Məhkəmə qərarları › İş №2(009)-458/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-458/2021

17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-458/2021 17.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi, iddiaçı Bakı şəhər Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Bakı şəhər Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin – cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı «mənzil-kommunal xidmətlərinə görə yaranmış borcun tutulması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhər Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi - cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı «mənzil-kommunal xidmətlərinə görə yaranmış borcun tutulması» tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 mənzil haqqı üzrə 57,20 manat, Cavabdeh2 mənzil haqqı üzrə 107,52 manat, məişət tullantılarına görə 115,20 manat, Cavabdeh3 mənzil haqqı üzrə 212,52 manat, məişət tullantılarına görə 162 manat, Cavabdeh4 mənzil haqqı üzrə 79,12 manat, məişət tullantılarına görə 129 manat və Cavabdeh5 mənzil haqqı üzrə 57,60 manat, məişət tullantılarına görə 36 manat borcun tutulması, çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər mülkiyyət hüquqlarının qeydiyyat vəsiqəsinə əsasən yaşadıqlarıı mənzilin mülkiyyətçisidir və 9 saylı MKİS-in sakinləridir. İddiaçı idarəedici təşkilat kimi cavabdehdən Mənzil Məcəlləsinin 136-cı və 137-ci maddələrinə uyğun olaraq yaşayış sahəsinin saxlanmasına, təmirinə və həyətlərin süpürülməsi və məişət tullantılarının daşınması xidmətlərinə görə haqqlar üzrə borcu tələb edir. Kommunal xidmətlərə daxil olan digər soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatı ayrı-ayrı müstəqil təşkilatlar tərəfindən təmin edildiyindən cavabdehdən bu kommunal xidmətlərə görə ödənilməli olan haqq tələb olunmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 40 saylı Qərarına əsasən, özəlləşdirilmiş mənzillərin yerləşdiyi evlərin (binaların) saxlanması üçün xidmət haqqı hər bir kv.m yaşayış sahəsi üçün ayda 2 qəpik, məişət tullantılarının daşınmasına görə adambaşına ayda 30 qəpik miqdarında tariflər müəyyənləşdirilərək öhdəlik kimi mənzil sahiblərinin üzərinə qoyulmuşdur. Lakin cavabdehlər istifadə etdiyi yaşayış sahəsinə görə qanunla müəyyən edilmiş haqların ödənilməsindən əsassız olaraq imtina edirlər. Mövcud qanunvericiliyə görə kommunal xidmətləri göstərən təşkilatlarla (elektrik enerjisi, qaz, su təchizatı üçün) vətəndaşlar arasında müqavilə bağlanmalıdır, lakin cavabdeh bu təşkilatlarla müqavilə bağlamadığı halda, həmin xidmətlərin haqqını ödəyir, amma mənzil haqqı və məişət tullantılarının haqqlarını ödəməkdən əsassız imtina edirlər. Onlara xidmət müqaviləsi bağlamasını təklif etdikdə, bundan da imtina edir, halbuki cavabdehlə müqavilə olmadan da ona tərəflərindən zibil daşınması, binanın ümumi istifadə olan yerlərinin təmiri, həyətlərin süpürülməsi və s. kimi xidmətlər göstərilir. Cavabdehlərə qanuna riayət hissini aşılamaq, onun üzərinə dövlət tərəfindən qoyulmuş öhdəliyin yerinə yetirilməsini təmin etmək və dövlət büdcəsinə yığımların ödənişinə kömək məqsədilə idda tələbi təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş olunur. Sonradan iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, Cavabdeh2 mənzil haqqı üzrə 107,52 manat, məişət tullantılarına görə 115,20 manat, Cavabdeh3 mənzil haqqı üzrə 212,52 manat, Cavabdeh4 mənzil haqqı üzrə 79,12 manat, məişət tullantılarına görə 129 manat borcun tutulması, çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının etibarnamə əsasında nümayəndəsi iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda iddiaçı iddia tələbinin cavabdehlər Cavabdeh1 və Cavabdeh5 qarşı «mənzil-kommunal xidmətlərinə görə yaranmış borcun tutulması» tələbinə dair iddiası üzrə münasibətdə baxılmamış saxlanılmasını xahiş etmiş və məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia tələbi cavabdehlər Cavabdeh1 və Cavabdeh5 münasibətdə baxılmamış saxlanılmışdır. 9 saylı MKİS tərəfindən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ünvanlanmış xəbərdarlıqdan görünür ki, onlara mənzil-xidmət haqqına görə yaranmış borcunun olması və həmin borcun ödənilməsi tələb olunmuşdur. 9 saylı MKİS-in işçilər tərəfindən tərtib edilmiş və təsdiq edilmiş xx.xx.2020-ci il tarixli akta əsasən Y.İbrahimli küçəsi 6 saylı evin, 7 saylı mənzilin sahibi Cavabdeh1 mənzilə aid istismar borcunu – 57,20 manatı ödəməkdən imtina edir. Bu barədə ona yazılı xəbərdarlıq edilmişdir ki, mənzilə dair olan istismar xərcini ödəsin. Ona xidməti müqavilə bağlamnası haqqında müraciət edərkən, o müqavilə bağlamaqdan, imza etməkdən və xəbərdarlığı almaqdan imtina etmişdir. 9 saylı MKİS-in işçilər tərəfindən tərtib edilmiş və təsdiq edilmiş xx.xx.2020-ci il tarixli akta əsasən Y.İbrahimli küçəsi 6 saylı evin, 5 saylı mənzilin sahibi Cavabdeh2 mənzilə aid istismar və məişət tullantılarına görə borcunu – cəmi 222,72 manatı ödəməkdən imtina edir. Bu barədə ona yazılı xəbərdarlıq edilmişdir ki, mənzilə dair olan istismar xərcini ödəsin. Ona xidməti müqavilə bağlamnası haqqında müraciət edərkən, o müqavilə bağlamaqdan, imza etməkdən və xəbərdarlığı almaqdan imtina etmişdir. 9 saylı MKİS-in işçilər tərəfindən tərtib edilmiş və təsdiq edilmiş xx.xx.2020-ci il tarixli akta əsasən Y.İbrahimli küçəsi 6 saylı evin, 1 saylı mənzilin sahibi Cavabdeh3 mənzilə aid istismar və məişət tullantılarına görə borcunu – cəmi 374,52 manatı ödəməkdən imtina edir. Bu barədə ona yazılı xəbərdarlıq edilmişdir ki, mənzilə dair olan istismar xərcini ödəsin. Ona xidməti müqavilə bağlamnası haqqında müraciət edərkən, o müqavilə bağlamaqdan, imza etməkdən və xəbərdarlığı almaqdan imtina etmişdir. 9 saylı MKİS-in işçilər tərəfindən tərtib edilmiş və təsdiq edilmiş xx.xx.2020-ci il tarixli akta əsasən Az.prospekti 1 saylı evin, 16 saylı mənzilin sahibi Cavabdeh5 mənzilə aid istismar və məişət tullantılarına görə borcunu – cəmi 93,60 manatı ödəməkdən imtina edir. Bu barədə ona yazılı xəbərdarlıq edilmişdir ki, mənzilə dair olan istismar xərcini ödəsin. Ona xidməti müqavilə bağlamnası haqqında müraciət edərkən, o müqavilə bağlamaqdan, imza etməkdən və xəbərdarlığı almaqdan imtina etmişdir. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri İbrahimli küçəsi 6 saylı evin 7 nömrəli mənzili xx.xx.1997-ci il tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. MH seriyalı, 043498 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri İbrahimli küçəsi 6 saylı evin 5 nömrəli mənzili xx.xx.1995-ci il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri İbrahimli küçəsi 6 saylı evin 7 nömrəli mənzili xx.xx.1997-ci il tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. ÖM seriyalı, 211917 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri İbrahimli küçəsi 6 saylı evin 1 nömrəli mənzili xx.xx.2004-cü il tarixdə Cavabdeh3 adına qeydiyyatdan keçmişdir. MA seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, N.Rəfibəyli ev 3/5, mənzil 30 Cavabdeh4 xüsusi mülkiyyətindədir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdehlər müvafiq olaraq Bakı şəhəri İbrahimli küçəsi 6 saylı evin 7 nömrəli mənzilinin, Bakı şəhəri İbrahimli küçəsi 6 saylı evin 5 nömrəli mənzilinin, Bakı şəhəri İbrahimli küçəsi 6 saylı evin 7 nömrəli mənzilinin, Bakı şəhəri, N.Rəfibəyli ev 3/5, mənzil 30-un və Bakı şəhəri, Azərbaycan prospekti 1 saylı evin 16 nömrəli mənzilinin mülkiyyətçisidirlər və müvafiq olaraq həmin mənzillərdə yaşayış yeri üzrə qeydiyyatdadırlar. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdehlər mənzil xidmət haqqını və məişət tullantıları haqqını ödəməmiş və bu xidmətlərə görə borc yaranmışdır. İddiaçı tərəfindən borcun ödənilməsi ilə bağlı cavabdehlərə bəxəbdarlıq olunsa da, həmin haqq hal-hazırki vaxtadək ödənilməmişdir. Bu səbəbdən iddiaçı yaranmış borcun tuutlması ilə bağlı məhkəməyə müraciət etmişdir. AR Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaranır(maddə 135.2.4). Həmin Məcəllənin 136.2-ci madəsinə əsasən çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: 136.2.1. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; 136.2.2. kommunal xidmətlərə görə haqq. Göstərilən Məcəllənin 137.10-ci maddəsinə əsasən mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. Məhkəmə qeyd edir ki, cavabdehlər tərəfindən mülkiyyətində olan mənzilə görə haqq ödənilmədiyindən, iddiaçı həmin borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda tam haqlı olmuşdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehlər arasında yaşayış sahəsinə görə haqqın ödənilməsi ilə bağlı müqavilə yoxdur. Lakin iddiaçı tərəfindən hal-hazıradək cavabdehə xidmət göstərilmişdir. Digər tərəfdən iddiaçı tərəfindən yaşayış sahəsinin saxlanması üçün müqavilənin bağlanılması iddiaçıya təklif olunsa da, iddiaçı müqavilə bağlamaqdan imtina etmişdir. Mənzil Məcəlləsinin 138.1-ci maddəsinə əsasən yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq çoxmənzilli binanın ümumi əmlakının qanunvericiliyin tələblərinə müvafiq olaraq saxlanmasını təmin edən miqdarda müəyyən edilir. Göstərilən Məcəllənin 140.3-cü madəsinə əsasən əgər çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi yığıncaqda yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarının müəyyənləşdirilməsi barədə qərar qəbul etməzlərsə, bu miqdar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatıı Departamentinin xx.xx.2005-ci il tarixli 153/2 saylı sərəncamına əlavəyə əsasən AR Nazirlər Kabinetinin xx xxxx 2000-ci il tarixli 40 nömrəli qərarı ilə tənzmlənin mənzil-kommunal xidmət tarifləri ödəniş qəbzlərində, eyni zamanda həm köhnə, həm də yeni miqyasda, denominasiya olunmaqla mənzil xidməti tarifləri 1 kv.m yaşayış sahəsi üçün ayda 2 qəpik, məişət tullantılarının daşınması və zərərsizləşdirilməsinə görə adambaşı ayda 14 qəpik miqdarında müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdehlər tərəfindən mənzil xidmət haqqı və məişət tullantılarının daşınması ilə bağlı yaranmış borc ödənilmədiyindən, iddia borcun tutulması hissəsində təmin edilməlidir. Məhkəmə eyni zamanda iddia tələbinin çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin bağlanması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması tələbi üzrə qeyd edir ki, həmin hissədə tələb əsassızdır və təmin edilə bilməz. AR Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Qeyd edilən Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə ilk növbədə qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Yəni müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir və insanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir və tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Yəni şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır. Məhkəmə qeyd edir ki, müqavilənin bağlanması tərəflərin iradə ifadəsinə bağlı olduğundan, müqavilənin bağlanması üçün iki tərəfin qarşılıqlı razılığı tələb olunur. Məhkəmə hesab edir ki, Bakı şəhər Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin çoxmənzilli binanın idarə edilməsi ilə bağlı xidmət müqaviləsinin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması müqavilə azadlığı prinsipini pozur və digər tərəfin iradəsinə zidd ola bilər ki, bu da yolverilməzdir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə həmçinin «Dövlət rüsumu haqqında» Qanununun 9.1.14 və 9.1.15-ci maddələrinə əsasən hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan və dövlət rüsumu ödəməkdən azad olunduğundan, cavabdehdən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 20 manat pulun 10 manat hissəsi tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Ödənilməmiş mənzil xidmət haqqına görə və məişət tullantılarına görə 222,72 manat məbləğində pul vəsaiti Cavabdeh2, mənzil xidmət haqqına görə 212,52 manat məbləğində pul vəsaiti Cavabdeh3, mənzil xidmət haqqına və məişət tullantılarına görə 208,12 manat məbləğində pul vəsaiti Cavabdeh4 tutulub Bakı şəhər Səbail rayon MKTB-yə ödənilsin. Dövlət rüsumunun əvəzi kimi 10 (on) manat məbləğində pul cavabdehlərdən tutulub dövlət nəfinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətinə Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar