Məhkəmə qərarları › İş №2(009)-508/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-508/2025

21.02.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-508/2025 21.02.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X2 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı – Cavabdeh MMC-yə qarşı «əmrin ləğv edilməsi» tələbinə dair iddiası üzrə mülki işə 21 fevral 2025-ci il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdeh Azərpoçt” MMC-yə qarşı «əmrin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli 29 nömrəli əmrin ləğv edilməsi, əvvəlki iş yerinə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı 20 ildir ki rabitə sahəsində, son 11 ili X3 filialında qüsursuz işləmişdir. 58 yaşı var, həyat yoldaşı vəfat etmişdir. xx.xx.2024-cü il tarixli əmrlə işdən azad edilmişdir. Əmr düzgün deyildir. İşlədiyi peşə hazırda da mövcuddur və işdə saxlanılan digər 6 nəfər işçilərdən iddiaçının işdə qalmaq üstünlüyü vardır. İxtisası iqtisadçıdır. Ona 0,5 ştat poçtalyon işi təklif olunub, lakin yaşı və səhhəti belə işdə işləməyə imkan vermir. O, işdən azad edilərkən işəgötürən həmkarlar təşkilatının razılığını almamışdır. Cavabdeh etiraz ərizəsində qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixində İmişli X1 imişli müştəri xidmətləri şöbəsinin əməliyyatçısı İddiaçı teleqram ünvanlanaraq Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin xx.xx.2024-cü il tarixli 3-27/3-2-62/2024 nömrəli əmri ilə təsdiq olunmuş Cavabdeh MMC-nin İmişli X1 yeni strukturunun yaradılması ilə əlaqədar müəyyən vəzifələrin ixtisar edilməsi nəzərdə tutulmuşdur. Buna müvafiq olaraq xx.xx.2024-cü il tarixində İmişli X1 İmişli müştəri xidmətləri şöbəsinin əməliyyatçısı İddiaçı qızma teleqram ünvanlanaraq Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin 06.09,2024-cü il tarixli 3-27/3-2-62/2024 nömrəli əmri ilə təsdiq olunmuş “Azərpoçt" MMC-nin İmişli X1 yeni strukturunun yaradılması ilə əlaqədar, vəzifə ştatınızın ixtisara düşəcəyi ona bildirilmişdir. Bununla əlaqədar, İddiaçıya Cavabdeh MMC-nin imişli X1 imişli müştəri xidmətləri şöbəsində vakant olan 0,5 ştat vahidi ilə poçtalyon vəzifəsində əmək münasibətlərini davam etdirmək təklif olunmuşdur. Lakin iddiaçı xx.xx.2024-cü il tarixli cavab bildirişi ilə təklif edilən müvafiq vəzifədən imtina etmişdir. Məhz bu səbəbdən Cavabdeh MMC-nin strukturunun yenidən təşkil edilməsi ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri cənab Rəşad Nəbiyev tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-27/3-2-62/2024 saylı əmr əsasında Cavabdeh MMC tərəfindən İddiaçı ştatın ixtisarı ilə bağlı əmək müqaviləsinə xitam verilməmişdən ən azı 9 (doqquz) təqvim həftəsi əvvəldən xəbərdarlıq edilməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixli, 3-27- 109/9/2/3-1-22270/2024 saylı xəbərdarlıq məktubu göndərilmişdir. Həmin xəbərdarlıqda işçiyə əmək müqaviləsinə xitam veriləcəyi tarix aydm şəkildə göstərilmiş və ona qanunvericiliyin tələblərinə uyğun olaraq hər təqvim həftəsinin bir günü iş axtarmaq məqsədilə əmək funksiyasının icrasından azad olunacağı bildirilmişdir. Daha sonra Azərpoçt MMC-nin İdarə Heyətinin sədri cənab İsi Mustafayev tərəfindən İmişli X1 yeni strukturunun yaradılması və filialın struktur bölmələrində müvafiq ixtisarların keçirilməsi ilə əlaqədar, filialın İmişli müştəri xidmətləri şöbəsinin əməliyyatçısı İddiaçı və şöbənin digər işçilərinin ixtisar olunmalarına münasibət bildirilməsi üçün "Azərpoçt” MMC-nin Həmkarlar İttifaqı Bakı-2 Komitəsinə xx.xx.2024-cü il tarixində məktub ünvanlanmışdır. Azərpoçt” MMC- nin Həmkarlar İttifaqı Bakı-2 Komitəsinin xx.xx.2024-cü il tarixli cavab məktubunda İddiaçı və şöbənin digər işçilərinin ixtisar olunmasına etiraz edilməmişdir. Nəticədə İddiaçı ilə bağlanmış əmək müqaviləsi 09 dekabr 2024-cü il tarixdən etibarən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” bəndinə əsasən xitam verilməsi barədə Cəmiyyət tərəfindən xx.xx.2024-cü il tarixli, 3-27-109/3-2- 2957/2024 nömrəli əmr imzalanmışdır. İddiaçının iddia ərizəsinə müvafiq olaraq bildirmək istəyirik ki, onun işdən çıxarılması proseduru zamanı heç bir qanun pozuntusuna yol verilməmiş, qanunvericiliyin bütün tələbləri gözlənilmişdir. Habelə iddiaçının öz iddia ərizəsində heç bir qüsurunun olmaması və ya cəza almaması barədə məlumatına müvafiq olaraq bildirmək istəyirəm ki, iddiaçının qeyd etdiyi məlumatlar həqiqəti əks etdirmir. Belə ki, İddiaçıya Cavabdeh MMC-nin rəhbərliyi tərəfindən “AR Əmək Məcəlləsi, əmək müqaviləsi və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsinə səhlənkar yanaşdığına, habelə əmək funksiyasının icrası zamanı pul köçürmələri üzrə mövcud qaydaların tələblərini pozduğuna görə" Cəmiyyətin İmişli X1 mühasibi İddiaçı “sonuncu xəbərdarlıqla şiddətli töhmət" verilməsi barədə xx.xx.2023-cü il tarixli, 3-27-109/3-2-1451/2023/1 nömrəli əmr imzalanmışdır. Yəni İddiaçı iddia etdiyinin əksinə heç də fəaliyyəti qüsursuz olmamış, müəyyən xətalara yol vermiş və barəsində aidiyyəti tədbir görülmüşdür. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan: Cavabdeh MMC-nin bəzi regional bölmələrinin strukturlarının və ştat cədvəllərinin təsdiq edilməsi barədə xx.xx.2024-cü il tarixli əmrə əsasən X3 filiallarının strukturları və ştat cədvəlləri ləğv edilmişdir xx.xx.2024-cü il tarixli İddiaçı ünvanlanmış teleqramda qeyd edilmişdir ki, İmişli RPF-də aparılan struktur islahatları ilə əlaqədar əməliyyatçı vəzifəsi ştatın ixtisara düşməsi ilə əlaqədar İmişli RPF-nın İmişli müştəri xidmətləri şöbəsində vakant olan 0,5 ştat vahidi ilə poçtalyon vəzifəsində əmək münasibətlərinin davam etdirilməsi təklif olunur. İddiaçı 25 sentyabr 2024-cü il tarixli ərizəsində İmişli RPF-nın İmişli müştəri xidmətləri şöbəsində poçtalyon vəzifəsinə keçirilməsindən imtina etdiyini göstərmişdir. Cavabdeh MMC tərəfindən İddiaçı göndərilmiş xx.xx.2024-cü il tarixli bildirişdə onunla bağlanmış əmək müqaviləsinə xəbərdarlıq qüvvəyə mindiyi gündən 9 təqvim həftəsindən sonra xitam veriləcəyi ilə bağlı məlumat verilmişdir. Həmkarlar İttifaqı Respublika Komitəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İmişli RPF-də aparılan struktur islahatları ilə əlaqədar filialın İmişli müştəri xidmətləri şöbəsinin əməliyyatçısı İddiaçı əmək müqaviləsinin ləğv edilməsinə etiraz edilmir. Cavabdeh MMC-nin 09 dekabr 2024-cü il tarixli əmrinin surətindən görünür ki, həmin əmrlə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı İmişli poçt filialının İmişli müştəri xidmətləri şöbəsinin əməliyyatçısı vəzifəsində çalışmışdır. İddiaçının İmişli RPF-də aparılan struktur islahatları ilə əlaqədar vəzifə ştatının ixtisarı ilə bağlı cavabdeh tərəfindən Həmkarlar İttifaqına müraciət edilmişdir. Həmkarlar İttifaqı Komitəsinin üzvləri keçirdikləri iclasda iddiaçının əmək müqaviləsinə xitam verilməsinə etiraz etməmiş və bu barədə cavabdeh qurumun rəhbərliyi məlumatlandırılmışdır. Bundan sonra iddiaçının özünün də təsdiqlədiyi kimi ona başqa bir vəzifə təklif edilsə də, iddiaçı həmin təklifdən imtina etmişdir. İddiaçı işdən azad olunacağı ilə bağlı xx.xx.2024-cü il tarixdə məlumatlandırılmış və cavabdehin 09 dekabr 2024-cü il tarixli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 11-ci maddəsinin “ə” bəndinə əsasən işəgötürənin həmin Məcəllənin və digər normativ hüquqi aktlarların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüquqları vardır. 70-ci maddəsinin “b” bəndinə əsasən, əmək müqaviləsi işəgötürən tərəfindən işçilərin sayı və ya ştatları ixtisar edildikdə ləğv edilə bilər. 71-ci maddəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 77.1-ci maddəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. 80.1-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. İş materiallarında olan sənədlərlə təsdiq olunur ki, iddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəyi ilə bağlı xx.xx.2024-cü il tarixdə rəsmi qaydada məlumatlandırılmışdır. İddiaçının əmək stajının 10 ildən artıq olmasını və 06 dekabr 2024-cü il tarixdə işdən azad olunmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliyin tələbinə uyğun olaraq doqquz təqvim həftəsi öncədən işdən azad olunacağı ilə bağlı məlumatlandırılmışdır. Bundan başqa cavabdeh qanunvericiliyin tələbinə uyğun olaraq işçinin ştatının ixtisara düşəcəyi səbəbindən işdən azad olunacağı ilə bağlı Həmkarlar İttifaqına müraciət etmiş və komissiya İmişli RPF-də aparılan struktur islahatları ilə əlaqədar İmişli müştəri xidmətləri şöbəsinin əməliyyatçısı İddiaçı əmək müqaviləsinin ləğv edilməsinə etriaz etməmişdir. Əmək Məcəlləsinin 78-ci maddəsinin 2-ci bəndinə əsasən, işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadlarına (ərlərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə əmək şikəstliyi almış və ya peşə xəstəliyinə tutulmuşlara; məcburi köçkün, onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. Qeyd olunan maddənin məzmunundan da görünür ki, qanunvericilik işçilərin sayı və ya ştat vahidləri ixtisar edilərkən, şəxslərin işdə saxlanılma üstünlüyü hüququnu işəgötürənin seçim etmək imkanı və hüququ ilə əlaqələndirmişdir. Bununla yanaşı məhkəmə eyni zamanda qeyd edir ki, Əmək Məcəlləsinin 79-cu maddəsinə görə işəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşına çatmamış uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ qrup əlil ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə aparılmış araşdırma zamanı Əmək Məcəlləsinin 79-cu maddəsinin təsiri altına düşən hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, işəgötürən tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyin tələblərinə əməl edilmişdir. İddiaçının dəlilləri formal mülahizələrdən ibarət olub, qanunun tələblərinə riayət edilərək qəbul edilmiş əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçı – Cavabdeh MMC-yə qarşı «əmrin ləğv edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş mediasiya xərci iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar