Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-326/2021 16.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Məmmədli Kənan Fuad oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsinə xitam verilməsi, icarə haqqının cavabdehdən tutulması və cavabdehin çıxarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Böyük Qala küçəsindəki 40 saylı evin 1 saylı mənzilə dair Cavabdeh ilə xx xxxx 2020-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, 24000 manat məbləğində icarə haqqının ödənilməsi, ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Böyük Qala küçəsindəki 40 saylı evin 1 saylı mənzildən cavabdehin əşyaları ilə birlikdə çıxarılması, mənzilin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçı dəqiqləşmə ərizəsi verərək xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Böyük Qala küçəsindəki 40 saylı evin 1 saylı mənzilə dair Cavabdeh ilə xx xxxx 2020-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, 33000 manat məbləğində icarə haqqının ödənilməsi, ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Böyük Qala küçəsindəki 40 saylı evin 1 saylı mənzildən cavabdehin əşyaları ilə birlikdə çıxarılması, mənzilin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı dəqiqləşmə ərizəsi verərək xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Böyük Qala küçəsindəki 40 saylı evin 1 saylı mənzilə dair Cavabdeh ilə xx xxxx 2020-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, 36000 manat məbləğində icarə haqqının, 1800 manat (gecikdirilmiş vaxt üçün illik 5%) və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutulması və ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Böyük Qala küçəsindəki 40 saylı evin 1 saylı mənzildən cavabdehin əşyaları ilə birlikdə çıxarılması, mənzilin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında xx xxxx 2020-ci il tarixdə bağlanılmış icarə müqaviləsinin şərtlərinə əsasən xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Böyük Qala küçəsindəki 40 saylı evin 1 saylı mənzil cavabdehə icarəyə verilmiş, icarə müddəti xx xxxx 2023-cü il tarixədək, aylıq icarə haqqı isə 3000 manat məbləğində müəyyən edilmişdir. İcarə obyekti xx xxxx 2020-ci il tarixdən Cavabdeh təhvil verilməsinə və təhvil verilməsindən artıq səkkiz ay müddətinin keçməsinə baxmayaraq, cavabdeh tərəfindən bu günə qədər icarə haqqından hər hansı ödəniş olmayıb. Cavabdeh həm şifahi, həm də yazılı qaydada edilmiş xəbərdarlıqlara baxmayaraq, cavabdeh öhdəliklərini yerinə yetirməyib. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X3 tələbi müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə, MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, tələbin hüquqi əsaslarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan RX seriyalı, ******* saylı ƏMDK yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Böyük Qala küçəsindəki 40 saylı evin 1 saylı mənzil X2 adına xüsusi mülkiyyət hüququ ilə adına xx.xx.2015-ci il tarixdə qeydiyyatdan keçmişdir. İş materiallarında olan AZE seriyalı, 17628999 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 1 mənzil 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli icarə müqaviləsindən görünür ki, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Böyük Qala küçəsindəki 40 saylı evin 1 saylı mənzili xx.xx.2023-cü il tarixədək aylıq icarə haqqı 3000 manat olmaqla icarəyə götürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrumetmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayə müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Azərbaycan Respublikası “İcarə haqqında” qanunun 1-ci maddəsinə əsasən icarə əmlaka, torpağa və digər təbii ehtiyatlara müqavilə əsasında, əvəzi ödənilməklə müddətli sahib olmaq və bundan istifadə etməkdir. Qanunun 7-ci maddəsinə əsasən icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. Həmin Qanun 13-cü maddəsinə əsasən icarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və xitam verilməsinə Azərbaycan Respublikası Mülki Məcəlləsinə və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən biri müqavilə şərtlərini pozduğu halda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilir ki, “Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir.” Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarına əsasən, “Pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən MM-in 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır.” Tərəflər arasında bağlanan xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin 7-ci maddəsinə əsasən müqavilənin ləğv edilməsi tərəflərin 1 ay qabaqcadan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir. İş materialında olan xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, İddiaçı Cavabdeh xəbərdarlıq ünvanlayaraq mənzilin boşaldılmasını tələb edib. Səbəb kimi isə müqavilənin şərtlərinin pozulması göstərilib. İş materiallarında olan ödəniş qəbzindən İddiaçı məhkəməyə müraciət üçün qanunla müəyyən olunan 30 (otuz) manat məbləğində dövlət rüsumunu ödəmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə bu qənaətə gəlir ki, iddia təmin edilməli, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli icarə müqaviləsinə xitam verilməli, Bakı şəhəri, Səbail rayonu, Böyük Qala küçəsindəki 40 saylı evin, 1 saylı mənzilinə dair İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2020-ci il tarixli icarə müqaviləsi ləğv edilməli, Cavabdeh 36.000 manat əsas borc, 1800 manat (gecikdirilmiş vaxt üçün illik 5%) və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq İddiaçı verilməli, Cavabdeh Səbail rayonu, Böyük Qala küçəsindəki 40 saylı evin, 1 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılaraq mənzil İddiaçı təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsasən 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvaqif olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, Böyük Qala küçəsindəki 40 saylı evin, 1 saylı mənzilinə dair İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2020-ci il tarixli icarə müqaviləsi ləğv edilsin, Cavabdeh 36.000 manat əsas borc, 1800 manat (gecikdirilmiş vaxt üçün illik 5%) və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq İddiaçı verilsin. Cavabdeh Səbail rayonu, Böyük Qala küçəsindəki 40 saylı evin, 1 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılaraq İddiaçı təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-326/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-326/2021
16.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver