Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-494/2022 20.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi ilə, İddiaçı – cavabdeh Abasian Vahidə (üçüncü şəxs kimi Abşeron rayonu 2 saylı Notariat Ofisi qeyd edilən) qarşı «icarə müqaviləsinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı – cavabdeh Abasian Vahidə (üçüncü şəxs kimi Abşeron rayonu 2 saylı Notariat Ofisi qeyd edilən) qarşı «icarə müqaviləsinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 92,3 kv.m olan qeyri-yaşayış binasının ½ hissəsinə dair üçüncü şəxs Abşeron rayonu 2 saylı notariat ofisində 17.07.2020-ci il tarixli, reyestr 3M-692 nömrə ilə təsdiq edilmiş cavabdeh Abasian Vahid ilə aralarında bağlanmış icarə müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 92,3 kv.m olan qeyri-yaşayış binası ********** qeydiyyat nömrəli, 13.03.2016-cı il tarixli, **********79-06301 reyestr nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ ilə ona məxsusdur. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 92,3 kv.m olan qeyri-yaşayış binasının ½ hissəsini 17.07.2020-ci il tarixdə cavabdeh Abasian Vahid adlı İran vətəndaşına icarəyə vermişdir. Həmin icarə müqaviləsi Abşeron rayonu 2 saylı Notariat ofisində təsdiq edilmiş və cavabdehlə aralarında 17.07.2020-ci il tarixdə Reyestr 3M-692 nömrəli icarə müqaviləsi bağlanılmışdır. Həmin icarə müqaviləsinə əsasən icarə müddəti 16.07.2022-ci il tarixədək müəyyən edilmiş və bitməsinə 1 (bir) ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha 1 (bir) il müddətinə uzadılmış hesab edilmişdir. Sözügedən icarə müqaviləsinə görə icarə haqqı hər ay 200 (iki yüz) manat müəyyən edilmişdir. Qeyd edir ki, cavabdeh 01 oktyabr 2021-ci il tarixdən etibarən icarə haqqını ödəməmiş, əvvəlki ayları isə özü deyil başqa şəxslərin vasitələri ilə ödəmiş, bununla da, ona əlavə problemlər yaratmışdır. Hal-hazırda cavabdeh burda yoxdur, 2021-ci ilin aprel ayında ölkəni tərk etmişdir. Telefon və watsapp zənglərinə cavab vermir, səs mesajlarını dinləsə də heç bir reaksiya göstərmir. Əlavə olaraq onu da bildirir ki, cavabdehə və üçüncü şəxsə icarə müqaviləsinin ləğv olunması ilə əlaqədar müraciətlər etmiş, lakin nəticəsi olmamışdır. İddiaçı məhkəməyə ərizə və teleqram ünvanlayaraq iddia tələbini müdafiə etdiyini və işə onun iştirakı olmadan baxılaraq qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Abasian Vahid məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada dəfələrlə xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdeh Abasian Vahidin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 92,3 kv.m olan qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə 13.03.2015-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı əvəzinə X1 ilə Abasian Vahid arasında Abşeron rayonu 2 saylı Notariat ofisində bağlanmış 17.07.2020-ci il tarixli icarə müqaviləsindən görünür ki, icarəçi - İddiaçı mülkiyyət hüququ üzrə özünə məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 92,3 kv.m olan qeyri-yaşayış binasının ½ hissəsini Abasian Vahidə aylıq 200 manat icarə haqqı ödəməklə 16.07.2022-ci il tarixədək icayərə vermişdir. - İş materiallarına əlavə edilmiş “İcarəyə verən” İddiaçı tərəfindən “icarəyə götürən” Abasian Vahidə ünvanlanmış 18.12.2021-ci il tarixli ərizə-bildirişdən görünür ki, Abşeron rayonu 2 saylı notariat ofisində 17.07.2020-ci il tarixdə Reyestr nömrəsi 3M-692 olan, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 92,3 kv.m olan qeyri-yaşayış binasının ½ hissəsinə dair icarə müqaviləsi üzrə 600 (altı yüz) manat borcu ödənilməsi, əks halda ona qarşı “icarə müqaviləsinin ləğv olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarına əlavə edilmiş “İcarəyə verən” İddiaçı tərəfindən ünvan 2 ünvanlanmış 18.12.2021-ci il tarixli ərizə-bildirişdən görünür ki, Abşeron rayonu 2 saylı notariat ofisində 17.07.2020-ci il tarixli, reyestr 3M-692 nömrə ilə təsdiq edilmiş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 92,3 kv.m olan qeyri-yaşayış binasının ½ hissəsinə dair Abasian Vahid ilə aralarında bağlanmış icarə müqaviləsinin ləğv edilməsinə köməklik göstərilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş Abşeron rayonu 2 saylı notariat ofisindən İddiaçı ünvanlanmış 11.01.2022-ci il tarixli məktubdan görünür ki, 17 iyul 2020-ci il tarixdə Abşeron rayon 2 saylı Notariat ofisində onunla İran İslam Respublikası vətəndaşı Abasıan Vahid arasında ünvan 4 ünvanında ümumi sahəsi 92.3 kv.m olan qeyri-yaşayış sahəsinə dair 3M-692 reyestrlə təsdiq edilmiş icarə müqaviləsi iki tərəfli əqd olduğundan icarəyə götürən Abasıan Vahidin icarə müqaviləsinin ləğv edilməsi barədə yazılı ərizəsi olmadığından həmin icarə müqaviləsinin ləğv edilməsi imkanları xaricindədir bu səbəblə bağlı məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün MYİ seriyalı, 0****** nömrəli icazə vərəqəsinin surətindən görünür ki, İran İslam Respublikasının vətəndaşı, xx.xx.1983-cü il təvəllüdlü Abasian Vahidə 09.05.2020-ci il tarixdən 09.08.2020-ci il tarixədək Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmənin sorğusuna Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya proseslərinin təhlili və informasiya təminati baş idarəsindən daxil olmuş 30.03.2022-ci il tarixli cavab məktubundan görünür ki, İran İslam Respublikasının vətəndaşı, xx.xx.1983-cü il təvəllüdlü Vahid Abasiana sonuncu dəfə etibarlılıq müddəti 04.12.2020-ci il tarixdən 04.12.2021-ci il tarixədək olan müvəqqəti yaşamaq üçün icazə verilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən məhkəmənin sorğusuna verilmiş 22.04.2022-ci il tarixli cavab məktubundan görünür ki, xx.xx.1983-cü il təvəllüdlü Vahid Abasian 15.04.2021-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhəddini tərk etmiş və bir daha qayıtmamışdır. İşin aradırılmış və faktiki müəyyən edilən hallarından görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 92,3 kv.m olan qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə 13.03.2015-ci il tarixdən İddiaçı məxsus olmaqla onunla cavabdeh Abasian Vahid arasında Abşeron rayonu 2 saylı Notariat ofisində bağlanmış 17.07.2020-ci il tarixli icarə müqaviləsinə əsasən icarə hüquq münasibətləri mövcud olmuş, icarə müddəti 16.07.2022ci il tarixədək müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, xx.xx.1983-cü il təvəllüdlü Vahid Abasian 15.04.2021-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhəddini tərk etmiş və bir daha qayıtmamışdır. Həmin müqavilənin şərtlərinə əsasən, icarə müddəti 16.07.2022-ci il tarixədək müəyyən edilir və onun bitməsinə 1 (bir) ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha 1 (bir) il müddətinə uzadılmış hesab edilir. (3-cü bənd), icarəyə verilən sahənin istifadəsinə görə “icarəyə götürən” Abasian Vahid “icarəyə verən” İddiaçı aylıq 200 (iki yüz) manat məbləğində icarə haqqı ödəyir. (5-ci bənd). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. - 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Mülki qanunvericiliyin sadalanan normalarının mənasına görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. Məhkəmə həmçinin hesab edir ki, qanunun yuxarıda göstərilən normalarına əsasən öhdəliklərin lazımınca yerinə yetirilməməsi və bununla əlaqədar dəymiş ziyanın ödənilməsi onun məzmunu ilə müəyyən olunur ki, bu da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən onun iştirakçıları arasında müvafiq müqavilənin bağlanması yolu ilə həyata keçirilir. Belə müqavilənin mövcudluğu öhdəliklərin yaranması üçün zəruri şərtdir, belə ki, onun məzmunu tərəflərin etməli olduğu hərəkətləri müəyyən edir. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyənləşdirlməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabehdir. - 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. - 421.2-ci maddəsinə əsasən tərəflərin birinin tələbi ilə müqavilə yalnız digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə mərhum olur. - 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Müqavilənin ləğv edilməsi dedikdə onun hüquqi qüvvəsinə xitam verilməsi başa düşülür. Müqavilənin ləğv edilməsi ilə öhdəliyin məzmununun (tərəflərin hüquq və vəzifələrinin) mövcudluğuna son qoyulur və öhdəliyə xitam verilir. Öhdəliyin elementlərindən birinin mövcudluğuna son qoyulması tərəflər (kreditor və borclu) arasında hüquqi əlaqənin itməsinə və kəsilməsinə səbəb olur. Bunun nəticəsində kreditorun borcluya olan tələb hüququ itir, borclunun isə vəzifə daşıması ləğv edilir. Bu isə o deməkdir ki, tərəflərin - kreditorun və borclunun hüquq və vəzifələrindən ibarət olan öhdəliyin məzmunu ləğv edilir. Öhdəliyə xitam verilməsi dedikdə, öhdəliyin məzmununun ləğv edilməsi başa düşülür. Müqavilə ləğv edilməklə tərəflərin öhdəliklərinə xitam verilir. Bu andan etibarən tərəflər öhdəlik əsasında onlara məxsus olan hüquqdan məhrum olurlar və həvalə olunmuş vəzifəni daşımaqdan azad edilirlər. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 17 iyul 2020-ci il tarixli icarə müqaviləsi cavabdeh tərəfin ölkə hüdudlarını tərk edərək icarə haqqı ödəməməklə sözügedən müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmaqla iddiaçıya zərər vurduğuna görə, həmçinin hazırki müqavilənin qüvvədə olması ilə əlaqədar mülkiyyətçinin öz əmlakından istədiyi kimi istifadə etmək hüququ məhdudlaşdırıldığından Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.2-ci maddəsinin tələbləri baxımından ləğv edilməlidir. Belə ki, həmin normaya əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Beləliklə də, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə cavabdeh Abasian Vahid arasında ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 92,3 kv.m olan qeyri-yaşayış binasınin ½ hissəsinin icarəyə verilməsinə dair 17 iyul 2020-ci il tarixində Abşeron rayonu 2 saylı Notariat ofisində 3M-692 reyestr nömrəsi ilə bağlanmış olan icarə müqaviləsi ləğv edilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə cavabdeh Abasian Vahid arasında ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 92,3 kv.m olan qeyri-yaşayış binasınin ½ hissəsinin icarəyə verilməsinə dair 17 iyul 2020-ci il tarixində Abşeron rayonu 2 saylı Notariat ofoisində 3M-692 reyestr nömrəsi ilə bağlanmış icarə müqaviləsi ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-494/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-494/2022
20.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver