Məhkəmə qərarları › İş №2(009)-511/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-511/2025

07.03.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-511/2025 07.03.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə, Cavabdeh4 nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı - cavabdehlər Cavabdeh3, Cavabdeh4, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhər 53 saylı Notariat ofisinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və s.” barədə iddia tələbinə dair mülki işə 07 mart 2025-ci il tarixdə Bakı şəhərində Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhər 53 saylı Notariat ofisinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və s.” barədə tələbə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsi, Cavabdeh4 verilmiş xx.xx.2011-ci il tarixli MA ******* saylı Çıxarışın, Cavabdeh3 verilmiş xx.xx.2011-ci il tarixli Çıxarışın etibarsız hesab edilməsi, müqavilənin icrasına dönüş edilməsi, həmin torpaq sahəsində inşa edilmiş evin cavabdehlər Cavabdeh3 və Cavabdeh4 hesabına sökülüb ərazinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyəti Başçısının 13 may 1999-cu il tarixli 653 saylı Sərəncamı ilə mənə Badamdar qəsəbəsində fərdi yaşayış evi tikmək üçün 600 kv.metr torpaq sahəsi ayrı İmiş,ayrılan yer mərzlənərək hasara alınmış,həmin vaxtdan qanuni istifadəmdə olmuşdur.Mənə mübahisələndirilən torpaq sahəsinə Səbail RİH-ti və yerli Badamdar qəsəbə nümayəndəliyi tərəfindən hər 2 təşkilatın möhürü ilə və səlahiyyətli şəxslərinin imzası ilə təstiq olunan 17 noyabr 2008-ci il tarixi i,240 saylı yerləşmə cizgisidə verilmişdir.Ətrafda isə dost və qohumlar torpaq alaraq yerləşmişlər. 2013-cü ildə bizə məlum oldu ki, mənim 2 sot yerim və ümumi istifadədə olmaqla kommunikasiyaların keçdiyi 4 sot yol Fərhad Nağıyev tərəfindən cavabdehlərdən Cavabdeh3 ad ma əldə etdiyi saxta sənədlərlə 19 iyul 2011-ci il tarixli, № 2-inz (81) 808/2011 saylı məhkəmə qərarı əldə edib mülkiyyət hüququnu qeydə aldırmış,bundan sonra digər cavabdeh Təranə xanım Hüseynovaya satmşdır.Müqavilə 53 saylı Notariat Ofisində 25 oktyabr 2011-ci ildə .4-Ə-1-237 reestr nömrə ilə təstiq edilmişdir. Daha sonralar başqa məzmunlu iddia araşdırmaları və başlanan cinayət işinin istintaqı zamanı bəlli olduki, cavabdehlərdən Cavabdeh3 200 manat müqabilində Fərhadın sürücüsü qismində bu proseslərdə iştirak edən X4 27 dekabr 2008 ci il tarixində etibarnamə vermiş,sonuncu da onun adından Fərhad Nağıyevə etibarnamə verdiş,ön tarixə saxta sənədlər tərtib edilərək 1 saylı Bakı şəhər Ərazi İdarəsinə müraciət edilmiş,Ərazi İdarəsi yerin Cavabdeh3 aidiyyətinin olmamasını bildirməklə rəsmən hüquqların qeydiyyatından imtina etmişdir.Bundan sonra F.Nağıyev Cavabdeh3 adından məhkəmədə iddia qaldıraraq məhkəmə qərarı almağa nail olmuş və yeri satmışdır.Oda bəlli olmuşdur ki,yerin 2 sotu iddiaçıya məxsus olsada qalan 4 sotu ümumi istifadədə olan yol olmuşdur.Həmin iş üzrə cavabdeh 1 saylı Bakı şəhər Ərazi İdarəsi isə Apellyasiya şikayəti verməmişdir. Bu qərara əsasən Cavabdeh3 mülkiyyət hüququ xx.xx.2011-ci il tarixdə ********** nömrə ilə qeydə alınmaqla ona ******* nömrəli çıxarış verilmişdir. Hələ 2014-cü ildə mənim başqa məzmunlu iddiam üzrə araşdırma aparılarkən sənədlərdən Cavabdeh3 adına tərtib edilmiş yerləşmə cizgisinin saxtalığı üzə çıxdığından tərəfimdən maraqlarına toxunan şəxs kimi 3cü şəxs kimi tanınmağəma,Bakı 1 saylı İnzibati İqtisad məhkəməsinin Cavabdeh3 iddiası üzrə qəbul etdiyi 19 iyul 2011-ci il tarixli, № 2-inz (81) 808/2011 saylı qərarın yeni açılmış hallara görə ləğv ediilməsinə, icraatı təzələməklə iddia tələbini rədd edən ,eyni zamanda bu qərara əsasən AR Əmlak Məsələləri Dövlət Komitəsi DƏDRX- nin Bakı şəhər Ərazi İdarəsində Cavabdeh3 adına xüsusi mülkiyyət kimi aparılmış 600 kv.metr torpağa hüquqların qeydiyyatının ləğvinə yeni qərar çıxarılmasına dair ərizə ilə qərarı çıxaran hakimə müraciət edilmişdir. Ərizəyə əsasən 2-inz (81) 808/2011 saylı qərarı çıxaran Bakı 1 saylı İnzibati İqtisadi məhkəməsinin sabiq hakimi Q.R.Abbasovun 06 may 2014-cü il tarixli,№ 2-1 (81) 395/2011 saylı qərardadı ilə ərizə təmin edilmiş,mən 3-cü şəxs kimi işə cəlb olunmaqla işin icraatı təzələnmişdir.Daha sonra həmin məhkəmənin icraatında olan 2-1 (81) 38/2015 saylı başqa iddiaya baxılıb nəticə verilənə kimi icraat dayandırılmış,2018ci ildə icraat təzələnmiş,nəticə etibarı ilə iddiaçı Cavabdeh3 məhkəmə iclaslarına dəfələrlə gəlmədiyi üçün onun hərəkəti iddiadan imtina kimi qiymətləndirilmiş,onun adından qaldırılmış iddianın icraatına 08 may 2018-ci il tarixli 2-1 (81 )-16\2018 saylı qərardadla xitam veri İm işdir. Qərardad Apellyasiya instansiyası tərəfindən yoxlanmış,qanuni qüvvəyə minmişdir. Bu qərardaddan sonra Cavabdeh3 mülkiyyət hüququnun ləğv edilib edilməməsi bizə bəlli olmadığından qərardadın surəti əlavə edilməklə dəfələrlə sorğu ilə Ərazi İdarəsinə müraciət edilmişdir. Sonuncu sorğuya verilən 24 may 2024-cü il tarixi i, 3- 21 -3-30\2- 19439\2024,**********39 saylı cavabda MPM-nin 236-1.1-ci maddəsinə istinad edilərək göstərilirki, belə vəziyyətdə qərardadı qəbul etmiş məhkəmə icraada dönüş edilməsi barədə tədbir görməlidir. 19 iyul 2011-ci il tarixli, № 2-inz (81) 808/2011 saylı qərarın icraasında dönüş edilməsi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə aktı idarəyə daxil olacağı təqdirdə məsələyə qanun çərçivəsində baxılacaqdır. Bundan sonra biz yenidən məhkəməyə müraciət etmişik.Bakı inzibati məhkəməsinin 3 iyul 2024-cü il tarixli,2-1 (81 )-16\2018 saylı qərardadı ilə icraada dönüş edilməklə Cavabdeh3 mülkiyyət hüququnun qeydiyyatı ləğv ed i İm işdir. Qərardad qanuni qüvvəyə minmişdir. Odur ki,həmin qərardada əsasən Cavabdeh3 mülkiyyət hüququnun ********** saylı qeydiyyatının başqa sözlə iddianın icraasında dönüş edilməklə 2011-ci ildə qeydə alınmış mülkiyyət hüququnun ləğv edilib edilməməsi,əyər edilmibsə səbəbi barədə bizə məlumat vermənizi xahişi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri rüblük hüquqi şəxsi 1 saylı Bakı şəhər Ərazi İdarəsinə bir daha müraciət edilmişdir.Verilən 01 noyabr 2024-cü il tarixi i,3-21-3-30\2-H- 0189\xx-xx-2024,**********41 saylı cavab məktubunda göstərilir ki, məhkəmənin 3 iyul 2024- cü il tarixli qərardadı əsasında qeydiyyat aparılaraq Cavabdeh3 mülkiyyət hüququnun qeydiyyatı ləğv edilmişdir.Lakin həmin torpaq sahəsi alqı-satqı müqaviləsinə əsasən hazırda Cavabdeh4nın mülkiyyətindədir. Nəhayət 10 ildən artıq davam edən mübarəzədən,get-gəldən sonra mübahisələndirilən torpaq sahəsinin heç vaxt Cavabdeh3 olmaması,mülkiyyət hüququnun ləğv ed il məs i,alqı-satqı müqaviləsinin yalançı olması öztəstiqini tapmışdır. Araşdırmalar zamanı oda bəlli olmuşdur ki, Cavabdeh3 adına tərtib olunmuş 30 dekabr 2007-ci il tarixli,320 saylı yerləşmə cizgisindəki Badamdar qəsəbə nümayəndəliyinin ştampı hələ 2005-ci ildə dövriyyədən çıxarılaraq məhf edilmiş ştampın əksi olmuş,2007-ci ildə nümayəndəliyin başqa ştampı olmuşdur.Sənədin tarixini iddiaçının 2008- ci ildə tərtib edilmiş yerləşmə cizgisindən önə qoymaq zərurəti olduğundan 2007-ci ilin sonunda,iş günü olmayan gün son qeydiyyat kimi kitaba qeydə almışlar.Ədliyyə Nazirliyinin MME -nın 20849 saylı 7 11.2014 il tarixli rəyində Cavabdeh3 arayışının yəni yerləşmə cizgisinin saxta olduğu bir daha öz təsdiqini tapdı.Ekspert rəyində göstərilir ki,TƏDQİQATA TƏQDİM OLUNMUŞ 320 SAYLİ, xx.xx.2007- Cİ İL TARİXLİ CİZQİ ESKİS LAHİYƏSİ BLANKİNİN YUXARİ SAĞ HİSSƏSİNDƏKİ İMZA ( icra başçısının mavininin imzası ) VƏ AŞAĞİ HİSSƏSİNDƏKİ MÖHÜR ƏKSİ (arayışı imzalayan icra nümayəndəsi H.Qasımzadənin özününün sərəncamında olan peçat əksi) HƏR HANSİ BİR TEXNİKİ QURĞU (SKAYNER FOTOAPARAT VƏ S.) VASİTƏSİ İLƏ KOMPÜTERƏ KĞÇÜRÜLMÜŞ VƏ QRAFİK PROQRAM TƏMİNATİNDAN İSTİFADƏ ETMƏKLƏ BİR BAŞA AXİNLİ PRİNTERDƏ ÇAP EDİLMİŞDİR. SRİHB-nın Badamdar qəsəbə üzrə nümayəndəsinin verdiyi arayışında göstərilir ki 320 saylı arayışda olan qeydiyat ştampı 2005 ci ildə ləğv edilərək dövriyədən çıxarılmışdır. Vət.Cavabdeh3 istintaq zamanı öz ifadəsində göstərmişdir ki, o torpaq almaq məqsədi ilə İcra Hakimiyətinə müraciət etməmişdir.Onun torpaq sahəsi olmamış,nədə kimsəyə torpaq satmamışdır. 2008-ci ildə Fərhadın mənzilində təmizlik işləri aparan zaman Mehman ona iki yüz manat pul verərək ondan natarius kontorunda etibarnamə almışdır. Vət.X5 ifadəsində Ələmzarın göstərdiyi xüsusatları təstiq etmiş və Ələmzara verdiyi iki yüz manatı ona Fərhadın verdiyini təstiq etmişdir. Bunlardan əlavə 320 saylı plan-cizgi sənədini saxta tərtib etməsi və “Torpaq sahəsinin plan ölçüsünə”dair A 279663 nömrəli sənədlin qanunsuzluğu məhkəmə xətşünaslıq və sənədlərin texniki ekspertizasının vermiş olduğu 17 noyabr 2014-cü il tarixli,20849 saylı rəyindən əlavə məhkəmə mühəndis-texniki ekspertizası və tikinti -texniki obyektlərinin təhqiqi ekspertizasının vermiş olduğu 29 avqust 2014-cü il tarixli,11713 saylı və 26 dekabr 2014cü il tarixli,21354 saylı rəyləri ilə də təstiq olunur. Ekspert rəyində göstərilir ki,mübahisələndirilən əraziyə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Cavabdeh3 ayrılmış 1225 saylı 600 kvm torpaq sahəsinin naturada sərhədləri mövcud deyildir.Qonşuluqda yerləşən 1224 saylı torpaq sahəsi (mənim torpaq sahəm) mişar daşı ilə hasara alınmışdır. 1225 saylı torpaq sahəsinin yerləşdiyi ərazinin SRİHB-nın 13 may 1999 cu il tarixli 653 saylı sərəncama əlavə olunmuş 1224 saylı Torpaq sahəsinin yerləşmə cizqisində faktii olaraq 1224 saylı sahə ilə 1225 saylı sahə arasında nəzərdə tutulmuş yolun (qəsəbəyə və qonşuluqda yerləşən torpaq sahələrinə gedən ümumi yol ) olduğu müəyyən edilmişdir. 2019-cu ildə istintaq tərəfindən təyin edimiş 20 dekabr 2019 cu il tarixli 23760 saylı EKSPERT RƏYİNDƏ müəyyən edilmişdir ki, 7 noyabr 1994 -cü il tarixli 3686 saylı sərəncamla X2 ayrılmış torpaq sahəsinin ilkin torpaqayırma sxemi və həmin sxemin nömrəsi naturaya və digər mülkiyətçilərin sxemlərinə uyğun deyil və İddiaçı torpaq sahəsindən 65 metr kənarda yerləşməklə üst üstə düşmür. Faktiki olaraq isə həmin 600 kvm. torpaq sahəsinin 400 kv metri ümumi istifadə olunan yola, 200 kvm isə SRİHBnın 653 saylı sərəncamı ilə İddiaçı torpaq sahəsinin üzərinə işlənmişdir. Vət. X1 adına olan 07 noyabr 1994-cü il tarixli 3686 saylı sərəncamda saxtadır.Bunu məhkəmə texniki ekspertizanın 15 may 2019-cu il tarixli,10676X12604 nömrəli,18 oktyabr 2019-cu il tarixli,24007 nömrəli,məhkəmə mühəndis-texniki ekspertizanın 20 dekabr 2019-cu il tarixli,23760 saylı rəyləridə təstiq etmişdir.Ekspertin 15 may 2019-cu il tarixli,10676\12604 nömrəli rəyində oda göstərilir ki,sərəncamdakı icra başçısının imza yerində başçının adfamiliyası önündə icra edilmiş imza hər hansı bir eyni növ sənədin texniki qurğusunun köməyi ilə kompyuterə köçürülmüş və qrafiq proqramı təminatından istifadə etməklə elektron printerdə çap edilmişdir. Həm də saxta sənəd həmin illərdə İcra Hakimiyyətində istifadə edilən,qanun sərəncamların yazıldığı ’’Yatran” makinalarında yox kənarda,başqa məkanda “Optima” makinasında çap edilmişdir. Göründüyü kimi Cavabdeh3 adına tərtib olunmuş sənədlərin saxtalığı mübahisəsizdir,onun heç vaxt torpağı olmamış,torpaq üçün İH-nə müraciət etməmiş,adına sərəncam və yerləşmə cizgisi olmamış,saxta sənədlərdən istifadə etməklə torpağım ələ keçirilib satılmışdır. Bununla belə tələbimlə mənim sənədlərim ində qanuniliyini istintaq orqanı yoxlamışdır.Məhkəmə Mühəndis-texniki Ekspertin 15 oktyabr 2019-cu il tarixli,24004 və 18 oktyabr 2019-cu il tarixli,24007 nömrəli rəyləri ilə təstiq olundu ki,mənim sərəncamım və yerləşmə cizgim texniki vasitələrlə yox birbaşa icra edilməklə yanaşı ştamp və möhürdə birbaşa icra edilmişdir. Yerləşmə cizgisidə qanuni əsaslarla veri İm işdir. Hər iki sənəd saxta deyil.Nəzərə alınmalıdır ki,daşınmaz əmlak üzərində hüququn dövlət qeydiyyatı həmin hüquqmüəyyənedici sənəd qüvvədə və etibarlı olduğu müddət ərzində həqiqi və etibarlıdır.2011 -ci ildə saxta sənədlərlə məhkəmə qərarı alındığından etibarlı sənədlərimin dövlət qeydiyyatı mümkün olmamışdır. Cavabdeh4 etirazında göstərmişdir ki, ailə üzvlərimizlə birlikdə Bakı şəhəri, Badamdar qəsəbəsi ərazisində fərdi ev tikmək məqsədilə torpaq sahəsi almaq qərarına gəldikdən sonra həmin ərazidə müxtəlif yerlərdə satılan torpaq sahəsi ilə maraqlandıq. Müxtəlif ərazilərdə bir neçə əmlakçınm (maklerin) təklif etdiyi torpaq sahələrində, o cümlədən, hazırda mübahisələndirilən torpaq sahəsində olduq. Eni 15 metr, uzunluğu 40 metr olan, ümumi sahə 0.06 ha təşkil edən qeyd edilən torpaq sahəsində fərdi evin tikilməsi üçün tam əlverişli olduğunu müəyyən etdikdən sonra oranı almaq qərarına gəldik. Torpağın çıxarışının olub-olmaması ilə maraqlandıq. Ələmzər Quliyevanın etibarnamə əsasında çıxış edən nümayəndəsi Fərhad Nağıyev torpağın Cavabdeh3 qanuni mülkiyyətində olmasını və adma çıxarış olduğunu bildirmişdir. Sənədlərlə maraqlandıqda isə bizə məlum oldu ki, həqiqətən də Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3cü yaşayış massivi, 1225 saylı sahədə yerləşən, ümumi sahəsi 0.06 ha olan torpaq sahəsi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi idarəsi tərəfindən verilmiş ********** saylı qeydiyyat nömrəsi olan xx.xx.2011-ci il tarixli çıxarışa əsasən Cavabdeh3 məxsusdur. Alqı-satqı mərhələsində torpaq sahəsinin ipoteka yolu ilə yüklü edilməməsi, həbs altında olmaması və özgəninkiləşdirilməsinə qadağa qoyulmaması qanuni arayış-sənədlərlə müəyyən edildikdən və dövlət notariusu tərəfindən yoxlanıldıqdan sonra, eləcə də heç bir şəxslə həmin torpaq sahəsi ilə bağlı hər hansı bir formada narazılığının olmaması, məhkəmə mübahisəsinin olmaması və belə bir narazılığının və məhkəmə mübahisəsinin olmayacağına satıcı Cavabdeh3 adından notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında çıxış edən Fərhad Nağıyev tərəfindən tam təminat verilmişdir. Hətta həmin torpaq sahəsinə Cavabdeh3 adma Çıxarışın verilməsindən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi idarəsi tərəfindən imtina edilməsindən, daha sonra məhkəməyə müraciət edilməklə həmin çıxarışın məlikəmə qərarı əsasında rəsmiləşdirilməsindən nə mənim, nə də ailə üzvlərimizin heç bir məlumatımız olmamış, bu barədə etibarnamə əsasında çıxış edən Fərhad Nağıyev tərəfindən bizə heç bir məlumat verməmiş, eləcə də notarius tərəfindən də alqı-satqı zamanı sənədlər yoxlanılmış və sənədlərin doğruluğunda heç bir şübhə olmadığım yəqin etmişdir. Ona görə də həm torpaq sahəsinə Cavabdeh3 adma Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi idarəsi tərəfindən verilmiş Çıxarışın olduğuna, torpağın həm yerləşdiyi ərazi və onun koordinatları məni və ailə üzvlərimizi qane etdiyinə və torpaqla bağlı heç bir qanunsuzluğun olmamasını tam yəqin etdikdən sonra həmin torpaq sahəsini almağımızı qərarlaşdıq. Ümumiyyətlə qeyd etmək istəyirəm ki, istər alqı-satqıdan əvvəl satılan .torpaq sahələri ilə maraqlandıqda, istərsə də alqı-satqı zamanı mübahisələndirilən torpaqla bağlı əsaslı və ya əsassız olmasından asılı olmayaraq nəinki hər hansı bir qanunsuzluğun, hətta məişət xarakterli narazılığın olduğu təqdirdə belə həmin torpaq sahəsini almaqdan qəti imtina etmiş olardım. Torpağın qanuni əsaslarla satılmasına tam arxayın olduqdan sonra torpağın mülkiyyətçisi olmuş Cavabdeh3 nümayəndəsi Fərhad Nağıyevlə qiymət barədə razılaşıb təxminən 20-25 gün sonra notariusa gedib, aramızda xx.xx.2011-ci il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsi bağlanılmışdır. Alqı-satqı müqaviləsi bağlanıldıqdan sonra Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi idarəsi tərəfindən verilmiş Reyestr nömrəsi **********10 olan, xx.xx.2011-ci ildə tərtib edilmiş № A A 036154 saylı “Torpaq sahəsinin plan və ölçüsü” mənim adıma tərtib edilmişdir. Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşır maz əmlakın Dövlət reyestrindən xx.xx.2011-ci il tarixdə Seriya MA, ******* Kali Çıxarışla qeyd olunan torpaq sahəsi mənim mülkiyyətimə verilmişdir. Lakin torpaq sahəsinə mülkiyyət hüququ əldə etdikdən sonra inşaat işlərinə başlamaq istədikdə İddiaçı adından çıxış etməyə qanuni əsası olmadığı halda Ruslan adlı şəxs bizə müxtəlif vasitələrlə bizə mane'olmuş, münaqişə yaratmağa cəhd göstərmiş, işlədiyim təşkilata barəmdə əsassız şikayətlər etmişdir. Daha 'sonra torpaq sahəsi məhz onun diktəsi ilə müxtəlif məhkəmə instansiyalarında mübahisələndirilmişdir. Belə ki, İddiaçı cavabdehi ər Səbail RtH Başçısının Badamdar qəsəbə nümayəndəliyinə, 25 saylı Notariat Kontoruna, AR DT və XK Bakı şəhər şöbəsinə, AR ƏMDK yanında DƏDRX Bakı şəhəri Ərazi idarəsinə və 3-cü şəxslər Səbail RİH-nə, Cavabdeh3 qızma və mənə qarşı iddia tələbi il müraciət edərək Cavabdeh3 adma Bakı şəhəri Səbail RİH Başçısının Badamdar qəsəbə nümayəndəliyi tərəfindən verilmiş fərdi yaşayış evi tikmək üçün 600 kv.metr torpaq sahəsinə dair verilmə tarixi xx.xx.2007-ci il, sayı 320 göstərilən cizgi və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən xx.xx.2010-cu il tarixdə Cavabdeh3 adma verilmiş A 279663 saylı “Torpaq sahəsinin planı və ölçüsü” ləğv edilməsini və verilən çıxarışın etibarsız hesab edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı Həsənova ərizə ilə məhkəməyə müraciət edərək işə mahiyyəti üzrə baxılıb qurtaranadək Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, döngə 1225-də yerləşən mülkiyyətimdə olan 600 kv.metr torpaq sahəsinin üzərinə həbs qoyulmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2l(81)-237/20l4 saylı xx.xx.2014-cü il tarixli qərardadı ilə İddiaçı iddianın təmini tədbiri barədə ərizəsi təmin edilmiş, işə mahiyyəti üzrə baxılıb qurtaranadək Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, döngə 1225-də yerləşən mülkiyyətimdə olan 600 kv.metr torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-l(81)-38/2015 saylı qərarı ilə İddiaçı iddia tələbi təmin, edilərək Cavabdeh3 adma Bakı şəhəri Səbail rayonu İHB-nm Badamdar qəsəbə nümayəndəliyi tərəfindən verilmiş fərdi yaşayış evi tikmək üçün 600 kv.metr torpaq sahəsinə dair verilmə tarixi xx.xx.2007-ci il, sayı 320 göstərilən cizgi və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən xx.xx.2010-cu il tarixdə Cavabdeh3 adma verilmiş A 279663 saylı “Torpaq sahəsinin planı və ölçüsü” ləğv edilmişdir. Tərəfimdən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(81)- 38/2015 saylı qərarından verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2-1 (103)-1234/2015 saylı qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1 (81 )-3 8/2015 saylı qərarı ləğv edilmiş, iddia qismən təmin edilmiş, Cavabdeh3 adma Bakı şəhəri, Səbail RİH Başçısının Badamdar qəsəbə nümayəndəliyi tərəfindən verilmiş fərdi yaşayış evi tikmək üçün 600 kv.metr torpaq sahəsinə dair verilmə tarixi xx.xx.2007-ci il, sayı 320 göstərilən cizgi və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən xx.xx.2010-cu il tarixdə Cavabdeh3 adma verilmiş A 279663 saylı “Torpaq sahəsinin planı və ölçüsü” yola düşməyən 200 kv.m sahə hissəsində ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2-1(103)-] 234/2015 saylı qərarından verdiyim kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2- 1(102) -.1.507/2015 saylı qərarı ilə qismən təmin edilmiş, Bakı zXpellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2-l(103)-1234/2015 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2016cı il tarixli, 2-l(l03)-593/2016 saylı qərarı ilə üçüncü şəxs olaraq mənim və Cavabdeh3nm nümayəndəsi X6 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilmiş, 1 saylı Bakı. İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-l(81)-38/2015 saylı qərarı ləğv olunmuş, iddiaçı Sarsı Həsənovanın cavabdehlər Bakı şəhər Səbail R.İH Başçısının Badamdar qəsəbə nümayəndəliyinə və qeyrilərinə qarşə “cizginin, torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi” barədə iddiası təmin o. Həmin qərardan İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-l(102)-1224/2016 saylı qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2-l(103)-593/2016 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2-l(103)-593/2016 saylı qərarı qanuni qüvvəsini aldığına görə Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2.-1 (81)-23 7/2014 saylı 19 mart 2014-cü il tarixli müvəqqəti xarakterli müdafiə tədbiri barədə qərardadı öz qüvvəsini itirlmiş sayıldığından Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi , 3-cü yaşayış massivi, döngə 1225-də yerləşən 600 kv.metr torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülmüşdür. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(102)-1224/2016 saylı yekun qərarından və və torpaq üzərində qoyulmuş həbs ləğv edildikdən sonra tikinti işlərini davam etdirmək məqsədilə aidiyyəti orqanlara müraciət etmişik. Müvafiq icazə verildikdən və lahiyə tərtib edildikdən sonra 2024-cü ilin iyul ayında fərdi yaşayış evinin tikintisinə başlamışıq. İddiaçı iddia ərizəsində və “Müvəqqəti təminat tədbir”-nə dair ərizəsində mənim vicdanlı alıcı olmamağımı əsaslandırması üçün istinad etdiyi hallar aşağıdakılar olmuşdur. ona məxsus olmuş həmin torpaq sahəsinə Ələmzər Quliyevanın adından etibarnamə əsasında çıxış edən Fərhad Nağıyevin saxta sənədlər təqdim etməklə məhkəmə qərarı əsasında çıxarış alması, Cavabdeh3 görmədiyim, onunla təmasda olmadığım halda torpağın alqı-satqısına dair danışıqları qanunsuz əməllərlə məşğul olması barədə kütləvi informasiya vasitələrində yetərincə məlumatlar verilmiş Fərhad Nağıyevlə aparılması və torpağın ondan alınması. Cavabdeh3 ərdə olduğu halda subay göstərilməklə alqı-satqı zamanı ərinin razılığının alınmaması. həmin torpaq sahəsinin 2 (iki) sotunun mişar daşından hasar çəkilməsini və qalan 4(dörd) sotunun isə ümumi istifadədə olan yol olması, həmin yoldan kommunikasiya xəttlərinin çəkilməsi qeyd edilmişdir. Qeyd edilənlər tam əsassız və gülünc doğuran ehtimallar olmasına baxmayaarq, məhkəmənin real həqiqəti bilməsinə kömək edilməsi məqsədilə münasibət bldirməyimi zəruri hesab edirəm. Belə ki, Cavabdeh3 adma dövlət reyestrində qeydə alınmış çıxarış olduğuna, onun adından çıxış etməyə əsas verən notarial qaydada verilmiş etibarnamə olduğuna və həmin etibarnamə üzrə səlahiyyətlərin qanuni və ya .qanunsuz həyata keçirməsinin yoxlanılması alıcının deyil, notariusun vəzifəsi olduğuna görə Cavabdeh3 şəxsiyyətinin müəyyən edilməsi, onu görübtanımağım, təmasda olmağım, evli və ya subay olması da mənim üçün heç bir əhəmiyyət kəsb etməmişdir. Bundan başqa, mülkiyyətçi Ələmzər Quliyevanın nümayəndəsi olmuş Fərhad Nağıyevlə aramızda alıq-satqı müqaviləsi bağlanılarkən onun şəxsiyyətinin müəyyən edilməsi, onun cəmiyyətdə mövqeyi, barəsində kütləvi informasiya vasitələrində məlumatlar verilib- verilməməsini bilmək mənim üçün hər hansı bir əhəmiyyət kəsb etmədiyi üçün Cavabdeh3 görmədiyim, onunla təmasda olmadığım halda torpağın alqısatqısma dair danışıqları qanunsuz əməllərlə məşğul olması barədə kütləvi informasiya vasitələrində yetərincə məlumatlar verilmiş Fərhad Nağıyevlə aparılması və torpağın ondan alınması halı tam qanunsuzdur. Eyni zamanda iddiaçı nəzərə almamışdır ki, Cavabdeh3 ərdə olduğu halda ərinin razılığnm alınmamasını hazırkı vəziyyətdə mübahisələndirmək iddiaçının deyil, Cavabdeh3 ərinin öz hüququdur və bunu məndən deyil, Cavabdeh3 tələb edə bilər. Daha sonra iddia ərizəsində qeyd edilir ki, həmin torpaq sahəsinin 2 (iki) sotu mişar daşından hasar çəkildiyinə və qalan 4 (dörd) sotunun isə ümumi istifadədə olan yol olması, kommunikasiya xətlərinin keçməsi, ıcrpağm ucuz qiymətə satılması məni həmin torpaq sahəsini almaqdan çəkindirməli idi. Bununla bağlı bildirirəm ki həmin torpaq sahəsində iddiaçının qeyd etdiyi hissədə nə mişar daşı ilə hasar çəkilməmiş nə də sərhəd arakəsməsi kimi setka, məftil və ya başqa vasitələrdən istifadə edilməmiş, olmuş təqdirdə belə mənim üçün əhəmiyyət kəsb etməmişdir. Bundan başqa, bildirirəm ki, torpaq sahəsinin yerləşdiyi əraziyə getdikdə hazırda mübahisələndirilən torpaq sahəsinin bir hissəsinin qazılmış vəziyyətdə olmasına görə oradan əvvəllər maşır yolu kimi istifadə edilməsi, kommunikasiya xətlərinin keçdiyini təsəvvür etmək belə mümkün olmamışdır. Həmçinin iddiaçı nəzərə almamışdır ki, həmin torpaq sahəsinin ümumi işlək yol olduğu, yaxud kommunikasiya xətlərinin keçdiyi halda verilmiş çıxarışın müabhisələndirilməsi iddiaçının səlahiyyətləri daxilində deyil, müvafiq aidiyyəti qürumlarm səlahiyyəti olmuş, lakın belə bir müraciət olmamışdır. Həmçinin iddia ərizəsində mübahisəli torpaq sahəsinin bazar dəyərindən ucuz qiymətə satılmasına dair qeydlə bağlı vurğulanmalıdır ki, qanunvericilik baxımından satıcının satış qiymətini özü üçün müəyyənləşdim əl, azadlığı vardır. Həmçinin, Səbail rayon məhkəməsində işə baxılarkən vicdanlı alıcı hesab edilməyimə dair şərh olunan, halları və iddiaçı S.Həsənöva tərəfindən eyni mübahisə, eyni predmet üzrə əvvəllər onun məhkəməyə müraciət -etməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 01 aprel 2016-cı tarixli 2-l(103)- 593/2016 saylı qərarı ilə iddiasının təmin olunmaması vo həmin qərardan vermiş olduğu kassasiya şikayətinin Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 iyul 2016-cı il tarixli 2-1 (102)-1224/2016 saylı qərarı ilə təmin edilməməsinin nəzərə alınması təmin edilməlidir. Eləcə də Səbail rayon məhkəməsi, İddiaçı eyni tələbə dair ərizəsinə əsasən müvəqqəti xarakterli müdafiə tədbiri kimi həmin torpaq sahəsinin üzərinə həbs qoyulması barədə 1 saylı Bakı İızibati-İqtisadi Məhkəməsinin 2-1 (81)-237/2014 saylı 19 mart 2014cü il tarixli Qərardadının olmasını və Bakı Apellyasiya. Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 01 aprel 2016-cı il tarixli, 2-1(103)-593/2016 saylı qərarı qanuni qüvvəsini aldığına görə müvəqqəti xarakterli müdafiə tədbiri barədə yuxarıda qeyd edilən Qərardadı öz qüvvəsini itirlmiş sayıldığından torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsinin də nəzərə alınması təmin edilməlidir. Bundan başqa, məlumat üçün 'bildirirəm ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 iyul 2016-cı il tarixli 2-1(102)- ! 224/2016 saylı yekun qərarından və torpaq üzərində qoyulmuş həbs ləğv edildikdən sonra tikinti işlərini davam etdirmək məqsədilə aidiyyəti orqanlara müraciət etmişik. Müvafiq icazə verildikdən və lahiyə tərtib edildikdən sonra 2024-cü ilin iyul ayında fərdi yaşayış evinin tikintisinə başlamışıq. Eyni zamanda, bildirirəm ki, “ASAN KOMMUNAL” xidmətinə etdiyim müraciətlər əsasında həmin torpaq sahəsində tikilmiş ev “AZƏRSU”, “AZƏRİŞİQ” və "xxxx" ASC- i tərəfindən su, işıq və qazla təchis edilmişdir. Hazırda ev tikilmiş, damı örtülmüş, qapı- pəncərələr qoyulmuş, inşaat-tikinti işləri tam başa çatmış, evin içərisində daxili interyer işləri tamamlanmaq üzrədir. İddiaçı hazırkı iddia ərizəsində göstərilən bütün hallara Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 01 aprel 2016-cı il tarixli, 2-1(103)- 593/2016 saylı qərarında və Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 iyul 2016-cı il tarixli 2-1(102)-1224/2016 saylı qərarında tam, hərtərəfli və obyektiv hüquqi qiymət verilməsini bildiyi halda, əsassız olaraq eyni tələblə mənə qarşı yenidən iddia qaldırması süni şəkildə mülkiyyət hüquqlarımın pozulmasına yönəlməsi də tam təsdiq olunur. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh4 nümayəndəsi-vəkili iddiaya etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, hazırki iş üzrə cavabdehin heç bir təqsiri yoxdur. Belə ki, o vicdanlı alıcı qismində əmlakın dəyərini ödəmiş və əmlakı əldə etmişdir. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. İş materiallarında olan: Cavabdeh3 (adından X6) (Satıcı) ilə Cavabdeh4 (Alıcı) arasında bağlanmış 25 oktyabr 2011-ci il tarixli Müqaviləyə əsasən Cavabdeh3 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1225 saylı sahədə yerləşən, ümumi sahəsi 0.06 ha olan torpaq sahəsini Cavabdeh4 14,500 manat qiymətə satır. MA seriyalı ******* saylı Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1225 saylı sahədə yerləşən, ümumi sahəsi 0.06 ha olan torpaq sahəsi xx.xx.2011-ci il tarixdə Cavabdeh3 xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatından keçmişdir. xx.xx.2010-cu il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh3 ona məxsus əmlaklar barəsində qanunla icazə verilmiş bütün əqdləri bağlamaq səlahiyyətini X3 vermişdir. X6 tərəfindən notariat ünvanına yazılmış ərizədə qeyd edilir ki, Cavabdeh3 halhazırda subaydır. 1 saylı Bakı İnziati-İqtisadi Məhkəməsinin xx.xx.2011-ci il tarixli Qərarına əsasən Cavabdeh3 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində 1225 sayla ayrılan, 600 kv.metr torpaq sahəsinin mülkiyyət hüququ əsasında qeydiyyata alınması DƏDRX-nin Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli Qərarına əsasən 1 saylı Bakı İnzibati Məhkəməsinin 19 iyul 2011-ci il tarixli qərarının icrasında dönüş edilmiş, həmin qərar əsasında daşınmaz əmlakın dövlət reyestrində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1225 saylı sahədə yerləşən torpaq sahəsi üzərində Cavabdeh3 mülkiyyət hüquqları ilə bağlı aparılmış dövlət qeydiyyatı ləğv edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, məhkəmə qərarı ilə Cavabdeh3 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində 1225 sayla ayrılan, 600 kv.metr torpaq sahəsinin mülkiyyət hüququ əsasında qeydiyyata alınması DƏDRX-nin Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Qərar əsasında Cavabdeh3 sözügedən əmlaka mülkiyyət hüquqlarını təsdiq edən Çıxarış əldə etmişdir. Bundan sonra Cavabdeh3 (adından X6) ilə Cavabdeh4 arasında bağlanmış 25 oktyabr 2011-ci il tarixli Müqaviləyə əsasən Cavabdeh3 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1225 saylı sahədə yerləşən, ümumi sahəsi 0.06 ha olan torpaq sahəsini Cavabdeh4 14,500 manat qiymətə satmışdır. Sonradan məhkəmə araşdırılması nəticəsində Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1225 saylı sahədə yerləşən torpaq sahəsi üzərində Cavabdeh3 mülkiyyət hüquqları ilə bağlı aparılmış dövlət qeydiyyatı ləğv edilmişdir. Məhkəmə qeyd edir ki, bundan öncəki məhkəmə araşdırılmaları nəticəsində Cavabdeh3 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində 1225 sayla ayrılan, 600 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüquqları ilə bağlı aparılmış dövlət qeydiyyatı ləğv edilmişdir. Bu səbəbdən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi Cavabdeh3 verilmiş xx.xx.2011-ci il tarixli Çıxarışın etibarsız hesab edilməsi hissəsində əsaslı edilməli və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1225 saylı sahədə yerləşən, ümumi sahəsi 0.06 ha olan torpaq sahəsi üzərində Cavabdeh3 mülkiyyət hüquqlarını təsdiq edən xx.xx.2011-ci il tarixli Çıxarış etibarsız hesab edilməlidir. Məhkəmə iddia tələbinin “Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2011ci il tarixli alqı-satqı müqaviləsi, Cavabdeh4 verilmiş xx.xx.2011-ci il tarixli MA ******* saylı Çıxarışın etibarsız hesab edilməsi, həmin torpaq sahəsində inşa edilmiş evin cavabdehlər Cavabdeh3 və Cavabdeh4 hesabına sökülüb ərazinin boşaldılması” hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə əsassızdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisəli əmlaka dair notariat kontorunda alqı-satqı müqaviləsi təsdiq edilərkən həmin əmlak Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatda olmuş, həmin əmlakın həbsdə və yüklü olması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində hər hansı qeydiyyat mövcud olmamışdır. Bununla bağlı notarius alqı-satqı müqaviləsini təsdiq edərkən mübahisəli torpaq sahəsi üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışı “Elektron notariat” informasiya sistemi vasitəsilə real vaxt rejimində əldə etmişdir. Məhkəmə qeyd edir ki, mübahisəli torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlanılarkən notariat orqanı tərəfindən qanunvericiliyin bütün tələblərinə riayət olunmuş, yəni əmlakın yüklülüyünə dair arayış «Elektron notariat» informasiya sistemi vasitəsi ilə real vaxt rejimində əldə edilmiş, lazımı sənədlər tələb edilərək əldə edilmiş və yalnız bundan sonra və alqı-satqı müqaviləsi notariat qaydada təsdiq olunmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi qanunvericiliyin bütün tələbləri gözlənilməklə təsdiq olunduğundan, onun etibarsızlığına heç bir əsas yoxdur. Məhkəmə qeyd edir ki, əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülkihüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Məhz bu səbəbdən də qanun pozuntusu ilə bağlanmış hər bir əqd, bunun nəticəsində mənafeyi pozulan şəxsin tələbi ilə etibarsız sayılır. AR Mülki Məcəlləsinin: 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 597.1-ci maddəsinə əsasən alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Məhkəmə qeyd edir ki, müqavilənin etibarsız hesab edilməsi üçün mülki qanunvericilikdə hallar konkret olaraq müəyyən edilmişdir. Əqdin (müqavilənin) etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlər deyə iki qrupa bölünür. Aldatma dedikdə şəxsdən əsl həqiqəti gizlətməklə, onu hiyləgərcəsinə həqiqətdən uzaq müəyyən hərəkətə həvəsləndirərək təhrik etmək anlaşılır. Bu yolla maraqlı tərəf arzuladığı və öz iradəsinə müvafiq olan, lakin aldadılmış tərəfin mənafeyinə zidd olan bir əqdin bağlanmasına nail olur. Beləliklə, bağlanmış əqddə aldadılmış tərəfin həqiqi iradəsi təhrif edilmiş olur. Bu isə şəxsin iradə sərbəstliyinin və mülki qanunvericiliyin əsas prinsiplərindən birinin kobud surətdə pozulmasıdır. Qanunun tələbinə görə aldatma nəticəsində bağlanmış əqd onun aldatma olmadan bağlana bilməyəcəyi aşkar olduğu halda mübahisələndirilə bilər. Aldatma yolu ilə əqdin bağlanmasına nail olmuş şəxsin bunun nəticəsində fayda götürmək, yaxud digər tərəfə zərər vurmaq məqsədinin güddüyünün əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın: 45-ci maddəsinə əsasən daşınmaz əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında müqavilə həmin əmlakın yerləşdiyi yerin notariusu tərəfindən təsdiq edilir. 46-cı maddəsinə əsasən notariuslar daşınmaz əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında müqavilələri notariat qaydasında təsdiq edərkən onların özgəninkiləşdirən və ya girov qoyan şəxsə məxsus olmasını yoxlayırlar. 47-ci maddəsinə əsasən qeydiyyatdan keçməli olan əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdləri təsdiq edərkən notarius özgəninkiləşdirilən və ya girov qoyulan əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında müvafiq reyestrdən çıxarışı tələb edir. 47-1-ci maddəsinə əsasən fiziki şəxsin özgəninkiləşdirilən yaşayış yeri üzrə qeydiyyatda olması müddəti “Elektron notariat” və “Giriş-çıxış və qeydiyyat” avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə əldə edilmiş məlumat əsasında mülkiyyət hüququnun əldə edilməsi müddətindən asılı olmayaraq müəyyən edilir. 48-ci maddəsinə əsasən daşınmaz əmlak obyektlərinə sərəncam verilməsi haqqında müqavilələr təsdiq olunarkən, notarius daşınmaz əmlaka sərəncam verənin və ya onun nümayəndəsinin (vəkil edilmiş şəxsin) ərizəsi və daşınmaz əmlak obyektinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışı “Elektron notariat” informasiya sistemi vasitəsilə real vaxt recimində əldə edir. Ərizədə arayışın daşınmaz əmlakın sərəncam verilməsinə dair notariat hərəkətinin aparılması məqsədi ilə əldə edilməsi göstərilməli və müraciət edən şəxsin imzasının həqiqiliyi notarius tərəfindən təsdiq edilməlidir. Məhkəmə qeyd edir ki, mübahisəli əmlak üzrə alqı-satqı müqaviləsi bağlanan zaman qanunun bütün tələblərinə riayət edilmişdir, əmlakı əldə edən Cavabdeh4 bağladığı əqdin legitimsizliyinə dair şübhələri olmamış, həmçinin hər hansı üçüncü şəxslərin mövcud iddialarından xəbəri olmamışdır. Eyni zamanda o mübahisəli əmlakı əldə edərkən həmin əmlak yüklü (girov və ya ipoteka ilə) olmamışdır və notariat orqanı tərəfindən alqı-satqı müqaviləsi təsdiq edilərkən qanunun bütün tələblərinə riayət olunmuşdur. Məhkəmə eyni zamanda qeyd edir ki, alıcı tərəfindən torpaq sahəsi əldə edilərkən əmlakın reyestrdə Cavabdeh3 adına qeydiyyatda olması Cavabdeh4 satıcıya tam etibar etməsinə səbəb olmuşdur. Belə ki, cavabdeh əmlakı əldə edərkən alqı-satqıdan əvvəl bütün lazımi ehtiyatlılığı göstərərək torpaq sahəsinin həqiqətən Cavabdeh3 məxus olduğu barədə mülkiyyət hüquqlarının təsdiq edən Çıxarışın olduğuna etibar etmş və bundan sonra notarial qaydada müqaviləni bağlamışdır. Başqa sözlə, Cavabdeh3 satıcı qismində özünə məxsus əmlakı satışa çıxarmış, Cavabdeh4 isə alıcı qismində rəsmi reyestrdə satıcının əmlakı kimi qeydiyyata alınmış torpaq sahəsini dəyərini ödəmək yolu ilə əldə etmişdir. Hazırkı halda da alıcı əmlakın daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə satıcının adına qeydə alınmasına dair aparılmış və qüvvədə olan reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasına inanıb, etibar etməklə onunla alqısatqı müqaviləsi bağlamışdır. Əmlakı əldə edən şəxsin vicdanlı əldə edən kimi tanınması üçün hər bir halda o, sübut etməlidir ki, əmlakı özgəninkiləşdirənin buna səlahiyyətli olubolmadığını müəyyən etmək üçün bütün ağlabatan tədbirləri görüb: məsələn, özgəninkiləşdirənin əmlakın mülkiyyətçisi olmasına dair hüquq müəyyənedici sənədləri tələb edib onları nəzərdən keçirib; səlahiyyətli orqandan əmlakın üzərində hər hansı məhdudiyyətin, yüklülüyün olub-olmamasına dair müvafiq arayış alınıb və sair. Bu səbəbdən mübahisəli torpaq sahəsi üzrə sözügedən alqı-satqı müqaviləsi bağlanılan zaman qanunun bütün tələblərinə riayət olunduğundan, həmçinin əmlakı əldə edən bağladığı əqdin legitimsizliyinə dair və hər hansı üçüncü şəxslərin mövcud iddialarından xəbəri olmadığından, o əmlakı vicdanlı əldə edən kimi hesab edilməlidir. Mülki qanunvericiliyə görə mülkiyyətçi olmayan şəxsdən əmlakın satın alınmasının hüquqi nəticələri Mülki Məcəllənin 140-cı maddəsinin tələblərinə uyğun tənzimlənir. Əmlakı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda əldə edən əmlakın mülkiyyətçisi olur. Vicdanlılıq faktı əmlak verilənə qədər mövcud olmalıdır. Beləliklə, əmlak üzərində mülkiyyət və s. kimi əşya hüquqları əldə edən şəxs həmin əmlakla bağlı hüquqlara dair dövlət reyestrindəki qeydə inanaraq hərəkət edirsə və bu zaman qeydiyyatın düzgün olmadığını bilmirsə və ya qeydiyyatın qeyri-dəqiqliyinə dair qeyd reyestrə daxil edilməyibsə, vicdanlı əldə edən hesab edilir. Yəni, Mülki Məcəllənin 140-cı, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddələrində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapıb. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə sayılır. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı əmlakı əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab olunur. Digər tərəfdən, dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2- ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilib. Bu prezumpsiyaya görə, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əmlak üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur. S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli qərarında qeyd edilmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Beləliklə məhkəmə qeyd edir ki, Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış alqısatqı müqaviləsi qanunda nəzərdə tutulmuş şərtlərə əməl edilməklə bağlanıldığından və onun etibarsızlığı üçün iddiaçı tərəfindən gətirilən dəlillərin heç bir əsası olmadığından, həmçinin əmlakı alan vicdanlı əldə edən olduğundan, əmlak ondan geri tələb edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Şərh olunanlara əsasən və Az. Resp. MPM-nin 216-220-ci maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddiaçı - cavabdehlər Cavabdeh3, Cavabdeh4, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhər 53 saylı Notariat ofisinə qarşı “müqavilənin etibarsızlığı və s.” barədə iddiası qismən təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1225 saylı sahədə yerləşən, ümumi sahəsi 0.06 ha olan torpaq sahəsi üzərində Cavabdeh3 mülkiyyət hüquqlarını təsdiq edən xx.xx.2011-ci il tarixli Çıxarış etibarsız hesab edilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilən dövlət rüsumunun 50 manat hissəsi Cavabdeh3 iddiaçının xeyrinə tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar