Məhkəmə qərarları › İş №2(009)-365/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-365/2023

14.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-365/2023 14.02.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev İlkin Mehman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilənin ləğv edilməsi və pulun geri qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" MMC ilə arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin ləğv edilməsi və ödədiyi 130000 (yüz otuz min) manat pulun geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onula əsaslandırmışdır ki, o, xx.xx.2008-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddətdə "xxxx" MMC-də hüquqşünas, sonra isə direktor vəzifəsində işləmiş və xx.xx.2019-cu il tarixdə işdən çıxmışdır. Bildirir ki, işlədiyi dövrdə Nərimanov rayon icra şöbəsinin sifarişi əsasında X4 məxsus olan və “Bank Standart” KB-da ipoteka ilə 0,0799 ha torpaq sahəsi "xxxx" MMC tərəfindən 450000 manat qiymətləndirilmişdir. Bundan sonra Nərimanov rayon icra şöbəsi tərəfindən "xxxx" MMC-nin qiymətləndirmə aktı əsasında, ilkin satış qiyməti 450000 manat olmaqla həmin əmlakı hərracdan satmaq üçün "xxxx" MMC-yə sifariş vermişdir. "xxxx" MMC tərəfindən iki dəfə xx.xx.2012-ci il tarixdə və xx.xx.2012-ci il tarixdə hərraclar keçirilmişdir, lakin hər iki hərrac alıcı olmadığına görə baş tutmamış elan edilmişdir. "xxxx" MMC tərəfindən ipoteka saxlayan “Bank Standart”a xx.xx.2012-ci il tarixdə əmlakı almaq barədə təklif məktubu göndərilmişdir. Bundan sonra ipoteka saxlayan “Bank Standart” xx.xx.2012-ci il tarixli məktubla "xxxx"–nə müraciət edərək, həmin əmlakı “İpoteka haqqında” Qanunun 43.7 və 43.8 maddələrinin müddəalarına uyğun olaraq təkrar hərracdakı satış qiymətindən 25 faiz aşağı qiymətə almağa razılığını bildirmişdir. Bundan sonra ipoteka predmetinin ipoteka saxlayan “Bank Standart”a təhvil verilməsi barədə protokol imzalanmışdır. ”Bank Standart” əmlakı əldə etdikdən sonra həmin torpağın qiymətləndirilməsi və hərracın nəticəsi torpağın mülkiyyətçisi X6 tərəfindən məhkəmə qaydasında mübahisələndirilmiş və məhkəmə tərəfindən qiymətləndirilmə aktı ləğv edilərək, əmlaka yeni qiymət 960000 manat müəyyən edilmişdir. Bundan sonra X6 tərəfindən "xxxx" MMC-yə və "xxxx" MMC-yə qarşı iddia verilərək vurulan zərər tələb edilmişdir və Bakı Apellyasiya Məhkəməsi MK-nın xx.xx.2019cu il tarixli qətnaməsi ilə "xxxx" MMC və "xxxx" MMC-dən 267380,22 manat məbləğində zərər məbləğinin müştərək qaydada tutularaq X4 ödənilməsi barədə qərar qəbul edilmişdir. Qeyd edilən məhkəmə qətnaməsi qəbul edildikdən sonra həmin qətnamə ilə müəyyən edilmiş zərər məbləğinin X4 onun hesabına ödənilməsi barədə onunla "xxxx" MMC arasında xx.xx.2020-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən o Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8677/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə qət edilmiş "xxxx" MMC və "xxxx" MMC-dən X2 xeyrinə tutulmalı olan 267380,22 məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2-ci bəndinə əsasən isə o göstərilən məbləğin 130000 (yüz otuz min) manat hissəsini müqavilə bağlanan zaman, 137380,22 (yüz otuz yeddi min üç yüz səksən manat, iyirmi iki qəpik) hissəsini isə 2020-ci ilin sentyabr ayının 1-dək ödəməyi öhdəsinə götürmüşdür. Qeyd etmək lazımdır ki, müqavilə öhdəliyi hər-hansı bir başqa məqsəd üçün deyil, məhz X2 xeyrinə tutulmalı olan məbləğin ödənilməsi üçün bağlanmışdır. Bildirir ki, müqavilə şərtinə uyğun olaraq ödəməyi öhdəsinə götürdüyü məbləğin 130000 manat hissəsi X4 ödənilməsi üçün onun tərəfindən müqavilə bağlanan zaman "xxxx" MMC-yə vermişdir. Həmin məbləğdə pulun qəbul edilməsi barədə müqavilənin arxasına qeyd edilərək möhürlə təsdiq edilmişdir. Lakin Yasamal rayon icra şöbəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, ödədiyi 130000 manat məbləğində pul "xxxx" MMC tərəfindən müqavilədə nəzərdə tutulduğu kimi X4 verilməsi üçün Yasamal rayon icra şöbəsinin hesabına ödəməyərək əsassız varlanma qaydasında mənimsənilmişdir. Bununla da, "xxxx" MMC tərəfindən müqavilə şərtinin əhəmiyyətli dərəcədə pozulması nəticəsində ona külli miqdarda zərər vurulmuşdur və verdiyi pul müqavilədə nəzərdə tutulan təyinat üzrə ödənməyərək, mənimsənilmişdir. Bununla da cavabdeh tərəfindən müqavilə şərtlərinin qeyd edilən şəkildə əhəmiyyətli dərəcədə pozulması həmin müqavilənin ləğv edilməsi üçün əsasdır. Məhkəmə iclasında İddiaçı izahatında bildirmişdir ki, 2008-2019-cu illərdə "xxxx" MMC-də müdir vəzifəsində çalışdığı müddətdə nə maliyyə, nə də əmlakların satışı ilə bağlı heç bir problem olmamışdır. 2019-cu ildə işdən çıxdıqdan sonra gələn müdirlər işləri başlıbaşına buraxmış, X2 əmlakı iki dəfə hərrac keçirilməsinə baxmayaraq satılmamış və “Bank Standard”-a təhvil verilmişdir. Əmlakın ilkin satış qiyməti 450000 manat olmağına baxmayaraq X6 və vəkili əmlak barəsində 960000 manat "xxxx"-nə iddia tələbi irəli sürürlər. Nəticədə 267000 manat ödəmək barədə qətnamə çıxarıldıqdan sonra, onunla "xxxx" arasında bağlanmış müqaviləyə görə dəyən zərəri ödəməyi öz öhdəsinə götürmüşdür. Nərimanov ərazisində olan evini sataraq 130000 manatı "xxxx"nə verməyinə baxmayaraq həmin MMC tərəfindən bu pul mənimsənilərək X4 ödənilməmişdir. İddiaçı iddia tələbini müdafiə edərək, onunla "xxxx" arasında olan müqavilənin ləğv edilməsi, 130000 manatının və ödədiyi dövlət rüsumunun özünə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə, MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iddiaçının izahatını dinləyib, tələbin hüquqi əsaslarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC və İddiaçı Həmdulla oğlu arasında müqavilə bağlanmışdır. X1 şəxsində "xxxx" MMC və digər tərəfdən xx.xx.1960-cı il təvəllüdlü, AA******* nömrəli şəxsiyyət vəsiqəsinin sahibi İddiaçı arasında aşağıdakı şərtlərlə bağlanıldı: İddiaçı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8677/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə qət edilmiş "xxxx" MMC və "xxxx" MMC-dən X2 xeyrinə tutulmalı olan 267.380,22 (iki yüz altmış yeddi min üç yüz səksən manat iyirmi iki qəpik) manat məbləğində pulu ödəməyi öhdəsinə götürür. İddiaçı həmin pul məbləğinin 130.000 ( yüz otuz min) manat hissəsini bu müqavilə bağlanan zaman, 137.380,22 ( yüz otuz yeddi min üç yüz səksən manat iyirmi iki qəpik) manat hissəsini isə 2020-ci ilin sentyabr ayının 1-dək (birinədək) ödəməyi öhdəsinə götürür. "xxxx" MMC bu müqaviləin 4-cü bəndində göstərilən hal istisna olmaqla İddiaçı direktor olduğu dövrdə yaranmış hər hansı tələb və şikayət ilə ona qarşı məhkəmələrdə və hüquq mühafizə orqanlarında çıxış etməyəcəkdir. İddiaçı 3-cü şəxslər tərəfindən onun direktor olduğu dövr ilə əlaqədar yaranmış tələb ilə "xxxx" MMC-yə qarşı çıxış edildiyi və həmin tələbin qüvvədə olan hərracın keçirilməsi qaydalarının pozulması ilə yaranması müəyyən edildiyi təqdirdə, cəmiyyətə dəymiş zərərin əvəzini ödəməyə razıdır. Bu müqavilə 2 (iki) nüsxədə Azərbaycan dilində tərtib edilməklə imzalandığı və möhürləndiyi vaxtdan qüvvəyə minir. Tərəflər arasında yaranmış ixtilaflar əvvəlcə razılıq yolu ilə, bu mümkün olmadıqda qüvvədə olan Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edilməklə həll edilir. İş materiallarında olan ünvan 1 ünvanlanmış xx/xx-44635/17 nömrəli xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8677/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən "xxxx" MMC-dən və "xxxx" MMC-dən vurulmuş maddi zərərin əvəzi kimi 267410,22 manat müştərək qaydada tutularaq tələbkar X4 ödənilməlidir. Qeyd olunan icra sənədi üzrə xx.xx.2020-ci il tarixdə başlanılmış icraat zamanı borclu cəmiyyətlər tərəfindən icra sənədi üzrə tələb yerinə yetirilməmişdir. Elektron icra informasiya sistemindən məlum olmuşdur ki, "xxxx" MMC-nin fəaliyyəti müvəqqəti dayandırılmışdır. İcraat zamanı borclu cəmiyyətlərə məxsus tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Borclu cəmiyyətlərə məxsus "xxxx" ASC-də olan hesablar müəyyən edilmiş və xx.xx.2020-ci il tarixdə hesablara inkasso sərəncamları qoyulmuşdur. Həmin sərəncamlar üzrə "xxxx" MMC-dən xx.xx.2020-ci il tarixdə 27 531,69 manat, xx.xx.2020-ci il tarixdə isə 1 651,94 manat tutulmuş, "xxxx" MMC-nin hesabında isə vəsait olmadığından tutulma aparılmamış, daha sonra isə inkasso sərəncamlarının müddəti bitdiyindən geri qaytarılmışdır. Bununla əlaqədar xx.xx.2020-ci il tarixdə borclu cəmiyyətlərə məxsus hesablara yenidən inkasso sərəncamları tətbiq edilmiş və həmin sərəncamlar üzrə "xxxx" MMC-dən xx.xx.2021-ci il tarixdə 355,49 manat xx.xx.2021-ci il tarixdə isə 26,30 manat tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələblərinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Həmin Məcəllənin 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8677/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən "xxxx" MMC-dən və "xxxx" MMC-dən vurulmuş maddi zərərin əvəzi kimi 267410,22 manat müştərək qaydada tutularaq tələbkar X4 ödənilməlidir. Qeyd olunan icra sənədi üzrə xx.xx.2020-ci il tarixdə icraat başlanılmışdır. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə "xxxx" MMC ilə İddiaçı Həmdulla oğlu arasında bağlanmış müqaviləyə əsasən İddiaçı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8677/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə qət edilmiş "xxxx" MMC və "xxxx" MMC-dən X2 xeyrinə tutulmalı olan 267.380,22 (iki yüz altmış yeddi min üç yüz səksən manat iyirmi iki qəpik) manat məbləğində pulu ödəməyi öhdəsinə götürür. İddiaçı həmin pul məbləğinin 130.000 ( yüz otuz min) manat hissəsini bu müqavilə bağlanan zaman, 137.380,22 ( yüz otuz yeddi min üç yüz səksən manat iyirmi iki qəpik) manat hissəsini isə 2020-ci ilin sentyabr ayının 1-dək (birinədək) ödəməyi öhdəsinə götürmüşdür. 130.000 manat İddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, borclu cəmiyyətlərə məxsus "xxxx" ASC-də olan hesablar müəyyən edilmiş və xx.xx.2020-ci il tarixdə hesablara inkasso sərəncamları qoyulmuşdur. Həmin sərəncamlar üzrə "xxxx" MMC-dən xx.xx.2020-ci il tarixdə 27 531,69 manat, xx.xx.2020-ci il tarixdə isə 1 651,94 manat tutulmuş, "xxxx" MMC-nin hesabında isə vəsait olmadığından tutulma aparılmamış, daha sonra isə inkasso sərəncamlarının müddəti bitdiyindən geri qaytarılmışdır. Bununla əlaqədar xx.xx.2020-ci il tarixdə borclu cəmiyyətlərə məxsus hesablara yenidən inkasso sərəncamları tətbiq edilmiş və həmin sərəncamlar üzrə "xxxx" MMC-dən xx.xx.2021-ci il tarixdə 355,49 manat xx.xx.2021-ci il tarixdə isə 26,30 manat tutulmuşdur. Məhkəmə qeyd edir ki, icra sənədi üzrə icraat xx.xx.2020-ci il tarixdə başlanılır. xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İddiaçı X2 xeyrinə tutulmalı olan 267.380,22 (iki yüz altmış yeddi min üç yüz səksən manat iyirmi iki qəpik) manat məbləğində pulu ödəməyi öhdəsinə götür və həmin pul məbləğinin 130.000 (yüz otuz min) manat hissəsini müqavilə bağlanan zaman ödəmişdir. (müqvilədə qeyd edilib) Lakin, İddiaçı tərəfindən ödənilən 130.000 (yüz otuz min) manat "xxxx" MMC tərəfindən müqavilənin şərtlərinə uyğun olaraq X4 ödənilməmişdir. Məhkəmə hesab edir ki, İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2020-ci il tarixli müqavilə ləğv edilməli, İddiaçı tərəfindən ödənilmiş 130.000 (yüz otuz min) manat cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 420 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvaqif olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2020-ci il tarixli müqavilə ləğv edilsin. "xxxx" MMC-dən 130.000 (yüz otuz min) manat tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 420 (dörd yüz iyirmi) manat dövlət rüsumu "xxxx" MMCdən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar