Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-343/2021 28.01.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi, Ərizəçi və onun nümayəndəsi və vəkili X7 iştirakı ilə, Ərizəçi Saatlı rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs kimi qeyd edilməklə “babası olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxx 2009-cu ildə rəhmətə getmiş X8 X10 atası, Ərizəçi babası olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Ərizəçi xx xxxxxx 1979-cu ildə Saatlı şəhərində anadan olmuşdur. X5 xx xxxx 1948-ci ildə anadan olmuş, xx xxxxx 2016cı ildə rəhmətə getmişdir. Atasının atası X13, atasının anası X12 olmuşdur. Atasının atası X13 xx xxxxx 2009-cu ildə Saatlı rayonunda rəhmətə getmişdir. X4 doğum haqqında şəhadətnaməsində soyadı Ağayev, ata adı Balaxan göstərilsə də, ata qrafasında hər hansı bir qeyd aparılmamışdır. Atasının atası ilə anasının rəsmi nikahları olmayıb. xx xxxxx 2009-cu ildə rəhmətə getmiş X8 onun atası, eyni zamanda iddiaçının babası olması faktını başqa qaydada təsdiq edə bilmir. Məhkəmə iclasında iştirak edən Ərizəçi, onun nümayəndəsi və vəkili X14 ərizəyə uyğun izahat verərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən şahid X11 izahat verərək bildirmişdir ki, Ağayev Akiflə anaları fərqli olsa da, eyni atanın övladlarıdırlar, yəni qardaşdırlar. Atasının 3 yoldaşı olmuşdur. Onların üçüdə bir həyətdə yaşayırdılar. Lakin onlardan cəmi biri ilə rəsmi nikahda olmuşdur. O vaxtı sənədləşdirmə işləri aparılanda qardaşı Ağayev Akifin sənədində ata adı qeyd olunmayıb. Ərizəçi də onun qardaşı oğludur. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Saatlı rayon Qeydiyyat Şöbəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi iclasa gəlməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçini və onun vəkilini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Vİ-ЖГ№277485 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1979-cu il tarixdə Saatlı rayonunda anadan olmuşdur. Ata qrafasında X15, ana qrafasında X9 qeyd edilmişdir. İş materiallarında olan АЗ №285740 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X15 xx xxxx 1948-ci il tarixdə Sabirabad rayonunda anadan olmuşdur. Ata qrafası boş, ana qrafasında X3 qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ№022146 saylı ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X13 xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X15 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. İş materiallarında olan AZE№******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. Qanunvericiliyin tələblərinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. İş materiallarından olan X10 doğum haqqında şəhadətnaməsindən görünür ki, X10 anasının soyadı Məmmədova olduğu halda X2 Ağayev qeyd edilmişdir. Bu əsasdan məhkəmə hesab edir ki, X1 X10 onun oğlu olması artıq qəbul etmişdir. Bundan əlavə, məhkəmə iclasında şahid qismində ifadə vermiş X11 da sözügedən faktı təsdiq etmişdir. Məhkəmə şahidin mərhumun qardaşı olduğunu, dolayısı ilə həmin şəxslərlə bağlı baş vermiş hadisə(lər)in onun tərəfindən xatırlamaq imkanının yüksək olduğunu nəzərə alaraq, həmin ifadəni mötəbər sübut kimi qəbul edir. O da nəzərə alınmalıdır ki, mövcud qanunvericiliyə əsasən babası olması faktının təsdiqi X6 vəsiyyət edilmiş miras əmlakının həcminə təsir edir. Azərbyacan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən şəxslərin qohumluq münasibətlərinə dair hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılmalıdır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman təsdiq edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin. MPM-nin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, xx xxxxx 2009-cu ildə rəhmətə getmiş X8 X10 atası, Ərizəçi babası olması faktının müəyyən edilməsi üçün yoxlanılmış sübutlar vardır və həmin faktın sair yolla müəyyən edilməsi mümkün olmadığından bu, məhkəmə qaydasında müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutub məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. xx xxxxx 2009-cu ildə rəhmətə getmiş X8 X10 atası, Ərizəçi babası olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-343/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-343/2021
28.01.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver