Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-558/2026 30.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X2 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İddiaçılar iddiaçı3 və qeyrilərinin cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilərək torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** saylı qərardadından cavabdeh cavabdeh2 nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar iddiaçı3, iddiaçı4 İsmayıl qızı, iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyətdə olan Göygöl rayonu Quşqara kəndi ərazisində yerləşən 0,12 hektar torpaq sahəsinə dair ## ###### 2022-ci il tarixli, 4Ə-*** reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi 508013003667, qeydiyyat nömrəsi 1522009925, qeydiyyat tarixi ## #### 2022-ci il olan Çıxarışın ləğv edilməsi, cavabdehlərin torpaq sahəsindən çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişlər. İddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, paylı mülkiyyətdə olan Göygöl rayonu Quşqara kəndi ərazisində yerləşən 0,12 hektar torpaq sahəsinə dair ## ###### 2022-ci il tarixli, 4Ə-*** reyestr nömrəli alqı-satqı müqaviləsinin və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi 508013003667, qeydiyyat nömrəsi 1522009925, qeydiyyat tarixi ## #### 2022-ci il olan Çıxarışın ləğv edilməsi, cavabdeh cavabdeh2 adına tərtib edilmiş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi 508013003667, qeydiyyat nömrəsi 1508015175, qeydiyyat tarixi ## ###### 2009-cu il olan Çıxarışın ləğv edilməsi və cavabdeh cavabdeh1 torpaq sahəsindən çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişlər. Göygöl Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli *(***)-**/**** nömrəli qətnaməsi ilə (hakim Mübariz Məmmədov) iddiaçılar iddiaçı3, iddiaçı4 İsmayıl qızının, iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edərək torpaq sahəsinin boşaldılması tələbinə dair” iddiasının qismən təmin olunması; Cavabdeh cavabdeh2 adına tərtib edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyest nömrəsi 508013003667, qeydiyyat nömrəsi 1508015175, qeydiyyat tarixi ## ###### 2009-cu il olan Çıxarışa əsasən mülkiyyətində Göygöl rayonu Quşqara kəndi ərazisində yerləşən 0,03 hektar həyətyanı torpaq sahəsini cavabdeh1 satmasına dair ## ###### 2022-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi; Cavabdeh cavabdeh1 mülkiyyətində Göygöl rayonu Quşqara kəndi ərazisində yaşayış məntəqələri torpaqları kateqoriyasına aid 0,03 hektar həyətyanı torpaq sahəsinə dair olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi 508013003667, qeydiyyat nömrəsi 1522009925, qeydiyyat tarixi ## #### 2022-ci il olan Çıxarışın ləğv edilməsi; Cavabdeh cavabdeh1 həmin torpaq sahəsindən çıxarılması; İddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun 50 (əlli) manat hissəsinin cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada tutularaq iddiaçılar iddiaçı3, iddiaçı4 İsmayıl qızına, iddiaçı2 və iddiaçı1 ödənilməsi; İddianın hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyest nömrəsi 508013003667, qeydiyyat nömrəsi 1508015175, qeydiyyat tarixi ## ###### 2009-cu il olan Çıxarışın ləğv edilməsi hissəsində təmin edilməməsi qət edilmişdir. Cavabdeh cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2024-cü il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ilə cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Göygöl Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli *(***)-**/**** nömrəli qətnaməsinin yoxlanılan, yəni «Cavabdeh cavabdeh2 adına tərtib edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyest nömrəsi 508013003667, qeydiyyat nömrəsi 1508015175, qeydiyyat tarixi ## ###### 2009-cu il olan Çıxarışa əsasən mülkiyyətində Göygöl rayonu Quşqara kəndi ərazisində yerləşən 0,03 hektar həyətyanı torpaq sahəsini cavabdeh1 satmasına dair ## ###### 2022-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi; Cavabdeh cavabdeh1 mülkiyyətində Göygöl rayonu Quşqara kəndi ərazisində yaşayış məntəqələri torpaqları kateqoriyasına aid 0,03 hektar həyətyanı torpaq sahəsinə dair olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi 508013003667, qeydiyyat nömrəsi 1522009925, qeydiyyat tarixi ## #### 2022-ci il olan Çıxarışın ləğv edilməsi; Cavabdeh cavabdeh1 həmin torpaq sahəsindən çıxarılması» hissələrdə ləğv edilməsi; Həmin hissələrdə yeni qətnamə qəbul edilərək iddia tələbinin həmin hissələrdə təmin edilməsi; Cavabdeh cavabdeh2 adına tərtib edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyest nömrəsi 508013003667, qeydiyyat nömrəsi 1508015175, qeydiyyat tarixi ## ###### 2009-cu il olan Çıxarışa əsasən Göygöl rayonu Quşqara kəndi ərazisində yerləşən 0,03 hektar həyətyanı torpaq sahəsinin cavabdeh1 satılmasına dair ## ###### 2022-ci il tarixli AN-İ ******* nömrəli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi; Göygöl rayonu Quşqara kəndi ərazisində yaşayış məntəqələri torpaqları kateqoriyasına aid 0,03 ha həyətyanı torpaq sahəsinə dair cavabdeh cavabdeh1 adına tərtib edilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi 508013003667, qeydiyyat nömrəsi 1522009925, qeydiyyat tarixi ## #### 2022-ci il olan çıxarışın ləğv edilməsi; Cavabdeh cavabdeh1 Göygöl rayonu Quşqara kəndi ərazisində yaşayış məntəqələri torpaqları kateqoriyasına aid 0,03 ha həyətyanı torpaq sahəsindən çıxarılması; Apellyasiya şikayətinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdeh cavabdeh1 etibarnamə üzrə nümayəndələri (vəkil) Vəkil və Əliyev İlham Yəhya oğlu tərəfindən ayrı-ayrılıqda kassasiya şikayəti verilmiş və Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ##### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qərardadı ilə kassasiya şikayətləri müddətin buraxılması əsası ilə geri qaytarılmışdır. Bundan sonra cavabdeh cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil sözügedən qətnamədən kassasiya şikayəti, eləcə də kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ### 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qərardadı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2024-cü il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil tərəfindən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizənin təmin edilməməsi; Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2024-cü il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Bundan sonra Göygöl Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən аpellyаsiyа şikаyəti verilmişdir. Göygöl Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qərardadı ilə Göygöl Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti uyğun hesab edilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayətinə baxılması mümkün hesab edilərək məhkəmə baxışına təyin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərardadı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərardadının ləğv edilməsi, Göygöl Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin qeyrimümkün hesab edilməsi və Göygöl Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə hüquqi qiymət verilməsi üçün Göygöl Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** nömrəli qərardadı ilə Göygöl Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Göygöl Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti və ötürülmüş prosessual müddətin bərpasına dair ərizəsi elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə ##.##.2026-cı il tarixdə məhkəməyə daxil olmuş, qeyd olunan mülki iş üzrə yekun məhkəmə aktı məhkəmənin sabiq hakimi Mübariz Məmmədov tərəfindən qəbul edilmiş və mülki iş arxivə verilmiş, bu səbəbdən cavabdeh cavabdeh2 nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş ərizə və apellyasiya şikayəti elektron məhkəmə informasiya sistemində dəftərxana və sədr istifadəçi adlarında olan bildirişlər panelində daxil olması görünməmiş, yalnız vətandaş özü ##.##.2026-cı il tarixdə məhkəməyə şifahi müraciət etdikdən sonra qeyd olunan şikayətin və ərizənin verilməsi aşkar edilmiş və qeyd olunan məsələ ilə bağlı aidiyyatı qurumlara məktub ünvanlanmışdır. Cavabdeh cavabdeh2 nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizəyə məhkəmə iclasında baxılması ## #### 2026- cı il tarixə, saat 11:30-a təyin edilmiş və bu barədə iş üzrə tərəflərə məhkəmə bildirişi göndərilmişdir. Göygöl Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı ilə cavabdeh cavabdeh2 nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən Göygöl Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, 2(066)- **/**** nömrəli qətnaməsindən apellyasiya şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsindən imtina edilməsi və cavabdeh cavabdeh2 nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin ona əlavə edilmiş sənədlərlə birlikdə ona geri qaytarılması qərara alınmışdır. Göygöl Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## #### 2026-cı il tarixli qərardaddan narazı qalan cavabdeh cavabdeh2 nümayəndəsi (vəkili) Nümayəndə məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verərək, Göygöl Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qərardadının ləğv edilməsi, ərizənin təmin edilməsi Göygöl Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli *(***)-**/**** nömrəli qətnaməsindən apellyasiya şikayət vermə müddətinin keçməsini üzrlü hesab edib, apellyasiya şikayətini mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçılar iddiaçı3, iddiaçı4 İsmayıl qızı, iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyətdə olan Göygöl rayonu Quşqara kəndi ərazisində yerləşən 0,12 hektar torpaq sahəsinə dair ## ###### 2022-ci il tarixli, 4Ə*** reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi 508013003667, qeydiyyat nömrəsi 1522009925, qeydiyyat tarixi ## #### 2022-ci il olan Çıxarışın ləğv edilməsi, cavabdehlərin torpaq sahəsindən çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişlər. Göygöl Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli *(***)-**/**** nömrəli qətnaməsi ilə (hakim Mübariz Məmmədov) iddiaçılar iddiaçı3, iddiaçı4 İsmayıl qızının, iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı “alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edərək torpaq sahəsinin boşaldılması tələbinə dair” iddiasının qismən təmin olunması; Cavabdeh cavabdeh2 adına tərtib edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyest nömrəsi 508013003667, qeydiyyat nömrəsi 1508015175, qeydiyyat tarixi ## ###### 2009-cu il olan Çıxarışa əsasən mülkiyyətində Göygöl rayonu Quşqara kəndi ərazisində yerləşən 0,03 hektar həyətyanı torpaq sahəsini cavabdeh1 satmasına dair ## ###### 2022-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi; Cavabdeh cavabdeh1 mülkiyyətində Göygöl rayonu Quşqara kəndi ərazisində yaşayış məntəqələri torpaqları kateqoriyasına aid 0,03 hektar həyətyanı torpaq sahəsinə dair olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi 508013003667, qeydiyyat nömrəsi 1522009925, qeydiyyat tarixi ## #### 2022-ci il olan Çıxarışın ləğv edilməsi; Cavabdeh cavabdeh1 həmin torpaq sahəsindən çıxarılması; İddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun 50 (əlli) manat hissəsinin cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada tutularaqiddiaçılar iddiaçı3, iddiaçı4 İsmayıl qızına, iddiaçı2 və iddiaçı1 ödənilməsi; İddianın hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyest nömrəsi 508013003667, qeydiyyat nömrəsi 1508015175, qeydiyyat tarixi ## ###### 2009-cu il olan Çıxarışın ləğv edilməsi hissəsində təmin edilməməsi qət edilmişdir. Göygöl Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli mülki işə baxarkən məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh2 məlumat verilməmişdir, yekun məhkəmə aktını cavabdeh2 çatdırılması təmin edilməmişdir. cavabdeh2 10 ilə yaxındır ki, Azərbaycandan kənarda xarici ölkədə yaşayır. Uzun müddətdir ki, vətənə gəlməmişdir. Azərbaycan mobil nömrələri işlətmir. Ona sms məlumatların çatdırılması belə mümkün deyildir. cavabdeh2 *(***)-**/**** nömrəli, ## #### 2024- cü il tarixli qətnaməsi təqdim edilməmişdir. cavabdeh2 Göygöl Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti vermiş, mülki iş apellyasiya şikayəti ilə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2025-ci il tarixli qərardadı ilə, Göygöl Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti mümkün hesab edilmiş, işin məhkəmə baxışı iclası “18” sentyabr 2025-ci il tarixdə, saat 14:50-yə təyin edilmişdir. 18.09.20225-ci il, ##.##.2025-ci il, ##.##.2025-ci il tarixlərdə məhkəmə baxışı iclasları baş tutmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- ****/**** saylı, ## ###### 2025-ci il tarixli qərardadına əsasən Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025ci iltarixli, 2(104)- ****/**** saylı qərardadı ləğv edilməsi, Göygöl Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli 2(066)- **/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilməsi, Göygöl Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli 2(066)- **/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh cavabdeh2 nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti hüquqi qiymət verilməsi üçün Göygöl Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Göygöl Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadına əsasən Göygöl Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılması qərara alınmışdır. Göygöl Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından şikayət vermə müddəti bitdikdən sonra Göygöl Rayon Məhkəməsinin *(***)- **/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinə dəyişiklik edilmiş və apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə ərizə ilə birlikdə Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Göygöl Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)- **/**** nömrəli qərardadına əsasən ərizə təmin edilməməsi, cavabdeh cavabdeh2 nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən Göygöl Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən apellyasiya şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsindən imtina edilməsi, cavabdeh cavabdeh2 nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə ona geri qaytarılması qərara alınmışdır. Hesab edir ki, Göygöl Rayon Məhkəməsinin ## #### 2026- cı il tarixli, *(***)-**/**** nömrəli qərardad qanunsuz və əsassızdır. Qanunsuz və əsassız qərardadın əsaslanma hissəsi aşağıdakı kimidir. Göygöl Rayon Məhkəməsinin ##.##.2024- cü il tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci iltarixli, *(***)-****/**** saylı qərardadı ##.##.2026-cı il tarixdə cavabdeh cavabdeh2 nümayəndəsi (vəkili) Nümayəndə elektron məhkəmə informasiya sistemində olan kabinetinə rəsmi şəkildə yerləşdirilmiş və bu barədə olan elektron çıxarış iş materiallarına əlavə edilmişdir. Həmçinin iş materiallarından görünür ki, Göygöl Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, 2(066)- **/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması barədə Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(066)- **/**** saylı qərardadı ##.##.2026-cı il tarixdə cavabdeh cavabdeh2 nümayəndəsi (vəkili) Nümayəndə elektron məhkəmə informasiya sistemində olan kabinetinə rəsmi şəkildə yerləşdirilmiş və bu barədə olan elektron çıxarış iş materiallarına əlavə edilmişdir. Məhkəmə qeyd edir ki, ilk dəfə cavabdeh cavabdeh2 nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin qeyr-mümkün hesab edilməsi barədə qərardad Gəncə Apellyasiya Məhkəməsi tərəfindən ##.##.2025-ci il tarixdə qəbul edilmiş və qeyd olunan qərardad cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə elektron kabinetinə yerləşdirilməklə təqdim edilmiş, həmin vaxtdan keçən müddət ərzində cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə heç bir üzürlü səbəb olmadan təkrar ## ###### 2026-cı il tarixdə hazırki apellyasiya şikayətini və apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə ərizə vermişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən apellyasiya şikayəti vermə müddəti üzürlü səbəb olmadan buraxılmışdır və ona qərardadda göstərilən nöqsanın aradan qaldırılması üçün əlavə müddətin verilməsinə əsas qalmamışdır. Belə ki, məhkəmə apellyasiya şikayəti verilməsi üçün buraxılmış prоsessuаl müddətin bərpası barədə ərizənin dəlillərini əsassız hesab edərək qeyd edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)- ****/**** saylı qərardadının qəbul edildiyi və ##.##.2026-cı il tarixdə tərəflərə təqdim edildiyi vaxdan, qərardadda göstərilmiş nöqsanın aradan qaldırılaraq və yenidən apellyasiya şikayəti ilə məhkəməyə müraciət edilməsi üçün cavabdeh cavabdeh2 nümayəndəsi (vəkili) Nümayəndə kifayət qədər zamanı və ən pis halda iki gün ərzində aradan qaldırılması imkanı olmuşdur. Lakin cavabdeh tərəf qərardadı aldığı ##.##.2026-cı il tarixdən iki aya yaxın müddət keçirməklə, təkrarən ##.##.2026-cı il tarixdə apellyasiya şikayəti və müddət bərpası barədə ərizə vermişdir ki, bu müddətdən az bir zamanda qeyd edilən nöqsanın aradan qaldırılması mümkün və ağlabatan idi. Bundan başqa cavabdeh cavabdeh2 nümayəndəsi (vəkili) Nümayəndə iki aya yaxın müddət sonra apellyasiya şikayətinin verilməsinin ondan aslı olmayan səbəblərdən baş verməsini və əsaslı bir halın olmasını ərizəsində göstərməməklə, apellyasiya şikayəti vermə müddətinin ötürülməsinin ondan aslı olmayan üzrlü səbəblərdən olmasına dair sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, Göygöl Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti vermə müddəti ötürülməmişdir. Qeyd olunan bu hal həmin qətnamədən şikayətin Gəncə ApellyasiyaMəhkəməsində icraata qəbul edilməsi və 3 dəfə məhkəmə baxışı iclasının keçirilməsi ilə təsdiqlənir. Göygöl Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 2(066)- **/**** nömrəli qərardadında əsassız olaraq məhkəmə hesab etmişdir ki, Gəncə Apellyasiya Məhkəməsi tərəfindən ##.##.2025-ci il tarixdə qəbul edilmiş və qeyd olunan qərardad cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə elektron kabinetinə yerləşdirilməklə təqdim edilmiş, həmin vaxtdan keçən müddət ərzində cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə heç bir üzürlü səbəb olmadan təkrar ## ###### 2026-cı il tarixdə hazırki apellyasiya şikayətini və apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə ərizə vermişdir. Halbuki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli qərardadında məhkəmə qərara almışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, 2(104)- ****/**** saylı qərardadı ləğv edilsin, Göygöl Rayon Məhkəməsinin ## #### 2024- cü il tarixli *(***)-**/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin, Göygöl Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli *(***)-**/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh cavabdeh2 nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti hüquqi qiymət verilməsi üçün Göygöl Rayon Məhkəməsinə qaytarılsın. Göründüyü kimi iş materialı Göygöl rayon Məhkəməsinə göndərilməli idi və Göygöl Rayon Məhkəməsi apellyasiya şikayətinə hüquqi qiymət verməli idi. cavabdeh2 mülki iş materialı Göygöl rayon Məhkəməsinə göndərilmədiyi və Göygöl Rayon Məhkəməsi tərəfindən apellyasiya şikayətinə hüquqi qiymət verilmədiyi halda onun tərəfindən apellyasiya şikayətinə düzəliş edilməsi və apellyasiya şikayətinin bərpa edilməsi barədə ərizə ilə Gəncə Apellyasiya Məhkəməsinə müraciət edilməsi qanunuvericliyin tələblərinə uyğun deyildir. Bu hal həm maddi, həm də prosessual qanunuvericliyin tələblərinə uyğun hesab edilməlidir. Göygöl Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, *(***)-**/**** saylı qərardadı ##.##.2026-cı il tarixdə elektron məhkəmə informasiya sisteminə yerləşdirilmişdir və həmin qərardaddan apellyasiya şikayəti vermədikləri üçün apellyasiya şikayəti vermə müddəti bitdikdən sonra ##.##.2026-cı il tarixdən həm apellyasiya şikayətinə düzəlişi həm də ərizəni elektron kabinetə yerləşdirmişlər. Həmin qərardad da 10 gün müddətinə şikayət vermə müddəti göstərilmiş və qərardad da şikayət müddəti bitdikdən sonra həmin qərardaddan şikayət verməmişlər. Hesab etmişlər ki, həmin qərardad qanunudur. Apellyasiya şikayəti vermə müddəti bitdikdən sonra apellyasiya şikayətinə düzəlişi həm də apellyasiya şikayəti vermə müddəti ilə bağlı ərizəni elektron kabinetə yerləşdirmişlər. Göygöl Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## ##### 2026-cı il tarixli qərardadı ilə şikаyət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarının tədqiqi zamanı müəyyən edilmişdir ki, cavabdeh cavabdeh2 nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə ##.##.2025-ci il tarixdə hazırkı mülki iş üzrə proses iştirakçıları siyahısına əlavə edilməsi barədə ərizə və ##.##.2025-ci il tarixdə isə Göygöl Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti məhkəməyə daxil olmuş və Göygöl Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qərardadı ilə Göygöl Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti uyğun hesab edilməsi qərara alınmışdır. Göygöl Rayon Məhkəməsinin ##.##.2024- cü il tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərardadı ##.##.2026-cı il tarixdə cavabdeh cavabdeh2 nümayəndəsi (vəkili) Nümayəndə elektron məhkəmə informasiya sistemində olan kabinetinə rəsmi şəkildə yerləşdirilmiş və bu barədə olan elektron çıxarış iş materiallarına əlavə edilmişdir. Göygöl Rayon Məhkəməsinin ##.##.2024- cü il tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması barədə Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** saylı qərardadı ##.##.2026-cı il tarixdə cavabdeh cavabdeh2 nümayəndəsi (vəkili) Nümayəndə elektron məhkəmə informasiya sistemində olan kabinetinə rəsmi şəkildə yerləşdirilmiş və bu barədə olan elektron çıxarış iş materiallarına əlavə edilmişdir. İlk dəfə cavabdeh cavabdeh2 nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin qeyr-mümkün hesab edilməsi barədə qərardad Gəncə Apellyasiya Məhkəməsi tərəfindən ##.##.2025-ci il tarixdə qəbul edilmiş və qeyd olunan qərardad cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə elektron kabinetinə yerləşdirilməklə təqdim edilmiş, həmin vaxtdan keçən müddət ərzində cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə heç bir üzürlü səbəb olmadan təkrar ## ###### 2026-cı il tarixdə hazırki apellyasiya şikayətini və apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə ərizə vermişdir. Belə olan halda məhkəmə haqlı olaraq hesab etmişdir ki, cavabdeh tərəfindən apellyasiya şikayəti vermə müddəti üzürlü səbəb olmadan buraxılmışdır və ona qərardadda göstərilən nöqsanın aradan qaldırılması üçün əlavə müddətin verilməsinə əsas qalmamışdır. Şikayətin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, prosessual hərəkətlər Məcəllə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Cavabdehin qanundan irəli gələn prosessual hərəkətləri düzgün yerinə yetirə bilməməsi buraxılmış müddətin üzürlü səbəb olmasını istisna edir. Müddətin bərpası yalnız tərəfin iradəsindən asılı olmayan, qabaqcadan görülməsi və qarşısının alınması mümkün olmayan hallarda yol verilə bilər. Hazırki vəziyyətdə isə belə hallar mövcud olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi; 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.2-ci maddəsinə əsasən, məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə görə birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti, qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilməlidir. Həmin Məcəllənin 128.1-ci maddəsinə görə prosessual hərəkətlər həmin Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilməlidir. Həmin Məcəllənin 130.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 233.1-ci maddəsinə görə məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. «K.N.Qarayevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMKnın ## ###### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin. Prosessual müddətlərin müəyyən edilməsi və onlara əməl olunması mülki məhkəmə icraatında hüquqi müəyyənlik, tərəflərin bərabərliyi və ədalətli məhkəmə araşdırılması prinsiplərinin təmin edilməsinə xidmət edir. Müddətlərin üzrlü səbəb olmadan bərpa edilməsi bu prinsiplərin mahiyyətinə zidd olmaqla yanaşı, qarşı tərəfin qanunla qorunan subyektiv hüquqlarına birbaşa müdaxilə edir. Hazırki iş üzrə müddətin ötürülməsi cavabdehin öz prosessual davranışından irəli gəldiyi halda, bu müddətin üzrlü hesab edilməsi və bərpa olunması digər tərəfin – məhkəmə qətnaməsi ilə hüququ bərpa edilmiş şəxsin hüquqi sabitlik və qərarın icra olunmasına olan legitim gözləntilərini pozur. Bundan əlavə, prosessual müddətin üzrlü hesab edilməsi tərəflər arasında prosessual bərabərlik prinsipini də pozur. Çünki bir tərəfin öz səhlənkarlığı nəticəsində yol verdiyi prosessual pozuntunun məhkəmə tərəfindən kompensasiya edilməsi, digər tərəfin qanuna uyğun, vicdanlı və vaxtında həyata keçirdiyi prosessual davranışın mənasız hala gətirilməsi ilə nəticələnir. Eyni zamanda müddətin əsassız şəkildə bərpası işin süni şəkildə uzadılmasına, məhkəmə qərarının icrasının gecikdirilməsinə və digər tərəfin əmək hüquqlarından faktiki istifadə imkanlarının məhdudlaşdırılmasına səbəb olur ki, bu yalnız prosessual deyil, həm də madd hüquqların pozulması kimi qiymətləndiriləcəkdir. Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2009-cu il tarixli, S.Teymurovanın şikayəti üzrə qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsassız şəkildə yenidən baxılması və buraxılmış prosessual müddətin bərpası hüquqi sabitlik prinsipinə və Konstitusiyanın 60-cı maddəsinə ziddir. Məhkəmə öz mövqeyini əsaslandırarkən Avropa İnsan Hüquqları Məhkəməsinin bəzi presedentlərinə müraciət etməyi də lazım bilir. Belə ki, Ponomaryov Ukraynaya qarşı 2008-ci il tarixli qərarında AİHM qeyd etmişdir ki, müddətlərin bərpası tərəflər arasında balansı pozmamalı və qarşı tərəfin artıq formalaşmış hüquqi gözləntilərinə xələl gətirməməlidir. Brumarescu Rumıniyaya qarşı 1999-cu il tarixli qərarında AİHM bildirmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı yalnız müstəsna hallarda, ciddi və əsaslandırılmış səbəblər olduqda yenidən baxıla bilər. Sonuncu qərar məhkəmə qərarlarının sabitliyi (legal certainty) doktrinasının əsas presedentidir və AİHM bu qəbildən olan işlərdəki pozuntulara ədalətli məhkəmə araşdırmasının pozulması kimi 6-cı maddə konktekstindən yanaşır. Kollegiya hesab edir ki, şikayət vermə müddətinin cavabdeh tərəfindən hər hansı üzürlü səbəbdən ötürülməsinə dair hər hansı üzrlü səbəb və onu təsdiq edən sübut şikayətə əlavə olunmamışdır. Bununlada, cavabdeh tərəf qanunvericiliklə müəyyən edilmiş və məhkəmə tərəfindən təyin edilmiş prosessual müddəti ötürmüşdür. Müddət keçdikdən sonra şikayət verilmişdir. Buraxılmış müddətin üzrlü hesab edilməsi üçün isə hər hansı bir əsas olmamışdır. Beləliklə, şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş və tətbiq edilməli qanun düzgün tətbiq edilmişdir. Şikayətin dəlilləri qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiya məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 128, 130, 268.1, 398.0.1 və 402-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** saylı qərardadından cavabdeh cavabdeh2 nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-7)-558/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-558/2026
30.04.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver