Məhkəmə qərarları › İş №2(009)-450/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-450/2023

01.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-450/2023 01.03.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi Rüstəmova Çinarə Mübariz qızının katibliyi ilə, Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri 28 saylı notariat ofisi cəlb olunmaqla hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri 28 saylı notariat ofisi cəlb olunmaqla hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə göndərərək, ərizəsinin baxılmamış saxlanılmaqla ərizəsinin və ona əlavə olunmuş sənədlərin əslinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmaqla ərizə, ona əlavə edilmiş sənədlər və ödənilmiş dövlət rüsumu ərizəçiyə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, Ərizəçi ərizəsinin baxılmamış saxlanılmaqla geri qaytarılmasını xahiş etdiyindən ərizə baxılmamış saxlanılmalı və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri 28 saylı notariat ofisi cəlb olunmaqla hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki iş ərizə geri qaytarılmaqla baxılmamış saxlanılsın. Qərardadın icrası Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə olunsun. Qərardaddan 10 gün müddətinə Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar