Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-321/2021 05.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi, İddiaçının və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı - cavabdeh “xxxx” MMC-yə qarşı “işə bərpa, məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə Bakı şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdeh “xxxx” MMC-yə qarşı “işə bərpa, məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək cavabdeh şirkətdə aparıcı mütəxəssis vəzifəsində çalışmışdır. İşlədiyi müddətdə rəhbərliyin bütün tapşırıqlarını yerinə yetirmiş və işlədiyi müddətdə heç bir intizam tənbehi almamışdır. xx xxxxxxx 2020-ci il tarixli əmrlə əmək müqaviləsi ləğv edilmişdir. İddiaçı Ağdam rayonundan məcburi köçkündür və öhdəsində iki azyaşlı övladı vardır. Göstərilənlərə əsasən əvvəlki işinə bərpa olunmasını, işdən azad olunduğu müddət ərzində məhrum olduğu əmək haqqısının cavabdehdən tutulmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddianı qəbul etməyib, iddianın əsassız olduğu üçün rədd edilməsini xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, iddiaçının işdən çıxarılmasında cavabdeh tərəfindən əmək qanunvericiliyinin bütün tələblərinə riayət edilmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı xx.xx.2018-ci il tarixli cavabdehlə bağlanmış əmək müqaviləsinə əsasən “xxxx” MMC-nin mağazalar şəbəkəsinə aparıcı mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2020-ci il tarixli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən İddiaçı əmək müqaviləsinə xitam verilmişdir. İşin bu halları iş materiallarında olan ******* nömrəli əmək kitabçasının surəti və xx.xx.2020-ci il tarixli, 33k/20 nömrəli əmrin surətləri ilə təsdiqlənir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 68.1-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 11-ci maddəsinin «ə» bəndinə əsasən bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürənin əsas hüquqlarından biridir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən işəgötürənin əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək əsas hüquqlarından biri kimi müəyyən edilmişdir. Lakin məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən işçilərin sayının azaldılması və ştatların ixtisar edilməsi barədə əmr qəbul edilərkən hüquqdan sui-istifadəyə yol verilmişdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, cavabdeh təşkilat tərəfindən işçilərin sayının azaldılması Əmək Məcəlləsinin 78-ci maddəsinin tələblərinə də uyğun olmamışdır. Belə ki, AR Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci bəndinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara və xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə işdə saxlanmasına üstünlük verir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi öncədən rəsmi xəbərdar edilməlidir. Lakin iş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xəbərdarlığın surətindən görünür ki, həmin xəbərdarlığın göndərildiyi tarix göstərilməmişdir. Bundan başqa cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış iddiaçının işdən azad olunacağı ilə bağlı bildiriş isə xx xxxx 2019-cu il tarixdə, yəni işdən azad olunma barədə əmrin verilməsindən 6 gün öncə tərtib olunmuşdur. İş materiallarında olan AA seriyalı, 275592 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı məcburi köçkün kimi qeydiyyat keçmişdir. Yuxarıda göstərilən normanı (ƏM-nin 78.2-ci maddəsi) iş materialları ilə yanaşı yoxlayaraq məhkəmə qeyd edir ki, işəgötürən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verərkən iddiaçının məcburi köçkün statusu olduğunu nəzərə almamışdır. Bundan başqa cavabdeh iddiaçının peşəkarlıq səviyyəsinin yoxlanıldığını və onun peşəkarlıq səviyyəsinin aşağı olduğunu təsdiq edə biləcək heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının tutduğu vəzifədən azad edilməsi ilə bağlı əmr ləğv edildiyindən, onun əvvəlki vəzifəsinə bərpa edilməsi barədə tələb də əsaslıdır və təmin edilməlidir. Əmək Məcəlləsinin 294.1-ci maddəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “xxxx” MMC ilə İddiaçı arasında bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilməsi barədə xx xxxxxxx 2020-ci il tarixli əmr ləğv edilsin və İddiaçı əvvəlki vəzifəsinə bərpa edilsin. “xxxx” MMC tərəfindən İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhəkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-321/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-321/2021
05.02.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver