Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-333/2024 29.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı İslam oğlunun iştirakı ilə, İddiaçı İslam oğlunun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "xxxx" Məhdud Məsulıyyətli Cəmıyyətinə qarşı "əmək müqaviləsinə xitam verilməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı İslam oğlu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "xxxx" Məhdud Məsulıyyətli Cəmıyyətinə qarşı "əmək müqaviləsinə xitam verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə onun arasında olan əmək müqaviləsinə məhkəmə qərarı ilə xitam verilməsinə dair məlumatın elektron informasiya sistemi vasitəsi ilə «Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi»nə daxil edilməsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın əsasları: o, pandemiya dövründə Cavabdehndə işləmək qərarına gəlmişdir. Şirkəti rəhbəri X4 onu xx.xx.2020-ci il tarixdə həmin şirkətin portalına salmışdır, lakin o, həmin şirkətdə bir gün işləmişdir. Lakin Cavabdeh MMC-də olan əmək müqaviləsi hələ də aktivdir. O, əmək müqaviləsini ləğv etmək üçün cavabdehə müraciət etmək istəsə də, Cavabdeh MMC-nin heç bir nümayəndəsini tapa bilmir. Bununla bağlı X3 Xidmətinə də müraciət etmişdir. Lakin bir nəticə əldə edə bilməmişdir. Çünki həmin şirkət artıq fəaliyyətini dayandırıb. Məhkəməyə müraciət etməkdə məqsədi Cavabdeh MMC ilə olan əmək müqaviləsinin ləğv edilməsi ilə bağlıdır. Hesab edir ki, işəgötürən əmək müqaviləsinə xitam verməli olduğu halda bunu etmədiyi üçün, o, Əmək Məcəlləsinin 68 və 69-cu maddələrinin tələblərini pozmuşdur. Qanunvericiliyin tələbinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və ya xitam verilməsi barədə məlumatlar elektron informasiya sistemində qeydiyyata alınmalıdır və həmin qeydiyyat müvafiq icra hakimiyytəi orqanı olan X3 Xidməti tərəfindən aparılır. Belə olan halda məhkəmə hesab edir ki, əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin qeydiyyata alınması X3 Xidmətinin üzərinə qoyulmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı İslam oğlu iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi X1 iddianın təmin edilməsini məhkəmənin mülahizəsinə buraxdıqlarını və növbəti məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh Məhdud Məsulıyyətli Cəmıyyətinə dəfələrlə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: -Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışın surətindən görünür ki, "xxxx" Məhdud Məsulıyyətli Cəmıyyətinin (VÖEN: **********) hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva, ev 26, mənzil 83, qanuni təmsilçisi X4 olmaqla xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya sistemindən xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, İddiaçı İslam oğlu ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış və o, "xxxx" MMC-də sürücü vəzifəsinə işə götürülmüşdür. xx.xx.2023-cü il tarixdə bildiriş çap edilərkən müqavilə qüvvədə olmuşdur. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin məktubundan görünür ki, uçot məlumat bazasına əsasən Cavabdeh (VÖEN **********) xx.xx.2019-cu il tarixdə hüquqi şəxs kimi qeydiyyata alınmış və ona ********** VÖEN verilmişdir. Eyni zamanda, Cavabdeh (VÖEN **********) fəaliyyəti qeydiyyata alındığı tarixdən hal-hazıradək aktivdir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh (VÖEN **********) xx.xx.2019-cu il tarixdə hüquqi şəxs kimi qeydiyyata alınmış və ona ********** VÖEN verilmişdir. Eyni zamanda, Cavabdeh (VÖEN **********) fəaliyyəti qeydiyyata alındığı tarixdən hal-hazıradək aktivdir. İddiaçı İslam oğlu ilə Cavabdeh MMC arasında xx.xx.2020ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış və o, "xxxx" MMC-də sürücü vəzifəsinə işə götürülmüşdür. Həmçinin müəyyən edilmişdir ki, İddiaçı İslam oğlu hazırda Cavabdeh Məhdud Məsulıyyətli Cəmıyyətində sürücü vəzifəsində işləməsə də, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİ hissəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. -35-ci maddəsinin İİİ hissəsinə əsasən heç kəs zorla işlədilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin a) bəndinə əsasən, işçinin sərbəst surətdə ixtisasına, sənətinə, peşəsinə uyğun əmək fəaliyyəti növü və iş yeri seçərək əmək müqaviləsi bağlamaq hüququ vardır. - 69-cu maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin məktubuna əsasən Cavabdeh MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva, ev 26, mənzil 83, qanuni təmsilçisi X4 olmaqla xx.xx.2019-cu il tarixdə qeydiyyata alındığı və fəaliyyəti qeydiyyata alındığı tarixdən hal-hazıradək aktiv olması, lakin iddiaçı həmin hüquqi şəxslə əmək münasibətlərinə davam etməsə də, əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin elektron sistemə daxil edilməsi üçün cavabdehə müraciət etmək istəsə də, Cavabdeh MMC-nin heç bir nümayəndəsi ilə əlaqə yarada bilməmişdir. Cavabdeh tərəfindən iddia tələbinin dəlillərini təkzib edəcək hər hansı sübut məhkəməyə təqdim edilməmiş, eləcə də həmin dəlilləri təkzib edəcək hər hansı bir hal məhkəmə araşdırması zamanı da müəyyən edilməmişdir. İddiaçı onunla Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, müddətsiz əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı cavabdehə müraciət etməyə cəhd etmiş, lakin müsbət nəticə əldə edə bilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh MMC ilə İddiaçı İslam oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli müddətsiz əmək müqaviləsinə xitam verilməli, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququ Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə həvalə edilməli, iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərci Cavabdeh MMC-dən tutularaq İddiaçı İslam oğluna ödənilməli, cavabdehdən 100 (yüz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC ilə İddiaçı İslam oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilsin və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququ Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə həvalə edilsin. İddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərci Cavabdeh MMC-dən tutularaq İddiaçı İslam oğluna ödənilsin. Cavabdeh MMC-dən 100 (yüz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-333/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-333/2024
29.02.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver