Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-447/2023 24.02.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X2 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı – cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Sanatoriyasına qarşı «əmrin ləğv olunması və iş yerinə bərpa olunması» tələbi barədə iddiasına dair mülki işə Bakı şəhərində 24 fevral 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Sanatoriyasına qarşı «əmrin ləğv olunması və iş yerinə bərpa olunması» barədə iddia ərizəsi ilə məhkəmə müraciət edərək, xx.xx.2022-ci il tarixli 117 №-li əmrin əsassız olduğu üçün ləğv edilməsi və iş yerinə bərpa olunmağı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, iddiaçı 10 noyabr 2022-ci il tarixli 117 nömrəli əmr ilə işdən azad olunmuşdur. Həmin əmr qanunsuz və əsassızdır. Belə ki, xx.xx.2022-ci il tarixdə AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Sanatoriyasının rəisi məzuniyyətdə ola-ola əmr verə bilməzdi. İddiaçının nümayəndəsi-vəkili ərizə ünvanlayaraq, məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini və iddia tələblərinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddianı qəbul etməyib, iddia ərizəsinə etiraz edərək, iddia ərizəsinin əsassız olduğundan rədd edilməsini xahiş etmiş, eyni zamanda əlavə olaraq bildirmişdir ki, iddiaçı AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə müvafiq olaraq işdən azad olunmuşdur. Mərkəzi Hərbi Sanatoriyanın sabiq rəisi tibb xidməti polkovniki Elçin Abdullayev 2022-ci ilin məzuniyyət hesabından 25 gün müddətində 25 iyul 2022-ci il tarixdən 18 avqust 2022-ci il tarixədək məzuniyyətə buraxılmış və 10 noyabr 2022-ci il tarixdə məzuniyyətdə olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddiaçının iddiası əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Müdafiə Nazirliyinin Sanatoriyasının ləğvi haqqında iclasın 03 noyabr 2022-ci il tarixli protokolunda qeyd edilmişdir ki, iclasda iştirak etməyən mülki işçilərə Müdafiə Nazirliyinin Sanatoriyasının ləğvi haqqında məlumatın verilməsi bölmə və xidmət rəislərinə bildirilmişdir. Qəbul-bölmə müdiri X1 Hərbi Sanatoriyanın rəisinə ünvanladığı məktubundan surətindən görünür ki, məktubda İddiaçı Mərkəzi Hərbi Sanatoriyanın ləğvi ilə əlaqədar zəng vasitəsilə məlumatlandırıldığı qeyd edilmişdir. Müdafiə Nazirliyinin İstirahət Evinin rəisi Kamil Cəlilov tərəfindən Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin Sədrinə ünvanlanmış 10 noyabr 2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli 309 saylı əmrinə əsasən Müdafiə Nazirliyinin Hərbi Sanatoriyası ləğv edilmişdir. Bu səbəbdən mülki işçilər işdən azad olunmuşdur. 10 noyabr 2022-ci il tarixli 117 nömrəli əmrdə qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2022-ci il tarixli 309 saylı əmrinə müvafiq olaraq Mərkəzi Hərbi Sanatoriya xx.xx.2022-ci il tarixdən fəaliyyətini dayandırmış hesab edilir. Mərkəzi Hərbi Sanatoriyanın mülki işçiləri xx.xx.2022-ci il tarixdən tutduqları vəzifədən azad edilir. Qəbul bölməsinin tibb bacısı İddiaçı xx.xx.2022-xx.xx.2022-ci iş ilinin qalan 15 t/g, xx.xx.2022-xx.xx.2022-ci il dövrü üçün 30 t/g hesabından və orta aylıq əmək haqqının 1.7 misli miqdarında müavinət ödənilir. Mərkəzi Hərbi Sanatoriya rəisinin 25 iyul 2022-ci il tarixli 114 nömrəli əmrindən çıxarışdan görünür ki, Mərkəzi Hərbi Sanatoriya rəisinin 25 iyul 2022-ci il tarixdən 18 avqust 2022-ci il tarixədək 25 gün müddətinə 2022-ci ilin hesabına növbəti məzuniyyətə getməsi qeyd olunmuşdur. Belə ki, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi hallar ondan ibarətdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Sanatoriyasının rəisi məzuniyyətdə ola-ola iddiaçının işdən azad olunması barədə əmr imzalamışdır. Onun işdən çıxarılması barədə əmr verilərkən Əmək Məcəlləsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 68-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 70-ci maddəsinin «a» bəndinə əsasən müəssisə ləğv edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 77-ci maddəsinin üçüncü hissəsinə əsasən müəssisə ləğv olunduqda bu Məcəllənin 70-ci maddəsinin «a» bəndinə müvafiq olaraq işçilərə əmək stajından asılı olaraq işdənçıxma müavinəti ödənilir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Sanatoriyasının qəbul bölməsinin tibb bacısı vəzifəsində işləmişdir. Məhkəmə iclasında həmçinin müəyyən olunmuşdur ki, Müdafiə nazirinin xx.xx.2022-ci il tarixli 309 nömrəli əmri ilə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Sanatoriyası ləğv edilmiş və onun bazasında Müdafiə Nazirliyinin birbaşa tabeliyində Müdafiə Nazirliyinin İstirahət Evi yaradılmış, qeyd olunan struktur dəyişikliyi ilə bağlı İddiaçı xəbərdar olunmuşdur. Məhkəmə hesab edir ki, İddiaçı əvvəllər işlədiyi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Sanatoriyası ləğv edilərək yerində yeni Müdafiə Nazirliyinin birbaşa tabeliyində Müdafiə Nazirliyinin İstirahət Evi yaradıldığından, yəni faktiki olaraq iddiaçının əvvəllər işlədiyi təşkilat ləğv edildiyindən, iddiaçı isə qeyd olunan struktur dəyişikliyi barədə və bununla bağlı işdən azad olunacağı barədə xəbərdar olunduğu üçün cavabdeh tərəfindən Əmək Məcəlləsinin tələblərinə tam riayət edilmiş və iddiaçının işdən azad olunması barədə əmrin ləğv olunması üçün heç bir qanuni əsas mövcud deyildir. Məhkəmə işəgötürən tərəfindən iddiaçının işdən azad olunması və bununla da Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinin pozulmasına dair iddiaçının dəlillərini əsassız hesab edir. Belə ki, yuxarıda qeyd olunduğu kimi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Sanatoriyası fəaliyyət göstərmir və qanunvericiliyin tələblərinə görə də mövcud olmayan quruma işə bərpa olunması mümkün deyil. Beləliklə, məhkəmə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbləri əsassızdır və təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı – cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Sanatoriyasına qarşı «əmrin ləğv olunması və iş yerinə bərpa olunması» tələbi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-447/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-447/2023
24.02.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver