Məhkəmə qərarları › İş №2(009)-368/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-368/2021

02.02.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-368/2021 02.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı "yaşayış sahəsindən çıxarılma" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı "yaşayış sahəsindən çıxarılma" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Tanırverdi qızının ünvan 1 mənzil 3a ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək onunla cavabdeh arasında barışıq sazişi bağlandığından iddiadan imtina etdiyini bildirmiş və iddiaçının iddiadan imtina barədə ərizəni qəbul edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş üzrə tərəflər işin baxılmasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının iddiadan imtina edilməsi barədə ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddiadan imtina etməsi qəbul edilməli, iş üzrə icraata xitam verilməli və iddiaçıya Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri 53 saylı Notariat Ofisində İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli barışıq sazişinin surətindən görünür ki, İsmayılova X2 Aqil Ələmdar oğluna qarşı Bakı şəhəri Səbail Rayon Məhkəməsində qaldırdığı 4360 (dörd min üç yüz altmış) manat pul tələbinə dair mülki iddiasından imtina edir, İddiaçı öz növbəsində Cavabdeh Tanırverdi qızına qarşı Bakı şəhəri Səbail Rayon Məhkəməsində qaldırdığı “yaşayış sahəsindən çıxarılma tələbinə" dair iddiasından imtina edir, Cavabdeh Tanırverdi qızı birgə nikah dövründə tikilmiş ünvan 2 ünvanında yerləşən 3A saylı fərdi yaşayış evinin tikilməsinə çəkilmiş xərcin bölünməsi tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsində qaldırdığı mülki iddiasından imtina edir, İsmayılova X3 rayon İcra və Probasiya Şöbəsində İddiaçı ödəməli olduğu alimentin 2021-ci ilin yanvar ayının 1-ə olan əvvəlki illər üzrə yığılmış borc hissəsindən hazırkı Saziş imzalandıqdan sonra 3 (üç) iş günü müddətində yazılı qaydada ərizə verməklə imtina edir və alimentin Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(002)- 1265/2018 saylı qətnaməsi üzrə müəyyən edilmiş aylıq aliment məbləğində tutulmasına razılıq verir, tərəflər bu Sazişin məqsədlərindən irəli gələn müvafiq məhkəmələrə yazılı qaydada ərizələr verilməsini öhdələrinə götürürlər, Cavabdeh İddiaçı ilə birgə nikah dövründə tikilmiş ünvan 2 ünvanında yerləşən 3A saylı fərdi yaşayış evinin bu sazişin imzalanmasından sonra 3 (üç) gün müddətində 30.000 (otuz min) manat kompensasiya ödənilməklə faktiki alqı-satqısına, yəni yeni mülkiyyətçiyə verilməsinə və bundan sonra həmin fərdi yaşayış evinə dair bütün hüquqlarına xitam verilməsinə razıdır, təklif olunan kompensasiya məbləği alqı-satqısından əldə ediləcək məbləğdən ödəniləcək, İddiaçı uşaqların ölkədən çıxarılmasına dair Cavabdeh ilə birlikdə notarial razılıq verilməsini öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası MPM-in 52-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. İddiaçının iddiadan imtina etməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə bu hərəkəti qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı imzalayır. İddiadan imtina etmə, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Hakim iddiaçının iddiadan imtina etməsini təsdiq edənə qədər ona müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, iddiaçı öz iddia tələbindən imtina etməsi barədə iradə ifadəsini yazılı formada ərizə tərtib edərək məhkəməyə təqdim etmişdir, iddiaçının öz iddia tələbindən imtina edilməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də, məhkəmə iddiadan imtinanın qəbul olunmasını və Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin məzmunu izah edilməklə iş üzrə icrata xitam verilməsini mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı "yaşayış sahəsindən çıxarılma" tələbinə dair mülki iş üzrə İddiaçı iddiadan imtinası qəbul edilməli və iş üzrə icraata xitam verilməli, MPM-in 262.4-cü maddəsinin tələbləri iddiaçıya izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 191, 261-264, 267-268ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı "yaşayış sahəsindən çıxarılma" tələbinə dair mülki iş üzrə İddiaçı iddiadan imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. İddiaçı izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar