Məhkəmə qərarları › İş №2(104)-1958/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1958/2024

10.12.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1958/2024 10.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə Açar sözlər: etibarsız əqd; vicdanlılıq Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı4, onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə1, digər İddiaçı2 etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə2, Cavabdeh2 və onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğvi, həmçinin torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli 2(066)-47/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə 10 dekabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-001F (KOD ********) nömrəli şəhadətnamədən məlum olur ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının 26 dekabr 2001-ci il tarixli 17 saylı qərarına əsasən Cəfərova Şərabanu və onun ailə üzvləri İddiaçı2, İddiaçı1, İddiaçı3 və İddiaçı4 mülkiyyətinə Xanlar rayonu Quşqara kəndi ərazisində 0,12 hektar həyətyanı torpaq sahəsi verilmişdir;

2. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli reyestr nömrəsi **********53-10301, qeydiyyat nömrəsi 150702200, qeydiyyat tarixi 02 aprel 2007-ci il olan Çıxarışdan məlum olur ki, X2 mülkiyyətində Xanlar rayonu Quşqara kəndi ərazisində 0,12 hektar həyətyanı torpaq sahəsində yerləşən, 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi vardır.

3. Qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən məlum olur ki, 23 mart 2005-ci il tarixdə ölmüş X2 qanun üzrə vərəsəsi X8 hesab edilmişdir;

4. Mülki işə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli reyestr nömrəsi **********53-10301, qeydiyyat nömrəsi 150706714, qeydiyyat tarixi 13.09. 2007-ci il olan Çıxarışından məlum olur ki, X4 mülkiyyətində Xanlar rayonu Quşqara kəndi ərazisində 0,12 hektar həyətyanı torpaq sahəsində yerləşən, 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi olmuşdur;

5. 06 oktyabr 2008-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsindən məlum olur ki, X8 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli reyestr nömrəsi **********53-10301, qeydiyyat nömrəsi 150706714, qeydiyyat tarixi 13.09. 2007-ci il olan Çıxarışa əsasən mülkiyyətində Xanlar rayonu Quşqara kəndi ərazisində yerləşən 0,03 hektar həyətyanı torpaq sahəsini Cavabdeh1 satmışdır;

6. 01 fevral 2022-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsindən məlum olur ki, Cavabdeh1 adına tərtib edilmiş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyest nömrəsi **********67, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 26 yanvar 2009- cu il olan Çıxarışa əsasən mülkiyyətində ünvan 1i ərazisində yerləşən 0,03 hektar həyətyanı torpaq sahəsini Cavabdeh2 satmışdır;

7. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********67, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 17 mart 2022-ci il olan Çıxarışdan məlum olur ki, Cavabdeh2 mülkiyyətində ünvan 1i ərazisində yaşayış məntəqələri torpaqları kateqoriyasına aid 0,03 hektar həyətyanı torpaq sahəsi vardır;

8. Göygöl Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli 2(066)-88/2023 nömrəli qətnaməsindən və həmin qətnamədə buraxılmış yanlışlıqların aradan qaldırılması barədə olan əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin 2(066)-88/2023 nömrəli, 07 avqust 2023cü il tarixli qərardadından məlum olur ki, paylı mülkiyyət hüququ üzrə iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 və İddiaçı4 məxsus olan ünvan 1i ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə dair X4 adına verilmiş xx.xx.2007-ci il tarixli şəhadətnamə etibarsız hesab edilmiş və bu şəhadətnamə əsasında X3 adına verilmiş mülkiyyət hüququna dair qeydiyyat, çıxarış və X4 adına verilmiş çıxarış ləğv edilmiş. Cavabdeh X8 ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir;

9. Gəncə Apellyasiya Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli, 2(104)-365/2024 saylı qətnaməsindən məlum olur ki, Göygöl rayon Məhkəməsinin 2(066)- 88/2023 nömrəli, 29 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır;

10. Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 avqust 2024-cü il tarixli 2(102)- 2683/2024 nömrəli qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-365/2024 nömrəli, 16 yanvar 2024-cü il taroxli qətnaməsinin ləğv edilməsi; İşin apellyasiya şikayətinin mümkünlüyü məsələsinin həlli üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır;

11. Göygöl Rayon Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli 2(066)-88/2023 nömrəli qərardadının surətindən görünür ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-88/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

12. İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyətdə olan ünvan 1i ərazisində yerləşən 0,12 hektar torpaq sahəsinə dair 01 fevral 2022-ci il tarixli, 4Ə-119 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********67, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 17 mart 2022-ci il olan Çıxarışın ləğv edilməsi, cavabdehlərin torpaq sahəsindən çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişlər.

13. Sonradan iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, paylı mülkiyyətdə olan ünvan 1i ərazisində yerləşən 0,12 hektar torpaq sahəsinə dair 01 fevral 2022-ci il tarixli, 4Ə-119 reyestr nömrəli alqı-satqı müqaviləsinin və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********67, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 17 mart 2022-ci il olan Çıxarışın ləğv edilməsi, Cavabdeh1 adına tərtib edilmiş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********67, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 26 yanvar 2009-cu il olan Çıxarışın ləğv edilməsi və Cavabdeh2 torpaq sahəsindən çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişlər.

14. Göygöl Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli 2(066)-47/2024 nömrəli qətnaməsi ilə (hakim Mübariz Məmmədov) iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edərək torpaq sahəsinin boşaldılması tələbinə dair” iddiasının qismən təmin olunması; Cavabdeh1 adına tərtib edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyest nömrəsi **********67, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 26 yanvar 2009-cu il olan Çıxarışa əsasən mülkiyyətində ünvan 1i ərazisində yerləşən 0,03 hektar həyətyanı torpaq sahəsini Cavabdeh2 satmasına dair 01 fevral 2022-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi; Cavabdeh2 mülkiyyətində ünvan 1i ərazisində yaşayış məntəqələri torpaqları kateqoriyasına aid 0,03 hektar həyətyanı torpaq sahəsinə dair olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********67, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 17 mart 2022-ci il olan Çıxarışın ləğv edilməsi; Cavabdeh2 həmin torpaq sahəsindən çıxarılması; İddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun 50 (əlli) manat hissəsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 və İddiaçı4 ödənilməsi; İddianın hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyest nömrəsi **********67, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 26 yanvar 2009-cu il olan Çıxarışın ləğv edilməsi hissəsində təmin edilməməsi qət edilmişdir.

15. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.2, 646.1 və 648.1-ci maddələrinə, həmçinin Torpaq Məcəlləsinin 111-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

16. Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, mübahisə predmeti olan 0.12 ha torpaq sahəsinin 0.03 ha hissəsi digər Cavabdeh1 alqı-satqı müqaviləsi əsasında satılmış, daha sonra da o, 01 fevral 2022-ci il tarixli 4Ə-119 saylı alqı-satqı müqaviləsi əsasında həmin əmlakı Cavabdeh1 satın almışdır. Hazırda həmin torpaq sahəsi tam mülkiyyət hüququ əsasında ona məxsusdur. Bundan əlavə, Gəncə Apellyasiya Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli 2(104)-365/2024 saylı qətnaməsindən verilmiş kassasiya şikayəti əsasında həmin iş Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatındadır. Hesab edir ki, o əmlakı vicdanlı əldə edən alıcı hesab olunmalı və iddia tələbi təmin edilməməlidir. O, iddiaçıların qeyd etdiyi işin hallarından məlumatları olsaydı onu “vicdanlı əldə edən” hesab etmək olmazdı. Lakin, işin faktiki hallarından göründüyü kimi mübahisəli torpaq sahəsinin 0,03 ha hissəsi daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış əsasında Cavabdeh1 mülkiyyətində olmuş və o torpaq sahəsinin satılması qərarına gəlmiş, alıcı qismində ona təklif göndərilmişdir. Sonuncu isə vərəsələr arasında mübahisənin olubolmamasından xəbərdar olmamış (hansı ki belə bir vəzifələri də yoxdur) və torpaq sahəsinin satıcı tərəfindən qoyulmuş dəyərini ödəyərək notarial qaydada alqı-satqı müqaviləsi bağlamışdır. Bu zaman o satıcının adına olan daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışların həqiqiliyinə inanmış və dövlət orqanlarına etimad göstərmişdir. Cavabdeh Əlövsət Əliyev özü belə digər iş üzrə məhkəmə iclasında bildirmişdir ki, “torpağı öz adına keçirəndə bacılarının da razılığı olmuş, 0,12 ha torpaq sahəsinin 0.04 hektarını özünə götürmüş, Cavabdeh1 İddiaçı1 kürəkəni olmuş, həmin torpağın 0.03 hektarını Cavabdeh1 satmışlar, Cavabdeh1 da öz adına olan torpağı başqa adama satmışdır”. Bütün bunlar onu təsdiq edir ki, o, mübahisəli torpaq sahəsinin 0,03 ha hissəsinin “vicdanlı sahibidir”, o həmin əmlakı qanuni və etibarlı əsaslarla əldə etmişdir. Bundan başqa, hazırki iddia tələbi iddiaçılar və cavabdehin oyunlarıdır. Belə ki, iş materiallarında olan xx.xx.2008-ci il il tarixli iki dənə alqı-satqı müqaviləsindən görünür ki, tərəflər hər bir məsələdən xəbərdar olmaqla yanaşı öz aralarında razılaşmışlar. Yəni, onlar eyni vaxtda Notariat orqanına gedərək iki alqı-satqı etmişlər. Birinci alqı satqı müqaviləsinə əsasən Əlövsət Nailəyə 0.05 ha torpaq sahəsi satmış, ikinci müqaviləyə əsasən Samirə 0.03 ha torpaq sahəsi satmışdır. Nailə isə həm bu iş üzrə, həm də digər mülki iş üzrə ərizələrində qeyd etmişdir ki, vərəsəlikdən xəbəri olmayıb və Samirlə Əlövsət arasında olan müqavilədən xəbəri yoxdur. Üstəlikdə boş torpaq sahəsini guya Əlövsət 70000 manata Nailəyə, 50000 manata isə Samirə satmışdır. Heç də inandırıcı deyildir. Hörmətli kollegiya necə ola bilər ki, eyni gündə iki müqavilə olsun və bundan Nailənin xəbəri olmasın. Qeyd etdiyi xüsusatlarla iddiaçıların dəlilləri arasında uyğunsuzluğu həm mülki iş materiallarında olan alqı-satqı müqavilələrindən, həm də şikayətiə əlavə etdiyimiz İddiaçı1 və qeyrilərinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsindən də müəyyən etmək olar. Apellyasiya şikayətinə əlavə etdiyi hər iki alqı-satqı müqaviləsinə də baxış keçirən zaman müəyyən ediləcəkdir ki, onlar özləri bunu bilirdi və torpağın öz kürəkəninə satılmasına Əlövsəti Nailə məcbur etmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh1 mübahisə predmeti olan alqı-satqı müqaviləsi bağlanmamışdan əvvəl torpaq sahəsinə dair onun adına ümumi etibarnamə vermişdir. Yəni, əslində həmin vaxtdan torpaq sahəsini faktiki alqı-satqı etmişlər. O da bu məqsədlə Cavabdeh1 5000 manat pul vermişdir. Belə ki, tanışı vasitəsilə Cavabdeh1 satışda olan torpaq sahəsi olduğunu öyrənmişdir. Torpaqla maraqlanmış və müəyyən olmuşdur ki, əmlaka dair Cavabdeh1 adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyetsrindən çıxarış vardır. Bundan sonra Samirlə torpağın alqısatqısına dair razılığa gəlmişlər. Cavabdeh1 torpaq sahəsinə dair ona etibarnamə vermiş, o da həmin vaxt torpağın dəyərinin bir qismini, yəni 2000 manat vəsaiti Cavabdeh1 vermişdir. Qalan 3000 manat məbləği isə alqı-satqı müqaviləsi bağlanan zaman Cavabdeh1 vermişdir. Torpağın alqı-satqısı barədə razılığa gəldikləri zaman alqı-satqı müqaviləsi bağlamağa imkanı olmadığından notariat qaydada alqı-satqı müqaviləsi bağlaya bilməmişlər. Torpaq sahəsini alan zaman gedib ərazisiyə baxmış və torpağın arxa tərəfində Əlövsətin, qarşı tərəfdə isə Nailənin torpağı olmuşdur. Həmin vaxt Daşınmaz Əmlakın Dövlət Kadastr İdarəsinin mütəxəssisləri GPS aparatı ilə torpaq sahəsini ölçərək torpağın 0.03 ha hissəsini ayırmışlar. Bu zaman iddiaçılardan Maşallah da orada olmuşdur. Sonuncu «orada nəyi ölçürlər» deyə sual verdikdə torpaq sahəsinin 0.03 ha hissəsinin Samir tərəfindən ona satıldığı barədə cavab almışdır. Həmin vaxt iddiaçılar ona Cavabdeh1 adına torpaq sahəsi olmadığını bildirmişlər, bu səbəbdən aralarında mübahisə yaranmışdır. Əmlakla bağlı mübahisə torpaq sahəsinə beh verdikdən sonra yaranmışdır. Vicdanlı alıcı kimi iki nəfərin əlindən keçmiş torpağı almışdır. Sədrlik edənin suallarına cavab olaraq Cavabdeh2 bildirmişdir ki, iddiaçılar torpağın ümumi mülkiyyətdə olduğunu ona bildirdikdə artıq torpağın alqı-satqısına görə Cavabdeh1 2000 manat pul vermiş idi. Bu söhbət ortaya çıxandan sonra torpağın alqı-satqısna görə verdiyi pulu Cavabdeh1 geri qaytarmağa çalışmış, lakin onu tapa bilməmişdir. Verdiyi 2000 manat pulun batmasından qorxduğuna görə torpağın dəyərinin qalan hissəsi olan 3000 manatı da ödəyib xx.xx.2022ci il tarixli alqı-satqı müqaviləsini bağlamışdır. Cavabdeh2 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləöv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, digər Cavabdeh1 torpaq sahəsinə dair əvvəlcə Cavabdeh2 adına etibarnamə vermiş, sonra isə o, Rusiya Federasiyasına getdiyi üçün alqı-satqı müqaviləsi bağlanması mümkün olmamışdır. Cavabdeh2 Göygöl Rayon Məhkəməsinin icraatında olmuş digər işdən məlumatı olmamışdır. Əslində, həmin iş üzrə qətnamə çıxarılan vaxt iddiaçıların Cavabdeh2 torpaq sahəsini almasından məlumatları olmuş, lakin onu maraqlı şəxs kimi işə cəlb etməmişlər. Çünki, vərəsəlik məsələlərini sonradan ortaya çıxarmaqda iddiaçıların əsas məqsədi torpaq sahəsini Cavabdeh2 əlindən almaq olmuşdur. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləöv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı4 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, Cavabdeh2 əlində sənədlə onların evinə gələrək bu torpaq sahəsini almaq istədiyini və torpağa görə artıq beh də verdiyini bildirmişdir. Anası isə cavabdehin evlərinə getmiş, orada mübahisəli torpağın ümumi mülkiyyətdə olduğunu və Samirin həmin torpağı satmaq səlahiyyətinin olmadığını bildirmiş, cavabdeh və ailəsi artıq o torpağı alası olmadıqlarını, verdikləri behi isə qaytardıqlarını söyləmişlər. Lakin, 6-7 ay sonra cavabdehin oğlu həmin torpağı aldıqlarını bildirmişdir. Bundan sonra isə aralarında mübahisə yaranmışdır. İddiaçı4 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı4 etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə1 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, mübahisəli torpaq sahəsi əvvəllər 5 nəfərin adına olmuş, sonradan heç kimin razılığı olmadan hansısa şəkildə Əlövsət Əliyevin adına keçmiş, Əlövsət də sonradan Nailənin öz tikdiyi evi özünə guya 70000 manata satmışdır. Amil isə cavabdehin bacısı oğludur. X14 arasında bağlanmış müqavilə, eləcə də torpağa dair Çıxarış məhkəmə qətnaməsi ilə ləğv olunmuşdur. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, mübahisəli torpaq sahəsinin yalnız 1 girişi vardır. Həmin giriş isə İddiaçı1 torpağından keçir. İddiaçı1 Cavabdeh2 torpaq sahəsini almaq istədiyini eşitdikdə onun evinə getmiş, orada torpağın əslində ona məxsus olmasını bildirmiş, cavabdeh və ailəsi isə cavabında 500 manat beh verdiklərini, onu da geri alacaqlarını bildirmişlər. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə2 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, əvvəlki iddia ilə məhkəməyə müraciət edən zaman torpaq sahəsinə dair Nizaminin adına etibarnamə verildiyindən məlumatı olsa da, lakin DƏDRX-yə verilmiş sorğuya alınmış cavabda Cavabdeh2 adı qeyd edilmədiyinə görə həmin vaxt onu cavabdeh qismində işə cəlb edə bilməmişlər. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən mübahisəli torpaq sahəsinə dair əvvəlki alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında verilmiş çıxarış ləğv edilmişdir. Ona görə də həmin sənədlər əsasında bağlanmış hazırkı mübahisə predmeti olan alqı-satqı müqaviləsi də etibarsız sayılır. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

24. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər proses iştirakçıları məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

26. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

27. Maddə 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər.

28. Maddə 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər.

29. Maddə 141.3. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir.

30. Maddə 144.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir.

31. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

32. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

33. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

34. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

35. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

36. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

37. Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

38. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

42. Maddə 384.0.2. apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

43. Maddə 385.1.1 Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

44. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

45. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

47. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia tələbi qismən təmin edilmiş və iddiaçılar birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişlər. Yalnız cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. O, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv olunmasını xahiş etsə də, lakin apellyasiya şikayətinin məzmunundan müəyyən edilir ki, qətnamə iddia tələbinin təmin edilmiş hissəsində mübahisələndirilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslığı yalnız mübahisələndirilən hissədə apellyatora münasibətdə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan, yəni «Cavabdeh1 adına tərtib edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyest nömrəsi **********67, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 26 yanvar 2009-cu il olan Çıxarışa əsasən mülkiyyətində ünvan 1i ərazisində yerləşən 0,03 hektar həyətyanı torpaq sahəsini Cavabdeh2 satmasına dair 01 fevral 2022-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi; Cavabdeh2 mülkiyyətində ünvan 1i ərazisində yaşayış məntəqələri torpaqları kateqoriyasına aid 0,03 hektar həyətyanı torpaq sahəsinə dair olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********67, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 17 mart 2022-ci il olan Çıxarışın ləğv edilməsi; Cavabdeh2 həmin torpaq sahəsindən çıxarılması» hissələrdə ləğv edilməli, həmin hissələrdə yeni qətnamə qəbul edilərək iddia tələbi həmin hissələrdə təmin edilməli, Cavabdeh1 adına tərtib edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyest nömrəsi **********67, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 26 yanvar 2009-cu il olan Çıxarışa əsasən ünvan 1i ərazisində yerləşən 0,03 hektar həyətyanı torpaq sahəsinin Cavabdeh2 satılmasına dair 01 fevral 2022-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilməli; ünvan 1i ərazisində yaşayış məntəqələri torpaqları kateqoriyasına aid 0,03 ha həyətyanı torpaq sahəsinə dair Cavabdeh2 adına tərtib edilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********67, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 17 mart 2022-ci il olan çıxarış ləğv edilməli, Cavabdeh2 ünvan 1i ərazisində yaşayış məntəqələri torpaqları kateqoriyasına aid 0,03 ha həyətyanı torpaq sahəsindən çıxarılmalı, apellyasiya şikayəti qalan hissədə təmin edilməməlidir.

49. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Göygöl rayon Aqrar İslahat Komissiyasının 26 dekabr 2001-ci il tarixli, 17 saylı qərarı ilə 0,12 ha torpaq sahəsi Xanlar (indiki Göygöl) rayonu Quşqara kənd sakini X5, İddiaçı1, İddiaçı3 Əbülfət qızı, İddiaçı2 Əbülfət qızı və İddiaçı4 Əbülfət oğlunun mülkiyyətinə verilmişdir. X6 23 mart 2005-ci il tarixdə vəfat etmişdir. X1 miras qalmış əmlaklara dair X7 xx.xx.2007-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Şəhadətnamədə miras əmlak kimi Xanlar rayonu, Quşqara kəndində 0.12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı yaşayış evi (ümumi sahəsi 161.6 kv.m, əsas sahəsi 67.0 kv.m, köməkçi sahə 94.6 kv.m), 1 mərəbəli 1 otaqlı yaşayış evi (ümumi sahəsi 32.4 kv.m, əsas yaşayış sahəsi 32.4 kv.m, köməkçi sahə 94.6 kv.m), açıq eyvan 36.9 kv.m, açıq eyvan 37.7 kv.m, hamam 16.6 kv.m, zirzəmi 1 mərtəbəli ümumi sahəsi 82.3 kv.m-dən ibarət əmlak qeyd olunmuşdur. Xanlar (Göygöl) rayonu Quşqara kəndində mülkiyyətində olan 0,12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 99.4 kv.m yaşayış, 94.6 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2007-ci il tarixdə qeydiyyata alınaraq (reyestr nömrəsi **********53-10301, qeydiyyat nömrəsi 1********) MH seriyalı, ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir. X8 xx.xx.2008-ci il tarixdə bağlanmış və Göygöl rayon notariat kontorunda təsdiqlənmiş alqı-satqı müqaviləsi əsasında ünvan 1ində yerləşən 0.03 ha torpaq sahəsini Cavabdeh1 50000 manata satmışdır (müqavilədə satıcının əmlaka mülkiyyət hüququnu təsdiq edən sənəd kimi daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2007-ci il tarixdə reyestr nömrəsi **********53-10301, qeydiyyat nömrəsi ********* ilə aparılmış qeydiyyata dair DƏDRX-nin Gəncə şəhəri Ərazi İdarəsinin xx.xx.2008-ci il tarixli 1534 nömrəli arayışına istinad edilmişdir). Həmin alqı-satqı müqaviləsi əsasında ünvan 1ində yerləşən 0.03 ha torpaq sahəsi Cavabdeh1 adına qeydə alınmışdır. Bundan sonra isə 01 fevral 2022-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi ilə Cavabdeh1 həmin torpaq sahəsini Cavabdeh2 satmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 17 mart 2022-ci il olan çıxarışa əsasən də torpaq sahəsi Cavabdeh2 adına qeydə alınmışdır. Bununla yanaşı müəyyən olunur ki, Göygöl Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli 2(066)-88/2023 nömrəli qətnaməsi ilə paylı mülkiyyət hüququ üzrə iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 və İddiaçı4 məxsus ünvan 1i ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə dair X4 adına verilmiş xx.xx.2007-ci il tarixli şəhadətnamə etibarsız hesab edilmiş və bu şəhadətnamə əsasında X3 adına verilmiş mülkiyyət hüququna dair qeydiyyat, çıxarış və X4 adına verilmiş çıxarış ləğv edilmiş. Cavabdeh X8 ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmişdir. İddiaçılar mübahisəli əmlaka dair Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 01 fevral 2022-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız əqd olduğunu əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişlər.

50. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməsini yoxlanılan hissədə lazımi qaydada əsaslandırmamış, iddianın hansı səbəbdən təmin edildiyini konkret hallara istinadən və müfəssəl formada göstərməmişdir. Halbuki, MPM-in 220-ci maddəsinə görə, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativhüquqi aktlar göstərilməlidir. İddia tələbi təmin edilmədikdə, qətnamədə təmin olunmayan hissəsi əsaslandırılmalıdır.

51. Halbuki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi onu tələb edir ki, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələr belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalıdırlar. Bununla hər kəs onun barəsindən çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur.

52. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir.

53. Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Prosessual Məcəllənin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”.

54. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

55. İlk növbədə kollegiya qeyd edir ki, iddiaçılar alqı-satqı müqaviləsinin ləğvi ilə əlaqədar tələb irəli sürməsinə baxmayaraq, onların iddia tələbinin hüquqi əsasını əqdin etibarsız hesab edilməsi ilə bağlı dəlillər təşkil edir.

56. Mülki qanunvericiliyə əsasən əqd, mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri).

57. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri).

58. Mülki Məcəllənin 339.1-ci maddəsinə əsasən, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.

59. Beləliklə, hər hansı əqdin (o cümlədən alqı satqı müqaviləsinin) etibarlılığı üçün, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli Qərarı).

60. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

61. Etibarlı əqdin əmələ gəlməsi üçün zəruri olan iki əsas qurucu ünsür vardır: iradə ifadəsi və iradənin yönəldiyi hüquqi nəticə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı). Əqdin qurucu ünsürlərinin tamam olmaması halında, həmin əqdin varlıq qazanması və hüquq münasibətinin qurulması qeyrimümkündür; ortada hər hansı əqd mövcud deyildir. Mövcud olmama əqdin (müqavilənin) bağlanması ilə bağlı bir anlayışdır. Qurucu ünsürləri ehtiva etməyən bir müqavilə bağlana, meydana gələ bilməz. Bu mənada, əgər bir əqdin qurucu ünsürlərində əksiklik varsa, əqd mövcud deyil/bağlanmayıb; əgər qurucu ünsürlər tam olsa da, əqdin etibarlı hüquqi nəticə doğurması üçün tələb olunan şərtlər və ya ünsürlərdə əksiklik varsa, onda əqd etibarsızdır.

62. İşin müəyyən edilmiş və faktiki hallarına əsasən müəyyən olunur ki, X8 xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsi əsasında mübahisəsi gedən torpaq sahəsini Cavabdeh1 satmış, həmin alqı-satqı müqaviləsi əsasında ünvan 1ində yerləşən 0.03 ha torpaq sahəsi Cavabdeh1 adına qeydə alınmışdır. Bundan sonra isə 01 fevral 2022-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsi Cavabdeh1 tərəfindən Cavabdeh2 satılmışdır. daha sonra mübahisəli əmlaka dair Cavabdeh2 adına çıxarış verilmişdir. Bundan başqa müəyyən edilir ki, Göygöl Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli 2(066)-88/2023 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə paylı mülkiyyət hüququ üzrə iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 və İddiaçı4 məxsus ünvan 1i ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə dair X4 adına verilmiş xx.xx.2007-ci il tarixli şəhadətnamə etibarsız hesab edilmiş və bu şəhadətnamə əsasında X3 adına verilmiş mülkiyyət hüququna dair qeydiyyat, çıxarış və X4 adına verilmiş çıxarış ləğv edilmiş, həmçinin cavabdeh X8 ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir.

63. Bununla belə nəzərdən qaçırmaq olmaz ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı əldə edənin əmlak hüquqları təmin olunmalıdır. Çünki, qanunsuz əqdlərin nəticələrinin, onun vurduğu zərərin aradan qaldırılması ilə bağlı məsələlərdə qanunverici əmlakı özgəninkiləşdirənlə onu əldə edənə münasibətdə fərqli meyarlarla yanaşır. Yəni, qanunverici “vicdanlı sahib” və “vicdansız sahib” kateqoriyalarını fərqləndirir.

64. Vicdanlı əldə etmə, reyestrin tamlığı və həqiqiliyi prezumpsiyası məsələləri ilə bağlı hüquqi hallara Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında aydınlıq gətirilmişdir. Həmin qərarlarda ifadə edilmiş hüquqi mövqelərə müvafiq olaraq mübahisəli əmlakla bağlı əvəzli əqdin bağlanması anına qədər bu əmlakla bağlı üçüncü şəxslərin iddiaları belə şəxsə bəlli olduqda və bu iddialar sonradan müvafiq qaydada hüquqa zidd hesab edilmədikdə, o, vicdanlı sahib kimi qəbul olunmur (“S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərar).

65. Mülkiyyət və digər əmlak hüquqlarının, müqavilə və digər öhdəliklərin, əqdlərin etibarsızlığının nəticələri barədə hüquqların yaranması və xitamını tənzimləyən qanunverici yalnız mülkiyyətçinin deyil, mülki dövriyyənin iştirakçısı kimi vicdanlı sahibin də mülki hüquqlarının qorunmasını təmin edən hüquqi vasitə və mexanizmləri nəzərdə tutmuşdur. Əks halda, hər hansı müqavilə bağlayarkən ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirmiş vicdanlı sahiblərin geniş dairəsi üçün tam vindikasiya qaydasında onlardan tələb oluna bilən əmlakların qeyri-qanuni itirilməsi riski mövcud olardı. Vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan belə hüquqi qeyrimüəyyənlik isə mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, tərəflərin bir-birinə olan inamının azalmasına gətirib çıxarardı (“H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2014-cü il tarixli qərar).

66. Mülki Məcəllənin 140-cı, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir ("xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 18/10/17 il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2018-ci il tarixli qərar)

67. Qeyd olunan hüquqi mövqelərdən göründüyü kimi, daşınmaz əmlakı əldə edən şəxsin vicdanlı əldə edən olaraq qəbul edilməsi və tam vindikasiyanın istisna edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqi və tam olması, həmin məzmunla bağlı hər hansı etirazın qeydə alınmaması ilə yanaşı, əldə olunan əmlakla bağlı üçüncü şəxslərin iddialarının və ya reyestrdəki qeydin qeyri-dəqiq olmasının əldə edənə bəlli olmadığı, əldə edənin müqavilə bağlayarkən xoş niyyət, ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməsi, müqavilənin etibarsızlığını bilməməsi və ya bilməli olmaması şərtləri də mövcud olmalıdır. Belə şərtlərin olmadığı və ya mübahisə doğurduğu vəziyyət əldə edənin vicdanlı olmadığı barədə qənaət üçün əsas ola bilər.

68. Hazırkı işin hallarından isə görünür ki, mübahisə predmeti olan torpaq sahəsinin alqı-satqısına dair Cavabdeh2la digər Cavabdeh1 arasında razılaşma olmuşdur. Onlar arasında əldə edilmiş razılaşmaya əsasən alıcı Cavabdeh2 torpaq sahəsinin alqısatqısına görə o zaman torpağın mülkiyyətçisi olmuş Cavabdeh1 2000 manat beh vermiş, sonuncu isə bunun müqabilində torpaq sahəsinə dair alıcının adına ümumi etibarnamə vermişdir. Beləliklə də, həmin vaxtdan mübahisəsi gedən əmlaka dair sahiblik və istifadə hüququ Cavabdeh2 ötürülsə də, tərəflər arasında notariat qaydada alqı-satqı müqaviləsi bağlanmamışdır. Torpaq sahəsi Cavabdeh2 sahiblik və istifadəsinə keçdikdən sonra iddiaçılarla onun arasında mübahisə yaranmış və Cavabdeh2 «mübahisəli torpağın ümumi mülkiyyətdə olması, Cavabdeh1 torpağı satmağa səlahiyyəti olmadığı» bildirilsə də, lakin Cavabdeh2 ilə Cavabdeh1 adından verilmiş etibarnamə əsasında mübahisəli əmlaka dair xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Cavabdeh2 mübahisəli torpağa dair Samir Süleymanaova 2000 manat beh verdikdən sonra həmin torpaq sahəsi ilə bağlı mübahisə olduğunu, yəni torpaq sahəsinin iddiaçıların və digər Cavabdeh1 ümumi birgə mülkiyyətdə olduğunu bildiyi, lakin sonuncunun behi geri qaytarmadığı üçün rəsmi alqı-satqı bağladığı ilə əlaqələndirmişdir.

69. Göründüyü kimi, Cavabdeh2 qeyd olunan torpaq sahəsinə dair müvafiq alqı-satqı müqaviləsi bağlanmamışdan öncə mübahisəli olması barədə, yəni həmin torpaq sahəsinin iddiaçıların və digər Cavabdeh1 birgə mülkiyyətlərində olmasından məlumatlı olmuşdur. Bu baxımdan kollegiya hesab edir ki, cavabdeh Nizami Hüseyovu həmin torpaq sahəsini vicdanla əldə etmiş şəxs hesab etmək də mümkün deyildir.

70. Şərh olunanlara əsasən kollegiyanın qənaəti ondan ibarətdir ki, Cavabdeh1 ilə Cavabdeh2 arasında ünvan 1i ərazisində yerləşən 0,03 hektar həyətyanı torpaq sahəsinə dair bağlanmış xx.xx.2022-ci il tarixli il alqı-satqı müqaviləsi etibarsız olmaqla onun hər hansı hüquqi nəticə doğurması mümkün deyildir. Bu cür yanaşma həm də hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir və kollegiya bu qənaətə gələrkən həmçinin ədalət, insaf və mənəviyyat tələblərini nəzərə alır.

71. Gəldiyi qənaətin davamı olaraq kollegiya, iddia tələbinin mübahisəli torpağa dair verilmiş çıxarışın ləğv edilməsi hissəsinə münasibətdə qeyd edir ki, mübahisəli torpaq sahəsinə dair Cavabdeh2 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış törəmə hüquq münasibəti olub, həmin torpağa dair bağlanmış yuxarıda göstərilən alqı-satqı müqaviləsindən törəmişdir. Buna görə də, həmin torpağa dair qeyd olunan müqavilə etibarsız hesab edildiyindən, torpağa dair törəmə hüquq münasibəti olan Cavabdeh2 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışıda ləğv edilməlidir.

72. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırkı vəziyyətdə mübahisəsi gedən əmlaka dair Cavabdeh2 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyetsrindən çıxarış ləğv edildiyindən və həmin çıxarışın verilməsinə əsas olan hüquqmüəyyənedici sənəd sayılan xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi də etibarsız hesab edildiyindən Cavabdeh2 hər hansı hüquqi əsas olmadan həmin torpaq sahəsindən istifadə edir ki, bu da iddiaçıların qanunla müəyyən edilmiş və dövlət tərəfindən müdafiə olunan hüquqlarını pozur. Ona görə də Cavabdeh2 mübahisəsi gedən torpaq sahəsindən çıxarılması hissədə də iddia tələbi qanuni əsaslara söykənir.

73. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Göygöl Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli 2(066)-47/2024 nömrəli qətnaməsi yoxlanılan, yəni «Cavabdeh1 adına tərtib edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyest nömrəsi **********67, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 26 yanvar 2009-cu il olan Çıxarışa əsasən mülkiyyətində ünvan 1i ərazisində yerləşən 0,03 hektar həyətyanı torpaq sahəsini Cavabdeh2 satmasına dair 01 fevral 2022-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi; Cavabdeh2 mülkiyyətində ünvan 1i ərazisində yaşayış məntəqələri torpaqları kateqoriyasına aid 0,03 hektar həyətyanı torpaq sahəsinə dair olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********67, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 17 mart 2022-ci il olan Çıxarışın ləğv edilməsi; Cavabdeh2 həmin torpaq sahəsindən çıxarılması» hissələrdə ləğv edilsin. Həmin hissələrdə yeni qətnamə qəbul edilərək iddia tələbi həmin hissələrdə təmin edilsin. Cavabdeh1 adına tərtib edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyest nömrəsi **********67, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 26 yanvar 2009-cu il olan Çıxarışa əsasən ünvan 1i ərazisində yerləşən 0,03 hektar həyətyanı torpaq sahəsinin Cavabdeh2 satılmasına dair 01 fevral 2022-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. ünvan 1i ərazisində yaşayış məntəqələri torpaqları kateqoriyasına aid 0,03 ha həyətyanı torpaq sahəsinə dair Cavabdeh2 adına tərtib edilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********67, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 17 mart 2022-ci il olan çıxarış ləğv edilsin. Cavabdeh2 ünvan 1i ərazisində yaşayış məntəqələri torpaqları kateqoriyasına aid 0,03 ha həyətyanı torpaq sahəsindən çıxarılsın. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar