Məhkəmə qərarları › İş №2(009)-513/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-513/2025

14.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-513/2025 14.02.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X4 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi» tələbinə dair (Səbail rayon İcra Hakimiyyəti maraqlı şəxs qismində qeyd olunan) ərizəsi üzrə mülki işə Bakı şəhərində 14 fevral 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi» tələbinə dair (Səbail rayon İcra Hakimiyyəti maraqlı şəxs qismində qeyd olunan) ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2002-ci il tarixli 227 saylı sərəncamda səhvən qeyd edilmiş Ərizəçi Məmməd oğlunun Ərizəçi kimi oxunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, Səbail rayon İcra Hakimiyyəti tərəfindən 227 saylı, 10 may 2002-ci il tarixli sərəncam verilmişdir. Lakin həmin sərəncamda vətəndaş Ərizəçi adı və soyadı səhv göstərilmişdir. Belə ki, sərəncamda vətəndaşın adı və soyadı Ərizəçi əvəzinə səhvən Ərizəçi Məmməd oğlu olaraq göstərilmişdir. Hazırda daşınmaz əmlaka dair çıxarış verilməsi üçün sərəncamda yol verilmiş səhvlik aradan qaldırılmalıdır. Məhkəmə iclasında iştirak etmiş ərizəçi ərizədə göstərilənlərə uyğun məzmunda izahat verərək, ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar olmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə olunmuş: AZE № 0******* şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1956-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Səbail rayon İcra Hakimiyyətinin 10 may 2002-ci il tarixli 227 nömrəli Sərəncamında qeyd olunur ki, Ərizəçi Məmməd oğlu 30 iyun 1987-ci ildən İ.Ağayev küçəsi 6 №-li evin 6 №-li mənzilində pasport qeydiyyatındadır. İ.Ağayev küçəsi 6 №-li evdə 3 otaqlı 47,0 kv.m sahəli, 6 №-li mənzilin şəxsi maliyyə hesabı Ərizəçi Məmməd oğlunun adına keçirilsin. Vətəndaş Ərizəçi Məmməd oğlu 4 nəfər ailə üzvü ilə İ.Ağayev küçəsi 6 №-li evin 6 №-li mənzilinin icarəçisi sayılsın. 7705762 nömrəli arayışdan görünür ki, Ərizəçi 27 iyun 2007-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə iclasında araşdırılmış sübutlarla, ərizəçinin izahatı və iş materialları ilə müəyyən olunmuşdur ki, xx.xx.2002-ci il tarixli 227 saylı sərəncamda Ərizəçi adı səhvən Ərizəçi Məmməd oğlu kimi qeyd edilmişdir. Ərizəçinin həmin sərəncamda adında buraxılmış səhvi təhlil edərək məhkəmə hesab edir ki, həmin yanlışlıq ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlərdə göstərilən həqiqi adı nəzərə alınmadan, diqqətsizlik nəticəsində yaranmışdır. Belə ki, iş materiallarında olan arayışdan da görünür ki, Ərizəçi 2007-ci il tarixdən məhz sərəncamda qeyd olunan ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iş materiallarında olan sübutlara istinadən belə qənaətə gəlir ki, xx.xx.2002ci il tarixli 227 saylı sərəncamda qeyd olunan Ərizəçi Məmməd oğlu məhz Ərizəçidur. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220, 227, 233, 307-308, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin xx.xx.2002-ci il tarixli 227 saylı sərəncamında qeyd olunan Ərizəçi Məmməd oğlunun Ərizəçi olması olması faktı müəyyən edilsin. Qətnamədən təqdim edildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar