Məhkəmə qərarları › İş №2(009)-454/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-454/2023

11.05.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-454/2023 11.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı – cavabdehlər X8 və MN HDQ N nömrəli hərbi hissəsinə qarşı “işə bərpa və s.” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Təsviri hissə: İddiaçı– cavabdeh X8 qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun öz işinə bərpa olunmağı və ona dəyən maddi və mənəvi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: 2022-ci ilin yanvar ayından N nömrəli hərbi hissənin komandiri İlkin Veyisovun yanından sex rəislərinin və istehsalat ustalarının iştirakı ilə iclas keçirildi. X26 dedi ki, AR Prezidenti cənab İlham Əliyevin 17 dekabr 2021-ci il tarixli sərəncamına uyğun olaraq əmək minimumunun 250 manatdan 300 manatadək qaldırılması ilə əlaqədar olaraq, onların müəssisəsində işləyən işçilərin də əmək haqqı 20 faiz qaldırılacaq. Bu haqda sex rəislərinə tapşırıq verdi ki, hərə öz sexlərində iclas keçirib öz işçilərinə məlumat versinlər. Onların sexində də sex rəisi İlqar Arzumanov və sexin iqtisadçısı Pərviz İbrahimov sexin işçilərini bu haqda məlumatlandırdılar. Ancaq bu günə qədər heç bir artım olmadı. Bu haqda o xx.xx.2022-ci il tarixində Həmkarlar Komitəsinin sədri Gəray Məmmədova ərizə ilə müraciət etdi. Bundan sonra İlkin Veyisov onu yanına çağırdı. O, soruşdu ki, iclas keçirib dedi ki, yanvar ayının 1-dən əmək haqqı 20 faiz qaldırılacaq, artıq iyun ayı da qurtarır, niyə öz əmək haqqını qaldırılıb, ancaq işçilərin ki, artırılmayıb. İlkin Veyisov ona dedi ki, o kimdir cənab komandan Sübhan Bəkirov artırmır. Səbəbini soruşduqda, dedi ki, istəsə hazırki əmək haqqını da kəsər. Bundan sonra o xx.xx.2022-ci il tarixində AR Prezidenti cənab İlham Əliyevə ərizə ilə müraciət etdi. xx.xx.2022-ci il tarixində N nömrəli hərbi hissənin komandirinin birinci müavini qərargah rəisi vəzifəsini müvəqqəti icra edən Teymur Mürşüdov cavab yazıb aydınlıq gətirdi. Arayışdan da məlum olur ki, onlar cənab Prezidentin sərəncamını düz izah etmirlər. AR Prezidentinin sərəncamında açıq-aydın qeyd olunmuşdur ki, əmək haqqı artımı Müdafiə Nazirliyinin hərbi qulluqçuları və mülki işçilərinə də şamil olunur və buna uyğun olaraq əlavə maliyyə vəsaiti ayrılmışdır. Əgər mülki işçilərə artım düşmürsə niyə yanvarda iclas keçirib deyirdilər ki, mülki işçilərin də əmək haqqı 20 faiz qaldırılacaq. Məhz o bu məsələni qaldırdığına görə başına bu oyunu açdılar. Qudasının atasının qırx mərasimindən sonra toy vaxtını 2022-ci ilin yanvarın 12-nə təyin etdilər. 2022-ci ilin məzuniyyət hesabından xx.xx.2022xx.xx.2022-ci il tarixinədək növbəti məzuniyyət götürdü. Ərizədə 2021-ci il dekabr məzuniyyəti barədə yazdığı kimi, qeyd etdi ki, məzuniyyət günlərini Rusiyanın Moskva şəhərində keçirəcək. 2022-ci il fevralın 7-də bacısı X7 rəhmətə getdi. Buna görə də xx.xx.2022-xx.xx.2022-ci il tarixinə növbəti məzuniyyət götürdü. Ərizədə bacısının rəhmətə getməsi ilə əlaqədar olaraq Gürcüstana gedəcəyini bildirdi. Sonra bacısının qırx mərasiminə getmək üçün martın 14-də ərizə ilə müraciət edərək 19 martdan tətil günlərində Gürcüstana gedəcəyini bildirdi. Bacısının qırx mərasiminin martın 22-də düşdüyünü zənn etmiş, vaxtı düz hesablamamışdır. Qardaşı ilə telefonla danışanda qırx mərasiminin 18 marta düşdüyünü dedi. Bu haqda o tabelçi Fəridə xanıma bildirdi, Fəridə xanım da ona dedi ki, artıq 19 mart tarixinə icazə əmri verilib. Bundan sonra o sex rəisi vəzifəsini icra edən Pərviz İbrahimova və tabelçi Fəridə xanıma istehsalat ustası Şamxal Usubovun yanında 17-18 mart tarixlərinə ona öz hesabına məzuniyyət verilməsi üçün ağ vərəqə imza ataraq ərizə yazmaqlarını xahiş etdi. Həmin gün, yəni martın 16-da axşamüstü Pərviz İbrahimov dedi ki, komandirə dedi, icazə verdi 2 günə öz hesabına. O da işdən sonra axşam 21:30-da təyyarə ilə Tbilisiyə uçdu. Sexdə bütün işçilərin ərizələrini tabelçi Fəridə xanım yazır, işçilər ağ vərəqə imza atır ərizənin mətnini Fəridə xanım yazır. Tətildən sonra mart ayının axırında işə gələndə tabelçi Fəridə xanım və sex rəisi vəzifəsini icra edən Pərviz İbrahimov ona dedilər ki, 17-18 mart tarixli ərizəni vermədilər, komandir də bilir, iki günə tabelə qol çək günlərini yazacağıq. Çünki ailə üzvləri rəhmətə gedəndə müəssisə rəhbərliyi bir həftə icazə verir, onun bacısı rəhmətə gedəndə o öz məzuniyyət hesabına gedib, iki günə də rəhbərlik ona icazə verir. Ancaq Fəridə xanım hərbi müstəntiqə izahatında 17-18 mart ərizəsinin olmadığını deyib. Rəhbərlik qorxudub, o da elə izahat verib. Güya heç nədən xəbəri yoxdur. Halbuki, o ərizəni otaqda Pərviz İbrahimova təqdim edəndə istehsalat ustası Şamxal Usubov, tabelçi Fəridə xanım da orada idilər. X23 da müstəntiqə izahatında göstərib ki, güya o xx.xx.2022-xx.xx.2022-ci il tarixində Rusiyaya icazəsiz gedib. O bütüni ərizələrdə Rusiyaya getdiyini göstərmişdir. Xaricə gedəndə iki ərizə yazırlar, biri də məxfi şöbəyə verilir. O noyabr-dekabrın 20-dək 2021-ci il məzuniyyət ərizəsini də iki ədəd yazmışdır, birini komandirə, birinə məxfi şöbəyə, xx.xx.2022-xx.xx.2022-ci il məzuniyyət ərizəsini də 2 ədəd yazmışdır, birini komandirə, birini də məxfi şöbəyə. Xahiş edir onlardan soruşulsun niyə məhz 8 aydan sonra sentyabrda ona qarşı bu cür oyun qurdular. Səbəb birdir Prezidentə ünvanladığı məktuba görə. Təxminən avqust ayının ortalarında MN Daxili Təhlükəsizlik idarəsinin əməkdaşı h/hnin baş mühəndisinin otağında onun Rusiya və Gürcüstana getməyi barədə izahat aldı. Heç bir qanun pozuntusu olmadığı barədə ona şifahi məlumat verdilər. Yanında telefonla öz rəisləri ilə danışdı və heç bir boşluq yoxdur dedi. Bundan sonra o işinə davam etdi. Bunu rəhbərlik özü təşkil etmişdi. O başa düşürdü ki, onu qəsdən yoxlatdırırlar. O da özünə inanır, mühəndis-texnoloq işləyir heç bir cəza tədbiri almamışdır, dövlət əmlakını mənimsəməmişdir. Sentyabrın 2-də 2022-ci ildə işdə olarkən təxminən saat 16:30 radələrində onu baş mühəndisin yanına çağırdılar. Kabinetə daxil olanda gördü komandirin əl buyruqçusu həmkarlar komitəsinin sədri Gəray Məmmədov, baş mühəndis İslam Qasımov və 5-6 nəfər öyrədilmiş işçilər oradadırlar. Dedilər yanvarda Rusiyaya 17-18 martda Gürcüstana qeyri-qanuni getmisən. O hər şeyi olduğu kimi danışıb aydınlıq gətirdi. Təlimatlandırılmış adamlar öyrədilmiş qaydada o sərhədi qeyri-qanuni keçmisən dedilər. Daha sonra o otağı tərk etdi. Deməli, onlara da belə tapşırıq veriblərmiş. Sentyabrın 5-də işdə olarkən kadrlar idarəsinin rəisi İsrail Məmmədov saat 16:30 radələrində onu çağırıb bildirdi ki, onun əmri çap olunur, işdən azad olunur, sabah yəni sentyabrın 6-sı səhər gəlib əmək kitabçasını götürüb gedər. Səbəbini soruşduqda dedi bilmir. Sentyabrın 6-sı səhər işdə olarkən tabelçi Fəridə xanım ona dedi ki, kadrlar şöbəsinin rəisi İsrail Məmmədov onu çağırır. O da kadrlar şöbəsinə gedəndə birdən rəhbərliyin bu özbaşınalığına o qədər əsəbiləşdi ki, ayılanda gördü ki, müəssisənin həyətində yerləşən işləməyən qaldırıcı kranın qülləsinə qalxmışdır. Bir azdan özünə gəldi və 102 xidmətinə zəng edərək kömək istədi. Daha sonra DİN, FHN və hərbi prokuratura işçiləri gəldilər. O X23un bu qeyriqanuni hərəkətlərinə görə HDQ-nin komandanının gəlməsini istədi. Sonradan komandanın müavini Həbib Xəlilov gəldi. xx.xx.2022-ci il tarixli 224 nömrəli əmrlə onun işinə xitam veriblərmiş. Həbib Xəlilov ona xx.xx.2022-ci il tarixli 226 nömrəli əmri təqdim etdi və dedi ki, o öz işində qalır. Bir müddət sonra FHN-nin əməkdaşlarının köməyi ilə krandan aşağı düşürüldü. İlkin tibbi yardım göstərildi. Sonra iş Bakı Hərbi Prokurorluğuna keçirildi. Ancaq xx.xx.2022-ci il tarixindən onu işə buraxmırlar. xx.xx.2022-ci il əmri ola-ola işə buraxmadılar. Bakı Hərbi Prokurorluğunda müstəntiq X1 icraatında olan 101c-2N nömrəli istintaq işinə düzgün baxılmamış, birtərəfli qaydada işi aparmış, onun qanunsuz işinə xitam verilməsini tam araşdırmamış, işə bərpa olunmağı haqda heç bir rəy bildirməmiş, N nömrəli h/h-nin komandiri İlkin Veyisova tutduğu özbaşınalıqlarına heç bir irad bildirməyib, sanki tapşırıq əsasında işi aparmışdır. O ərizələrində Rusiyada və Gürcüstanda olmağı barədə göstərmişdir. Lakin buna baxmayaraq rəhbərlik əllərində fakt olmadığına görə onun xx.xx.2022-xx.xx.2022-ci il ərizəsinin birini yoxa çıxarıblar, güya o Rusiyaya İcazəsiz getmişdir. Bu haqda o hərbi müstəntiqə də demişdir. Məzuniyyət ərizəsində Rusiya sözünü çıxardıblar. Ərizədəki imza da onun imzası deyil. Çünki onların sexində bütün ərizələr tabelçi Fəridə xanımın xətti ilə yazılır. İşçilər ağ vərəqə imza atır, ərizələrin mətnini tabelçi Fəridə xanım yazır. Güya o Rusiyaya icazəsiz getmişdir, buna görə də onu vətən xaini damğası vuraraq dövlət sirrini yaymaqda günahlandıraraq əmək müqaviləsinə xx.xx.2022ci il 224 nömrəli əmrlə xitam verdilər. O qışda oğluna toy edəndə BTB bankdan 12000 manat kredit götürmüşdür. 61 yaşı var. Onun da işinə 5 aydır qeyri qanuni xitam veriblər. Yoldaşı da işləmir. Heç bir yerdən gəliri yoxdur. 5 aydır ayda 378 manat krediti borc alıb ödəyir ki, üstünə faiz gəlməsin. xx.xx.2022-ci ildən bu günə qədər ailəsində maddi sıxıntılıq, psixoloji gərginlik, eyni zamanda hər ay banka 378 manat kredit ödəməli olduğu halda, lakin ödəyə bilmədiyi üçün keçirdiyi əsəb gərginliyi, həyat yoldaşının işlmədiyini və onun qəsddən işinə qeyri-qanuni xitam verilməsini nəzərə alaraq, ƏM-nin 196-cı və 300-cü maddələrinə uyğun olaraq oda maddi ziyanın – 4290.4 manat və ƏM-nin 290-cı maddəsinin 3 hissəsinə uyğun olaraq ona dəyən mənəvi ziyanın 3000 manat ödənilməsi barədə qərar verilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia ərizəsinə dəqiqləşdirmə verərək, xx.xx.2022-ci il tarixində verilən 224 nömrəli əmrin ləğv edilməsini, işə bərpa olunmağını, ona dəyən maddi ziyanın ödənilməsini, 8 aydır borc alıb yaşamağını nəzərə alaraq, ona dəyən ziyanın 9600 (doqquz min altı yüz manat) məbləğində ödənilməsi, məcburi iş buraxdığı vaxt üçün əmək haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını, eyni zamanda İlkin Veyisov barəsində xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-454/2023 saylı, 04 aprel 2023-cü il tarixli qərardadından görünür ki, İddiaçı – cavabdeh X8 qarşı “işə bərpa” tələbinə dair mülki iş üzrə cavabdeh X16 əsl cavabdeh MN HDQ N nömrəli hərbi hissə ilə əvəz edilmişdir. Lakin növbəti məhkəmə iclasında iddiaçının ərizəsi əsasında X16 da cavabdeh qismində cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, 06 sentyabr 2022-ci il tarixindən iki ay müddətincə hər gün iş yerinə getmiş, lakin onu içəri buraxmamışlar. Etirazın dəlilləri: Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz təqdim edərək göstərmişdir ki, iddia tələbi əsassız olduğundan iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməlidir. Belə ki, İddiaçı ilə Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsinin arasında bağlanmış “Dövlət sirri ilə işləməyə buraxılışın rəsmləşdirilməsi haqqında» xx.xx.2016-cı il tarixli Müqavilənin (əmək müqaviləsinə qoşma) 2-ci bəndinin 6-cı yarımbəndinə əsasən iddiaçı tərəfindən yoxlama tədbirlərindən yayınmamaq və anketdə bilərəkdən yalan məlumatlar verməmək barədə öhdəlik götürülmüşdür. Həmçinin həmin Müqavilə ilə iddiaçı dövlət sirrinin mühafizəsi ilə əlaqədar üzərinə götürdüyü öhdəliyi bir dəfə də olsa pozacağı halda onunla bağalanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xəbərdar edilmişdir. Buna baxmayaraq İddiaçı həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə əməl etməmişdir. Belə ki, İddiaçı tərəfindən xx.xx.2016-cı il tarixdə şəxsən tərtb edilmiş Kadrların Uçotuna dair Anketin 9 və 12-ci bəndlərində tələb olunan məlumatlar barəsində bilərəkdən təhrifə yol verməsi, eləcə də məlumat vermədən Rusiya Federasiyasına və Gürcüstan Respublikasına səfərlər etməsi barədə Daxili Təhlükəsizlik İdarəsinin xx.xx.2022-ci il tarixli, 7/02179 nömrəli məktubu əsasında araşdırma aparılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı məzuniyyət müddətində məlumat vermədən xx.xx.2022-ci il tarixdə RF-na səfər etməklə Müdafiə Nazirliynin xx.xx.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Ordusunda daxili təhlükəsizliyin təmin edilməsi haqqında» Təlimatın tələblərini pozmuşdur. Həmçinin iddiaçı hərbi hissə komandirinə ərizə ilə müraciət edərək xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixədək Gürcüstan Respublikasına səfər edəcəyini göstərdiyi halda, xx.xx.2022-ci il tarixində həmin ölkəyə səfər edərək 17-xx.xx.2022-ci il tarixlərdə iş yerinə gəlməmişdir. Bundan sonra İddiaçı xx.xx.2022-ci il tarixində ölkəyə qayıtdıqdan sonra «İşçilərin davamiyyətinin uçotu kitabı»nda 17-xx.xx.2022-ci il tarixlərdə işə gəlməsi və getməsi barədə imza etməklə, həmin günlərdə iş yerində olması barədə saxta qeydlər aparmışdır. Bundan əlavə iddiaçı işə qəbul olarkən anket məlumatında cinayət törətdiyinə görə Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirli bilinib Nərimanov rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə cinayət məsuliyyətinə cəlb olunması barədə, eləcə də əvvəllər dəfələrlə Gürcüstan Respublikasında olması bağlı heç bir qeydiyyat aparmayaraq Müdafiə Nazirinin 24 nömrəli, xx.xx.2018-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Azərbaycan Ordusunda dövlət qulluqçuları və mülki işçilərin idarə edilməsi və uçotu barədə» Təlimatın tələblərini pozmuşdur. Bununla da iddiaçı əmək fəaliyyəti zamanı intizam məsuliyyətinə səbəb olan və işə götürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinə əsaslar yaradan əmək vəzifələrini kobud şəkildə pozduğuna görə xx.xx.2022-ci il tarixli, 224 nömrəli əmrə əsasən onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Həmçinin qeyd edir ki, iddiaçı həmin əmrlə tanış edildikdən sonra xx.xx.2022-ci il tarixində hərbi hissənin ərazisində X35 Donanmasına məxsus qaldırıcı kranın qülləsinə qalxaraq işdən çıxarıldığı üçün intihara cəhd etmişdir. İddaçının intihar etməsinin qarşısını almaq üçün onun əvvəlki işinə bərpa edilməsi haqqında formal olaraq əmr hazırlanmış və həmin əmrə hərbi hissənin əsas möhürü deyil, arayış və sənədlər üçün nəzərdə tutulmuş möhür vurulmuşdur. Bundan əlavə olaraq qeyd edir ki, hazırkı iddia tələbi iddia müddətinin ötürülməsi ilə verilmiş və mübahisəyə iddia müddətinin tətbiq edilməklə iddianın təmin edilməməsinə dair Ərizə tərəflərindən məhkəməyə təqdim edilmişdir. İddiaçı - İddiaçı Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsinə qarşı «işə bərpa tələbinə» iddia ərizəsinin təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili Vəkil iddia müddətinin tətbiqinə dair ərizə verərək, İddiaçı Abzər oğlu Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsinə qarşı “İşə bərpa olunma tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinə müraciət edərək əvvəlki vəzifəsinə bərpa olunması və ona dəyən maddi və mənəvi ziyanın ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Aşağıda göstərilən əsaslara görə hesab edir ki, iddia tələbi iddiaya cavab verməli olmalı olan subyektə (X16) qarşı verilməklə, eləcə də qanuni və əsaslı olmamaqla yanaşı həmin iddia tələbi bu tələblər üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsində nəzərdə tutulan iddia müddəti ötürülməklə məhkəmə verilmişdir. Bakı Apelyasiya Məhkəməsinin müvafiq müraciəti əsasında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin 294 və 296-cı maddələrinin şərh edilməsinə dair 30 iyul 2021 -ci il tarixli qərarında göstərilmişdir ki, Əmək Məcəlləsinin 296-cı maddəsində əmək münasibətlərinin həm məhkəməyə qədər, həm də məhkəmə qaydasında həlli zamanı tətbiq olunan iddia müddətləri nəzərdə tutulmuşdur. Daha sonra Konstitusiya Məhkəməsi sözügedən qərarında əmək münasibətlərinin həlli zamanı tətbiq olunan iddia müddəti ilə əlaqədar müraciətdə qaldırılan məsələlərə aydınlıq gətirilməsi məqsədi ilə Azərbaycan Respublikasını Mülki Məcəlləsinin 375-ci maddəsinə, eləcə də Konstitusiya Məhkəməsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 2013-cü il 3 iyun tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə əsaslanaraq qeyd etmişdir ki, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Sözügedən Konstitusiya məhkəməsinin qərarında da göstərilmişdir ki, “Əmək Məcəlləsini 296-cı maddəsində əmək mübahisələrinin həm məhkəməyə qədər, həm də məhkəmə qaydasında həlli zamanı tətbiq olunan iddia müddətləri nəzərdə tutulmşdur. Həmçinin qeyd olunan Qərarda göstərilmişdir ki, “fərdi əmək mübahisəsinə məhkəməyə qədər baxan orqana müraciət edildikdə bu cür ərizənin verilməsi işçinin şəxsi təşəbbüsü olmalıdır. Mübahisəyə baxan orqan iddia müddətinin ötürüldüyünü müəyyən etdikdə, müvafiq sübutların təqdim olunmasını işçiyə təklif edə bilər.” Göründüyü kimi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi əmək hüquq münasibətlərindən irəli gələn mübahisəyə baxılarkən də iddia müddətinin tətbiqinin iddia müddətinin tətbiqinə dair ərizənin verilməsi ilə şərtləndirmiş və belə bir ərizənin verilməsinin işçinin şəxsi təşəbbüsündən irəli gəlməli olduğunu göstərmişdir. Hesab edir ki, hazırkı iş üzrə Azərbaycan Respublikasını Əmək Məcəlləsinin 296-cı maddəsində nəzərdə tutulan müddəti ötürdüyündən mübahisəyə iddia müddəti tətbiq edilməklə iddianın rədd olunmasına dair qətnamə qəbul olunmalıdır. Belə ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli, 224 saylı əmrlə xitam verilməsinə baxmayaraq O, yuxarıda göstərilən iddia ilə ilk xx.xx.2023-ci ildə məhkəməyə müraciət etmişdir. İddiaçı xx.xx.2022-ci ildə onun barəsində olan xx.xx.2022-ci il tarixli, 224 nömrəli əmri, eləcə də əmək kitabçasının əslini almaqdan imtina etməklə yanaşı, sözügedən əmri və əmək kitabçasının əslinin poçt vasitəsi ilə onun ünvanında göndərilməsinə də razı olmamışdır ki, bu xüsusatları əks etdirən xx.xx.2022-ci il tarixli aktın surəti hazırkı ərizəyə əlavə edilir. İddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə razılaşmadığından, barəsində olan əmri və əmək kitabçasını almaqdan imtina etdikdən sonra elə həmin gün intihara cəhd etmişdir. Bu halı təsdiq edən 04 noyabr 2022-ci il tarixli qərarın surəti də hazırkı ərizəyə əlavə olunur. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsinə qarşı “İşə bərpa olunma tələbinə dair” iddia tələbinə iddia müddətini tətbiq etməklə iddia ərizəsinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş: - N nömrəli hərbi hissə komandirinin N saylı, 0N sentyabr 2022-ci il tarixli əmrindən çıxarışından görünür ki, N nömrəli istehsalat sexinin 11-ci dərəcəli mühəndis-texnoloqu İddiaçı, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) və 72-ci maddəsinin “d" bəndinə (qəsdən istehsal, kommersiya və ya dövlət sirrini yayması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi) əsasən - 0N sentyabr 2022-ci tarixindən əmək müqaviləsinə xitam verilmiş, İddiaçı Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci bəndinə əsasən istifadə etmədiyi (xx.xx.2021xx.xx.2022-ci il ilin üçün) əsas məzuniyyətə görə 4 (dörd) təqvim günü üçün pul əvəzi tutulmaqla son haqq-hesabı ödənilmişdir. - N nömrəli hərbi hissə komandirinin N saylı, 06 sentyabr 2022-ci il tarixli əmrindən çıxarışından görünür ki, N nömrəli hərbi hissə komandirinin N saylı, 0N sentyabr 2022-ci il tarixli əmri səhv yazıldığı üçün qüvvədən düşmüş hesab edilmiş, N nömrəli istehsalat sexinin 11-ci dərəcəli mühəndis-texnoloqu İddiaçı əvvəlki iş yerində saxlanılmışdır. - N saylı hərbi hissəsinin komandiri vəzifəsini icra edən X11, həmin hərbi hissənin kadrlar üzrə mütəxəssisi X10, Hərbi hissənin Həmkarlar Komitəsinin sədri X2, Hərbi hissənin kadrlar üzrə müfəttişi X17, Hərbi hissənin baş mühəndisi – hərbi hissə komandiri müavini X18 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, İddiaçı Abzər oğlunun iştirakı ilə bu aktı tərtib edirlər ondan ötrü ki, 0N sentyabr 2022-ci il tarixdə N saylı hərbi hissənin komandiri vəzifəsini icra edən İlkin Veyisovun eyni tarixli, 224 nömrəli əmri ilə əmək müqaviləsinə xitam verilmiş İddiaçı əmək kitabçası və onun barəsində verilmiş N saylı, 0N sentyabr 2022-ci il tarixli əmrin surəti İddiaçı təqdim edildi. Lakin o, əmrlə razı olmadığını bildirərək əmri və əmək kitabçasını almaqdan imtina etdi. Bundan sonra, ondan barəsində olan xx.xx.2022-ci il tarixli, 224 saylı əmrin və əmək kitabçasının poçt vasitəsi ilə ona göndərilməsinə razılıq verməsinə münasibət soruşuldu. İddiaçı barəsində olan əmrin və əmək kitabçasının poçt vasitəsi ilə onun ünvanına göndərilməsinə razılıq vermədiyini bildirdi. Odur ki, bu aktı tərtib edib, bu aktda göstərilənlərin doğruluğunu imzaları ilə təsdiq edirlər. Qeyd edilən aktı imzalayan şəxslər həmçinin İddiaçı Abzər oğlunun bu aktı imzalamaqdan imtina etməsini də əlavə olaraq imzaları ilə təsdiq etmişlər. -Dövlət sirri ilə işləməyə buraxılışın rəsmiləşdirilməsi barədə müqavilədən (əmək müqaviləsinə qoşma) görünür ki, İddiaçı xəbərdar edilmişdir ki, dövlət sirrinin mühafizəsi ilə əlaqədar olaraq üzərinə götürdüyü öhdəliyi bir dəfə də olsa pozarsa, həmçinin Azərbaycan Respublikasının “Dövlət sirri haqqında” Qanununun 23-cü maddəsinə uyğun olaraq, dövlət sirri ilə işləməyə buraxılmaqdan imtina edilməsi üçün əsaslar yarandıqda hərbi hissə komandirinin (rəisin) qərarı ilə onun dövlət sirri ilə işləməyə buraxılmağına xitam verilə bilər və əmək müqaviləsi pozular bilər. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən İddiaçı Abuzər oğluna ünvanlanmış xx.xx.2022-ci il tarixli 2723 saylı məktubdan görünür ki, Azərbaycan Respublkası Prezident Administrasiyasına ünvanladığı xx.xx.2022-ci il tarixli ərizə xx.xx.2022-ci il tarixdə N nömrəli hərbi hissəyə daxil olmaqla baxılmışdır. Müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2022-ci il tarixli «Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1523 nömrəli Fərmanının rəhbərlik üçün elan edilməsi və icrasından irəli gələn məsələlərin həll olunması barədə» əmrinin 3-cü bəndinə əsasən mülki işçilərin aylıq vəzifə maaşı 20 % artırılmışdır. Bununla yanaşı izah olunur ki, N nömrəli hərbi hissə təsərrüfat hesablı hərbi hissə olduğu üçün dövlət büdcəsindən maliyyələşdirilmədiyindən əmək haqlarının artırılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 14 yanvar tarixli, 1N nömrəli Qərarının «tarif cədvəli»nə uyğun olaraq tənzimlənir. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin Dövlət Büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərinin minimum əmək haqqlarının artırılması haqqında xx.xx.2021-ci il tarixli sərəncamına əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyində çalışan mülki işçilərin aylıq məvacibinin artırılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 14 yanvar tarixli, 1N nömrəli Qərarı ilə təsdiq edilmiş «vahid tarif» cədvəlinə və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 155.1 -ci maddəsinə uyğunlaşdırılmaqla, N nömrəli hərbi hissənin mülki işçilərinə də, şamil edilmişdir. Eyni zamanda sizin diqqətinizə çatdırılır ki, N nömrəli hərbi hissə təsərrüfat hesablı və maliyyə məsələsinin həllində sərbəst olduğundan, sizin tutduğunuz vəzifə 11-ci dərəcəyə uyğun olaraq 613 manat təşkil etsə də, halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 14 yanvar tarixli, 1N nömrəli Qərarında 11-ci dərəcə ilə çalışan mütəxəssislərin aylıq tarif dərəcəsi 450 manat müəyyən edilmişdir. Bundan başqa, sizə 2022-ci ilin 6 ayı ərzində hesablanmış orta aylıq əmək haqqı 1008,54 (bir min səkkiz manat əlli dörd qəpik) manat məbləğində təyin edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidməti Bakı şəhər İdarəsinin İddiaçı Abuzər oğluna ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, N saylı Hərbi Hissə tərəfindən əmək hüquqlarının pozulması ilə bağlı X20 Xidmətinə ünvanladığı müraciətlərə Xidmətin Bakı şəhər İdarəsində baxılmışdır. Müraciətlə əlaqədar N saylı Hərbi Hissənin rəhbərliyinə **********N nömrəli, xx.xx.2022-ci il tarixli məktubla (SS793834940AZ) müraciət olunaraq ona aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuşdur. Lakin, tələb olunan sənədlərin təqdim olunması müəssisənin rəhbərliyi tərəfindən təmin edilmədiyindən müraciətin araşdırılmasını başa çatdırmaq mümkün olmamışdır. Bununla bağlı X20 Xidməti tərəfindən həmin sənədlərin təqdim olunmasına dair Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinə **********4 nömrəli, xx.xx.2022-ci il tarixli məktub ünvanlanmışdır. Bildirirlər ki, hərbi hissənin rəhbərliyi tərəfindən sənədlər təqdim olunduğu təqdirdə müraciətə baxılaraq cavab veriləcəkdir. Müraciətdə qeyd etdiyi məsələlərin həlli ilə əlaqədar olaraq məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. - «Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında» 04 noyabr 2022-ci il tarixli qərardan görünür ki, vətəndaş İddiaçı qaldırıcı kranın üzərinə çıxıb özünü aşağı ataraq intihar edəcəyini deməsi faktında hər hansı cinayət hadisəsi olmadığından həmin faktla bağlı cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən rədd edilmiş, vətəndaş İddiaçı əvvəlki işinə bərpa olunması ilə bağlı formal əmrdən çıxarışın hazırlanması faktı üzrə əməldə cinayət tərkibinin əlamətləri olmadığından həmin faktla bağlı cinayət işinin başlanması Azərbaycan Respublikası CPM 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, vətəndaş İddiaçı 17-18 mart 2022-ci il tarixlərdə iş yerinə çıxmamasına baxmayaraq 103 (yüz üç) manat 64 qəpik məbləğində əlavə qazanc əldə etməsi faktı üzrə həmin hərbi hissənin vəzifəli şəxslərinin əməllərində hər hansı cinayət tərkibinin əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Həmin qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 10:40 radələrində, xx.xx.1962-ci il tarixdə Gürcüstan Respublikasının Qardabanı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin N nömrəli hərbi hissəsinin N nömrəli istehsalat sexinin mühəndis-texnoloqu vəzifəsində işləmiş İddiaçı hərbi hissənin ərazisində X35 Donanmasına məxsus qaldırıcı kranın qülləsinə qalxaraq işdən çıxarıldığı üçün intihara cəhd etmişdir. İzahatı alınmış vətəndaş İddiaçı bildirmişdir ki, 2016-cı ilin noyabr ayından Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində mülki işçi kimi Texniki Nəzarət bölməsinin nəzarət ustası vəzifəsinə işə qəbul olmuş, 2021-ci ilin fevral ayının sonlarından hərbi hissənin N nömrəli istehsalat sexinin 11-ci dərəcəli texnoloqu vəzifəsinə keçirilmiş, mülki işçi kimi xidmət etdiyi müddət ərzində işlədiyi yerdə heç kimlə arasında düşmənçilik və ədavət olmamışdır. xx.xx.2022-ci il tarixdə saat 08:00 radələrində işlədiyi Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə gələrək işlədiyi N saylı istehsalat sexində yerləşən xidməti otağa keçmişdir. Qeyd olunan tarixdə təqribən səhər saat 09-10 radələrində o, xidməti otağı tərk edib N nömrəli istehsalat sexinə gedərkən sexin tabelçisi Fəridə xanım ona yaxınlaşaraq hərbi hissənin inzibati bölmə rəisi, kapitan-leytenant İsrail Məmmədovun onu hərbi hissənin Kadrlar şöbəsinə dəvət etdiyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə saat 16:30 radələrində isə hərbi hissənin inzibati bölmə rəisi, kapitan-leytenant İsrail Məmmədov tərəfindən ona işdən azad olunması barədə məlumat verilmişdir. Daha sonra o, hərbi hissənin kadrlar şöbəsinə gedərkən hərbi hissənin ərazisində yerləşən “X35 Donanmasına” məxsus qaldırıcı kranın yanından keçən zaman işdən çıxarılmağı ilə əlaqədar qəflətən əsəbiləşərək intihar etmək qərarına gəlmiş, bu məqsədlə kranın qülləsindəki olan idarəetmə kabinəsinə çıxmış, kabinədən DİN-in “102 Zəng Mərkəzi”nə zəng edərək qanunsuz olaraq işdən çıxarıldığını deyərək intihar edəcəyini, ona köməklik edilməsini xahiş etmişdir. Bir müddət sonra hadisə baş verən yerə işlədiyi sexin işçiləri, N nömrəli hərbi hissənin rəhbər heyəti, Təcili-Tibbi yardım heyəti, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin şəxsi heyət idarəsinin rəisi Həbib Xəlilov, polis əməkdaşları, FHNin Xüsusi Riskli Xilasetmə qrupunun əməkdaşları və Hərbi Prokurorluğun əməkdaşları gəlmişlər. Hərbi hissənin rəhbərliyi, işçilər tərəfindən onu intihar etmək fikrindən daşındırmaq üçün profilaktik söhbətlər aparılsa da, müsbət nəticə əldə edilməmişdir. Bundan sonra Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin şəxsi heyət idarəsinin rəisi Həbib Xəlilov telefon vasitəsi ilə əlaqə saxlayaraq ondan intihar etmək istəməsinin səbəbini soruşmuş, o da Həbib Xəlilova qanunsuz olaraq işdən çıxarılması və bu səbəbdən intihar etmək istəməsi barədə məlumat vermişdir. Həbib Xəlilov ona sakit və səbrli olmağı, işə bərpa olunacağı haqqında əmrin veriləcəyini bildirmiş, təxminən 15-20 dəqiqə keçdikdən sonra Həbib Xəlilov kranın qülləsinə qalxaraq onun olduğu idarəetmə kabinəsinə keçmiş və N nömrəli hərbi hissə komandirinin 0N sentyabr 2022-ci il tarixli, 224 saylı əmrinin səhv yazıldığı üçün qüvvədən düşməsi, eləcə də onun hərbi hissənin N nömrəli istehsalat sexinin 11-ci dərəcəli mühəndis-texnoloqu vəzifəsində iş yerində saxlanılması barədə 06 sentyabr 2022-ci il tarixli, 226 nömrəli əmrdən çıxarışı ona təqdim etmişdir. Bundan sonra o, intihar etmək fikrindən daşınaraq aşağı düşməyə razılıq vermiş, lakin həmin vaxt özünü yaxşı hiss etmədiyindən FHN-in Xüsusi Riskli Xilasetmə qrupunun müşayiəti ilə krandan düşürülmüşdür. Daha sonra Təcili-Tibbi yardım heyəti tərəfindən ona ilkin tibbi yardım göstərilmiş və Daxili İşlər Nazirliyinin X24 İdarəsinin Zığ limanında X28 əməkdaşları tərəfindən izahatının alınması üçün həmin bölməyə dəvət edilmiş və ora gedərək izahat vermişdir. O, izahatında işdən qanunsuz olaraq azad edilməsini, işdən çıxarılmasının ona pis təsir bağışlamasını, ailəsinin maddi tələbatını necə qarşılayacağını düşünərək əsəbiləşdiyini, anidən özündən çıxdığını, intihar etmək qərarına gələrək hərbi hissənin ərazisində yerləşən kranın qülləsinə çıxaraq intihar etmək istədiyini bildirmişdir. Həmçinin, o, izahatında 05 yanbar 2022-ci il tarixdən 19 yanvar 2022-ci il tarixədək Rusiya Federasiyasında olacağından hərbi hissənin məlumatlı olduğunu, həmçinin 17 və 18 mart 2022-ci il tarixlərdə işə çıxmayaraq Gürcüstan Respublikasına getməsilə bağlı hərbi hissə komandiri tərəfindən icazə verildiyini, qeyd olunan hallar əsas gətirilərək işdən çıxarıldığını və bu səbəbdən işdən çıxarılmasını qanunsuz hesab etdiyini bildirmişdir. N nömrəli hərbi hissədə işlədiyi müddətdə ləyaqətini mütəmadi alçaldan, onunla amansız rəftar edən, döyən, söyən, incidən, təhqir edən, ona işgəncə verən və ya hədə-qorxu gələn olmamış, kimləsə arasında mübahisə və ya münaqişə baş verməmişdir. xx.xx.2022-ci il tarixdən mütəmadi olaraq hərbi hissəyə getsə də, mühafizə postunun əməkdaşları tərəfindən hərbi hissəyə buraxılmamışdır. O, izahatında 17 və 18 mart 2022-ci il tarixlərində faktiki olaraq işə çıxmadığını, qeyd olunan tarixlər üçün hərbi hissə komandiri tərəfindən ona icazə verildiyini, 17 və 18 mart 2022-ci il tarixləri üçün işçilərinin davamiyyətinin uçotu kitabına imza etdiyini və həmin kitabdan məsul şəxs tabelçi Fəridə Abdullayevanın etiraz etmədiyini bildirmişdir. İzahatı alınmış N nömrəli hərbi hissənin komandiri, ikinci dərəcəli kapitan X16 xx.xx.2022-ci il tarixdə İddiaçı hərbi hissənin ərazisində intihara cəhd etməsi hadisəsi ilə bağlı bildirmişdir ki, qeyd olunan tarixdə səhər saat 10:00 radələrində N nömrəli hərbi hissənin baş mühəndisi İslam Qasımov ona zəng edərək mülki işçi İddiaçı hərbi hissənin daxilində yerləşən “X35 donanmasına” məxsus krana qalxması, sonuncunun intihar etmək istəməsi barədə məlumat vermiş, həmin məlumat əsasında dərhal hadisə yerinə getmişdir. Hadisə yerinə çatdıqdan sonra İddiaçı krana qalxdığının şahidi olmuş, İddiaçı fikrindən daşındırmaq məqsədilə onun yanına getmək istəsə də, İddiaçı heç kəsi yanına buraxmamışdır. Bundan sonra Daxili İşlər Nazirliyinin 102 Zəng Mərkəzinə, eləcə də Hərbi Dəniz Qüvvələrinin şəxsi heyət idarəsinin rəisi Həbib Xəlilova zəng edərək hadisə barədə məlumat vermiş, bir müddət keçdikdən sonra hadisə yerinə Təcili Tibbi yardım heyəti, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin şəxsi heyət idarəsinin rəisi Həbib Xəlilov, polis əməkdaşları, FHN-in Xüsusi Riskli Xilasetmə qrupunun əməkdaşları və Hərbi Prokurorluğun əməkdaşı gəlmişlər. Həbib Xəlilov hadisə yerinə gəldikdən sonra İddiaçı isə telefon vasitəsi ilə əlaqə saxlayaraq sonuncudan intihar etmək istəməsinin səbəbini soruşaraq onunla profilaktik söhbətlər aparmağa başlamışdır. Elmurad X5suz olaraq işdən çıxarıldığını və işə bərpa edilməyəcəyi təqdirdə özünü öldürəcəyini bildirmiş, həmçinin, Müdafiə Nazirliyinin və Hərbi Dəniz Qüvvələrinin rəhbərliyinin hadisə yerinə gəlməsini tələb etmişdir. X29 Qurbanov ilə telefon vasitəsi ilə apardığı danışıqların heç bir nəticə vermədiyini görərək sonuncunu intihar etmək fikrindən daşındırmaq məqsədilə ona İddiaçı yenidən işə bərpa edilməsilə əlaqədar formal olaraq əmrdən çıxarış hazırlanması barədə göstəriş vermiş, həmin göstəriş əsasında o, hərbi hissənin inzibati bölmə risi, kapitanleytenant İsrail Məmmədova zəng edərək İddiaçı əvvəlki işinə bərpa edilməsi barədə formal olaraq əmrdən çıxarış hazırlamasına göstəriş verərək həmin əmrdən çıxarışda İddiaçı işdən azad edilməsi ilə əlaqədar 0N sentyabr 2022-ci il tarixdə tərəfindən verilmiş əmrdə səhvlik olması, həmçinin İddiaçı əvvəlki işində saxlanması barədə qeydin əmrdən çıxarışda əks olunmasını bildirmişdir. İddiaçı əvvəlki işinə bərpa edilməsi haqqında formal olaraq hazırlanmış saxta əmrdən çıxarış hadisə yerinə gətirilərək Həbib Xəlilova təqdim edilmişdir. X29 Qurbanov ilə mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq sonuncuya işə bərpa edilməsi barədə əmrin verildiyini və kranın qülləsindən aşağı enərək əmrdən çıxarış ilə tanış ola biləcəyini demiş, lakin İddiaçı deyilənlərə inanmamışdır. Bundan sonra Həbib Xəlilov qaldırıcı krana qalxaraq İddiaçı işə bərpa edilməsi barədə formal olaraq tərtib edilmiş əmrdən çıxarışı sonuncuya göstərmiş və bundan sonra İddiaçı sözgedən əmrdən çıxarışı gördükdən sonra intihar etmək fikrindən daşınmışdır. Daha sonra İddiaçı özünü narahat hiss etdiyindən FHN-nin Xüsusi Riskli Xilasetmə qrupunun əməkdaşları tərəfindən kranın kabinəsindən çıxarılaraq aşağı düşürülmüş, sonuncuya ilkin tibbi yardım göstərilmiş və izahatının alınması üçün Zığ limanında xətt polis bölməsinə dəvət edilmişdir. Tərəfindən real olaraq belə bir əmr verilməmiş, sözügedən əmrdən çıxarış hərbi hissədə əmrlər kitabında qeydiyyata düşməmiş, hüquqi qüvvəsi olmamış, həmin əmrdən çıxarış İddiaçı intihar etmək fikrindən daşındırmaq üçün hazırlanmışdır. O, izahatında bildirmişdir ki, İddiaçı 06 yanvar tarixindən 17 yanvar 2022-ci il tarixədək icazəsiz, yəni hərbi hissə rəhbərliyinə rəsmi müraciət etmədən və məlumat vermədən Rusiya Federasiyasına, həmçinin 16 mart 2022-ci il tarixdə iş saatından sonra, həmçinin 17 və 18 mart 2022-ci il tarixlərdə işə çıxmayaraq məlumat vermədən Gürcüstan Respublikasına getmiş və bununla da “Azərbaycan Ordusunda daxili təhlükəsizliyin təmin edilməsi haqqında” təlimatın, eləcə də İddiaçı əmək müqaviləsinə qoşma olaraq əlavə edilmiş dövlət isrri ilə işləməyə buraxılışın rəsmiləşdirilməsi barədə müqavilə üzrə öhdəliklərini yerinə yetirməməklə müqavilənin şərtlərini pozmuş, Əmək məcəlləsinin 70-ç və 72-d maddələrinə əsasən, müvafiq olaraq İddiaçı əmək funksiyalarını, əmək müqaviləsi üzrə öhdəliklərini, habelə qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirmədiyindən 0N sentyabr 2022-ci il tarixdə sonuncunun əmək müqaviləsinə xitam verilmişdir. Qərara əsasən, aparılmış araşdırma zamanı (prokurorluq tərəfindən) müəyyən edilmişdir ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində mülki işçi kimi mühəndis texnoloq vəzifəsində çalışan vətəndaş İddiaçı 06 sentyabr 2022-ci il tarixdə səhər saat 10 radələrində çalışdığı N nömrəli hərbi hissədə olan zaman hərbi hissə komandirinin 0N sentyabr 2022-ci il tarixli əmri ilə işdən azad olunduğunu bilib bunun qanunsuz olduğunu hesab edərək hərbi hissənin ərazisində olan X35 donanmasına məxsus qaldırıcı kranın üzərinə qalxmış və əvvəlki işinə bərpa olunmayacağı təqdirdə qaldırıcı kranın üzərindən özünü yerə atmaqla intihar edəcəyini bildirmişdir. Həmin vaxt hərbi hissə komandanlığı tərəfindən qaldırıcı kranın üzərindən yerə düşməsi ilə bağlı profilaktik söhbətlər aparılmasına baxmayaraq vətəndaş İddiaçı yenə də işə bərpa olunmayacağı təqdirdə intihar edəcəyini demiş və bundan sonra hərbi hissə komandanlığı vətəndaş İddiaçı fikrindən əl çəkməsi, qaldırıcı kranın üzərindən yerə düşməsi məqsədilə guya əvvəlki vəzifəsinə bərpa olunması ilə bağlı formal olaraq əmrdən çıxarışın hazırlanması qərarına gəlmişlər. Bundan sonra hərbi hissə komandiri, ikinci dərəcəli kapitan X6 göstərişi ilə inzibati bölmə rəisi, kapitan-leytenant İsrail Məmmədov guya vətəndaş E. Qurbanovun əvvəlki işinə bərpa olunması ilə bağlı heç bir hüquqi qüvvəsi olmayan formal əmsrdən çıxarış hazırlayaraq əmrdən çıxarışda olan özünün imzasının qarşısına arayış və zərflər üçün möhürünü vurmuş və həmin əmrdən çıxarışı vətəndaş E. Qurbanova təqdim etdikdən sonra sonuncu intihar etmək fikrindən əl çəkərək qaldırıcı kranın üzərindən yerə enmişdir. Araşdırma materialına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 3073 nömrəli məktubdan görünür ki, vətəndaş E. Qurbanov 17-18 mart 2022-ci il tarixlərdə “İşçilərin işə davamiyyətinin uçotu kitabı”nda işə gəlməsi və getməsi barədə imza etməklə, həmin günlərdə onun iş yerində olması kimi saxta qeydlər aparmış, bununla da, o, 2 (iki) iş günü üçün 103 (yüz üç) manat 64 qəpik əlavə qazanc əldə etmişdir. Həmin xüsusatlarla bağlı İddiaçı verdiyi izahatında qeyd olunan tarixlərdə “İşçilərin işə davamiyyətinin uçotu kitabı”nda imza etdiyini və buna da kitaba məsul şəxs olan sexin tabelçisi Fəridə Abdullayevanın icazə verdiyini bildirmişdir. Fəridə Abdullayeva qeyd olunan halla bağlı verdiyi izahatında yuxarıda qeyd olunan tarixlərdə İddiaçı şifahi formada hərbi hissə komandirindən icazə almasını ona dediyini, həmçinin sonuncunun bacısının yas mərasimi və ümumi maddi vəziyyətini nəzərə alıb imza etməsinə etiraz etmədiyini bildirmişdir. Bundan başqa araşdırma zamanı müəyyən edilmişdir ki, vətəndaş İddiaçı hərbi hissənin ərazisində olan qaldırıcı kranın üzərinə çıxıb intihar edəcəyini bildirdikdən sonra hərbi hissə komandanlığı tərəfindən aşağı düşürülməsi ilə bağlı fərdi söhbətlər aparılmasına baxmayaraq sonuncu fikrindən daşınmamış və bundan sonra hərbi hissə komandiri İlkin Veyisovun göstərişi ilə inzibati bölmə rəisi İsrail Məmmədov guya İddiaçı əvvəlki işinə bərpa olunması ilə bağlı heç bir hüquqi qüvvəsi olmayan formal əmrdən çıxarış hazırlayaraq özünün imzasının qarşısına hərbi hissəyə məxsus arayış və zərflər üçün möhürü vurmuşdur. Həmin faktla bağlı aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, hərbi hissənin inzibati bölmə rəisi İsrail Məmmədov tərəfindən hazırlanmış formal əmrdən çıxarışın heç bir hüquqi qüvvəsi olmamış, həmin əmrdən çıxarışdakı mətnin məzmunu, yəni İddiaçı əvvəlki işinə bərpa olunması ilə bağlı hərbi hissənin əmrlər kitabında qeydiyyat aparılmamış və o, eyni zamanda hərbi hissə komandiri İlkin Veyisov həmin əmrdən çıxarışdan hansısa qanunsuz işin həllinə görə istifadə etmək məqsədilə deyil, vətəndaş E. Qurbanovun intihar etmək fikrindən daşınması məqsədilə son zərurət vəziyyəti olaraq hazırlanıb sonuncuya təqdim edilmişdir. - Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun İddiaçı ünvanladığı xx.xx.2022ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin qanunsuz hərəkətləri barədə Azərbaycan Respublikasının Prezidentinə ünvanladığı 14 noyabr 2022-ci il tarixli müraciəti 22 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Hərbi Prokurorluğuna daxil olmuş və baxılmışdır. Müəyyən edilmişdir ki, özün öldürməyə cəhd etməyi faktı üzrə Bakı hərbi prokurorluğunda aparılmış araşdırma zamanı keçmiş xidmət yerində kənar şəxslər tərəfindən onunla amansız rəftar edilməsi, ləyaqətini alçaldılması və ona hədə-qorxu gəlinməsi halları müəyyən edilmədiyi üçün 04 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.1 və 39.1.2-ci maddələrinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin material Respublika Hərbi Prokurorluğunda öyrənilmiş və qəbul edilmiş qərar əsaslı və qanuni hesab olunaraq qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası CPM-nin 212.3-cü maddəsinə əsasən həmin qərardan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora, yaxud məhkəməyə şikayət etmək, həmçinin işə bərpa olunması məsələsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. - Gürcüstan ölüm haqqında şəhadətnaməsinin tərcümə olunmuş surətindən görünür ki, Qurbanova Zöhrə 07 fevral 2022-ci il tarixində ölmüşdür. - Bakı Hərbi Prokurorluğunun İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Bakı Hərbi Prokurorluğuna ünvanladığı 24 noyabr 2022-ci il tarixli müraciəti 05 dekabr 2022-ci il tarixində daxil olmuş və baxılmışdır. Müraciətdə göstərdiyi xüsusatlarla bağlı Bakı Hərbi Prokurorluğunda araşdırma aparılmış, 04 noyabr 2022-ci il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmiş və həmin qərarın surəti göndərilməklə qərardan şikayət etmək hüququ izah edilmişdir. Azərbaycan Respublikası CPM-nin 212.3-cü maddəsinin tələbinə əsasən qəbul edilmiş 04 noyabr 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan aidiyyəti üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora və ya məhkəməyə şikayət etmək hüququ izah edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidməti Bakı şəhər İdarəsinin İddiaçı Abuzər oğluna ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, N nömrəli Hərbi Hissədə əmək hüquqlarının pozulması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciətlərə X20 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Müraciətlə əlaqədar təqdim edilmiş sənədlərdən 2022-ci ilin 06-17 yanvar tarixlərində və 2022-ci ilin 16-22 mart tarixlərində əmək funksiyanın pozması ilə bağlı məsələlərə Həmkarlar İttifaqı Komitəsində baxılaraq xx.xx.2022-ci il tarixində qərar qəbul edildiyi və bununlada Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinin (İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir) tələblərinin pozulduğu müəyyən edilmişdir. Bu səbəbdən də, onunla bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xx.xx.2022-ci il tarixində qanunvericiliyin tələbləri pozularaq xitam verildiyi məlum olmuşdur. Qeyd olunanlarla bağlı N nömrəli Hərbi Hissənin komandiri vəzifəsini icra edən X16 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən xx.xx.2023-cü il tarixli ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul olunmuşdur. Eyni zamanda əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 224 nömrəli xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsi ilə əlaqədar N nömrəli Hərbi Hissəyə məktub göndərilmişdir. Həmçinin təqdim edilmiş əmək haqqı cədvəlində işdən azad edilərkən əmək haqqı hesablandığı, lakin nə onun, nədə hərbi hissə tərəfindən əmək haqqı bank hesabından çıxarış təqdim edilmədiyindən əmək haqqının ödənilməsini müəyyən etmək mümkün olmamışdır. Müraciətdə qeyd etdiyi məsələlərin həlli ilə əlaqədar olaraq məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. - N nömrəli hərbi hissənin Səbail Rayon Prokurorluğuna ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, şifahi soruya əsasən Daxili Təhlükəsizlik İdarəsinin 7/02179 nömrəli 30 avqust 2022-ci il tarixli məktubuna əsasən N nömrəli hərbi hissənin mühəndis-texnoloqu vəzifəsində işləyən (müqavilənin müddəti: xx.xx.2021 – xx.xx.2022-ci il) İddiaçı məlumat vermədən Rusiya Federasiyasına və Gürcüstan Respublikasına səfərlər etməsi tərcümeyı-hal məlumatlarında təhrifə yol verməsinə dair daxil olmuş məlumat əsasında Daxili Təhlükəsizlik İdarəsində araşdırma aparılmışdır. Müəyyən edilmişdir ki, İddiaçı məzuniyyət müddətində məlumat vermədən xx.xx.2022-ci il tarixlərdə RF-yə səfər etməklə MN-nin xx.xx.2019-cu il tarixli müvafiq qərar təsdiq edilmiş "Azərbaycan Ordusunda daxili təhlükəsizliyin təmin edilməsi haqqında" Təlim tələblərini pozmuşdur. Bundan əlavə İddiaçı hərbi hissə komandirinə ərizə ilə müraciət edərək xx.xx.2022-ci il tarixlərində GR-ə səfər edəcəyini göstərdiyi halda, xx.xx.2022-ci il tarixdə vaxtından sonra, həmin ölkəyə səfər edərək 17-xx.xx.2022-ci il tarixlərində iş yerinə gəlməmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə ölkəyə qayıtdıqdan sonra, “İşçilərin davamiyyətinin uçotu kitabında 17-xx.xx.2022-ci il tarixlərində işə gəlməsi və getməsi barədə imza etməklə, həmin günlərdə onun iş yerində olması kimi saxta qeydlər aparmış, bununla əmək intizamına və müəssisə daxili intizam qaydalarını kobud şəkildə pozaraq 2 (iki) iş günü 103 (yüz üç) manat 64 qəpik əlavə qazanc əldə etmişdir. Həmçinin, İddiaçı işə qəbul olarkən tərcümeyi-hal məlumatlarında cinayət törətdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizə qaydalarını pozma ehtiyyatsızlıqdan işçinin olümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilinib Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə 3 (üç) il müddətinə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilmişdir eləcə də əvvəllər dəfələrlə GR-da olması ilə bağlı heç bir qeydiyyat aparmayaraq Azərbarbaycan Respublikası Müdafiə nazirinin 24 nömrəli 01 dekabr 2018-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunda dövlət qulluqçular və mulki işçilərin idarə edilməsi və uçotu barədə Təlimatın" tələblərini pozduğu məlum olmuşdur.. Bununla da E Qurbanov əmək fəaliyyəti zamanı intizam məsuliyyətinə səbəb olaraq işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinə əsaslar yaradan əmək vəzifələrini kobud şəkildə pozmuşdur. - İddiaçı xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, ona xx.xx.2022-ci il tarixindən 14 gün müddətinə məzuniyyət verilməsini xahiş etmişdir. - İddiaçı xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, ona xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinə kimi bayram günlərini Gürcüstan Respublikasında keçirməyinə icazə verilməsini xahiş etmişdir. - N nömrəli Hərbi Hissənin 0N sentyabr 2022-ci il tarixli növbədənkənar iclasının 5N nömrəli protokolunun çıxarışından görünür ki, Gündəliyə çıxarılan sənədi şərh edən Həmkarlar İttifaqı Komitəsinin sədri iclas iştirakçılarına bildirdi ki, hərbi hissə komandirinin Həmkarlar İttifaqı Komitəsinə ünvanladığı raport N nömrəli sexin mühəndis-texnoloqu İddiaçı Müdafiə nazirinin 24 dekabr 2019-cu il tarixli müvafiq qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunda daxili təhlükəsizliyin təmin edilməsi haqqında" təlimatın pozulmasına aiddir. Belə ki, E. Qurbanov icazəsiz olaraq 06-17 yanvar 2022-ci il tarixdə Rusiya Federasiyasına və 16-22 mart 2022-ci il tarixlərində Gürcüstan Respublikasına dövlət sərhəddini icazəsiz keçmişdir. Daxil olmuş sənəddə İddiaçı işə qəbulu zamanı tələb olunan tərcümeyi halında məhkumluğu olduğu halda məlumat vermədiyi barədə irad tutulmuşdur. Sonra gündəliyə çıxarılan məsələ ilə əlaqədar Həmkarlar İttifaqı Komitəsinin nümayəndələri: X19, X3, X4, X22 və digərləri İddiaçı yol verdiyi qanun pozuntularını izah etməyə çalışsalsırda heç bir nəticəsi olmamışdır. İclasda çıxış edən X9 bildirdi ki, həqiqətən həmin ərəfədə sexin baş istehsalat ustası vəzifəsini icra edərkən E. Qurbanov müraciət edərək bacısının yas mərasimində iştirak etməsi üçün icazə istədi məndə etiraz etmədim. Lakin İddiaçı mənən sərhəddi keçəcəyi haqda heç bir məlumat bildirməmişdir. P. İbrahimov çıxışı zamanı bildirdi ki, E. Qurbanov mütəınadi olaraq hərbi hissədə rəhbərliyin ünvanına qərəzli təbliğat aparır. Buda kollektivdə mənəvi-psixoloji duruma əks təsir göstərir. Müzakirələr zamanı məlum oldu ki, İddiaçı işə qəbul edilərkən Əmək müqaviləsində əlavə olaraq öz imzası ilə təsdiq etdiyi" Dövlət sirri haqqında 83 nömrəli təlimatın 113-cü bəndinə" aid müqaviləsinin də şərtlərini pozub. X21 Komitəsinin üzvləri yekdil fikirlə yuxanda sadalanan hallara görə kollektivdə bir daha belə hallara yol verilməməsi üçün İddiaçı qanunun tələblərinə uyğun olaraq cəzalandırılmasını təklif etdilər. Təklif səsə qoyularaq qəbul olunmuşdur. - İddiaçı xidməti xasiyyətnaməsindən görünür ki, mülki işçi İddiaçı, N nömrəli hərbi hissədə N nömrəli istehsalat sexinin Texnoloqu vəzifəsində çalışdığı müddət ərzində özünü intizamsız, işinin öhtəsindən tam gəlməyən, ona həvalə edilən işlərdə nəzarət tələb edən işçi kimi göstərmişdir. Qarşısında qoyulan tapşırıqların vaxtında yerinə yetirilməsinə yüksək cavabdehlik hissi və vicdanla yanaşmır. İşdən yayınmağa meyillidir. Rəhbərliyin verdiyi əmr və göstərişlərini müzakirə edir. İş yoldaşları arasında mübahisələr yaradacaq davranışlar sərgiləyir və hərbi hissədə rəhbərliyin ünvanına qərəzli təbliğatlar aparır. Təşkilatçılıq qabiliyyəti kafidir. Hərbi hissənin kollektivi arasında özünə məxsus hörmət qazanmışdır. Xarici görünüşü qənaətbəxşdir. Psixoloji vəziyyəti nəzarət tələb edən işçidir. Xasiyyətcə çılğındır. Tutulan iradlardan, onunla aparılan fərdi söhbətlərdən düzgün nəticə çıxartmır və özünü həmişə haqlı hesab edir. Əsaslandırıcı hissə: İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçı 2016-cı ilin noyabr ayından Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində mülki işçi kimi Texniki Nəzarət bölməsinin nəzarət ustası vəzifəsinə işə qəbul olmuş, 2021-ci ilin fevral ayının sonlarından hərbi hissənin N nömrəli istehsalat sexinin 11-ci dərəcəli texnoloqu vəzifəsinə keçirilmişdir. N nömrəli hərbi hissə komandirinin N saylı, 0N sentyabr 2022-ci il tarixli əmri ilə işdən azad edilmiş və hazırda həmin əmrin qanunsuzluğunu mübahisələndirərərək tələbinin əsası kimi onun qəsdən işinə qeyri-qanuni xitam verilməsinə istinad etmişdir. Cavabdeh tərəf isə iddiaya etirazın əsası kimi iddiaçının qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyü üçün prosessual hərəkətlər etmək hüququnu itirməsinə, eləcə də əmrin qanunvericiliyin tələblərinə uyğun verilməsinə və cavabdeh İlkin Veyisovun ümumiyyətlə hazırki iddiaya cavab verməli şəxs olmadığına istinad etmişdir. Mübahisələndirilən əmrdən görünür ki, N nömrəli istehsalat sexinin 11-ci dərəcəli mühəndis-texnoloqu İddiaçı, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) və 72-ci maddəsinin “d" bəndinə (qəsdən istehsal, kommersiya və ya dövlət sirrini yayması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi) əsasən - 0N sentyabr 2022-ci tarixindən əmək müqaviləsinə xitam verilmiş, Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci bəndinə əsasən istifadə etmədiyi (xx.xx.2021-xx.xx.2022-ci il ilin üçün) əsas məzuniyyətə görə 4 (dörd) təqvim günü-çün pul əvəzi tutulmaqla son haqq-hesabı ödənilmişdir. Əmrin verilməsinə əsas kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci və 72-ci maddələri göstərilmişdir. Məhkəmə xx.xx.2022-ci il tarixində verilən 224 nömrəli qanunilliyi ilə bagli tərəflərin tələb və etirazında istinad etdiyi hallar üzrə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinə əsasən Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. Həmin maddənin 3-cü hissəsinə müvafiq olaraq, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Bu prinsiplərdən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin «d» bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarından biri də işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etməkdir. Həmin Məcəllənin 186-cı maddəsinin İ hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Qeyd edilən normaya əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtiilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Göründüyü kimi, işçiyə işəgötürən tərəfindən bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini tətbiq edə bilməsi sonuncuya qanunvericiliklə verilən hüquqdur. Məhkəmə eyni zamanda qeyd etməyi də zəruri sayır ki, qanunvericiliyin tələblərinə əsasən əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Qanunvericilikdə nəzərdə tutulmayan əsasla, eləcə də Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Mübahisələndirilən əmrdə istinad edilən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etiansızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə, əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Qeyd edilən maddənin 3-ci hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Qeyd olunan Məcəllənin 72-ci maddəsində isə hansı konrket hallarda işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması öz əksini tapmışdır. Belə hallardan biri də qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsidir («d» bəndi) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin İ hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı, soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir. Məhkəmə mübahisələndirilən əmrin əsaslandırılmasına qiymət verməzdən əvvəl onun tərtib edilməsi zamanı yol verilmiş pozuntuları diqqətə çatdıraraq hesab edir ki, əmr Əmək Məcəlləsinin 76 və 84-cü maddələrinin tələbləri pozulmaqla verilmişdir. Belə ki, əmrdə faktiki olaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinin xitamı üçün 2 əsas yəni, həm işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsini özündə ehtiva edən ƏM-nin 70-ci maddəsinin “ç” bəndi, həm də qəsdən istehsal, kommersiya və ya dövlət sirrini yayması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsini ehtiva edən 72-ci maddəsinin “d" bəndi ayrıayrılıqda göstərilmişdir. Məhkəmə qeyd edir ki, ƏM-nin 70-ci maddəsinin “ç” bəndi özündə iki əsası ehtiva edir: 1. işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi; 2. yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması. Başqa sözlə, qanunverici bu iki normanın birlikdə tətbiq edilməsini nəzərdə tutmamışdır. Cavabdeh bu iki əsasdan birinə istinad edə bilərdi. Belə ki, əgər işçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsini təsdiq edən hallar mövcuddursa, belə olan halda Məcəllənin 70-ci maddəsinin “ç” bəndi müstəqil qaydada tətəbiq edilə bilərdi və 72-ci maddəsində sadalanan hallardan biri olan “d” bəndini tətbiq etməyə ehtiyac yox idi, yox əgər sonuncu normada göstərilən kobud pozuntu faktı mövcuddursa, belə olan halda isə həmin normanı müstəqil qaydada deyil, 70-ci maddənin “ç” bəndinin tərkib hissəsi kimi qeyd etmək lazım idi. Hər iki normada göstərilən əsaslar mövcud olduqda belə, qanunvericiliyin tələbinə əsasən, işçi ilə müqavilənin xitamı barədə əmrdə yalnız bir əsas göstərilməlidir. Bundan başqa, əmrdə əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməli olduğu halda, əmrin verilməsi əsası kimi heç bir sənəd göstərilməyərək, əsas kimi yalnız Əmək Məcəlləsinin 70 və 72-ci maddələri qeyd edilmişdir ki, bu hal da məhkəmə tərəfindən əmrin tərtibatı zamanı yol verilmiş nöqsan kimi qiymətləndirilir. Cavabdeh tərəf mübahisələndirilən əmrin verilməsinin əsası kimi izahatlarında İddiaçı “Dövlət sirri ilə işləməyə buraxılışın rəsmiləşdirilməsi haqqında» xx.xx.2016-cı il tarixli Müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə əməl etmədiyi, məzuniyyət müddətində məlumat vermədən xx.xx.2022-ci il tarixdə RF-na səfər etməklə Müdafiə Nazirliyinin xx.xx.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Ordusunda daxili təhlükəsizliyin təmin edilməsi haqqında» Təlimatın tələblərini pozduğu, «İşçilərin davamiyyətinin uçotu kitabı»nda 17-xx.xx.2022-ci il tarixlərdə işə gəlməsi və getməsi barədə imza etməklə, həmin günlərdə iş yerində olması barədə saxta qeydlər apardığı, Müdafiə Nazirinin 24 nömrəli, xx.xx.2018-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Azərbaycan Ordusunda dövlət qulluqçuları və mülki işçilərin idarə edilməsi və uçotu barədə» Təlimatın tələblərini pozması kimi hallara istinad edərək, iddiaçının əmək fəaliyyəti zamanı intizam məsuliyyətinə səbəb olan və işə götürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinə əsaslar yaradan əmək vəzifələrini kobud şəkildə pozduğuna görə xx.xx.2022-ci il tarixli, 224 nömrəli əmrin qanuna uyğun şəkildə qəbul edilməsini bildirmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçı barəsində əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən intizam tənbehi verilməsi üçün bir aylıq müddət buraxılmışdır. Belə ki, intizam tənbehinin verilməsi qaydaları və müddəti Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 187-ci maddəsi ilə tənzimlənir. Qeyd edilən maddənin 1-ci hissəsinə əsasən, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Həmin maddənin 2-ci hissəsinə əsasən, intizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. (3-ü hissə) Araşdırma zamanı intizam tənbehi verilməmişdən əvvəl işəgötürənin işçidən, yəni iddiaçıdan yazılı izahatın alınmaması da müəyyən edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan iddiaçının əmri və əmək kitabçasını almaqdan imtina etməsinə və bununla bağlı aktı imzalamasına dair xx.xx.2022ci il tarixli akt tərtib olunsa da, onun intizam tənbehi ilə izahat verməkdən imtina etməsinə dair akt məhkəməyə təqdim edilməmişdir. Bu isə intizam tənbehi verilməmişdən əvvəl işəgötürənin iddiaçıdan yazılı izahatının alınmamasını təsdiq edir. Cavabdeh tərəf, İddiaçı icazəsiz olaraq 06-17 yanvar 2022-ci il tarixdə Rusiya Federasiyasına və 16-22 mart 2022-ci il tarixlərində Gürcüstan Respublikasına dövlət sərhədini icazəsiz keçməsi ilə yanaşı, Əmək Müqaviləsində əlavə olaraq öz imzası ilə təsdiq etdiyi "Dövlət sirri haqqında 83 nömrəli təlimatın 113-cü bəndinə aid müqavilənin də şərtlərini pozması barədə Daxili Təhlükəsizlik İdarəsinin 7/02179 nömrəli 30 avqust 2022ci il tarixli məktubu daxil olduqdan sonra məlumatlı olduqlarını bildirsə də, məhkəmə iddiaya etirazın bu dəlilinə tənqidi yanaşaraq cavabdeh tərəfin iddiaçının göstərilən tarixlərdə sözügedən dövlətlərə getməsi barədə məlumatlı olmamalarına dair dəlillərini inandırıcı hesab etmir. Məhkəmə əmək müqaviləsinə qoşma olan xx.xx.2016-cı il tarixli «Dövlət sirri ilə işləməyə buraxılışın rəsmiləşdirilməsi barədə müqavilə»nin iddiaçının üzərinə götürdüyü öhdəliklər arasında anketə bilərəkdən yalan məlumatlar verməməsi və tərcümeyi halla bağlı dəyişiklikləri barədə məlumat verilməməsi ilə bağlı qeyd edir ki, iddiaçı tərcümeyi halını, anket məlumatlarını xx.xx.2016-cı ildə yazarkən onun məhkumluğunun olubolmamasına dair məlumatların düzgünlüyünü yoxlamaq işə qəbul zamanı araşdırılan hallara aid idi. İşin materiallarından görünür ki, iddiaya olan etirazın digər əsası kimi cavabdeh onun hərbi hissə komandirinə ərizə ilə müraciət edərək 19-xx.xx.2022-ci il tarixlərində Gürcüstan Respublikasına səfər edəcəyini göstərdiyi halda, xx.xx.2022-ci il tarixdə iş vaxtından sonra, həmin ölkəyə səfər edərək 17-xx.xx.2022-ci il tarixlərində iş yerinə gəlməməsinə, xx.xx.2022-ci il tarixdə ölkəyə qayıtdıqdan sonra, “İşçilərin davamiyyətinin uçotu kitabında 17-xx.xx.2022-ci il tarixlərində işə gəlməsi və getməsi barədə imza etməklə, həmin günlərdə onun iş yerində olması kimi saxta qeydlər aparmasına və bununla əmək intizamını və müəssisə daxili intizam qaydalarını kobud şəkildə pozaraq 2 (iki) iş günü 103 (yüz üç) manat 64 qəpik əlavə qazanc əldə etməsinə də istinad etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, 2022-ci il fevralın 7-də bacısı X7 rəhmətə getdi. Buna görə də xx.xx.2022-xx.xx.2022-ci il tarixinə növbəti məzuniyyət götürdü. Ərizədə bacısının rəhmətə getməsi ilə əlaqədar olaraq Gürcüstana gedəcəyini bildirdi. Cavabdeh tərəf iddiaçının bu göstərdiyi xüsusatları mübahisələndirməmiş, təkzib edəcək hər hansı bir sübut növü də məhkəməyə təqdim etməmişdir. Bu isə məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, iddiaçının bacısı Qurbanova Zöhrə 07 fevral 2022-ci il tarixində ölməsi ilə bağlı onun Gürcüstan Respublikasına getməsi üçün xx.xx.2022-xx.xx.2022-ci il tarixində növbəti məzuniyyət götürmüşdür. Başqa sözlə, iş yerində iddiaçının bacısının yas mərasiminin Gürcüstan Respublikasında keçirilməsi məlum idi. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri sayır ki, İddiaçı xx.xx.2022-ci il tarixdə ölkəyə qayıtdıqdan sonra, “İşçilərin davamiyyətinin uçotu kitabında 17-xx.xx.2022-ci il tarixlərində işə gəlməsi və getməsi barədə imza etməklə, həmin günlərdə onun iş yerində olması kimi qeydlər aparması özbaşına olmamaqla, ona bunu etməyə şərait yaradaraq icazə vermiş “İşçilərin işə davamiyyətinin uçotu kitabı”na məsul şəxs olan sexin tabelçisi Fəridə Abdullayevanın prokurorluqda verdiyi izahatında göstərilənlər nəzərə alınmalıdır. Belə ki, o, izahatında yuxarıda qeyd olunan tarixlərdə İddiaçı şifahi formada hərbi hissə komandirindən icazə almasını ona dediyini, həmçinin sonuncunun bacısının yas mərasimi və ümumi maddi vəziyyətini nəzərə alıb imza etməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəf iddiaçının 16-22 mart 2022-ci il tarixlərində Gürcüstan Respublikasına dövlət sərhədini icazəsiz keçməsini nöqsan kimi göstərsələr də, nədənsə iddiaçının bacısının vəfat etdiyi dönəmdə bununla əlaqədar olaraq Gürcüstana getməsinə irad bildirilmir. Məhkəmə xüsusi olaraq qeyd edir ki, cavabdeh iddiaçının 17 və 18 mart 2022-ci il tarixlərdə işə çıxmayaraq məlumat vermədən Gürcüstan Respublikasına getməsini göstərsə də, onun həmin tarixlərdə iş yerində olmaması aşkar hal idi və onun sonradan “İşçilərin işə davamiyyətinin uçotu kitabı”nda imza etdiyini və buna da kitaba məsul şəxs olan sexin tabelçisi Fəridə Abdullayevanın razılığı ilə həmin günlərdə onun iş yerində olması kimi qeydlər aparıb –aparmamasından asılı olmayaraq cavabdehin iddiaçının sözügedən tarixlərdə iş yerində olmaması barədə məlumatının olmaması qətiyyən inandırıcı deyildir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı 17 və 18 mart 2022-ci il tarixlərində işə çıxmayaraq onun “İşçilərin işə davamiyyətinin uçotu kitabı”nda iş yerində olması kimi qeydlər aparmasına icazə verən sexin tabelçisi Fəridə Abdullayevanın bu pozuntu ilə əlaqədar izahatının alınmasına və ya inzibati tənbehə məruz qalmasına dair cavabdeh tərəfindən məhkəməyə heç bir sənəd-sübut da təqdim edilməmişdir. Göründüyü kimi, İddiaçı bacısının 40 yas mərasiminin göstərilən tarixlərə təsadüf etməsi bəlli haldır və belə olan halda onun rəhbərliyə xx.xx.2022-ci ildə ərizə yazaraq 19 martdan icazə almasına baxmayaraq 16 mart 2022-ci il tarixdə Gürcüstan Respublikasına dövlət sərhədini icazəsiz keçməsinə dair irəli sürülən dəlillər əsassızdır. Bundan başqa, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidməti Bakı şəhər İdarəsinin İddiaçı Abuzər oğluna ünvanladığı xx.xx.2023-cü il tarixli məktubun məzmunundan görünür ki, iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xx.xx.2022-ci il tarixində qanunvericiliyin tələbləri pozularaq xitam verildiyi üçün N nömrəli Hərbi Hissənin komandiri vəzifəsini icra edən X16 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən xx.xx.2023-cü il tarixli ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul olunmuşdur. İş materialları ilə müəyyən olunur ki, X20 Xidmətinin göstərilən qərarı cavabdeh tərəfindən mübahisələndirilsə də, hazıradək bununla bağlı yekun məhkəmə qərarı qəbul edilməmişdir. Lakin, X20 Xidmətinin mövqeyi yuxarıda göstərilən kimi olmuşdur. İşin bu göstərilən halları, iddiaçının 2022-ci ilin 06-17 yanvar tarixlərində və 2022-ci ilin 16-22 mart tarixlərində əmək funksiyanı pozmasına dair məsələlərə Həmkarlar İttifaqı Komitəsində baxılaraq məhz xx.xx.2022-ci il tarixində qərar qəbul edilməklə bununla bağlı əmr verilməsi ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinin tələblərinin aşkar surətdə pozulmasını bir daha təsdiq edir. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinin tələbindən də göründüyü kimi, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etiansızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə, əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Məhkəmə hesab edir ki, N nömrəli hərbi hissə ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında N saylı, 0N sentyabr 2022-ci il tarixli əmrin verilməsinə əsas kimi göstərilmiş halların mövcudluğu məhkəmə baxışı zamanı kifayət qədər mötəbər sübutlarla öz təsdiqini tapmamışdır. Sözügedən halların mövcudluğu halında belə məhkəmə hesab edir ki, cavabdehin intizam tənbehini iddiaçı tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən 1 (bir) ay (06-17 yanvar tarixlərində Rusiya FR-na getdiyi vaxtdan nəinki 1 ay, 6 ay) keçdikdən sonra verilməsi faktı iddianın mübahisələndirilən əmrin qanunsuz olması nəticəsinə gəlməyə hüquqi əsas yaradır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı mübahisələndirilən əmrin qanunsuz olaraq verilməsi nəticəsində pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə cavabdeh tərəfin iddiaçının məhkəməyə müraciət üçün iddia müddətinin buraxılmasına dair ərizəsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin İİ hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296.3-cü maddəsinə əsasən isə, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. “Mediasiya haqqında” Qanunun 35-ci maddəsinin 1-ci bəndinə əsasən, mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Cavabdeh tərəfi iddia müddətinin tətbiqinə dair ərizəsinin əsası kimi iddiaçının xx.xx.2022-ci ildə onun barəsində əmrin verilməsini bildiyi halda xx.xx.2023-ci ildə məhkəməyə müraciət etməsinə istinad etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının prokurorluqda verdiyi izahatından məlum olur ki, o, əmrin mövcudluğundan xx.xx.2022-ci il tarixdə məlumatlı olmuş, xx.xx.2022-ci il tarixdə işdən çıxarılmasına etiraz olaraq həmin gün intihara cəhd etmiş, N nömrəli hərbi hissə komandirinin 0N sentyabr 2022-ci il tarixli, 224 saylı əmrinin səhv yazıldığı üçün qüvvədən düşməsi, eləcə də onun hərbi hissənin N nömrəli istehsalat sexinin 11-ci dərəcəli mühəndis-texnoloqu vəzifəsində iş yerində saxlanılması barədə 06 sentyabr 2022-ci il tarixli, 226 nömrəli əmrdən çıxarışı ona təqdim edilməklə intiharın qarşısı alınmışdır. Prorkurorluq tərəfindən aparılan araşdışma zamanı İddiaçı əvvəlki işinə bərpa olunması ilə bağlı heç bir hüquqi qüvvəsi olmayan formal əmrdən çıxarış hazırlanaraq əmrdən çıxarışda olan imzanın qarşısına arayış və zərflər üçün möhürü vurulması müəyyən edilmişdir. Lakin işin materiallarından görünür ki, İddiaçı 06 sentyabr 2022-ci il tarixli, 226 nömrəli əmrdən çıxarışı rəhbər tutaraq iş yerinə gəlsə də, onu işə buraxmamışlar və o bununla bağlı cavabdehə, digər orqanlara ərizə və şikayətlər yazmışdır. İşin materiallarından görünür ki, prokurorluq tərəfindən araşdırma xx.xx.2022-ci il tarixdə yekunlaşmışdır. Məhkəmənin qənaətinə görə araşdırma dövründə iddiaçının öz iş yerinə bərpa olunması ümidini itirməmiş və araşdırmanın nəticəsini gözləmişdir. Lakin işin materiallarından görünür ki, iddiaçıya prokurorluq orqanın qərarı barədə prokurorluq tərəfindən xx.xx.2022-ci il tarixdə məlumat verilmiş və bununla bağlı əlavə olaraq xx.xx.2022-ci il tarixli eyni məzmunlu məktubla da cavab verilmişdir. Bundan sonra iddiaçı hüquqlarının bərpası məqsədi ilə xx.xx.2022-ci il tarixdə mediasiya orqanına müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia müddətinin buraxılması halına yol verilmədiyindən hazırki mübahisəyə iddia müddəti tətbiq edilə bilməz. Məhkəmə həmçinin cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə qiymət verməkdə davam edərək qeyd etməyi zəruri sayır ki, bu ərizəsi ilə cavabdeh iddianın əsaslı olmasını bir növ etiraf etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianı rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (L.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli qərarlar). İddia müddətinin tətbiqinə dair yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyindən göründüyü kimi iddia əsaslı olarsa məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edə bilərlər. İddianın sübut olunmadığı halda iddia müddəti institutunun tətbiqi ehtiyacı ortadan qalxır. Başqa sözlə, məhkəmə hesab edir ki, cavabdeh iddianı əsassız saydığı təqdirdə onun əsassızlığına dair sübutları təqdim etməklə kifayətlənərdi. İşin materiallarından görünür ki, cavabdeh bununla bağlı üzərinə düşən vəzifəni yerinə yetirmək üçün müəyyən hərəkətlər etmişdir. Lakin məhkəmənin qənaətinə görə cavabdehin həm də iddia müddətinin tətbiqinə dair ərizə ilə müraciət etməsi iddianın əsaslı olmasının sübuta yetirildiyi halda həmin müddətin tətbiq edilməsinə nail olmaq məqsədi daşımışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300.1-ci maddəsində göstərilmişdir ki, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. İstinad olunan maddənin məzmunundan da görünür ki, iddia tələbindən asılı olmayaraq, əmək münasibətləri ilə bağlı məsələlərdə məhkəmə, iddiaçının hüquqlarının pozulduğunu müəyyən etdikdə, işçinin pozulmuş əmək hüquqlarını bərpa etməli, hətta tələb olmadığı halda belə məcburi iş buraxmaya görə əmək haqqını tutmaqla onu vəzifəsinə bərpa etməlidir. Eyni zamanda həmin normanın məzmunundan aydın olur ki, həmin normada nəzərdə tutulmuş tələb məhkəmənin vəzifəsi kimi müəyyən edilmiş və imperativ xarakter daşıyır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı barəsində olan N nömrəli hərbi hissə komandirinin N saylı, 0N sentyabr 2022-ci il tarixli əmri əmək qanunvericiliyinin tələbləri baxımından qanuni olmadığı üçün ləğv edilməli, iddiaçı N nömrəli istehsalat sexinin 11-ci dərəcəli mühəndis-texnoloqu vəzifəsinə bərpa olunmalı, xx.xx.2022-ci il tarixdən işə bərpa edilən günədək ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməlidir. Lakin, məhkəmə iddianın 9600 (doqquz min altı yüz manat) məbləğində maddi ziyan ödənilməsi hissəsinin təmin edilməsini mümkün saymır. Belə ki, iddiaçı cavabdeh tərəfindən ona göstərilən miqdarda maddi ziyan vurulmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının tələbləri üzrə cavabdehliyi Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsi daşıyır. Araşdırma zamanı Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsinin rəisi X6 hazırki iş üzrə fiziki şəxs olaraq cavabdehlik daşımalı olması müəyyən edilməmişdir. Odur ki, iddia X8 münasibətdə təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı barəsində olan N nömrəli hərbi hissə komandirinin N saylı, 0N sentyabr 2022ci il tarixli əmri ləğv edilsin. İddiaçı N nömrəli hərbi hissədə N nömrəli istehsalat sexinin 11-ci dərəcəli mühəndistexnoloqu vəzifəsinə bərpa olunsun. xx.xx.2022-ci il tarixdən işə bərpa edilən günədək İddiaçı N nömrəli hərbi hissə tərəfindən məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin. İddia qalan hissələrdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar