Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-325/2021 20.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı X7 - Cavabdehnə (Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “ödənilmiş pulun qaytarılması” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X11 - Cavabdehnə (Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “ödənilmiş pulun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan 2017/2018 və 2018/2019-cu tədris illəri üçün qanunsuz alınmış 5000 (beş min) manat məbləğində təhsil haqqının və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, o, 2017-ci il tarixdə X10 tərəfindən Ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında 554 bal toplayaraq Cavabdeh (UNEC) “Maliyyə və mühasibat” fakültəsinin “Mühasibat uçotu və audit” ixtasasına ödənişli (illik təhsil haqqı 2500 manat olmaqla) əsaslarla qəbul olunmuşdur. Hal-hazırda qeyd edilən universitetin 4-cü kurs tələbəsidir. X1 Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olduğundan Azərbaycan Respublikasının Prezidentinin 18 mart 2014-cü il tarixli sərəncamına əsasən o, təhsil haqqından azad edilməli idi. Belə ki, 24 sentyabr 2019-cu il tarixli, 7317 nömrəli “Xəstəlik haqqında şəhadətnamə”dən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 30.08.2016-cı il tarixli, 7JW727T0001 nömrəli müayinə barədə məlumatından və Dövlət Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair 16.12.2019-cu il tarixli müayinə barədə məlumatından görünür ki, X1 19.10.1996-cı il tarixdə döyüş tapşırığını yerinə yetirərkən mina partlaması nəticəsində xəsarət almışdır. Ona hərbi əməliyyatlar nəticəsində digər növ partalayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, mina partlayışı yaralanması, ayağın diz səviyyəsində və ya dizdən aşağı qazanılma olmaması, sağ baldırın aşağı 1/3-də amputasion güdülü, sağ aşağı ətraf dayaq hərəkət funksiyasının pozulması diaqnozu qoyulmuş və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik verilmişdir. Qeyd edilən sərəncamın təsir dairəsinə düşdüyündən atası qanunvericiliyə uyğun şəkildə sənədləri toplayaraq Cavabdehnə təqdim etdikdə Univeristetdən bildirdilər ki, “sənədlərdə uyğunsuzluq var, sənədlər düzgün tərtib edilməyib və siz sərəncamın təsir dairəsinə düşmürsünüz, ödəniş etməlisiniz". “Əks halda ödəniş etməsəniz oğlunuz Universitetin tələbəsi kimi qeydiyyata alınmayacaqdır”. Halbuki, sənədlər qanunvericiliyə uyğun tərtib edilərək Universitetə təqdim edilmişdir. Lakin, qeydiyyata çox az vaxt qaldığından məcbur qalaraq 2017/2018-ci tədris ili üçün 2500 manat təhsil haqqı ödəniş etmək məcburiyyətində qalmışdır. Bundan əlavə növbəti tədris ilində də qeyd edilən sərəncamın ona şamil edilmədiyi əsas gətirilərək yenidən ondan 2018/2019-cu tədris ili üçün təhsil haqqı ödənişi tələb edildiyindən həmin tədris ili üçün də 2500 manat təhsil haqqı ödənişi həyata keçirmişdir. Beləliklə, 2017/2018 və 2018/2019-cu tədris illəri üçün iki il ardıcıl olaraq təhsil haqqı ödəmək məcburiyyətində qalmışdır. Həmin müddət ərzində atası sənədləri eynilə yenidən toplayaraq Universitetə təqdim etdikdə bildirildi ki, sənədləri qaydasındadır və 2017/2018 və 2018/2019-cu tədris illəri üçün ödədiyi məbləğlər tezliklə onlara geri qaytarılacaqdır. 2020-ci ilin yanvar ayından sənədlər Universitetə təqdim edilməsinə baxmayaraq 2017/2018 və 2018/2019-cu tədris illəri üçün qanunsuz alınmış 5000 manat məbləğində təhsil haqqının bu günə kimi Universitet tərəfindən ona geri qaytarılması təmin edilməmişdir. O, 01.07.2020-ci il tarixli məktubla Universitet rəhbərliyinə müraciət edərək, 2017/2018 və 2018/2019-cu tədris illəri üçün qanunsuz alınmış 5000 manat məbləğində təhsil haqqının ona geri qaytarılmasına köməklik göstərilməsini xahiş etdikdə isə Universitetin 23 iyul 2020-ci il tarixli, 010- 042678/02/2020 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, 01.07.2020-ci il tarixli müraciətinə baxılmış Azərbaycan Respublikasının Prezidentinin 18 mart 2014-cü il tarixli sərəncamına əsasən 16.01.2020-ci il tarixli 20/42020 nömrəli əmrlə təhsil haqqının ödənilməsindən azad edilmişdir. Qeyd edilən əmrlə təhsil haqqından azad edilsə də, lakin bu günə kimi 2017/2018 və 2018/2019-cu tədris illəri üçün qanunsuz alınmış 5000 manat məbləğində təhsil haqqının bu günə kimi Universitet tərəfindən ona geri qaytarılması təmin edilməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonradan iddiaçı X11 Azərbaycan Respublikasının MPM-ni 53-cü maddəsinə uyğun olaraq iddia tələbi həcminin artırılmasına dair ərizə təqdim edərək ondan 2017/2018 və 2018/2019-cu tədris illəri üçün qanunsuz alınmış 5786 (beş min yeddi yüz səksən altı) manat məbləğində təhsil haqqının və tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi həcminin artırılmasına dair ərizə onunla əsaslandırılmışdır ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edildikdən sonra cavabdeh yenidən ondan 2019/2020-ci tədris illəri üçün ödənilməiş qalan 786 AZN təhsil haqqı ödənişinin ödənilməsini tələb etmiş və 12.03.2021-ci tarixində tərəfindən yenidən cavabdehə əlavə olaraq həmin məbləği təhsil haqqı kimi ödənişini həyata keçirmişdir. Ümumilikdə cavabdeh ondan 5786 AZN qanunsuz olaraq təhsil haqqı almışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçı X11 iddia tələbini müdafiə edib, iddia ərizəsinə və iddia tələbinin həcminin artırılmasına dair ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən iddiaçının valideyninə verilmiş 30.08.2016-cı il tarixli arayışında onun əlillik səbəbinin “hərbi xidməti vəzifəsinin yerinə yetirilməsi ilə ələqadar” olması, 16.12.2019-cu il tarixli arayışında isə səbəbinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” olması göstərilmişdir. Sonuncu arayışın iddiaçı tərəfindən təqdim edilməsindən sonra Azərbaycan Respublikası Prezidentinin 18 mart 2014-cü il tarixli Sərəncamını rəhbər tutaraq X11 tərəfindən təqdim olunmuş sənədlərə UNEC-in Təhsil haqqından azad etmə komissiyasının 09.01.2020-cı il tarixli iclasında baxılaraq o, 16.01.2020-ci il tarixli 20/4/2020 nömrəli əmrlə təhsil haqqının ödənilməsindən azad edilmiş, lakin əvvəlki illər üzrə təhsil haqqı güzəştlərinin tətbiq edilməsi mümkün olmamışdır. Hesab edir ki, hazırki iddia tələbi üzrə Cavabdehlik daşıya bilməz. İddiaçı tərəf Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etməli və arayışda düzəliş edilməsinə nail olmalı, hazırki iddia tələbi də həmin təşkilata qarşı qaldırılmalıdır. Odur ki, iddianın əsassız olduğundan təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilmiş üçüncü şəxslər Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının nümayəndələri məhkəmə iclasına gəlməmişlər, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - İddiaçı məxsus 0003/AT00005728 nömrəli tələbə kartının surətindən görünür ki, İddiaçı Cavabdeh tələbəsidir. - Azərbaycan Respublikası Hərbi Komissarlığı tərəfindən verilmiş 23.04.1999-cu il tarixli 016348 nömrəli vəsiqənin surətindən görünür ki, X6 müharibə veteranıdır. - Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən verilmiş 30.08.2016-cı il tarixli, 7JW727T0001 nömrəli müayinə barədə məlumatından görünür ki, X4 mina partlayışı yaralanması, sağ baldırın aşağı 1/3-nin amputasion güdülü, sağ aşağı ətraf dayaq hərəkət funksiyasının pozulması diaqnozu qoyulmuş və ona ikinci dərəcəli əlillik verilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 24 sentyabr 2019-cu il tarixli 7317 nömrəli xəstəlik haqqında şəhadətnaməsinin surətindən görünür ki, X6 19.10.1996-cı il tarixdə döyüş tapşırığını yerinə yetirərkən mina partlaması nəticəsində sağ baldırın aşağı 1/3-də səviyyəsindən travmatik qapmasına görə aparılmış sağ baldırın aşağı 1/3 səviyyəsində amputasion güdülü, sağ aşağı ətraf dayaq hərəkət funksiyasının pozulması diaqnozu qoyulmuş və hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. - Azərbaycan Respublikası ƏƏSMN Dövlət Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair 16.12.2019-cu il tarixli müayinə barədə məlumatından görünür ki, X6 hərbi əməliyyatlar nəticəsində digər növ partalayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, mina partlayışı yaralanması, ayağın diz səviyyəsində və ya dizdən aşağı qazanılma olmaması, sağ baldırın aşağı 1/3-də amputasion güdülü, sağ aşağı ətraf dayaq hərəkət funksiyasının pozulması diaqnozu qoyulmuş və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik verilmişdir. - X6 tərəfindən Cavabdeh rektoruna ünvanlanmış 01.07.2020-ci il tarixli ərizədən görünür ki, oğlu İddiaçı 2017-ci ilin qəbul imtahanlarında 554 bal toplayaraq universitetin mühasibat uçotu və audit ixtisası üzrə fakultəsinə qəbul olmuşdur. Hal-hazırda üçüncü kursu bitirir. Məlumat üçün bildirir ki, o, ikinci qrup Qarabağ müharibəsi əlilidir. 2017-ci ildə övladını qeydiyyatdan keçirərkən Qarabağ müharibəsi əlili olmağı barədə sənədləri təqdim etsə də, ona bildirdilər ki, düzgün tərtib edilməmiş və onlar ödəniş etməlidirlər. O, da iki il ardıcıl olaraq övladının təhsil haqqını ödəmişdir. Bu müddət ərzində öz sənədlərini qaydasına salaraq universitetə təqdim etmiş və ona tezliklə ödədiyi məbləğin geri qaytarılacağı bildirilmişdir. Yanvar ayından sənədləri təqdim etməyinə baxmayaraq bu günədək heç bir ödəniş olmamışdır. - Cavabdeh tərəfindən X4 ünvanlanmış 23.07.2020-ci il tarixli məktubdan görünür ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 mart 2014-cü il tarixli Sərəncamını rəhbər tutaraq övladı X11 tərəfindən təqdim olunmuş sənədlərə UNEC-in Təhsil haqqından azad etmə komissiyasının 09.01.2020-cı il tarixli iclasında baxılmış və o, 16.01.2020-ci il tarixli 20/4/2020 nömrəli əmrlə təhsil haqqının ödənilməsindən azad olunmuşdur. UNEC-in Təhsil haqqından azad etmə komissiyasında övladı Əhmədov Zəkanın əvvəlki illər üzrə təhsil haqqı güzəştlərinə təkrar baxılması üçün onun həmin dövr üzrə «Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı» səbəbi ilə əlil olmağını təsdiq edən sənədləri dekanlığa təqdim etməyi xahiş olunmuşdur. - Cavabdeh tərəfindən verilmiş 18.09.2020-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı Cavabdeh Maliyyə və mühasibat fakültəsində əyani şöbə, təhsilin İV ilində ödənişli əsaslarla oxuyur. İllik təhsil haqqı 2500 (iki min beş yüz) manat təşkil edir. Tələbəyə hesablanmış təhsil haqqı məbləğləri və onun üçün ödənişlər aşağıda göstərildiyi kimi olmuşdur: təhsilin İ ili üzrə (2017/2018-ci tədris ili): hesablanmış təhsil haqqı 2500 manat; ödənilmiş təhsil haqqı 2500 manat; təhsilin İİ ili üzrə (2018/2019-cu tədris ili): hesablanmış təhsil haqqı 2635,42 manat, o cümlədən illik təhsil haqqı 2500 manat, təkrar imtahanlarda iştiraka görə 135,42 manat; ödənilmiş təhsil haqqı 2636,00 manat təşkil edir. - Cavabdeh tərəfindən qəbul edilmiş 16 yanvar 2020-ci il tarixli, 20/4/2020 nömrəli təhsil haqlarının ödənilməsindən azad olunma haqqında əmrdən görünür ki, İddiaçı 16.12.2019-cu il tarixdən 2020/2021-ci tədris ilinin sonunadək təhsil haqqından azad olunmuşdur. - Cavabdeh tərəfindən verilmiş 11.03.2021-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı Cavabdeh “Maliyyə və mühasibat” fakültəsində əyani şöbə, təhsilin İV ilində ödənişli əsaslarla oxuyur. İllik təhsil haqqı 2500 (iki min beş yüz) manat təşkil edir. O, UNEC-in 16.01.2020-ci il tarixli 20/4/2020 nömrəli əmri ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların övladları kateqoriyasından olduğuna görə 16.12.2019-cu il tarixdən 2020/2021-ci tədris ilinin sonunadək təhsil haqqını ödəməkdən azad edilmişdir. Tələbəyə hesablanmış təhsil haqqı məbləğləri və onun üçün ödənişlər aşağıda göstərildiyi kimi olmuşdur: təhsilin İ ili üzrə (2017/2018-ci tədris ili): hesablanmış təhsil haqqı 2500 manat; ödənilmiş təhsil haqqı 2500 manat; təhsilin İİ ili üzrə (2018/2019-cu tədris ili): hesablanmış təhsil haqqı 2635,42 manat, o cümlədən illik təhsil haqqı 2500 manat, təkrar imtahanlarda iştiraka görə 135,42 manat, ödənilmiş 2636 manat təşkil edir. İddiaçı 11.03.2021-ci il tarixinə ödənilməmiş təhsil haqqı 784,64 (yeddi yüz səksən dörd manat altmış dörd qəpik) manat təşkil edir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən məhkəmənin sorğusuna verilmiş 05.04.2021-ci il tarixli cavab məktubundan görünür ki, N saylı hərbi hissənin zabiti baş leytenant X3 19.10.1996-cı il tarixdə döyüş tapşırığını yerinə yetirərkən mina partlayışı nəticəsində aldığı travmanın hərbi xidmətlə səbəb əlaqəsi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən həmin vaxt qüvvədə olmuş SSRİ Müdafiə Nazirinin 1987-ci il tarixli 260 nömrəli əmrinin tələblərinə müvafiq olaraq “Travma, bəli, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” kimi təyin edilərək ona 21.11.1996-cı il tarixli 260 nömrəli xəstəlik haqqında şəhadətnamə verilmişdir. SSRİ Müdafiə Nazirinin 1987-ci il tarixli, 260 nömrəli əmrinin tələblərində, “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb-əlaqəsi ifadəsi nəzərdə tutulmadığından həmin dövrdə bu cür travmaların hərbi xidmətlə səbəb-əlaqəsi “Travma, bəli, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” kimi təyin olunurdu. A.M.Əhmədov 24.09.2019-cu il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının tərəfindən yenidən şəhadətləndirilərkən onun 19.10.1996-cı il tarixdə aldığı travmanın hərbi xidmətlə səbəb-əlaqəsi hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq olunmuş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2-ci maddəsinin “a” yarımbəndinin tələblərinə uyğun olaraq “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi təyin olunmuşdur. MN MHHK-sı tərəfindən hər iki rəyin verilməsinə əsas olmış hadisə A.M.Əhmədovun 19.10.1996-cı il tarixdə döyüş tapşırığını yerinə yetirərkən mina partlayışı nəticəsində travma alması faktıdır. -Cavabdeh tərəfindən verilmiş 20.04.2021-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı Cavabdeh «Maliyyə və mühasibat» fakültəsində əyani şöbə, təhsilin İV ilində ödənişli əsaslarla oxuyur. İllik təhsil haqqı 2500 (iki min beş yüz) manat təşkil edir. Onun 20.04.2021-ci il tarixinə ödənilməmiş təhsil haqqı borcu yoxdur. - 12.03.2021-ci il tarixli qəbzdən görünür ki, İddiaçı Cavabdeh hesabına 785 manat və ödənişlə bağlı “Kapital Bank”a 1 manat məbləğində komissiya ödənişi olmaqla, cəmi 786 manat ödəniş etmişdir. - 25.09.2020-ci il tarixli qəbzdən görünür ki, İddiaçı dövlət rüsumu olaraq 30 (otuz) manat məbləğində ödəniş etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı 2017-ci il tarixdə X10 tərəfindən Ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında 554 bal toplayaraq Cavabdeh (UNEC) “Maliyyə və mühasibat” fakültəsinin “Mühasibat uçotu və audit” ixtisasına ödənişli əsaslarla daxil olmuş, tərəflər arasında müvafiq müqavilə bağlanmış və illik təhsil haqqı 2500 manat olmaqla 2017/2018-ci tədris ili və 2018/2019-cu tədris ili üçün 5000 manat ödəniş həyata keçirilmişdir. Həmçinin iddiaçı tərəfindən məhkəmə baxışı dövründə 2019/2020-ci tədris illəri üçün ödənilməmiş təhsil haqqı üçün 786 AZN (1 manat komissiya ödənişi nəzərə alınmaqla) məbləğində ödəniş həyata keçirilmişdir. İşin materiallarından görünür ki, hal-hazırda iddiaçı qeyd edilən universitetin 4-cü kurs tələbəsi olmaqla X1 Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuşdur. Belə ki, o 19.10.1996-cı il tarixdə döyüş tapşırığını yerinə yetirərkən mina partlaması nəticəsində xəsarət almışdır. Ona hərbi əməliyyatlar nəticəsində digər növ partalayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, mina partlayışı yaralanması, ayağın diz səviyyəsində və ya dizdən aşağı qazanılma olmaması, sağ baldırın aşağı 1/3-də amputasion güdülü, sağ aşağı ətraf dayaq hərəkət finksiyasının pozulması diaqnozu qoyulmuş və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik verilmişdir. İşin bu halı 24 sentyabr 2019-cu il tarixli, 7317 nömrəli “Xəstəlik haqqında şəhadətnamə”dən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 30.08.2016-cı il tarixli, 7JW727T0001 nömrəli müayinə barədə və Dövlət Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair 16.12.2019-cu il tarixli müayinə barədə məlumatları ilə təsdiq edilir. İddiaçı tələbinin əsası kimi cavabdehin Azərbaycan Respublikası Prezidentinin 18 mart 2014-cü il tarixli Sərəncamına istinad edərək Təhsil haqqından azad etmə komissiyasının 09.01.2020-cı il tarixli qərarı ilə, onun 16.01.2020-ci il tarixli 20/4/2020 nömrəli əmrlə təhsil haqqının ödənilməsindən azad edilməsinə baxmayaraq, onun qeyd edilən sərəncamın təsiri altına düşməsi tam nəzərə alınmayaraq 2017/2018 və 2018/2019cu tədris illəri üçün təhsil haqqı kimi ödədiyi məbləğin ona qanunsuz olaraq ödətdirilməsini göstərərək həmin məbləğin ona geri qaytarılmalı olmasını iddia etmişdir. İşin materiallarından görünür ki, N saylı hərbi hissənin zabiti baş leytenant X3 19.10.1996-cı il tarixdə döyüş tapşırığını yerinə yetirərkən mina partlayışı nəticəsində aldığı travmanın hərbi xidmətlə səbəb əlaqəsi “Travma, bəli, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” kimi təyin edilərək ona 21.11.1996-cı il tarixli 260 nömrəli xəstəlik haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən məhkəmənin sorğusuna verilmiş 05.04.2021-ci il tarixli cavab məktubundan görünür ki, SSRİ Müdafiə Nazirinin 1987-ci il tarixli, 260 nömrəli əmrinin tələblərində, “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb-əlaqəsi ifadəsi nəzərdə tutulmadığından həmin dövrdə bu cür travmaların hərbi xidmətlə səbəbəlaqəsi “Travma, bəli, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” kimi təyin olunurdu. Buna görə də X3 travmasının hərbi xidmətlə səbəb əlaqəsi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən həmin vaxt qüvvədə olmuş SSRİ Müdafiə Nazirinin 1987-ci il tarixli 260 nömrəli əmrinin tələblərinə müvafiq olaraq “Travma, bəli, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” kimi təyin edilərək ona 21.11.1996-cı il tarixli 260 nömrəli xəstəlik haqqında şəhadətnamə verilmişdir. İşin materiallarından daha sonra görünür ki, A.M.Əhmədov 24.09.2019-cu il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının tərəfindən yenidən şəhadətləndirilərkən onun 19.10.1996-cı il tarixdə aldığı travmanın hərbi xidmətlə səbəbəlaqəsi hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq olunmuş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2-ci maddəsinin “a” yarımbəndinin tələblərinə uyğun olaraq “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi təyin olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən məhkəmənin sorğusuna verilmiş 05.04.2021-ci il tarixli cavab məktubundan həmçinin görünür ki, MN MHHK-sı tərəfindən hər iki rəyin verilməsinə əsas olmuş hadisə A.M.Əhmədovun 19.10.1996-cı il tarixdə döyüş tapşırığını yerinə yetirərkən mina partlayışı nəticəsində travma alması faktıdır. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh tərəf Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən iddiaçının valideyninə birinci dəfə verilən arayışında onun əlillik səbəbinin “hərbi xidməti vəzifəsinin yerinə yetirilməsi ilə ələqadar” olması, ikinci arayışında isə səbəbinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” olmasının göstərilməsinə istinad edərək, sonuncu arayışın təqdim edilməsindən sonra Azərbaycan Respublikası Prezidentinin 18 mart 2014-cü il tarixli Sərəncamını rəhbər tutaraq övladı X11 tərəfindən təqdim olunmuş sənədlərə UNEC-in Təhsil haqqından azad etmə komissiyasının 09.01.2020-cı il tarixli iclasında baxılaraq onu 16.01.2020-ci il tarixli 20/4/2020 nömrəli əmrlə təhsil haqqının ödənilməsindən azad etmiş, lakin əvvəlki illər üzrə təhsil haqqı güzəştlərini tətbiq etməməsinin səbəbi kimi iddiaçının həmin dövr üzrə atasının “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı” səbəbi ilə əlil olmasını təsdiq edən sənədləri dekanlığa təqdim etməməsinə istinad etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş və həmin tarixdən qüvvəyə minmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”nin: - 1.1 bəndinə əsasən bu Əsasnamə «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin Fərmanına, «Hərbi vəzifə və hərbi xidmət haqqında» və «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının qanunlarına əsasən hazırlanmışdır və müvafiq olaraq hərbi-həkim ekspertizasının təşkili və aparılması qaydalarını, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələbləri müəyyən edir. - 7.1-ci bəndinə əsasən hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. - 7.2-ci bəndinin «a» yarımbəndinə əsasən hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» qərarını çıxardır. Bu qərarın çıxarılmasına aid olan hallardan biri də şəhadətləndirilən şəxsin xəsarəti Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusional quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almasıdır. Azərbaycan Respublikasının Prezidentinin 18 mart 2014-cü il tarixli sərəncamına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqlarının təhsil müddəti ərzində təhsil haqqı 2014/2015-ci tədris ilindən etibarən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir”. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2019-cu il 22 avqust tarixli 365 №li Qərarı ilə təsdiq edilmiş Cavabdeh Nizamnaməsinin 3.3-cü bəndinə əsasən UNEC-də təhsil dövlət sifarişi, dövlət hesabına və (və ya) ödənişli əsaslarla həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş şəxslərin UNEC-də təhsil xərcləri müvafiq qaydada dövlət hesabının büdcəsi vəsaiti hesabına ödənilir. Məhkəmə qeyd edir ki, iddiaçının atası, N saylı hərbi hissənin zabiti, baş leytenant X3 19.10.1996-cı il tarixdə döyüş tapşırığını yerinə yetirərkən mina partlayışı nəticəsində aldığı travma ilə əlaqədar istər 21.11.1996-cı il tarixli 260 nömrəli xəstəlik haqqında şəhadətnamədə, istərsə də 24.09.2019-cu il tarixdə verilən şəhadətnamədə qoyulan diaqnoz eyni olsa da, ilkin şəhadətnamədə travmanın hərbi xidmətlə səbəb əlaqəsi “Travma, bəli, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” kimi, sonrakı şəhadətnamədə isə “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi təyin olunmuş və sonuncu verilən şəhadətnamədə qeyd edilmişdir ki, “230 nömrəli hərbi hissənin hospitalı hərbi həkim komissiyasının 21.11.1996-cı il tarixli 260 saylı xəstəlik haqqında şəhadətnaməsi və qərarı qüvvədə düşür.” Göründüyü kimi, X3 19.10.1996-cı il tarixdə döyüş tapşırığını yerinə yetirərkən mina partlayışı nəticəsində aldığı travmanın hərbi xidmətlə səbəb əlaqəsi “Travma, bəli, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” kimi təyin edilərək ona verilmiş 21.11.1996cı il tarixli 260 nömrəli xəstəlik haqqında şəhadətnamə hazırda qüvvədə deyil və 3-cü şəxs kimi cəlb edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən məhkəmənin sorğusuna verilmiş 05.04.2021-ci il tarixli cavab məktubundan görünür ki, bu şəhadətnamə verilərkən həmin vaxt qüvvədə olmuş SSRİ Müdafiə Nazirinin 1987-ci il tarixli 260 nömrəli əmrinin tələblərinə istinad edilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 21.11.1996-cı il tarixli 260 nömrəli xəstəlik haqqında şəhadətnamə verilməsi ilə bağlı hərəkətlərinə hüquqi qiymət vermək səlahiyyətinin olmamasını qeyd etməklə yanaşı, işin hallarını və təqdim edilmiş sübutları, eləcə də sadalanan qanunvericilik aktlarını rəhbər tutaraq bu qənaətə gəlir ki, 21.11.1996-cı il tarixli 260 nömrəli xəstəlik haqqında şəhadətnamə verilən dövrdə SSRİ Müdafiə Nazirinin 1987-ci il tarixli 260 nömrəli əmri qüvvədə olmaqla onun tələblərinə istinadən də müvafiq qərarlar qəbul edilməsinə baxmayaraq, qeyd edilən şəhadətnaməni verən Həkim Komissiyasına X3 19.10.1996-cı il tarixdə döyüş tapşırığını yerinə yetirərkən mina partlayışı nəticəsində aldığı hərbi travma ilə əlaqədar qoyulan diaqnozun hansı şəraitdə alması məlum idi, başqa sözlə onun bu travmanı məhz Azərbaycan Respublikasının müdafiəsi zamanı alması mübahisəsiz idi və hazırda da belədir. Buna görə də məhkəmə hesab edir ki, 24.09.2019-cu il tarixdə 260 nömrəli xəstəlik haqqında şəhadətnamədə «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi səbəb-əlaqəsi ifadəsinin göstərilməsi əslində 21.11.1996-cı il tarixli 260 nömrəli xəstəlik haqqında şəhadətnaməsində «Travma, bəli, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır» kimi səbəb əlaqə ifadəsini də özündə ehtiva edir. Məhz buna görə də cavabdehin 2017/2018 və 2018/2019-cu tədris illəri üçün iddiaçıya təhsil haqqı güzəştlərini tətbiq etməsindən imtinanın səbəbi kimi onun atasının həmin dövr üzrə «Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı» səbəbi ilə əlil olmağını təsdiq edən sənədləri dekanlığa təqdim etməməsinə istinad etməsi əsaslı olmamışdır. Məhkəmə cavabdeh tərəfin iddiaçının Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 21.11.1996-cı il tarixli 260 nömrəli xəstəlik haqqında şəhadətnamə verilməsi ilə bağlı hərəkətlərinə qiymət verilməsi və ya UNES-ə ödənilmiş məbləğin ziyan olaraq həmin orqandan tutulmalı olmasına dair dəlilinə qiymət verərək qeyd edir ki, məhz cavabdehin 24.09.2019-cu il tarixdə 260 nömrəli xəstəlik haqqında şəhadətnamədə «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi səbəb-əlaqəsi ifadəsinin göstərilməsinin əslində 21.11.1996-cı il tarixli 260 nömrəli xəstəlik haqqında şəhadətnaməsində «Travma, bəli, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır» kimi səbəb əlaqə ifadəsini də özündə ehtiva etməsini nəzərə almaması ilə ona 2017/2018 və 2018/2019-cu tədris illəri üçün iddiaçıya təhsil haqqı güzəştlərini tətbiq etməsindən imtina kimi hərəkətləri nəticəsində iddiaçının hüquqları pozulduğundan sonuncu hazırki iddia ilə haqlı olaraq məhkəməyə müraciət etmişdir. Belə ki, işin araşdırılmış sübutları ilə tam təsdiq edilmişdir ki, iddiaçı Azərbaycan Respublikası Prezidentinin 18 mart 2014-cü il tarixli sərəncamının təsiri altına düşür və belə olan halda cavabdeh Əhmədov Zəkanın əvvəlki illər üzrə təhsil haqqı güzəştlərini tətbiq etmək üçün qeyd edilən sənədlərin təqdim edilməsini iddiaçıdan tələb etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə tam təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə də, məhkəmə hesab edir ki, iddiaçının 2017/2018 və 2018/2019-cu tədris illəri üçün ödədiyi 5000 (beş min) manat, məhkəmə baxışı dövründə əlavə olaraq ödədiyi 785 manat təhsil haqqı və 1 manat komissiya məbləği də nəzərə alınmaqla, cəmi 5786 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pul cavabdeh tərəfindən iddiaçıya qaytarılmalıdır. Dövlətin insan hüquqlarının və azadlıqlarının qorunması vəzifəsinin konstitusiya quruluşunun əsaslarına aid olduğunu və bu hüquqların dövlət tərəfindən, o cümlədən, məhkəmə qaydasında müdafiəsini zəruri edir…. Məhkəmə müdafiəsi beynəlxalq hüquqda müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 440.4-cü və “Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 74.1-ci maddələrinə dair” 27.12.2002-ci il tarixli Qərarı) Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 5786 (beş min yeddi yüz səksən altı) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul alınaraq iddiaçı X8 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-325/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-325/2021
20.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver