Məhkəmə qərarları › İş №2(009)-377/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-377/2021

11.06.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-377/2021 11.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçılar X7 hüquqi varisi X4, İddiaçı12, İddiaçı11, Əli-zadə Əyyub Əli-Heydər oğlunun hüquqi varisi İddiaçı1, İddiaçı5 Əlişan oğlunun, cavabdeh "Azneft" İstehsalat Birliyinin nümayəndəsi və vəkili X11, üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X8, tərcüməçi X3 iştirakları ilə, İddiaçılar İddiaçı12, İddiaçı9, İddiaçı7, İddiaçı6, İddiaçı5 Əlişan oğlunun, İddiaçı4, İddiaçı3, İddiaçı8, Əli-zadə Əyyub Əli-Heydər oğlunun hüquqi varisi İddiaçı1, İddiaçı10 hüquqi varisi X15, X7 hüquqi varisi X4 və İddiaçı11 cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azneft" İstehsalat Birliyinə (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti üçüncü şəxs kimi cəlb edilən) qarşı “müavinətin tam ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı12, İddiaçı9, İddiaçı7, İddiaçı6, İddiaçı5 Əlişan oğlunun, İddiaçı4, İddiaçı3, İddiaçı8, Əli-zadə Əyyub Əli-Heydər oğlunun hüquqi varisi İddiaçı1, İddiaçı10, X7 hüquqi varisi X4 və İddiaçı11 cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azneft" İstehsalat Birliyinə (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti üçüncü şəxs kimi cəlb edilən) qarşı “müavinətin tam ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İB-nin “28 May” NQÇİ-nin onların hər birinə ödənilmiş müavinətdən gəlir vergisinin hesablanaraq çıxılmasının qanunsuz və əsassız hesab edilməsi, həmin məbləğin, yəni müavinətdən gəlir vergisi kimi tutulan məbləğin onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onlar ayrı-ayrı vaxtlarda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İB-nin “28 May” NQÇİ-nin işçiləri olmuşlar və Azərbaycan Respublikası DNŞ-nin Cavabdeh Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsini əsas tutaraq yaşa görə təqaüdə çıxma ilə əlaqədar onlarla bağlanmış əmək müqavilələrini ləğv etmişdir. «ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında» Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Azərbaycan Neft və X38 Həmkarlar İttifaqı Respublika Komitəsinin (ANQSİHİRK) 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli birgə Əmr-Qərarında göstərilmişdir ki, «Bu əmr-qərar verildiyi tarixdən, habelə 22 may 2009-cu il tarixdən etibarən qanunvericilikdə müəyyən olunmuş pensiya yaşına çatdıqda bir təqvim ayı ərzində, eləcə də bu əmr-qərarın 1-ci bəndi ilə müəyyən olunmuş vəziyyət barədə işəgötürənin qərarı olduğu tarixdən, bir ay müddətində işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmək üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilir». Həmin qərara əsasən onlarla bağlanmış əmək müqaviləsi ləğv edilmiş və əmək haqqının 5 misli məbləğində müavinət ödənilmişdir. Lakin, müavinət ödənilən zaman cavabdeh təşkilat qanunsuz olaraq ödənilən məbləğlərdən gəlir vergisi tutmuşdur. Onlar dəfələrlə cavabdehə müraciət edərək ödənilən müavinətlərdən gəlir vergisinin tutulmasının qanunvericilikdə nəzərdə tutulmadığını və qanusuz kəsilmiş müavinətin tam həcmdə ödənilməsini xahiş etsələr də, cavabdeh təşkilat cürbəcür bəhanələrlə müavinəti tam şəkildə ödəməkdən imtina etmişdir. Sonradan iddiaçı Əli-zadə Əyyub Əli-Heydər oğlunun hüquqi varisi İddiaçı1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona ödənilmiş birdəfəlik müavinətdən tutulmuş 1807,65 manat məbləğində gəlir vergisinin Cavabdehndən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı X7 hüquqi varisi X16 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona ödənilmiş birdəfəlik müavinətdən tutulmuş 1374,68 manat məbləğində gəlir vergisinin Cavabdehndən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı4 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona ödənilmiş birdəfəlik müavinətdən tutulmuş 553,51 manat məbləğində gəlir vergisinin Cavabdehndən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı5 Əlişan oğlu iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona ödənilmiş birdəfəlik müavinətdən tutulmuş 522,64 manat məbləğində gəlir vergisinin Cavabdehndən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı12 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona ödənilmiş birdəfəlik müavinətdən tutulmuş 865,88 manat məbləğində gəlir vergisinin Cavabdehndən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı11 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona ödənilmiş birdəfəlik müavinətdən tutulmuş 420,64 manat məbləğində gəlir vergisinin Cavabdehndən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı8 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona ödənilmiş birdəfəlik müavinətdən tutulmuş 1175,48 manat məbləğində gəlir vergisinin Cavabdehndən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı3 Əlihyedər oğlu iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona ödənilmiş birdəfəlik müavinətdən tutulmuş 752,25 manat məbləğində gəlir vergisinin Cavabdehndən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı6 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona ödənilmiş birdəfəlik müavinətdən tutulmuş 921,83 manat məbləğində gəlir vergisinin Cavabdehndən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı9 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona ödənilmiş birdəfəlik müavinətdən tutulmuş 1206,24 manat məbləğində gəlir vergisinin Cavabdehndən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı7 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona ödənilmiş birdəfəlik müavinətdən tutulmuş 234,44 manat məbləğində gəlir vergisinin Cavabdehndən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı X27 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona ödənilmiş birdəfəlik müavinətdən tutulmuş 1174,83 manat məbləğində gəlir vergisinin Cavabdehndən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 20.04.2021-ci il tarixli, 2(009)-377/2021 saylı qərardadı ilə İddiaçı10 məhkəmə araşdırması zamanı vəfat etdiyindən həyat yoldaşı - hüquqi varisi X27 ilə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar X7 hüquqi varisi X16, İddiaçı12, İddiaçı11, Əli-zadə Əyyub Əli-Heydər oğlunun hüquqi varisi İddiaçı1, İddiaçı5 Əlişan oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etmişlər və təmin edilməsini xahiş etmişlər. İddiaçı12 əlavə olaraq bildirmişdir ki, o və digər iddiaçılar işdən azad olunan zaman işəgötürənə dəfələrlə müraciət edərək onlara ödənilən müavinatdan qanunsuz olaraq gəlir vergisi tutulduğunu, müavinatın onlara tam ödənilməli olmasını bildirsələr də, işəgötürən onları dinləməmişdir. Daha sonra cavabdehin digər idarələrindən azad olunan işçilərə məhkəmə qərarlarına əsasən müavinatdan tutulan gəlir vergisi qaytarıldığına görə onlar da hazırki tələblə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X23 iddia tələbinə etiraz edərək göstərmişdir ki, iddiaçılar ərizə yazaraq öz təşəbbüsləri ilə işdən azad olunmuşlar. İddiaçı12 20 may 2009-cu il tarixli, İddiaçı9 19 may 2009-cu il tarixli, İddiaçı7 03 noyabr 2014-cü il tarixli, İddiaçı6 20 may 2009-cu il tarixli, İddiaçı5 15 may 2009-cu il tarixli, İddiaçı4 19 may 2009-cu il tarixli, X5 05 fevral 2015-ci il tarixli, İddiaçı8 21 yanvar 2015-ci il tarixli, Əli-zadə Əyyub Əli-Heydər oğlu 20 may 2009-cu il tarixli, İddiaçı10 01 oktyabr 2012-ci il tarixli, X18 20 may 2009-cu il tarixli və İddiaçı11 Neft və Qazçıxarma İdarəsinin əmrləri ilə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xitam verilmişdir. Müqaviləyə xitam verilərkən iddiaçılara ARDNŞ-nin və ANQSİHİRİK-nin 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli əmr-qərarının 4-cü bəndinə əsasən orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik işdən çıxma müavinəti ödənilmişdir. Müqaviləyə xitam verilərkən iddiaçılara ARDNŞ-nin və ANQSİHİRİK-nin 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli əmr-qərarına və həmin əmrqərarına dəyişiklik edilməsi haqqında 112/07-22ə nömrəli, 14.08.2009-cu il tarixli əmrqərarına əsasən orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik işdən çıxma müavinəti ödənilmişdir. ARDNŞ-nin və ANQSİHİRİK-nin 22 aprel 2009-cu il tarixli 57/06- 19ə nömrəli “ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında” əmrqərarının 4-cü bəndinə əsasən, bu əmr-qərar verildiyi tarixdən bir təqvim ayı ərzində, eləcə də, bu əmr-qərarın birinci bəndi ilə müəyyən edilmiş vəziyyət barədə işəgötürənin qərarı olduğu tarixdən bir ay müddətində işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq razılaşma imzalanır. ARDNŞ-nin və ANQSİHİRİK-nin 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli “ARDNŞ-də işçilərinin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında” Əmr-Qərarının 4-cü bəndinə əsasən, bu əmr-qərar verildiyi tarixdən bir təqvim ayı ərzində, eləcə də, bu əmr-qərarın birinci bəndi ilə müəyyən edilmiş vəziyyət barədə işəgötürənin qərarı olduğu tarixdən bir ay müddətində işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmək müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilir və əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq razılaşma imzalanır. Həmin Əmr-Qərarın girişində qeyd edilmişdir ki, bu qərarın qəbul edilməsində və eyni qərara istinadən əmrin verilməsində əsas məqsəd ARDNŞ-nin 26 fevral 2009-cu il tarixli 38 nömrəli əmri ilə təsdiq edilmiş “ARDNŞ-nin 2009-cu il üçün böhrana qarşı tədbirlər proqramı”ndan irəli gələn vəzifələrinin, xüsusilə də, “şirkətin müəssisə və təşkilatlarında işçi heyətindən daha səmərəli istifadə etməklə, xərclərin azaldılmasına nail olmaq, mövcud əməyin ödənilməsi sisteminin böhran şəraitində uyğunlaşdırılınası və sənədlərin təkmilləşdirilməsidir". Sözügedən əmrə əsasən ləğv edilən müəssisələrin işçilərinin, qeyd olunan əmr-qərara müvafiq olaraq orta aylıq əmək haqqının beş misli məbləğində müavinət almaqla və öz iradələrinə uyğun olaraq ərizə yazmaqla işdən azad oluna biləcəkləri nəzərlərinə çatdırılmış və iddiaçılarda ərizə ilə müraciət edərək, işəgötürənlə müvafiq razılaşma imzalayaraq orta aylıq əmək haqqının beş misli miqdarında müavinət almışlar və onlarla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü bəndinə əsasən ləğv edilmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçılar ixtisar olunmamış, onlarla bağlanmış əmək müqaviləsi onların yazılı ərizəsi nəzərə alınmaqla, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə, yəni tərəflərin qarşılıqlı razılığına əsasən ləğv edilmiş və bununla əlaqədar orta aylıq əmək haqqının beş misli məbləğində müavinətin ödənilməsi haqqında əmək müqaviləsinin ləğv edilməsinə dair razılaşma bağlandıqdan sonra həmin məbləğ iddiaçılara ödənilmişdir. Vəsaitin ödənilməsində məqsəd işdən azad olunan işçilərin maddi vəziyyətini müəyyən müddətə yaxşılaşdırmaqdan ibarət olmuşdur. Fiziki şəxslərin gəlir vergisindən azad olma halları Azərbaycan Respublikasının Vergi Məcəlləsində öz əksini tapmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsaslanaraq, hesab edirlər ki, iddiaçılara ödənilmiş orta əmək haqqının beş misli məbləğinin gəlir vergisindən azad olması üçün heç bir qanuni əsası yoxdur. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili X23 həmçinin iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək, iddiaçılar İddiaçı12, İddiaçı9, İddiaçı7, İddiaçı6, İddiaçı5 Əlişan oğlunun, İddiaçı4, İddiaçı3, İddiaçı8, Əli-zadə Əyyub Əli-Heydər oğlunun hüquqi varisi İddiaçı1, İddiaçı10, X7 hüquqi varisi X4 və İddiaçı11 “müavinətin tam ödənilməsi” tələbi barədə iddia ərizəsinə iddia müddətini ötürməsinə görə qanunla müəyyən edilmiş iddia müddətinin tətbiq edilməsi ilə iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı12 20 may 2009-cu il tarixli, İddiaçı9 19 may 2009-cu il tarixli, İddiaçı7 03 noyabr 2014-cü il tarixli, İddiaçı6 20 may 2009-cu il tarixli, İddiaçı5 15 may 2009-cu il tarixli, İddiaçı4 19 may 2009-cu il tarixli, X6 05 fevral 2015-ci il tarixli, İddiaçı8 21 yanvar 2015-ci il tarixli, Əli-zadə Əyyub Əli-Heydər oğlu 20 may 2009-cu il tarixli, İddiaçı10 01 oktyabr 2012-ci il tarixli, X18 20 may 2009-cu il tarixli və İddiaçı11 21 may 2009-cu il tarixli Cavabdeh “28 May” Neft və Qazçıxarma İdarəsinin əmrləri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan ölüm şəhadətnaməsinin surətindən də görünür ki, X18 09 iyul 2012-ci il tarixdə vəfat etmişdir. Pozulmuş hüquqların müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Bu qayda bir sıra məqsəd və funksiyalara xidmət edir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını daha da intizamlı etmək, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Bu hüquqi müdafiə vasitəsi həmçinin, məhkəmələri aradan uzun müddət keçmiş olan köhnə məsələlərlə bağlı hüquqi ixtilaflarla məşğul olmaqdan, borcluları öhdəliklərin icrasına dair sübutları əbədi olaraq saxlamaq məcburiyyətindən azad etmək məqsədinə xidmət edir. Yəni, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Bundan əlavə, iddia müddəti, tələbin aradan uzun bir müddət keçməsinə baxmayaraq istifadə edilməməsi, öhdəliyin ya daha əvvəl icra edilməsini, ya da ümumiyyətlə belə öhdəliyin meydana gəlmədiyini ehtimal verməyə haqlı bir əsas yaradır, habelə öz tələb hüququna qarşı uzun müddət laqeyd qalan kreditorun hüququn qorunmağa daha az layiq olduğu mülahizəsinə əsaslanır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərilmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 368-ci maddəsinə əsasən, vaxt dövrü ilə müəyyənləşdirilmiş müddətin axımı təqvim tarixindən və ya müddətin başlanması üçün müəyyənləşdirilmiş hadisənin baş verməsindən sonrakı gün başlanır. Həmin Məcəllənin 372.1 və 372.2-ci maddələrinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.4-cü maddəsinə əsasən, tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Faktiki hallardan göründüyü kimi, İddiaçı12 20 may 2009-cu il tarixdə, İddiaçı9 19 may 2009-cu il tarixdə, İddiaçı7 03 noyabr 2014-cü il tarixdə, İddiaçı6 20 may 2009-cu il tarixdə, İddiaçı5 15 may 2009-cu il tarixdə, İddiaçı4 19 may 2009-cu il tarixdə, X6 05 fevral 2015-ci il tarixdə, İddiaçı8 21 yanvar 2015-ci il tarixdə, Əli-zadə Əyyub Əli-Heydər oğlu 20 may 2009-cu il tarixdə, İddiaçı10 01 oktyabr 2012-ci il tarixdə, X18 20 may 2009-cu il tarixdə və İddiaçı11 21 may 2009-cu il tarixdə əmək müqavilələrinə xitam verilmişdir. Yuxarıda qeyd edilən normalardan müəyyən olur ki, iddiaçılar - İddiaçı12, İddiaçı6, Əli-zadə Əyyub Əli-Heydər oğlu, X18 21 may 2010-cu il tarixinədək, İddiaçı7 04 noyabr 2015-ci il tarixinədək, İddiaçı9 və İddiaçı4 20 may 2010-cu il tarixinədək, İddiaçı5 16 may 2010-cu il tarixədək, X6 06 fevral 2016-cı il tarixinədək, İddiaçı8 22 yanvar 2016-cı il tarixinədək, İddiaçı10 02 oktyabr 2013-cü il tarixinədək, İddiaçı11 22 may 2010-cu il tarixinədək məhkəməyə müraciət etməli idilər. İddiaçıların bu tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ mövcuddur. Lakin, Elektron Məhkəmə Sistemindən əlavə edilmiş çıxarışdan göründüyü kimi, iddiaçılar - İddiaçı12 və digərləri 27.11.2020-ci il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişlər. Yəni, iddiaçılar qanunvericiliklə müəyyən edilmiş 1 illik məhkəməyə müraciət müddətini ötürmüşlər. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X19 iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçılar İddiaçı9, İddiaçı7, İddiaçı6, İddiaçı4, İddiaçı3, İddiaçı8, İddiaçı10 məhkəmə iclasında iştirak etməmişlər və ərizə verərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə iddiaçılar İddiaçı9, İddiaçı7, İddiaçı6, İddiaçı4, İddiaçı3, İddiaçı8, İddiaçı10 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı12 məxsus əmək kitabçasının surətindən görünür ki, İddiaçı12 ilə bağlanmış əmək müqaviləsi Cavabdeh “28 May” Neft və Qazçıxarma İdarəsinin əmri ilə 20.05.2009-cu il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən təqaüdçü kimi ləğv edilmişdir. İş materiallarında olan İddiaçı6 məxsus əmək kitabçasının surətindən görünür ki, İddiaçı6 ilə bağlanmış əmək müqaviləsi Cavabdeh “28 May” Neft və Qazçıxarma İdarəsinin əmri ilə 20.05.2009-cu il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən təqaüdçü kimi ləğv edilmişdir. İş materiallarında olan İddiaçı5 məxsus əmək kitabçasının surətindən görünür ki, İddiaçı5 ilə bağlanmış əmək müqaviləsi Cavabdeh “28 May” Neft və Qazçıxarma İdarəsinin əmri ilə 13.05.2009-cu il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən təqaüdçü kimi ləğv edilmişdir. İş materiallarında olan İddiaçı8 məxsus əmək kitabçasının surətindən görünür ki, İddiaçı8 ilə bağlanmış əmək müqaviləsi Cavabdeh “28 May” Neft və Qazçıxarma İdarəsinin əmri ilə 21.01.2015-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən təqaüdçü kimi ləğv edilmişdir. İş materiallarında olan İddiaçı10 məxsus əmək kitabçasının surətindən görünür ki, İddiaçı10 ilə bağlanmış əmək müqaviləsi Cavabdeh “28 May” Neft və Qazçıxarma İdarəsinin əmri ilə 01.10.2012-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən təqaüdçü kimi ləğv edilmişdir. İş materiallarında olan İddiaçı9 məxsus əmək kitabçasının surətindən görünür ki, İddiaçı9 ilə bağlanmış əmək müqaviləsi Cavabdeh “28 May” Neft və Qazçıxarma İdarəsinin əmri ilə 19.05.2009-cu il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən təqaüdçü kimi ləğv edilmişdir. İş materiallarında olan İddiaçı7 məxsus əmək kitabçasının surətindən görünür ki, İddiaçı7 ilə bağlanmış əmək müqaviləsi Cavabdeh “28 May” Neft və Qazçıxarma İdarəsinin əmri ilə 03.11.2014-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən təqaüdçü kimi ləğv edilmişdir. İş materiallarında olan İddiaçı11 məxsus əmək kitabçasının surətindən görünür ki, İddiaçı11 ilə bağlanmış əmək müqaviləsi Cavabdeh “28 May” Neft və Qazçıxarma İdarəsinin əmri ilə 21.05.2009-cu il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən təqaüdçü kimi ləğv edilmişdir. İş materiallarında olan İddiaçı4 məxsus əmək kitabçasının surətindən görünür ki, İddiaçı4 ilə bağlanmış əmək müqaviləsi Cavabdeh “28 May” Neft və Qazçıxarma İdarəsinin əmri ilə 19.05.2009-cu il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən təqaüdçü kimi ləğv edilmişdir. İş materiallarında olan Əli-zadə Əyyub Əli-Heydər oğluna məxsus əmək kitabçasının surətindən görünür ki, Əli-zadə Əyyub Əli-Heydər oğlu ilə bağlanmış əmək müqaviləsi Cavabdeh “28 May” Neft və Qazçıxarma İdarəsinin əmri ilə 15.05.2009-cu il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən təqaüdçü kimi ləğv edilmişdir. İş materiallarında olan X2 məxsus əmək kitabçasının surətindən görünür ki, X6 ilə bağlanmış əmək müqaviləsi Cavabdeh “28 May” Neft və Qazçıxarma İdarəsinin əmri ilə 05.02.2015-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3cü hissəsinə əsasən təqaüdçü kimi ləğv edilmişdir. İş materiallarında olan Cavabdeh “28 May” Neft və Qazçıxarma İdarəsinin 07.10.2020-ci il tarixli “iş stajı haqqında” arxiv arayışından görünür ki, “28 May” NQÇİ-nin arxivində saxlanılan sənədlərə əsasən 12.12.1937-ci il təvəllüdlü X13 verilir ondan ötrü ki, o, həqiqətən 01.01.1990-cı ildə (əmr № 44/k, 19.01.1990-cı il) SSRİ Kommunist Partiyasının XXİİ qurultay adına NQÇİ-dən köçürülmə yolu ilə “28 Aprel” NQÇİ-nə X1 və Avtomatlaşdırması şöbəsinin rəisi vəzifəsinə keçirilmişdir. 02.05.1994-cü ildə (əmr № 114/k, 02.05.1994-cü il) Aparata Qaz təsərrüfatı və avtomatika üzrə Baş mühəndisin müavini vəzifəsinə təyin edilmişdir. 18.09.2002-ci ildə (əmr № 122/k, 18.09.2002-ci il) Rəhbərliyin nəzdində aparatda Qaz təsərrüfatı və avtomatika üzrə 16-cı dərəcəli (on altıncı dərəcəli) baş mütəxəssis vəzifəsinə təyin edilmişdir. 01.07.2008-ci ildən təsdiq olunmuş 6 saylı dəyişikliyə əsasən 16-cı dərəcəli Qaz təsərrüfatı və avtomatika üzrə baş mütəxəssis ştatı 16-cı dərəcəli Avtomatika üzrə baş mütəxəssis ştatı ilə əvəz edilmişdir. (26.06.2008-ci il tarixli, əmr № 211) 20.05.2009-cu ildə (əmr № 191k, 17.05.2009-cu il) ”Azneft“ İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsinin Rəhbərliyin yanında aparatının avtomatika üzrə baş mütəxəsisi onunla bağlanmış ”01” noyabr 1999-cu il tarixli Əmək Müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən ləğv edilməklə tutduğu vəzifədən azad edilmişdir. İş materiallarında olan Cavabdeh “28 May” Neft və Qazçıxarma İdarəsinin 17.05.2009-cu il tarixli, 191-k nömrəli əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrindən görünür ki, X17 - “Azneft" İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsinin Rəhbərliyin yanında aparatının avtomatika üzrə baş mütəxəssisi onunla bağlanmış “01” noyabr 1999-cu il tarixli Əmək Müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cii hissəsinə əsasən təqaüdçü kimi “20” may 2009-cu il tarixdən ləğv edilməklə tutduğu vəzifədən azad edilmiş, 16.01.2007- 20.05.2009-cu ilin dövrü üçün 55 təqvim günü (70 təqvim günü əsas məzuniytət çıxılmaqla 15 təqvim günü 16.01.2007-16.01.2008-ci ilin dövrü hesabına istifadə olunmuş məzuniyyət) kompensasiya ödənilmiş, X14 -ARDNŞ-nin və ANQSİHİRK-nın 22.04.2009-cu il tarixli 57/06-19ə saylı əmr-qərarının 4-cü bəndinə əsasən otla aylıq əmək haqqının beş misli məbləğində işdən çıxma müavinəti ödənilmişdir. İş materiallarında olan Cavabdeh “28 May” Neft və Qazçıxarma İdarəsinin 15.05.2009-cu il tarixli, 175-k nömrəli əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrindən görünür ki, İddiaçı11 - Cavabdeh “28 May” Neft və Qazçıxarma İdarəsinin Neftqaz yataqlarının işlənməsi şöbəsinin 11-ci dərəcəli neft və qaz yataqlarının işlənməsi üzrə geoloqu onunla bağlanmış “01” noyabr 1999-cu il tarixli Əmək Müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən təqaüdçü kimi “21” may 2009-cu il tarixdən ləğv edilməklə tutduğu vəzifədən azad edilmiş, 01.01.2008- 21.05.2009-cu ilin dövrü üçün 43 təqvim günü kompensasiya ödənilmiş, İddiaçı11 - ARDNŞ-nin və ANQSİHİRK-nın 22.04.2009-cu 3 saylı əmr-qərarının 4-cü bəndinə əsasən orta aylıq əmək haqqının beş misli məbləğində işdən çıxma müavinəti ödənilmişdir. İş materiallarında olan Cavabdeh “28 May” Neft və Qazçıxarma İdarəsinin 21.01.2015-ci il tarixli, 14-k nömrəli əmək müqaviləsinə xitam verilməsi haqqında əmrindən görünür ki, İddiaçı8 "28 May" NQÇİ-nin Elektrik təchizatı və elektrik avadanlıqlarının təmiri sahəsinin Elektrik stansiyaları xidmət sahəsində elektrik təchizatı üzrə mühəndis vəzifəsində 20.07.2006-cı il tarixdən 21.01.2015-ci il tarixədək işləmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən yaşa görə təqaüdə çıxması ilə bağlı müqaviləyə xitam verilmiş və ARDNŞ-nin və ANQSİHİRK-nın 21 aprel 2009-cu il tarixli 57/06-19Ə nömrəli Əmr-qərarın 4-cü bəndinə əsasən, orta aylıq əmək haqqının beş misli məbləğində işdən çıxma müavinəti ödənilmişdir. İş materiallarında olan Cavabdeh “28 May” Neft və Qazçıxarma İdarəsinin 05.02.2015-ci il tarixli, 34-k nömrəli əmək müqaviləsinə xitam verilməsi haqqında əmrindən görünür ki, İddiaçı3 - "28 May" Neft və Qazçıxarma İdarəsinin Neftin ilkin hazırlanması və nəqli sahəsinin "Çilov" xidmət sahəsində texnoloji nasosların maşinisti vəzifəsində 01.09.2008-ci il tarixdən 05.02.2015-ci il tarixədək işləmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən yaşa görə təqaüdə çıxması ilə əlaqədar müqaviləyə xitam verilmiş, ARDNŞ-nin və ANQSİHİRK-nın 02 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli əmr-qərarın 4-cü bəndinə əsasən, orta aylıq əmək haqqının beş misli məbləğində işdən çıxma müavinəti ödənilmişdir. İş materiallarında olan Cavabdeh “28 May” Neft və Qazçıxarma İdarəsinin 14.05.2009-cu il tarixli, 170-k nömrəli əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrindən görünür ki, İddiaçı9 - Cavabdeh «28 May» Neft və Qazçıxarma İdarəsinin Neftqazçıxarma üzrə 8 saylı dərin dəniz özülünün 13-cü dərəcəli energetiki onunla bağlanmış «02» fevral 2000-ci il tarixli Əmək Müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən təqaüdçü kimi «19» may 2009-cu il tarixdən ləğv edilməklə tutduğu vəzifədən azad edilmiş və 02.02.2008-19.05.2009-cu ilin dövrü üçün 40 təqvim günü kompensasiya verilmiş, İddiaçı9 -ARDNŞ-nin və ANQSİHİRK-nın 22.04.2009cu il tarixli 57/06-19ə saylı əmr-qərarının 4-cü bəndinə əsasən orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilmişdir. İş materiallarında olan Cavabdeh “28 May” Neft və Qazçıxarma İdarəsinin 13.05.2009-cu il tarixli, 159-k nömrəli əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrindən görünür ki, İddiaçı5 - Cavabdeh «28 May» Neft və Qazçıxarma İdarəsinin Neftin, qazın ilkin hazırlanması və nəqli sexinin 11-ci dərəcəli mühəndisi onunla bağlanmış «01» noyabr 1999-cu il tarixli Əmək Müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən təqaüdçü kimi «15» May 2009-cu il tarixdən ləğv edilməklə tutduğu vəzifədən azad edilmiş, 15.06.2008 -15.05.2009-cu ilin dövrü üçün 28 təqvim günü kompensasiya verilmiş, İddiaçı5 - ARDNŞ-nin və ANQSİHİRK-mn 22.04.2009-cu il tarixli 57/06-19ə saylı əmr-qərarının 4-cü bəndinə əsasən orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilmişdir. İş materiallarında olan Cavabdeh “28 May” Neft və Qazçıxarma İdarəsinin 13.05.2009-cu il tarixli, 161-k nömrəli əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrindən görünür ki, İddiaçı4 - “Azneft" İstehsalat Birliyinin “28 May" Neft və Qazçıxarma İdarəsinin İstehsalatın avtomatlaşdırılması və nəzarət ölçü cihazları sexinin Neft Daşları xidmət qrupunun 6-cı dərəcəli nəzarət ölçü cihazları və avtomatika üzrə çilingəri onunla bağlanmış 01.03.2000-ci il tarixli Əmək Müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən təqaüdçü kimi “19” may 2009-cu il tarixdən ləğv edilməklə tutduğu peşədən azad edilmiş, 01.03.2008-19.05.2009-cu ilin dövrü üçün 26 təqvim günü kompensasiya ödənilmiş, İddiaçı4 - ARDNŞ-nin və ANQSİNİRK-nin 22.04.2009-cu il tarixli 57/06-19 saylı əmr-qərarının 4-cü bəndinə əsasən orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilmişdir. İş materiallarında olan Cavabdeh “28 May” Neft və Qazçıxarma İdarəsinin 13.05.2009-cu il tarixli, 157-k nömrəli əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrindən görünür ki, İddiaçı6 - Cavabdeh «28 May» Neft və Qazçıxarına İdarəsinin İstehsalatın avtomatlaşdırılması və nəzarət ölçü cihazları sexinin 14-cü dərəcəli rəisi onunla bağlanmış «01» noyabr 1999-cu il tarixli Əmək Müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən təqaüdçü kimi «20» may 2009-cu il tarixdən ləğv edilməklə tutduğu vəzifədən azad edilmiş, 08.08.2008- 20.05.2009-cu ilin dövrü üçün 23 təqvim günü kompensasiya verilmiş, İddiaçı6 - ARDNŞnin və ANQSİHİRK-nın 22.04.2009-cu il tarixli 57/06-19ə saylı əmr-qərarının 4-cü bəndinə əsasən orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilmişdir. İş materiallarında olan Cavabdeh “28 May” Neft və Qazçıxarma İdarəsinin 14.05.2009-cu il tarixli, 167-k nömrəli əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrindən görünür ki, İddiaçı12 – Cavabdeh "28 May" Neft və Qazçıxarma İdarəsinin İstehsalat proseslərinin mexanikləşdirilməsi avtomatlaşdırılması şöbəsinin 13-cü dərəcəli istehsalat proseslərinin avtomatlaşdırılması və mexanikləşdirilməsi üzrə mühəndisi onunla bağlanmış 01.11.1999-cu il tarixli Əmək Müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cii hissəsinə əsasən təqaüdçü kimi "20" may 2009-cu il tarixdən ləğv edilməklə tutduğu vəzifədən azad edilmiş, 01.06.2008-20.05.2009-cu ilin dövrü üçün 30 təqvim günü kompensasiya ödənilmiş, İddiaçı12 - ARDNŞ-nin və ANQSİNİRK-nin 22.04.2009-cu il tarixli 57/06-19 saylı əmr-qərarının 4-cü bəndinə əsasən orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilmişdir. İş materiallarında olan Cavabdeh “28 May” Neft və Qazçıxarma İdarəsinin 01.10.2012-ci il tarixli, 815 nömrəli razılaşmadan görünür ki, Cavabdeh “28 May” Neft və Qazçıxarma İdarəsi ilə İddiaçı10 arasında bağlanmış 01.11.1999-cu il tarixli, 815 nömrəli əmək müqaviləsi ləğv edilmiş və işçiyə orta aylıq əmək haqqının beş misli məbləğində - 5982,75 manat müavinat ödənilmişdir. İş materiallarında olan Cavabdeh “28 May” Neft və Qazçıxarma İdarəsinin 01.10.2012-ci il tarixli, 215-k nömrəli əmək müqaviləsinə xitam verilməsi haqqında əmrindən görünür ki, İddiaçı10 "28 May" Neft və Qazçıxarma İdarəsinin Quyuların əsaslı və yeraltı təmiri sexinin Quyuların əsaslı və yeraltı təmiri qrupu, quyularİN əsaslı təmiri üzrə qazmaçı köməkçisi vəzifəsində, 01.11.1999-cu il tarixdən 01.10.2012-ci il tarixədək işləmiş, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən yaşa görə təqaüdə çıxması ilə müqaviləyə xitam verilmiş və ARDNŞ-nin və AMQSİHİRK-nın 03 iyul 2012-ci il tarixli 81/14-29ə nömrəli əmr-qərarın 1-ci bəndinə əsasən, orta aylıq əmək haqqının beş misli məbləğində işdən çıxma müavinəti ödənilmişdir. İş materiallarına əlavə olunmuş iddiaçılar tərəifndən Cavabdeh “28 May” Neft və Qazçıxarma İdarəsinə ünvanlanmış müraciətdən görünür ki, “ 28 May” NQÇİ-də “ Neft Daşları” NQÇİ kimi “Azneft” İB-nin tabeçiliyində olduğu üçün yuxarı instansiyalara və yaxud məhkəmələrə müraciət etməmək üçün idarədən təqaüdə çıxmış işçilərə verilmiş müavinatdan tutulmuş gəlir vergisinin geri qaytarılması barədə “Azneft” İB-nə göstəriş verilməsi xahiş olunmuşdur. İş materiallarında olan Cavabdehndən iddiaçılara ünvanlanmış 31.08.2020-ci il tarixli cavab məktubundan görünür ki, 2009-cü ildə ərizə yazaraq öz təşəbbüsləri ilə işdən azad olunmuşlar və həmin vaxt onlara ARDNŞ-nin və ANQSİHİRK-nın 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli Əmr-Qərarına əsasən orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət ödənilmişdir. Müavinət ödənilən zaman, həmin müavinət məbləğinə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.1.3.1-ci maddəsində nəzərdə tutulan güzəşt tətbiq edilməmiş və müavinət məbləğindən tam şəkildə vergi tutulmuşdur. Aparılmış araşdırmalar nəticəsində onlara ödənilmiş birdəfəlik müavinət məbləğinə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.1.3.1-ci maddəsində nəzərdə tutulmuş güzəşt tətbiq edilərək ödənilmiş müavinətin 1000 (min) manat hissəsindən tutulmuş vergi məbləği 2015-ci ilin fevral ayında onlara geri qaytarılmışdır. Məlumat üçün bildirirlər ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar gəlir vergisindən azaddır. X25 xitam verilməsi işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olmadığına görə, ARDNŞ-nin və ANQSİHİRK-nın 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli Əmr-Qərarına əsasən orta aylıq əmək haqqının 5 misli məbləğində ödənilmiş birdəfəlik müavinətə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində nəzərdə tutulan güzəştin tətbiq edilməsi və əvvəllər tutulmuş vergi məbləğlərinin geri qaytarılması Cavabdeh səlahiyyətləri xaricindədir. İş materiallarında olan Dərbənd rayon VVAQ şöbəsi tərəfindən verilmiş 17.07.1965-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X20 ilə X12 arasında 17.07.1965-ci il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Ağametova soyadı verilmişdir. İş materiallarında olan Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 24.07.2012-ci il tarixli, AZ-İ seriyalı, 559286 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 09.07.2012-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Əzizbəyov rayon VVAQ şöbəsi tərəfindən verilmiş 03.11.1977ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı10 ilə X24 arasında 03.11.1977-ci il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Ağayeva soyadı verilmişdir. İş materiallarında olan Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 11.02.2021ci il tarixli, AZ-İİ seriyalı, 121248 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı10 04.02.2021-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Əzizbəyov rayon VVAQ şöbəsi tərəfindən verilmiş 26.08.1969cu il tarixli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, Əli-zadə Əyyub Əli- Heydər oğlu ilə X28 arasında 26.08.1969-cu il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Əlizadə soyadı verilmişdir. İş materiallarında olan Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 02.12.2020ci il tarixli, AZ-İİ seriyalı, 124323 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Əli-zadə Əyyub Əli-Heydər oğlu 02.11.2020-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə olunmuş Cavabdeh “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən Məhkəmənin sorğusuna verilmiş 01.06.2021-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı12 Teyyub oğluna 4673.95 manat - 5 misli məbləğində müavinat hesablanmış, həmin məbləğdən 865.88 manat məbləğində gəlir vergisi tutulmuş, İddiaçı9 5646.40 manat - 5 misli məbləğində müavinat hesablanmış, həmin məbləğdən 1206.24 manat məbləğində gəlir vergisi tutulmuş, İddiaçı7 2674.55 manat - 5 misli məbləğində müavinat hesablanmış, 234.44 manat məbləğində gəlir vergisi tutulmuş, İddiaçı6 4833.80 manat - 5 misli məbləğində müavinat hesablanmış, 921.83 manat məbləğində gəlir vergisi tutulmuş, İddiaçı5 Əlişan oğluna 3693.25 manat - 5 misli məbləğində müavinat hesablanmış, 522.64 manat məbləğində gəlir vergisi tutulmuş, İddiaçı4 3781.45 manat - 5 misli məbləğində müavinat hesablanmış, 553.51 manat məbləğində gəlir vergisi tutulmuş, İddiaçı3 5109 manat - 5 misli məbləğində müavinat hesablanmış, 752.25 manat məbləğində gəlir vergisi tutulmuş, İddiaçı8 6801.90 manat - 5 misli məbləğində müavinat hesablanmış, 1175.48 manat məbləğində gəlir vergisi tutulmuş, İddiaçı10 5982.75 manat - 5 misli məbləğində müavinat hesablanmış, 1174.83 manat məbləğində gəlir vergisi tutulmuş, İddiaçı11 3401.85 manat - 5 misli məbləğində müavinat hesablanmış, 420.64 manat məbləğində gəlir vergisi tutulmuş, X9 6127,65 manat - 5 misli məbləğində müavinat hesablanmış, 1374,68 manat məbləğində gəlir vergisi tutulmuş, X10 6764,70 manat - 5 misli məbləğində müavinat hesablanmış, 1807,65 manat məbləğində gəlir vergisi tutulmuşdur. Məhkəmə iddia tələblərinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi müddətlərində rəsmi xəbərdar edilməlidir. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. (2-ci hissə) Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında məbləğlərdə işdənçıxarma müavinəti ödənilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 6-cı hissəsinə əsasən, kollektiv müqavilələrdə, əmək müqaviləsində bu maddənin üçüncü, dördüncü və yeddinci hissələrində göstərilən ödəmələrin daha yüksək məbləğdə verilməsi nəzərdə tutula bilər. Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin “c”, 74-cü maddəsinin birinci hissəsinin “a” və “c” bəndləri ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı iki misli miqdarında müavinət ödəyir. İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir. Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin "ç" bəndi ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödəyir. (7-ci hissə) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 1-ci və 4-cü hissəsinə əsasən, əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər. İşdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 98.1-ci maddəsinə əsasən, fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir və həmin Məcəllənin 101-ci maddəsində nəzərdə tutulmuş qaydada gəlir vergisinə cəlb edilir. Buna əsasən də, işçiyə onun işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün ödənilən orta əmək haqqı həmin şəxsin gəliri kimi nəzərə alınaraq ümumi qaydada gəlir vergisinə cəlb edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh təşkilatla hazırki iş üzrə işçilər arasında olan əmək müqaviləsinə xitam verilmiş və Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən işçilər əmək pensiyası yaşına çatmaları ilə işdən azad edilmələri və onlarla bağlanmış əmək müqavilələrinin ləğv edilməsi qərara alınmışdır. İşçilərə işdənçıxma müavinəti olaraq əmək haqqı məbləğlərinin beş misli məbləğində pul məbləğin verilməsi qərara alınmış və həmin məbləğlər hesablanmış, gəlir vergisi çıxıldıqdan sonra yerdə qalan məbləğlər onlara ödənilmişdir. Hazırda iddiaçılar məhkəməyə müraciət edərək onlara ödənilən müavinətin vergidən azad olunmuş müavinətlər sırasına daxil olduğunu göstərərək müavinətin tam məbləğdə ödənilməsini tələb edirlər. İş materiallarında olan əmrlərdə və iddiaçılara (işçilərə) məxsus əmək kitabçalarında iddiaçılarla olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, onların təqaüdə çıxmaları ilə əlaqədar öz təşəbbüsləri ilə yazdıqları ərizələr əsasında xitam verildiyi göstərilsə də, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti əmrləri və Azərbaycan Neft və X38 Həmkarlar İttifaqı Respublika Komitəsinin 06- 19ə nömrəli, 22 aprel 2009-cu il tarixli “ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında" qərarının 4-cü bəndindən görünür ki, bu əmr-qərar verildiyi tarixdən bir təqvim ayı ərzində, eləcə də bu əmr-qərarın birinci bəndi ilə müəyyən edilmiş vəziyyət barədə işəgötürənin qərarı olduğu tarixdən, bir ay müddətində işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmək üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilir və əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq razılaşma imzalanır. Həmin əmr-qərarın girişində göstərilir ki, bu qərarın qəbul edilməsində və eyni qərara istinadən əmrin verilməsində əsas məqsəd Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 26 fevral 2009-cu il tarixli, 38 nömrəli əmri ilə təsdiq edilmiş “ARDNŞ-in 2009-cu il üçün böhrana qarşı tədbirlər proqram”ından irəli gələn vəzifələrin, xüsusilə də “şirkətin müəssisə və təşkilatlarında işçi heyətindən daha səmərəli istifadə etməklə, xərclərin azaldılmasına nail olmaq, mövcud əməyin ödənilməsi sisteminin böhran şəraitinə uyğunlaşdırılması və bu sahədə olan şirkətdaxili normaların və sənədlərin təkmilləşdirilməsidir. Cavabdeh qurum işçi heyətindən daha səmərəli istifadə etmək, işçilərin sayının azaldılması məqsədilə müvafiq qərar qəbul etmiş, eyni məzmunlu əmr vermiş və bu əmr- qərarın verildiyi gündən sonra işçilərin təqaüdə çıxması ilə əlaqədar ərizəsi əsasında öz təşəbbüsü ilə işdən azad olunmuş və onlarla olan əmək müqaviləsinə xitam verilmişdir. 22 aprel 2009-cu il tarixli əmr-qərarın 4-cü bəndində işçi ilə əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq razılaşmanın imzalanması göstərilmiş və işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən onlara orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilməsi göstərilmişdir. İşçilərlə olan əmək müqaviləsinə xitam verildikdən sonra onların əmək haqqı məbləğlərinin 5 misli məbləğində müavinətin verilməsi hazırkı işin mübahisəsiz hallarındandır. Məhkəmə hesab edir ki, Əmək Məcəlləsinin 175.4-cü və Vergi Məcəlləsinin 102.1.4cü maddəsinin tələblərinə əsasən işçilərlə olan əmək müqavilələrinə onların pensiya yaşına çatmaları əsası ilə xitam verildiyindən və müvafiq əsasdan işdənçıxma üçün verilən müavinət Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində təsbit edilmiş və gəlir vergisindən azad edilən müavinətlər sırasına daxil olduğundan, onlara ödənilən və əmək haqqı məbləğlərinin beş misli miqdarında olan müavinətdən vergi tutula bilməz. Məhkəmə həmçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175.4-cü maddəsinə istinad edərək qeyd edir ki, cavabdeh iddiaçılara ödənilmiş məbləğlərin işdən çıxma müavinəti olduğunu mübahisələndirmir. İş materiallarına əlavə edilmiş əmr qərarlarda da iddiaçılara ödənilən məbləğin müavinət olduğu təsdiq olunur. İstinad olunan maddənin tələbinə görə isə növündən asılı olmayaraq işdən çıxma müavinətlərindən hər hansı məbləğin tutulmasına yol verilmir. Həmin məbləğlərə digər ödənişlərlə yanaşı gəlir vergisinə dair ödənişlər də aiddir. İşəgötürənin yalnız belə məbləğin tutulması zamanı işçinin razılığı ilə həyata keçirmək imkanı olmuşdur. Lakin istinad etdikləri əmr qərarlarda ödəniləcək müavinətlərin vergiyə cəlb olunacağına dair razılaşma əldə olunmamışdır. Bundan başqa, cavabdeh işçilərə işdən çıxma müavinətindən vergi tutularkən ilkin olaraq onun münasibətlərini nizamlayan maddi hüquq normalarını tətbiq etməli və bundan sonra əlaqəli hüquq normalarının tətbiqinin mümkünlüyünü araşdırmalıdır. Qeyd edilənlərlə yanaşı məhkəmə hazırkı iddia tələbinə iddia müddətinin tətbiq edilməsi ilə bağlı cavabdehin nümayəndəsi və vəkilinin ərizəsinə münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, iddiaçılar tərəfindən hazırkı iddia tələbini qaldırmaq üçün iddia müddəti ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Həmin 296-cı maddəsinin 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. (maddə 296, hissə 6) Məhkəmə qeyd edir ki, iş materiallarından da göründüyü kimi, İddiaçı12 20 may 2009-cu il tarixdə, İddiaçı9 19 may 2009-cu il tarixdə, İddiaçı7 03 noyabr 2014-cü il tarixdə, İddiaçı6 20 may 2009-cu il tarixdə, İddiaçı5 15 may 2009-cu il tarixdə, İddiaçı4 19 may 2009-cu il tarixdə, X6 05 fevral 2015-ci il tarixdə, İddiaçı8 21 yanvar 2015-ci il tarixdə, Əli-zadə Əyyub Əli-Heydər oğlu 20 may 2009-cu il tarixdə, İddiaçı10 01 oktyabr 2012-ci il tarixdə, X18 20 may 2009-cu il tarixdə və İddiaçı11 ilə 21 may 2009-cu il tarixdə əmək müqavilələrinə xitam verilməsinə, onların bu barədə məlumatlarının olmasına baxmayaraq, iddiaçılar hazırki tələblə 27.11.2020-ci il tarixdə məhkəməyə müraciət etmiş, bununla da qanunvericilikdə nəzərdə tutulmuş 1 illik iddia müddətini ötürmüşlər. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıların “müavinətin tam ödənilməsi”nə dair iddia tələbləri iddia müddəti tətbiq edilərək rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Qeyd edilən maddənin 2-ci bəndinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı12, İddiaçı9, İddiaçı7, İddiaçı6, İddiaçı5 Əlişan oğlunun, İddiaçı4, İddiaçı3, İddiaçı8, Əli-zadə Əyyub Əli-Heydər oğlunun hüquqi varisi İddiaçı1, İddiaçı10 hüquqi varisi X15, X7 hüquqi varisi X4 və İddiaçı11 cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azneft" İstehsalat Birliyinə (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti üçüncü şəxs kimi cəlb edilən) qarşı “müavinətin tam ödənilməsi” tələbinə dair iddiaları təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı12, İddiaçı9, İddiaçı7, İddiaçı6, İddiaçı5 Əlişan oğlunun, İddiaçı4, İddiaçı3, İddiaçı8, Əli-zadə Əyyub Əli-Heydər oğlunun hüquqi varisi İddiaçı1, İddiaçı10 hüquqi varisi X15, X7 hüquqi varisi X4 və İddiaçı11 cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azneft" İstehsalat Birliyinə (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti üçüncü şəxs kimi cəlb edilən) qarşı “müavinətin tam ödənilməsi” tələbinə dair iddiaları təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar