Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-342/2020 09.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkli C.P.Cəfərovun, Cavabdehin nümayəndəsi və vəkili C.S.Yusifovun 3-cü şəxs S.V.Hacıyevin iştirakları ilə İddiaçı qanuni nümayəndəsi (anası) Nümayəndə Cavabdeh1 qarşı miras hesab edilən əmlaklar üzrə qanun üzrə vərəsəliyin müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı qanuni nümayəndəsi (anası) Nümayəndə Cavabdeh1 qarşı miras hesab edilən əmlaklar üzrə qanun üzrə vərəsəliyin müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı xx.xx.2012-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X4 rayon qeydiyyat şöbəsinin xx.xx.2012-ci ildə verdiyi atalığın müəyyən edilməsinə dair şəhadətnaməyə əsasən Süleymanova Mötəbər Namiq qızının atası hesab edilmişdir. İddiaçı anası Nümayəndədır. Bakı şəhəri, Səbail rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnaməyə əsasən X14 xx.xx.2015-ci ildə vəfat etmişdir. X8 vəfatından sonra Bakı şəhəri, 41 saylı Notariat Kontorunda vərəsəlik işi açılmış və nəticədə qanun üzrə vərəsələr müəyyən edilərək şəhadətnamələr verilmişdir. Bakı şəhəri 41 saylı notariat kontorunun verdiyi şəhadətnaməyə əsasən xx.xx.2015-ci ildə vəfat etmiş X8 vərəsəsi: ünvan 1 ünvanında yaşayan yetkinlik yaşına çatmamış xx.xx.2012-ci il təvəllüdlü qızı İddiaçı miras əmlakının 1/4 hissəsinə irs almalıdır. Qeyd olunan vərəsəlik işi üzrə miras əmlaklar - Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin BŞƏİ-nin xx.xx.1015-ci il tarixli 15/100 saylı arayışına və AR-nin TİMHQİ-nin xx.xx.2004-cü il tarixli, 30/9857 nömrəli (kitab No 27 a/c.səhifə 4060) Qeydiyyat vəsiqəsinə əsasən miras qoyana məxsus olan Bakı şəhəri, Səbail rayonu, Səfərov Qardaşları küçəsi, 11 saylı binada yerləşən ümumi sahəsi 24 kv.m., yaşayış sahəsi 18 kv.m. olan 2 otaqlı 26 saylı mənzildən; Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin BŞƏİ-nin 9 saylı Ərazi İdarəsinin xx.xx.2015-ci il tarixli 245-01 saylı arayışına, xx.xx.2014-cü il tarixli, **********15-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli (kitab No 21, səh.4) Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışına əsasən ünvan 2i ünvanında yerləşən, ümumi sahəsi 98,6 kv.m., yaşayış sahəsi 40,8 kv.m., yardımçı sahəsi 57,8 kv.m. olan 2 otaqlı fərdi yaşayış evi və mülkiyyətində olan 0,122 ha torpaq sahəsindən və Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin BŞƏİ-nin xx.xx.2015-ci il tarixli, 04/187 saylı arayışına və xx.xx.2009-cu il tarixli, 11/85 inventar nömrəli daşınmaz əmlakın Texniki pasportuna əsasən Bakı şəhəri, Yasamal rayonu, Əzizbəyov küçəsi, 518-ci məhəllə, 7-ci evin həyətində yerləşən tikinti sahəsi 14,6 kv.m. olan qarajdan və Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən xx.xx.2013-cü il tarixli, AC No030929 qeydiyyat şəhadətnaməsinə əsasən 2013-cü ildə buraxılmış, mühərriki - GE03501, WPİZZZ92ZELA71758 banlı, şassi nömrəsi AZ ** ET *** qeydiyyat nişanlı “Porsche Cayenne” minik markalı avtomaşından ibarət olmuşdur. Həmçinin notariat kontoru tərəfindən verilmiş digər şəhadətnaməyə əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən xx.xx.2015-ci ildə vəfat etmiş X3 qalmış ünvan 3 mənzil 26 ünvanında yaşayan: arvadı - Cavabdeh1 Mirzali qızı onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakların 1/2 hissəsinə mülkiyyət hüququ verilmişdir. Beləliklə, miras əmlakın 1/2 hissəsini vəfat edənin arvadı Cavabdeh1, qalan 1/2 hissəsinin 1/4 hissəsi İddiaçı, 3/4 hissəsi yenə də Cavabdeh1 olmaqla müəyyənləşdirilmişdir. Lakin, 41 saylı Notariat Kontoru bəzi əmlakları miras əmlak kimi müəyyən etməmiş, bununla da bu əmlaklar miras əmlak kimi bölgüyə getməmişdir.Bəzi sorğular nəticəsində vərəsəlik işi açılan dövrlərlə müəyyən əmlakların yayındırılması müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası DİN Baş Dövlət X23 xx.xx.2019-cu il tarixli 96226/2019 No-li məktubuna əsasən X8 mülkiyyətində olmuş “Mercedes Benz GL 550” markalı, ** NT *** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat hərəkətlərinin aparılmasına dair sənəddə göstərilmişdir ki, ** NT *** nömrə nişanlı avtomobilə şəhadətnamə xx.xx.2013-cü il tarixdə X8 adına verilmişdir. Daha sonra ikinci dəfə şəhadətnamə xx.xx.2015-ci ildə Cavabdeh1 adına verilmişdir. xx.xx.2015ci ildə Səfərov Namiq vəfat edir və buna qədər onun tərəfindən verilmiş bütün etibarnamələr artıq etibarsız hesab olunur. Lakin vəfatından 3 ay sonra alqı-satqı müqaviləsi vasitəsilə avtomobil necəsə Cavabdeh1 adına rəsmiləşdirilir. Bu rəsmiləşdirilməni aparan DİN BDYPİ tərəfindən bu sənədlərin surətləri bizə təqdim edilməmiş və bunu yalnız məhkəmə sorğusu ilə göndərilə biləcəyini məktubda qeyd etmişdir. Daha sonralar 3 dəfə alqı-satqı həyata keçirilmiş və hal hazırda mübahisələndirildən avtomobil ** XU *** qeydiyyat nömrəsi ilə istifadə edilir. Belə olan halda “Mercedes Benz GL 550” markalı, ** NT *** dövlət qeydiyyat nişanlı avtomobilin alqısatqısının etibarsız hesab edilməsi və bu əmlakın miras əmlakı kimi müəyyən edilərək paylara münasib bölünməsi zərurəti yaranmışdır. Verilmiş vərəsəlik şəhadətnaməsi ilə ** ET *** dövlət qeydiyyat nişanlı “Porsche Cayenne” markalı avtomobil miras əmlaklar siyahısında olmuşdur. Buna baxmayaraq verilmiş sorğu nəticəsində xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikası DİN BDYPİ-nin sorğuya cavabı ilə ** ET *** dövlət qeydiyyat nişanlı “Porsche Cayenne” markalı avtomobil xx.xx.2015-ci il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmıışdır. Beləliklə, Cavabdeh1 miras əmlak hesab olunan avtomaşını öz adına rəsmiləşdirmişdir. Belə olan halda, xx.xx.2015-ci il tarixdə Cavabdeh1 adına verilmiş avtomobilə dair şəhadətnamə etibarsız hesab edilməlidir. Həmçinin bundan sonra xx.xx.2017-ci il tarixli, ** ET *** dövlət qeydiyyat nişanlı “Porsche Cayenne” markalı avtomobilə dair olan alqı-satqı müqaviləsinin etibarsız hesab edilməli və qeyd olunan əmlaka dair 1/8 hissəsinə onun mülkiyyəti tanınmalıdır. 459197 No-li nikah haqqında şəhadətnaməyə əsasən X8 İbrahimova (Səfərova) Nuranə Mirzəli qızı ilə xx.xx.1991-ci ildə nikahları bağlanmışdır. Əlavə olaraq Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il **********40 No-li məktubuna əsasən 13 saylı DNK-nın xx.xx.2007-ci il tarixli, 4Ə/2-305 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, H.Cavid küçəsi, ev 13, 26 saylı mənzil Cavabdeh1 adına qeydiyyatdan keçməsi və hazırda mülkiyyətində olması müəyyən edilmişdir. Beləliklə, yuxarıda qeyd olunan və Cavabdeh1 mülkiyyətində olan, 2015-ci ildə vəfat edən Səfərov Namiqlə birgə nikah dövründə əldə olunmuş Bakı şəhəri, Yasamal rayonu, H.Cavid küçəsi, ev 13, 26 saylı mənzil qanun üzrə vərəsəlik hüquqları müəyyən edilərək miras kimi tanınmalı və onun payı müəyyənləşdirilməlidir. Yəni qeyd olunan mənzilin 1/8 hissəsinə onun vərəsəlik payı müəyyən edilməlidir. Həmçinin qeyd olunan vərəsəliklə bağlı açılmış notariat işində vəfat etmiş X8 adına Əzizbəyov rayonu, Zirə ərazisində 0,12 ha torpaq sahəsindən ibarət olan 197 saylı bağ sahəsinə dair xx.xx.2005-ci il tarixdə Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi ilə bağlanmış 23688 saylı müqavilə ilə mövcud olmuşdur. Notarius tərəfindən Əmlak Komitəsi yanında DƏDRX-nin Bakı Ərazi İdarəsinə qeyd olunan bağ sahəsi ilə əlaqədar çıxarışın verilməsinə dair müraciət olunmuş, lakin müraciət cavabsız qalmışdır. Qeyd olunan bağ sahəsinin istifadə və özəlləşdirilməsi hüququ vərəsəlik üzrə keçdiyindən həmin bağ sahəsinə də İddiaçı pay hüququ tanınmalıdır. Göstərilənləri nəzərə alaraq iddiaçı “Mercedes Benz GL 550” markalı, 2008-ci buraxılışlı, ** NT *** (hal-hazırda ** XU ***) dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2015-ci il tarixli BDYPİ-də bağlanmış alq-satqı müqaviləsinin və onun əsasında bağlanmış digər əqdlərin etibarsız hesab edilməsi, ** ET *** dövlət qeydiyyat nişanlı (hal-hazırda ** LU ***), 2013-cü il buraxılışlı, “Porsche Cayenne” markalı avtomobilə dair BDYPİ-də bağlanmış xx.xx.2015-ci il tarixli və xx.xx.2015-ci il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, X1 birgə nikah dövründə əldə edilmiş və cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, H.Cavid küçəsi, ev 13, 26 saylı mənzilin, Əzizbəyov rayonu, Zirə ərazisində 0,12 ha torpaq sahəsindən ibarət olan 197 saylı bağ sahəsinin, “Mercedes Benz GL 550” markalı, 2008-ci il buraxılışlı, ** NT *** (hal-hazırda ** XU ***) dövlət qeydiyyat nişanlı avtomobilin miras əmlak kimi tanınması və həmin əmlakın 1/8 hissəsinə iddiaçının vərəsəlik hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qanuni nümayəndəsi (anası) Nümayəndə AR MPM-nin 53-cü maddəsinə əsasən iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, məhkəmə araşdırılması zamanı təyin edilmiş əmtəəşünaslıq ekspertizasının nəticəsinə görə miübahisəli “Mercedes Benz GL 550” markalı, 2008-ci il buraxılışlı, ** NT *** (hal-hazırda ** XU ***) dövlət qeydiyyat nişanlı avtomobilin 2015-ci ilə, yəni qanunsuz olaraq satılması zamanına dəyəri 45.000 manat məbləğində müəyyən edilmişdir. Qeyd edilən avtomobil bir neçə şəxsə satıldığından hesab edirlər ki, avtomobilin dəyərinin bir hissəsinə onların pay hüquqları vardır. Avtomobilin qanunsuz olaraq satılmasından 5 il ötür və bu müddət ərzində onlardan gizlədilmiş payın əvəzi olan vasitə əldə çıxmış fayda hesablanmalıdır. Hesab edir ki, bu məbləğə ölkə üzrə banklarda olan illik orta depozit faizi ilə, yəni 10 faizlə müəyyən edilməlidir. X1 adına olan Əzizbəyov rayonu, Zirə ərazisində 0,12 ha torpaq sahəsindən ibarət olan 197 saylı bağ sahəsi özəlləşdirilməmiş vəziyyətdə olmasına baxmayaraq qeyd edilən bağ sahəsinə icarə hüququ da vərəsəlik qaydasında keçməli və onlar bu hüququn varisi kimi tanınmalıdırlar. Bu səbəbdən də iddia tələbinin dəqiqləşdirilməsinə ehtiyac vardır. Göstərilənləri nəzərə alaraq iddiaçı “Mercedes Benz GL 550” markalı, 2008-ci buraxılışlı, ** NT *** (hal-hazırda ** XU ***) dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri olan 45000 manat məbləğinin vərəsəlik payı nisbətində, yəni 5625 manat məbləğində vəsaitin, bu vəsaitə hesablanmış əldə çıxmış fayda hesab olunan 2810 manat, ümumilikdə 8435 manat məbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair, ** ET *** dövlət qeydiyyat nişanlı (hal-hazırda ** LU ***), 2013-cü il buraxılışlı, “Porsche Cayenne” markalı avtomobilə dair BDYPİ-də bağlanmış xx.xx.2015-ci il tarixli və xx.xx.2015-ci il tarixli alqısatqı müqavilələrinin etibarsız hesab edilməsi, X1 birgə nikah dövründə əldə edilmiş və cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayon, H.Cavid küçəsi, ev 13, 26 saylı mənzilə miras hissəsinə düşən pay olaraq 1/8 hissəsinə iddiaçının mülkiyyət hüququnun tanınmasına, Əzizbəyov rayonu, Zirə ərazisində 0,12 ha torpaq sahəsindən ibarət olan 197 saylı bağ sahəsinə icarə və istifadə hüququnun vərəsəlik payına mütənasib olaraq iddiaçıya keçməsinin müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Cəfərov Ceyhun Pöhrüz oğlu iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili izahatında həmçinin göstərmişdir ki, hazırki tələblə məhkəməyə müraciət etmək üçün müddət buraxılmamışdır. Çünki həmin əmlaklar barədə məlumatlar qanun üzrə vərəsəlik şəhadətnaməsi alındıqdan sonra iddiaçıya məlum olmuşdur. Eyni zamanda məhkəmə tərəfindən təyin edilmiş ekspert rəyi ilə avtoamşına qoyulmuş qiymət daha realdır. Məbləğ 45000 manatla götürülməlidir. Məhkəmə iclasında dindirilən şahidlərdən biri cavabdehin oğlu olduğundan digər şahid ifadələri arasında isə ziddiyətli məqamlar olduğu üçün sübut növü kimi qəbul edilə bilməz. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi və vəkili X10 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, ekspert tərəfindən “Mersedes Benz” markalı avtomaşına qoyulmuş 45000 manat qiymət real deyil. 2015-cm ildə həmin avtomaşının qiymətləndirilməsi keçirilmiş, orada avtomaşına likvid dəyərinin 21000 manat təşkil etməsi qeyd edilmişdir. Faktiki olaraq isə avtomaşın 13000 ABŞ dollarına, o vaxtı kursla 20800 manata satılmışdır. Bunu təsdiq edən şahidlər də var. “Porsche” markalı avtomaşın isə bankda girovda olmuş, miras qoyanın ölümündən sonra bank tərəfindən satılmış, cavabdehə 1470 manat pul verilmişdir ki, o da dəfn xərclərinə sərf olunmuşdur. Cavabdehin mülkiyyətində olan əmlaka vərəsəlik hüququnun tanınması ilə bağlı tələb üzrə bildirir ki, notariat orqanı tərəfindən miras əmlakların siyahısında həmin əmlak göstərilməmişdir. Bu əmlakla bağlı iddiaçının tələb irəli sürməyə subyektiv hüququ yoxdur. Bağ sahəsi üzrə isə icarə münasibətləri 2010-cu ildə bitmişdir. Bağ sahəsi dövlətin mülkiyyətindədir. İcarə münasibətləri olmayan sahəyə icarə hüquqları üzrə vərəsəliyin açılması da qanunsuzdur. Digər tərəfdən iddia ərizəsinin məzmunundan və iş materiallarından açıq-aşkar görünür ki, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. İddiaçı sözügedən avtomobillərin alqı-satqısına dair müqavilələrin etibarsız hesab edilməsini tələb etməkdədir. Halbuki etibarsız hesab edilməsi tələb edilən müqavilələr xx.xx.2015-ci, xx.xx.2015-ci il və xx.xx.2015-ci il tarixlərdə bağlanmışdır. Həmçinin iddiaçı qanunla nəzərdə tutulmuş müddətin (1 il) ötürülməsinə və ya üzürlü səbəbdən ötürülməsinə dair hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Göstərilənləri nəzərə alaraq cavabdehin nümayəndəsi və vəkili iddia tələblərinin müddət keçdiyini nəzərə alaraq iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış məhkəmə tərəfindən 3-cü şəxs qismində işə cəlb edilmiş X15 öz izahatında göstərmişdir ki, öz izahatında göstərmişdir ki, “Porsche” markalı avtomaşını bankdan 34530 manat verərək əldə etmişdir. Sonra BDYPİ-nə gedib öz adına müvafiq şəhadətnamə almışdır. Avtomaşını qanuni əsaslarla əldə etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə 3-cü şəxs Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 öz ifadəsində göstərmişdir ki, o Nuranə xanımın oğludur. 2016-cı ilin sentyabr ayında atasına məxsus olmuş avtomaşını satmaq üçün Babək prospektində yerləşən avtosalonlara müraciət etmiş, orada ona avtomaşında problemlərinin olma səbəbindən 13000 ABŞ dollarına satıla bilməsini bildirmişlər. O razılaşmış və həmin avtomaşın 13000 ABŞ dollarına satılmışdır. Şahid həmçinin göstərmişdir ki, avtomaşının elektronika, yastıqları və diskləri, amortizasiya sistemində qüsurlar olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 öz ifadəsində göstərmişdir ki, “Mersedes Benz” markalı avtomaşını Babək prospektində 13000 ABŞ dollarına almışdır. Avtomaşın tam saz vəziyyətdə deyildi. 2000-3000 manat xərc çəkmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 öz ifadəsində göstərmişdir ki, O Babək prospektində yerləşən avtosalonu işlədir. 2016-cı ildə Rahib adlı şəxs “Mersedes Benz GL550” markalı avtomaşını salona gətirmiş, o həmin avtomaşında təxminən 10000 manat xərc olmasını müəyyən etdiyi üçün onu almamış ,tanışı Asifə təklif etmiş. Asif həmin avtomaşını gəlib 13000 ABŞ dollarına razılaşıb almışdır. İş üzrə Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının Abadlaşdırma və X2 Departamentinin Bağlar-Təsərrüfatının inkişafı və istismarı Birliyi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, 23688 saylı müqavilənin kserosurətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 319 saylı Sərəncamı ilə Bakı şəhəri, Əzizbəyov rayonunun, Zirə ərazisində 0,12 ha torpaq sahəsi olan 197 D No-li bağı müqavilədə göstərilən tikinti, qurğular və ağaclarla X12 istifadəsinə verilmişdir. İş üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının kserosurətinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 518-ci məhəllədə yerləşən 13 nömrəli binada 61,1 kv.m. ümumi sahədən ibarət 2 otaqlı 26 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmışdır. İş üzrə AR DİN BDYPİ tərəfindən verilmiş AC№030929 seriyalı xx.xx.2013-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin kserosurətinə əsasən, «Porsche Cayenne» minik markalı, **-ET-*** dövlət nömrə nişanlı avtomaşın X8 adına qeydiyyata alınmışdır. İş üzrə Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnaməsinin kserosurətinə əsasən X14 xx.xx.2012-ci ildə Nümayəndə doğulmuş Süleymanova Mötəbər Namiq qızının atası hesab edilmişdir. İş üzrə Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli doğum haqqında şəhadətnaməsinin kserosurətindən görünür ki, İddiaçı xx.xx.2012-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası X14, anası Nümayəndədır. İş üzrə Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli ölüm haqqında şəhadətnaməsinin kserosurətindən görünür ki, X14 xx.xx.2015-ci il tarixdə ölmüşdür. İş üzrə Bakı şəhəri 41 saylı notariat kontoru tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin kserosurətindən görünür ki, xx.xx.2015-ci ildə vəfat etmiş X8 vərəsəsi yetkinlik yaşına çatmamış xx.xx.2012-ci il təvəllüdlü qızı İddiaçı miras əmlakların 1/4 hissəsinə irs almalıdır. Şəhadətnamə verilən miras əmlaklar - miras qoyana məxsus olan Bakı şəhəri, Səbail rayonu, Cəfərov qardaşları küçəsi, 11 saylı binada yerləşən, ümumi sahəsi 24 kv.m., yaşayış sahəsi 18 kv.m. olan, 2 otaqlı, 26 saylı mənzildən, ünvan 4i ünvanında yerləşən ümumi sahəsi 98,6 kv.m., yaşayış sahəsi 40,8 kv.m., yardımçı sahəsi 57,8 kv.m. olan 2 otaqlı fərdi yaşayış evi və mülkiyyətində olan 0,122 ha torpaq sahəsindən, Bakı şəhəri, Yasamal rayonu, Əzizbəyov küçəsi, 518-ci məhəllə, 7-ci evin həyətində yerləşən tikinti sahəsi 14,6 kv.m. olan qarajdan, və Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, AC No ******* Qeydiyyat Şəhadətnaməsinə əsasən 2013-cü ildə buraxılmış AZ ** ET *** qeydiyyat nişanlı “Porsche Cayenne” minik markalı avtomaşından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1325-ci maddəsinə əsasən göstərilən miras əmlakların qalan 3/4 hissəsinə Cavabdeh1 Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcək. Göstərilən miras əmlakdan qalan 1/2 hissəsinə ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış arvada verilən Mülkiyyət hüququ haqqında Şəhadətnamə Cavabdeh1 veriləcək. İş üzrə Bakı şəhəri 41 saylı notariat kontoru tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli ərarvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən Mülkiyyət hüququ haqqında Şəhadətnaməsinin kserosurətindən görünür ki,xx.xx.2015-ci ildə vəfat etmiş X3 qalmış arvadı Cavabdeh1 onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakların 1/2 hissəsinə mülkiyyət hüququ vardır. Cavabdeh1 mülkiyyət hüququ haqqında şəhadətnamə verilən ümumi birgə əmlaklar miras qoyana məxsus olan Bakı şəhəri, Səbail rayonu, Cəfərov Qardaşları küçəsi, 11 saylı binada yerləşən ümumi sahəsi 24 kv.m. yaşayış sahəsi 18 kv.m. olan 2 otaqlı, 26 saylı mənzildən, ünvan 4i ünvanında yerləşən ümumi sahəsi 98,6 kv.m., yaşayış sahəsi 40,8 kv.m., yardımçı sahəsi 57,8 kv.m. olan 2 otaqlı fərdi yaşayış evi və mülkiyyətində olan 0,122 ha torpaq sahəsindən, Bakı şəhəri, Yasamal rayonu, Əzizbəyov küçəsi, 518-ci məhəllə, 7-ci evin həyətində yerləşən tikinti sahəsi 14,6 kv.m. olan qarajdan və Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, AC No ******* Qeydiyyat Şəhadətnaməsinə əsasən 2013-cü ildə buraxılmış AZ ** ET *** qeydiyyat nişanlı “Porsche Cayenne” minik markalı avtomaşından ibarətdir, o cümlədən ölmüş ərin ümumi əmlakdan payın 1/2 hissədən ibarətdir. İş üzrə Bakı şəhəri 41 saylı notariat kontoru tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməsinin kserosurətindən görünür ki, xx.xx.2015-ci ildə vəfat etmiş X8 vərəsəsi arvadı Cavabdeh1 miras əmlakların 3/4 hissəsinə irs almalıdır. Şəhadətnamə verilən miras əmlaklar - miras qoyana məxsus olan Bakı şəhəri, Səbail rayonu, Cəfərov qardaşları küçəsi, 11 saylı binada yerləşən, ümumi sahəsi 24 kv.m., yaşayış sahəsi 18 kv.m. olan, 2 otaqlı, 26 saylı mənzildən, ünvan 4i ünvanında yerləşən ümumi sahəsi 98,6 kv.m., yaşayış sahəsi 40,8 kv.m., yardımçı sahəsi 57,8 kv.m. olan 2 otaqlı fərdi yaşayış evi və mülkiyyətində olan 0,122 ha torpaq sahəsindən, Bakı şəhəri, Yasamal rayonu, Əzizbəyov küçəsi, 518-ci məhəllə, 7-ci evin həyətində yerləşən tikinti sahəsi 14,6 kv.m. olan qarajdan, Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, AC No ******* Qeydiyyat Şəhadətnaməsinə əsasən 2013-cü ildə buraxılmış AZ ** ET *** qeydiyyat nişanlı “Porsche Cayenne” minik markalı avtomaşından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1325-ci maddəsinə əsasən göstərilən miras əmlakların qalan 1/4 hissəsinə İddiaçı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilib. Göstərilən miras əmlakdan qalan 1/2 hissəsinə ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış arvada verilən Mülkiyyət hüququ haqqında Şəhadətnamə Cavabdeh1 verilib. İş üzrə Azərbaycan Respublikası DİN Baş Dövlət X29 tərəfindən Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili Ceyhun Cəfərova ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, “Mercedes Benz GL 550” markalı, ** NT *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2016-cı il tarixdə X13 adına qeydiyyata alınmışdır. xx.xx.2017-ci il tarixdə qeyd olunan avtomobil komisyon mağazada satılması üçün Asif Vəliyevin adından qeydiyyatdan çıxarılmış və xx.xx.2017-ci il tarixdə yeni ** XU *** dövlət qeydiyyat nişanlı təhkim olunaraq hesab-arayış-744198 əsasında X5 adına təkrar dövlət qeydiyyatına alınmışdır. Qeyd olunan avtomobilin yüklü edilməsi barədə DİNnin Baş Dövlət X22 mərkəzi informasiya sistemində məlumat mövcud deyil. “Porsche Cayenne” markalı, ** ET *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2015-ci il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır. Qeyd olunan avtomobil ipoteka müqaviləsi əsasında “xxxxxxxxx” ASC-nin mərkəzi filialında girova qoyulmuşdur və bankın xx.xx.2015-ci il tarixli 1178 nömrəli məktubu əsasında ipotekadan azada edilmişdir. xx.xx.2015-ci il tarixdə qeyd olunan avtomobil alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adından qeydiyyatdan çıxarılmış və yeni ** LU *** dövlət qeydiyyat nişanı təhkim olunaraq X9 adına təkrar dövlət qeydiyyatına alınmışdır. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, 13 saylı DNK-nın xx.xx.2007-ci il tarixli 4Ə/2-305 reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, H.Cavid küçəsi, ev 13, 26 saylı mənzil Cavabdeh1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli 9/2471 saylı rəyinə əsasən məhkəmə tədqiqatına təqdim olunmayan “Mercedes Benz GL” markalı, 2008ci il buraxılışlı normal vəziyyətdə saxlanılmış istifadəyə yararlı avtomobilin 2015-ci il tarixə nəzəri orta bazar qiyməti təxminən 45.000 manat müəyyən olunmuşdur. İş üzrə xx.xx.2015-c iil tarixli “xxxxxxxx” MMC tərəfindən tərtib edilmiş qiymətləndirmə hesabatından belə məlum olur ki, “Mersedes Benz GL550” markalı ** NT *** d.n.n avtomaşının bazar dəyəri 25000 manat, likvid dəyəri 21000 manat təşkil edir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, miras qoyan Namiq Səfərovun xx.xx.2015-ci il tarixdə vəfat etməsindən sonra onun mülkiyyətində olan əmlaklara miras açılmışdır. Namiq Səfərovun vəfatında sonra onun dörd birinci növbəli vərəsəsi (nikahdan kənar övladı, hazırki iş üzrə iddiaçı; həyat yoddaşı - hazırki iş üzrə Cavabdeh1 və miras qoyanın Cavabdeh1 ilə birgə nikahdan olan 2 övladı – Gülzar Səfərova və Rahib Səfərov) mirasın qəbulu ilə bağlı notariat kontoruna müraciə etmişlər. Bakı şəhər 41 saylı notariat kontorunun xx.xx.2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən İddiaçı miras qoyan X6 qalmış əmlaklara vərəsəlik hüquqları tanınmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Bakı şəhər 41 saylı notariat kontoru tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə miras qoyan Namiq Səfərova öldüyü məqamadək məxsus olan bəzi əmlaklar daxil edilməmişdir. Həmin əmaklar hazırki iddia üzrə mübahisələndirilən “Mersedes Benz GL 550” markalı ** NT *** (hazırda ** XU ***) dövlət nömrə nişanlı avtomaşın, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid küçəsində yerləşən 13 saylı evin 26 saylı mənzili və Əzizbəyov rayonu, Zirə ərazisində 0,12ha torpaq sahəsindən ibarət olan 197 saylı baş sahəsidir. “Porsche Cayenne” markalı ** ET *** (hazırda ** LU ***) dövlət nömrə nişanlı avtomaşın isə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilsə də və iddiaçının həmin avtomaşına vərəsəlik hüquqları tanınsa da, həmin əmlak miras qoyan öldükdən sonra xx.xx.2015-ci il tarixdə alğı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilmişdir. Bu səbəbdən iddiaçı həmin əmlaka vərəsəlik hüquqlarını rəsmiləşdirə bilməmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələblərdən görünür ki, o “Mersedes Benz GL 550” markalı ** NT *** (hazırda ** XU ***) dövlət nömrə nişanlı avtomaşın bir neçə adama satılmışdır və bu səbəbdən iddiaçı həmin avtomaşının dəyərinin 45000 manat olmasını əsas tutaraq həmin əmlakdakı vərəsəlik payına uyğun olaraq əmlakın dəyərinin 1/8 hissəsinin (5625 manat) və əldən çıxmış fayda kimi 2810 manatın cavabdehdən tutulmasını xahiş etmişdir. “Porsche Cayenne” markalı ** ET *** (hazırda ** LU ***) dövlət nömrə nişanlı avtomaşına iddiaçının vərəsəlik hüquqları tanındığı üçün, iddiaçı həmin avtomaşına dair bağlanmış xx.xx.2015-ci il tarixli və xx.xx.2015-ci il tarixli alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsini xahiş etmişdir. Cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, H.Cavid küçəsində yerləşən 13 saylı evin 26 saylı mənzili miras qoyanın cavabdehlə birgə nikahda olduqları zaman əldə edildiyi üçün, lakin vərəsəlik hüququ haqqında şəhadətnamədə həmin əmlak miras əmlak kimi nəzərə alınmadığı üçün iddiaçı həmin əmlakda ona düşən 1/8 payının müəyyən edilməsini xahiş etmişdir. Bakı şəhəri, Əzizbəyov (hazırda Xəzər rayonu) rayonu, Zirə ərazisində 0,12ha torpaq sahəsindən ibarət olan 197 saylı baş sahəsi miras qoyanın adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyi üçün, həmin bağ sahəsi də miras əmlak kimi vərəsəlik hüququ haqqında şəhadətnaməyə əlavə edilməmişdir. Buna baxmayaraq iddiaçı həmin bağ sahəsinə miras qoyanın əmlak hüquqlarının olmasını əsas tutaraq həmin əmlakda da vərəsəlik payının müəyyən edilməsini xahiş etmişdir. Cavabdeh1 hazırki iş üzrə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələblərinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələblərinə hüquqi qiymət verməmişdən əvvəl iddia müddətinin tətbiqi barədə Cavabdeh1 ərizəsinə hüquqi qiymət verilməsini zəruri hesab edir. AR MM-nin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci madəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Məhkəmə qeyd edir ki, yuxarıda göstərilən qanunun tələblərində göstərilən müddət, iddia müddəti deyil, kəsiçi müddətdir. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Məhkəmə iclasında müəyyən edilmişdir ki ,”Porsche Cayenne” markalı ** ET *** dövlət nömrə nişanlı avtomaşına İddiaçı vərəsəlik hüquqları tanınsa da, miras açılan vaxt həmin əmlak ASC “Xalq” Bankın xeyrinə yüklü edilmişdir. Namiq Səfərov xx.xx.2015-ci il tarixdə vəfat etdikdən sonra onun banka kredit müqaviləsi üzrə 36000 manat pul öhdəliyi olmuşdur. Cavabdeh1 miras qoyan Namiq Səfərovun birinci növbəli vərəsəsi olduğu üçün o, miras qoyanın aktivlərini qəbul etdiyi kimi, passivlərini də qəbul etmişdir. Belə olan halda iddiaçı da miras qoyanın birinci növbəli vərəsəsi kimi miras əmlakdan aldığı pay nisbətində miras qoyanın passivlərini, yəni öhdəliklərini qəbul etmişdir. Lakin iş materiallarından göründüyü kimi ”Porsche Cayenne” markalı ** ET *** dövlət nömrə nişanlı avtomaşına Cavabdeh1 başqa iddiaçının da vərəsəlik hüquqları tanınmışdır. Belə olan halda Cavabdeh1 həmin əmlakın satılaraq əldə olunmuş pul vəsaiti hesabına miras qoyanın bank qarşısında olan öhdəliklərin icrasına yönəldilməsi ilə bağlı tək sərəncam verə bilməzdi. Bununla bağlı iddiaçının da razılığı alınmalı idi. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçının ”Porsche Cayenne” markalı ** ET *** dövlət nömrə nişanlı avtomaşın üzərində vərəsəlik hüquqları tanınsa da, o, vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında avtomaşın üzərində paylı mülkiyyət hüquqlarını rəsmiləşdirməmişdir. xx.xx.2015-ci il tarixli alğı-satqı müqaviləsi əsasında həmin avtomaşın özgəninkiləşdirilmiş və hazırda X9 mülkiyyətindədir. Məhkəmə qeyd edir ki, iddiaçı ”Porsche Cayenne” markalı ** ET *** dövlət nömrə nişanlı avtomaşına dair bağlanılmış xx.xx.2015-ci il tarixli və xx.xx.2015-ci il tarixli alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsini tələb etmək üçün qanunda nəzərdə tutulmuş bir illik müddət keçdiyi üçün, iddia tələbi həmin hissədə əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “Mersedes Benz GL550” markalı ** NT *** (hazırda ** XU ***) dövlət nömrə nişanlı avtomaşının dəyəri olan 45000 manat məbləğindən vərəsəlik payı nisbətində 5625 manat məbləğində pul vəsaitinin tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb qismən əsaslı hesab edilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, “Mersedes Benz GL550” markalı ** NT *** (hazırda ** XU ***) dövlət nömrə nişanlı avtomaşın da miras əmlak kimi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilməmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, “Mersedes Benz GL550” markalı ** NT *** (hazırda ** XU ***) dövlət nömrə nişanlı avtomaşının dəyəri təyin edilmiş ekspertiza rəyi ilə 45000 manata qiymətləndirilsə də, məhkəmə iclasında həmin avtomaşının 13000 ABŞ dolları (o vaxtı məzənnə ilə 20800 manat) manata özgəninkiləşdirilməsi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla məhkəmə tərəfindən qiymətləndirilir. Ekspert rəyindən görünür ki, qiymətləndirilməsi aparılmalı olan avtomaşın faktiki olaraq ekspertə təqdim olunmamışdır. Ekspertiza internet məlumatlarına və mərkəzdə olan ekspert praktikası məlumatlarına əsasən aparılmışdır. Lakin həmin avtomaşının görüntüləri, texniki göstəriciləri əks etdirilməklə 2015-ci ilin dekabr ayında tərtib edilmiş qiymətləndirmə hesabatında həmin avtomaşının likvid dəyərinin 21000 manat olması müəyyən olunduğundan və həmin qiymət real satış qiyməti ilə eynilik təşkil etdiyindən, həmin sübut növünü məhkəmə daha mötəbər hesab edir. Belə olan halda məhkəmə hesab edir ki, ekspert rəyi mötəbər sübut kimi qəbul edilməməli və iddiaçının tələbi “Mersedes Benz GL550” markalı ** NT *** (hazırda ** XU ***) dövlət nömrə nişanlı avtomaşının satış qiyməti nəzərə alınmaqla təmin edilməlidir. Yəni məhkəmə miras əmlak olan “Mersedes Benz GL550” markalı avtomaşının 20800 manata satılmasını nəzərə alaraq hesab edir ki, Cavabdeh1 iddiaçının xeyrinə avtomaşının alğı-satqısından əldə olunmuş pul vəsaitinin 1/8 hissəsi (2600 manat) tutulmalıdır. Məhkəmə əldən çıxmış fayda kimi əlavə pul tələbinə dair hissədə iddianı əsassız hesab edir. Belə ki, bununla bağlı iddiaçı tərəfindən hər hansı sübut təqdim olunmamışdır. Məhkəmə iddia tələbinin daşınmaz əmlak olan mənzilə mülkiyyət hüququnun, daşınmaz əmlak olan bağ sahəsinə istfiadə və icarə hüquqlarının tanınması hissələri üzrə qeyd edir ki, həmin hissədə tələb qismən təmin edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, həmin tələblər üzrə cavabdehin iddia müddətinin tətbiq edilməsi və iddianın əsassız olması ilə bağlı gətirdiyi dəlillər də əsassızdır. Belə ki, AR Mülki Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məhkəmə qeyd edir ki, mirasın qəbul edilməsi aktı (əqdi) bölünməzdir. Bu xüsusiyyət vərəsəlik varisliyinin universal xarakterinə malik olmasından irəli gəlir. Bölünməzlik onu ifadə edir ki, miras əmlakın yalnız müəyyən hissəsini qəbul etmək olmaz, yəni miras əmlakın bir hissəsini qəbul edib, digər hissəsinin qəbulundan imtina etmək olmaz. Azərbaycan Respublikasının vərəsəlik hüququ müəyyən edir ki, mirası qismən qəbul etmək yolverilməzdir. Miras ancaq tam və bütöv şəkildə qəbul edilə bilər. Mirasın qəbul edilməsi aktı miras əmlakın hamısına şamil edilir. Mirasın nədə ifadə edilməsinin və harada olmasının məsələyə dəxli yoxdur. AR Mülki Məcəllənin 1257.1-ci maddəsinə əsasən də hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Məhkəmə qeyd edir ki, iddiaçı miras qoyan Namiq Səfərovdan miras qalmış əmlakın bir qismini qəbul etdiyi üçün, o sonradan ona məlum olan və miras açılan vaxt gizlədilmiş digər miras əmlakları da qəbul etmiş hesab edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki Bakı şəhəri, Yasamal rayonu, H.Cavid küçəsində yerləşən 13 saylı evin 26 saylı mənzili Cavabdeh1 ilə Namiq Səfərovun birgə nikahda olduqları dövrdə əldə edilmişdir. Lakin həmin mənzil daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 adına qeydiyyata alınmışdır. AR Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. AR Mülki Məcəllənin 1162-ci maddəsinə əsasən sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ərarvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Qanunun yuxarıda göstərilən tələbinə əsasən Bakı şəhəri, Yasamal rayonu, H.Cavid küçəsində yerləşən 13 saylı evin 26 saylı mənzil bir nikah dövründə əldə edildiyi üçün, həmin əmlakın 1/2 hissəsi miras qoyan Namiq Səfərova məxsusdur. Lakin vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən həmin əmlak miras siyahısına daxil edilmədiyi üçün, iddiaçı hazırda həmin əmlaka, vərəsəlik hüquqlarının tanınmasını tələb etməkdə tam haqlıdır. Bu səbəbdən məhkəmə Namiq Səfərovun birinci növbə vərəsələrin sayının dörd olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi iddiaçının həmin əmlakda 1/8 pay üzrə vərəsəlik hüququnun tanınması hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə Bakı şəhəri, Əzizbəyov (hazırda Xəzər rayonu) rayonu, Zirə ərazisində 0,12ha torpaq sahəsindən ibarət olan 197 saylı baş sahəsinə icarə və istifadə hüquqlarının tanınması tələbi üzrə qeyd edir ki, həmin hissədə tələb əsaslı hesab edilməlidir. Məhkəmə qeyd edir ki, miras əmlak dedikdə, ölən fiziki şəxsin (miras qoyanın) qanunla (vərəsəlik hüquq normaları ilə) müəyyənləşdirilən qaydada vərəsələrə keçən əmlak hüquq və vəzifələrinin məcmusu başa düşülür. Yəni ölmüş şəxsin vərəsələrə yalnız mülki hüquq və vəzifələri keçə bilər ki, onlar əmlak xarakterlidir. AR Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Əzizbəyov (hazırda Xəzər rayonu) rayonu, Zirə ərazisində 0,12ha torpaq sahəsindən ibarət olan 197 saylı baş sahəsi xx.xx.2005-ci il tarixli müqaviləyə əsasən Namiq Səfərovanın qanuni icarəsinə və istifadəsinə verilmişdir və hazırda həmin bağ sahəsi üzrə müqavilə başqa şəxsin adına dəyişdirilməmişdir. AR Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin 1-ci maddəsinə əsasən vətənsdaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrinin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. «Torpaq islahatı haqqında» AR Qanununa və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişiklik edilməsi barədə AR Qanununa əsasən «Bu Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir.». «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8.0.7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər əsas hesab olunur. Qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından görünüdyü kimi 2007-ci ilin may ayının 22-dək olan müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələri əvəzsiz olaraq onların mülkiyyətinə verilmişdir. Məhkəmə qeyd edir ki, mübahisəli bağ sahəsi yuxarıda göstərilən normativ hüquqi aktların tələblərinə əsasən əvəzsiz olaraq miras qoyan Namiq Səfərovun mülkiyyətinə verilsə də, sonuncu həmin bağa dair mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmamışdır. Lakin bununla belə miras qoyanın həmin bağ sahəsinə dair gözlənilən mülkiyyət hüquqları olmuşdur və hazırda həmin hüquqlar miras əmlakın aktivi hesab edilir. Belə olan halda, yəni miras qoyan Namiq Səfərovun mübahisəli bağ sahəsinə hüquqlarının (istifadə və icarə) olması müəyyən edilidyindən, həmin əmlak hüquqları onun ölümündən sonra vərəsəlik qaydasında vərəsələrə keçmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, miras qoyan Namiq Səfərovun Bakı şəhəri, Əzizbəyov (hazırda Xəzər rayonu) rayonu, Zirə ərazisində 0,12ha torpaq sahəsi üzərində olan hüquqlarına (istifadə və icarə) iddiaçının miras əmlakdakı payına uyğun olaraq vərəsəlik hüquqları tanınmalıdır. Məhkəmə həmin payın nə qədər təşkil etməsi ilə bağlı qeyd edir ki, həmin pay 1/4 hissədə müəyyən edilməlidir. Belə ki, mübahisəli bağ sahəsi birgə nikah dövründə Namiq Səfərovun istifadəsinə verilmiş və yuxarıda göstərilən normativ hüquqi aktlara əsasən həmin torpaq sahəsi miras qoyanın əvəzsiz mülkiyyətinə verilmişdir. Yəni bağ sahəsi birgə qazanılan vəsait hesabına ədə olunmadığı üçün, həmin əmlak birgə əmlak hesab edilmir və həmin əmlakda vərəsələrin payları bərabərdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının həmin əmlakdakı vərəsəlik payı 1/4 hissədə müəyyən edilməlidir. AR Mülki Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Məhkəmə eyni zamanda qeyd edir ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra notariat orqanı mübahisəli bağ sahəsi üzərində miras qoyanın hüquqlarının olması haqqında arayışı qeydiyyat orqandan almalı və iddiaçının miras əmlakdakı payına uyğun olaraq ona həmin hüquna qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməlidir. Bu şəhadətnamə əsasında qeydiyyat orqanı tərəfindən iddiaçının mübahisəli bağ sahəsinə dair müəyyən edilmiş pay üzrə müvafiq çıxarış verilməlidir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Həmin Qanunun 1.0.4-cü maddəsinə əsasən qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, Cavabdeh1 iddiaçının xeyrinə “Mersedes Benz GL550” markalı ** NT *** (hazırda ** XU ***) dövlət nömrə nişanlı avtomaşının satışından əldə olunmuş pulun 1/8 hissəsi (2600 manat) miqdarında pul tutulmalı, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid küçəsində yerləşən 13 saylı evin 26 saylı mənzilinə iddiaçının 1/8 hissədə, Bakı şəhəri, Xəzər rayonu, Zirə ərazisində 0,12 ha torpaq sahəsindən ibarət olan 197 saylı bağ sahəsi üzərində miras qoyanın olan hüquqların (istifadə) 1/4 hissəsinə vərəsəlik hüquqları tanınmalıdır. Məhkəmə həmçini hesab edir ki, ekspertiza xərci cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə…. QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 Namiq qızından İddiaçı xeyrinə “Mersedes Benz GL550” markalı, 2008-ci il buraxılışlı, ** NT *** (hazırda ** XU ***) dövlət nömrə nişanlı avtomaşının satışından əldə olunmuş pulun 1/8 hissəsi - 2600 (iki min altı yüz) manat məbləğində pul tutulsun. Cavabdeh1 Namiq qızının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, H.Cavid küçəsində yerləşən 13 saylı evin 26 saylı mənzilinin 1/8 hissəsinə İddiaçı qanun üzrə vərəsəlik hüquqları tanınsın. Həmin hissədə qətnamə İddiaçı adına notariat orqanı tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Miras qoyan X8 istifadəsinə verilmiş Bakı şəhəri, Xəzər rayonu, Zirə ərazisində 0,12 ha torpaq sahəsindən ibarət olan 197 saylı bağ sahəsi üzrə olan hüquqlara (istifadə) İddiaçı 1/4 hissədə qanun üzrə vərəsəlik hüquqları tanınsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh1 Namiq qızından dövlət nəfinə keçirilmiş ekspertiza xərci - 100 (yüz) manat məbləğində pul tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-342/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-342/2020
09.10.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver