Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-39/2025 29.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı Bəşı̇ rov Ası̇ f Rəşı̇ d oğlunun (video zəng vasitəsilə), Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Bəşı̇ rov Ası̇ f Rəşı̇ d oğlunun Cavabdeh Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nə qarşı “əmək münasibətləri üzrə mübahisələr” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Bəşı̇ rov Ası̇ f Rəşı̇ d oğlu Cavabdeh Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nə qarşı “əmək münasibətləri üzrə mübahisələr” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən işdən çıxarılmağı barədə qeydin həmin Məcəllənin 68-ci maddəsinin "xxxx" bəndi ilə əvəz olunması, iş saatlarından əlavə işlədiyi saatların əmək haqqına ümumilikdə 29266.96 qəpik pulun alınıb ona ödənilməsi, o, cümlədən "xxxx" MMC-yə məxusus müddəti keçmiş məhsulların geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: ərizənin məzmunu xx.xx.2023-cü il tarixindən Az Roshen MMC-nin onun əmək müqaviləsinin qeyri əsassız “AR ƏM-in 70 “C” və 72-ci” maddələrini rəhbər tutaraq xitam verilməsinin və ƏM-nin 83.2 maddəsini rəhbər tutaraq Az Roshen MMC-dən ödənişlərin tələb olunması. Belə ki, o, xx.xx.2018-ci ildən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq müqavilə əsasında 5 günlük iş rejimi müaviləsi ilə Az Roshen MMC-də Mingəçevir anbarında satış üzrə menecer vəzifəsində çalışmışdır. Ancaq ki, o, işlədiyi müddətdə son bir aya qədər vaxtda elə zənn etmişdir ki, onların iş rejimi 6 günlük olub. Son bir ay müddətində o, şəxsi telefonuna dövlət reyestrindən keçmiş SİMA proqramını yükləyib və E-Sosial bölməsinə daxil olduqdan sonra ona məlum olub ki, onu bu neçə illər ərzində 5 günlük iş rejimində işləməli olmuşdur. Şirkət rəhbərliyi onu nəinki 6 gün hətta bazar günləri, bayram günləri, hüzün və səsvermə günləri qeyri-rəsmi şirkət daxili əmrlərlə işlədib və əmrdə göstərildiyi kimi “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 107 və 164-cü maddələrini rəhbər tutaraq ödənişlər edilsin, lakin heç bir ödənişlər olunmayıb, heç bir pul vəsaiti verilməyib. Bundan əlavə olaraq ona hər il növbəli əmək məzuniyyətinə buraxılmağına dair ərizələr yazdırılıb. Ancaq o, heç bir məzuniyyətə göndərilməmiş, adı məzuniyyətdə olduğu halda işçi olmağından istifadə edərək məcburən ödənişsiz işlədilmişdir. Sonuncu yəni dekabr ayında onun adı məzuniyyətdə olub, hansı ki, onun bundan xəbəri belə olmayıb. O, şirkətdə vəzifədə çalışan Qəhrəmanov Ramilə sual vermişdir ki, bəs necə olur ki, onun adı məzuniyyətdə olub ancaq ki, onun bundan xəbəri yoxdur? Cavab olaraq ona Ramilin dediyi bu oldu ki, mən sənin əvəzinə məzuniyyətinə ərizə yazıb və sənin imzanı atmışam. Nəzərə çatdırmaq isdərdi ki, o, bu şəxsə heç bir notarial qaydada səlahiyətlərinin icrası üçün etibarnamə təqdim etməmiş və xahiş edir bu barədə araşdırmalar aparılsın görək ona bu səlahiyyət kim tərəfindən verilmişdir. Bundan əlavə olaraq qeyd etmək isdərdi ki, bu hallar barəsində ərizəsinə daxil etdiyi sənədlərin daxilində AZ.Res. İqtisadiyyat yanında dövlət vergi xidmətinə müraciətini əlavə olaraq daxil etmiş və işin baxılması üçün Azroshen mmc-nin qanunsuz hərəkətləri barədə işin baxılması üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidmətinin Vergi Cinayətlərinin ibtidai araşdırılması Baş idarəsinə göndərilmişdir. Bundan əlavə olaraq ərizəsinə daxil etdiyi sənədlərin içində AZ.Res.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 xidməti Bakı şəhər idarəsinin AzRoshen mmc-yə qoyduğu tələbləri əlavə olunmuşdur. Azroshenin etdikləri bu hərəkətlər nəticəsində o, vətəndaş olaraq xeyli miqdarda zərər çəkmiş və zərərinin ödənilməsini Azroshenden teleb edir. Belə ki, tələbini AR ƏM 107 və 164-cü maddələrini rəhbər tutaraq əlavə işlədiyi günlərini, şənbə və bazar günləri, bayram günləri, səs vermə, ümümxalq hüzün günlərini ödənişsiz işlədildiyi günlərin ödənişin təmin olunması. Belə ki, sabiq əmək haqqının 520 manat olaraq vergi tutulduqdan sonra qalan 469 manatın normal iş günü hesabına bölünərək 22 iş günü hesabında 21.31 qəpik dəyərini iki misli qədər hesablanaraq günlük 42.62 qəpik ödənişin təmin olunması yəni xx.xx.2018-ci ildən xx.xx.2023-cü ilədək tək şənbə günləri işə cəlb olunmağının dəyəri ümumilikdə 288 günün hesablanması ümumi dəyəri12274,56 və 6 ilin məzuniyyəti pulu olaraq illik məzuniyyəti 1050 manat olmaqla 6300 manat və bayram günləri illik iyirmi gün olmaqla 6 il üçün 5114,14 qəpik. Əlavə olaraq ona əsassız qoyulduğu AR ƏM 70-ci və 72ci maddəsinə görə heç bir dövlət və özəl sektorda iş ala bilmədiyi üçün son 4 ay üçün təzminatın ödənilməsi yəni AR minumum yaşayış tərzini nəzərə alaraq böyüklər üçün əmək qabilliyətli əhali üçün 261 manat az yaşlı uşaqlar üçün 220 manat pensiyaçılar üçün 199 manat nəzərə alınmaqla məlum etmək istəyir ki, öhdəliyində üç az yaşlı uşaq, bir pensioner həyat yoldaşı və o, ümumilikdə az yaşlı uşaqları üçün 2640 manat, pensiyaçı üçün 796 manat, əmək qabiliyyətli insan üçün 2888 manat olmaqla cəmi 5524 manat məbləğində vurulan ziyanın ödənilməsi. Bundan əlavə olaraq Bakı şəhərinin 15 saylı mediasiya təşkilatına ödənilən 54 manat vəsaitin ödənilməsi təmin olunsun. Ümumilikdə minumum ona dəyən zərərin məbləği 29266.96 qəpik pulun Azroshen MMC-dən alınıb ona verilməsini xahiş edir. Bundan əlavə olaraq qeyd etmək istərdi ki, onun şirkətdə vəzifəsi alıcılara şirkətin malını təqdim etməkdən ibarət olub. Hər bir alıcı ilə şirkət arasında “Alqı-satqı” müqaviləsi imzalanıb. Bu müqavilənin şərtlərinin bəndində göstərilib ki, Az Roshen MMC-yə ödənişlər yalnız köçürmə vasitəsi ilə həyata keçirilsin. Pul vəsaitlərinin ödənilməsi yalnız Bank və Milliön terminal vasitəsi ilə icra olunsun. Nəğd surətdə ödənilən ödənişlərə Az Roshen MMC cavabdehlik daşımır. Belə müqavilə bağladığı halda şirkətin vəzifədə çalışan rəhbər işçiləri Bayramov Laçın, Qəhramanov Ramil və Mingəçevir anbarının bölgə satış müdir vəzifəsini icra edən İbrahimov Müşviq tərəfindən onlara göstəriş və tələbləri belə olub ki, gedin müştərilərdən verilən malların pullarını nəğd şəkildə alın və biz deyən şəxsi kart hesablarına yəni Hacıyev Toğrul, Hacıyeva Nəzrin, Hacıyev Kamil, Hacıyev Fərid kimi şəxslərin kartlarına pul vəsaitinin ödənilməsini tələb etmişlər. O, hələ də bunu dərk edə bilmir ki, bu cür hallar dövlət vergisindən yayınma qeyd olunur və neçə? O, bu səbəbləri bildikdən sonra yəni həm əmək müqaviləsi əsasında aldadılıb işlədildiyini bilib öz hüquqlarını tələb etdiyi üçün və həyatının və ailəsinin həyatının təhlükədə olduğunu anlayıb öz hüquqlarını tələb etdiyi üçün əsassız olaraq onun göstərilmiş maddələrlə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı Bəşı̇ rov Ası̇ f Rəşı̇ d oğlu iddianın dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, həmin ərizənin giriş hissəsində və xahiş edirəm hissəsində göstərdiyi cümlənin: xx.xx.2018-ci ildən xx.xx.2023-сü ilədək 4 il 11 ay 11 gün üçün tək şənbə günləri işə cəlb olunaraq işlədildiyi üçün ümumi günlərin sayı 237 gün olmaqla günlüyü gün hesabına bölünərək 26.63 qəpik AR ƏM 164.1 maddəsinə əsasən 47.26 qəpik 10963.62 əmək haqqının dəyəri: 5 il məzuniyyət pulu hər il üçün bonus əmək haqqı ilə birgə hesabladıqda 1050 manat olmaqla məzuniyyət dövründə işlədiyi üçün 5250 olmaqla hər il üçün bayram günləri 20 gün olmaqla 4 il 11 ay 11 gün üçün bayram günləri işə cəlb olunduğu üçün 97 gün üçün 4584.22 olmaqla əmək haqqına ona əsassız olaraq əmək müqaviləsinin 70 “ç” və 72 maddələriylə xitam verildiyi üçün 4 ay müddətində özəl və ya dövlət sektorunda iş ala bilmədiyi üçün təzminat məbləği olaraq Azərbaycan Respublikası minimum yaşayış tərzinə əsasən böyüklər üçün 2888 manat, azyaşlı üçün 2640 manat, pensiyaçılar üçün 796 manat olmaqla son 4 ay üçün bonus əmək haqqı minimum 4000 manat və mediasiya şurasına ödənilən 54 manat olmaqla cəmi 31175.84 manat pulun cavabdehdən alınıb ona ödənilməsi və AR Əmək Məcəlləsinin 70 “ç” və 72-ci maddəsinin ləğv edilib 68 "xxxx" əvəz olunması və müddəti bitmiş məhsulların Azrosen MMC təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Bəşı̇ rov Ası̇ f Rəşı̇ d oğlu iddianın dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, həmin ərizənin giriş hissəsində və xahiş edirəm hissəsində göstərdiyi cümlənin xx.xx.2018-ci ildən xx.xx.2023-сü ilədək tək şənbə günləri işə cəlb olunaraq işlədildiyi üçün ümumi günlərin sayı 288 gün olmaqla əmək haqqının dəyəri 12274.56 manat olmaqla; 6 il məzuniyyət pulu hər il üçün 1050 manat olmaqla, məzuniyyətdə olduğu müddətdə işlədildiyi üçün 6350 manat olmaqla hər il üçün bayram günləri 20 gün olmaqla 6 illik ödənilməli olan əmək haqqı 5114.14, ona əsassız və qanunsuz olaraq əmək müqaviləsinin 70 “c” və 72 maddələriylə xitam verildiyi üçün 4 ay müddətində özəl və ya dövlət sektorunda iş ala bilmədiyi üçün ödəniləcək təzminat məbləği olaraq Azərbaycan Respublikası minimum yaşayış tərzini nəzərə alaraq böyüklər üçün 2888 manat, azyaşlı uşaqlar üçün 2640 manat, pensiyaçılar üçün 796 manat olmaqla və mediasiya şurasına ödənilən 54 manat olmaqla cəmi 29266.96 manat pulun cavabdehdən alınıb ona ödənilməsi və AR Əmək Məcəlləsinin 70 “c” və 72-ci maddəsinin ləğv edilməsi və işə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Bəşı̇ rov Ası̇ f Rəşı̇ d oğlu ərizə ilə (iddia tələbinin həcminin artırılması) məhkəməyə müraciət edərək, əmək kitabçasının bu günə qədər təqdim olunmamasına görə ona əvvəlki tələbindən əlavə olaraq 5000 manat kompensasiya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı Bəşı̇ rov Ası̇ f Rəşı̇ d oğlu (video zəng vasitəsilə) iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, ekspert rəyi ilə razı deyil, çünki düzgün hesablama aparılmayıb. X3 Xidməti tərəfindən ona ünvanlanmış məktubda qeyd edilmişdir ki, ona ödənilməli olan ödənişlər düzgün hesablanmayıb. Buna görə də qətnamə qəbul edilən zaman DƏMX-nin məktubunun nəzərə alınmasını xahiş edir. Həmçinin bildirmişdir ki, əmək kitabçasını indiyədək cavabdehdən tələb etməyib, belə ki, o, əmək kitabçasının işəgötürəndə qalmalı olmasını düşünüb. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 iddiaya etiraz edərək, iddiaçının qanuni əsaslarla işdən azad olunmasını, əmək haqqının, məzuniyyət pullarının düzgün hesablanıb ödənilməsini, həmçinin əmək kitabçasını iddiaçının özünün gəlib götürmədiyini, istədiyi vaxt müraciət edərsə götürə biləcəyini bildirmiş və iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, iddiaçının təqdim etdiyi DƏMX-nin ünvanlandığı məktubda qeyd edilən cavabdeh barəsində qəbul edilən inzibati protokolların tarixlərinə uyğun protokollar barədə cavabdeh tərəfdə məlumat yoxdur, bir daha qeyd edir ki, cavabdehdə olan bütün sənədlər ekspertə təqdim edilmişdir. Sübutlar: İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - İşəgötürən Cavabdeh Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ ilə işçi Bəşı̇ rov Ası̇ f Rəşı̇ d oğlu arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsindən görünür ki, Bəşı̇ rov Ası̇ f Rəşı̇ d oğlu satış üzrə menecer peşəsinə qəbul edilmişdir. - Əmrdən çıxarışdan görünür ki, Bəşı̇ rov Ası̇ f Rəşı̇ d oğlu ilə bağlanılmış əmək müqaviləsinə ƏM-in 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yetirmədikdə, yaxud 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 31 iyul 2025-ci il tarixli 9/2862 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə və iş materiallarında olan mövcud sənədlərə (Əmək Müqaviləsi, Əmək Müqaviləsinə, ƏMR-lər, bank hesabından çıxarış, iş vaxtının tabel uçotu barədə məlum və s) əsasən iddiaçının xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək əmək haqqının, həmçinin iş normasından artıq cəlb edilən, əmək məzuniyyətinə görə ödənilməli olan pulun hesablanıb ödənilməsi, eləcə də qeyri iş günləri (bayram, istirahət və s. günləri) və ya əmək məzuniyyəti dövründə cəlb edilməsi müəyyən edildiyi halda, cəlb edilən işlərə görə əlavələrin hesablanıb ödənilməsi əmək müqaviləsi və əmək qanunvericiliyinin tələblərinə uyğun olmuşdur. Belə ki, "AZROŞEN” MMC tərəfindən İddiaçı 2018-ci il üzrə 3524,18 manat, 2019-cu il üzrə 9248,14 manat, 2020-ci il üzrə 14.146,65, 2021-ci il üzrə 15.619,13 manat, 2022-ci il üzrə 14.650,42 manat və yanvar 2023-iyul 2023-cü il üzrə 5175,14 manat olmaqla ümumilikdə 62.363,66 manat məbləğində əmək haqqının İddiaçı hesablanıb ödənilməsi müəyyən olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 2-ci maddəsinə əsasən Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. - 11-ci maddəsinin "xxxx" və «b» bəndlərinə əsasən, müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, eyni zamanda, müəyyən edilmiş qaydada əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarına aid edilir - 11-ci maddəsinin 1-ci hissəsinin «d» bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarından biri də işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etməkdir. - 12-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən bu Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin əsas vəzifələrindən biridir. - 186-cı maddəsinin İ hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Qeyd edilən normaya əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtiilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Göründüyü kimi, işçiyə işəgötürən tərəfindən bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini tətbiq edə bilməsi sonuncuya qanunvericiliklə verilən hüquqdur. - Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. - 71-ci maddəsinin 2-ci hissəsinə əssasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etiansızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə, əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. - Qeyd edilən maddənin 3-ci hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. - 72-ci maddəsinə əsasən, aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir:a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Azərbaycan Respublikası MPM: - 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, işin materiallarından görünür ki, tərəflər arasında 01 avqust 2018-ci il tarixində əmək müqaviləsi bağlanmış və iddiaçı satış üzrə menecer peşəsinə qəbul edilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 12 iyul 2023-cü il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilmişdir. Mübahisələndirilən əmrdə istinad edilən Azərbaycan Respublikasının Əmək Məcəllənin 70-ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Məhkəmə, iddiaçının Mingəçevir Şəhər Məhkəməsinin 11 fevral 2025-ci il tarixli 1(051)-19/2025 saylı hökmü ilə təqsirli bilinərək müvafiq cəzaya məhkum edilməsini və həmin hökmlə müəyyən edilmiş halları nəzərə alaraq hesab edir ki, işəgötürən tərəfindən 12 iyul 2023-cü il tarixli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi qanuni əsaslarla baş vermişdir. Belə ki, Mingəçevir Şəhər Məhkəməsinin 11 fevral 2025-ci il tarixli 1(051)-19/2025 saylı hökmündən görünür ki, Bəşı̇ rov Ası̇ f Rəşı̇ d oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona həmin Məcəllənin 46.2–ci maddəsinə əsasən 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifələri tutma hüququndan məhrum edilməklə, 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, İddiaçı təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifələri tutma hüququndan məhrum etmə cəzası müstəqil icra edilməsi, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası İddiaçı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, İddiaçı təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifələri tutma hüququndan məhrum etmə cəzasının müddəti hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması, İddiaçı üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 23:00–dan 06:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulması hökm edilmişdir. Həmin hökmlə müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində Cavabdeh MMC-də satış üzrə menecer vəzifəsində işləyərkən həmin cəmiyyətlə aralarında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə, həmçinin cəmiyyətin baş direktoru X5 ilə xx.xx.2018-ci il tarixdə bağladığı tam maddi məsuliyyət haqqında müqavilənin şərtlərinə əsasən Cəmiyyətə məxsus qənnadı məhsulları ona həvalə edilmiş ərazidə fəaliyyət göstərən ticarət subyektlərinə paylamaqla, satışını həyata keçirmək, həmin malların satışından əldə olunmuş pul vəsaitini şirkətin xəzinəsinə mədaxil etmək, müxtəlif səbəblərdən satışdan qayıdan malları, yəni vaxtı keçmiş və istifadəyə yararsız olan məhsulları aşkar etdiyi təqdirdə bununla bağlı şirkət nümayəndələrinə məlumat vermək və sair bu kimi səlahiyyətlərə malik məsul şəxs olmaqla ona etibar edilmiş özgə əmlakını öz qulluq mövqeyindən istifadə edərək talama məqsədilə rəsmi sənəd hesab olunan qaimə fakturalar əsasında Ağdaş, Kürdəmir, Zərdab, Ucar və Ağcabədi rayonlarında fəaliyyət göstərən ticarət subyektlərindən qəbul etdiyi sifarişlər əsasında 2021-ci ilin əvvəlinə olan 54513.23 (əlli dörd min beş yüz on üç manat iyirmi üç qəpik) manat dəyərində mal qalığı daxil olmaqla ümumilikdə 700.337,91 (yeddi yüz min üç yüz otuz yeddi manat doxsan bir qəpik) manat dəyərində qənnadı məhsullarını cəmiyyətə məxsus Mingəçevir şəhəri, H.Əliyev prospekti, 77A ünvanında yerləşən anbardan təhvil alıb satış üçün tam maddi məsuliyyətinə götürərək rəsmi sənədlər, yəni 05 yanvar 2021-ci il tarixli 306770 nömrəli - 20 aprel 2023-cü il tarixli 303114 nömrəli qaimə fakturaları əsasında Ağdaş, Kürdəmir, Zərdab, Ucar və Ağcabədi rayonlarında fəaliyyət göstərən ticarət subyektlərinə satış üçün təhvil verməklə, ümumilikdə maddi məsuliyyətində olan 700337.91 (yeddi yüz min üç yüz otuz yeddi manat doxsan bir qəpik) manat dəyərində qənnadı məhsulunun satışından əldə etdiyi 230535,20 (iki otuz min beş yüz otuz beş manat iyirmi qəpik) manat məbləğində pul vəsaitini rəsmi sənədlər, yəni xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək tərtib edilmiş mədaxil qəbzləri əsasında Cəmiyyətin xəzinəsinə nağd qaydada, 381494,56 (üç yüz səksən bir min dörd yüz doxsan dörd manat əlli altı qəpik) manat məbləğində pul vəsaiti Cəmiyyətin Bank hesabına istintaqla müəyyən edilməsi mümkün olmayan terminallar vasitəsilə köçürməklə ödəmiş, 444,96 (dörd yüz qırx dörd manat doxsan altı qəpik) manat dəyərində məhsulu geri qaytarmış, 34909,22 (otuz dörd min doqquz yüz doqquz manat iyirmi iki qəpik) manat dəyərində istehlak müddəti bitmiş məhsulu cəmiyyətin anbarına təhvil vermiş, 26 iyun 2023-cü il tarixdə aparılmış təhviltəslim zamanı hesabında olan 22618,75 (iyirmi iki min altı yüz on səkkiz manat yetmiş beş qəpik) manat dəyərində mal qalığı, fəaliyyət göstərməyən ticarət subyektlərində mövcud olan 11740,44 (on bir min yeddiz yüz dırx manat qırx dörd qəpik) manat məbləğində borc vəsaiti hesabından silinmiş, lakin məhsul satışından əldə etdiyi 13047.74 (on üç min sıfır qırx yeddi manat yetmiş dörd qəpik) manat məbləğdə pul vəsaitini Cəmiyyətin xəzinəsinə mədaxil etməyərək özünün şəxsi ehtiyaclarına sərf etməklə, ona etibar edilmiş xeyli miqdarda əmlakı öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə yolu ilə talamışdır. Bununla da təqsirləndirilən şəxs İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Şəki Apellyasiya Məhkəməsinin 29 aprel 2025-cü il tarixli 1(107)-170/2025 saylı qərarından görünür ki, təqsirləndirilən şəxs İddiaçı və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X6 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 11 fevral 2025-ci il tarixli, 1(051)-19/2025 nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının izahatı isə özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində əsaslandırdığı halları təsdiq edən hər hansı mötəbər sübut növü məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddianın əmrin ləğv edilməsi hissəsi əsassızdır. Məhkəmə, iddianın xx.xx.2018-ci ildən xx.xx.2023-сü ilədək tək şənbə günləri işə cəlb olunaraq işlədildiyi üçün ümumi günlərin sayı 288 gün olmaqla əmək haqqının dəyəri 12274.56 manat olmaqla; 6 il məzuniyyət pulu hər il üçün 1050 manat olmaqla, məzuniyyətdə olduğu müddətdə işlədildiyi üçün 6350 manat olmaqla hər il üçün bayram günləri 20 gün olmaqla 6 illik ödənilməli olan əmək haqqı 5114.14 manat pulun cavabdehdən alınıb ona ödənilməsi hissəsi üzrə aşağıdakıları qeyd edir: Tələbin bu hissəsi üzrə müvafiq ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 31 iyul 2025-ci il tarixli 9/2862 nömrəli ekspert rəyi ilə rəyin tədqiqat hissəsində göstərilənlərə və iş materiallarında olan mövcud sənədlərə (Əmək Müqaviləsi, Əmək Müqaviləsinə, ƏMR-lər, bank hesabından çıxarış, iş vaxtının tabel uçotu barədə məlum və s) əsasən iddiaçının xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək əmək haqqının, həmçinin iş normasından artıq cəlb edilən, əmək məzuniyyətinə görə ödənilməli olan pulun hesablanıb ödənilməsi, eləcə də qeyri iş günləri (bayram, istirahət və s. günləri) və ya əmək məzuniyyəti dövründə cəlb edilməsi müəyyən edildiyi halda, cəlb edilən işlərə görə əlavələrin hesablanıb ödənilməsi əmək müqaviləsi və əmək qanunvericiliyinin tələblərinə uyğun olmuşdur. Belə ki, "AZROŞEN” MMC tərəfindən İddiaçı 2018-ci il üzrə 3524,18 manat, 2019-cu il üzrə 9248,14 manat, 2020-ci il üzrə 14.146,65, 2021-ci il üzrə 15.619,13 manat, 2022-ci il üzrə 14.650,42 manat və yanvar 2023-iyul 2023-cü il üzrə 5175,14 manat olmaqla ümumilikdə 62.363,66 manat məbləğində əmək haqqının İddiaçı hesablanıb ödənilməsi müəyyən olunmuşdur. Odur ki, iddia həmin hissədə də əsaslı sayıla bilməz və rədd edilməlidir. Məhkəmə iddianın əmək kitabçasının bu günə qədər təqdim olunmamasına görə ona əvvəlki tələbindən əlavə olaraq 5000 manat kompensasiya ödənilməsi hissəsi üzrə qeyd edir ki, iddiaçı tələbinin həmin hissəsini əmək kitabçasının gec verilməsi ilə əsaslandırsa da bununla bağlı cavabdehin təqsiri müəyyən olunmamışdır. Belə ki, iddiaçı məhkəmə iclasında əmək kitabçasını indiyədək cavabdehdən tələb etmədiyini, əmək kitabçasının işəgötürəndə qalmalı olmasını düşündüyünü bildirmişdir. Başqa sözlə, məhkəmə araşdırması zamanı işəgötürənin işçinin əmək kitabçasını ona qaytarmama məqsədi güdməsi, qəsdən özündə saxlaması kimi hallar müəyyən edilmir. Odur ki, iddia bu hissədə də təmin edilə bilməz. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, idda tələblərinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından iddia tələbləri əsaslı sayıla bilməz və rədd edilməlidir. Məhkəmə, iddianın təmin olunmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat iddiaçı Bəşı̇ rov Ası̇ f Rəşı̇ d oğlundan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat iddiaçı Bəşı̇ rov Ası̇ f Rəşı̇ d oğlundan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X1, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-39/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-39/2025
29.08.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver