Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-35/2021 11.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İlkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil, İlkin iddia üzrə Cavabdeh2, İlkin iddia üzrə cavabdeh, eyni zamanda Cavabdeh1 və müstəqil tələb irəli sürən üçüncü şəxslər X9 və X10 nümayəndəsi Cavabdeh4, Cavabdehlər Cavabdeh4 və Cavabdeh1 vəkili X42, Müstəqil tələb irəli sürən üçüncü şəxs X5, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs, eyni zamanda müstəqil tələb irəli sürməyən üçüncü şəxs X24 nümayəndəsi X51 iştirakları ilə, İddiaçı – cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs – “xxxx” MTK və Bakı şəhəri İcra Hakimiyyəti cəlb olunmaqla) qarşı «mənzildən məcburi çıxarılması, mənzilə köçürülmə, maneələrin aradan qaldırılması və qeyri-qanuni hərəkətlərinə son qoyulması» tələbinə dair ilkin iddia ərizəsinə, İlk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh4 və Cavabdeh1 – cavabdeh İddiaçı qarşı «miras əmlakda payların müəyyən edilməsi» barədə qarşılıqlı iddia ərizəsinə, Müstəqil tələb irəli sürən üçüncü şəxslər X5, X9 və X10 cavabdeh İddiaçı qarşı “çıxarışın ləğv edilməsi və paylarının tanınması” tələbinə dair iddia ərizələrinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı – cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs – “xxxx” MTK və Bakı şəhəri İcra Hakimiyyəti cəlb olunmaqla) qarşı «mənzildən məcburi çıxarılması, mənzilə köçürülmə, maneələrin aradan qaldırılması və qeyri-qanuni hərəkətlərinə son qoyulması» tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Yasamal rayonu, Üzeyir Hacıbəyov küçəsi, 27 saylı evin, 107 saylı mənzildən məcburi çıxarılması, onun həmin mənzilə köçürülməsi, maneələrin aradan qaldırılması və qeyri-qanuni hərəkətlərinə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx xxxx 1975-ci il tarixdə Bakı Sovetinin 133599 saylı order əsasında Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 711-ci kvartalda yerləşən 27 saylı evin 107 nömrəli kooperativ mənzil məhrum atası X36 verilmiş və həmin ili onlar 5 nəfər ailə üzvü ilə birlikdə həmin mənzilə köçüb yaşamağa başlamışlar. xx xxxxxx 1975-ci il tarixdə atası rəhmətə gedəndən sonra 2014-cü il tarixdə ailə üzvləri öz paylarından imtina edərək həmin mənzilin özəlləşməsinə etiraz etməyərək onun adına özəlləşdirilmiş və xx xxx 2014-cü il tarixdə Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən onun adına Çıxarış verilmişdir. 2011-ci il tarixdə cavabdehlərin Banka borcları olduqlarından öz mənzillərini satdıqlarına görə o, ailəsi ilə birlikdə qaynanasının evinə köçmüş və öz mənzilini müvəqqəti yaşamaq üçün onlara vermişdir. 2018-ci il tarixdə o, cavabdehlərə mənzilindən çıxmağı təklif edəndə cavabdehlər xüsusi mülkiyyətində olan mənzilini boşaltmaq istəməmişlər və onu mülkiyyətində olan mənzilinə buraxmamışlar. Hal-hazırda cavabdehlər ona məxsus həmin mübahisəli mənzildə yaşayırlar, onu həmin mənzilə buraxmırlar və onlardan mənzildən çıxmalarını tələb etsə də, onlar buna məhəl qoymamışlar. Buna görə də cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 həmin mənzildən məcburi çıxarılmaları, onun həmin mənzilə köçürülməyi, maneələrin aradan qaldırılması və qeyri-qanuni hərəkətlərinə son qoyulması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İlk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh4 və Cavabdeh1 – cavabdeh İddiaçı qarşı «miras əmlakda payların müəyyən edilməsi» barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin rədd edilməsi və Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, 27 saylı evin 107 saylı mənzilinin İddiaçı adına keçməsinə dair Cavabdeh1 qızı tərəfindən verilmiş razılıq ərizəsinin etibarsız hesab edilməsi İddiaçı adına verilmiş Çıxarışın ləğv edilməsi və həmin mənzilin 1/6 hissəsinə İddiaçı, 1/6 hissəsinə X11 və 1/6 hissəsinə Cavabdeh1 paylarının müəyyən olunması və mülkiyyət hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdeh4 və Cavabdeh1 qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, hazırda yaşadıqları Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, 27 saylı evin 107 saylı mənzili 1975-ci ilin əvvəllərində Bakı Sovetinin 133599 saylı Orderi əsasında ataları X36 verilmişdir. Mənzil verildikdən dərhal sonra bütün ailə üzvləri həmin mənzilə köçüb yaşamağa başlamışlar. Belə ki, onlar dörd bacı və beş qardaş olmuşlar. Bacıları xx.xx.1947-ci il təvəllüdlü X25, xx.xx.1951-ci il təvəllüdlü X13, xx.xx.1953-cü il təvəllüdlü Cavabdeh1 və xx.xx.1962-ci il təvəllüdlü Cavabdeh4, qardaşları - 1945-ci il təvəllüdlü X43, 1949-cu il təvəllüdlü X52, 1958-ci il təvəllüdlü X44, 1956-cı il təvəllüdlü İddiaçı 1966-cı il təvəllüdlü X26 olmuş, qardaşlarından Bayram 2005-ci il tarixdə, Aydın 2002-ci il tarixdə və Füzuli 2003-cü il tarixdə vəfat etmişdir. Hazırda qanun üzrə birinci növbəli vərəsələrin sayı 6 nəfər - Mətanət, Həqiqət, Xanımana, Fəridə, Vaqif və Firdovsi olmuşdur. Ataları 1975-ci ilin avqustunda, anaları 1998-ci il tarixdə vəfat etmişdir. Sözügedən mənzil Azərbaycan SSR xxxxlar İttifaqının “xxxx” mənzil inşaatı kooperativi üzvülüyünə əsaslanan kooperativ mənzil olduğu üçün ataları həmin mənzilə görə pay haqqı ödəmişdir. Ataları vəfat etdikdən sonra mənzilin pay haqqının ödənişləri atalarının adına olsa da anaları X61 tərəfindən həyata keçirilmişdir. Sonuncu ödəniş 1988-ci ilin aprel ayında olmuş, bununla da, yəni kooperativ pay haqqı tam şəkildə ödənildiyi üçün yaşadıqları Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, 27 saylı evin 107 saylı mənzili qanunvericiliyə müvafiq qaydada X27 mülkiyyətinə keçmişdir. Başqa sözlə, ilk iddia üzrə İddiaçı onları çıxarmaq istədiyi mübahisəli mənzil ataları X17 miras qalmış əmlakdır və həm vərəsəlik açılana qədər, həm də vərəsəlik açıldıqdan sonra, yəni X53 vəfat etdikdən sonra, o cümlədən ilk 6 ay ərzində və mənzilin kooperativ pay haqqı ödənilib qurtaranadək onlar həmin mənzildə yaşamışlar, miras əmlakı faktiki olaraq idarə etmişlər və bununla da mirası qəbul etmişlər. Mirası qəbul etdikləri vaxtdan miras əmlak onların mülkiyyətindədir. Qeyd etdiyi faktiki münasibətlərin rəsmiləşməməsi, yəni miras əmlaka vərəsəlik şəhadətnaməsi alınması ilə bağlı notariat kontoruna müraciət etməməkləri yaşadıqları ailə-mental dəyərlərlə bağlı olmuşdur. Zaman gələcək və ailələrində, qardaş bacılar arasında ata mülkünün mübahisəsi gedəcək düşüncəsi onların ailə dəyərlərinə yad olmuşdur. Digər tərəfədən, mirası faktiki qəbul etdiklərindən və hər biri mənzilə sahiblik etdiklərindən, yəni ona öz əmlakları, mülkiyyətləri kimi yiyələndiklərindən fərqli düşüncəyə yer qalmamışdır. İlk iddia üzrə iddiaçı iddia ərizəsində qeyd edir ki, “xx xxxxxx 1975-ci il tarixdə atası rəhmətə gedəndən sonra 2014cü il tarixdə ailə üzvləri öz paylarından imtina edərək həmin mənzilin özəlləşməsinə etiraz etməyərək onun adına özəlləşdirilmiş və xx xxx 2014-cü il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən onun adına Çıxarış verilmişdir”. Bununla bağlı ilk növbədə onu bildirmək istəyir ki, ilk iddia üzrə iddiaçının “öz paylarından imtina edərək” ifadəsi miras əmlakda paylarının mövcudluğunun etirafı kimi qiymətləndirilməlidir. Digər tərəfdən ilk iddia üzrə iddiaçının “ailə üzvləri... mənzilin özəlləşməsinə etiraz etməyərək” ifadəsi ilə bağlı bildirirlər ki, altı bacı-qardaşdan yalnız ikisi, Həqiqət və Firdovsi tərəfindən ərizələr verilmişdir ki, onlar da mənzilin gələcəkdə satılması və onlara, o cümlədən hər bir vərəsəyə çatan payın əldə edilməsi məqsədilə ərizə verdiklərini bildirirlər. İlk iddia üzrə iddiaçının onların mübahisəli mənzildən çıxarılmaqları ilə bağlı məhkəməyə müraciəti onun onları aldadaraq evi ələ keçirmək kimi pis niyyətini ortaya qoymuşdur. O, da qeyd olunmalıdır ki, Həqiqət beyin qan dövranın kəskin pozğunluğu işemik insult xəstəliyindən əziyyət çəkir. Maraqlıdır, səhhətində belə bir ciddi problemi olan bir xəstənin imzası nə qədər etibarlı ola bilər və daha maraqlısı odur ki, ilk iddia üzrə iddiaçı onun vərəsəlik hüququna hörmət etməməyi azmış kimi belə bir ağır xəstəliyə düçar olmuş doğma bacısını bütün vərəsələrə məxsus ata mülkündən çıxarmağı da göz önünə almışdır. Hesab edir ki, ilk iddia üzrə iddiaçının bu hərəkətləri nə hüquqa, nə də mənəvi-etik normalara adekvat deyildir. Bu mənada Cavabdeh1 tərəfindən sözügedən mənzilin İddiaçı adına rəsmiləşdirilməsi ilə bağlı verilmiş razılıq ərizəsi etbarlı hesab edilə bilməz. Digər tərəfdən, miras əmlak hər iki vərəsə, yəni həm Həqiqət, həm də Firdovsi tərəfindən faktiki qəbul edilmişdir. Buna görə də qanunvericiliyin tələbinə əsasən miras qəbul edildikdən sonra ondan imtina etməyə yol verilmir. Odur ki, qeyd edilənlərə əsasən hesab edir ki, X17 miras qalmış daşınmaz əmlak - Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, 27 saylı evin 7 saylı mənzili miras qoyanın birinci növbəli vərəsələri kimi onlar tərəfindən mirasın açıldığı gündən altı ay müddətində yaşayaraq ona sahiblik etdiklərindən və eyni zamanda onu idarə etdiklərindən miras əmlakı faktiki qəbul etdikləri üçün vərəsələr arasında həmin miras əmlak üzrə paylar müəyyən edilməlidir. Mirası qəbul etmiş vərəsələrin sayına (altı nəfər) uyğun olaraq sözügedən miras əmlakdan vərəsələrin hər birinin payı 1/6 hissədə müəyyən olunmalıdır. Məhkəmə baxışı dövründə iddiaçılar Cavabdeh4 və Cavabdeh1 qarşılıqlı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilk iddia tələbinin rədd edilməsi, Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, 27 saylı evin 107 saylı mənzilinin İddiaçı adına qeydiyyata alınmasına dair İsayeva (Abdullayeva) Həqiqət Əsədulla qızı, X54, X76 və X26 tərəfindən verilmiş razılıq ərizələrinin etibarsız hesab edlməsi, İddiaçı adına verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın ləğv edilməsi və həmin mənzilin 1/6 hissəsinə İddiaçı, 1/6 hissəsinə Cavabdeh4 və 1/6 hissəsinə Cavabdeh1 paylarının müəyyən olunması və mülkiyyət hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar Cavabdeh4 və Cavabdeh1 qarşılıqlı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə növbəti ərizə ilə məhkəməyə müraciət edərək, ilk iddia tələbinin rədd edilməsi, “xxxx” MTK-nın müvəkkilləri iclasının vət. İddiaçı “xxxx” MTK-ya üzv qəbul edilməsi, Səbail rayonu Üzeyir Hacıbəyli küçəsi, ev 27, y/sahəsi 49,34 kv.m olan 107 saylı 3 otaqlı mənzilin və payın onun adına keçirilməsi haqqında xx.xx.2007-ci il tarixli, 4 saylı protokolunun, həmin protokol əsasında qəbul edilmiş Bakı şəhər İcra Hakimiyyəti Aparatının Mənzil Kooperativ Təsərrüfatı İdarəsinin 130 nömrəli, xx.xx.2007-ci il tarixli sərəncamının, Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, 27 saylı evin 107 saylı mənzilinin İddiaçı adına qeydiyyata alınmasına dair İsayeva (Abdullayeva) Həqiqət Əsədulla qızı, X54, X76 və X26 tərəfindən verilmiş razılıq ərizələrinin etibarsız hesab edilməsi, İddiaçı adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, seriya RX ******* olan çıxarışın etibarsız hesab edilməklə ləğv edilməsi və həmin mənzilin 1/6 hissəsinə İddiaçı, 1/6 hissəsinə Cavabdeh4, 1/6 hissəsinə Cavabdeh1 paylarının müəyyən olunması və mülkiyyət hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar Cavabdeh4 və Cavabdeh1 qarşılıqlı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilk iddia tələbinin rədd edilməsi, İddiaçı “xxxx” MTK-ya üzv qəbul edilməsi, Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi, ev 27, y/sahəsi 49,34 kv.m olan 107 saylı 3 otaqlı mənzilin və payın onun adına rəsmiləşdirilməsi barədə Cavabdeh4 və X10 razılıq ərizələrinin, “xxxx” MTK-nın müvəkkilləri iclasının xx.xx.2007-ci il tarixli, 4 saylı protokolunun, protokol əsasında qəbul edilmiş Bakı şəhər İcra Hakimiyyəti Aparatının Mənzil Kooperativ təsərrüfatı İdarəsinin 130 nömrəli, xx.xx.2007-ci il tarixli sərəncamının, Bakı şəhəri, Səbail rayonu, Hacıbəyov küçəsi, 27 saylı evin 107 saylı mənzilinin İddiaçı adına qeydiyyata alınmasına dair İsayeva (Abdullayeva) Həqiqət Əsədulla qızı, X54, X76 və X26 tərəfindən verilmiş razılıq ərizələrinin etibarsız hesab edilərək ləğv edilməsi, İddiaçı adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, Seriya RX ******* olan çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi, həmin mənzilin 1/6 hissəsinə İddiaçı, 1/6 hissəsinə Cavabdeh4, 1/6 hissəsinə Cavabdeh1 paylarının müəyyən olunması və mülkiyyət hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X26 cavabdeh İddiaçı qarşı “miras əmlakda payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, 27 saylı evin 107 saylı mənzilinin İddiaçı adına keçməsinə dair onun tərəfindən və o cümlədən İsayeva (Abdullayeva) Həqiqət Əsədulla qızı, X54, X76 tərəfindən verilmiş razılıq ərizələrinin etibarsız hesab edilməsi, həmin mənzilə dair İddiaçı adına verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın ləğv edilməsi və həmin mənzilin 1/6 hissəsinə onun payının müəyyən olunması və həmin hissəyə mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X10 iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1966-cı il tarixdə Cəlilabad rayonunun Maşlıq kəndində anadan olmuşdur. Belə ki, mübahisəli mənzil olan Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, 27 saylı evin 107 saylı mənzili atası X17 miras qalmış əmlakdır. Miras qoyan X53 xx.xx.1975-ci il tarixdə vəfat etmiş, atası vəfat etməzdən əvvəl və vəfat edən vaxt, o cümlədən ilk altı ay müddətində və sonrakı uzun illər ərzində o, ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşamışdır. Hal-hazırda da pasport qeydiyyatı sözügedən mənzilədir. Hesab edir ki, o, da digər vərəsələr kimi həmin vaxt həmin ünvanda yaşamaqla miras əmlakı qanunla müəyyən edilmiş müddətdə qəbul etdiyindən qeyd edilən miras əmlakda onun da vərəsə kimi payı müəyyən edilməlidir. Əlavə olaraq bildirir ki, mübahisəli mənzil 2014-cü il tarixdə İddiaçı adına rəsmiləşəndə mənzilin gələcəkdə satılaraq bütün ailə üzvlərinin payının verilməsi məqsədilə onun tərəfindən belə bir razılıq verilmişdir. İddiaçı məhkəməyə hazırki iddiasından sonra bilmişdir ki, o, onunla belə bir razılığa gələndə o heç də verdiyi sözdə səmimi olmamışdır. Başqa sözlə, mənzili pis niyyətlə, bütün bacı və qardaşları ata mülkündən uzaqlaşdırmaqla mənzli ələ keçirmək niyyəti ilə öz adına sənədləşdirmişdir Hesab edir ki, bu yolverilməzdir, buna görə də həmin razılıq etibarsız hesab edilməklə mübahisəli mənzilə dair İddiaçı adına verilmiş Dövlət Reyestr Xidmətindən Çıxarış ləğv edilməli və həmin mənzilin 1/6 hissəsinə onun payı müəyyən olunmalı və mülkiyyət hüququ tanınmalıdır. Müstəqil tələb irəli sürən üçüncü şəxs X26 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək İddiaçı “xxxx” MTK-ya üzv qəbul edilməsi, Bakı şəhəri, Səbail rayonu Üzeyir Hacıbəyli küçəsi, ev 27, y/sahəsi 49,34 kv.m olan 107 saylı 3 otaqlı mənzilin və payın onun adına keçirilməsi barədə Cavabdeh4 və X10 ərizələrinin, “xxxx” MTK-nın müvəkkilləri iclasının xx.xx.2007-ci il tarixli, 4 saylı protokolunun, həmin protokol əsasında qəbul edilmiş Bakı şəhər İcra Hakimiyyəti Aparatının Mənzil Kooperativ Təsərrüfatı İdarəsinin 130 nömrəli, xx.xx.2007-ci il tarixli sərəncamının, Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, 27 saylı evin 107 saylı mənzilinin İddiaçı adına qeydiyyata alınmasına dair İsayeva (Abdullayeva) Həqiqət Əsədulla qızı, X54, X76 və X26 tərəfindən verilmiş razılıq ərizələrinin etibarsız hesab edilməsi, İddiaçı adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət Reyestrindən xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, Seriya RX ******* olan çıxarışın etibarsız hesab edilməklə ləğv edilməsi və həmin mənzilin 1/6 hissəsinə onun payının müəyyən olunması və mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X25 cavabdeh İddiaçı qarşı “miras əmlakda payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, 27 saylı evin 107 saylı mənzilinin İsayeva (Abdullayeva) Həqiqət Əsədulla qızı, X54, X76 və X26 tərəfindən verilmiş razılıq ərizələrinin etibarsız hesab edilməsi, həmin mənzilə dair İddiaçı adına verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın ləğv edilməsi və həmin mənzilin 1/6 hissəsinə onun payının müəyyən olunması və həmin hissəyə mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X9 iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1947-ci il tarixdə Cəlilabad rayonunda anadan olmuşdur. Həmin mülki işlə əlaqədar bildirmək istəyir ki, mübahisəli mənzil olan Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, 27 saylı evin 107 saylı mənzili atası X17 miras qalmış əmlakdır. Miras qoyan X53 xx.xx.1975-ci il tarixdə vəfat etmişdir. Həmin mənzil onların ailəyə verilən vaxt onlar ailəlikcə köçüb sözügedən mənzildə yaşamağa başlamışlar. Belə ki, o, da ailənin bir üzvü kimi mübahisəli mənzildə yaşamışdır. Həm o zaman qüvvədə olmuş, həm də hazırda qüvvədə olan qanunvericiliyin tələbinə görə o, da digər vərəsələr kimi miras qoyanın birinci növbəli vərəsələrindəndir, buna görə də qeyd edilən miras əmlakda onun da vərəsə kimi payı müəyyən edilməlidir. Əldə etdiyi məlumata görə mübahisəli mənzilin 2014-cü il tarixdə İddiaçı Əsəd oğlunun adına sənədləşdirilməsi üçün İsayeva (Abdullayeva) Həqiqət Əsədulla qızından, X18, X45 və X6 razılıq ərizələri alınmışdır. Hesab edir ki, həmin razılıq ərizələri onun vərəsəlikdən irəli gələn mülkiyyət hüququnu pozduğu üçün etibarsız hesab edilməlidir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X25 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək İddiaçı “xxxx” MTK-ya üzv qəbul edilməsi, Bakı şəhəri, Səbail rayonu Üzeyir Hacıbəyli küçəsi, ev 27, y/sahəsi 49,34 kv.m olan 107 saylı 3 otaqlı mənzilin və payın onun adına keçirilməsi barədə Cavabdeh4 və X10 ərizələrinin, “xxxx” MTK-nın müvəkkilləri iclasının xx.xx.2007-ci il tarixli, 4 saylı protokolunun, həmin protokol əsasında qəbul edilmiş Bakı şəhər İcra Hakimiyyəti Aparatının Mənzil Kooperativ Təsərrüfatı İdarəsinin 130 nömrəli, xx.xx.2007-ci il tarixli sərəncamının, Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, 27 saylı evin 107 saylı mənzilinin İddiaçı adına qeydiyyata alınmasına dair İsayeva (Abdullayeva) Həqiqət Əsədulla qızı, X54, X76 və X26 tərəfindən verilmiş razılıq ərizələrinin etibarsız hesab edilməsi, İddiaçı adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət Reyestrindən xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, Seriya RX ******* olan çıxarışın etibarsız hesab edilməklə ləğv edilməsi və həmin mənzilin 1/6 hissəsinə onun payının müəyyən olunması və mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X13 cavabdeh İddiaçı qarşı “miras əmlakda payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, 27 saylı evin 107 saylı mənzilinin İddiaçı adına keçməsinə dair İsayeva (Abdullayeva) Həqiqət Əsədulla qızı, X54, X76 və X26 tərəfindən verilmiş razılıq ərizələrinin etibarsız hesab edilməsi, həmin mənzilə dair İddiaçı adına verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın ləğv edilməsi və həmin mənzilin 1/6 hissəsinə onun payının müəyyən olunması və həmin hissəyə mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X5 iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1951-ci tarixdə Cəlilabad rayonunda anadan olmuşdur. Həmin mülki işlə əlaqədar bildirmək istəyir ki, mübahisəli mənzil olan Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, 27 saylı evin 107 saylı mənzili atası X17 miras qalmış əmlakdır. Miras qoyan X53 xx.xx.1975-ci il tarixdə vəfat etmişdir. Həmin mənzil onların ailəyə verilən vaxt onlar ailəlikcə köçüb sözügedən mənzildə yaşamağa başlamışlar. Belə ki, o, da ailənin bir üzvü kimi mübahisəli mənzildə yaşamışdır. Həm o zaman qüvvədə olmuş, həm də hazırda qüvvədə olan qanunvericiliyin tələbinə görə o, da digər vərəsələr kimi miras qoyanın birinci növbəli vərəsələrindəndir, buna görə də qeyd edilən miras əmlakda onun da vərəsə kimi payı müəyyən edilməlidir. Əldə etdiyi məlumata görə mübahisəli mənzilin 2014-cü il tarixdə İddiaçı Əsəd oğlunun adına sənədləşdirilməsi üçün İsayeva (Abdullayeva) Həqiqət Əsədulla qızından, X18, X45 və X6 razılıq ərizələri alınmışdır. Hesab edir ki, həmin razılıq ərizələri onun vərəsəlikdən irəli gələn mülkiyyət hüququnu pozduğu üçün etibarsız hesab edilməlidir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X13 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək İddiaçı “xxxx” MTK-ya üzv qəbul edilməsi, Bakı şəhəri, Səbail rayonu Üzeyir Hacıbəyli küçəsi, ev 27, y/sahəsi 49,34 kv.m olan 107 saylı 3 otaqlı mənzilin və payın onun adına keçirilməsi barədə Cavabdeh4 və X10 ərizələrinin, “xxxx” MTK-nın müvəkkilləri iclasının xx.xx.2007-ci il tarixli, 4 saylı protokolunun, həmin protokol əsasında qəbul edilmiş Bakı şəhər İcra Hakimiyyəti Aparatının Mənzil Kooperativ Təsərrüfatı İdarəsinin 130 nömrəli, xx.xx.2007-ci il tarixli sərəncamının, Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, 27 saylı evin 107 saylı mənzilinin İddiaçı adına qeydiyyata alınmasına dair İsayeva (Abdullayeva) Həqiqət Əsədulla qızı, X54, X76 və X26 tərəfindən verilmiş razılıq ərizələrinin etibarsız hesab edilməsi, İddiaçı adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət Reyestrindən xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, Seriya RX ******* olan çıxarışın etibarsız hesab edilməklə ləğv edilməsi və həmin mənzilin 1/6 hissəsinə onun payının müəyyən olunması və mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək qarşılıqlı iddia üzrə tələblərə və üçüncü şəxslərin iddia ərizələrinə iddia müddətinin tətbiq edərək qarşılıqlı iddianın və üçüncü şəxslər X10, X5 və X9 iddia ərizələrinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil ilkin iddia tələbini müdafiə edərək təmin edilməsini, qarşılıqlı iddia tələbini və müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddia tələblərini qəbul etməyərək rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə Cavabdeh2 iddia tələbini qəbul etməyərək rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə cavabdeh, eyni zamanda Cavabdeh1 və müstəqil tələb irəli sürən üçüncü şəxslər X9 və X10 nümayəndəsi Cavabdeh4 ilkin iddia tələbini qəbul etməyərək rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbini müdafiə etmiş, eləcə də, müstəqil tələb irəli sürən üçüncü şəxslər X9 və X10 nümayəndəsi kimi iddia tələblərini müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, mübahisəli mənzil anası sağ ikən, eləcə də anasının vəfatından sonra kirayə verilmiş və əldə edilən puldan bacı-qardaşların ehtiyacları ödənilirdi. Məsələn anası hələ sağ ikən evi kirayə verdikdən sonra pul yığıldı Firdovsi qardaşı üçün ev alındı, anası vəfat etdikdən sonra həmin kirayə pullarından qardaşı İsayev Bayram hələ sağ ikən evinin təmiri üçün verilmişdir, bundan başqa bacısı Əsgərova Fəridəyə də evinin təmiri üçün həmin kirayə pullardan verilmişdir. Ümumiyyətlə ev ata evi olduğu üçün, həmin kirayə pullar yığılırdı və hansı bacı qardaşın ehtiyacı olurdu ona da verilirdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehlər Cavabdeh4 və Cavabdeh1 vəkili X73 qarşılıqlı iddia tələbini müdafiə edərək təmin edilməsi, ilkin iddia tələbini qəbul etməyərək rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş müstəqil tələb irəli sürən üçüncü şəxs X13 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, mübahisəli mənzil onların ata evidir və bütün bacı – qardaşların orada payı var. Hətta bir dəfə ona pul lazım olmuş, o, qardaşı Vaqifdən borc pul istəmiş, daha sonra aldığı borcu qaytarmaq istədikdə, Vaqif ondan pulu almamış və ona demişdir ki, bu pulu ona evin kirayə pulundan verib və onun da həmin pula haqqı çatdığı üçün pulu qaytarmağa ehtiyac yoxdur. Həmçinin bildirmişdir ki, qardaşları İsayev Aydın və İsayev Fizuli təxminən 1975-ci ildən sonrakı dövrdə Rusiyaya köçmüş və orada yaşayıb, işləyiblər. Məhkəmə iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs, eyni zamanda müstəqil tələb irəli sürməyən üçüncü şəxs X24 nümayəndəsi X77 atası X19 da əmlakda payı olduğunu göstərmiş və ilkin iddia tələblərinə etiraz etdiyini bildirmişdir. Həmçinin bildirmişdir ki, mübahisəli evin kirayə pullarından atası sağ ikən atasına öz evini təmir etmək üçün bir az pul da verilmişdir. Müstəqil tələb irəli sürməyən 3-cü şəxslər kimi cəlb edilmiş (X52 və X20 övladları) X80, X65, X66, X67, X68 məhkəməyə ərizə ilə müraciət edərək mübahisəli mənzildən miras pay tələbləri olmadığını, qərarı məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər cavabdeh, müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bakı şəhəri İcra Hakimiyyəti, “xxxx” MTK nin nümayəndələri məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin, onların vəkil və nümayəndələrinin izahatlarını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, iş materiallarını araşdırıb işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıda göstərilənlərə əsasən hesab edir ki, ilkin, qarşılıqlı və müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddia tələbləri qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Azərbaycan Respublikası DİN tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş ******* nömrəli arayışdan görünür ki, ünvan 1 ünvanında İddiaçı xx.xx.2005-ci ildən qeydiyyatdadır. X76, X54, X26, X55 və Cavabdeh1 Əsdulla qızı da həmin ünvanda qeydiyyatdadırlar. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.2014-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. - X14 məxsus doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X28 xx.xx.1962-ci il tarixdə anadan olmuş, ata qrafasında X56, ana qrafasında X29 qeyd edilmişdir. - Cavabdeh1 məxsus doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1953-cü il tarixdə anadan olmuş, ata qrafasında X56, ana qrafasında X29 qeyd edilmişdir. - X15 məxsus doğum haqqında şəhadətnamənin surrətindən görünür ki, X26 1966-cı il tarixdə anadan olmuş, ata qrafasında X56, ana qrafasında X29 qeyd edilmişdir. - İddiaçı məxsus doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə anadan olmuş, ata qrafasında X56, ana qrafasında X29 qeyd edilmişdir. - X12 məxsus doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X21 xx xxxxxx 1957-ci il tarixdə anadan olmuş, ata qrafasında X56, ana qrafasında X29 qeyd edilmişdir. - X22 məxsus doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X37 xx xxx 1947-ci il tarixdə anadan olmuş, ata qrafasında X56, ana qrafasında X29 qeyd edilmişdir. - Bakı şəhəri Səbail VVADQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X55 xx.xx.1992-ci il tarixdə anadan olmuş, ata qrafasında İddiaçı, ana qrafasında X46 qeyd edilmişdir. - X99 tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1959-cu il tarixdə anadan olmuş, ata qrafasında X74, ana qrafasında X30 qeyd edilmişdir. - Bakı Nikah Evi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 ilə X28 arasında xx xxxxxx 1987-ci il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Nəcəfova soyadı verilmişdir. - Cavabdeh3 məxsus doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 xx xxxxxx 1988-ci il tarixdə anadan olmuşdur. - X38 məxsus ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X56 xx xxxxxx 1975-ci il tarixdə ölmüşdür. - Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxx 2019-cu il tarixli ölüm haqqında şəhatənamənin surətindən görünür ki, X61 xx xxxxx 1998-ci il tarixdə ölmüşdür. - X39 məxsus ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X52 xx xxxx 2002-ci il tarixdə ölmüşdür. - X31 məxsus ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X47 xx xxxxxx 2003-cü il tarixdə ölmüşdür. - Nərimanov Rayon VVADQ şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X43 xx xxxxxx 2005-ci il tarixdə ölmüşdür. - «xxxx» MTK-nın 1988-ci il, aprel tarixli 107 saylı ödəniş qəbzinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilə dair sonuncu ödəniş 1988-ci il tarixdə olmuşdur. (İ cild səhifə 71) - X85, X48 və X23 tərəfindən imzalanmış xx xxx 2019-cu il tarixli qonşuluq aktından görünür ki, həqiqətən Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi 27 saylı evin 107 saylı mənzilinin sakinləri olan keçmiş qonşuları Cavabdeh4, Cavabdeh1 (hal-hazırda həmin ünvanda yaşayırlar), X13 və X26 mənzilin sahibi olan ataları X56 vəfat edən vaxt, yəni 1975-ci ilin avqust ayında o cümlədən növbəti aylarda və sonrakı uzun illər ərzində həmin mənzildə fasiləsiz yaşamışlar. - Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakin Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinin xx xxx 2019-cu il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi 27 saylı evin 107 saylı mənzili İddiaçı adına xx.xx.2014-cü il tarixdə ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinin xx xxx 2019-cu il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi 27 saylı evin 107 saylı mənzili İddiaçı adına Azərbaycan Respublikası dövlət Arxivinin Bakı filialının xx.xx.2013-cü il tarixli İ-2189 №li arxiv arayışna, Bakı Şəhər İcra Hakimiyyət Aparatının Mənzil Kooperativ Təsərrüfatı İdarəsi tərəfindən verilmiş 130 nömrəli, xx.xx.2007-ci il tarixli sərəncama, xx.xx.2014-cü il tarixli Forma 2, arayışına, X3, X32, X57, X10 razılıq ərizələrinə əsasən xx.xx.2014-cü il tarixdə ilkin qeydiyyata alınmışdır və onun adına ********** qeydiyyat nömrəli, Seriya RX ******* olan çıxarış tərtib edilmişdir. - Bakı şəhəri İcra Hakimiyyəti Aparatının Mənzil Kooperativ Təsərrüfatı İdarəsinin xx xxxxxx 2007-ci il tarixli 130 nömrəli sərəncamından görünür ki, MTK-nın üzvü X27 vəfatı ilə əlaqədar və “xxxx” MTK-nın müvəkillərinin iclasının xx.xx.2007-ci il tarixli 4 saylı protokolu ilə Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi 27 saylı evin 107 saylı mənzilin və payın İddiaçı adına keçirilməsi barədə qərar çıxarılması və sənədlərin müvafiq sərəncam verilməsi üçün MKTİ-yə göndərilməsi nəzərə alınmaqla 107 saylı mənzilin və payın oğlu X33 adına keçirilmişdir. - “xxxx” MTK-nın müvəkillərinin iclasının xx.xx.2007-ci il tarixli 4 saylı protokolundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi 27 saylı evin 107 saylı mənzilində yaşayan X33 ərizəsinə baxılmışdır. Ərizəsinə əsasən atası Əsədulla İsayev 1975-ci ilin avqustun 15-də vəfat etməsi ilə əlaqədar 3 otaqlı 107 saylı mənzilin və payın onun adına keçirilməsini və onun MTK-ya üzv qəbul edilməsini xahiş etmişdir. həmin mənzilin pay haqqı tam ödənilmiş, kommunal xidmətlər üzrə də borcu yoxdur. Mənzilin addan-ada keçirilməsi ilə əlaqədar müvafiq sənədlərin də təqdim edilməsi nəzərə alınaraq X34 vəfatı ilə əlaqədar «xxxx» MTK-nın üzvlüyündən çıxmış hesab edilərək sözügedən mənzil və payın İddiaçı adına keçirilməklə onun MTK-ya üzv qəbul edilməsi qərara alınmışdır. - X54 tərəfindən yazılmış ərizədən görünür ki, o, Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi 27 saylı evin 107 saylı mənzili İddiaçı adına özəlləşdirilməsinə etiraz etməmişdir. - Bakı şəhəri Səbail VVADQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X54 xx.xx.1995-ci il tarixdə anadan olmuş, ata qrafasında X26 qeyd edilmişdir. - X26 tərəfindən yazılmış xx.xx.2007-ci il tarixli ərizədən görünür ki, o, Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi 27 saylı evin 107 saylı mənzilinin və payının İddiaçı adına keçməsinə etiraz etməmişdir. - Cavabdeh4 tərəfindən yazılmış xx.xx.2007-ci il tarixli ərizədən görünür ki, o, Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi 27 saylı evin 107 saylı mənzilinin və payının qardaşı - İddiaçı adına keçməsinə etiraz etməmişdir. - İddiaçı tərəfindən “xxxx” MTK-ya yazılmış xx.xx.2007-ci il tarixli ərizədən görünür ki, atası 1975-ci il tarixdən vəfat etdiyindən Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi 27 saylı evin 107 saylı mənzilin və payın onun adına keçirilməsini xahiş etmişdir. - “xxxx” MTK tərəfindən verilmiş verilmiş 2007-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı xx.xx.2007-ci il tarixdən Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi 27 saylı evin 107 saylı mənzilinin sahibidir və pay haqqını ödəmişdir. - Səbail Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X49 ilə X7 arasında bağlanmış nikah pozulmuş və xx xxxx 2018-ci il tarixdə qeyd edilmişdir. - Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 4/279 nömrəli rəyindən görünür ki, Cavabdeh4 adından olan xx xxxxxx 2007-ci il tarixli ərizədə imza qrafasında “Cavabdeh4Ə” yazılar və imza - Cavabdeh4 tərəfindən icra olunmuşdur. X10 adından olan xx.xx.2007-ci il tarixli ərizədə imza qrafasında “X26” yazılar və imza X26 tərəfindən icra olunmuşdur. - Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 4/990 nömrəli rəyindən görünür ki, Cavabdeh4 adından olan xx xxxxxx 2007-ci il tarixli ərizədə imza qrafasında “Cavabdeh4Ə” yazılar və imza - Cavabdeh4 tərəfindən icra olunmuşdur. X10 adından olan xx.xx.2007-ci il tarixli ərizədə imza qrafasında “X26” yazılar və imza X26 tərəfindən icra olunmuşdur. Beləliklə də, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, mübahisə predmeti olan Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, 27 saylı evin 107 saylı mənzili 1975ci ilin əvvəllərində Bakı Sovetinin 133599 saylı Orderi əsasında tərəflərin ataları X36 5 nəfər ailə üzvü ilə birlikdə verilmişdir. Mənzil Azərbaycan SSR xxxxlar İttifaqının “xxxx” mənzil inşaatı kooperativinə üzvlük yolu ilə əldə edilmişdir. İşin materiallarından görünür ki, tərəflərin valideynləri olan X53 ilə X40 nikahlarından 9 uşaq anadan olmuşdur: xx.xx.1947-ci il təvəllüdlü X25, xx.xx.1951-ci il təvəllüdlü X13, xx.xx.1953-cü il təvəllüdlü Cavabdeh1 və xx.xx.1962-ci il təvəllüdlü Cavabdeh4, qardaşları - 1945-ci il təvəllüdlü X43, 1949-cu il təvəllüdlü X52, 1958-ci il təvəllüdlü X44, 1956-cı il təvəllüdlü İddiaçı 1966-cı il təvəllüdlü X26. Həmin övladlardan İsayev Bayram 2005-ci il tarixdə, İsayev Aydın 2002-ci il tarixdə və İsayev Füzuli 2003-cü il tarixdə vəfat etmişlər. Tərəflərin ataları X53 1975-ci ilin avqustunda, anaları X61 isə 1998-ci ilin aprel ayında vəfat etmişlər. İşin materiallarından görünür ki, X27 vəfatından sonra mübahisəli mənzilin pay haqqının ödənişləri tərəflərin atalarının adına olmaqla anaları X61 tərəfindən həyata keçirilmişdir. Sonuncu ödəniş 1988-ci ilin aprel ayında olmuşdur. Həmçinin, işin materiallarından görünür ki, övladlardan 3 qardaş vəfat edərkən mübahisəli mənzil özəlləşdirilməmiş və X27 vəfatından sonra mənzilin pay haqqının ödənişləri tərəflərin anaları tərəfindən həyata keçirilsə də, faktiki olaraq 2014-cü ilə kimi mənzil atalarının adında qalmaqda davam etmişdir. Mübahisəli mənzil ilkin olaraq İddiaçı adına özəlləşdirilmiş və xx xxx 2014-cü il tarixdə Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən onun adına Çıxarış verilmişdir. Özəlləşdirilmə üçün əsas “xxxx” MTK-nın müvəkkilləri iclasının vət. İddiaçı “xxxx” MTK-ya üzv qəbul edilməsi, Səbail rayonu Üzeyir Hacıbəyli küçəsi, ev 27, y/sahəsi 49,34 kv.m olan 107 saylı 3 otaqlı mənzilin və payın onun adına keçirilməsi haqqında xx.xx.2007-ci il tarixli, 4 saylı protokolu, həmin protokol əsasında qəbul edilmiş Bakı şəhər İcra Hakimiyyəti Aparatının Mənzil Kooperativ Təsərrüfatı İdarəsinin 130 nömrəli, xx.xx.2007-ci il tarixli sərəncamı, mənzilin İddiaçı adına qeydiyyata alınmasına dair İsayeva (Abdullayeva) Həqiqət Əsədulla qızı, X54, X76 və X26 tərəfindən verilmiş razılıq ərizələri olmuşdur. Hazırda İddiaçı ilk iddiaçı olaraq ailə üzvlərinin öz paylarından imtina edərək həmin mənzilin özəlləşməsinə etiraz etməmələri ilə onun adına xx xxx 2014-cü il tarixdə özəlləşdirilməsinə, mənzilini cavabdehlərə müvəqqəti yaşamaq üçün verməsinə, 2018-ci ildə cavabdehlərə mənzilindən çıxmağı təklif edəndə onların xüsusi mülkiyyətində olan mənzilini boşaltmaq istəməməklə onu mülkiyyətində olan mənzilinə buraxmamasına istinad etməklə hazırki ilkin iddianı qaldırmışdır. İlk iddia üzrə cavabdehlər, qarşılıqlı iddiaçılar və müstəqil tələb irəli sürən 3-cü şəxslərin ilk iddiaya olan etirazlarının əsasını isə İddiaçı mübahisəli mənzilin ataları X17 miras qalmış əmlak olması, həm vərəsəlik açılana qədər, həm də vərəsəlik açıldıqdan sonra, yəni X53 vəfat etdikdən sonra, o cümlədən ilk 6 ay ərzində və mənzilin kooperativ pay haqqı ödənilib qurtaranadək onların həmin mənzildə yaşamaları, miras əmlakı faktiki olaraq idarə etmələri və bununla da mirası qəbul etmələri təşkil edir. Məhkəmə ilk iddia tələbləri ilə bağlı qeyd edir ki, bu iddia tələblərinin maddi əsasını mülkiyyət hüquqlarını tənzimləyən maddi hüquq normaları təşkil edir və mülkiyyətçi həmin normaların tələbləri baxımından mülkiyyət hüquqlarının pozulmasını iddia edir. Lakin məhkəmə eyni zamanda qeyd edir ki, ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddiaçılar və müstəqil tələb irəli sürən 3-cü şəxslər ilk iddiaçının mübahisəli mənzilə dair mülkiyyət hüquqlarının yaranmasının əsaslarını mübahisələndirdiyi üçün ilk növbədə həmin tələblərin əsaslılığına hüquqi qiymət verilməlidir. Belə ki, ilk iddia tələblərinin əsaslılığı qarşılıqlı iddiaların əsaslılığına verilən hüquqi qiymətdən asılıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Nigah və Ailə Məcəlləsinin 23-cü maddəsinin İ hissəsinə əsasən ər-arvadın nikah müddətində qazandıqları əmlak, o cümlədən mənzil tikintisi və bağ tikintisi kooperativlərinə verdikləri paylar onların ümumi birgə mülkiyyətidir. Əmlakın ər və ya arvadın qazancı (gəliri) hesabına əldə edilib-edilməməsindən asılı olmayaraq ər-arvad bu əmlaka bərabər sahiblik, istifadə və sərəncam hüququna malikdirlər. Həmin maddənin İİİ hissəsinə əsasən nikah müddətində qazanılmış əmlakın ərarvadın birinin adına yazıldığından asılı olmayaraq, həmin əmlak üzərində onların hər ikisinin hüququ vardır. Məhkəmə qeyd edir ki, 1975-ci ildə X27 vəfatından sonra mübahisəli mənzilin ödənilməmiş pay haqqının qalan ödənişləri tərəflərin atalarının adına olmaqla anaları X61 tərəfindən həyata keçirilməklə bu ödənişin 1988-ci ilin aprel ayında başa çatması işin mübahisəsiz halıdır. Bundan sonra mənzilin X40 adına rəsmiləşdirilməməsinə baxmayaraq məhkəmə hesab edir ki, mübahisəli mənzil onunla mərhum ərinin birgə nikah dövründə əldə etdikləri kooperativ əmlak olduğundan və həmin mənzili «xxxx» MTK-ya üzv olmaq (pay haqqı ödəmək) yolu ilə əldə etmələri nəzərə alınmaqla ərinin vəfatından sonra ödənilməmiş qalan pay haqqlarını tam ödədikdən sonra faktiki olaraq mənzilin sahibi X61 olmuşdur. Məhkəmənin qənaətinə görə tərəflərə münasibətdə vərəsəlik atalarının 1975-ci ildə vəfatından deyil (pay haqqı tam 1988-ci aprel ayında ödənilmişdir) X40 1998-ci ilin aprel ayında vəfatından sonra açılmışdır. Məhkəmə qeyd edir ki, göründüyü kimi mübahisəli mənzil dövlət fonduna aid olmamaqla, X53 ilə X40 birgə nikah dövründə əldə edilmiş əmlakları olmuşdur. xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin (köhnə redaksiyada): - 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. - 552-ci maddəsinin İ hissəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. - Həmin normanın İİ hissəsinə əsasən vərəsə miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də, vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. - Sözügedən normanın İİİ hissəsinə əsasən bu maddədə göstərilən hərəkətlər vərəsəlik açılan gündən 6 ay müddətində edilməlidir. - 530-cu maddəsinə əsasən qanun üzrə vərəsəlikdə - miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar vərəsə ola bilərlər. - 552-ci maddəsinin İ hissəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. - Həmin normanın İİ hissəsinə əsasən Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. - 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənlər) 1-ci növbəli vərəslər hesab olunurlar. - 555-ci maddəsinin İ hissəsinə əsasən vərəsə digər vərəsələrin gəlməsini gözləmədən, miras əmlakına sahiblik etməyə və ya onu idarə etməyə başlaya bilər. - 556-cı maddəsinin İ hissəsinə əsasən qanun üzrə və ya vəsiyyət üzrə vərəsə, vərəsəlik açıldığı gündən altı ay müddətində mirasdan imtina etməyə haqlıdır. Bu halda o, qanun üzrə və ya vəsiyyət üzrə olan vərəsələrdən qalan hər hansı birinin xeyrinə, dövlətin və ya ayrıca dövlət, kooperativ və ya sair ictimai təşkilatların xeyrinə mirasdan imtina etdiyini göstərə bilər. - Həmin normanın İİİ hissəsinə əsasən vərəsə, vərəsəlik açılan yerin notariat kontoruna mirası qəbul etmək və ya vərəsəlik hüququ barədə ona şəhadətnamə verilməsinə dair ərizə verdikdə, mirasdan imtina etməyə yol verilmir. Mirasdan imtina vərəsə tərəfindən vərəsəliyin açıldığı yerin notariat kontoruna ərizə vermək yolu ilə edilir. Məhkəmə qeyd edir ki, məhkəmənin pozitiv öhdəliyindən biri də iddia ərizəsinə münasibətdə oradakı söz və ifadələrlə bağlı olmayaraq bütünlüklə iddia ərizəsinin məzmununa əsasən tərəfin həqiqi niyyətini müəyyən etməkdən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxx 2009-cu il tarixli Qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, mübahisəli mənzilin ilk iddiaçının adına özəlləşdirilməsi (buna dair yazılı sübut olmamasına, qeydiyyatda olan qardaş və bacı, eləcə də onların övladlarının buna yazılı razılıq vermələrinə baxmayaraq) şərtləndirilmişdir. Şərt mənzilin ilk iddiaçının adına rəsmiləşdirilməsi və gələcəkdə satılaraq bütün ailə üzvlərinin (digər bacı-qardaşlar) payının verilməsindən ibarət olmuşdur. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, hələ X2 ikən mübahisəli mənzil kirayəyə verilmişdir. Onun ölümündən sonra da 2001-2009-cu illər ərzində mübahisəli ev kirayəyə verilmişdir. İlk iddia üzrə cavabdehlər, qarşılıqlı iddiaçılar və müstəqil tələb irəli sürən 3-cü şəxslərin izahatlarından bəlli olur ki, kirayədən əldə edilən puldan bütün ailə üzvlərinə köməklik edilirdi, başqa sözlə, mənzilin kirayəsindən əldə olunan gəlirdən bütün ehtiyacı olan bütün vərəsələr yararlanırdı. Mənzil ikinci dəfə kirayəyə verilən vaxt qardaşlardan Aydın 2002-ci il, Füzuli 2003-cü il, Bayram isə 2005-ci ildə vəfat etmişlər. Həmçinin bu müddət ərzində bacılardan Fəridə, eləcə də qardaş Bayramın (sağlığında) evlərində təmir işləri aparılıb. Digər bacı olan Xanımanaya isə borc pul lazım olmuş, həmin kirayə pulundan ona da (öz izahatına görə) az məbləğdə də olsa pul verilib. Məhkəmə ilk iddiaçı tərəfin ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddiaçılar və müstəqil tələb irəli sürən 3-cü şəxslərin iddialarının və izahatlarının dəlili ilə razılaşmaması ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Yəni, vərəsəlik hüququ Mülki Məcəllədə nəzərdə tutulmuş və qayda olaraq imperativ xarakter daşıyan normalarla müəyyən olunur və bu qaydalardan kənara çıxılması yolverilməzdir. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Başqa sözlə, miras əmlakının faktiki surətdə qəbul olunması dedikdə, vərəsə tərəfindən miras əmlaka münasibətdə müxtəlif hərəkətlərin məcmusu anlaşılmalıdır. Vərəsənin miras evdə yaşaması yalnız həmin hərəkətlərdən biri kimi qiymətləndirilir və buna görə də həmin halın mövcud olmaması şəraitində mirasın faktiki surətdə qəbul edilməməsi haqqında ilk iddiaçı tərəfin dəlili kifayət qədər əsaslı hesab oluna bilməz. Həmçinin, qanunvericiliyə əsasən mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Məhkəmə işin araşdırılmış halları və toplanmış sübutları əsasında bu qənaətə gəlir ki, iş üzrə tərəflər anaları X61 1998-ci ilin aprel ayında vəfatından sonra miras əmlakın idarə edilməsində faktiki iştirak etməklə mirası qəbul etmişlər. Başqa sözlə, vərəsələrdən hamısı miras açılandan sonra orada yaşamasalar da, mənzilin kirayə pulundan faktiki olaraq bütün vərəsələr yararlanmışlar. İlk iddiaçı isə bu faktların mövcud olmasını təkzib edən hər hansı sübutlar təqdim etməyərək yalnız mübahisəli mənzilin qanuni əsaslarla İddiaçı mülkiyyətinə keçməsinə və qarşı tərəflərin iddia müddətini buraxmalarına istinad etməklə kifayətlənmişdir. Məhkəmə hesab edir ki, ilk iddiaçı tərəf qarşılıqlı iddiaçıların və müstəqil tələb irəli sürən 3-cü şəxslərin iddia tələblərinin təkzib edilməsinə dair heç bir mötəbər və tutarlı sübutlar təqdim etmədiyi üçün, qarşılıqlı iddiaçılar və müstəqil tələb irəli sürən 3-cü şəxslərin analarının ölümündən sonra miras qalmış mübahisəli mənzilin bütün vərəsələr tərəfindən qəbul edilməsi ilə bağlı etdikləri hərəkətlərinə baxmayaraq, ailənin bir üzvü kimi mənzilin sənədinin İddiaçı adına müəyyən şərtlər daxilində rəsmiləşdirilməsinə dair verdiyi izahatları inandırıcı sayır və bununla bağlı buna dair izahatlarında göstərilənləri sübut kimi qiymətləndirir. Belə ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd olunan Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə qeyd edir ki, qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə qarşılıqlı iddialara və 3-cü şəxslərin iddialarına qiymət verməkdə davam edərək həmçinin hesab edir ki, ilk iddiaçı tərəfin 2014-cü il tarixdə ailə üzvləri öz paylarından imtina edərək həmin mənzilin özəlləşməsinə etiraz etməyərək hətta bu barədə həmin vaxt mənzildə qeydiyyatda olan Abdullayev (İsayeva) Həqiqət Əsədulla qızının, X32, X57, X10 razılıq ərizələrinin də mövcudluğuna istinad etməklə bu iddiaların əsassız olmasına dair etirazının dəlilləri əsassızdır. Belə ki, işin materiallarından görünür ki, X76, X54, X55 faktiki olaraq vərəsələr dairəsinə daxil olmadıqları üçün onların razılıq ərizələri yalnız qeydiyyatda olduqlarına görə formal olaraq alınmışdır. Lakin vərəsələr dairəsinə daxil olan Cavabdeh1 Əsdulla qızı, X26 və Cavabdeh4 razılıq ərizələri alınsa da, (ekspertiza yolu ilə X26 və Cavabdeh4 həmin ərizələri imza etmələri təsdiq edilsə də) məhkəmə bu razılıqları əhəmiyyətsiz sənəd kimi qiymətləndirir. Belə ki, işin araşdırılmış hallarından tam aydın olmuşdur ki, sözügedən şəxslər vərəsələr kimi analarının ölümündən sonra mirasın qəbul edilməsi baxımından yuxarıda sadalanan müəyyən hərəkətləri etmiş və bununla da mirası faktik qəbul etmələrini nümayiş etdirmişlər. İstər xx.xx.2000-ci il tarixə kimi qüvvədə olan, istərsə də hazırda qüvvədə olan mülki qanunvericiliyin tələblərinə əsasən isə qanun üzrə və ya vəsiyyət üzrə vərəsə, vərəsəlik açıldığı gündən altı ay müddətində mirasdan imtina etməyə haqlıdır. Mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir. (1269-cu maddə) Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 27, yaşayış sahəsi 49,34 kv.m olan 107 saylı 3 otaqlı mənzilin və payın onun adına rəsmiləşdirilməsi barədə “xxxx” MTK-ya müraciəti və bununla bağlı digər vərəsələrin, eləcə də mənzildə qeydiyyatda olan şəxslərin razılıq ərizələrini alması kimi hərəkətləri əhəmiyyətsiz və qanunsuz olmuşdur. Məhkəmə həmçinin İddiaçı mübahisəli mənzili öz adına rəsmiləşdirdikdən xeyli müddət sonra mülkiyyətçi hüquqlarından istifadə etməklə mənzilə vərəsəlik hüququ olan şəxsləri oradan çıxarmasına dair iddia qaldırmasını hüquqdan sui-istifadə kimi qiymətləndirir. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. - 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə, hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. - 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. - 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin 3-cü hissəsinə əsasən hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrını də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi xx xxxxxx 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Oxşar mövqe X72 Məhkəməsi tərəfindən ifadə edilmiş, “Centros Ltd. Erhvervs-og Selskabsstyrelsen” işi üzrə xx xxxx 1999-cu il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyri-bərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur. Məhkəmə, ilk iddiaçı tərəfin ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddiaçılar və müstəqil tələb irəli sürən 3-cü şəxslərin iddialarının və izahatlarının dəlili ilə razılaşmaması ilə əlaqədar dəlillərinə qiymət verməyə davam edərək hazırki mübahisə ilə bağlı iddia müddətinin keçməsinə dair dəlillərini də əsassız hesab edir. Belə ki, işin araşdırılmış halllarından görünür ki, əvvəla qarşılıqlı iddiaçıların və müstəqil tələb irəli sürən üçüncü şəxslər mübahisəli mənzilə vərəsəlik hüquqları olduğu halda İddiaçı tərəfindən onların hüquqlarının pozulmasını sonuncunun ilk iddia ilə məhkəməyə müraciət edəndən sonra bilmiş və müvafiq qaydada qanunvericiliyə uyğun surətdə mübahisəli mənzilə dair vərəsəlik hüquqları ilə bağlı iddialar da qaldırmışlar. İkincisi də məhkəmə qeyd edir ki, hazırki mübahisənin mahiyyəti vərəsəliklə bağlı olduğundan bu özlüyündə mülkiyyət hüquqları ilə bağlıdır ki, bu hüquqların da müdafiəsi üçün iddia müddəti şamil olunmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 384.0.4-cü maddəsində mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddətinin şamil edilmədiyini təsbit etmişdir. Göründüyü kimi, qeyd edilən norma ilə iddia müddətinin şamil edilmədiyi tələblərin dairəsi müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə iddia müddəti şəxsi qeyriəmlak hüquqlarının və digər qeyri-maddi nemətlərin müdafiəsi haqqında tələblərə, əmanətlərin verilməsi haqqında əmanətçilərin banka tələblərə, fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblərə, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərə, dövlət və ya bələdiyyə orqanının və ya onların vəzifəli şəxslərinin əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncam üzrə mülkiyyətçinin hüquqlarını pozmuş aktının etibarsız sayılması haqqında mülkiyyətçinin tələblərə və bu Məcəllə ilə müəyyənləşdirilmiş hallarda digər tələblərə şamil edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair xx xxxx 2013-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, MM-in 384.0.4-cü maddəsi müqavilədən irəli gələn tələb etmək hüququnu deyil, əşya hüquqları ilə bağlı halları tənzimləyir. Əşya hüquqları tam və məhdud əşya hüquqları olaraq iki əsas qrupa ayrılır: tam əşya hüququ - mülkiyyət hüququ; məhdud əşya hüquqları - servitut, uzufrukt, tikintiyə vərəsəlik, girov və ipoteka. Bu hüquqların xüsusiyyəti ondan ibarətdir ki, bu hüquqlardan istifadə edilməməsi onların aradan qalxmasına səbəb olmur və hər kəsə qarşı tələbin irəli sürülmə imkanı da hər hansı bir müddətlə məhdudlaşdırılmır. Əşya hüquqlarının iddia müddətinə tabe olmaması prinsipi hüququn hamılıqla qəbul edilən ümumi prinsiplərindən biridir və Konstitusiyanın 29-cu maddəsinin, 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin müddəalarının təmin edilməsinə xidmət edir. Beləliklə də, məhkəmə hesab edir ki, qarşılıqlı iddiaçıların və müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddiaları İddiaçı “xxxx” MTK-ya üzv qəbul edilməsi, Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 27, yaşayış sahəsi 49,34 kv.m olan 107 saylı 3 otaqlı mənzilin və payın onun adına rəsmiləşdirilməsi barədə Cavabdeh4 və X10 razılıq ərizələri, “xxxx” MTK-nın müvəkkilləri iclasının xx.xx.2007-ci il tarixli, 4 saylı protokolu, həmin protokol əsasında qəbul edilmiş Bakı şəhər İcra Hakimiyyəti Aparatının Mənzil Kooperativ təsərrüfatı idarəsinin 130 nömrəli, xx.xx.2007-ci il tarixli sərəncamı, Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, 27 saylı evin 107 saylı mənzilinin İddiaçı adına qeydiyyata alınmasına dair İsayeva (Abdullayeva) Həqiqət Əsədulla qızı, X54, X76 və X26 tərəfindən verilmiş razılıq ərizələrinin etibarsız hesab edilməsi, İddiaçı adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, Seriya RX ******* olan çıxarışın ləğv edilməsi, mübahisəli mənzilin İddiaçı, Cavabdeh4, Cavabdeh1, X9, X5 və X10 hər birinin ayrılıqda paylarının müəyyən olunması və mülkiyyət hüquqlarının tanınması hissələrində əsaslıdır. Məhkəmə İddiaçı, Cavabdeh4, Cavabdeh1, X9, X5 və X10 hər birinin ayrılıqda paylarını müəyyən edərkən nəzərə alır ki, mübahisəli mənzilə münasibətdə vərəsələrin dairəsini müəyyənləşdirərkən məlum olmuşdur ki, 9 nəfər vərəsədən yalnız 7-si faktiki olaraq vərəsəliyi qəbul etmiş, digər övladlardan X52 və X44 mirası qəbul etmək üçün heç bir addım atmamış və miras əmlakdan əldə edilən kirayə pullarından yararlanmamışlar. Məhkəmə bununla bağlı qeyd edir ki, müstəqil tələb irəli sürməyən 3-cü şəxslər kimi cəlb edilmiş X52 və X20 övladları X80, X65, X66, X67, X68 mirası qəbul etməmələrinə baxmayaraq ərizələr ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, 27 saylı evin 107 saylı mənzildən heç bir miras payları tələblərinin olmamasını, iddianın həllinin məhkəmənin mülahizəsinə buraxdıqlarını göstərmişlər. Məhkəmə həmçinin qeyd edir ki, X1 miras əmlakdan əldə edilən kirayə pullarından evinin təmiri üçün istifadə edilməsi faktı məhkəmə baxışı zamanı müstəqil tələb irəli sürməyən üçüncü şəxs (eyni zamanda müstəqil tələb irəli sürməyən üçüncü şəxs X24 nümayəndəsi) X51 və qarşılıqlı iddiaçıların, eləcə də müstəqil tələb irəli sürən üçüncü şəxslərin izahatları ilə təsdiq edilmişdir. Lakin işin materiallarından göründüyü kimi, 2005-ci ildə vəfat etmiş X19 övladları (X58 və X77) hazırki iş üzrə iddia tələbi irəli sürmədikləri üçün məhkəmə onların paylarını (atalarına münasibətdə) müəyyən etməsə də, onların paylarının (hərəsinin 1/14 hissədə) olmasını nəzərə alaraq hesab edir ki, Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, 27 saylı evin 107 saylı mənzilə dair Cavabdeh4, Cavabdeh1, X9, X5, X10 payları hər biri üçün ayrılıqda 2/14 hissədə müəyyən olunmaqla həmin paylara ayrılıqda mülkiyyət hüquqları tanınmalıdır. Məhkəmə həmçinin qarşılıqlı və müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddialarında İddiaçı adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət Reyestrindən xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, Seriya RX ******* olan çıxarışın etibarsız hesab edilməsinə dair hissəsinə qiymət verərək hesab edir ki, qeyd edilən sənəd hüquqi baxımdan etibarsız deyil, ləğv olunmalıdır. Belə ki, hüquqda qanunsuz verilmiş aktın eyni zamanda etibarsız sayılmaqla ləğv edilməsi anlayışı yoxdur. Çünki, həm etibarsızlıq, həm də ləğvin hüquqi əsasları və hüquqi nəticələri fərqlidir. Göstərilənləri və qarşılıqlı iddiaçıların, müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddialarının mübahisəli mənzilin 1/6 hissələrinə deyil, 2/14 hissələrinə paylarının müəyyən edilməsini nəzərə alaraq məhkəmə sözügedən iddiaların qismən təmin edilməsi qənaətinə gəlir. Məhkəmə ilk iddia tələblərinə qiymət verərək hesab edir ki, qarşılıqlı iddiaçıların və müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddiaları göstərilən qaydada təmin edilməsi ilk iddianın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Yasamal rayonu, Üzeyir Hacıbəyov küçəsi, 27 saylı evin, 107 saylı mənzildən məcburi çıxarılması hissəsinin təmin edilməsini istisna edir. Lakin məhkəmə eyni zamanda hesab edir ki, İddiaçı mübahisəli mənzilə 2/14 hissədə payının müəyyən olunmaqla həmin paya mülkiyyət hüququnun tanınması nəzərə alınaraq, ilk iddia onun həmin mənzilə köçürülməsi hissəsində təmin edilməlidir. Məhkəmə ilk iddianın maneələrin aradan qaldırılması və qeyri-qanuni hərəkətlərinə son qoyulmasına dair hissəsinin də təmin edilməməsi nəticəsinə gəlir. Belə ki, ilk iddiaçı tərəf maneələrin və qeyri-qanuni hərəkətlərin konkret olaraq nədə ifadə olunmasını həm açıqlaya, həm də əsaslandıra bilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Belə olan halda məhkəmənin qənaətinə görə, ilk iddiaçının mənzilə köçürülməsi hissəsi istisna olmaqla digər tələbləri üzrə irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsini nəzərə alaraq həmçinin hesab edir ki, (Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsi) Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-xəttşünaslıq ekspertizalarının dəyəri 126 (bir yüz iyirmi altı) manat və 140 (bir yüz qırx) manat olmaqla, cəmi 266 (iki yüz altmış altı) manat pulun İddiaçı, cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh1, Cavabdeh4 və müstəqil tələb irəli sürən üçüncü şəxslər X4, X8 və X6 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edilməli, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 27 saylı evin, 107 saylı mənzilinə köçürülməli, ilkin iddia qalan hissələrdə təmin edilməməli, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh4 və Cavabdeh1 qarşılıqlı iddiası və müstəqil tələb irəli sürən üçüncü şəxslər X9, X10, X5 iddiaları qismən təmin edilməli, İddiaçı “xxxx” MTK-ya üzv qəbul edilməsi, Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 27, yaşayış sahəsi 49,34 kv.m olan 107 saylı 3 otaqlı mənzilin və payın onun adına rəsmiləşdirilməsi barədə Cavabdeh4 və X10 razılıq ərizələri, “xxxx” MTK-nın müvəkkilləri iclasının xx.xx.2007-ci il tarixli, 4 saylı protokolu, həmin protokol əsasında qəbul edilmiş Bakı şəhər İcra Hakimiyyəti Aparatının Mənzil Kooperativ təsərrüfatı idarəsinin 130 nömrəli, xx.xx.2007-ci il tarixli sərəncamı, Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, 27 saylı evin 107 saylı mənzilinin İddiaçı adına qeydiyyata alınmasına dair İsayeva (Abdullayeva) Həqiqət Əsədulla qızı, X54, X76 və X26 tərəfindən verilmiş razılıq ərizələri etibarsız hesab edilməli, İddiaçı adına olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, seriya RX ******* çıxarış ləğv edilməli, Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, 27 saylı evin 107 saylı mənzilə dair 2/14 hissədə İddiaçı payı müəyyən olunsun və həmin paya mülkiyyət hüququ tanınmalı, Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, 27 saylı evin 107 saylı mənzilə dair 2/14 hissədə Cavabdeh4 payı müəyyən olunmalı və həmin paya mülkiyyət hüququ tanınmalıdır. Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, 27 saylı evin 107 saylı mənzilə dair 2/14 hissədə Cavabdeh1 payı müəyyən olunmalı və həmin paya mülkiyyət hüququ tanınmalıdır. Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, 27 saylı evin 107 saylı mənzilə dair 2/14 hissədə X9 payı müəyyən olunmalı və həmin paya mülkiyyət hüququ tanınmalıdır. Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, 27 saylı evin 107 saylı mənzilə dair 2/14 hissədə X5 payı müəyyən olunmalı və həmin paya mülkiyyət hüququ tanınmalıdır. Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, 27 saylı evin 107 saylı mənzilə dair 2/14 hissədə X10 payı müəyyən olunmalı və həmin paya mülkiyyət hüququ tanınmalıdır. Qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh4 və Cavabdeh1 qarşılıqlı iddia ərizəsi və müstəqil tələb irəli sürən üçüncü şəxslər X9, X10, X5 iddiaları qalan hissələrdə təmin edilməməlidir. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-xəttşünaslıq ekspertizalarının dəyəri 126 (bir yüz iyirmi altı) manat və 140 (bir yüz qırx) manat olmaqla, cəmi 266 (iki yüz altmış altı) manat pul İddiaçı, cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh1, Cavabdeh4 və müstəqil tələb irəli sürən üçüncü şəxslər X4, X8 və X6 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. İddiaçı Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 27 saylı evin, 107 saylı mənzilinə köçürülsün. İlkin iddia qalan hissələrdə təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh4 və Cavabdeh1 qarşılıqlı iddiası və müstəqil tələb irəli sürən üçüncü şəxslər X9, X10, X5 iddiaları qismən təmin edilsin. İddiaçı “xxxx” MTK-ya üzv qəbul edilməsi, Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 27, yaşayış sahəsi 49,34 kv.m olan 107 saylı 3 otaqlı mənzilin və payın onun adına rəsmiləşdirilməsi barədə Cavabdeh4 və X10 razılıq ərizələri, “xxxx” MTK-nın müvəkkilləri iclasının xx.xx.2007-ci il tarixli, 4 saylı protokolu, həmin protokol əsasında qəbul edilmiş Bakı şəhər İcra Hakimiyyəti Aparatının Mənzil Kooperativ təsərrüfatı idarəsinin 130 nömrəli, xx.xx.2007-ci il tarixli sərəncamı, Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, 27 saylı evin 107 saylı mənzilinin İddiaçı adına qeydiyyata alınmasına dair İsayeva (Abdullayeva) Həqiqət Əsədulla qızı, X54, X76 və X26 tərəfindən verilmiş razılıq ərizələri etibarsız hesab edilsin. İddiaçı adına olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, seriya RX ******* çıxarış ləğv edilsin. Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, 27 saylı evin 107 saylı mənzilə dair 2/14 hissədə İddiaçı payı müəyyən olunsun və həmin paya mülkiyyət hüququ tanınsın. Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, 27 saylı evin 107 saylı mənzilə dair 2/14 hissədə Cavabdeh4 payı müəyyən olunsun və həmin paya mülkiyyət hüququ tanınsın. Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, 27 saylı evin 107 saylı mənzilə dair 2/14 hissədə Cavabdeh1 payı müəyyən olunsun və həmin paya mülkiyyət hüququ tanınsın. Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, 27 saylı evin 107 saylı mənzilə dair 2/14 hissədə X9 payı müəyyən olunsun və həmin paya mülkiyyət hüququ tanınsın. Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, 27 saylı evin 107 saylı mənzilə dair 2/14 hissədə X5 payı müəyyən olunsun və həmin paya mülkiyyət hüququ tanınsın. Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, 27 saylı evin 107 saylı mənzilə dair 2/14 hissədə X10 payı müəyyən olunsun və həmin paya mülkiyyət hüququ tanınsın. Qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh4 və Cavabdeh1 qarşılıqlı iddia ərizəsi və müstəqil tələb irəli sürən üçüncü şəxslər X9, X10, X5 iddiaları qalan hissələrdə təmin edilməsin. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-xəttşünaslıq ekspertizalarının dəyəri 126 (bir yüz iyirmi altı) manat və 140 (bir yüz qırx) manat olmaqla, cəmi 266 (iki yüz altmış altı) manat pul İddiaçı, cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh1, Cavabdeh4 və müstəqil tələb irəli sürən üçüncü şəxslər X4, X8 və X6 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE**********0002088501, X16, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-35/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-35/2021
11.03.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver