Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-417/2023 13.01.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızı, İddiaçı cavabdehlər Cavabdeh1 MMC, "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC, "xxxx" ASC-yə qarşı “25425 manat borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli 1537 nömrəli kredit müqaviləsi üzrə hesablanmış 25.425 manat borcun bütün maliyyə sənədlərindən, daxil və idarələrarası elektron məlumat sistemlərindən silinməsi barədə cavabdehlərin üzərinə öhdəlik qoyulmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin əsaslandırma hissəsindən və iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş məhkəmə aktlarından görünür ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli 1537 nömrəli kredit müqaviləsi üzrə hesablanmış borcun 25.425 ABŞ dolları olduğu halda iddiaçı iddia ərizəsinin xahiş etdi hissəsində bütün maliyyə sənədlərindən, daxil və idarələrarası elektron məlumat sistemlərindən 25425 manat borcun silinməsini xahiş edir. İddia ərizəsinə əlavə edilmiş ********** nömrəli qəbzdən görünür ki, 30 manat, ********* nömrəli qəbzdən görünür ki, 100 manat dövlət rüsumu ödənilmişdir. Lakin, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 (on min) manatdan 100.000 (bir yüz min) manatadək olduqda qiymətləndirilən iddialara aiddir və dövlət rüsumu aşağıdakı qaydada hesablanır: 120 manat + 10.000 (on min) manatdan yuxarı olan iddia qiymətinin 0.3 faizi. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Eyni zamanda «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 5.1.2-ci maddəsinin tələbinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Azərbaycan Respublikası MPM-in 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-in 152-ci və 268-ci maddələrinə əsasən QƏRARAALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC, "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə Bakı şəhər Səbail rayon Məhkəməsinə verilmiş iddia ərizəsinə görə ödənilmiş 30 (otuz) manat və 100 (bir yüz) manat dövlət rüsumu geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-417/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-417/2023
13.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver