Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-506/2024 25.01.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə Ərizəçi İddiaçı maraqlı şəxs Bakı şəhəri 46 saylı Notariat Ofisinə qarşı hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi barədə ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı maraqlı şəxs Bakı şəhəri 46 saylı Notariat Ofisinə qarşı hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən iki mərtəbəli, A və B tikilisindən ibarət olmaqla 2 yaşayış otağından ibarət, ümumi sahəsi 50,1 kv.m A tikilisi və 4 yaşayış otağından ibarət ümumi sahəsi 69,4 kv.m olan B tikilisindən ibarət fərdi yaşayış evinin miras əmlak kimi qəbul edilməsi faktının hüquqi əhəmiyyətli fakt kimi müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Hakim ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə sənədlərlə birlikdə geri qaytarılmalıdır. Hakim ilk növbədə qeyd edir ki, xüsusi icraat qaydasında işlər üzrə məhkəmənin vəzifəsi hüquqi əhəmiyyətli olan faktların mövcud olub-olmamasını, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanların və notariat orqanlarının həyata keçirdikləri hərəkətlərin hüquqauyğun olub-olmamasını təsdiq etməkdən, habelə itirilmiş müəyyən növ sənədlərə hüquqları bərpa etməkdən, habelə şəxsin hüquqi statusunu müəyyən etməkdən və s.-dən ibarətdir. Məhkəmə xüsusi icraat qaydasında müəyyən etdiyi faktlardan yaranan hüquqi nəticələrə toxunmur. Xüsusi icraat məhkəmədə mülki işlərə baxılmasının hüquq haqqında mübahisənin olmaması və xüsusi müdafiə üsul və vasitələrinin tətbiqi ilə xarakterizə olunan qaydasıdır. Başqa sözlə, xüsusi icraat məhkəmənin hüquq haqqında mübahisənin həlli ilə əlaqədar olmayan və hüquqi faktların və ya halların müəyyənləşdirilməsi, həmçinin notariat və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarının hərəkətlərinin qanuniliyinin təmin edilməsi ilə bağlı fəaliyyətdir. AR MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hakim qeyd edir ki, miras qalmış əmlaka vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı ərizəçi tərəfindən notariat orqanına müraciət edilmiş, notariat orqanı isə X1 doğum haqqında şəhadətnaməsinin notariat ofisinə təqdim edilməməsi səbəbi ilə miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2019cu il tarixli Plenum Qərarının 10-cu bəndinə əsasən AR MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn:mirasın qəbulu müddətinin ötürülməsi, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Hakim qeyd edir ki, ərizəçi məhkəməyə müraciət etməmişdən əvvəl notariat orqanına müraciət etsə də, sonuncu tərəfindən vərəsəlik şəhadətnamsəinin verilməsində imtina edilməsinin əsası Ali Məhkəmə Plenumunun qeyd edilən Qərarında göstərilən halla bağlı deyil, miras qoyana münasibətdə şəxsin qohumluğunu təsdiq edən sübutların təqdim edilməməsi olmuşdur. Belə olan halda hakim hesab edir ki, ərizəçi mübahisənin məhkəməyə qədər həlli qaydasına sonadək riayət etməmişdir. Beləliklə hakim hesab edir ki, ərizəçi tərəfindən verilmiş tələb üzrə mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət olunmadığından ərizə geri qaytarılmalıdır. AR MPM-nin 152.1.6-cı maddəsinə əsasən müqavilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət etməmişdirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri ərizəçiyə geri qaytarır. AR MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən və AR MPM-nin 263-264 -cü maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: Ərizəçi İddiaçı maraqlı şəxs Bakı şəhəri 46 saylı Notariat Ofisinə qarşı hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi barədə ərizəsinin məhkəmə icraatına qəbulu, qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılsın. Ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-506/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-506/2024
25.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver