Məhkəmə qərarları › İş №2(009)-322/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-322/2021

20.05.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-322/2021 20.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev İlkin Mehman oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh1 nümayəndəsi X12, nümayəndəsi və vəkili Vəkil1, X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 28 saylı Notariat Kontoruna qarşı “vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, pay hüququnun müəyyən edilməsi” tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1, Bakı şəhəri 28 saylı Notariat Kontoruna qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X6 vəfatı ilə bağlı Bakı şəhəri, 28 saylı Notariat Ofisi tərəfindən Cavabdeh1 mərhumun yeganə vərəsəsi kimi tanınmasına dair 03.07.2012-ci il tarixdə, Reyestrdə 2V-1-67 nömrə ilə qeyd edilməklə verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında ŞƏHADƏTNAMƏ”nin ləğv edilərək onun da mərhumun vərəsəsi kimi tanınmağı, mərhum X6 Azərbaycan Respublikası, “Kapital Bankada hesab № ******* də saxlanılmış (miras) pul əmanətinin 1 /2 hissəsi üzərində onun pay hüququmun müəyyən edilərək, həmin payın Cavabdeh1 alınıb ona verilməsi, mərhum X7 miras qalmış və ünvan 1 ünvanda yerləşən evin 1/2 hissə üzərində onun pay hüququmun tanınması və bu barədə də ona “Qanun üzrə vərəsəlik hüququ haqqında ŞƏHADƏTNAMƏ” verilməsi vəzifəsinin cavabdeh, Bakı şəhəri, 28 saylı Notariat Ofisinin üzərinə qoyulması, rüsum kimi ödədiyi 30 (otuz) manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə Qətnamə, Cavabdeh1 saxta şəhadətnamə almaq üçün 3 saylı evlər idarəsindən ünvan 2 ünvanda yerləşən evdə 17.08.2009-cu ildə vəfat etmiş anası X14 ilə ikisi yaşamasına dair saxta arayış alıb, həmin arayışın əsasında notariusa yazdığı ərizəsində də, saxtakarlıq edərək özünün "yeganə vərəsə kimi təqdim etməklə" öz adına “Qanun üzrə vərəsəlik hüququ haqqında saxta ŞƏHADƏTNAMƏ” alaraq, həmin saxta şəhadətnamədə də istifadə etməsi faktında cinayət xarakterli məlumatlar olduğundan bu məsələ barəsində də Prokurora xəbər verilməsi haqqında Xüsusi Qərardad çıxarmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı xx.xx.1953-cü ildə ünvan 1 ünvanda anadan olmuş və bu barədə Bakı şəhəri, hazırki Səbail (1953-cü ildə Stalin rayonu adlanırdı) rayonunun “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı” Bürosunda, “Vətəndaşlıq vəziyyəti aktlarının və doğum haqqında qeydiyyat” kitabında 03.03.1953-cü il tarixdə, 272 nömrə altında qeydiyyat aparılmış və ona verilmiş İE Nö 936621 saylı “Doğum haqqında Şəhadətnamədə “Atası qrafasıda “X25”, “Anası” qrafasında isə X14 yazılmışdır. 18.11.1974-cü ildə o “soyadın”ı anasının soyadına “Qrinik” soyadına dəyişdirmiş və bu barədə Bakı şəhəri, hazırki Səbail rayonunun (1974-cü ildə 26 Bakı komissarları” adlanırdı) “VVAQ” şöbəsində “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabıda 18.11.1974-cü il tarixdə, 52 nömrə ilə qeydiyyat aparılmış və ona 18.11.1974-cü ildə “təkrar” verilmiş İİİ-JQ Nö 321406 saylı “Doğum haqqında Şəhadətnamədə “Atası qrafasında “X25”, “Anası” qrafasında isə X14 yazılmışdır. Doğulduğu vaxtdan hazıra kimi həmin ünvanda qeydiyyatdadır. Valideynlərinin ondan başqa, 05.04.1951-ci ildə anadan olmuş və onunla eyni ünvanda yaşayan Cavabdeh1 adlı 2-ci uşaqları da vardır və o, onun doğma bacısıdır. Atası X25 10.01.1985-ci ildə vəfat etmişdir. Anası X14 isə 17 avqust 2009-cu ildə yaşadığı ünvan 4 ünvanda vəfat etmişdir. Anası vəfat etdiyi vaxt da o da anası ilə həmin ünvanda yaşayırdı. Anaları X14 sağlığında, yəni 1994-cü ildə yaşadıqları ünvan 1 ünvanda, 0,12 ha torpaq sahəsində yerləşən evi “xüsusi mülkiyyət hüququ əsasında öz adına qeydiyyatdan keçirmiş və bu barədə 18.11.1994-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyest Xidmətinin 285 nömrəli reyestr kitabında 41400 səhifədə 30/41400 nömrə altında qeydiyyat aparılmışdır. O və doğma bacısı Cavabdeh1 ilə 17 avqust 2009cu ildə vəfat etmiş anaları X6 yeganə vərəsələridir. Anaları vəfat etdiyi vaxt “Vəsiyyətnamə” qoymamışdır. Analarının vəfatından sonra o və bacısı Cavabdeh1 faktiki olaraq vərəsəliyi qəbul etdiklərindən mənzilə görə vərəsəlik açdırmamışdırlar. Mərhum analarından miras qalmış daşınmaz əmlak olan həmin mənzilə vərəsəlik açdırıb qanuna əsasən ona çatası payı öz adına keçirmək üçün bacısı İrinaya onda qalmış Qeydiyyat vəsiqəsinin əsli götürüb notariusa getməyi təklif edəndə bacısı ona bundan çəkindirməyə başladı. Lakin sonradan bacısı oğlu X4 daim incitməyə, evdən qovmağa çalışdığını görüb qərara aldı ki, notariusa müraciət edib evlə bağlı vərəsəlik işi açdırıb payını öz adına keçirsin. Bu məqsədlə 30.10.2020-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, 28 saylı Notariat Ofisinə rəsmi ərizə ilə müraciət etmiş və 04.11.2020-ci il tarixdə vəkili vasitəsi ilə notariusdan aldığı “Vərəsəlik İşi”ndən ona məlum oldu ki, bacısı Cavabdeh1 mərhum anaları X6 adına Azərbaycan Respublikası, 'Kapital Bank”da hesab № ******* də saxlanılan pul əmanətini almaq üçün ondan gizlincə, 03 iyul 2012-ci il tarixdə “Ərizə” ilə 28 saylı Notariat ofisinə müraciət edərək, ərizəsində mərhum anaları "X2 başqa vərəsəsi olmadığını, özünün yeganə vərəsə olmasını göstərib", bu barədə də sübut kimi "3 saylı evlər İdarəsinin rəisi R.Əkbərov və qeydiyyatçı, kargüzar E.Əfəndiyeva tərəfindən imzalanmış, 758 nəmrəli, iyul 2012 ci il tarixli, möhür və ştamplı, "Verilir vətəndaş Cavabdeh1 ona görə ki, o, həqiqətən yaşayır 1952-ci ildən Badamdar qəsəbəsi, 11-ci Badamdar küçəsi, ev 6-da anası ilə birgə. X24 Fiiippovna 17.08.2009-cu il tarixdə vəfat etmişdir. Arayış verilir Dövlət Notariat Kontoruna təqdim etmək üçün" məzmunlu Arayış da təqdim etmişdir. Bu sənədlərin əsasında da 28 saylı notariatda X6 ölümü ilə bağlı 56/2012 saylı vərəsəlik işi açılmış və Cavabdeh1 mərhum X6 bank hesabındakı pulu almaq üçün notarius tərəfindən 03.07.2012-ci il tarixdə. Reyestrdə 2V-1-67 nömrə ilə qeyd edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında ŞƏHADƏTNAMƏ” verilmişdir. Bacısı Cavabdeh1 mərhum anaları X6 bank hesabındakı pulu ondan gizlincə almasına baxmayaraq, ona analarının bank hesabında qəpik-quruş pul olduğundan pulu almadığını deyirdi, indi isə məlumdur ki, o, həmin hesabda olmuş pulu özü alıb ona çatası payı verməyərək mənimsəmişdir. Odur ki, onun da mərhum X6 vərəsəsi kimi tanınaraq, mərhumun bank hesabında olmuş daşınar əmlakın-pul vəsaitinin ona çatası hissəsində pау hüququnun, həmçinin, mərhum X7 miras qalmış və ünvan 1 ünvanda yerləşən daşınmaz əmlaka-evə qanuni vərəsə kimi pay hüququnun müəyyən edilməsi zəruridir. Mərhumun vərəsələri tərəfindən miras faktiki olaraq qəbul edilməsi, vərəsələrin hər ikisinin də miras qoyulmuş daşınmaz əmlakda-evdə qeydiyyatda olmaqla orada yaşamaları ilə bağlı mirasın bölünməsi, həmçinin miras bölgüsü zamanı hüququn pozulması ilə əlaqədar olaraq bu iş üzrə iddia müddəti tətbiq edilə bəlməz və bu iş üzrə də onun hüququnun pozulmasını 04.11.2020-ci ildə bildiyindən iddia müddəti keçməmişdir. Miras qoyulmuş evin Qeydiyyat Vəsiqəsinin əsli bacısı İrinadadır və verməkdən imtina edir. Odur ki, Cavabdeh1 mərhum X6 28 saylı notariatda açılmış 56/2012 saylı vərəsəlik işi üzrə yeganə vərəsəsi kimi tanınması barədə verilmiş, 03.07.2012-ci il tarixdə, Reyestrdə 2V-1-67 nömrə ilə qeyd edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında ŞƏHADƏTNAMƏ” ləğv edilməli, onun da 17 avqust 2009 cu ildə vəfat etmiş mərhum anası X6 vərəsəsi kimi tanınmağı üçün, mərhumdan miras qalmış və Cavabdeh1 tərəfindən saxta şəhadətnamə ilə Bankdan çıxarılmış pul vəsaitinin 1/2 hissəsi və mərhumdan miras qalmış, ünvan 2 ünvanda yerləşən evin 1/2 hissəsi üzərində pay hüququnun tanınması üçün məhkəmədə iddia qaldırılmalıdır. Bundan başqa, Cavabdeh1 saxta şəhadətnamə almaq üçün 3 sayl evlər İdarəsindən ünvan 5 ünvandi yerləşən evdə 17.08.2009-cu ildə vəfat etmiş anası X14 ilə ikis yaşamasına dair saxta arayış alıb, həmin arayışın əsasında notariusa yazdığı ərizəsində də, saxtakarlıq edərək özünün "yeganə vərəsə kimi təqdim etməklə" öz adına “Qanun üzrə vərəsəlik hüququ haqqında ŞƏHADƏTNAMƏ” alaraq, həmin saxta şəhadətnamədən istifadə etməsi faktında da cinayət xarakterli məlumatlar olduğundan bu məsələ barədə də Prokurora xəbər verilməlidir (MPM maddə 265.4. Məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir). Cavabdeh iddia ərizəsinə etiraz vermiş və etirazı onunla əsaslandırmışdır ki, bütün tələblər əsassız və qanunvericiliyin maddi və prosessual malarına zidddir. 1) İddiaçı iddia tələbi üzrə həm ümumi 10 illik müddəti həm də mürasın qəbulu üçün nəzərdə tutulan 3 aylıq və 6 aylıq müddəti ötürmüşüdür. O mirası qəbul etməyib. Belə ki, X14 17 avqust 2009-cu ildə, yəni düz 11 il bundan qabaq vəfat edib. Əvvəla Mülki Məcəllənin 373.1-ci maddəsinə görə, “Ümumi iddia müddəti 10 il təşkil edir”. Yəni Mülki Məcəllədən irəli gələn bütün tələblər maksimum 10 ilin, yəni ümumi iddia müddətinin keçməsi ilə iddia müddəti ötürülmüş tələb hesab olunur. Buradan məlum olduğu kimi, iddiaçı “17 avqust 2009-cu ildə vəfat etmiş mərhum anası X6 vərəsəsi kimi tanınması” barədə tələbi ümumi 10 illik iddia müddətinin ötürülməsindən sonra irəli sürülüb. Bu səbəblə həmin tələbə etiraz edirək və həmin tələbə iddia müddətinin tətbiq olunmasını məhkəmədən xahiş edir. Bundan başqa Mülki Məcəllənin 1246-cı maddəsinə görə, “Vərəsə vərəsəliyə çağırıldığmı bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir”. Məlum olduğu kimi, iddiaçı 6 aylıq müddəti nə az, nə də çox tam 10 il 6 ay ötürüb. Bu səbəblə onun artıq mirası qəbul etmək tələbini irəli sürməsi və mərhum X14 vərəsəsi kimi tanınması mümkün deyildir. Qeyd edilən faktlar iddiaçının “17 avqust 2009-cu ildə vəfat etmiş mərhum anası X6 vərəsəsi kimi tanınması” tələbi üzrə, bu tələbə bağlı olan “mərhum X6 vəfatı ilə bağlı Bakı şəhəri 28 saylı tariat Ofisi tərəfindən X16 mərhumun yeganə vərəsəsi kimi tanınması barədə 03.07.2012-ci il tarixli Reysterdə 2V-1-67 nömrə ilə qeyd edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin” ləğv edilməsi” tələbi üzrə, “mərhum X6 Azərbaycan Respublikası Kapital Bankda hesab No: 0576497-də saxlanılmış (miras) pul əmanətinin 1/2 hissəsi üzərində payı hüququ müəyyən edilərək, həmin payın Cavabdeh1 imovnadan tutulması” tələbi üzrə, “mərhum X7 miras qalmış, Baka şəhəri ünvan 6 ünvanda yerləşən evin 1/2 hissəsi üzərində pay hüququnun tanınması və barədə ona Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin” verilməsi vəzifəsinin Bakı şəhəri 28 saylı Notariat Ofisinin üzərinə qoyulması” tələbi üzrə iddia müddətinin ötürmüş olduğunu təsdiqləyir. Məhz Azərbaycan Respublikası Mülki Məcəllənin 372-ci maddəsinə əsasən “Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır”. Mülki Məcəllənin 373.1-ci maddəsinə görə, “Ümumi iddia müddəti on il təşkil edir. Bundan başqa Mülki Məcəllənin 1246-cı maddəsinə görə, “Vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir”. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, “Məhkəmə tərəfindən iddia yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır”. Bütün bunlar onu göstərir ki, iddia ərizəsinin əsası kimi qoyulan tələblər üzrə iddia müddəti 17 avqust 2009-cu ildən işləməyə başlamış və 6 ayın keçməsi ilə yəni 18 fevral 2010-cu ildə mirasın qəbul edilməsi üzrə tələb ötdüyü kimi, hətta iddiaçı Mülki Məcəllədən irəli gələn bütün tələblər üzrə iddia müddəti olan 10 illik ümumi iddia müddətini 17 avqust 2019-cu il tarixində ötürüb. Məlum olduğu kimi, iddiaçı öz tələbini həmin tələbin əmələ gəldiyi tarixdən 11 il sonra irəli sürüb. Bu durum MM-nin normalarına zidd olduğu üçün qəbuledilməzdir və bu səbəblə iddiaçının tələbinə iddia müddətinin şamil olunmasını və iddianın rədd olunmasını xahiş etmişdir. İddiaçı mirası qəbul etməyib, əksinə 11 il susaraq mirasdan imtina edib, hal-hazırda belə bir iddia qaldırması mülki hüquqlardan sui-istifadədir. Belə ki, iddiaçının 11 ildən çox gözlədikdən sonra bu iddia qaldırmasının səbəbi onun anasına olan həmin vərəsəlik hüququndan imtina etməsi ilə bağlıdır. Bu şahid ifadələri ilə təsdiq olunduğu kimi, eyni zamanda iddiaçının həmin mənzildə yaşamama faktı ilə də təsdiq olunur (belə ki, iddiaçı başqa yerdə yaşayır və bunu şahidlər də təsdiq edir). İddiaçı mirası qəbulu və ya imtinası üçün qnunun tələblərinə uyğun hərəkətlər etməyərək, yəni susaraq, öz miras hüququndan 11 il əvvəl imtina edib. Son dövrlərdə bacısı və bacısının oğlu və nəvələri ilə yaşadığı anlaşılmazlıqlar səbəbi ilə miras əmlakından imtina iradəsini dəyişdirmiş və bu iddianı bacısına qarşı qaldırmışdır, Mülki Məcəllənin 1273-1-ci maddəsinə görə, Vərəsə bu Məcəllə ilə müəyyən müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir, Yenə Mülki Məcəllənin 1262-ci maddəsinə görə, Əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onlar arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Yenə Mülki Məcəllənin 1256-cı maddəsinə görə, Vərəsə vərəsəliyə çağırıldığını və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər, səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər, Miras qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. 3) İddiaçının imtina etdiyi bir vərəsəlik hüququndan 11 il sonra məhkəmədə iddia qaldıraraq istifadə etməsi mülki hüququn sui-istifadəsidir. Belə ki, Mülki Məcəllənin 5.3-cü maddəsinə görə, Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Yenə Mülki Məcəllənin 16.1-ci maddəsinə görə, Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.1-ci maddəsinə görə, Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Yenə Mülki Məcəllənin 560.3.4-cü maddəsinə görə, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi, mülki hüquqdan sui-istifadədir. Beləliklə iddiaçının vərəsəlik hüququndan imtina etdiyi ilə bağlı cavabdehin bacısına qarşı 11 il sərgilədiyi əvvəlki rəftar bacısından belə güvən meydana gətirib ki, iddiaçı bu tələbi irəli sürməyəcək. Lakin iddiaçı, bacısının güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququnu həyata keçirilib ki, bu tam mənasında mülki hüququn sui-istiafədsədidir və qəbul edilməzdir. 4) İddiaçı ilə cavabdehin ümumi anaları X5 3-cü bacıları da var ki, iddiaçı onun varlğını da məhkəmədə gizlədir. Bu durum da onun hüquqlarından sui istifadə etdiyini sübut edir. Belə ki, iddiaçı, iddia ərizəsində iddiaçı və cavabdehin iki bacı olduğu mənasını meydana gətirən məlumatlardan istifadə olunur. Lakin cavabdehin verdiyi məlumatdan məlum olur ki, iki bacı deyil, onlar üç bacıdılar. Yəni iddiaçı və cavabdehdən başqa 01.07.1947-ci il təvəllüdlü X21 da onların doğma bacısıdır, onun da anası X9 və hal hazırda xaricdə yaşayır. Vəkil sorğusu verərək Səbail rayon qeydiyyat şöbəsindən 01.07.1947-ci il təvəllüdlü X19 doğum haqqında şəhadətnaməsindən çıxarışın məhkəməyə təqdim edilə bilməsi üçün bizə təqdim olunmasını xahiş etdik, məhkəmədə vəsatətimizi təmin edib və Səbail rayon qeydiyyat şöbəsindən sorğunun cavabı gözlənilir. Hələlik rayon qeydiyyat şöbəsindən bir cavab gəlməyib. Bununla birlikdə qeyd edək ki, iddiaçı 2-ci bacısı 01.07.1947-ci il təvəllüdlü X19 varlığın məhkəmədən gizlədərək, mülki hüquqlardan sui istifadə etdiyini sübut edir. Məhkəmə iclasında İddiaçı, nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi X12, nümayəndəsi və vəkili Vəkil1 etiraz ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdeh Bakı şəhəri 28 saylı notariat ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, ofisin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə kontorun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdeh notariat ofisinin nümayədəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir Məhkəmə tərəflərin, nümayəndəsi və vəkillərinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X22 xx.xx.1953-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında X25, ana qrafasında X14 qeyd edilmişdir. İş materiallarında olan AЗ seriyalı 007819 nömrəli ad və ya soyadın dəyişdirilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X17 soyadı Qrinik soyadına dəyişdirilmişdir. İş materiallarında olan AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1953-cü il tarixdə ünvan 7 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti başçısının aparatı texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsinin Qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, 11-ci Patamdart küçəsi 6 nömrəli yaşayış evi X10 adına xüsusi mülkiyyət kimi 18.11.1994-cü il tarixdə hüquqi qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan AZ-İİ 104888 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X25 10.01.1985-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan AZ-İİ 120420 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 17.08.2009-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan 28 saylı Notariat Kontoru tərəfindən verilən 2V-1-67 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 vərəsəlik şəhadətnaməsi verilmişdir. İş materiallarında olan doğum aktı qeydindən görünür ki, Qnida Larisa iyul 1947-ci il tarixdə anadan olmuşdur. Ata qrafasında X25, ana qrafasında X14 qeyd edilmişdir. İş materiallarından görünür ki, X6 №0576497 bank hesabında əmanət (934) var. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, vərəsəlik hüququ Mülki Məcəllədə nəzərdə tutulmuş və qayda olaraq imperativ xarakter daşıyan normalarla müəyyən olunur və bu qaydalardan kənara çıxılması yolverilməzdir. Mülki Məcəllənin 1243-cü maddəsinə görə, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə görə isə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qanunvericiliyə əsasən mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Miras əmlakının faktiki surətdə qəbul olunması dedikdə, vərəsə tərəfindən miras əmlaka münasibətdə müxtəlif hərəkətlərin məcmusu anlaşılmalıdır. Vərəsənin miras evdə yaşaması həmin hərəkətlərdən biri kimi qiymətləndirilir və buna görə də həmin halın mövcud olması şəraitində mirasın faktiki surətdə qəbul edilməsi haqqında nəticə kifayət qədər əsaslı hesab olunur. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin G.Qəhrəmanovanın şikayəti üzrə 18 iyul 2014-cü il tarixli Qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Miras qoyana məxsus olan və miras əmlakın kütləsinə daxil olub-olmaması müəyyən olunmayan, təyinatına görə ailənin ümumi istifadəsi üçün nəzərdə tutulmuş əşyaların qəbul edilməsi və ya miras qoyan tərəfindən vərəsəyə verilməsi məqamının mirası qəbul etmə kimi qiymətləndirilməsi mülki işin qanuni həlli baxımından qənaətbəxş hesab oluna bilməz. İşin bu qaydada həll edilməsi isə əks tərəfin Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş hüququnun pozulmasına səbəb olur. Həmin Qərarda daha sonra göstərilir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Bu mənada məhkəmə hesab edir ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin, eləcə də həmin şəhadətnamə əsasında verilmiş çıxarışın ləğvi məsələsi həll edilərkən ilk növbədə iddia qaldırmış şəxsin (o cümlədən digər qanuni vərəsələrin) miras əmlakı qəbul edib-etməmələri (rəsmi və ya faktiki) faktı müəyyən olunmalıdır. Burada diqqətə alınmalı məqam isə ondan ibarətdir ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququna verilmiş təminat vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin qorunmasına və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Başqa sözlə, mirasın faktiki qəbulu məsələsi həll edilərkən sosial ədalətlilik və mütənasiblik prinsipi rəhbər tutularaq tərəflərin hüquqları arasında ədalətli balans qurulmalı, hər hansı fərdin üzərinə əlavə yük qoyulmamalı, eləcə də tərəflərdən hər hansı birinin mülkiyyət hüququ əsassız məhdudlaşdırılmamalıdır. Belə ki, mirasın rəsmi surətdə qəbulu üçün qanunvericilikdə müddət müəyyən olunsa da, faktiki qəbulu üçün müddət müəyyən edilməmişdir. Mirasın faktiki qəbulu müddətlə məhdudlaşdırılmayaraq, konkret hərəkətlərdə ifadə olunur. Mirasın rəsmi qəbulu müddəti ilə iddia müddəti ayrı-ayrı anlayışlar olduğuna görə bunları eyniləşdirmək düzgün deyildir. Ümumiyyətlə, mirasın faktiki qəbuluna iddia müddəti şamil oluna bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 oktyabr 2012-ci il tarixli (Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 06 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanmasına dair) Qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, miras əmlaka qanunla müəyyən olunmuş qaydada mülkiyyət hüququnu əldə etmiş və onu dövlət qeydiyyatından keçirmiş şəxslərin belə hüququ ilə bağlı məsələlərin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməmək, bu cür məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmaq vəzifəsini daşıyırlar. Mirasın faktiki olaraq qəbul edilməsi araşdırılarkən nəzərə alınmalıdır ki, mirasın qəbulu birtərəfli, könüllü əqddir və özünün miras əmlak əldə etmək və almaq niyyətini açıq şəkildə göstərən hərəkətlərdə ifadə olunur. Bu hərəkətlər əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı hesab oluna bilər. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, 11-ci Patamdart küçəsi 6 nömrəli yaşayış evi qeydiyyat vəsiqəsinə əsasən 17.08.2009-cu il tarixdə vəfat etmiş X10 xüsusi mülkiyyətində olmuşdur. X15 vəfat edərkən 3 qanun üzrə vərəsəsi olmuşdur – İddiaçı, Cavabdeh1 və X21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyan) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. MM-nin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. MM-nin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. MM-nin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. MM-nin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. MM-nin 1248.1.-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məhkəmə bildirir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmə 05.03.2021-ci il tarixdə X11 miras qalmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 11-ci Badamdar küçəsi, 6 saylı evə baxış keçirərkən, iddiaçı ilə cavabdehin öz aralarında miras qalmış əmlakdakı paylarını faktiki qəbul edərək ayırdıqlarını, hər iki tərəfin faktiki ayırdıqları paylara əlavə tikililər tikdiklərini və hər iki mənzilin giriş qapısının ayrı olduğunu müəyyən etmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Bakı şəhər 28 saylı notariat kontoru tərəfindən verilmiş 03.07.2012-ci il tarixli, 2V-1-67 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə miras qoyan X10 öldüyü məqamadək məxsus olan bəzi əmlak daxil edilməmişdir. Məhkəmə iddia müddətinin tətbiqi barədə Cavabdeh1 ərizəsinə hüquqi qiymət verərək hesab edir ki, İddiaçı ilə Cavabdeh1 mərhum anaları X11 miras qalmış əmlakı faktiki qəbul edərək hal-hazıradək yaşadıqlarından, iddia tələbində qeyd etdiyi halları 30.10.2020-ci il tarixdə bildiyindən və bildiyi gündən bir ay keçməmiş mübahisə etdiyindən iddia müddəti ötürülməmişdir. Göründüyü kimi, notariat kontoru tərəfindən vərəsəlik haqqında şəhadətnamənin verildiyi tarixə miras əmlakda Cavabdeh1 payının 1/3, qalan payların açıq saxlanılmalı olduğu halda,notarius Cavabdeh1 payını tam şəklində müəyyən etmişdir. Odur ki, Bakı şəhəri 28 saylı Dövlət Notariat Kontoru tərəfindən 03.07.2012-ci il tarixli, 2V-1-67 nömrə ilə reyestrdə qeyd edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən iddiaçı və digər vərəsələrin konstitusion səviyyədə müdafiəsinə və toxunulmazlığına təminat verilən mülkiyyət hüququnun əsassız şəkildə pozulduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, 03.07.2012-ci il tarixli, 2V- 1-67 saylı vərəsəlik şəhadətnaməsi etibarsız hesab edilərək ləğv edilməli, mərhum X6 “Kapital Bank” da hesab №0576497 saxlanılmış pul əmanətinin və ünvan 9 ünvanda yerləşən mənzilin 1/3 hissəsinə İddiaçı, 1/3 hissəsinə Cavabdeh1, 1/3 hissəsinə isə X18 vərəsəlik hüququ tanınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsasən 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən, məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Hazırki mülki iş üzrə tərəflərin əməllərində cinayət əlamətləri aşkar edilmədiyindən xüsusi qərardad çıxarılması üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 10 manatı cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. 03.07.2012-ci il tarixli, 2V-1-67 saylı vərəsəlik şəhadətnaməsi etibarsız hesab edilsin. Mərhum X6 “Kapital Bank” da hesab №0576497 saxlanılmış pul əmanətinin və ünvan 9 ünvanda (qeydiyyat vəsiqəsi 11-ci Patamdart küçəsi 6 saylı ev) yerləşən mənzilin 1/3 hissəsinə İddiaçı, 1/3 hissəsinə Cavabdeh1, 1/3 hissəsinə isə X18 vərəsəlik hüququ tanınsın. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 10 manatı Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar