Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-393/2023 15.03.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X1 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı - Cavabdeh-yə qarşı «əmlakdan çıxarılma və əmlakın təhvil verilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhərində 15 mart 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh-yə qarşı «əmlakdan çıxarılma və əmlakın təhvil verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ünvan 1 ünvanında yerləşən 937,9 kv.metr sahədən ibarət olan qeyri-yaşayış sahəsinin, “A” tikilisinin 725,2 kv.metr sahədən ibarət zirzəmisindən çıxarılması və qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, O, Arena ASC-nin səhmlərinin 18,85 faizinin sahibi olmuşdur. Arena ASC-nin rəhbərliyinin apardığı idarəetmədən və dividendləri ödəməməsindən narazı qaldığı üçün 2011-ci ildə Arena ASC-yə qarşı vurulmuş zərərin ödənilməsinə və əmlak payının naturada ayrılmasına dair iddia ilə Sabail rayon Məhkəməsinə müraciət etmişdir. Səbailrayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli Qətnaməsi ilə iddiası təmin edilmiş və Arena ASC-dəki 18,85 faiz payının müqabilində ünvan 1 ünvanda yerləşən əmlak komleksinin A tikilisinin zirzəmisinin və 1-ci mərtəbəsinin bir hissəsi, В, C, Ç, C1, D, E tikililəri naturada onun mülkiyyətinə ayrılmışdır. X2 ASC şikayət verməmiş və Qətnamə ilə razılaşamışdır. DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsi tərəfindən ona 23 may 2017-ci il tarixli, RX ******* nömrəli və xx.xx.2017-ci il tarixli, RX ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışlar və 20 may 2017-ci il tarixli texniki pasport verilmişdir. Həmçinin, həmin daşınmaz əmalakın ünvanı ünvan 24 iyun 2017-ci il tarixli qərarı ilə Səbail rayon Məhkəməsinin qətnaməsi ilə onun Arena ASC-də olan 18,85% səhmlərimin müqabilində əmlak payının naturada ayrılmasına və mülkiyyətinə verilməsinə razılıq verilmişdir. Arena ASC-nin mülkiyyətində qalan Əmlak kompleksinə xx.xx.2020-ci il tarixdə dövlət reyestrindən çıxarış və xx.xx.2021-ci il tarixdə texniki pasport verilmişdir. Həmin çıxarış və texniki pasportdan görünür ki, Arena ASC-nin ünvanı ünvan 3i pasportun 2-ci səhifəsində baş planında A tikilisinin zirzəmisinin və 1-ci mərtəbsinin bir hissəsi və В, C, Ç, Ç1, D, Etikililəri qara rəngdə ştrixlənmiş və qeyd hissəsində həmin sahələrin digər fiziki şəxsin adına qeydiyyatdan keçdiyi qeyd edilmişdir. Həmin digər fiziki şəxs odur. Hazırda ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 937,9 kv. metr olan qeyri-yaşayış sahəsi xx.xx.2017-ci il tarixdə verilmiş **********75-06301-083001 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, seriya RX ******* nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ ilə ona məxsusdur. Mülkiyyətində olan, 937,9 kv. metrdən ibarət olan qeyri-yaşayış sahəsinin “A” tikilisinin 725,2 kv. metr sahədən ibarət zirzəmisi Cavabdeh-nin qanunsuz istifadəsindədir, sözügedən sahənin Cavabdeh-nin istifadəsində olmadığını cavabdehə verilmiş texnik pasport da təsdiq edir. Cavabdeh həmin sahədən anbar kimi istifadə edir. Halbuki, Cavabdeh ilə aralarında icarə müqaviləsi bağlanılmamış və cavabdeh tərəfindən həmin qeyri-yaşayış sahəsi ilə bağlı ona heç bir vaxt icarə haqqı ödənilməmişdir. Cavabdeh Arena ASC-nin qanunsuz istifadəsində olan sahənin ona heç bir aidiyyəti yoxdur. Dəfələrlə cavabdehin qanuni təmsilçisi ilə görüşmüşdür, daşınmaz əmlakın onun mülkiyyətində olduğunu bildirmişdir, həmçinin mülkiyət hüququnu təsdiq edən sənədi təqdim etmişdir və mülkiyyətindəki qeyri-yaşayış sahəsinin boşaldılmasını tələb etmişdir. Cavabdehin qanuni təmsilçisi tələblərinə məhəl qoymayaraq könüllü şəkildə çıxmayacağını və istifədə etdiyi qeyri-yaşayış sahəsinə görə ona icarə haqqı ödəməyəcəklərini bildirmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi-vəkili iddia tələbini qəbul etməyərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyeyestrindən verilmiş RX seriyalı ******* №-li Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 937,9 kv.metr sahədən ibarət olan qeyri-yaşayış sahəsi xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə **********75-06301-083001 reyestr nömrəsi ilə xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 175 nömrəli reyestr kitabında 16987 nömrəli vərəqdə qeydiyyata alınmışdır. ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin texniki pasportunun surətindən görünür ki, qeyri-yaşayış sahəsi zirzəmi və 1-ci mərtəbənin bir hissəsində yerləşir. “A” tikilisinin planından (zirzəmi) görünür ki, tikilinin sahəsi 725,2 kv. metr təşkil edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisəli ünvan 1 ünvanında yerləşən 937,9 kv.metr sahədən ibarət olan qeyri-yaşayış sahəsi və “A” tikilisinin 725,2 kv.metr sahədən ibarət zirzəmisi İddiaçı xüsusi mülkiyyətidir. Cavabdeh iddiaçıya məxsus əmlaka hər hansı hüquqları müəyyən edilmədən, iddiaçının iradə ifadəsinə zidd və onun razılığı olmadan yerləşməklə, həmin əmlakdan istifadə edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz». Məhkəmə hesab edir ki, mübahisəli əmlak xüsusi mülkiyyət hüququ üzrə iddiaçının adına reyestrdə qeydə alındığı üçün, iddiaçı mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir. Onun xüsusi mülkiyyətində olan əmlaka dair hüququ cavabdeh tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. Odur ki, iddiaçı cavabehin ona məxsus əmlakın boşaldılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 222-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ünvan 1 ünvanında yerləşən 937,9 kv.metr sahədən ibarət olan qeyriyaşayış sahəsindən və “A” tikilisinin 725,2 kv.metr sahədən ibarət zirzəmisindən çıxarılsın və qeyri-yaşayış sahəsi İddiaçı təhvil verilsin. Ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi və ya alındığı gündən 1 (bir) ay müddətində Səbail rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №2(009)-393/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-393/2023
15.03.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver