Məhkəmə qərarları › İş №2(009)-369/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-369/2023

18.10.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-369/2023 18.10.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı ("xxxx" ASC iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) – Cavabdeh Dadaşoviçə qarşı “cavabdehin qanunsuz sahibliyində olan daşınmaz əmlakdan çıxarılması və icarə müqaviləsinin etibarsız hesab edilməsinə dair” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı ("xxxx" ASC iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) – Cavabdeh Dadaşoviçə qarşı “cavabdehin qanunsuz sahibliyində olan daşınmaz əmlakdan çıxarılmas və icarə müqaviləsinin etibarsız hesab edilməsinə dairı” tələbinə dair mülki iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən 943,8 kv. metr sahədən ibarət olan kompleks kimi müəssisənin “C” tikilisinin 200 kv. metr sahəsindən Cavabdeh Dadaşoviç məcburi qaydada çıxarılmasına və qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi, Cavabdeh Dadaşoviçlə "xxxx" ASC arasında bağlanmış icarə müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 92 ünvanında yerləşən (yeni qaydalarla: ünvan 2si 943,8 kv. metr olan əmlak kompleksi kimi müəssisə xx.xx.2017-ci il tarixdə verilmiş **********70-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, seriya RX ******* nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ ilə ona məxsusdur. Mülkiyyətində olan, 943,8 kv. metrdən ibarət olan qeyriyaşayış sahəsinin “C” tikilisinin 200 kv. metr sahəsi cavabdehin qanunsuz istifadəsindədir. Cavabdeh həmin sahədə avtomobillərə xidmət və ofis fəaliyyəti ilə məşğuldur. Halbuki, cavabdeh ilə aralarında icarə müqaviləsi bağlanmamış və cavabdeh tərəfindən həmin qeyri-yaşayış sahəsi ilə bağlı ona heç bir vaxt icarə haqqı ödənilməmişdir. Dəfələrlə cavabdeh ilə görüşmüş, daşınmaz əmlakın onun mülkiyyətində olduğunu bildirmiş, həmçinin mülkiyət hüququnu təsdiq edən sənədi təqdim etmiş və mülkiyyətindəki qeyriyaşayış sahəsinin boşaldılmasını tələb etmişdir. Cavabdeh tələblərinə məhəl qoymayaraq könüllü şəkildə çıxmayacağını, qeyd edilən sahə üçün "xxxx" ASC ilə xx.xx.2021-ci il tarixdə icarə müqaviləsi bağlandığını və istifadə etdiyi qeyri-yaşayış sahəsinə görə ona icarə haqqı ödəməyəcəklərini bildirmişdir. Cavabdehdən icarə müqaviləsinin nüsxəsinin verilməsini xahiş etsə də, ona təqdim edilməsindən imtina etmişdir. Sonuncu dəfə 22 sentyabr 2022-ci il tarixdə cavabdehə yazılı surətdə müraciət edərək, mülkiyyətindəki qeyri-yaşayış sahəsinin boşaldılmasını tələb etmiş, lakin müraciətlərinə cavab verilməyib. Cavabdehin mülkiyyətində olan daşınmaz əmlakdan qanunsuz sahibliyi nəticəsində ona xeyli miqdarda ziyan dəymişdir. Cavabdehin qanunsuz hərəkətindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, Arena ASC-nin səhmlərinin 18,85 faizinin sahibi olmuş, Arena ASC-nin rəhbərliyinin apardığı idarəetmədən və dividendləri ödəməməsindən narazı qaldığı üçün 2011-ci ildə Arena ASC-yə qarşı vurulmuş zərərin ödənilməsinə və əmlak payının narturada ayrılmasına dair iddia ilə Səbail Rayon Məhkəməsinə müraciət etmiş, Səbail Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli Qətnaməsi ilə də iddiası təmin edilmiş və Arena ASC-dəki 18,85 faiz payının müqabilində Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 92 ünvanda yerləşən əmlak kompleksinin A tikilisinin zirzəmisinin və 1-ci mərtəbəsinin bir hissəsi, B, C, Ç, C1, D, E tikililəri naturada onun mülkiyyətinə ayrılmışdır. X8 ASC şikayət verməmiş və Qətnamə ilə razılaşmamışdır. DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsi tərəfindən ona 23 may 2017-ci il tarixli, RX ******* nömrəli və xx.xx.2017-ci il tarixli, RX ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışlar və 20 may 2017-ci il tarixli texniki pasportlar verilmişdir. Həmçinin həmin daşınmaz əmlakın ünvanı ünvan 3in səhmdarlarının ümumi yığıncağının 24 iyun 2017-ci il tarixli qərarı ilə Səbail rayon Məhkəməsinin qətnaməsi ilə onun Arena ASC-də olan 18,85 faiz səhmlərinin müqabilində əmlak payının naturada ayrılmasına və mülkiyyətinə verilməsinə razılıq verilmişdir. Arena ASC-nin mülkiyyətində qalan Əmlak kompleksinə xx.xx.2020-ci il tarixdə dövlət reyestrindən çıxarış və xx.xx.2021-ci il tarixdə texniki pasport verilmişdir. Həmin çıxarış və texniki pasportdan görünür ki, Arena ASC-nin ünvanı ünvan 4 pasportun 2-ci səhifəsində baş planında A tikilisinin zirzəmisinin və 1-ci mərtəbəsinin bir hissəsi və B, C, Ç, Ç1, D tikililəri qara rəngdə ştrixlənmiş və qeyd hissəsində həmin sahələrin digər fiziki şəxsin adına qeydiyyatdan keçdiyi qeyd edilmişdir. Həmin digər fiziki şəxs özüdür. Hazırda Cavabdeh qanunsuz istifadəsində olan sahənin Arena ASC-yə heç bir aidiyyəti yoxdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh Dadaşoviç və müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilən "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 92 ünvanında yerləşən ümumi sahəsi 943,8 kv. metr sahədən ibarət olan əmlak kompleksi kimi müəssisə tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2017-ci il tarixli texniki pasportdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 92 ünvanında yerləşən əmlak kompleksinin A tikilisinin zirzəmisinin və 1-ci mərtəbəsinin bir hissəsi, B, C, Ç, Ç1, D, E tikililəri İddiaçı məxsusudur. - 08 iyul 2021-ci il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri X5 və Cavabdeh Dadaşoviç arasında bağlanmış icarə müqaviləsindən görünür ki ünvan 5 ünvandaki daşınmaz əmlakından 140 kv.m sahəni – avtomobilərin kimyəvi təmizlənməsi məqsədilə icarəyə götürənə icarəyə verilir, bu müqavilə bir il müddətində bağlanılır, müqavilənin şərtlərini tərəflər müqavilə müddəti bitdikdən sonra davam etdirərlərsə müqavilə tərəflərin razılığı ilə qeyri müəyyən müddətə uzadılmış hesab edilir. (müqavilənin müvafiq bəndləri) - İddiaçı tərəfindən Cavabdeh Dadaşoviçə ünvanlanan xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, mülkiyyətində olan qeyri-yaşayış sahəsinin “C” tikilisinin 150 kv. metr sahəsi qanunsuz şəkildə istifadə edilir və həmin mülkiyyətin boşaldılması üçün xx.xx.2022ci il tarixə kimi müddət vermişdir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 92 ünvanında yerləşən ümumi sahəsi 943,8 kv. metr olan əmlak kompleksi tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Onun yuxarıda qeyd edilən əmlak üzərində mülkiyyət hüquqları məhkəmə qətnaməsi ilə müəyyən edilmiş və daha sonra qeydiyyata alınmışdır. Belə ki, İddiaçı "xxxx" ASC-nin təsisçisi olmuş, məhkəmə qaydasında əmlak payının naturada ayrılması barədə tələb irəli sürmüş və iddiası təmin edilmişdir. Yəni iş materiallarında olan qanuni qüvvəsini almış Səbail rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(009)-1504/2022-ci il tarixli qətnaməsindən və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadlarından göründüyü kimi, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(009)-1177/2014 saylı qətnaməsi ilə iddiaçı X1 cavabdeh "xxxx" ASC-yə, 3-cü şəəxslər DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi, Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə qarşı əmlak payının naturada ayrılması və vurulmuş zərərin (əldən çıxmış faydanın) ödənilməsi tələbinə dair iddiası təmin edilərək İddiaçı "xxxx" ASC-nin səhmdarlarının sırasından çıxarılması və İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindəki 100.530 ədəd (18,85%) səhminin qarşılığında Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 92 ünvanında yerləşən obyektin ümumi torpaq sahəsindən 1498,2 kv.m ayrılmaqla 2004,26 kv.m qeyri-yaşayış sahəsi, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən obyektin vahid girişindən istifadə edilməklə və torpaq sahəsindən 1255 kv.m ayrılmaqla 327,6 kv.m qeyri-yaşayış sahəsi, Xəzər rayonu (Əzizbəyov rayonu), Mərdəkan qəsəbəsində yerləşən obyektin ümumi girişindən istifadə edilməklə və torpaq sahəsindən 2479,4 kv.m ayrılmaqla 194,6 kv.m qeyri-yaşayış sahəsi İddiaçı verilməsi, həmin torpaq və qeyri-yaşayış sahələrinin naturada ayrılmasının aşağıdakı qaydada həyata keçirilməsi: Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 92 ünvanında yerləşən obyektin torpaq və qeyri-yaşayış sahəsinə münasibətdə: Həyətyanı sahədə sərhəd hasarı çəkilməsi, həmin qeyri- yaşayış obyektinin texniki pasportu üzrə göstərilən 4 nömrəli tikilidə (5 nömrəli tikilinin giriş hissəsindəki divarından 1,4 metr aralı) arakəsmə divarı hörülərək 4 nömrəli tikilinin 2-ci hissəsi, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21 nömrəli tikililər digər tikililərdən təcrid olunması və həmin tikililər, həmçinin ofis və yuyucu sexi kimi istifadə olunan “B” tikilisi, texniki pasport üzrə göstərilən və təcrid şəkildə yerləşən “C”, “Ç”, “Çİ”, “D”, “E” tikililəri yerləşdikləri torpaq sahəsi ilə birlikdə və «A» tikilisinin 1-ci mərtəbəsində yerləşən 43,44,45,46,47 nömrəli tikililərin İddiaçı verilməsi, bölgü zamanı qeyd edilən torpaq sahəsinə Xəqani küçəsi tərəfdən olan giriş yolu bölünmüş sahəyə keçid məqsə tərəflərin ümumi istifadədəsində saxlanılması, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən obyektin torpaq və qeyri-yaşayış sahəsinə münasibətdə: Qeyriyaşayış obyekti üzrə giriş hissə tərəflərin ümumi istifadəsində saxlanılmaqla həyətyanı sahədə “A” saylı anbar binasının qarşısında sərhəd hasarı çəkilsin, həmin binanın texniki pasport üzrə göstərilən 1 nömrəli tikilisində arakəsmə divarından 9 metr aralı əlavə arakəsmə divar hörülsün və 1 nömrəli tikilinin bir hissəsi, həmçinin 2, 3, 4, 5 nömrəli tikililərin İddiaçı verilməsi, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən obyektin torpaq və qeyri-yaşayış sahəsinə münasibətdə: qeyriyaşayış obyekti üzrə həyətyanı sahədə “C” nömrəli yaşayış binasının qarşısında sərhəd hasarı çəkilərək bu tikili digər tikililərdən təcrid olunması və həmin binanın texniki pasport üzrə göstərilən 1,2,3,4,5 nömrəli tikililəri İddiaçı verilməsi, yuxarıda göstərilən torpaq və qeyri-yaşayış sahələri üzərində İddiaçı xüsusi mülkiyyət hüququnun tanınması və iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə olunması, cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə vurulmuş zərərin (əldə çıxmış fayda şəklində) əvəzi qismində 2.818.746,0 manat məbləğində pul tutulması, Az. Res. ƏN Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2013-cü il tarixli 485 saylı (məhkəmə tikinti-texniki) və xx.xx.2013-cü il tarixli 11966 saylı (məhkəməmühasibatlıq) ekspert rəyləri ilə bağlı ekspertiza xərci - 200 (iki yüz) manat məbləğində pul cavabdeh "xxxx" ASC-dən tutularaq Az. Res. dövlət büdcəsinə (hesab: Az.MEM VÖİN********** X2, KOD 210005 VÖEN **********, Müxbir hesab Az 41 NABZ ********************4 S.W.l.F.T. Bik: CTREAZ 22 Hesab AZ 34 CTRE ********************) köçürülməsi, «Əmlak Bazarı İştirakçıları» İctimai Birliyinin 24 aprel 2013-cü il tarixli ƏBİ/A 15-267 JMs-li ekspert rəyi ilə bağlı ekspertiza xərci 150 (bir yüz əlli) manat məbləğində pul cavabdeh Arena» Açıq Səhmdar Cəmiyyətindən tutularaq Əmlak Bazarı İştirakçıları) İctimai Birliyinin hesabına köçürülməsi qət edilmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan əmlak kompleksinin bir hissəsini "xxxx" ASC öz mülkiyyəti kimi 08 iyul 2021-ci il ildə bağladığı icarə müqaviləsi əsasında Cavabdeh Dadaşoviçə icarəyə vermiş və həmin qeyri-yaşayış sahəsi hazırda da sonuncunun istifadəsindədir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, Cavabdeh Dadaşoviç ona məxsus olan daşınmaz əmlakın 943,8 kv. metrdən ibarət olan qeyri-yaşayış sahəsinin “C” tikilisinin 200 kv. metr sahəsində avtomobillərə xidmət və ofis kimi istifadə edir. Halbuki, onların arasında icarə müqaviləsi bağlanmamış və cavabdeh tərəfindən həmin qeyri yaşayış sahəsi ilə bağlı ona heç bir icarə haqqı ödənilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV bəndinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. - 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qanunvericiliyə görə mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka dair sahiblik, istifadə və sərəncam hüquqları elementlərindən, hissələrindən ibarətdir və bu hüquqların hər hansı birinin həyata keçirilməsi mütləq şəkildə digər hüquqlardan asılıdır. Məhkəmə hesab edir ki, mülkiyyət hüququnun tərkib elementi olan istifadə və sahiblik hüquqlarının pozulması, artıq sərəncam hüquqlarının da daxil olduğu mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Hüququn ümumi prinsiplərindən görünür ki, mülkiyyət hüququ fundamental bir hüquqdur. Həm daxili qanunvercilik, həm də beynəlxalq hüquq mülkiyyət hüququna “mülkiyyətçinin sərbəstlik sferası” prizmasından yanaşır. Mülkiyyətçi öz əmlakından maneəsiz və arzuladığı formada istifadə etdiyi təqdirə bu hüquq öz mahiyyətini əldə edir. Mülkiyyətçinin öz əmlakından istədiyi formada istifadə edə bilməməsi əslində mülkiyyət hüquqlarını maneəli formada həyata keçirilməsini özündə ehtiva edir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Göstərilən qanunvericilik normalarının tələblərini rəhbər tutmaqla məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biridir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur. Avropa İnsan Hüquqları Məhkəməsi «Sporroq və Lonnrotun İsveçrəyə qarşı» məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. «Mançini İtaliyaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. İstər Azərbaycan Respublikası Konstitusiyası, istərsə də Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi hər kəsin mülkiyyət hüququna təminat verməklə, hər kəsin qanunla nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilməsini qadağan etmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından qeyd edir ki, iddiaçı mülkiyyətində olan əmlak kompleksi kimi müəssisənin 943,8 kv. metrdən ibarət olan qeyri-yaşayış sahəsinin “C” tikilisində yerləşən 200 kv.metr sahəsindən cavabdehin istifadə etməsinə etiraz etdiyindən və iddiaçının tələbi ilə cavabdeh təşkilatı mübahisəli qeyri-yaşayış sahəsini boşaltmadığından, bu hal iddiaçının daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya məxsus mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən 943,8 kv. metr sahədən ibarət olan kompleks kimi müəssisənin “C” tikilisinin 200 kv. metr sahəsindən iddiaçının həmin əmlak üzərində mülkiyyət hüququ yarandığı vaxtdan sonra, onun razılığı olmadan 08 iyul 2021-ci il tarixdən istifadəsində olması müəyyən edildiyindən, tələb həmin hissədə əsaslı hesab edilməli və təmin edilməlidir. İddia tələbinin Cavabdeh Dadaşoviç ilə "Arena” ASC arasında bağlanmış 08 iyul 2021-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsinə aid hissəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. - Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız əqddir. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Qanunvericiliyin mənasına görə əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Yəni, mülki qanunvericilikdə əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən birinin qüsurlu olması vacibdir: 1) subyekt tərkibinə görə; 2) məzmununa görə; 3) formasına görə; 4) iradə və iradə ifadəsinə görə. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr, N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli, X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarları üzrə ifadə edilmiş hüquqi mövqelərə görə mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarında qeyd edilir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddia tələbinin Cavabdeh Dadaşoviç ilə "Arena” ASC arasında bağlanmış 08 iyul 2021-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsinə dair hissəsi də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, yuxarıda qeyd edildiyi kimi, iddiaçının mübahisəli qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının yaranmasına əsas payının naturada ayrılması barədə irəli sürdüyü tələbinin məhkəmə qətnaməsi ilə təmin edilməsi və mülkiyyət hüququnun qeydiyyata alınması olmaqla cavabdehin hazırda istifadəsində olan sahə xx.xx.2017-ci il tarixdən iddiaçının xüsusi mülkiyyətindədir. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində 3-cü həxs "xxxx" ASC bu barədə məlumatlı olduğu və (məhkəmə aktları mövcud olduğuna görə) cavabdehlə iddiaçının mülkiyyətində olan sahəyə dair icarə müqaviləsi bağlamasına hüququ olmamasını bildiyi halda cavabdehlə bağladığı qeyd edilən müqavilə bağlandığı andan əhəmiyyətsizdir. Ona görə də etibarsız sayılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanında yerləşən 943,8 kv. metr sahədən ibarət olan kompleks kimi müəssisənin “C” tikilisinin 200 kv. metr sahəsindən Cavabdeh Dadaşoviç məcburi qaydada çıxarılmalı və qeyri-yaşayış sahəsi İddiaçı təhvilməli, X3 ilə "Arena” ASC arasında bağlanmış 08 iyul 2021-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən 943,8 kv. metr sahədən ibarət olan kompleks kimi müəssisənin “C” tikilisinin 200 kv. metr sahəsindən Cavabdeh Dadaşoviç məcburi qaydada çıxarılsın və qeyri-yaşayış sahəsi İddiaçı təhvil verilsin. Cavabdeh Dadaşoviçlə "xxxx" ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsi etibarsız sayılsın. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh Dadaşoviçdən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar