Məhkəmə qərarları › İş №2(102)-3213/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3213/2025

28.10.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Torpaq mü
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3213/2025 28.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhər 53 saylı Notariat ofisinə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsinin və çıxarışların etibarsız hesab edilməsi, tikilinin sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə və Bakı şəhər 53 saylı Notariat ofisi nə qarşı “alqı-satqı müqaviləsinin və çıxarışların etibarsız hesab edilməsi, tikilinin sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)3038/2025 nömrəli, 3 iyun 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə Cavabdeh3 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində 1225 sayla ayrılan, 600 kv.metr torpaq sahəsinin mülkiyyət hüququ əsasında qeydiyyata alınması DƏDRX-nin Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. 2. 10.11.2010-cu il tarixli etibarnaməyə əsasən, Cavabdeh3 ona məxs us əmlaklar barəsində qanunla icazə verilmiş bütün əqdləri bağlamaq səlahiyyətini X7 vermişdir.

3. MA seriyalı ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1225 saylı sahədə yerləşən, ümumi sahəsi 0.06 ha olan torpaq sahəsi xx.xx.2011-ci il tarixdə Cavabdeh3 xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatından keçmişdir.

4. Cavabdeh3 (adından X9) (Satıcı) ilə Cavabdeh4 (Alıcı) arasında bağlanmış 25 oktyabr 2011-ci il tarixli müqaviləyə əsasən Cavabdeh3 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1225 saylı sahədə yerləşən, ümumi sahəsi 0.06 ha olan torpaq sahəsini Cavabdeh4 14,500 manata satmışdır.

5. X9 tərəfindən notariat ünvanına yazılmış ərizədə qeyd edilir ki, Cavabdeh3 halhazırda subaydır.

6. Bakı İnzibati Məhkəmə sinin xx.xx.2024-cü il tarixli Qərarına əsasən 1 saylı Bakı İnzibati Məhkəməsinin 19 iyul 2011-ci il tarixli qərarının icrasında dönüş edilmiş, həmin qərar əsasında daşınmaz əmlakın dövlət reyestrində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1225 saylı sahədə yerləşən torpaq sahəsi üzərində Cavabdeh3 mülkiyyət hüquqları ilə bağlı aparılmış dövlət qeydiyyatı ləğv edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsinin, Cavabdeh4 verilmiş xx.xx.2011-ci il tarixli MA ******* saylı çıxarışın, Cavabdeh3 verilmiş xx.xx.2011-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi, müqavilənin i crasına dönüş edilməsi, həmin torpaq sahəsində inşa edilmiş evin cavabdehlər Cavabdeh3 və Cavabdeh4 hesabına sökülüb ərazinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyəti Başçısının 13 may 1999-cu il tarixli 653 saylı sərəncamı ilə iddiaçıya Badamdar qəsəbəsində fərdi yaşayış evi tikmək üçün 600 kv.metr torpaq sahəsi ayrılmış, ayrılan yer mərzlənərək hasara alınmış, həmin vaxtdan qanuni istifadəsində olmuşdur. Ona mübahisələndirilən torpaq sahəsinə Səbail RİH-ti və yerli Badamdar qəsəbə nümayəndəliyi tərəfindən hər iki təşkilatın möhürü ilə və səlahiyyətli şəxslərinin imzası ilə təsdiq olunan 17 noyabr 2008-ci il tarixli, 240 saylı yerləşmə cizgisi də verilmişdir. Ətrafda isə dost və qohu mlar torpaq alaraq yerləşmişlər. 2013-cü ildə iddiaçıya məlum olmuşdur ki, onun 2 sot yeri və ümumi istifadədə olmaqla kommunikasiyaların keçdiyi 4 sot yol Fərhad Nağıyev tərəfindən cavabdehlərdən Cavabdeh3 adına əldə etdiyi saxta sənədlərlə 19 iyul 2011-ci il tarixli, № 2-inz (81) 808/2011 saylı məhkəmə qərarına əsasən mülkiyyət hüququnu qeydə aldırmış, bundan sonra digər cavabdeh Təranə xanım Hüseynovaya satmışdır. Müqavilə 53 saylı Notariat Ofisində 25 oktyabr 2011-ci ildə, 4-Ə-1- 237 reyestr nömrəsi ilə təsdiq edilmişdir. Daha sonralar başqa məzmunlu iddia araşdırmaları və başlanan cinayət işinin istintaqı zamanı bəlli olmuşdur ki, cavabdehlərdən Cavabdeh3 200 manat müqabilində Fərhadın sürücüsü qismində bu proseslərdə iştirak edən X8 27 dekabr 2008-ci il tarixində etibarnamə vermiş, sonuncu da onun adından Fərhad Nağıyevə etibarnamə vermiş, ön tarixə saxta sənədlər tərtib edilərək 1 saylı Bakı şəhər Ərazi İdarəsinə müraciət edilmiş, Ərazi İdarəsi torpaq sahəsinə Cavabdeh3 aidiyyətinin olmamasını bildirməklə rəsmən hüquqların qeydiyyatından imtina etmişdir. Bundan sonra F.Nağıyev Cavabdeh3 adından məhkəmədə iddia qaldıraraq məhkəmə qərarı almağa nail olmuş və yeri satmışdır. Onda bəlli olmuşdur ki, yerin 2 sotu iddiaçıya məxsus olsa da qalan 4 sotu ümumi istifadədə olan yol olmuşdur. Həmin iş üzrə cavabdeh 1 saylı Bakı şəhər Ərazi İdarəsi isə apellyasiya şikayəti verməmişdir. Bu qərara əsasən Cavabdeh3 mülkiyyət hüququ xx.xx.2011-ci il tarixdə ********** nömrə ilə qeydə alınmaqla ona ******* nömrəli çıxarış verilmişdir. Hələ 2014-cü ildə iddiaçının başqa məzmunlu iddi ası üzrə araşdırma aparılarkən sənədlərdən Cavabdeh3 adına tərtib edilmiş yerləşmə cizgisinin saxtalığı üzə çıxdığından iddiaçı tərəfindən maraqlarına toxunan şəxs kimi 3-cü şəxs kimi tanınmağına, Bakı 1 saylı İnzibati İqtisad məhkəməsinin Cavabdeh3 iddiası üzrə qəbul etdiyi 19 iyul 2011-ci il tarixli, № 2-inz (81) 808/2011 saylı qərarın yeni açılmış hallara görə ləğv edilməsinə dair ərizə ilə qərarı çıxaran hakimə müraciət edilmiş, Bakı 1 saylı İnzibati İqtisadi məhkəməsinin sabiq hakimi Q.R.Abbasovun 06 may 2014-cü il tarixli, № 2-1 (81) 395/2011 saylı qərardadı ilə ərizə təmin edilmiş, iddiaçı 3-cü şəxs kimi işə cəlb olunmaqla işin icraatı təzələnmişdir. Daha sonra həmin məhkəmənin icraatında olan 2-1 (81)-38/2015 saylı başqa iddiaya baxılıb nəticə verilənə kimi icraat dayandırılmış, 20 18-ci ildə icraat təzələnmiş, nəticə etibarı ilə iddiaçı Cavabdeh3 məhkəmə iclaslarına dəfələrlə gəlmədiyi üçün onun hərəkəti iddiadan imtina kimi qiymətləndirilmiş, onun adından qaldırılmış iddianın icraatına 08 may 2018-ci il tarixli 2-1(81)-16\2018 saylı qərardadla xitam verilmişdir. Qərardad Apellyasiya instansiyası tərəfindən yoxlanmış, qanuni qüvvəyə minmişdir. Bu qərardaddan sonra Cavabdeh3 mülkiyyət hüququnun ləğv edilib-edilməməsi iddiaçıya bəlli olmadığından qərardadın surəti əlavə edilməklə dəfələrlə sorğu ilə Ərazi İdarəsinə müraciət edilmişdir. Sonuncu sorğuya verilən 24 may 2024-cü il tarixli, 3-21-330\2- 19439\2024, **********39 saylı cavabda MPM-nin 236-1.1-ci maddəsinə istinad edilərək göstərmişdir ki, belə vəziyyətdə qərardadı qəbul etmiş məhkəmə icrada dönüş edilməsi bar ədə tədbir görməlidir. Bundan sonra iddiaçı yenidən məhkəməyə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin 3 iyul 2024-cü il tarixli, 2-1(81)-16\2018 saylı qərardadı ilə icrada dönüş edilməklə, Cavabdeh3 mülkiyyət hüququnun qeydiyyatı ləğv edilmişdir. Qərardad qanuni qüvvəyə minmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı şəhər Ərazi İdarəsinin 01 noyabr 2024-cü il tarixli, 3-21-3-30\2-H-0189\xx-xx-2024, **********41 saylı cavab məktubunda göstərilir ki, məhkəmənin 3 iyul 2024-cü il tarixli qərardadı əsasında qeydiyyat aparılaraq Cavabdeh3 mülkiyyət hüququnun qeydiyyatı ləğv edilmişdir. Lakin həmin torpaq sahəsi alqı-satqı müqaviləsinə əsasən hazırda Cavabdeh4nın mülkiyyətindədir. Nəhayət 10 ildən artıq davam edən mübar izədən, get-gəldən sonra mübahisələndirilən torpaq sahəsinin heç vaxt Cavabdeh3 olmaması, mülkiyyət hüququnun ləğv edilməsi, alqı-satqı müqaviləsinin yalançı olması öz təsdiqini tapmışdır. Araşdırmalar zamanı oda bəlli olmuşdur ki, Cavabdeh3 adına tərtib olunmuş 30 dekabr 2007-ci il tarixli, 320 saylı yerləşmə cizgisindəki Badamdar qəsəbə nümayəndəliyinin ştampı hələ 2005-ci ildə dövriyyədən çıxarılaraq məhv edilmiş ştampın əksi olmuş, 2007-ci ildə nümayəndəliyin başqa ştampı olmuşdur. Sənədin tarixini iddiaçının 2008-ci ildə tərtib edilmiş yerləşmə cizgisindən önə qoymaq zərurəti olduğundan 2007-ci ilin sonunda, iş günü olmayan gün son qeydiyyat kimi kitaba qeydə almışlar. Ədliyyə Nazirliyinin MME-nın 20849 saylı, 7.11.2014-cü il tarixli rəyində Cavabdeh3 arayışının yəni yerləşmə cizgisin in saxta olduğu bir daha öz təsdiqini tapdı. Ekspert rəyində göstərilir ki, tədqiqata təqdim olunmuş 320 saylı, xx.xx.2007-ci il tarixli cizgi eskiz layihəsi blankının yuxarı sağ hissəsindəki imza (icra başçısının müavinin imzası) və aşağı hissəsindəki möhür əksi (arayışı imzalayan icra nümayəndəsi H.Qasımzadənin özünün sərəncamında olan peçat əksi) hər hansı bir texniki qurğu (skaner fotoaparat və s.) vasitəsi ilə kompüterə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə bir başa axınlı printerdə çap edilmişdir. SRİHB-nın Badamdar qəsəbə üzrə nümayəndəsinin verdiyi arayışında göstərilir ki 320 saylı arayışda olan qeydiyyat ştampı 2005-ci ildə ləğv edilərək dövriyyədən çıxarılmışdır. Vətəndaş Cavabdeh3 istintaq zamanı öz ifadəsində göstərmişdir ki, o, torpaq almaq məqsədi ilə İcra Hakimiyyətinə müraciət etməmişdir. Onun torpaq sahəsi olmamış, nə də kimsəyə torpaq satmamışdır. 2008-ci ildə Fərhadın mənzilində təmizlik işləri aparan zaman Mehman ona iki yüz manat pul verərək ondan notarius kontorunda etibarnamə almışdır. X2 da ifadəsində Ələmzarın göstərdiyi xüsusatları təsdiq etmiş və Ələmzara verdiyi iki yüz manatı ona Fərhadın verdiyini təsdiq etmişdir. Bunlardan əlavə 320 saylı plan-cizgi sənədini saxta tərtib etməsi və “Torpaq sahəsinin plan ölçüsünə” dair A 279663 nömrəli sənədin qanunsuzluğu məhkəmə xətşünaslıq və sənədlərin texniki ekspertizasının vermiş olduğu 17 noyabr 2014-cü il tarixli, 20849 saylı rəyindən əlavə məhkəmə mühəndis-texniki ekspertizası və tikinti-texniki obyektlərinin təhqiqi ekspertizasının vermiş olduğu 29 avqust 2014-cü il tarixli,11 713 saylı və 26 dekabr 2014- cü il tarixli, 21354 saylı rəyləri ilə də təsdiq olunur. Ekspert rəyində göstərilir ki, mübahisələndirilən əraziyə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Cavabdeh3 ayrılmış 1225 saylı 600 kvm torpaq sahəsinin naturada sərhədləri mövcud deyildir. Qonşuluqda yerləşən 1224 saylı torpaq sahəsi (iddiaçının torpaq sahəsi) mişar daşı ilə hasara alınmışdır. 1225 saylı torpaq sahəsinin yerləşdiyi ərazinin SRİHB-nın 13 may 1999-cu il tarixli 653 saylı sərəncama əlavə olunmuş 1224 saylı Torpaq sahəsinin yerləşmə cizgisində faktiki olaraq 1224 saylı sahə ilə 1225 saylı sahə arasında nəzərdə tutulmuş yolun (qəsəbəyə və qonşuluqda yerləşən torpaq sahələrinə gedən ümumi yol ) olduğu müəyyən edilmişdir. 2019-cu ildə istintaq tərəfindən təyin edilmiş 20 dekabr 2019-cu il tarixli 23760 saylı ekspert rəyində müəyyən edilmişdir ki, 7 noyabr 1994-cü il tarixli 3686 saylı sərəncamla X4 ayrılmış torpaq sahəsinin ilkin torpaqayırma sxemi və həmin sxemin nömrəsi naturaya və digər mülkiyyətçilərin sxemlərinə uyğun deyildir və İddiaçı torpaq sahəsindən 65 metr kənarda yerləşməklə üstüstə düşmür. Faktiki olaraq isə həmin 600 kvm. torpaq sahəsinin 400 kv.m ümumi istifadə olunan yola, 200 kv.m isə SRİHB-nın 653 saylı sərəncamı ilə İddiaçı torpaq sahəsinin üzərinə işlənmişdir. X1 adına olan 07 noyabr 1994-cü il tarixli 3686 saylı sərəncam da saxtadır. Bunu məhkəmə texniki ekspertizanın 15 may 2019-cu il tarixli, 10676X12604 nömrəli, 18 oktyabr 2019-cu il tarixli, 24007 nömrəli, məhkəmə mühəndis-texniki ekspertizanın 20 dekabr 2019-cu il tarixli, 23760 saylı rəyləri də t əsdiq etmişdir. Ekspertin 15 may 2019-cu il tarixli,10676\12604 nömrəli rəyində oda göstərilir ki, sərəncamdakı icra başçısının imza yerində başçının ad-familiyası önündə icra edilmiş imza hər hansı bir eyni növ sənədin texniki qurğusunun köməyi ilə kompüterə köçürülmüş və qrafik proqramı təminatından istifadə etməklə elektron printerdə çap edilmişdir. Həm də saxta sənəd həmin illərdə İcra Hakimiyyətində istifadə edilən, qanun sərəncamların yazıldığı “Yatran” makinalarında yox kənarda, başqa məkanda “Optima” makinasında çap edilmişdir. Göründüyü kimi Cavabdeh3 adına tərtib olunmuş sənədlərin saxtalığı mübahisəsizdir, onun heç vaxt torpağı olmamış, torpaq üçün İH-nə müraciət etməmiş, adına sərəncam və yerləşmə cizgisi olmamış, saxta sənədlərdən istifadə etməklə iddiaçının torpağı ələ keçiri lib satılmışdır. Bununla belə iddiaçının tələbi ilə onun sənədlərinin də qanuniliyini istintaq orqanı yoxlamışdır. Məhkəmə mühəndis-texniki ekspertizasının 15 oktyabr 2019cu il tarixli, 24004 və 18 oktyabr 2019-cu il tarixli, 24007 nömrəli rəyləri ilə təsdiq olundu ki, iddiaçının sərəncamı və yerləşmə cizgisi texniki vasitələrlə yox, birbaşa icra edilməklə yanaşı ştamp və möhürdə birbaşa icra edilmişdir. Yerləşmə cizgisi də qanuni əsaslarla verilmişdir. Hər iki sənəd saxta deyildir. Nəzərə alınmalıdır ki, daşınmaz əmlak üzərində hüququn dövlət qeydiyyatı həmin hüquq müəyyənedici sənəd qüvvədə və etibarlı olduğu müddət ərzində həqiqi və etibarlıdır. 2011-ci ildə saxta sənədlərlə məhkəmə qərarı alındığından etibarlı sənədlərinin dövlət qeydiyyatı mümkün olmamışdır.

9. Cavabdeh4 iddia ərizəsi nə etirazla məhkəməyə müraciət edərək iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini xahiş etmişdir.

10. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim - İlkin Rüstəmli) xx.xx.2025-ci il tarixli, 2(009)-511/2025 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1225 saylı sahədə yerləşən, ümumi sahəsi 0,06 ha olan torpaq sahəsi üzərində Cavabdeh3 mülkiyyət hüquqlarını təsdiq edən xx.xx.2011-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə qərarı ilə Cavabdeh3 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində 1225 sayla ayrılan, 600 kv.metr torpaq sahəsinin mülkiyyət hüququ əsasında qeydiyyata alınması DƏDRX-nin Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Qərar əsasında Cavabdeh3 sözügedən əmlaka mülkiyyət hüquqlarını təsdiq edən Çıxarış əldə etmişdir. Bundan sonra Cavabdeh3 (adından X9) ilə Cavabdeh4 arasında bağlanmış 25 oktyabr 2011-ci il tarixli Müqaviləyə əsasən Cavabdeh3 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1225 saylı sahədə yerləşən, ümumi sahəsi 0.06 ha olan torpaq sahəsini Cavabdeh4 14,500 manat qiymətə satmışdır. Sonradan məhkəmə araşdırılması nəticəsində Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1225 saylı sahədə yerləşən torpaq sahəsi üzərində Cavabdeh3 mülkiyyət hüquqları ilə bağlı aparılmış dövlət qeydiyyatı ləğv edilmişdir. Bundan öncəki məhkəmə araşdırılmaları nəticəsində Cavabdeh3 Bakı şəhəri, Səbai l rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində 1225 sayla ayrılan, 600 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüquqları ilə bağlı aparılmış dövlət qeydiyyatı ləğv edilmişdir. Bu səbəbdən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi Cavabdeh3 verilmiş xx.xx.2011-ci il tarixli Çıxarışın etibarsız hesab edilməsi hissəsində əsaslı edilməli və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3cü yaşayış massivi, 1225 saylı sahədə yerləşən, ümumi sahəsi 0.06 ha olan torpaq sahəsi üzərində Cavabdeh3 mülkiyyət hüquqlarını təsdiq edən xx.xx.2011-ci il tarixli Çıxarış etibarsız hesab edilməlidir.

12. Məhkəmə iddia tələbinin “Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsi, Cavabdeh4 verilmiş xx.xx.2011-ci il tarixli MA ******* saylı Çıxarışın etibarsız hesab edilməsi, həmin torpaq sahəsində inşa edilmiş evin cavabdehlər Cavabdeh3 və Cavabdeh4 hesabına sökülüb ərazinin boşaldılması” hissəsinə münasibətdə qeyd etmişdir ki, tələb bu hissədə əsassızdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisəli əmlaka dair notariat kontorunda alqı-satqı müqaviləsi təsdiq edilərkən həmin əmlak Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatda olmuş, həmin əmlakın həbsdə və yüklü olması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində hər hansı qeydiyyat mövcud olmamışdır. Bununla bağlı notarius alqısatqı müqaviləsini təsdiq edərkən mübahisəli torpaq sahəsi üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışı “Elektron notariat” informasiya sistemi vasitəsilə real vaxt rejimin də əldə etmişdir. Məhkəmə qeyd edir ki, mübahisəli torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlanılarkən notariat orqanı tərəfindən qanunvericiliyin bütün tələblərinə riayət olunmuş, yəni əmlakın yüklülüyünə dair arayış «Elektron notariat» informasiya sistemi vasitəsi ilə real vaxt rejimində əldə edilmiş, lazımı sənədlər tələb edilərək əldə edilmiş və yalnız bundan sonra və alqı-satqı müqaviləsi notariat qaydada təsdiq olunmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi qanunvericiliyin bütün tələbləri gözlənilməklə təsdiq olunduğundan, onun etibarsızlığına heç bir əsas yoxdur. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Qanunvericiliyin tələblərindən göründüyü kimi əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyə nləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülkihüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Məhz bu səbəbdən də qanun pozuntusu ilə bağlanmış hər bir əqd, bunun nəticəsində mənafeyi pozulan şəxsin tələbi ilə etibarsız sayılır.

13. Mübahisəli əmlak üzrə alqı-satqı müqaviləsi bağlanan zaman qanunun bütün tələblərinə riayət edilmişdir, əmlakı əldə edən Cavabdeh4 bağladığı əqdin legitimsizliyinə dair şübhələri olmamış, həmçinin hər hansı üçüncü şəxslərin mövcud iddialarından xəbəri olmamışdır. Eyni zamanda o mübahisəli əmlakı əldə edərkən həmin əmlak yüklü (girov və ya ipoteka ilə) olmam ışdır və notariat orqanı tərəfindən alqı-satqı müqaviləsi təsdiq edilərkən qanunun bütün tələblərinə riayət olunmuşdur.

14. Alıcı tərəfindən torpaq sahəsi əldə edilərkən əmlakın reyestrdə Cavabdeh3 adına qeydiyyatda olması Cavabdeh4 satıcıya tam etibar etməsinə səbəb olmuşdur. Belə ki, cavabdeh əmlakı əldə edərkən alqı-satqıdan əvvəl bütün lazımi ehtiyatlılığı göstərərək torpaq sahəsinin həqiqətən Cavabdeh3 məxus olduğu barədə mülkiyyət hüquqlarının təsdiq edən Çıxarışın olduğuna etibar etmiş və bundan sonra notarial qaydada müqaviləni bağlamışdır. Başqa sözlə, Cavabdeh3 satıcı qismində özünə məxsus əmlakı satışa çıxarmış, Cavabdeh4 isə alıcı qismində rəsmi reyestrdə satıcının əmlakı kimi qeydiyyata alınmış torpaq sahəsini dəyərini ödəmək yolu ilə əldə etmişdir. Hazırkı halda da alıcı əmla kın daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə satıcının adına qeydə alınmasına dair aparılmış və qüvvədə olan reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasına inanıb, etibar etməklə onunla alqı-satqı müqaviləsi bağlamışdır. Əmlakı əldə edən şəxsin vicdanlı əldə edən kimi tanınması üçün hər bir halda o, sübut etməlidir ki, əmlakı özgəninkiləşdirənin buna səlahiyyətli olub-olmadığını müəyyən etmək üçün bütün ağlabatan tədbirləri görüb: məsələn, özgəninkiləşdirənin əmlakın mülkiyyətçisi olmasına dair hüquq müəyyənedici sənədləri tələb edib onları nəzərdən keçirib; səlahiyyətli orqandan əmlakın üzərində hər hansı məhdudiyyətin, yüklülüyün olub-olmamasına dair müvafiq arayış alınıb və sair. Bu səbəbdən mübahisəli torpaq sahəsi üzrə sözügedən alqı-satqı müqaviləsi bağ lanılan zaman qanunun bütün tələblərinə riayət olunduğundan, həmçinin əmlakı əldə edən bağladığı əqdin legitimsizliyinə dair və hər hansı üçüncü şəxslərin mövcud iddialarından xəbəri olmadığından, o əmlakı vicdanlı əldə edən kimi hesab edilməlidir.

15. Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış alqı-satqı müqaviləsi qanunda nəzərdə tutulmuş şərtlərə əməl edilməklə bağlanıldığından və onun etibarsızlığı üçün iddiaçı tərəfindən gətirilən dəlillərin heç bir əsası olmadığından, həmçinin əmlakı alan vicdanlı əldə edən olduğundan, əmlak ondan geri tələb edilə bilməz.

16. Birinci instansiya məhkəməsi gəldiyi nəticə üzrə Mülki Məcəllənin 140, 148.2, 149.2, 182.1, 337.1, 567, 597.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikası Qanununun 2, 16.6-cı maddələrinə, Azərbaycan R espublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın 45, 46, 47, 47-1, 48-ci bəndlərinə və S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli Qərarına istinad edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-511/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilərək həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını və xüsusi qərardad çıxarılaraq prokurora xəbər verilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırılmış, həmçinin qətnamənin iddianın təmin olunmayan hissəsində əsassız olması, maddi və prosessual hüquq normalarının tələblərinin pozularaq qəbul edilməsi, sübutlara düzgün hüquqi qiymət verilməməsi, tərəflər arasında uzunmüddətli inzibati məhkəmə mübahisələrinin olması, həmin işlərdə cavabdehlərin birgə hərəkət etməsinin və qanunsuz əməllərinin müəyyən olunması, cavabdehin vicdanlı olmaması, torpaq sahəsinin dəyərindən ucuz alınması, müqavilənin qanunsuz yolla çıxarış alınandan qısa müddət sonra satılması və s. gös tərilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh3 tərəfindən birinci instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilmədiyindən, iddiaçı isə qətnaməni iddianın təmin olunmayan hissəsində (yəni, Cavabdeh4 münasibətdə) mübahisələndirdiyindən iddia tələbi məhz iddiaçının apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab etmişdir.

20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər - Rafael Eyvazov (sədrlik edən və məruzəçi) Cəmilə Musayeva və Fuad Babayev) 2(103)-3038/2025 nömrəli 3 iyun 2025-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-511/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edi lməyərək qətnamənin apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

21. Apellyasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1225 saylı sahədə yerləşən, ümumi sahəsi 0,06 ha olan torpaq sahəsi xx.xx.2011-ci il tarixdə Cavabdeh3 xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış, sonuncu (etibarnamə üzrə nümayəndəsi X9 tərəifndən təmsil olunmuşdur) həmin torpaq sahəsini 25 oktyabr 2011-ci il tarixli alqı-satqı müqaviləsinə 14500 manata Cavabdeh4 satmış, sonuncunun həmin əmlak üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır.

22. Apellyasiya məhkəməsi yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq qeyd etmişdir ki, mübahisə predmeti olan torpaq sahəsinə dair Cavabdeh3 mülkiyyəti hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, bundan sonra, yəni xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsi ilə sonuncu həmin əmlakı Cavabdeh4 xeyrinə özgəninkiləşdirmişdir.

23. Lakin, sonradan Cavabdeh3 mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına əsas olmuş müvafiq məhkəmə aktının iddiaçının müraciətinə əsasən ləğv olunması (reyestr qeydinin ləğv olunması ilə bağlı icraya dönüş edilməsi) halı Cavabdeh4 münasibətdə hüquqi vəziyyəti dəyişdirməməklə, alqı-satqı müqaviləsinin etibarsız sayılmasına və onun əsasında həyata keçirilmiş reyestr qeydinin ləğvinə əsas ola bilməz.

24. Qanunvericiliyin normalarınının mənasından göründüyü kimi, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsi zliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir.

25. Həmcinin qeyd edilməlidir ki, mulkiyyət hüququna dair reyestrdəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mulkiyyətcisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların muəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir («S.N.Məmmədovanın şikayəti uzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər uzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi).

26. «X5 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən isə, əldə edənin əmlakı onu ozgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə etdiyini bilməməsi faktının mövcudluğu tələbin təmin olunmasının mümkünlüyü baxımından vicdanlı sahibi mulkiyyətciyə nisbətdə daha üstün hüquqi movqeyə çıxarır.

27. İşin hallarından görünür ki, alqı-satqı müqaviləsi üzrə alıcı reyestrin mötəbərliyi prezumpsiyasına güvənməklə torpaq sahəsini əvəzi ödənilməklə almış, mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır.

28. Buna gorə də, mübahisə obyekti olan torpaq sahəsinin əldə edilməsi ilə bağlı bağlanmış alqı-satqı müqaviləsi və onun əsasında verilmiş çıxarış (reyestrdəki qeyd) etibarsız və qanunsuz sayıla bilməz.

29. İddiaçı tərəf isə cavabdehin əmlakı əldə etməsinədək, onun vicdanlı əldə edən olmasını aradan qaldıracaq hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.

30. İddiaçının irəli sürdüyü dəlillər (satış qiymətinin real olmaması və s.) isə formal mülahizələrə əsaslanmaqla yuxarıda qeyd edilənləri aradan qaldırmır.

31. Bununla yanaşı, iddiaçı özgəninkiləşdirilmiş 600 kv.metr torpaq sahəsinin yalnız 200 kv.metr hissəsinin ona aid olmasını bildirsə də, qeyd edilən əqdi tam şəkild ə mübahisələndirmiş, qalan 400 kv.metr hissədə subyektiv (tələb) hüquqlarının nədən ibarət olmasını isə əsaslandırmamışdır.

32. İddiaçı apellyasiya şikayətində həmçinin əqdin etibarsızlığının digər əsasları kimi aldatma və s. kimi əsaslara (torpaq sahəsinin Cavabdeh3 əri ilə ümumi birgə mülkiyyətində olması, müvafiq razılığın alınmaması və s.), habelə notariusun əqdin təsdiqi zamanı vəzifələrinə istinad etsə də, o müqavilə tərəfi olmadığından əqdin tərəflərinin iradə ifadələrinin zədələnməsi hallarına istinad edə bilməz. İşdən görünür ki, əqdin tərəfləri müqaviləni mübahisələndirməmişlər, iddiaçının isə müqavilə tərəflərinin maraqları naminə tələb irəli sürməkdə müvafiq subyektiv hüquqları mövcud deyildir.

33. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Cavabdeh3 ilə Cavabd eh4 arasında bağlanmış alqı-satqı müqaviləsi qanunda nəzərdə tutulmuş şərtlərə əməl edilməklə bağlanıldığından və onun etibarsızlığı üçün iddiaçı tərəfindən gətirilən dəlillərin heç bir qanuni əsası olmadığından, həmçinin əmlakı alan vicdanlı əldə edən olduğundan əmlak ondan geri tələb edilə bilməz.

34. Bununla yanaşı, yuxarıda qeyd olunduğu kimi qüvvədə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisad Kollegiyasının 2-1(102)-1224/2024/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarından göründüyü kimi, iddiaçının cavabdehlər Bakı şəhər Səbail rayon İHB-nın Badamdar qəsəbə nümayəndəliyinə və DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı “Cavabdeh3 adına müvafiq torpaq sahəsinə dair verilmiş 30 dekabr 2007ci il tarixli 320 saylı cizgi sənədinin və həmin sənədə əsasən verilmiş torpaq s ahəsinin planı və ölçüsünün ləğv edilməsi” barədə iddiası da təmin olunmamışdır.

35. Göründüyü kimi, iddia mübahisələndirilən hissələrdə tam əsassızdır, birinci instansiya məhkəməsi həmin hissədə iddianı rədd etməklə düzgün hüquqi nəticəyə gəlmişdir.

36. İddiaçı həmin hissədə tələbinin əsası kimi istinad etdiyi halları ümumiyyətlə əsaslandıra və sübut edə bilməmişdir.

37. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 139.1, 140, 148.2, 334.1, 390, 567, Mülki Prosessual Məcəlləsinin 77.1, 81-ci maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinə, “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qan unlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli qərarına, “X5 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarına, “H.Cəfərovun şikayəti uzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 sentyabr 2014-cü il tarixli qərarına, “Qladışevanın Rusiyaya qarşı” işi üzrə İnsan Hüquqları üzrə Avrop a Məhkəməsinin 06 dekabr 2011-ci il tarixli qərarına, “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 26 iyul 2007-ci il tarixli qərarına, “Qavazov Bolqarıstana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 06 mart 2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

38. İddiaçı (vəkil - Vəkil2) kassasiya şikayəti ilə məhkəməyə müraciət edilərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(103)-3038/2025 saylı qətnaməsinin ləğv edilməsini, iddianın ”cavabdehlər Cavabdeh3 ilə Cavabdeh4 arasında ünvan 1 ünvanda yerləşən 600 kv.metr torpaq sahəsinin alqı-satqısına dair bağlanmış, Bakı şəhəri 53 saylı Notariat Ofisində 25oktyabr 2011-ci i ldə, 4-Ə-1-237 reestr nömrə ilə təsdiq edilmiş “AN1- ******* “saylı alqı-satqı müqaviləsinin, bu müqavilənin icrası ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsindəki Cavabdeh4 hüquqlarının xx.xx.2011-ci il tarixli, ********** nömrəli dövlət qeydiyyatı, eləcə də bu torpaqla bağlı ona verilmiş xx.xx.2011-ci il tarixli, MA ******* saylı çıxarışın etibarsız hesab edilməsinə, müqavilənin icrasında geriyə dönüş edilməsinə, həmin torpaq sahəsində inşa edilmiş evin cavabdehlər Cavabdeh3 və Cavabdeh4 hesabına sökülüb ərazinin boşaldılmasına” dair hissəsinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını, eləcə də saxta sənədlər düzəldilməsi, saxta sənədlərdən istifadə edilərək dövlət və şəxsi mülkləri ələ keçirmək məqsədi ilə dövlət qurumlarına o cümlədən məhkəməyə təqdim edilməsi, məhkəmələrdə yalan ifadə verilməklə təkrar saxta sənədlər tərtib edilərək təqdim edilməsi, özgə mülkiyyətin ələ keçiriləndən sonra leqallaşdırılması faktlarına hüquqi qiymət verilməsi üçün xüsusi qarərdad çıxarıb prokurorun diqqətinin cəlb etməsinidə xahiş etmişdir.

39. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə saxta sənədlərdən istifadə edilməsi faktına görə xüsusi qərardad çıxarılmasına dair tələbə ümumiyyətlə toxunmamışdır. Məhkəmənin gəldiyi bu nəticələri qanunsuz və əsassız hesab edir. Apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29- cu,60,71,125,129-cu maddələrinə, çoxsaylı maddi və prosesual maddələrə zidd olaraq mülkiyyət hüququnun məhdudlaşdırılm ası, bərpasına olan maneənin aradan qaldırılması, ədalətin bərpası, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının ifşası istiqamətində real hərəkətlər etməmiş, baş vermiş qanunsuz hallara obyektiv hüquqi qiymət verməmişdir.

40. Məhkəmənin dəlili əsassızdır. Çünki Cavabdeh3 və həyat yoldaşının alqı-satqı prosesinə cəlb edilməsinin qarşısını almaq üçün cavabdehin imzası olan,Cavabdeh3 subay olmasına dair saxta ərizə müqavilə bağlanmamışdan əvvəl tərtib olunub notariusa təqdim edilmiş, notarius məhz bu yalançı ərizəni əsas götürüb qanunsuz əməliyyat aparmışdır.Bundan əlavə torpaq Cavabdeh3 yox saxta sənədlərlə torpaq əldə edib satandan əldə edilməklə faktiki dəyərindən 9.3 dəfə ucuz sənədləşdirilmişdir. Bu faktlar formal mülahizə yox rəsmi sənədlərlə təstiq olunan faktlardır. Gör ündüyü kimi məhkəmə qətnamədə sadaladığı çoxsaylı qanunların əksinə olaraq qanunsuz, notariat əməliyyatları aparılmasına dair təlimatın və digər maddi hüquq normalarının pozulması ilə aparılan hərəkətləri əsassız olaraq qanuni hesab etmişdir.

41. Məhkəmə bir tərəfli,qərəzli, hüquq bərabərliyinə məhəl qoymadan, cinayət yolu ilə əldə edilib satılan əmlakın qanuni yolla edildiyinə qətnamə çıxartmaqla kostitusiyada təsbit olunmuş hüquqlarını pozmuşdur. Hüquq normalarına əməl edilməmişdir.

42. Məhkəmə qanunsuz, halal mülkünü əlindən alanların,10 ildən artıqdır ki, qapıları döyməyinə məcbur edənlərin xeyrinə qətnamə çıxartmaqla hüquqlarını pozmuşdur. Alqısatqı müqaviləsi bağlanarkən mülkiyyətçi iştirak etmədiyi halda əmlakın bazar dəyərindən 9,3 dəfə ucuz rəsmiləşdirilməsi, rüsum və vergi ödəniş inin süni surətdə azaldılması, Cavabdeh3 şəxsiyyət vəsiqəsi, nigah kağızının əldə edilməməsi, həyat yoldaşının işə cəlb edilməməsi və razılığının alınmaması, mülkiyyətçi və ailə üzvlərinin əməliyyatdan xəbərsiz olmalarına nail olunmasına və saxta ərizə alıb işə tikdiyinə görə notariusda məsuliyyət daşıyır və bu səbəblərdən MM-nin 144.1-ci maddənin tələblərini pozmuşdur.

43. Birgə mülkiyyətin Cavabdeh3 adından olan etibarnamə ilə alqı-satqını etmək olmazdı. Maddi hüquq normalarının tələbləri pozulub. Bunu əməliyyatın qanunsuz aparılmasını təsdiq edən fakt kimi göstərdikləri halda məhkəmə bu təkzibolunmaz faktı əsassız olaraq Cavabdeh3 ərinin olmayan hüququ ilə izah etməyə uğursuz cəhd etmişdir. Notariat Hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 13 və 19-cu maddələrinə görə No tarius Cavabdeh3 şəxsiyyət vəsiqəsini əldə etməli, oradan evliliyi barədə məlumatın olub-olmamasını yoxlamalı, nigah şəhadətnaməsini əldə edib torpağın nigah dövründə əldə edilib-edilməməsini aydınlaşdırmalı, nigah dövründə əldə edilibsə 50 faiz pay sahibini işə cəlb edib razılığını almamış müqaviləni təstiq edə bilməzdi.Saxta, yalançı ərizə ilə müqavilənin təsdiqi yolverilməzdir. Təlimatın bu maddələrinində tələbləri pozulmuşdur. Alqı-satqı müqaviləsi imzalanmamışdan əvvəl ciddi qanun pozğunluğuna yol verilməsini pərdələmək üçün məhkəmələr məqsədli şəkildə Cavabdeh3 həyat yoldaşı Nurəddinin olmayan hüququ ilə əlaqələndirilər. Məhkəmələr nəzərə almamışlar ki, F.Nağıyevin evini təmizləyən Cavabdeh3 aldadılıb etibarnamə alınsa da ona adına torpaq alıb satacaqları kimi real vəziyyəti başa sal ınmamış, buna razılığı alınmamışdır. Etibarnamə alınanda onun adına nə torpaq nə də saxta sənədlər olmuşdur. Torpaq satılması onun həqiqi iradə ifadəsi olmamışdır. Bu baxımdan da müqavilə uydurma əqd hesab edilməlidir. Halbuki bundan əlavə alqı-satqı zamanı maddi hüquq normaları düzgün tətbiq edilməmişdir.

44. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1,338,339, 337.2, 337.4, 340, 351.1-ci maddələrinə əsasəndə belə əqdlər bağlandığı andan etibarsızdır. İşdəki sənədlərlə tam təsdiq olunur ki, Cavabdeh3 adından uydurma əqd bağlanmaqla ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün rəsmiləşdirilmişdir.

45. Cavabdehlərdən Cavabdeh4 ilə Cavabdeh3 arasında isə heç bir razılaşma olmamış,onlar bir-birini tanımamışlar.Alqı-satqıdan əldə olan məbləğ adından müqavilə ba ğlanmış Cavabdeh3 çatmamışdır.Müqavilə onun iradəsini ifadə etməmişdir. Halbuki mübahisələndirilən işdə fayda götürən cavabdeh adına çıxarış olan Cavabdeh3 və həyat yoldaşının işə cəlb edilməməsindən xəbərdar olmaqla saxta ərizəyə imza atmış, torpağın dəyərindən 9.3 dəfə ucuz satılmasını bilmişdir. Mübahisələndirilən müqavilə yuxarıda göstərildiyi kimi Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmışdır. Sadalanan maddi hüquq normaları pozulmuşdur.Belə müqavilə qüvvəsində qala bilməzdi. Bunlardan əlavə yuxarıda göstərilənlərdən başqa cavabdeh tərəfin adına torpaq olan şəxsə yox məhz F.Nağıyevə müraciət etməsinin səbəbini də məhkəmə araşdırmamışdır.Bunlarla yanaşı Cavabdeh3 şəxsiyyət vəsiqəsi, nigah şəhadətnaməsi və ərinin yazılı razılığı olmadan, real bazar dəyərindən 9.3 dəf ə ucuz yəni cüzi məbləğə rəsmiləşən belə müqaviləni təsdiq etməyə notariusun səlahiyyəti olub-olmaması da aydınlaşdırmamışdır. 46. 1 və 2-ci cavabdehlər vicdansız əldə edəndirlər. Mülkün çıxarış aldıqdan sonra çox qısa müddət ərzində onlar arasında heç bir iqtisadi faydaya əsaslanmadan formal alış qiymətinə, həm də bazar qiymətindən 9.3 dəfə ucuz alqı-satqı müqaviləsinin bağlanması, satış barədə formalaşmış işgüzar adətlərə açıq-aşkar ziddir. Belə ki, Cavabdeh4 torpağı o dövrdə mülkiyyətçi hesab edilən Cavabdeh3, maklerdən, yaxud elan yolu ilə yox saxta sənədlərlə torpaq əldə edib nisbətən ucuz satan F.Nağıyevdən almışdır. İşdəki rəsmi sənədlərlə təsdiq olunur ki, alınan torpağın 4 sotu ümumi istifadədə olan yol, 2 sotu Sara xanımın olmuş, naturada sərhədləri olmamışdır. İşdəki rəsmi sənəd lərlə təstiq olunur ki, alınan torpağa bitişik 6 sot yer həmin dövrdə 135 minə satılmışdır. Lakin alqı-satqı müqaviləsinə götrə Cavabdeh4 14.500 manata satılıb ki, buda real dəyərindən 9.3 dəfə ucuzdur. 25 oktyabr 2011-ci ildə, 4-Ə-1-237 reestr nömrə ilə təstiq edilmiş “AN-1-0267828 “saylı alqı- satqı müqaviləsi notariusda təstiq olunarkən bəlli olub ki, Cavabdeh3 evlidir, onun X10 ilə rəsmi nigahı var.Saxta sənədlərlə adına torpaq qeydə aldırıb satılmasını Quliyevlər bilməsin deyə şəxsiyyət vəsiqəsi və nigah şəhadətnaməsi, razılıq ərizəsi alınmaması üçün F.Nağıyevdən yalançı ərizə alıblar ki, Ələmzar subaydır.Bu yolla MM-nin və Təlimatın tələblərini kobud surətdə pozub müqaviləni imzalayıblar və notarius təstiq edib.Həmin ərizə ilə müqavilə imzalanmamış Cavabdeh4 tanış olmuş və bu haqda ə rizədə qeydiyyat aparmaqla ərizəyə imzada etmişdir. Cavabdeh3 saxta cizgi sənədi məhkəmələrdə mübahisələndirilərkən F.Nağıyevlə Cavabdeh4 tərəf eyni mövqedən çıxış edərək sənədin qanuniliyini iddia ediblər.Məhkəmələr cinayət yolu ilə əldə edilib leqallaşdırılan əməliyyatı əsassız qanuni hal hesab edir. Göründüyü kimi iddianı təmin etməməkdə və qüvvəsində saxlamaqda məhkəmələr haqlı olmamış, sadalanan maddələrində tələblərini pozmuşdur. Məhkəmə öz mövqeyini qanuna və sübutlara uyğun əsaslandırmamış, işin hallarını təhrif etmiş, gətirdikləri təkzibolunmaz sübutları formal mülahizə hesab etmişdir. Yuxarıda sadalanan faktlar maddi hüquq pozuntusunun olmasını təsdiq edir və məhkəmə qətnaməsində gəlinən nəticə bu maddi hüquq normaların tələblərinə ziddir.

47. İş materiallarında olan sübutlara lazımınca diqqət göstərilməyib. Halbuki,sübutların düzgün dəyərləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Məhkəmənin qətnaməsi o zaman əsaslı olar ki, o, işdəki sənədlərə, hərtərəfli və tam araşdırılaraq iş üçün önəmli olan hallara əsaslansın. Məhkəmə sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq dəyərləndirməlidir. İşdə sənədlər olmasına, iddia ərizəsində və etirazda, izahatlarında göstərmələrinə baxmayaraq iddianın təmin edilməməsi səbəblərini qətnamədə yanlış yozmuş, qətnamədəki iddianın təmin edilməməsi fikrirlərini və faktları təkzib edən mötəbər sübutları,eləcədə torpağın dəyərindən 9.3 dəfə ucuz sənədləşdirilməsini,alqı-satqıdan əvvəl təlimatın tələblərinin pozulmasını, saxta ərizəyə cavabdehin imza etməsini və başqa faktları göst ərməmiş və sübutlara düzgün qiymət verməmişdir. İş materialları ilə təkzib olunan qanunsuz və əsassız qətnamə çıxartmışdır. Bununlada MPM-nin 88-ci maddəsinin tələblərini pozmuşdur Halbuki işdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin verdiyi rəsmi sənəddən bəlli olur ki, yerinə bitişik torpaq sahəsinin xx.xx.2017-ci ildə dəyəri 135 min manat təşkil etmiş və qonşu X15 həmin yerini xx.xx.2017-ci il tarixdə ********** nömrəli alqı-satqı müqaviləsi ilə 135 min manata satmışdır. Cavabdeh3 adından saxta sənədlərlə torpağını ələ keçirib leqallaşdıran F.Nağıyevlə Cavabdeh4 arasında bağlanan alqı-satqı müqaviləsində isə 6 sotun 14500 manata yəni dəyərindən 9,3 dəfə ucuz satılması rəsmiləşdirilmişdir.Məhkəmənin bu fakta toxunmamaqla və nəzərə almamaqla 88-ci maddənin tələblərini pozması bir daha təsdiq olunur.

48. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda vicdanlı alıcı hesab edilə bilər.Halbuki iddia ərizəsi, təqdim olunan sənədlər və izahatından əlavə tərəfindən mübahisələndirilən torpaq sahəsinə bitişik olan 6 sot torpağın satılma qiyməti 14.500 manat yox 135 min manat təşkil etmiş və qonşu X15 həmin yerini xx.xx.2017-ci il tarixdə ********** nömrəli alqı-satqı müqaviləsi ilə 135 min manata satmışdır. Cavabdeh3 adından saxta sənədlərlə torpağımı ələ keçirib leqallaşdıran F.Nağıyevlə Cavabdeh4 arasında bağlanan alqı-satqı müqaviləsində isə 6 sotun 14500 manata yəni dəyərindən 9,3 dəfə ucuz satılması rəsmiləşdirilmişdir.Məhkəmədəki izahatımda göstərdiyim kimi yerin naturada sərhədləri olmamış, 4 s otu yol, 2 sotu mənim 3 tərəfdən mişar daşdan olan hasarımın içərisinə doğru nüfuz etmişdir. Üstəlik hasarımın yol tərəfdən sökülən 4-cü divarının daşları mübahisələndirilən yerdə olub. Belə vəziyyətdə daşlarda onlara qalıb.Qonşu torpaqlar 6 sot olmaqla hasara alınmışdır. Belə hərəkət qalan yerimin azalmasını aydın göstərirdi. Orada mübahisələndirilən yerdən başqa hasara alınmamış yer olmamışdır. Alqı-satqı müqaviləsi zamanı adına mülk olan şəxslə təmas yaradılmamış, Cavabdeh3 və həyat yoldaşı Nurəddindən gizlin alqı-satqı həyata keçirilmiş, onların iradəsini ifadə etməmiş, adlarına torpaq alınması və satılmasından xəbərsiz olmuşlar. Rəsmi sənədlər əvəzinə saxta ərizə ilə müqavilə imzalanmış, sonrakı məhkəmə araşdırmalarında yerləşmə cizgisinin saxta olması üzə çıxandan sonrada F.Nağıyevlə cavabdeh eyni mövqedən çıxış etmişdir ki, bütün bunlar müqavilənin formal bağlanması fikrinə gəlməyə kifayət qədər əsas verir. Əks halda notariusun hesabına torpağın real satış dəyəri qədər pul keçirilməklə və təlimata uyğun sənədləşərdi. Bu faktlarda məhkəmələrin sübutlara düzgün qiymət verməmələrinin bir daha təstiq edir. Məhkəmə Cavabdeh3 torpaq satmasını göstərərkən nəzərə almamışdır ki, sözügedən işdə F.Nağıyevin tərəfindən evini təmizləyən Cavabdeh3 aldadılıb etibarnamə alınsada ona adına torpaq alıb satacaqları kimi real vəziyyət başa salınmamış, buna razılığı alınmamışdır. Etibarnamə alınanda onun adına nə torpaq nədə saxta sənədlər olmuşdur.Torpaq satılması onun həqiqi iradə ifadəsi olmamışdır. Bu baxımdan da müqavilə uydurma əqd hesab edilməlidir. Göründüyü kimi bütün hallarda h əm 1-ci instansiya həmdə Apellyasiya instansiyası məhkəmələrri MPM-nin 88-ci maddəsinin tələblərini kobud surətdə pozub sübutlara düzgün qiymət verməmişlər.

49. Apellyasiya instansiya məhkəməsi şikayətə baxarkən Azərbaycan Respublikası MPM-in 9,14, 76, 77, 220.4-cü maddələrinində tələblərini pozmuşdur. Belə ki, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, o, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalı, habelə, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı idi. MPM-nin 9-cü maddəsinin tələblərinə əməl edilməyərək tərəflərin bərabərliyinə, faktlara əməl edilməmiş və bizim verdikləri təsdiq olunan izahatlarını sübut kimi götürülməmişd ir. Məhkəmə cavabdeh tərəfə əsassız üstünlük verməklə bu maddənin tələblərini pozmuşdur. Mübahisələndirilən mülkün qanuni yolla əsl sahibdən alınmasını təsdiq edən heç bir sübut təqdim etməmişdir. Bundan başqa MPM-in 76-cı maddəsinin tələbləri pozulmuş, məhkəmə tərəfindən əsassız olaraq izahat,rəyləri,dövlət qurumlarının məktublarını və başqa sübutları mötəbər sübut kimi qəbul edilməmişdir. İddiaçı maddi hüquq normaları və izahatları ilə, təqdim etdiyi rəsmi yerləşmə cizgiləri sübut edir ki, cavabdeh vicdanlı alıcı deyil.

50. Məhkəmə istinad etdikləri qanunların və təlimatın pozulmasna dair dəlilləri rədd etmək üçün dəlillər və gətirdikləri dəlilləri tam göstərməmiş, formal mülahizə hesab etməklə hədəfdən yayınmışdır. Məhkəmə 1-ci instansiya məhkəməsi hakiminin işə qanunsuz baxmasına dair məsələyə də münasibət bildirməmişdir.Halbuki Apellyasiya məhkəməsinin qüvvədə olan 16 103-172\2025 qərardadında aydın göstərlir ki,hakim iddianın təmin tədbirinin ləğv edilməsinə dair 27 yanvar 2025-ci il tarixli qərardadında iddia ərizəsinə əvvəlcədən qiymət vermişdir. Göründüyü kimi işə maraqlı olduğundan hakimə etirazımız əsaslı olmuş, etiraz qanunsuz baxılmamış saxlanmışdır. Şikayətimizdə göstərdiyimiz halda bu məsələyə də məhkəmə qiymət verməmişdir. Yuxarıda sadaladığı faktların heç birini qətnamədə göstərməməklə yanaşı məhkəmə qeyd edilən sübutlara toxunmamış, gətirdiyim bu dəlilləri təkzib etməmişdir.

51. Məhkəmə iddia ərizəsinin əsaslı olduğunu, mülkiyyət hüququna müdaxilənin, mülkün saxta sənədlərlə əldə edilib qanun pozğunluğu ilə satılması faktı olmasını nəzərə almamışdır.Ona gö rə də məhkəmənin qətnaməsi qanuni və əsaslı hesab edilə bilməz.

52. Kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 13, 26, 29, 60, 71, 125, 129, Azərbaycan Respublikasının Mülki Məcəlləsi 144.1, 152.1, 152.5, 157.2, 217.1, 225.1, 225.2, 337.1, 338, 339, 340, 351, 418.1, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın 1, 6, 13, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 14, 76, 77, 88, 220.4-cü maddələrinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

53. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

54. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınma lıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

55. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

56. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.

57. Maddə 152.1. Mü lkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

58. Maddə 334.1. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir.

59. Maddə

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi:

60. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifad ə etməlidir.

61. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

62. Maddə

81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

63. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

64. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına ist inad etməyə yol verilmir.

65. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır

66. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

67. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün ə sasdır.

68. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

69. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətl əndirilməməlidir.

70. Hazırki kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

71. İddiaçı elektron kabinet vasitəsilə kassasiya instansiyası məhkəməsinə ekspert rəyləri, şahidlərin dindirilməsi protokolu, torpaq sahəsinin yerləşmə cizgisi və s. sənədlər göndərsə də məhkəmə kollegiyası bildirir ki, kassasiya məhkəməsi tərəflərdən sübut qəbul etmir və sübutların qiymətləndirilməsini həyata keçirmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

72. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi t ərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

73. Məhkəmə kollegiyası kassasiya şikayətində məhkəmənin saxta sənədlərdən istifadə edilməsi faktına görə xüsusi qərardad çıxarılmasına dair tələbə ümumiyyətlə toxunmadığı barədə göstərilənlərə əsasən bildirir ki, tərəflərin bu barədə bildirməsindən asılı olmayaraq, Azərbaycan Respublikasının MPM-in 265.4-cü maddəsinə müvafiq olaraq məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlə rini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Buradan müəyyən olunur ki, yuxarıda qeyd edilən maddədə göstərilən şəxslərin əməllərində cinayətin əlamətləri aşkara çıxarılarsa xüsusi qərar çıxarılması məhkəmənin vəzifəsidir. Lakin apellyasiya instansiyası məhkəməsinin işə baxarkən yuxarıda göstərilən xarakterli əməllər aşkara çıxarması iş materialları ilə təsdiqlənmir.Həmçinin xüsusi qəraradad çıxarılmaması apellyasiya instansiyası məhkəməsinin qanuni və əsaslı olan qətnaməsinin ləğv edilməsinə əsas ola bilməz.

74. Məhkəmə kollegiyası kassasiya şikayətində işə maraqlı olduğundan birinci instansiya məhkəməsində hakimə etirazlarının əsaslı olduğu, etirazın qanunsuz baxılmamış saxlandığı, şikayətlərində göstərdikləri halda bu məsələyə də məhkəmənin qiymət vermədiyi barədə göstərilənlərlə əlaqədar qeyd edir ki, iş materialları ilə iddiaçının nümayəndəsi və vəkilinin işə baxan birinci instansiya məhkəməsinin hakiminə etdiyi etirazın əsaslandırılması təsdiqlənmir.

75. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi işdəki sübutları araşdırmış, onlara, habelə kassasiya şikayətində göstərilən digər hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

76. Məhkəmə kollegiyası hesab edir ki, apellyas iya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

77. Yuxarıda qeyd edilənlərə görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

78. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3038/2025 nömrəli, 3 iyun 2025-ci il tarixli qətnaməsi dəy işdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar