Məhkəmə qərarları › İş №2(009)-376/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-376/2024

20.02.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-376/2024 20.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi ilə, İddiaçı Cavabdeh qarşı "payın naturada ayrılması və ümumi mülkün açıq hərracdan satılaraq, əldə olumuş pul vəsaitinin mükliyyətçilər arasında bölüşdürülməsi" tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "payın naturada ayrılması və ümumi mülkün açıq hərracdan satılaraq, əldə olumuş pul vəsaitinin mükliyyətçilər arasında bölüşdürülməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsi, 46 saylı evin, 5 saylı mənzilin və Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, 34 saylı evin, 1 saylı mənzilin İddiaçı ilə Cavabdeh arasında naturada bölünməsi, əgər bu mümkün olmadığı halda Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsi, 46 saylı evin, 5 saylı mənzilin və Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, 34 saylı evin, 1 saylı mənzilin 1/2 hissə olan payını almaqda üstünlük hüququ olan Cavabdeh tərəfindən hər iki mənzilə görə ümumilikdə payının dəyəri olan 100000 (bir yüz min) manat pul məbləğinin ona ödənilməsi, Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsi, 46 saylı evin, 5 saylı mənzilin və Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, 34 saylı evin, 1 saylı mənzilin 1/2 hissə payının dəyərinin cavabdeh tərəfindən ona ödənilməsindən imtina edildiyi təqdirdə Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsi, 46 saylı evin, 5 saylı mənzilin və Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, 34 saylı evin, 1 saylı mənzilin açıq hərracda satılaraq, əldə olumuş pul vəsaitinin mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil2 ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında mübahisənin öz həllini tapdığını, göstərilənlərə əsasən, iddia ərizənin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı ərizənin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdiyindən, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinə əsasən, işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Eyni zamanda «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 5.1.2-ci maddəsinin tələbinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 170, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı "mənzil münasibətləri" tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Məhkəməyə müraciət etmək üçün İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu (xx.xx.2023-cü il tarixli ********** saylı qəbz) ona geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektoron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar