Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-477/2022 04.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X12 Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi, İddiaçının nümayəndəsi-vəkili X6 və cavabdehin nümayəndələri X8 və X2 iştirakları ilə, İddiaçı Cavabdeh2 MMC-yə qarşı “işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 04 mart 2022ci il tarixdə, Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - cavabd Cavabdeh2 MMC-yə qarşı “işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və s.” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının işdən azad olunmağına dair 01 dekabr 2021-ci il tarixdə yazmış olduğu ərizənin etibarsız hesab olunması, 02 dekabr 2021-ci il tarixli əmrin ləğv edilməsi, əvvəlki iş vəzifəsinə bərpa edilməsi və buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ilk dəfə 10 aprel 2004-cü il tarixdə Astara rayonunun Səncərədi kəndində yerləşən Poçt-rabitə şöbəsində poçtaliyon kimi əmək fəaliyyətinə başlamışdır. 15 aprel 2005-ci il tarixdə Astara rayon mərkəzində yerləşən poçt filialına əməliyyatçı vəzifəsinə keçirilmişdir. 11 avqust 2005-ci il tarixdə ailə həyatı qurmuşdur. Ailə qurmağı ilə əlaqədar olaraq, 26 avqust 2005-ci il tarixdə əmrlə yenidən Astara rayon Səncərədi kəndində fəaliyyət göstərən poçt-rabitə şöbəsinə poçtaliyon vəzifəsinə keçirilmişdir.23 noyabr 2019-cu il tarixdə öz xahişinə əsasən işlədiyi poçtaliyon işinə xitam verilmişdir. Buna səbəb ailəsi ilə birlikdə yaşamaq üçün Bakı şəhərinə köçməyi olmuşdur.Yenidən poçt-rabitə sahəsində işləmək üçün imtahan verməklə müsabiqədə iştirak etmişdir. Həmin imtahan və müsabiqənin nəticəsində uğur qazanmışdır.Verdiyi imtahanın uğurlu nəticəsi olaraq o 04 mart 2019-cu il tarixdə Cavabdeh2 MMC-nin 1 saylı Poçt filialının 10 saylı Poçt şöbəsinə müddətli əmək müqaviləsi ilə əməliyyatçı vəzifəsinə işə təyin edilmişdir.16 noyabr 2020-ci il tarixdə Cavabdeh2 MMC-nin 1 saylı Poçt Filialının 33 saylı poçt şöbəsinə əməliyyatçı vəzifəsinə keçirilmişdir.02 dekabr 2021-ci il tarixdə isə formal cəhətdən belə görünsədə öz ərizəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2”a” bəndinə əsasən guya öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmiş və o işdən azad edilmişdir. Əsil həqiqət isə belə deyil. Onu işdən çıxmaq üçün ərizə yazmağa məcbur edib və hədə-qorxu gəliblər. Onu işində baş vermiş bir hadisə ilə əlaqədar işdən çıxmağa məcbur etdilər və əgər öz xoşu ilə işdən çıxmasa tutduracaqları ilə hədələdilər.Belə ki, sonuncu iş yeri olan Bakı şəhəri, Nəsimi rayonu, ərazisində yerləşən 1 saylı Poçt Filialının 33 saylı poçt şöbəsində işdə olarkən təxminən günorta vaxtı bir nəfər qadın şöbəyə daxil oldu. O, əvvəlcə şöbənin işçisi Sevda adlı qadına yaxınlaşıb, evini satdığını və pulunu dollara dəyişmək istədiyini bildirdi. Sevda adlı qadında pulunu dollara dəyişmək istəyən həmin qadını ona yönəltdi. Qadın ona da bildirdi ki, öz evini satıb və həmin pulları dollara dəyişmək (çevirmək) istəyir. O həmin şəxsin adını yoxlayanda məlum oldu ki, 2021-ci il tarixə onun milli pulu dollara dəyişmək limiti tam dolmuşdur. O bu vəziyyəti poçt şöbəsinin rəisi Adəm adlı şəxsə danışdı. O,dedi ki, qadına, yəni müştəriyə kömək edək. Sonra onun milli pullarını dollara dəyişməyimizə razılıq verdi. Təxminən həmin gün mərkəzə iyirmi min dollar sifariş verdilər. Bir və ya iki gün sonra mərkəz onlara satış üçün sifariş verdikləri dolları göndərdi və dollar onların şöbəsinə daxil oldu. Dollar gələndən sonra zəng edib, pulunu dollara dəyişmək istəyən qadını şöbəyə dəvət etdilər. Həmin qadın gəldi. Həmin dolların bir hissəsini öz adına, bir hissəsini iş yoldaşı Aynur Hüseynovanın adına və bir hissəsini isə X13 adlı müştərinin adına satış həyata keçirdilər. Müştəri qadının öz adına limit dolduğu (keçdiyi) üçün onun adına satış həyata keçirmədilər. Bu hadisə təxminən 10 avqust 2021-ci il tarixdə baş vermişdir. 30 noyabr 2021-ci il tarixdə isə bu məsələni hallandırıb onun işdən çıxmağına səbəb oldular. Bütün bu işləri o özbaşına deyil şöbə rəisi Adəm müəllimin birbaşa razılığı və göstərişi əsasında etmişdir. Əgər bu iş qanunsuz işdirsə, bu işdə onunla bərabər digərləridə təqsirlidirlər. Bu işin təqsirini onun üstünə atıb, onun tutdurmaqla qorxudaraq işdən çıxmağa məcbur etmək tam qanunsuz və ədalətsiz bir hərəkətdir. O bu barədə rəhbərliyə də öz iradını bildirmişdir. O, onlara demişdir ki, Siz mənim qadınlığımdan istifadə edib, məni tutdurmaqla qorxudaraq işdən çıxmaq barədə ərizə yazmağa məcbur etdiniz. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş etmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş etirazda qeyd edilmişdir ki, ilkin olaraq İddiaçı öz ərizəsində bildirmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən 1 saylı Poçt filialının 33 saylı poçt şöbəsində olarkən günorta vaxtı naməlum bir xanım şöbəyə daxil olub və şöbənin digər işçisi Sevda adlı qadına yaxınlaşıb. Həmin qadın pulunu dollara dəyişmək istədiyini bildirib və Sevda adlı qadın onu İddiaçı yönəldib. Yoxlayan zaman müəyyən olunmuşdur ki, həmin naməlum qadının 2021-ci il tarixdə pulu dollara dəyişmək limiti dolub. ona görə də İddiaçı qeyd edir ki, bu vəziyyəti filialın müdiri X5 bildirmiş və onun razılığını alaraq həmin şəxsə dollar satışını həyata keçirmişdir. Məlumat üçün bildirilir ki, 01.12.2021-ci il tarixdə işçi X3 çağırılaraq izahatı alınmışdır. Həmin izahatda açıq və aydın şəkildə bildirmişdir ki, müştəri X9 şəxsiyyət vəsiqəsindən onun icazəsi olmadan istifadə etmiş və onun adına saxta imza atmışdır. Əlavə olaraq daha iki nəfərlə bağlı analoji qeyri-qanuni hərəkətə yol vermiş və bunu səmimi şəkildə etiraf etmişdir. Sonda bu izahatı özü öz imzası ilə təsdiq etmişdir. Bundan başqa eyni tarixdə X3 öz iradəsi ilə əmək müqaviləsinə 02.12.2022-ci il tarixində xitam verilməsi ilə bağlı ərizə ilə müraciət etmiş və onun ərizəsi qəbul olunaraq göstərilən tarixdə 2997 saylı əmrlə işdən azad edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 5-ci bəndinə əsasən işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək işçinin öz təşəbbüsü ilə bağlı əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Nəticə olaraq işçi dəqiq işdən çıxmaq istədiyi vaxtı göstəribsə bu zaman işəgötürən elə həmin tarixdə də əmək müqaviləsinə xitam verə bilər. Burada işçi konkret olaraq 02.02.2021-ci il tarixində çıxmaq niyyəti olduğunu qeyd etdiyinə görə onun həmin tarixdə də işdən azad olunması əsaslıdır. Bundan başqa 29.11.2021-ci il tarixli Azərbaycan Respublikası Mərkəzi X4 bölməsindən əməliyyatın aparılması ilə bağlı daxil olmuş sorğuya Cavabdeh2 MMC tərəfindən belə bir məzmunda cavab verilmişdir: “Bildiririk ki, müştərinin valyuta mübadiləsi əməliyyatının şübhəli olduğu və həmin əməliyyatın həqiqətən də “Azərpoçt" MMC-nin 1 saylı Poçt filialının 33 saylı poçt şöbəsində qeyri-sağlam şəkildə aparılması aşkarlanmışdır. Belə ki, 33 saylı poçt şöbəsinin əməkdaşı İddiaçı, müştərinin iştirakı və xəbəri olmadan valyuta mübadiləsi etmiş və digər şəxsə həmin valyutanı satmışdır. Eyni zamanda nəzərinizə çatdırırıq ki, müştərinin şəxsiyyət vəsiqəsinin surəti daha öncə həyata keçirdiyi digər əməliyyat nəticəsində şöbədə saxlanılmışdır. Səmədova Ruhiyyə həmin vəsiqədən istifadə edərək anket hazırlamış və müştərinin əvəzinə özü sənədi imzalamışdır. Qeyd olunanlara əsasən onu demək istəyir ki, X3 tərəfindən işdən çıxmağa bağlı ərizənin təhdid və təzyiqlərə məruz qalaraq yazılması tamamilə əsassızdır və böhtandır. Birincisi ilk məhkəmə iclasında özünün də qeyd etdiyi kimi, işdən çıxarılmaq məsələsi işçinin yəni, X1 öz təşəbbüsü ilə ortaya atılmışdır. İkincisi isə bütün bu böhtanlar öz qeyri-qanuni əməllərini gizlətmək məqsədi güdmüşdür. Belə ki, işçinin öz səlahiyyətlərini aşaraq digər şəxslərin yerinə onların xəbəri olmadan pul əməliyyatları həyata keçirməsi və saxta imza atması tamamilə yolverilməz bir haldır. Öz əməllərinin ortaya çıxdığı məlum olan işçi öz təklifi ilə əmək müqaviləsinin xitamı ilə bağlı ərizə yazmış və 02.02.2021-ci il tarixdə 2997 saylı əmrlə onun müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin tərəflərin birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsini göstərən 2 “a” bəndi ilə işdən azad olunmuşdur.Qeyd olunanlardan belə nəticəyə gəlinir ki, iddiaçı öz əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini ciddi şəkildə, bilərəkdən pozmuş və yerinə yetirməmişdir. Etiraza əlavə olunmuş iddiaçıya aid 12 noyabr 2020-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilədən görünür ki:
1. Poçt müəssisəsinin baş kassasında (poçt şöbələrinin kassalarında) olan nağd pulun və digər qiymətlilərin, ona etibar edilmiş başqa maddi sərvətlərin qorunmasını təmin etməlidir, onlara təhlükə yaradan hallar barədə rəhbərliyə vaxtında xəbər verir və təhlükənin qarşısını almaq üçün öz imkanı daxilində lazımi tədbirlər görməlidir.
2. Kassada nağd pulun və digər qiymətlilərin qəbulu və verilməsi zamanı əməliyyat prosedurlarını müvafiq qaydalara uyğun olaraq həyata keçirməlidir.
3. Ona etibar edilmiş nağd pul və digər qiymətlilərin mühafizə qaydalarına uyğun olaraq qorunub saxlanmasını təmin etmək iddiaçının vəzifə təlimatıdır və o, 12 noyabr 2020-ci il tarixdə təlimatla tanış olmuşdur. İşçi bu vəzifələri yerinə yetirmədikdə və təqsirli hərəkətləri nəticəsində işəgötürənə ziyan vurduqda, Azərbycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq, həmin ziyanın ödənilməsinə tam maddi məsuliyyət daşıyır. Buradan da göründüyü kimi, işçi öz vəzifələrini lazımınca yerinə yetirməyib və qeyri-qanuni hərəkətlərə yol verib. Bunu öz ifadəsində də qeyd edən X3 daha sonra öz müstəqil iradəsi ilə ərizə yazaraq əmək müqaviləsinə xitam verilməsini və işdən azad olunmasını tələb edib. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi O.Qurbanov iddiaya etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmamasını xahiş etdi. O, eyni zamanda bildirmişdir ki, cavabdeh tərəfindən iddiaçıya işdən azad olunmasına görə heç bir təsir göstərilməmişdir. İddiaçı öz xahişi ilə işdən azad olunmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi E.Kərimli iddiaya etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: 02 dekabr 2021-ci il tarixli 2997 nömrəli əmrin surətindən görünür ki, İddiaçı Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən azad olunmuşdur. Cavabdeh2 MMC tərəfindən verilmiş 23.12.2021-ci il tarixli xasiyyətnamədə qeyd olunmuşdur ki, İddiaçı rabitə sahəsində əmək fəaliyyətinə 10.04.2004-cü ildə başlamış, həmin tarixdən 23.11.2018-ci il tarixinədək Astara rayonunun Səncərədi kənd poçt şöbəsində poçtalyon, əməliyyatçı vəzifələrində işləmişdir. 04.03.2019-cu il tarixdən 1 saylı Poçt filialının 10 saylı Poçt şöbəsinə əməliyyatçı vəzifəsinə işə qəbul edilmiş, 16.11.2020ci il tarixdə 33 saylı poçt şöbəsinə əməliyyatçı vəzifəsinə keçirilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Cavabdeh2 MMC-də poçtalyon vəzifəsinə işə qəbul olunmuş, sonradan əməliyyatçı vəzifəsinə keçirilmişdir. İddiaçı ərizə yazdığı dövrdə başqa işəgötürənlə işə düzəlməsi üçün danışıqlar apardığından işdən azad olunması üçün ərizə ilə Cavabdeh2 MMC-yə müraciət etmiş və 02.12.2021-ci il tarixdə öz təşəbbüsü ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 42.2-ci maddəsinə əsasən əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır. 69.3-cü maddəsinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Beləliklə, işçi öz təşəbbüsü ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün ərizə ilə işəgötürənə müraciət etmiş, işəgötürən isə öz növbəsində qanunvericiliyin tələbinə və əmək müqavilənin tələblərinə uyğun olaraq işçi ilə bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Bu səbəbdən işçinin Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə işdən azad olunmasında qanunvericiliyə zidd heç bir hərəkət olmamışdır. Bundan başqa iddiaçı cavabdeh tərəfindən ona işdən çıxmasına dair ərizə yazması üçün təsir göstərildiyini bildirsə də, bunu təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh2 MMC-yə qarşı “işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və s.” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: İlkin Rüstəmli