Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-331/2021 15.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev İlkin Mehman oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 və onun nümayəndəsi və vəkili X2, Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh1 nümayəndəsi və vəkili X1 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı1 (İddiaçı2, İddiaçı3, İddiaçı4) ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildən çıxarılma tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 (İddiaçı2, İddiaçı3, İddiaçı4) qarşı borcu ödəməklə müqavilələrin ləğvi tələbinə dair qarşılqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı1 (İddiaçı2, İddiaçı3, İddiaçı4) ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh3 azyaşlı uşaqları X6 və X3 ünvan 1 mənzil 3 ünvanda yerləşən mülkiyyət hüququ ilə bizə məxsus olan mənzildən çıxarılmaları və mənzilin boşaldılaraq təhvil verilməsi, hüquqi xidmət üçün ödədiyi 200 manat pulun cavabdehlərdən tutularaq İddiaçı1 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli baxış iclasında qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 (İddiaçı2, İddiaçı3, İddiaçı4) qarşı borcu ödəməklə müqavilələrin ləğvi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaur Əliyevdən aldığı borcu ödəmək şərti ilə onunla bağladığı xx.xx.2016-cı il və xx.xx.2017-ci il tarixli 3 müqavilənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflər məhkəməyə barışıq sazişləri təqdim edərək bildirmişlər ki, aralarında bağlanmış barışıq sazişinin məhkəmə qərardadı ilə təsdiq edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş edirlər. Məhkəmə iş materiallarını və barışıq sazişini araşdırıb hesab edir ki, onların arasında bağlanmış barışıq sazişi təsdiq edilərək iş üzrə icraata xitam verilməli, tərəflərə Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52-ci maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə bu hərəkəti qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi barədə onların iradə ifadələri bu hərəkətin nəticəsi aydın surətdə şərh olunan yazılı formada tərtib edilərək məhkəməyə təqdim edilmişdir, barışıq sazişi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Tərəflər arasında bağlanmış həmin barışıq sazişinin şərtlərinə görə:
1. İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh3 azyaşlı uşaqları X6 və X5 qarşı verdiyi iddiadan imtina edir.
2. Musayev X4 Lalə İsmayıl qızı, İddiaçı2, İddiaçı3, İddiaçı4 qarşı qarşılıqlı iddiasından imtina edir.
3. Tərəflər razılaşırlar ki, Cavabdeh1 cəmi 204000 manat pul vəsaitinin ödənilməsi müqabilində Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi ev 9, mənzil 3 dair bağlanmış xx.xx.2016-cı il və xx.xx.2017-ci il tarixli 3 müqavilə (o cümlədən Bakı şəhəri, 14 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş 4Ə-314 reyestr nömrəli, AN-İ ******* saylı, xx.xx.2016-cı il tarixli müqavilə), mənzilə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən mərhum X7 adına verilmiş xx.xx.2016-cı il tarixli, ******* saylı və İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 adına verilmiş xx.xx.2020-ci il tarixli, ********** saylı çıxarışlar və onlarla bağlı qeydlər ləğv edilir, mənzil ilkin hüquqi vəziyyətinə gəlir, mənzilə dair Cavabdeh1 çıxarışı bərpa edilir.
4. Cavabdeh1 üzərinə öhdəlik götürür ki, ödəməli olduğu 204000 (iki yüz dörd min) manat pul vəsaitinin 21250 (iyirmi bir min iki yüz əlli) manat hissəsini hazırkı saziş məhkəmə tərəfindən təsdiq edildikdən sonra, xx.xx.2021-ci il tarixdə İddiaçı1 ödəyəcək, 21250 (iyirmi bir min iki yüz əlli) manat vəsaiti xx.xx.2021-ci il tarixədək İddiaçı1 qızma ödəyəcək, 21250 (iyirmi bir min iki yüz əlli) manat vəsaiti xx.xx.2021-ci il tarixədək İddiaçı1 ödəyəcək, qalıq 140250 (yüz qırx min iki yüz əlli) manat vəsaiti xx.xx.2021-ci il tarixədək İddiaçı1 ödəyəcək.
5. 204000 (iki yüz dörd min) manat vəsaitin ödənilməsi başa çatdıqdan sonra İddiaçı1 müqavilələrin ləğv edilməsi və ya mənzilin Cavabdeh1 adına qaytarılması üçün bütün zəruri sənədləri imzalayacaq, zəruri hərəkətləri edəcəkdir. Sənədləşmə ilə bağlı bütün xərclər Cavabdeh1 tərəfindən ödəniləcək. Vəsait ödənildikdən sonra İddiaçı1 mənzilin ilkin hüquqi vəziyyətini bərpa etmədiyi halda məhkəmə tərəfindən icra vərəqəsi veriləcək.
6. Cəmi 204000 (iki yüz dörd min manat) vəsait xx.xx.2021-ci il tarixədək ödənilməyəcəyi halda Cavabdeh1 və Cavabdeh2, Cavabdeh3 və Cavabdeh3 azyaşlı uşaqları X6 və X3 ünvan 1 mənzil 3 ünvanda yerləşən mülkiyyət hüququ ilə bizə məxsus olan mənzildən çıxarılmaları və mənzilin boşaldılaraq təhvil verilməsi ilə bağlı icra vərəqəsinin verilməsi üçün Səbail rayon Məhkəməsinə müraciət edilir. Bu halda hazırkı saziş üzrə ödənilmiş vəsaitlərin Cavabdeh1 qaytarılmasını İddiaçı1 təmin edir. Azərbaycan Respublikası MPM-nin 191-ci maddəsinə əsasən, tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə oluna bilər. Hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 191, 261-264, 267-268ci maddələrini rəhbər tutaraq məhkəmə,
QƏRARA ALDİ:
Aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin:
1. İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh3 azyaşlı uşaqları X6 və X5 qarşı verdiyi iddiadan imtina edir.
2. Musayev X4 Lalə İsmayıl qızı, İddiaçı2, İddiaçı3, İddiaçı4 qarşı qarşılıqlı iddiasından imtina edir.
3. Tərəflər razılaşırlar ki, Cavabdeh1 cəmi 204000 manat pul vəsaitinin ödənilməsi müqabilində Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi ev 9, mənzil 3 dair bağlanmış xx.xx.2016-cı il və xx.xx.2017-ci il tarixli 3 müqavilə (o cümlədən Bakı şəhəri, 14 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş 4Ə-314 reyestr nömrəli, AN-İ ******* saylı, xx.xx.2016-cı il tarixli müqavilə), mənzilə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən mərhum X7 adına verilmiş xx.xx.2016-cı il tarixli, ******* saylı və İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 adına verilmiş xx.xx.2020-ci il tarixli, ********** saylı çıxarışlar və onlarla bağlı qeydlər ləğv edilir, mənzil ilkin hüquqi vəziyyətinə gəlir, mənzilə dair Cavabdeh1 çıxarışı bərpa edilir.
4. Cavabdeh1 üzərinə öhdəlik götürür ki, ödəməli olduğu 204000 (iki yüz dörd min) manat pul vəsaitinin 21250 (iyirmi bir min iki yüz əlli) manat hissəsini hazırkı saziş məhkəmə tərəfindən təsdiq edildikdən sonra, xx.xx.2021-ci il tarixdə İddiaçı1 ödəyəcək, 21250 (iyirmi bir min iki yüz əlli) manat vəsaiti xx.xx.2021-ci il tarixədək İddiaçı1 qızma ödəyəcək, 21250 (iyirmi bir min iki yüz əlli) manat vəsaiti xx.xx.2021-ci il tarixədək İddiaçı1 ödəyəcək, qalıq 140250 (yüz qırx min iki yüz əlli) manat vəsaiti xx.xx.2021-ci il tarixədək İddiaçı1 ödəyəcək.
5. 204000 (iki yüz dörd min) manat vəsaitin ödənilməsi başa çatdıqdan sonra İddiaçı1 müqavilələrin ləğv edilməsi və ya mənzilin Cavabdeh1 adına qaytarılması üçün bütün zəruri sənədləri imzalayacaq, zəruri hərəkətləri edəcəkdir. Sənədləşmə ilə bağlı bütün xərclər Cavabdeh1 tərəfindən ödəniləcək. Vəsait ödənildikdən sonra İddiaçı1 mənzilin ilkin hüquqi vəziyyətini bərpa etmədiyi halda məhkəmə tərəfindən icra vərəqəsi veriləcək.
6. Cəmi 204000 (iki yüz dörd min manat) vəsait xx.xx.2021-ci il tarixədək ödənilməyəcəyi halda Cavabdeh1 və Cavabdeh2, Cavabdeh3 və Cavabdeh3 azyaşlı uşaqları X6 və X3 ünvan 1 mənzil 3 ünvanda yerləşən mülkiyyət hüququ ilə bizə məxsus olan mənzildən çıxarılmaları və mənzilin boşaldılaraq təhvil verilməsi ilə bağlı icra vərəqəsinin verilməsi üçün Səbail rayon Məhkəməsinə müraciət edilir. Bu halda hazırkı saziş üzrə ödənilmiş vəsaitlərin Cavabdeh1 qaytarılmasını İddiaçı1 təmin edir. İlkin iddia üzrə İddiaçı1 (İddiaçı2, İddiaçı3, İddiaçı4) ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildən çıxarılma tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 (İddiaçı2, İddiaçı3, İddiaçı4) qarşı borcu ödəməklə müqavilələrin ləğvi tələbinə dair qarşılqlı iddia ərizələri üzrə mülki işin icraatına xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Şəhla Süleymanova