Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-429/2021 04.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev İlkin Mehman oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh ASC qarşı «borcun ləğv edilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh ASC qarşı məhkəmədə iddia qaldıraraq, onun adına xx.xx.2014-cü il tarixli 463648 nömrəli kredit müqaviləsi ilə yaranan öhdəliyin və 11.248.71 ABŞ dolları əsas borc, 2160.12 ABŞ dolları faiz borcu, 562 ABŞ dolları dəbbə pulu olmaqla cəmi 13970.83 ABŞ dolları məbləğində olan borcun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(041)-119/2016 saylı məhkəmə əmrinə əsasən borclular İddiaçı, X14 və X1 cəmi 13970.83 ABŞ dolları məbləğində pul alınaraq tələbkar Cavabdeh ASCnin xeyrinə tutulması barədə əmr çıxarmışdır. Mehdiyev X5 Mexaniki Suvarma İdarəsindən əmək haqqı aldığına görə Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(041)-119/2016 saylı məhkəmə əmri icra olunması üçün Kürdəmir Rayon İcra və Probasiya şöbəsi tərəfindən iddiaçının işlədiyi yerə göndərilmişdir. xx.xx.2020-ci il tarixdə Mehdiyev X7 İcra və Probasiya şöbəsinə borcun ödənilməsi barədə ona bildiriş təqdim olunmuşdur. İddiaçı adına xx.xx.2014-cü il tarixli 463648 nömrəli kredit müqaviləsi ilə 5279.26 ABŞ dolları həmin dövrün məzənnəsi ilə 4117.82 AZN və 6125 ABŞ dolları həmin dövrün məzənnəsi ilə 4901.75 AZN Cavabdeh ASC-nin İmişli filialının direktoru vəzifəsində çalışmış X3 tapşırığı ilə 102 fiziki şəxsin o cümlədən iddiaçının adına, yəni hüquqi və kütləvi şəkildə fiziki şəxslərin qanuni mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurulmasında ifadə olunan vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bankın bir neçə əməkdaşının həmçinin Ə.M.Şükürovda X13 Məhkəməsinin 1(99)-231/2018 saylı xx.xx.2018-ci il tarixli hökmü ilə cəza verilmişdir. İddiaçı həmin cinayət işində zərərçəkmiş kimi tanınmışdır. İddiaçının adına ümumilikdə 11404 ABŞ dolları kredit yazılaraq ağır nəticələrə səbəb olan zərər vurulmuşdur. Cavabdehin nümayəndəsi xx.xx.2021-ci il tarixdə iddia ərizəsinə etiraz vermişdir. Etirazı onunla əsaslandırmışdır ki, qeyd edilən səbəblərə görə İddiaçı iddiası təmin edilməməli və bu barədə müvafiq qətnamə qəbul edilməlidir. İlk növbədə qeyd etmək istəyirik ki, Kürdəmir rayon məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2016-cı il tarixli 2(041)-119/2016 saylı qətnaməsi ilə iddiaçı CavabdehSC-nin cavabdehlər İddiaçı, X12 və X6 qarşı borc tələbinə dair iddiası təmin edilmiş, iddiaçı CavabdehSC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər İddiaçı, X8 və X1 müştərək qaydada 11248.71 ABŞ dolları əsas borc, 2160.12 ABŞ dolları faiz borcu, 562.00 ABŞ dolları dəbbə pulu, olmaqla cəmi 13970.83 ABŞ dolları və ödənilən dövlət rüsumuna görə 30.00 manat alınaraq iddiaçı Cavabdeh ASC-yə ödənilməsi qət edilmişdir. Məhkəmədə cavabdeh İddiaçı bankın iddia tələblərini qismən qəbul edərək göstərmişdir ki, CavabdehSC ilə onun arasında xx.xx.2014-cü il tarixli kredit müqaviləsi bağlanıb. Həmin müqaviləyə əsasən ilk vaxtlar borc məbləğini qrafik üzrə hər ay vaxtında ödəyib, lakin sonradan maddi durumu çətinləşdiyi üçün banka olan borcunu ödəyə bilməyib. Hesab etmişdir ki, dəbbə borcu əsassızdır, düzgün hesablanmayıb və məhkəmədən iddia tələblərinin qismən, 11248.71 ABŞ dolları əsas borc, 2160.12 ABŞ dolları faiz borcun tutulması hissəsində təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh X14 da iddia tələblərini qismən qəbul edərək İddiaçı izahatına uyğun izahat verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Digər cavabdeh X6 məhkəmə iclasının vaxtı və yeri barədə dəfələrlə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Göründüyü kimi Cavabdeh ASC-nin İddiaçı, X8 və X1 müştərək qaydada 11248.71 ABŞ dolları əsas borc, 2160.12 ABŞ dolları faiz borcu, 562.00 ABŞ dolları dəbbə pulu, olmaqla cəmi 13970.83 ABŞ dolları alınması üçün qanuni əsaslar, yəni imzalanmış kredit və zaminlik müqavilələri, ödəniş cədvəli və kassa məxaric orderi, nəhayət Kürdəmir rayon məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2016-cı il tarixli 2(041)-119/2016 saylı qətnaməsi mövcud olduğundan iddiaçının öz ərizəsində AR MM-nin 1091-ci maddəsinə istinad etməsi yolverilməzdir. Bundan əlavə bildirmək istəyirik ki, iddia ərizəsində qeyd olunan X13 Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmündən və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından aydın olur ki, Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış kredit müqaviləsi, həmin kredit müqaviləsinin təminatı olaraq bankla X14 və X9 arasında bağlanmış zaminlik müqavilələri qanunvericiliyin tələblərinə uyğun bağlanmış, müqavilədə qeyd olunan 12500 ABŞ dolları məbləğində kredit İddiaçı tərəfindən kassa məxaric orderinə imza etməklə onun özü tərəfindən bankın İmişli filialından götürülmüş və sonradan həmin pullar hökümdə qeyd edilən şəxslərə verilməklə həmin şəxslər tərəfindən mənimsənilmişdir. Yuxarıda qeyd edilən hökmdə də Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış kredit müqaviləsi, həmin kredit müqaviləsinin təminatı olaraq bankla X14 və X9 arasında bağlanmış zaminlik müqavilələri üzrə hər-hansı bir qanunsuzluğun olması və ya həmin müqavilələrin qanunsuz və etibarsız hesab edilməsinə dəlalət edən hər-hansı bir fakt mövcud olmamışdır. Həmin hökmdə İddiaçı göstərilən məbləğdə krediti qanuni əsaslarla müvafiq kredit və zaminlik müqavilələri bağlamaqla, kassa məxaric orderini imzalamaqla bankın müvafiq fılalından şəxsən götürdükdən sonra başqa şəxslərə verməsi və həmin şəxslərin qeyd olunan pulların mənimsəmələri təsdiq edilərək onların bu əməllərinə hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 389.1 -ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1 -ci və 390.5-ci maddələrinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 -ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1 -ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası CPM-nin 87.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulmasına kifayət qədər əsaslar olduqda o, zərər çəkmiş şəxs qismində tanınır. Eyni zamanda həmin Məcəllədə və ya həmin maddədə şəxsin zərər çəkmiş şəxs qismində tanınması qaydaları, onun hüquq və vəzifələri, dəymiş zərərin tələb edilməsi hüquqları və s. qeyd edilmişdir. Hazırki işin faktiki hallarından müəyyən olunur ki, X13 Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı ilə İddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. Onun bu prosessual statusda olması isə ona dəymiş mənəvi, fiziki və ya maddi ziyanı zərərvuran şəxslərdən, yəni yuxarıda qeyd olunan hökmə əsasən təqsirləndirilən şəxslərdən həm həmin cinayət işi üzrə, həm də adi mülki qaydada tələb etmək hüquqlarının olmasına dəlalət edir. Lakin iş üzrə cavabdeh İddiaçı qeyd olunan cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınması və yuxarıda qeyd olunan hökmə əsasən təqsirləndirilən şəxslərin qanunsuz əməlləri nəticəsində ona maddi ziyanın vurulmasının sübuta yetirilməsi, İddiaçı, eləcə də X14 və X4 Kürdəmir rayon məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2016-cı il tarixli 2(041)- 119/2016 saylı qətnaməsi ilə ‘'Cavabdeh” ASC-yə ödəmələri olduğu 13970.83 ABŞ dolları məbləğində borcun ləğv edilməsi üçün əsas ola bilməz. Eyni zamanda qeyd etmək istəyirik ki, etirazda qeyd etdiyimiz əsaslar, oxşar mülki mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qəbul etdikləri xx.xx.2020-ci il tarixli 2(102)-259/2020 saylı və xx.xx.2020-ci il tarixli 2(102)-414/2020 saylı qərarlarında öz təsdiqini tapmış, CavabdehSC-nin eyni məsələlərdə haqlı mövqeyinin qanuni olmasına dair hüquqi qiymət verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahat verərək bildirmişdir ki, artıq X13 Məhkəməsinin hökmü ilə saxtakarlığın olmasına münasibət bildirilib və iddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. Zərərçəkmiş şəxs qismində iddiaçı ilə birlikdə 102 nəfər tanınıb. Adına pul götürülən şəxslərdən biri olub. Bankın nümayəndəsi keçən məhkəmə iclasında etiraz ərizəsi təqdim edərək bildirir ki, X13 Məhkəməsinin xx xxxxxx 2018-ci il hökmü və Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il qərarı ilə İddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. Onun bu prosesual statusda olması fiziki və ya maddi ziyanı zərərləndirilən şəxslərdən həm həmin cinayət işi üzrə , həm də adi mülki qaydada tələb etmək hüququnun olmasına dəlalət edir. Yəni özləri də etiraf edirlər ki, zərərçəkmiş şəxslər onlara vurulan ziyanı bankdan tələb edə bilərlər. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi X10 etiraz ərizəsini müdafiə edərək, iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan Kürdəmir Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(041)-119/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qətnaməsindən görünür ki, İddiaçı, X14 və X1 müştərək qaydada 11248.71 ABŞ dolları əsas borc, 2160.12 ABŞ dolları faiz borcu, 562.00 ABŞ dolları dəbbə pulu, olmaqla cəmi 13970.83 ABŞ dolları və ödənilən dövlət rüsumuna görə 30.00 manat alınaraq iddiaçı Cavabdeh ASC-yə ödənilməsi qət edilmişdir. Mülki Prosessual Qanunverciliyinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” XXXX-cı il tarixli Qərarında göstərilir ki, “Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” XXXX-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Odur ki, məhkəmə üçün qeyd edilən qətnamə preyudisial əhəmiyyət kəsb edir. Hazırda iddiaçı xx.xx.2014-cü il tarixli 463648 nömrəli kredit müqaviləsi ilə yaranan öhdəliyin və 11.248.71 ABŞ dolları əsas borc, 2160.12 ABŞ dolları faiz borcu, 562 ABŞ dolları dəbbə pulu olmaqla cəmi 13970.83 ABŞ dolları məbləğində olan borcun ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etsə də, məhkəmə qanuni qüvvəsini almış qətnamə ilə qanuniliyi və hüquqi nəticələri tanınan müqavilənin mübahisələndirilməyini məqbul saymır. X13 Məhkəməsinin 1(99)-231/2018 saylı xx.xx.2018-ci il tarixli hökmü ilə İddiaçı həmin cinayət işində zərərçəkmiş kimi tanınması isə ona dəymiş mənəvi, fiziki və ya maddi ziyanı zərərvuran şəxslərdən tələb etmək hüququ var. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə verilmiş iddia tələbi əsassız və qanunsuz olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsasən 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-429/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-429/2021
04.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver