Məhkəmə qərarları › İş №2(009)-494/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-494/2021

09.02.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-494/2021 09.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Məhkəmə iclas katibi Rüstəmova Çinarə Mübariz qızının katibliyi, İddiaçı qızının, onun etibarnamə üzrə nümayədəsi və vəkili Vəkil, Cavabdeh Bakı şəhəri Səbail rayonu E.Əliyev adına 162 №-li X5 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Səbail rayonu E.Əliyev adına 162 №-li X3rşı əmrin ləğv olunması, işə bərpa və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Səbail rayonu E.Əliyev adına 162 №-li X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail rayonu E.Əliyev adına 162 №-li tam orta məktəb üzrə əmək müqaviləsinin ləğvi barədə xx.xx.2020-ci il tarixli 24 №-li əmrin ləğv edilməsi, onun Səbail rayonu E.Əliyev adına 162 №-li X5 ibtidai sinif müəllimi vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma dövrü üçün (xx.xx.2020-ci ildən işə bərpa olunana qədər) əmək haqqının hesablanaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, onunla bağlanmış əmək müqaviləsi cavabdehin xx.xx.2020-ci il tarixli 24 №-li əmrinə əsasən AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv olunub. Əmr qanunsuz olduğu üçün aşağıda göstərilənlərə əsasən ləğv olunmalıdır. AR ƏM-nin 71-ci maddəsinin 2-ci hissəsinə görə bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Cavabdehin əmrində göstərilənlər (şagirdlərin valideynlərindən məcburi qaydada pul yığılması, valideynlər arasında sosial vəziyyətinə görə ayrı-seçkiliyə yol verilməsi, yeni dərsliklərin pul müqabilində valideynlərə verilməsi və s.) tamamilə yalandır. AR ƏM-nin 71-ci maddəsinin 2ci hissəsinə əsasən cavabdeh işəgötürən olaraq bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalı idi. 2. AR ƏM-in 187-ci maddəsinin 1-ci hissəsinə görə intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Cavabdeh bu maddənin tələbini pozaraq iddiaçıdan onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün əsas olmuş hallar barədə izahatını almamış və belə izahat verməyi iddiaçıya təklif etməmişdir. İddiaçı xx.xx.2009-cu ildən qeyd olunan orta məktəbdə müəllim kimi fəaliyyət göstərib. Onunla bağlanmış əmək müqaviləsinin ləğvinə qədər intizam məsuliyyətinə cəlb olunmayıb, barəsində hər hansı intizam tənbeh tədbiri tətbiq edilməyib. Cavabdeh iddiaçıya intizam tənbehi verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini nəzərə almamış, hətta xətaya yol vermiş olsaydı belə, ona qarşı AR ƏM-in 186-cı maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş daha yüngül intizam tənbehi (töhmət və ya sonuncu xəbərdarlıqla şiddətli töhmət) verə biləcəyi halda ən ağır tənbeh tədbirini tətbiq etmişdir. Cavabdeh AR ƏM-in 83-cü maddəsinin 2-ci hissəsi və 87-ci maddəsinin 3-cü hissəsinin tələblərini pozaraq əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrini və işçinin əmək kitabçısını xx.xx.2020-ci ildə iddiaçıya təqdim etmişdir. Göstərilənlərə əsasən, əmək müqaviləsinin ləğvi barədə xx.xx.2020-ci il tarixli 24 №-li əmrin ləğv edilməsi, onun Səbail rayonu E.Əliyev adına 162 №-li X5 ibtidai sinif müəllimi vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma dövrü üçün əmək haqqının hesablanaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinə uyğun izahat verərək, eləcə də, bildirdi ki, o, 2009-cu ildən E.Əliyev adına 162 №-li tam orta məktəbdə ibtidai sinif müəlliməsi işləmişdir. İşlədiyi müddət ərzində heç bir intizam tənbehi almamışdır. Sinif rəhbəri olduğu 2ç sinfini 1-ci sinifdən aparır. O, işlədiyi müddət ərzində heç bir valideyndən öz istəyi ilə və ya məcburi şəkildə pul almamışdır. Sinifdə printer almaq üçün valideynlər tərəfindən könüllü şəkildə siyahı ilə pul yığılıb, bu zaman akt yazılıb rəhbərliyə verilib. Printer dekabr ayında alınıb, mart ayına qədər sinifdə olub. Sinif otağından o, Rəna müəllimə ilə birlikdə istifadə etdikləri üçün printer nəzarətsiz qalmasın deyə pandemiya ilə əlaqədar dərs olmayan vaxtda onu evinə aparmışdır. Ancaq onun başqa marağı olmayıb, həmin printerdən uşaqlar üçün materialları çap etmişdir. Sinfin təmirini onlara direktor demişdir. Sinifdə özbaşına pul yığılmayıb. Valideynlər özləri təklif etdilər ki, təmirə kömək etsinlər. O buna heç kimi məcbur etməmişdir. Bir qrup valideyn cəmi 50 manat pul yığaraq ona təqdim etmiş və o da həmin pulu məktəbin fəhləsi Mərdan dayıya vermişdir. Bu barədə digər valideynlərə bildirilmədiyi üçün onlar bunu ayrı-seçkilik kimi qəbul etmişlər. Bu səbəbdən də, onun sinfindən 7 uşaq başqa sinfə keçmişdir. Lakin onun tərəfindən sinifdə heç bir ayrı-seçkilik olmayıb. Yeni dərsliklərin verilməsi müqabilində valideynlərdən pul yığılması barədə deyilənlərlə razı deyil. Belə ki, məktəbin kitabxanaçısı Nəzakət ona sinifə paylamaq üçün kitablar verəndə, valideynlərdən Aytən və Xuraman da onun yanında olmuş, bəzi kitablar köhnə olduğundan, təzə dərsliklərin gətirilməsi üçün kitabxanaçıya taksi pulu verilmişdir. O, əmrdə onun barəsində göstərilənlərlə razı deyildir. Digər tərəfdən, ona həmkarların iclası və həmin iclasda onunla bağlı məsələ müzakirə olunması barədə məlumat verilməyib, yalnız iclasa yarım saat qalmış onu təcili məktəbə çağırmışlar. Ona əmrin surəti gec təqdim olunub. İşdən çıxarılmasını qanunsuz və əsassız hesab etdiyi üçün iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayədəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və bildirdi ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv olunması barədə cavabdehin xx.xx.2020-ci il tarixli 24 №-li əmri qanunsuz olduğu üçün ləğv olunmalıdır. AR ƏM-nin 71-ci maddəsinin 2-ci hissəsinə görə bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Cavabdehin əmrində göstərilənlər (şagirdlərin valideynlərindən məcburi qaydada pul yığılması, valideynlər arasında sosial vəziyyətinə görə ayrı-seçkiliyə yol verilməsi, yeni dərsliklərin pul müqabilində valideynlərə verilməsi və s.) tamamilə yalandır. Valideynlərin yeddisi də eyni tarixdə ərizə yazıblar, ona görə də, hesab edir ki, şikayət ərizəsini yazmaq valideynlərin öz təşəbbüsü ilə olmayıb, onlar kiminsə tərəfindən öyrədilib. AR ƏM-nin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən cavabdeh işəgötürən olaraq bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalı idi. AR ƏM-in 187-ci maddəsinin 1-ci hissəsinə görə intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Cavabdeh bu maddənin tələbini pozaraq iddiaçıdan onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün əsas olmuş hallar barədə izahatını almamış və belə izahat verməyi iddiaçıya təklif etməmişdir. İddiaçı xx.xx.2009-cu ildən qeyd olunan orta məktəbdə müəllim kimi fəaliyyət göstərib. Onunla bağlanmış əmək müqaviləsinin ləğvinə qədər intizam məsuliyyətinə cəlb olunmayıb, barəsində hər hansı intizam tənbeh tədbiri tətbiq edilməyib. Məktəbin direktoru tərəfindən iddiaçının işdən çıxarılması ilə bağlı həmkarlar komitəsinə heç bir təqdimat verilməyib. Digər tərəfdən, Təhsil İdarəsinin məktəbə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubunda iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunması barədə təklif olmamışdır. Cavabdeh iddiaçıya intizam tənbehi verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini nəzərə almamış, hətta xətaya yol vermiş olsaydı belə, ona qarşı AR ƏM-in 186-cı maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş daha yüngül intizam tənbehi (töhmət və ya sonuncu xəbərdarlıqla şiddətli töhmət) verə biləcəyi halda ən ağır tənbeh tədbirini tətbiq etmişdir. Cavabdeh AR ƏM-in 83-cü maddəsinin 2-ci hissəsi və 87-ci maddəsinin 3-cü hissəsinin tələblərini pozaraq əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrini və işçinin əmək kitabçısını xx.xx.2020-ci ildə iddiaçıya təqdim etmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Bakı şəhəri Səbail rayonu E.Əliyev adına 162 №-li X5 nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, onun təmin edilmədən saxlanılmasını xahiş etdi və izah etdi ki, Bakı şəhəri 162 nömrəli X5 2 ç sinif şagirdlərinin bir qrup valideyni tərəfindən Bakı Şəhəri üzrə Təhsil İdarəsinə ünvanlanmış xx xxxxxxxx 2020ci il tarixli müraciəti və 162 №-li X5 Bakı Şəhəri üzrə Təhsil İdarəsinə ünvanlanmış xx xxxxxxxx 2020-ci il tarixli 259 nömrəli məktubu əsasında Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən xidməti araşdırma aparılmış, valideynlərin və İddiaçı izahatları alınmışdır. X1 rəhbərlik etdiyi 2 ç sinif şagirdlərinin valideynlərindən məcburi qaydada pul yığıldığı və valideynlər arasında sosial vəziyyətinə görə ayrı-seçkiliyə yol verildiyi, yeni dərsliklərin pul müqabilində valideynlərə verildiyi, sinif otağı üçün alınmış printerin müəllimin evində saxlanıldığı, iddiaçı tərəfindən ayrı-seçkiliyə yol verilərək 13 nəfər valideyndən ibarət “Mənə aid” adlı whatsup qrupu yaratması məsələsi ilə bağlı təhsilalanların valideynləri ilə əsassız mübahisələr yaratdığı məlum olmuşdur. Bakı şəhəri 162 nömrəli X5 müəllimi İddiaçı 2 ç sinfinə rəhbərlik etdiyi müddətdə hərəkətləri ilə təhsilverənlərlə valideynlər arasında və valideynlərin öz aralarındakı münasibətlərin gərginləşərək, qeyri-sağlam formaya çevrilməsi nəticəsində normal tədris mühiti pozulmuş və 2 ç sinfində təhsil alan 7 nəfər şagird Ayan Rəvanlı, Əli Məmmədov, Səidə Əliyeva, Elmar Xankişiyev, Renat İsgəndərli, Ayan İsmayılova və Fidan Musayeva məktəbin müvafiq əmri ilə 2 b sinfinə yerdəyişmə etmişlər. Bundan əlavə, İddiaçı ayrı-seçkiliyə yol verərək 13 nəfər valideyndən ibarət “Mənə aid” adlı votsap qrupu yaratması məsələsi ilə bağlı təhsilalanların valideynləri ilə əsassız mübahisələr edərək, 2 ç sinif valideynlərinin hər birinin daxil olduğu “2-ci sinif” adlı votsap qrupunda valideyn Aytən Musayevanın ünvanına qeyri-etik ifadələr işlətmişdir. Beləliklə, İddiaçı yol verdiyi hərəkətləri ilə təhsilverənlərin adına və nüfuzuna, təhsil müəssisəsinin, eləcə də, Təhsil Nazirliyinin işgüzar nüfuzuna xələl gətirmiş, təhsil qanunvericiliyinin tələblərini və təhsilalanların hüquqlarını pozmuşdur. Vəzifə səlahiyyətlərini aşaraq əmək fəaliyyətində yol verdiyi kobud nöqsanlara görə Bakı şəhəri 162 nömrəli X5 ibtidai sinif müəllimi İddiaçı intizam məsuliyyətinə cəlb olunma işinin müzakirəsi ilə əlaqədar müvafiq həmkarlar ittifaqı təşkilatının razılığının alınması məqsədilə, xx.xx.2020-ci tarixli, 06 nömrəli məktubla Həmkarlar İttifaqı Komitəsinə müraciət edilmişdir. Həmkarlar İttifaqı Komitəsindən Bakı şəhəri 162 nömrəli tam orta məktəbə xx.xx.2020-ci il tarixli, 07 nömrəli məktub daxil olmuşdur. Məktubda xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 162 nömrəli X5 Həmkarlar İttifaqı Komitəsinin iclasının BŞTİ-nin məktubuna əsaslanaraq Həmkarlar İttifaqı komitəsinin növbədənkənar heyət iclası çağırılması və məsələnin iclasda müzakirə edilməsinə razılıq verilmişdir. xx.xx.2020-ci il tarixində keçirilən iclasda heyət üzvləri iştirak etmiş və Bakı şəhəri 162 nömrəli X5 ibtidai sinif müəllimi İddiaçı öz vəzifə funksiyalarını yerinə yetirmədiyinə, mövcud qanunvericiliyin tələblərini pozduğuna görə onunla bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə razılıq verilmişdir. İclas bitməmiş İddiaçı pedaqoji işçilərin etik davranış qaydalarını pozaraq, qapını çırparaq iclası tərk etmişdir. Həmin gün iddiaçının valideyni (atası) və həyat yoldaşı direktorun otağına gələrək, etik qaydalara riayət etmədən onu təhqir etmişdir. xx.xx.2020-ci il tarixində məktəbin 2ç sinfinin rəhbəri İddiaçı zəng vurularaq bildirilmişdir ki, əmək kitabçası yazılıb, hazırdır və gəlib götürə bilər. Lakin İddiaçı “mənim hələ əmək kitabçasına ehtiyacım yoxdur” deyə bildirmişdir. xx.xx.2020-ci il tarixində İddiaçı əmək kitabçasını götürmək üçün məktəbə gələrək, heç kimə demədən yuxari mərtəbəyə qalxmışdır. Məktəbin direktor səlahiyyətlərini müvəqqəti əvəz edən kimi o, İddiaçıa əmək kitabçasını təqdim edən zaman İddiaçı etik davranış qaydalarına riayət etməyərək “Bu işi belə qoymayacağam, mənim işdən çıxmağıma səbəb olan, barmağı olan hər kəslə görüşəcəm. Sizi və sizin kimiləri Allaha həvalə edirəm” kimi kobud ifadələr işlətmişdir. Məktəbin həmkarlar ittifaqının sədri Sona Əliyevanı işarət barmağı ilə hədələyərək kobud ifadələr işlədərək təhqir etmişdir. İddiaçının iddia ərizəsində qeyd etdiklərinin əksinə olaraq, onunla bağlanmış əmək müqaviləsi əmək qanunvericiliyinin tələblərinə uyğun ləğv edilmişdir. İddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür, belə ki, Bakı şəhəri 162 nömrəli tam orta məktəbi xx.xx.2020-ci il tarixli, 24 nömrəli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsini ləğv etmişdir və həmin gündə də ona müvafiq qaydada bu barədə məlumat verilmişdir. Buna görə də, İddiaçı iddia tələbi ilə bağlı iddia müddətinin tətbiq edilməsini, iddia tələbinin təmin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Səbail 162 nömrəli tam orta məktəb üzrə xx.xx.2020-ci il tarixli, 24 №-li əmrdən görünür ki, Bakı şəhəri 162 nömrəli X5 2Ç sinif şagirdlərinin bir qrup valideyni tərəfindən Bakı Şəhəri üzrə Təhsil idarəsinə ünvanlanmış xx xxxxxxxx 2020-ci il tarixli müraciət və Bakı Şəhəri üzrə Təhsil İdarəsinə ünvanlanmış xx xxxxxxxx 2020-ci il tarixli 259 nömrəli məktubu əsasında Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən xidməti araşdırma aparılmışdır. Müraciətdə və məktubda Bakı şəhəri 162 nömrəli X5 ibtidai sinif müəllimi İddiaçı tərəfindən rəhbərlik etdiyi 2Ç sinif şagirdlərinin valideynlərdən məcburi qaydada pul yığıldığı və valideynlər arasında sosial vəziyyətinə görə ayrı-seçkiliyə yol verildiyi, yeni dərsliklərin pul müqabilində valideynlərə verildiyi, sinif otağı üçün alınmış printerin müəllimin evində saxlanıldığı göstərilmişdir. Bakı şəhəri 162 nömrəli X5 müəllimi İddiaçı 2Ç sinfinə rəhbərlik etdiyi müddətdə hərəkətləri ilə təhsilverənlərlə valideynlər arasında və valideynlərin öz aralarındakı münasibətlərin gərginləşərək, qeyri-sağlam formaya çevrilməsi nəticəsində normal tədris mühiti pozulmuş və 2ç sinfində təhsil alan 7 nəfər şagird Ayan Rəvanlı, Əli Məmmədov, Səidə Əliyeva, Elmar Xankişiyev, Renat İsgəndərli, Ayan İsmayılova və Fidan Musayeva məktəbin müvafiq əmri ile 2b sinfinə yerdəyişmə etmişlər. Bundan əlavə, İddiaçı ayrı-seçkiliyə yol verərək 13 nəfər valideyndən ibarət “Mənə aid” adlı votsap qrupu yaratması məsələsi ilə bağlı təhsilalanların valideynləri ilə əsassız mübahisələr edərək 2ç sinif valideynlərinin hər birinin daxil olduğu “2-ci sinif” adlı votsap qrupunda valideyn Aytən Musayevanın ünvanına qeyri-etik ifadələr işlətmişdir. Beləliklə, Bakı şəhəri 162 nömrəli X5 müəllimi İddiaçı yol verdiyi hərəkətləri ilə təhsilverənlərin adına və nüfuzuna, təhsil müəssisəsinin, eləcə də Təhsil Nazirliyinin işgüzar nüfuzuna xələl gətirmiş, təhsil qanunvericiliyinin tələblərini və təhsilalanların hüquqlarını pozmuşdur. Vəzifə səlahiyyətlərini aşaraq əmək fəaliyyətində yol verdiyi kobud nöqsanlara görə Azerbaycan Respublikası Əmək Məcəlləsinin 80.1-ci maddəsinə uyğun olaraq Bakı şəhəri 162 nömrəli X5 ibtidai sinif müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi ilə əlaqədar müvafiq həmkarlar ittifaqı təşkilatının razılığının alınması məqsədilə, xx.xx.2020-ci tarixli, 06 nömrəli məktubla Bakı şəhəri 162 nömrəli tam orta məktəb tərəfindən Həmkarlar İttifaqı Komitəsinə müraciət edilmişdir. Göstərilənlərlə əlaqədar Həmkarlar İttifaqı Komitəsindən Bakı şəhəri 162 nömrəli tam orta məktəbə xx.xx.2020-ci il tarixli, 07 nömrəli məktub daxil olmuşdur. Məktubda xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 162 nömrəli X5 Həmkarlar İttifaqı Komitəsinin iclasının keçirildiyi və Bakı şəhəri 162 nömrəli X5 ibtidai sinif müəllimi İddiaçı öz vəzifə funksiyalarını yerinə yetirmədiyinə, mövcud qanunvericiliyin tələblərini pozduğuna görə onunla bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən ləğv edilməsinə razılıq verildiyi bildirilmişdir. Qeyd olunanları nəzərə alaraq, əmək funksiyalarını lazımi qaydada icra etmədiyinə və əmək vəzifələrini kobud şəkildə pozduğuna görə Bakı şəhəri 162 nömrəli X5 ibtidai sinif müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsi xx xxxxxxx 2020-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsi 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir İş materiallarında olan Bakı şəhəri 162 nömrəli tam orta məktəb tərəfindən Bakı Şəhəri üzrə Təhsil İdarəsinə üsnvanlanmış xx.xx.2020-ci il tarixli, 259 nömrəli təqdimatdan görünür ki, xx.xx.2009-cu ildə məktəbə ibtidai sinif müəllimi təyin olunan İddiaçı barəsində 2ç sinfinin valideynləri Məmmədova Fəridə, Musayeva Aytən, Əliyeva Türkan, İsmayılova Aytel, İsgəndərova Solmaz, Xankişiyeva Nüşabə, Rəvanlı Mənzər tərəfindən şikayət ərizələri daxil olmuşdur. Valideynlər ərizələrində yazıb bildirmişlər ki, bu müəllim dəfələrlə müxtəlif ad altında onlardan pul tələb etmişdir. Müəllimə hətta sinifi iki yerə bölərək “imkansızlar” və “imkanlılar” qrupuna ayırmışdır. Dövlətin məktəbə verdiyi kitabları “imkanlılara” pulla satmış, “imkansızlara” isə köhnə kitabları vermişdir. Əlavə pul yığaraq printer almış, lakin valideynlər bu printeri görməmişlər və bildirmişlər ki, printeri evində saxlayır. Təmir adı altında onlardan pul tələb etmişdir. Valideynlərə “mən 40 manatlıq yox, 50 manatlıq müəlliməyəm” demişdir. 2019-2020-ci tədris ili ərzində müxtəlif bayram və tədbir adı altında onlardan pul tələb etmişdir. Bu məsələni araşdırıb, İddiaçı haqqında qanuna müvafiq qərar verilməsi xahiş olunmuşdur. İş materiallarında olan 162 nömrəli X5 2ç sinfinin valideynləri Fəridə Məmmədova, Solmaz İsgəndərova, Aytən Musayeva, Aytel İsmayılova, Türkan Əliyeva tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, sinif rəhbəri İddiaçı məktəbdən kənar xərclər tələb edir. Sinfə əlavə printer alır, təmirə pul yığılır, bayramlarda da onlardan pul tələb etmişdir. Məktəb açılmamış sinifdə nələr lazımdır, nələr lazım deyil şərtlər kəsir. Həmçinin sinfi iki yerə bölərək iki whats up qrupu, yəni imkanlılar və imkansızlara ayırmışdır. Valideyn komitəsi valideynləri məcbur edərək müəllimənin istəklərini yerinə yetirir. Onları whats up qrupunda “imkansızsan” deyərək təhqir edir. Ona görə də, bu müəllimə barəsində ciddi tədbir görülməsi xahiş olunur. İş materiallarında olan Bakı şəhəri üzrə Təhsil İdarəsinin 162 nömrəli tam orta məktəbə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 3907-02/10 nömrəli məktubundan görünür ki, Bakı şəhəri 162 nömrəli X5 2 ç sinif şagirdlərinin bir qrup valideyni tərəfindən Bakı şəhəri üzrə Təhsil İdarəsinə ünvanlanmış xx xxxxxxxx 2020-ci il tarixli müraciət və 162 nömrəli X5 Bakı şəhəri üzrə Təhsil İdarəsinə ünvanlanmış xx xxxxxxxx 2020-ci il tarixli 259 nömrəli məktub əsasında Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfndən xidməti araşdırma aparılmışdır. Müraciətdə və məktubda Bakı şəhəri 162 nömrəli X5 ibtidai sinif müəllimi İddiaçı tərəfindən rəhbərlik etdiyi 2 ç sinif şagirdlərinin valideynlərindən məcburi qaydada pul yığıldığı və valideynlər arasında sosial vəziyyətinə görə ayrı-seçkiliyə yol verildiyi, yeni dərsliklərin pul müqabilində valideynlərə verildiyi, sinif otağı üçün alımçış printerin müəllimin evində saxlanıldığı göstərilmişdir. Bakı şəhəri 162 nömrəli X5 müəllimi İddiaçı 2 ç sinfinə rəhbərlik etdiyi müddətdə hərəkətləri ilə təhsilverənlərlə valideynlər arasında və valideynlərin öz aralarındakı münasibətlərin gərginləşərək, qeyri-sağlam formaya çevrilməsi nəticəsində normal tədris mühiti pozulmuş və 2 ç sinfində təhsil alan 7 nəfər şagird Ayan Rəvanlı, Əli Məmmədov, Səidə Əliyeva, Elmar Xankişiyev, Renat İsgəndərli, Ayan İsmayılova və Fidan Musayeva məktəbin müvafiq əmri ilə 2 b sinfinə yerdəyişmə etmişlər. Bundan əlavə, İddiaçı ayrı-seçkiliyə yol verərək 13 nəfər valideyndən ibarət “Mənə aid” adlı votsap qrupu yaratması məsələsi ilə bağlı təhsilalanların valideynləri ilə əsassız mübahisələr edərək, 2 ç sinif valideynlərinin hər birinin daxil olduğu “2-ci sinif” adlı votsap qrupunda valideyn Aytən Musayevanın ünvanına qeyri-etik ifadələr işlətmişdir. Beləliklə, Bakı şəhəri 162 nömrəli X5 müəllimi İddiaçı yol verdiyi hərəkətləri ilə təhsilverənlərin adına və nüfuzuna, təhsil müəssisəsinin, eləcə də, Təhsil Nazirliyinin işgüzar nüfuzuna xələl gətirmiş, təhsil qanunvericiliyinin tələblərini və təhsilalanların hüquqlarını pozmuşdur. Ona görə də, təhsil sistemində işlədiyi müddət ərzində təhsilverənlərin adına və nüfuzuna işlədiyi təhsil müəssisəsinin, eləcə də Təhsil Nazirliyinin işgüzar nüfuzuna xələl gətirdiyinə, bununla da əmək fəaliyyətində yol verdiyi nöqsanlara görə, Bakı şəhəri 162 nömrəli X5 müəllimi İddiaçı intizam məsuliyyətinə cəlb olunması, analoji halların gələcəkdə təkrarlanmaması məqsədilə müvafiq tədbirdərin görülməsi və nəticəsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə məlumat verilməsi tapşırılmışdır. İş materiallarında olan 162 nömrəli X5 direktoru tərəfindən məktəbin Həmkarlar İttifaqı Komitəsinin sədri Sona Əliyevaya ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri 162 nömrəli X5 2 ç sinif şagirdlərinin bir qrup valideyni tərəfindən Bakı şəhəri üzrə Təhsil İdarəsinə ünvanlanmış xx xxxxxxxx 2020-ci il tarixli müraciət və xx xxxxxxxx 2020-ci il tarixli 259 nömrəli məktubla əlaqədar Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfndən xidməti araşdırma aparılmışdır. xx.xx.2009-cu il tarixdən Bakı şəhəri 162 nömrəli tam orta məktəbdə ali təhsilli ibtidai sinif müəllimi işləyən İddiaçı haqqında rəhbərlik etdiyi 2 ç sinfinin şagirdlərinin valideynlərindən məcburi qaydada pul yığıldığı və valideynlər arasında sosial vəziyyətinə görə ayrı-seçkiliyə yol verildiyi, yeni dərsliklərin pul müqabilində valideynlərə verildiyi, sinif otağı üçün alınmış printerin müəllimin evində saxlanıldığı aşkarlanmışdır. Məlim olmuşdur ki, İddiaçı cari tədris ilinin əvvəlində votsap vasitəsi ilə “Mənə aid” qrup yaratmış və həmin qrupa özünün seçdiyi 14 nəfər valideyn arasında olan söhbətləri onlara aid olacağını bildirmişdir. Həmçinin qrupda olan valideynlərin övladlarına 5 manat pul müqabilində yeni dərsliklər verəcəyini bildirmişdir. Göstərilənləri nəzərə alaraq Bakı şəhəri 162 nömrəli X5 müəllimi İddiaçı intizam məsuliyyətinə cəlb olunması işinin müzakirəsinə münasibət bildirilməsi xahiş olunmuşdur. İş materiallarında olan Bakı şəhəri 162 nömrəli X5 Həmkarlar Komitəsinin növbədənkənar iclasının xx.xx.2020-ci il tarixli iclasının protokolundan görünür ki, əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə, əmək vəzifələrini kobud şəkildə pozduğuna, işində yol verdiyi səhlənkarlığa görə və Bakı şəhəri üzrə Təhsil İdarəsinin məktubuna əsaslanaraq İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılmasına icazə verilir. Məhkəmə iddiaçının işə bərpa tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsində əmək müqaviləsinə xitam verilməsi əsasları qeyd edilmiş və bu əsaslardan biri kimi də işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi halı nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşin hallarını tədqiq edərək, məhkəmə hesab edir ki, İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi AR Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndində nəzərdə tutulan əsaslarla həyata keçirilmişdir. Qanunun göstərilən normasına əsasən işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işə götürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirən hərəkətləri elə hərəkətlər hesab olunur ki, onlar hüquqi şəxsin işgüzar nüfuzuna mənfi rəy verilməsinə gətirib çıxarır. Bu hal mötəbərliyinə şübhə edilməyən, məktəbin pedaqoji heyəti tərəfindən, valideynlər tərəfindən imzalanmış aktlarla, valideynlər tərəfindən yazılmış ərizələrlə, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən aparılmış araşdırmanın nəticələrinə dair arayışla sübut olunur. Qeyd edilən hallara dair cavabdehin təqdim etdiyi dəlilləri məhkəmə kifayət hesab edir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, Bakı şəhəri 162 nömrəli X5 müəllimi İddiaçı 2ç sinfinə rəhbərlik etdiyi müddətdə təhsilalanların valideynləri arasında sosial mənşəyinə görə ayrı-seçkiliyə yol verməməli olduğu halda, 13 nəfər valideyndən ibarət “Mənə aid” adlı votsap qrupu yaradaraq həmin qrupda sinif otağının təmiri məqsədi ilə pul yığımını həyata keçirmiş, habelə qrupda olan 12 nəfər valideynin övladını pul müqabilində yeni dərsliklərlə təmin etmişdir. Bununla da, müəllim İddiaçı tərəfindən yol verilmiş hərəkətlər səbəbindən təhsilverənlə valideyn və valideynlərin öz arasındakı münasibətlərin gərginləşərək qeyri-sağlam formaya çevrilməsi nəticəsində normal tədris mühiti pozulmuş və 2 ç sinfində təhsil alan 7 nəfər şagird Ayan Rəvanlı, Əli Məmmədov, Səidə Əliyeva, Elmar Xankişiyev, Renat İsgəndərli, Ayan İsmayılova və Fidan Musayeva məktəbin müvafiq əmri ilə 2 b sinfinə yerdəyişmə etmişlər. Məhkəmə tərəfindən sübutların tədqiqi ilə eləcə də, müəyyən olundu ki, İddiaçı ayrı-seçkiliyə yol verərək 13 nəfər valideyndən ibarət “Mənə aid” adlı votsap qrupu yaratması məsələsi ilə bağlı təhsilalanların valideynləri ilə əsassız mübahisələr edərək, 2 ç sinif valideynlərinin hər birinin daxil olduğu “2-ci sinif” adlı votsap qrupunda valideyn Aytən Musayevanın ünvanına “şərəfsiz, ləyaqətsiz” kimi qeyri-etik ifadələr işlətmiş, habelə valideyn Aytən Musayeva ilə mübahisəsi zamanı votsap vasitəsi ilə şəxsi mesajla sonuncunun övladı şagird Fidan Musayevanın ünvanına “Mən Fidana keçdiyim dərsə görə, əziyyətimə görə halallıq vermirəm” ifadəsini yazmışdır. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununa əsasən dövlət və bələdiyyə ümumi təhsil müəssisələrində dərsliklərlə pulsuz təmin olunmaq ümumi təhsil sahəsində təhsilalanların hüquqlarına aiddir. Dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, etnik mənsubiyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı olmayaraq, hər bir vətəndaşa ümumi təhsil almaq imkanı yaradılmasına və ayrı-seçkiliyə yol verilməməsinə təminat verir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2014-cü il tarixli 1/2 nömrəli qərarı ilə təsdiq edilmiş “Müəllimlərin etik davranış qaydaları”na əsasən müəllim peşə vəzifəsini yerinə yetirərkən qəərəzsiz olmalı, irqinə, etnik mənsubiyyətinə, dilinə, cinsinə, sosial mənşəyinə, dinə münasibətinə, əqidəsinə, ictimai mənsibiyyətinə görə təhsilalanlara və təhsil prosesinin digər iştirakçılarına fərq qoymamalıdır. Müəllim öz peşə vəzifəsindən və səlahiyyətlərindən kənar məsələlərə müdaxilə etməməlidir. Müəllim təhsilalanların şərəf və ləyaqətinə hörmətlə yanaşır, əsassız mühakimələrə yol vermir, obyektivlik və qərəzsizlik nümayiş etdirir. Müəllim peşə fəaliyyəti dövründə maraqların toqquşmasına yol vermir və vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etmir. Müəllim hər zaman nitqinə fikir verməli, nitqində kobud və təhqiredici sözlər işlətməməlidir. Müəllim peşə fəaliyyətini yerinə yetirmək müqabilində təhsilalanlardan hər hansı maddi və qeyri-maddi nemətlər tələb etməməlidir. Müəllim valideyn və ya digər qanuninümayəndələrlə hörmətlə və nəzakətlə davranmalıdır. Müəllim hər zaman cəmiyyətə fayda verməyə çalışmalıdır. Yalnız peşə fəaliyyətini həyata keçirərkən deyil, bütün hallarda münaqişələrə və mübahisələrə yol verməməli, problemlərin həllinə, münaqişələrin qarşısını almağa çalışmalıdır. Məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olundu ki, İddiaçı yol verdiyi hərəkətləri ilə təhsilverənlərin adına və nüfuzuna, təhsil müəssisəsinin, eləcə də, Təhsil Nazirliyinin işgüzar nüfuzuna xələl gətirmiş, təhsil qanunvericiliyinin tələblərini və təhsilalanların hüquqlarını pozmuşdur. Məhkəmə iclasında eləcə də müəyyən olundu ki, işəgötürən tərəfindən İddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 80.1-ci maddəsinin tələbləri nəzərə alınaraq, Həmkarlar İttifaqı Komitəsinin razılığı da alınmışdır. Beləliklə, İddiaçı yol verdiyi əmək pozuntusu işdəki sənədlərlə təsdiq olunduğundan məhkəmə hesab edir ki, cavabdehin iddiaçı ilə əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verməsinə əsası olmuşdur, ona görə də, iddia tələbi əsassızdır, iddia tərəfinin izahatında istinad etdiyi digər hallar isə mübahisənin hüquqi həlli üçün əhəmiyyət kəsb etmir. Məhkəmə iddia müddətinin tətbiqi ilə bağlı cavabdehin ərizəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı qızının cavabdeh Bakı Şəhəri Səbail Rayonu E.Əliyev adına 162 №-li X3rşı əmrin ləğv olunması, işə bərpa və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar