Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-409/2021 24.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı – cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququn itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı – cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququn itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəmədə iddia qaldıraraq, cavabdehlərin ünvan 1 ünvanında yerləşən 18 saylı mənzilinin iddiaçıya məxsus olan hissəsindən qeydiyyatdan çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yerləşən 18 saylı mənzilin paylı mülkiyyətçisidir və həmin mənzili satın almışdır. Cavabdehlər iddiaçı mənzili aldığı gündən etibarən həmin mənzildə yaşamırlar. Sadalananlara əsasən iddianın təmin olunmasını xahiş edir. Sonradan iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 18 saylı mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun məzmunda izahat verib, iddianın təmin olunması barədə qənamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Az. Resp. MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırılması zamanı məlum olmuşdur ki, ünvan 1 ünvanında yerləşən 18 saylı mənzil Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reystrindən verilmiş çıxarışa əsasən X1, X4 və İddiaçı paylı mülkiyyətindədir. İddiaçı ilə satıcı X2 xx.xx.2020ci il tarixdə ünvan 1 ünvanında yerləşən 18 saylı mənzilin satıcıya məxsus payı üzrə alqısatqısına dair müqavilə bağlamışdır. Alqı-satqıdan sonra X2 həmin mənziliin özünə məxsus olan payını iddiaçıya təhvil verərək mənzildən köçmüşdür. Hazırda həmin mənzilin qeyd olunan payı iddiaçının sahibliyində və mülkiyyətindədir, cavabdehlər halhazırki vaxtadək qeydiyyatdan çıxmamışdır, cavabdehlər həmin mənzildə yaşamamaqla və istifadə etməməklə, mənzildə yaşayış yeri üzrə qeydiyyatı formaldır. Qeyd edilənlər iddia ərizəsi, iddiaçının izahatı, işdə olan xx.xx.2013-cü il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışı və 8 saylı Mənzil-Kommunal İstismar Sahəsinin möhürü ilə təsdiqlənmiş 94 nömrəli arayışla təsdiqlənir. Məhkəmə tələbin hüquqi əsaslarını nəzərdən keçirərək hesab edir ki, iddiaçı işin faktiki hallarına və Mülki Məcəllənin 203.1-ci, 228.4-cü və 262.2-ci maddələrinə əsaslanaraq cavabdehlərə qarşı hazırkı tələbini irəli sürməkdə haqlıdır və bu səbəbdən iddia təmin edilməlidir. Belə ki, X2 daşınmaz əmlakın dövlət reyestrində mənzilə dair öz adına olan qeydiyyat yazısını ləğv edib, daşınmaz əmlakın mülkiyyətini iddiaçıya keçirməklə, həmin mənzil üzərindəki mülkiyyət hüquqlarını (habelə onun tərkib hissəsi olan mənzildən istifadə hüququnu) aradan qaldırmış, iddiaçı isə mənzilin mülkiyyətini əldə etmişdir. Belə olan halda cavabdehlərin ünvan 1 ünvanında yerləşən 18 saylı mənzilinin iddiaçıya məxsus olan 11.1 kv. metr olan hissəsinə istifadə hüququ itirilmiş sayılmalıdır. Çünki Mülki Məcəllənin 203.1-ci maddəsinə görə, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Məhkəmə xüsusilə qeyd edir ki, hazırki iddia üzrə cavabdehlər iddiaçıya məxsus mənzilin onun keçmiş mülkiyyətçisinin mülkiyyətində olduğu dövrdə həmin mənzildə qeydiyyatda olsa da iddiaçı mənzili daşınmaz əmlakın dövlət reyestri məlumatına əsasən, yüksüz əldə etmiş və hazırda onun mülkiyyətçisidir. Cavabdeh mənzilin satılmasına notarial razılıq verməklə artıq orada yaşamadığından və daimi yaşamaq üçün başqa yerə getdiyindən, onun iddiada göstərilən mənzildən istifadə hüquqları aradan qalxmışdır. Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında da göstərilmişdir ki, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi istifadə hüququ sahibinin yaşayış sahəsinə ehtiyacının və mənzildən istifadə (şəxsi servitut) hüququnun qalxdığı hallara aiddir. Digər tərəfdən, adı çəkilən reyestrdə qeydə alınmayan istifadə hüququ yeni mülkiyyətçiyə (iddiaçıya) qarşı irəli sürülə bilməz. Belə ki, Mülki Məcəllənin 228.4-cü maddəsinə görə, yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. MM-nin 262.2-ci maddəsinə görə, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Həmin Məcəllənin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 18 saylı mənzilinin İddiaçı məxsus olan 11.1 kv. metr olan hissəsinə istifadə hüquqları itirilmiş hesab edilsin. Hazırkı qətnamə Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 18 saylı mənzilinin İddiaçı məxsus olan 11.1 kv. metr olan hissəsinə olan yaşayış yeri üzrə pasport qeydiyyatlarının ləğvi üçün əsasdır. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-409/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-409/2021
24.02.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver