Məhkəmə qərarları › İş №2(009)-44/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-44/2022

26.10.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-44/2022 26.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əzizova Nurlanə Əli qızının katibliyi, cavabdehlər Cavabdeh1 və Arif Kərbala oğlunun, onların vəkili Vəkil iştirakı ilə, İddiaçı X20 cavabdehlər Cavabdeh1 və Arif Kərbala oğluna qarşı yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X28 cavabdehlər Cavabdeh1 və Arif Kərbala oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qızının cavabdehlər xx.xx.1970-ci il təvəllüdlü Cavabdeh1 və xx.xx.1950-ci il təvəllüdlü Arif Kərbala oğlunun onun ünvan 1 ünvanında yerləşən mənzilinə olan yaşayış sahəsinə istifadə hüquqularına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən mənzil onun xüsusi mülkiyyətindədir. Həmin mənzili o, xx.xx.2020-ci il tarixində, eyni tarixli, AN-İ seriyalı, ******* nömrəli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi" əsasında X1 satın almışdır. Hazırda cavabdehlər xx.xx.1970-ci il təvəllüdlü Cavabdeh1 və xx.xx.1950-ci il təvəllüdlü XXX Arif Kəlbala oğlu onun ünvan 1 ünvanında yerləşən mənzilində pasport qeydiyyatındadır, lakin həmin ünvanda yaşamırlar. Hansı ki, bu onun mənzil üzərində olan sahiblik, istifadə və sərəncam vermək hüquqlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Bundan başqa, cavabdehlərin onun ünvan 1 ünvanında yerləşən mənzilində pasport qeydiyyatında qalması onun üçün bir sıra əlavə problemlər yaradır ki, bu da yol verilməzdir. Belə ki, cavabdehlər həmin ünvanda yerləşən mənzilində yaşamasalar da, formal olaraq həmin ünvanda yerləşən mənzilində pasport qeydiyyatında qalıblar, buna görə də, əlavə olaraq komunal xidmətləri xərcini ödəməyə məcbur olur və bu da onun maddi rifahına əhəmiyyətli dərəcədə mənfi təsir edir. Ona görə də, hesab edir ki, cavabdehlər xx.xx.1970-ci il təvəllüdlü Cavabdeh1 və xx.xx.1950-ci il təvəllüdlü Arif Kəlbala oğlunun onun ünvan 3 ünvanında yerləşən mənzilinə olan yaşayış sahəsinə istifadə hüququna xitam verilməlidir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında, nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz təlabatlannın təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarım pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. İddiaçı X23 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən, tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Həmin Məcəllənin 259.0.7-ci maddəsinə görə isə, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Cavabdehlər tərəfindən işə iddiaçının iştirakı olmadan baxılması tələb edildiyindən məhkəmə, mübahisəyə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında cavabdeh Arif Kərbala oğlunun nümayəndəsi və eyni zamanda cavabdeh olan Cavabdeh1 iddia tələbini qəbul etməyərək onun qanunsuz və əsassız olduğu üçün rədd edilməsini xahiş etmiş və bildirmişdir ki, mübahisəli Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsi, 74 saylı evin 2 saylı mənzili xx.xx.2019-cu il tarixdə iddiaçı X23 qanunsuz olaraq satılanadək mənzildə X3 ailəsi ilə onlar eyni ünvanda, yəni mübahisəli mənzildə yaşamışlar. Cavabdeh 1-ci qrup gözdən əlil (100 faiz görmə qabiliyyətini itirmişdir), Arif Kərbala oğlu 1950-ci ildə Bakı şəhərində anadan olmuş, doğulduğu gündən bu günədək (71 ildir) mübahisəli ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Artıq uzun müddətdir ki, 1-ci qrup gözdən əlildir. xx.xx.1991-ci il tarixdə həyat yoldaşı Cavabdeh1 ilə nikaha daxil olmaqla mübahisəli mənzildə yaşayırlar. Mübahisəli mənzil onun (Arif Kərbala oğlunun) nənəsi Əsmərxanıma məxsus olmuşdur. Ondan və həyat yoldaşı Cavabdeh1 başqa, mübahisəli mənzildə Xalidə Şəkərzadə, onun oğlu, nəvələri və digər qohumları da yaşayırdılar. Bakı şəhəri Səbail rayon məhkəməsinin 2(009)-55/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən həyat yoldaşı Cavabdeh1 mübahisəli mənzilə yaşayış hüququ tanınmışdır. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2806/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3425/13 saylı xx.xx.2013-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 da 2014-cü ildən mübahisəli mənzildə qeydiyyatdadır. Göstərilənlərə baxmayaraq, X11 qanunsuz və əsassız olaraq mübahisəli mənzili xüsusi mülkiyyətinə keçirmək məqsədi ilə 46 saylı Mənzil Kommunal İstismar Sahəsindən həmin mənzildə yaşayanlar haqqında arayışı alan zaman onların, yəni Arif Kərbala oğlunu və Cavabdeh1 Forma 2 arayışına daxil olunmamaqlarına nail olmuşdur. Daha sonra onların məlumatları olmadan həmin arayışı və digər sənədləri 1 saylı Bakı inzibati-İqtisadi Məhkəməsinə təqdim etdiyi ddia ərizəsinə əlavə edərək mübahisəli mənzilin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən onun, yəni Xalidə Şəkərzadənin adına çıxarışın alınması üçün məhkəmə qərarı çxarılmasına nail olmuşdur. Mübahisəli ünvan 1 ünvanına X4 adına çıxarışın alınması ilə əlaqədar Bakı səhəri Səbail Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəisi cənab Y.Xəlilovun 46 saylı MKİS-nin rəisinə ünvanladığı 453 saylı xx.xx.2019-cu il tarixli göstərişinə əsasən Xalidə Şəkərzadə yaşadığı mənzilə (hissəyə) çıxarış alarkən mənzilə dair yeni ünvan almalı idi. X35 bunu etməmişdir. Bununla da, o, onların qeydiyyatda olduğu ünvan 1 ünvanını qanunsuz olaraq özününküləşdirmişdir. X32 yaşadığı mənzili ilkin qeydiyyata aldırdıqdan sonra yaşadığı mənzilə dair yeni ünvan almamışdır. Bu fakt da üçüncü şəxslər kimi onların maraqlarına toxunduğundan Azərbaycan Respublikası İPM-nin 28.1-maddəsinin tələblərinə uyğun olaraq 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-595/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı onların maraqlarına toxunduğuna görə onları inzibati iş üzrə üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilməməkləri ilə əlaqədar Bakı İnzibati Məhkəməsinə vəsatətlə müraciət etmişlər. Ancaq Bakı İnzibati Məhkəməsinin 2-1(81)- 595/2019 saylı 21 fevral 2020-ci il tarixli qərardadı ilə onların vəsatətləri təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-595/2019 saylı 21 fevral 2020-ci il tarixli qərardadı qanunsuz və əsassız hesab edilərək, onların tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1029/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə onların tərəfindən verilən şikayət qismən təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(81)- 595/2019 saylı 21 fevral 2020-ci il tarixli qərardadı ləğv edilmişdir. İşin sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə qaytarılması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-739/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, ünvan 1 ünvanının X5 aid hissəsinə yeni ünvan verilməklə həmin ünvana mülkiyyət hüququnun X5 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin məhkəmə qərarından görünür ki, AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/4590 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsi, ev 74 ünvanda təqdim olunmuş sahə 87,9 kv.m. (65,2+22,7) təşkil edir. Həmin 87,9 kv.m. sahənin X3 yaşadığı hissəsinin 65,2 kv.m. və üçüncü şəxslər Arif Kəlbala oğlunun və Cavabdeh1 yaşadığı hissəsinin 22,7 kv.m. təşkil etdiyi müəyyən edilir. ünvan 1 ünvanının iddiaçıX3 yaşadığı hissəsi ilə üçüncü şəxslər Arif Kəlbala oğlunun və Cavabdeh1 yaşadığı hissəsinin üst-üstə düşmədiyi, bir-birindən təcrid şəkildə ayrıldığı, ayrı-ayrı giriş qapılarının olduğu müəyyən olunur. Tərəflər arasında ümumi istifadədə olan sahə mövcud deyil. Beləliklə göründüyü kimi, iddiaçının onlara qarşı yaşayış sahəsinə istifadə hüquqlarına xitam verilməsi barədə tələb irəli sürməsi əsassızdır. Yuxarıda göstərilənlərə əsasən iddia tələbi əsassız olduğu üçün təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Arif Kəlbala oğlu iddia tələbi əsassız olduğu üçün qəbul etməyərək, həyat yoldaşı Cavabdeh1 izahatı ilə razı olduğunu bildirmiş və iddianın əsassız olduğundan rədd olunmasını xahiş etmişdir. Məhkəmə işə baxıb, cavabdehlərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıda göstərilənlərə görə iddia təmin edilməməlidir. İş materiallarında olan daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2020-ci il tarixli, ********** nömrəli çıxarışın sürətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsi, 74 saylı evin ümumi sahəsi 65,20 kv.m. olan 2 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə X20 adına qeydiyyta alınmışdır. İş materiallarında olan 11 yanvar 2020-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X25 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsi, 74 saylı evin ümumi sahəsi 65,20 kv.m. olan 2 saylı mənzilini alıcı X20 mülkiyyətinə vermişdir. İş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, X27 ünvan 1 ünvanında qeydiyyatdadır. Həmin ünvanda onunla birlikdə Cavabdeh1 və Arif Kərbala oğlu da qeydiyyatdadırlar. İş materiallarında olan Səbail rayon Məhkəməsinin 2(009)-55/2013 saylı, xx.xx.2013-cü il tarixlli qətnamənin surətindən görünür ki, Cavabdeh1 Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsi 74 saylı evin 2-ci mənzilinə yaşayış hüququnun tanınması qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2806/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsindən görünür ki, cavabdehlər X14, X6, X10, X12 və X7 apellyasiya şikayəti təmin edilməməsi, Səbail rayon Məhkəməsinin 2(009)-55/2013 saylı, xx.xx.2013-cü il tarixlli qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(102)-3425/13 saylı qərarından görünür ki, cavabdehlər X2 və qeyrilərinin kassasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(81)-595/2019 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadından görünür ki, iddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mülkiyyət hüquqlarının qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair 2-1(81)-595/2019 saylı inzibati iş üzrə Arif Kəlbala oğlu və Cavabdeh1 tərəfindən verilmiş üçüncü şəxs qismində cəlb edilmə barədə vəsatətin təmin edilməməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1 (103)-1029/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından görünür ki, ərizəçilər Arif Kəlbala oğlu və Cavabdeh1 şikayəti qismən təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(81)-595/2019 saylı, xx.xx.2020-ci il tarixli qərardadının ləğv olunması, işin sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə qaytarılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1796/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, idiaçının kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-1029/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Təqdim olunmuş Bakı İnzibati Məhkəməsinin 2-1(112)-739/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, ünvan 1 ünvanının X5 aid hissəsinə yeni ünvan verilməklə həmin ünvana mülkiyyət hüququnun X5 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsə 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisəli Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsi, 74 saylı evin 2 saylı mənzilini o, xx.xx.2020-ci il tarixində, daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X1 satın almışdır. Hazırda cavabdehlər xx.xx.1970-ci il təvəllüdlü Cavabdeh1 və xx.xx.1950-ci il təvəllüdlü XXX Arif Kəlbala oğlu onun ünvan 1 ünvanında yerləşən mənzilində pasport qeydiyyatındadır, lakin həmin ünvanda yaşamırlar. Bu isə onun mənzil üzərində olan sahiblik, istifadə və sərəncam vermək hüquqlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, Bakı şəhəri, Səbail rayonu, E.A.Əlibəyov Qardaşları küçəsi, 74 saylı evin 2 saylı mənzili Səbail rayon MKTBnin balansında olmuş, X13 7 nəfər ailə üzvləri ilə birlikdə qeyd olunan mənzildə qeydiyyatda olmaqla yaşamışlar. Evlər idarəsi Bakı şəhəri Səbail rayonu MKTB ilə icarəçi X11 arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Evlər idarəsinin müdiri ümumi sahəsi 65,2 kv.m olan E.A.Əlibəyovlar küçəsində 74 saylı evin 2 saylı mənzilini icarəçinin istifadəsinə vermişdir. Bundan başqa, qeyd olunan ünvanda üçüncü şəxslər Cavabdeh1 və Arif Kəlbala oğlu da qeydiyyatdadırlar. X25 icarə müqaviləsi üzrə istifadəsində olan Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsi, 74 saylı evin ümumi sahəsi 65,20 kv.m. olan 2 saylı mənzilini özəlləşdirdikdən sonra 11 yanvar 2020-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi əsasında X9 və sonuncuya həmin müqavilə əsasında Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsi, 74 saylı evin ümumi sahəsi 65,20 kv.m. olan 2 saylı mənzilinə daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2020-ci il tarixli, ********** nömrəli çıxarış verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsi, ev 74 ünvanda təqdim olunmuş sahənin 87,9 kv.m (65,2+22,7) təşkil edir. Həmin 87,9 kv.m sahənin X3 yaşadığı hissəsinin 65,2 kv.m və üçüncü şəxslər Arif Kəlbala oğlunun və Cavabdeh1 yaşadığı hissəsinin 22,7 kv.m təşkil etdiyi, ünvan 1 ünvanının iddiaçı X3 yaşadığı hissəsi ilə üçüncü şəxslər Arif Kəlbala oğlunun və Cavabdeh1 yaşadığı hissəsinin üst-üstə düşmədiyi, birbirindən təcrid şəkildə ayrıldığı, ayrı-ayrı giriş qapılarının olduğu, tərəflər arasında ümumi istifadədə olan sahənin mövcud olmadığı müəyyən edilir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, cavabdehlər hal-hazıradək daimi olaraq qeydiyyatda olduqları Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsi, 74 saylı evin ümumi sahəsi 22,7 kv.m olan 2 saylı mənzilində yaşayırlar və qeyd olunan mənzil həmin ünvan üzrə X20 mülkiyyətində olan ümumi sahəsi 65,20 kv.m. olan mənzildən təcrid olunmuş vəziyyətdədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin İ bəndinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Məhkəmə hesab edir ki, yuxarıda göstərilənlərə əsasən cavabdehlərin daimi qeydiyyatda olmaqla yaşadıqları mənzilə istifadə hüquqlarına xitam verilməsi barədə iddiaçının tələbi əsassızıdr və təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı X20 cavabdehlər Cavabdeh1 və Arif Kərbala oğluna qarşı yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar