Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-325/2025 03.02.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı (3-cü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsi işə cəlb olunmaqla) cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müddətli əmək müqaviləsinin qüvvədən düşmüş hesab edilməsi və müvafiq qeydin aparılmasının AR ƏƏSM Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsinə həvalə edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı (3-cü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsi işə cəlb olunmaqla) cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə imzalanan xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin qüvvədən düşmüş hesab edilməsi, maraqlı şəxs qismində çıxış edən X2 Xidməti Bakı şəhər İdarəsi tərəfindən müvafiq qeydin aparılması hüququnun həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, 27 dekabr 2021-ci il tarixində "xxxx" MMC (VÖEN **********) təsis edilmişdir. Cəmiyyət xarici sərmayəli olub, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərmişdir, onun direktoru qismində xarici vətəndaş Ronen Almoq Cəmiyyəti təmsil edirdi. O da MMC-də 12 Noyabr 2022-ci il tarixindən ofis administratoru vəzifəsində işləmişdir. "xxxx" MMC 2023-cü ilin oktyabr ayında fəaliyyətini tam dayandırmışdır. Lakin MMC fəaliyyətini dayandırdıqda, onunla olan əmək müqaviləsinə yazılı müqavilə üzrə xitam verilsə də, elektron hökümət sisteminin ƏMAS alt hissəsində əmək müqaviləsinə xitam verilməyib və həmin əmək müqaviləsi də hələ də aktiv müqavilə kimi əks olunur. Dövlət elektron vergi sistemində də "xxxx" MMC-nin qeydiyyatının ləğv olunduğu ya da fəaliyyətinin dayandırıldığı qeyd olunmur. Halbuki onun ofisi çoxdandır ki, bağlanıb, qanuni təmsilçisi də ölkədən çıxıb gedib; hansısa mühasibi və ya kadrların uçotunu aparan bir işçisi də yoxdur ki, elektron hökümət sistemində yaranmış bu problemlə bağlı ona müraciət etmək mümkün olsun və xx.xx.2022- ci il tarixində bağlanmış və müddəti keçmiş əmək müqaviləsini qüvvədən düşdüyünə dair qeyd aparsın. Digər tərəfdən qeyd etməlidir ki, əmək müqaviləsi bildirişində xx.xx.2022-ci il tarixli müddətli müqavilənin bitmə tarixi olaraq "xx.xx.2023" kimi qeyd olunsa da, həmin müqavilənin statusu hələ də “qüvvədədir” kimi qeyd olunur. Yəni bir tərəfdən müqavilə müddətinin bitdiyi göstərilir, digər tərəfdən isə müqavilənin qüvvədə olması qeyd olunur. Faktiki olaraq artıq fəaliyyət göstərməyən bir şirkətdə aktiv əmək müqaviləsi qeydinin olması onun əmək hüquqlarını ciddi şəkildə pozur. Belə ki, o, başqa hansısa iş yerinə əsas iş yeri olaraq tam saatlı işçi kimi əmək müqaviləsi bağlaya bilmir. Məsələnin həlli üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə (DƏMX) xx.xx.2024-cü il tarixində müraciət etdi; müraciətində mübahisə predmeti olan müqavilənin qüvvədən düşdüyünə dair qeydin aparılmasını xahiş etdi. xx.xx.2024-cü il tarixli məktubla Xidmət ona bildirdi ki, işəgötürən əmək müqaviləsini xitam verilməsi əmrini elektron qaydada imzalamamışdır və bu səbəblə də həmin əmr qüvvəyə minməmişdir. Bu səbəblə əgər əmək müqaviləsinə xitam verilməsinin işəgötürən tərəfindən icra olunmaması halında, DƏMX məsələ ilə bağlı məhkəməyə müraciət etməyini, əmək müqaviləsinin qüvvədən düşməsi ilə bağlı "Əmək və Məşğulluq" alt sistemində qeydlərin aparılması hüquq və vəzifəsinin DƏMX həvalə edilməli olduğunu bildirmişdir. xx.xx.2024-cü il tarixində DƏMX Bakı Şəhər İdarəsinə danışıqlar aparmaq barədə təklif yazsa da və onları mediasiya prosessinə cəlb etsə də, onlar mediasiya prosesinə gəlməyiblər. Bununla bağlı Bakı 9 saylı Mediasiya Təşkilatı ona "X1 İştirak edilməməsi barədə" arayış da təqdim etmişdir. İddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi və 3-cü şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yanında X2 Xidməti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, müraciətlə əlaqədar ərizəçiyə aid olan sənədlərin Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi məqsədilə "Segula Agro and X5 MMC-nın (Bakı şəhəri Bınəqədi rayonu Biləcəri ə/v mədən 1-ci (ünvan 1 ünvanına xx.xx.2024-cü il tarixli 3-17-5/2-N-65663/2024 nömrəli məktub göndərilmiş, lakin tələb olunan sənədlərin təqdim olunması "Segula Agro and X5 MMC tərəfindən təmin edilmədiyindən müraciətin araşdırılmasını başa çatdırmaq mümkün olmamışdır. Əlavə olaraq bildirir ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında 2015-cı il 20 oktyabr tarixli 1410-İVQ nomrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 01 01.2025-ci il tarixinədək dayandırıldığından, müraciətdə gostərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Məlumat uçun bildirir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci hissəsinə əsasən Məcəllənin 7-ci maddəsinin 2-1-cı və 2-2-ci hissələri ilə müəyyən ediimiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistenındə elektron sənəd formasında bağlandıqda yaranır. Məcəllənin 49-cu maddəsinin 5-cı hissəsinin 1-ci cümləsinə əsasən Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hllar istisna olmaqla əmək müqaviləsinə xitam verilməsi bu barədə əmrin (sərəncamın, qərarın) işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir. Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və məşğulluq" altsisteminə baxış keçirilən zaman ərizəçinin "Segula Agro and X5”' MMC arasında bağlanılmış əmək müqaviləsinin qüvvədə olduğu, eyni zamanda işəgötürən tərəfindən daxil edilmiş əmək müqaviləsinə xitam əmrinin imzalanmadığı və bu səbəbdən də həmin əmrin qüvvəyə minmədiyi məlum olmuşdur. Məlumat üçün bildirir ki, əmək müqaviləsinə xilam verilməsi ilə bağlı əmrin ''Əmək və məşğulluq" altsisteminə daxıl edilməsi X4 Xidmətnin səlahiyyətləri xaricindədir. Qeyd olunanlara əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu otmadığı məhkəmə tərəfindən müəyyən edilməklə əmək müqaviləsi məhkəmə tərəfindən xitam verilmiş hesab edilməli və əmək müqaviləsinin qüvvədən düşməsi ilə baglı Əmək və Məşğulluq altsistemində qeydlərin aparılması hüququ X2 Xidmətinə həvalə edilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdeh "xxxx" MMC MMC arasında xxxxxxx000100 nömrəli, xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlanılmış və iddiaçı həmin cəmiyyətdə ofis administratoru vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin bitmə tarixi xx.xx.2023-cü il göstərilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, "xxxx" MMC fəaliyyətini dayandırdıqda, iddiaçı ilə olan əmək müqaviləsinə yazılı müqavilə üzrə xitam verilsə də, elektron hökümət sisteminin ƏMAS alt hissəsində əmək müqaviləsinə xitam verilməyib və həmin əmək müqaviləsi də hələ də aktiv müqavilə kimi əks olunur. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, cavabdehlə bağlanmış əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə verilmiş iddia ilə bağlı aşağıdakıları qeyd edir. AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilir. Həmin Məcəllənin 69-cu maddəsinin 1, 2 və 3-cü bəndlərin əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Əmək qanunvericiliyinin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, işçi onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə günü ərizəsində konkret göstərdiyi halda, işəgötürən əmək müqaviləsinə xitam verə bilər. Əmək müqaviləsinə həmin gün xitam verilmədiyi halda, işəgötürən bunu ən geci bir təqvim ayı ərzində etməlidir. Məhkəmə qeyd edir ki, işəgötürən əmək müqaviləsinə xitam verməli olduğu halda bunu etmədiyi üçün, o, Əmək Məcəlləsinin 68 və 69-cu maddələrinin tələblərini pozmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə tələbi tam əsaslıdır və təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, əmək müqaviləsinə xitam verilməsi barədə tələb əsaslı olduğu üçün, həmin müqaviləyə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi barədə tələb də əsaslıdır və təmin edilməlidir. Belə ki, AR Əmək Məcəlləsinin 5-1-ci madəsinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Qanunvericiliyin göstərilən tələbinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və ya xitam verilməsi barədə məlumatlar elektron informasiya sistemində qeydiyyata alınmalıdır və həmin qeydiyyat müvafiq icra hakimiyytəi orqanı olan X2 Xidməti tərəfindən aparılır. Belə olan halda məhkəmə hesab edir ki, əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin qeydiyyata alınması cavabdehlərin üzərinə qoyulmalıdır. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xxxxxxx000100 nömrəli, xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə məhkəmə qərarı ilə xitam verilməsinə dair məlumatın elektron informasiya sistemi vasitəsi ilə “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”nə daxil edilməsi AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-325/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-325/2025
03.02.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver