildə mübahisələndirilmədiyindən və ərizədə qeyd edilən faktlar bilavasitə onlar tərəfindən də təsdiq edildiyindən bu hallar hazırkı işin mübahisəsiz halları hesab edilməlidir. İşdə olan sübutlarla müəyyən edilir ki, Baxşəliyeva Sara Adıgözəl qızı vəfat etsə də, ondan miras qalmış pay ərizəçidən başqa vərəsələrinin heç biri tərəfindən qəbul edilməmişdir. Ərizəçi Bakı şəhəri, Xzər rayonu, Şüvələn qəsəbəsi, 796Q saylı bağ sahəsində fasiləsiz olaraq yaşayaraq həmin evdən istifadə və həmin evə sahiblik edərək bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirmiş və anasından miras qalmış payı faktiki qəbul etmişdir. Ərizəçinin qardaşı Maraqlı şəxs4 və bacısı Maraqlı şəxs3 ərizənin təmin olunmasını xahiş etmişlər. Beləliklə məhkəmə tədqiqatı nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin qanun üzrə vərəsələrin dairəsini müəyyən edən 1159-cu maddəsinin tələbləri baxımından ərizəçi 1992-ci il tarixdə ölmüş doğma anası Baxşəliyeva Sara Adıgözəl qızı və ondan miras qalmış əmlakı faktiki qəbul etmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Ərizəçi tərəfindən anası Baxşəliyeva Sara Adıgözəl qızından miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Şüvələn qəsəbəsi, 796 Q saylı bağ sahəsinin faktiki qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi tərəfindən anası Baxşəliyeva Sara Adıgözəl qızından miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Şüvələn qəsəbəsi, 796Q saylı bağ sahəsinin faktiki qəbul edilməsi faktı müəyyən edilsin. Həmin qətnamə Bakı şəhəri, Xəzər rayonu, Şüvələn qəsəbəsi, 796 saylı bağ sahəsinə müvafiq vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-320/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-320/2021
22.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver