Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-484/2024 15.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi, İddiaçı, onun nümayəndə və vəkili Nümayəndə2, Cavabdeh1, onun nümayəndə və vəkili Nümayəndə1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun uşaqları xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2017-cı il təvəllüdlü X6 ilə birlikdə hazırda əmlaklarının olduğu və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşadığı Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi, 170 saylı evin 6 saylı mənzilinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh2 ilə 18 aprel 2015ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. X8 - Bakı Nikah evinin nikahın bağlanması haqqında akt qeydləri kitabında 434 № ilə dövlət qeydiyyatına alınmışdır. Bigə nikahdan xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X7 adlı iki övladı doğulmuşdur. Cavabdeh2 ilə ailə qurduqdan sonra bir müddət normal münasibətdə yaşamışlar, lakin sonradan münasibətləri kəskinləşmiş, xasiyyətləri birbirinə uyğun gəlməmiş, aralarında dəfələrlə mübahisə yaranmışdır. Onun iddiasına əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2409/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə aralarında olan Səadət Sarayı - Bakı Nikah evinin nikahın bağlanması haqqında akt qeydləri kitabında 434 №-li akt qeydi ilə qeydiyyata alınmış nikahın pozulması, birgə nikahlarından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X4 və 03 06.2017-ci ıl təvəllüdlü X3 nikah pozulduqdan sonra anası, İddiaçı yanında saxlanılması, onların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat məbləğində alimentin Cavabdeh2 İddiaçı xeyrinə tutulması qət edilmişdir. Hazırkı iddia ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələblərinə müvafiq olaraq, göstərilən mübahisənin həlli üçün mediasiya sessiyasında iştirak etmiş və ona “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə əsasən “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” 09 yanvar 2024-cü il tarixli, MSB/2-04098/2023 saylı arayış verilmişdir. O, ailə qurarkən Cavabdeh2 yaşadığı Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən evə gəlin gəlmişdir. Həmin evdə Tural ilə birlikdə təxminən 3 il yaşadı, qaynanası Cavabdeh1 isə həmin vaxt baldızı Təranə Aslanova ilə birlikdə Təranənin ailəsinə məxsus olan evdə yaşayıb. Həmin evdə onların iki övladı, xx.xx.2016-cı il təvəllüdlü X4 və 03.06 2017-ci il təvəllüdlü X7 dünyaya gəlmişdir. Sonra həyat yoldaşı Tural həmin evi satmaq qərarına gəldiyi üçün onlar birgə nikah dövründə sözügedən evi satıb, Bakı şəhəri Nizami rayonu ərazisində metronun "xxxx" stansiyasının yaxınlığındakı Özbəkistan küşəsində yerləşən bir ev aldılar və orada o, Tural və iki uşaqları ilə birlikdə yaşamağa başlamışlar. 2021-ci ildə Tural onu övladları ilə bərabər həmin evdən qovdu, anası Cavabdeh1 isə Turalı 2 saylı klinik xəstəxanaya yola saldı, o da, övladları ilə bərabər anasıgilə getdi və orada 2 ay yaşadı. Həmin ildə evin satılmasına görə evlərində həmişə söz-söhbət olurdu və Turalın anası tez-tez Turala evi satlığa qoymasını deyirdi, Tural isə o vaxt ondan boşanmaq istəyirdi və evi planlı şəkildə satdı. Evin satılmasına onun əvvəlcə razılığı yox idi, lakin onlar min cür dil töküb və onu boşamayacaqlarını deyərək razılığını aldılar (çünki o, boşanmaq və ailəni dağıtmaq istəmirdi). Metronun “Gənclik” stansiyasının yaxınlığında yerləşən notariat kontorunda alqı-satqı etdilər (qaynanası Cavabdeh1, qardaşı Hüseynin iştirakı ilə) və bundan sonra 2021-cı ildə ünvan 1 ünvandakı evi aldılar. Həmin vaxt Cavabdeh2la birgə nikahda idi və Bakı şəhəri, Yasamal rayonunda yerləşən ASAN xidmətdə rəsmiləşdirmə aparılarkən, o və qaynanası da oraya getmişlər. Onun də razılığı olmadan aşağıda onu saxlamışdılar, yuxarı qoymurdular. Həmin vaxt onun xəbəri olmadan planlı şəkildə evlərini qaynanası Cavabdeh1 adına rəsmiləşdirdilər. Onu da qeyd edir ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 19 saylı Dövlət Notariat Kontoruna ərizə ilə müraciət edərək uşaqları Zeynəb və Həsənin, bundan bir neçə gün sonra isə onun da həmin ünvana qeydiyyata düşməsinə etiraz etmədiyini bildirmişdir. O vaxtdan onun qara günləri başlandı. Çünki evli olduqları müddətdə heç vaxt onlarla yaşamamış qaynanası indi bu evin mülkiyyətçisi oldu və hər addımbaşı onu bu evdən qovmaq üçün müxtəlif planlar cızdı, hiylələr qurdu, hətta onun ərini bir neçə dəfə ruhiəsəb xəstəxanasına yerləşdirdi. Anasının sözü ilə oturub-duran əri Tural isə ona qarşı günbəgün şiddətli davranmağa başladı, evdə dava-dalaş və söz-söhbət adi hala çevrildi. Ona atılan bu cür böhtanlara, göstərilən şiddətlərə dözməyərək, son 2 ildə əri Turalın ailə və uşaqlara baxmaması, son aylarda isə onları ataraq naməlum istiqamətə getməsinə dözməyərək, nikahın pozulması, uşaqların onun yanında saxlanılması və aliment tələbi barədə iddia ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etdi və məhkəmənin 2(009)-2409/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edildi. Bu fürsətdən məharətlə istifadə edən, heç vaxt onlarla birgə yaşamamış, yalnız 2021-ci ildə ünvan 1 ünvandakı mənzilin onun razılığı və xəbəri olmadan onun adına rəsmiləşdirilməsi nəticəsində “mülkiyyətçi” olmuş qaynanası Cavabdeh1 uşaqları ilə birlikdə yaşadığı həmin mənzilə gələrək giriş qapısının açarını dəyişmiş, onu iki azyaşlı uşağı ilə birlikdə mənzillərinə buraxmayaraq bayırda saxlamışdır. Sonuncu dəfə iki ay bundan əvvəl uşaqları dərsdən götürüb evə gələndə qaynanası Cavabdeh1 onları evə buraxmaqdan qəti şəkildə imtina etdi və üstlərinə qışqırıb buradan çıxıb getmələrini tələb etdi. Heç bir yerə getməyə yerləri olmadığı üçün polis əməkdaşları onları sığınacağa aparmaq istədilər. Lakin o, utanıb bunu özünə sığışdırmadığı üçün qohumlarının və tanışlarının evinə sığındı, hətta uşaqları ilə bərabər parkda gecələdiyi vaxtlar olubdur. Bütün bunlardan polis əməkdaşlarının kifayət qədər məlumatları vardır. O, Cavabdeh2 ərə gəldiyi 18 aprel 2015-ci il tarixdən qaynanası Cavabdeh1 ilə deyil, Tural ilə birgə yaşamış olduğu evlərin satışından əldə olunmuş pulla birgə nikahda olduqları dövrdə, 2021-ci ildə onun xəbəri və razılığı olmadan, aldatma yolu ilə formal olaraq qaynanası Cavabdeh1 adına alınan ünvan 3 ünvandakı mənzildə ailə üzvü kimi 2021-ci ildən 2023-ci ilin axırlarına qədər yaşamışdır. Cavabdehlə münasibətləri korlandığından 2023-ci ilin axırlarında cavbdehlər (əsasən də qaynanası Cavabdeh1) tərəfindən iki uşağı ilə birlikdə bu evdən zorla çıxarılmış və daha sonra cavabdehlər onu evə buraxmamışlar. Hazırkı tarixədək onun bütün cehiz əmlakları həmin ünvandadır. Cehiz əşyaları, ona məxsus əmlaklar cavabdehlərin səhlənkarlığı ucbatından və baxımsızlıqdan korlanmaq üzrədir. Hazırda onun yaşamaq üçün başqa yaşayış yeri yoxdur, uşaqları ilə birlikdə təsadüfi yerlərdə, faciəli şəraitdə daldalanmağa məcbur olmuşdur. Uşaqları azyaşlı olduqlarına görə onları heç yerdə qoyub işləyə bilmir, müxtəlif xəstəliklərdən əziyyət çəkir, bu yaxınlarda əməliyyat olunmalıdır, uşaqları isə atalarının və ata nənələrinin onlara qarşı bu cür qeyri-insani münasibətlərinə görə normal həyat şəraitindən tamamilə məhrum olmuşlar, evsiz-eşiksiz qalmışlar, normal təhsil ala bilmirlər, yarıac, yarıtox həyat sürürlər, tez-tez xəstələnirlər, oğlu Həsən isə sətəlcəm xəstəsidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmiş, eləcə də bildirmişdir ki, o, 2015-ci ildə Cavabdeh2la ailə quraraq, Turalın yaşadığı Yeni Yasamaldakı evə gəlin köçmüş və cehiz əmlakını da həmin evə aparmışdır. Həmin evdə Turalla birlikdə yaşamış, qaynanası Cavabdeh1 isə öz qızının yanında yaşayırdı. Orada 3 il yaşamışdır. Onun 2ci uşağı doğulduqdan bir müddət sonra Tural o evi satdı. Həyat yoldaşı Tural Bakı şəhəri Nizami rayonu ərazisində metronun "xxxx" stansiyasının yaxınlığında MTK-dan kreditlə ev götürdü. O vaxt həyat yoldaşı Tural Amerika səfirliyində işləyirdi, maaşı yaxşı idi və kreditin pulunu ödəyə bilirdi. Sonra kreditə görə az pul verdi. Bundan sonra Tural həmin evi satıb özünə maşın aldı. Həmin kooperativ evdə o, 2021-ci ilə qədər yaşadı, sonra Tural onu evdən qovdu və o, uşaqları ilə birlikdə gedib 2 ay öz valideynlərinin yanında yaşadı. Sonra barışaraq yenə həmin mənzilə qayıtdı. Sonra yoldaşı Tural xəstəxanaya yerləşdirildi. Xəstəxanadan çıxandan sonra Cavabdeh1 Turala təzyiq edəedə, guya krediti ödəyə bilmir adı ilə, MTK-dakı evi satdırdı. Bundan sonra 2021-ci ildə Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi 170, ev 6 ünvanında yerləşən mənzili qaynanası Cavabdeh1 adına aldılar. Həmin evə köçüb 2023-cü ilə qədər yaşadılar. Qaynanası Cavabdeh1 əvvəlcə ərizə ilə müraciət edərək onun uşaqlarını, sonra onu mənzildə qeydiyyata saldırdı. Cavabdeh1 onu uşaqları ilə birlikdə evdən qovandan sonra onları mənzildə qeydiyyatdan çıxarmışdır. Onun və uşaqlarının mübahisəli evdən başqa yaşamağa başqa yerləri yoxdur, onun və uşaqlarının bütün əşyaları həmin mənzildədir. Ona görə də, iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndə və vəkili Nümayəndə2 iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş emişdir. Məhkəmə iclasında Cavabdeh1 vəkili Nümayəndə1 iddia tələbini qəbul etməyərək, onun əsassız olduğu üçün təmin edilməməsini xahiş etmiş və izah etmişdir ki, İddiaçı övladları - xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X7 ilə birlikdə hazırda əmlaklarının olduğu ünvan 4 ünvanında yerləşən mənzilə köçürülməyi xahiş etmişdir. İddiaçı Cavabdeh1 keçmiş gəlini olub. Beləki, İddiaçı ilə cavabdehin oğlu Cavabdeh2 xx.xx.2015-ci il tarixdə birgə nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Tərəflər ailə qurduqdan sonra Cavabdeh1 mülkiyyətində olan mənzildə yaşamışlar. Tərəflərin birgə nikahdan 2 övladları dünyaya gəlmişdir. Lakin Səbail rayon məhkəməsinin 2(009)-2409/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tərəflərin xx.xx.2015-ci il tarixli rəsmi nikahına xitam verilmişdir. Belə olduğu halda, tərəflər arasındakı qohumluq münasibətlərinə son qoyumuş və ümumiyyətlə aralarında heç bir bağ qalmamışdır. Lakin bu gün İddiaçı övladları ilə birlikdə Cavabdeh1 məxsus, onun mülkiyyətində olan mənzilə, ünvan 4 ünvanında yerləşən mənzilə köçürülməyi tələb edir. İddiaçının bu gün köçürülməsini tələb etdiyi ünvan 4 ünvanında yerləşən mənzil, həmçinin ailə qurduqdan sonra gəlin köçüb yaşadıqları Bakı şəhəri Yasamal rayonu ərazisindəki ev, həmin evə dair xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsi var, eyni zamanda Qara Qarayev metro stansiyası yaxınlığındakı koopertativ mənzil Cavabdeh1 məxsus olmuşdur. Yəni sadalanan mənzillər iddiaçının söylədiyi kimi Cavabdeh2 deyil, məhz Cavabdeh1 məxsus olmuşdur. İddiaçı qeyd edir ki, keçmiş həyat yoldaşı Tural kooperativ mənzili planlı şəkildə satmışdır, belə ki, aralarında tez-rez ailədaxili münaqişələr olurdu, Tural onu 2 övladı ilə birlikdə həmin mənzildən qovmuşdu. Lakin iddiaçının məlumatları yalandır. Belə ki, Tural həmin il səfirlik tərəfindən psixiatrın yanına göndərilmiş və müayinələr nəticəsində həkim psixiatr tərəfindən Turalın şizofreniya xəstəliyindən əziyyət çəkdiyi aşkar olunmuşdur. Belə ağır xəstəlikdən əziyyət çəkən insan necə ola bilər ki, evi satsın. Bundan belə qənaətə gəlmək olar ki, iddiaçı yalan məlumatlarla məhkəməi işin həqiqi halından yayındırmağa çalışır. İddiaçının tələbinin hüquqi əsası yoxdur. Mülki Məəcəllənin 228.1, 228.2-ci maddələrinə uyğun olaraq iddiaçının cavabdehin mülkiyyətində olan mənzilə istifadə hüququnun yaranması üçün mülkiyyətçinin buna razılığı olmalı və həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalı idi. Lakin iddiaçının belə bir hüququ mövcud deyil. Cavabdeh1 özünə məxsus mənzilə dair Mülki Məcəllənin 152-ci maddəsinə əsasən özünə məxsus mənzilə dair istifadə, sahiblik və sərəncam vermək hüquqlarından istifadə edir və keçmiş gəlini olan iddiaçını mənzildən çıxarmağa onun tam hüququ olub. Göstərilənlərə əsasən iddia tələbinin hüquqi əsası yoxdur. Ona görə də, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək, onun təmin edilmədən saxlanılmasını xahiş etmiş, nümayəndə və vəkilinin izahatı ilə razı olduğunu bildirmiş, eləcə də bildirmişdir ki, iddiaçı onun mülkiyyətində olan mənzilə, yəni ünvan 4 ünvanında yerləşən mənzilə köçürülməyi tələb edir. İddiaçının bu gün köçürülməsini tələb etdiyi ünvan 4 ünvanında yerləşən mənzil, həmçinin ailə qurduqdan sonra gəlin köçüb yaşadığı Bakı şəhəri Yasamal rayonu ərazisindəki ev (bu mənzilə dair xx.xx.2013-cü il tarixli müqavilə mövcuddur və elektron məhkəmə sisteminə əlavə edilmişdir), eyni zamanda Qara Qarayev metro stansiyası yaxınlığında Özbəkistan küçəsindəki kooperativ mənzil onun mülkiyyətində olmuşdur. Yəni, sadalanan mənzillər iddiaçının söylədiyi kimi Cavabdeh2 deyil, məhz ona məxsus olmuşdur. Onun oğlu Tural şizofreniya xəstəsidir və iddiaçı da bundan istifadə edirdi. İddiaçı Turalı polislə qorxudurdu və Tural 6 ay evdən qaçaraq qorxusundan evə gəlmir, orda-burda qalırdı. Hal-hazırda onun oğlu ilə iddiaçı arasında nikah ləğv edilmişdir. Ona görə də, iddiaçının ona məxsus mənzilə köçürülməsinə qəti etiraz edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında məlumat verilməsinə baxmayaraq Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxb, tərəflərin izahatlarını dinləyib, təqdim edilmiş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-2409/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh2 qarşı nikahın pozulması, uşağın ananın himayəsində saxlanılması və aliment tələbinə dair iddiasının qismən təmin edilməsi, Cavabdeh2 ilə İddiaçı arasında 18 aprel 2015-ci il tarixdə Səadət Sarayı Bakı nikah evində bağlanmış və 434 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2017-cı il təvəllüdlü X2 anası İddiaçı yanında saxlanılması, cüvübdeh Cavabdeh2 xx.xx.2023-cü il tarixdən başlayaraq, xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2017-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 200 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarına olan xx.xx.2013-cü il tarixli müqavilədən görünür ki, "xxxx" Mənzil Tikinti Kooperativi və vətəndaş Cavabdeh1 arasında Bakı şəhəri, Yasamal rayonu, Yeni-Yasamal yaşayış massiivndə çoxmərtəbəli yaşayış binasının tikintisi üzrə müqavilə bağlamışlar. Təqdim olunmuş 3 saylı Bakı “ASAN xidmət” mərkəzində təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı qismində çıxış edən X5 xüsusi mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 47,50 kv.m. olan mənzili alıcı Cavabdeh1 mülkiyyətinə verir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi, ev 170, ümumi sahəsi 47,50 kv.m. olan 6 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 adına qeydiyyata alınmışdır. Təqdim olunmuş "xxxx" MMC-nin vəkil sorğusuna xx.xx.2024-cü il tarixli, 427 nömrəli cavab məktubundan görünür ki, "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsində inşa edilmiş çoxmərtəbəli yaşayış binaları kompleksində Cavabdeh2 məxsus mənzil yoxdur. Bildirir ki, bitmiş və ləğv olunmuş müqavilələr müəssisələrində 2 il müddətində saxlanılır, daha sonra isə məhv edilir. Son 2 ilə aid sənədlər arasında Cavabdeh2 ilə əlaqədar hər hansısa müqaviləyə rast gəlinməmişdir. Bu səbəblə müqavilə təqdim edə bilməmişlər. Təqdim olunmuş “Körpü Bina Tikinti MMC-nin xx.xx.2019-cu il, 975 nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, Cavabdeh2 tərəfindən xx.xx.2018-ci il tarixli 69 saylı müqaviləyə əsasən 900 manat məbləğində ödəniş olunmuşdur. Təqdim olunmuş ünvan 6 ünvanında qeydiyyatda olan Cavabdeh1 tərəfindən səlahiyyətli orqanlara ünvanladığı xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, ünvan 6 ünvana X3 və X1 qeydiyyata düşməsinə etiraz etmir. Təqdim olunmuş AR DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli, ******* nömrəli arayışdan görünür ki, Cavabdeh1 ünvan 6 ünvanında xx.xx.2021ci il tarixdən qeydiyyatdadır. Onunla birlikdə həmin mənzildə Cavabdeh2 qeydiyyatdadır. Təqdim olunmuş 149 saylı MKİS-nin 494 saylı, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı və uşaqları X7, X4 ünvan 6 ünvanında qeydiyyatsız yaşayıblar. Lakin göstərilən ünvanda hal-hazırda yaşamırlar. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mulkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət huququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət huququ, o cümlədən xüsusi mülkiyyət huququ qanunla qorunur. Azərbaycan Resbulikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət huququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan huququdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli qərarında göstərilmişdir ki, 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əladar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1. və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” xx.xx.2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafıq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh2 ilə xx.xx.2015-ci il tarixdə ailə quraraq sonuncunun anası Cavabdeh1 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Yeni-Yasamal yaşayış massiivndə yerləşən kooperativ mənzilə gəlin köçmüş və orada yaşamışdır. Həmin ev satıldıqdan sonra iddiaçı həyat yoldaşı və 2 uşağı ilə birlikdə "xxxx" MMC-dən müqavilə əsasında kreditlə alınmış kooperativ mənzildə yaşamış, lakin kredit ödənilə bilmədiyi üçün həmin mənzil satılmışdır. Bundan sonra iddiaçı həyat yoldaşı və 2 uşağı ilə birlikdə 2021-ci ildə qaynanası, Cavabdeh1 xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında əldə etdiyi və onun xüsusi mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən mənzilə köçərək, 2023-cü ilədək orada yaşamışdır. 2023-cü ildə iddiaçı ilə cavabdehlər arasında münasibətlər pozulduğu üçün Cavabdeh1 iddiaçını iki uşağı ilə birlikdə xüsusi mülkiyyətində olan mənzilə buraxmamışdır. Hazırda İddiaçı azyaşlı uşaqları ilə birlikdə Cavabdeh1n xüsusi mülkiyyətində olan mənzilə köçürülməsini tələb edir. Məhkəmə hesab edir ki, tərəflər arasında mübahisəli hüquq münasibətləri 2015ci ildən yarandığı üçün həmin mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2-ci maddələrinin qaydalarına uyğun həll edilməlidir. Qeyd olunan normaların tələblərinə əsasən iddiaçının mübahisəli mənzildən istifadə hüququnun yaranması üçün üç mütləq şərt yerinə yetirilməli, yəni iddiaçı mənzilin mülkiyyətçisi ilə yazılı razılaşma bağlamalı, həmin razılaşma notariat qaydasında təsdiq edilməli və onun bu istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalı idi (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» xx.xx.2008-ci il tarixli Qərarı). Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı mübahisəli mənzilə gəlin köçərkən mənzilin mülkiyyətçisi olan Cavabdeh1 ilə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun həyata keçirilməsi ilə bağlı notariat qaydasında təsdiqlənməli yazılı razılaşma bağlamamışdır. Qeyd olunan hal belə nəticəyə gəlməyə əsas verir ki, İddiaçı mübahisəli mənzildən istifadə hüququ yaranmamışdır. Belə olduğu təqdirdə, məhkəmə hesab edir ki, iddiaşı İddiaçı mübahisəli mənzildən istifadə hüququ mövcud olmadığından, o, azyaşlı uşaqları ilə birlikdə əmlak (istifadə) hüquqlarının olmadığı mənzilə köçürülməsini tələb edə bilməz. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı mübahisəli ünvan 7 ünvana istifadə hüququ yaranmadığı üçün iddia tələbinin dəlilləri əsassızdır və ona görə də, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilməsin. Bakı şəhəri 03 saylı vəkil bürosunun vəkili Nümayəndə2 İddiaçı hüquqlarını məhkəmədə müdafiə etməsinə srf etdiyi 37 saat üçün 222 (iki yüz iyirmi iki) manat haqq dövlət hesabından tutularaq Bakı şəhəri 03 saylı vəkil bürosunun hesabına ("xxxx" ASC Səbail rayon filialı, kod 200059, Müxbir hesab: AZ37NABZ********************, SWİFT BİK: AİİBAZ2X, 3 saylı vəkil bürosunun H/hesabı AZ75AİİB********************, VÖEN **********) köçürülsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-484/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-484/2024
15.05.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver