Məhkəmə qərarları › İş №2(009)-514/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-514/2021

17.02.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-514/2021 17.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi, Cavabdehin nümayəndəsi İmanov Söhrab Vasif oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası X1rşı “əmrin ləğvi, işə bərpa və əmək qabiliyyətinin müvəqqəti itirildiyinə görə müavinətin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdeh Azərbaycan Respublikası X1rşı “əmrin ləğvi, işə bərpa və əmək qabiliyyətinin müvəqqəti itirildiyinə görə müavinətin ödənilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli sərəncamın ləğv edilməsi, iddiaçının Azərbaycan Respublikası Prezidentinin X2 şöbəsində “baş məsləhətçi” vəzifəsinə işə bəpa edilməsi, məzuniyyət dövründə xəstəliyi ilə bağlı təqdim etdiyi 866967, 867317 və 874786 nömrəli “əmək qabiliyyətinin olmaması vərəqəsi”nə görə hesablanmalı 14.000 manat məbləğində müavinətin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, uzun müddətdir ki, Azərbaycan Respublikası Prezidentinin X2 şöbəsində “baş məsləhətçi” vəzifəsində işləyir. Cavabdeh İdarənin müdirinin xx xxxxxxxx 2020-ci il tarixli sərəncamı ilə işdən azad edilmişdir. Həmin sərəncam qanunsuz və əsassızdır. Belə ki, iddiaçı xx xxxxxx 2020-ci il tarixdən məzuniyyətə buraxılmışdır. Normalda məzuniyyəti xx xxxxxxxx 2020-ci il tarixdə bitməli və işə çıxmalı idi. Lakin xx xxxxxxxx 2020-ci il tarixdə iddiaçının halı pisləşdiyindən xəstəxanaya getmək məcburiyyətində qalmış və ilik olaraq 13 sentyabr tarixinədək xəstə yatmışdır. xx.xx.2020-ci il tarixdə bağ evində olarkən gözlənilmədən yüksələn təzyiqdən koma vəziyyətinə düşdüyündən çağırılmış təcili yardım onu 26 nömrəli xəstəxanaya aparmışdır. Müalicə ilə bağlı 3 aya yaxın xəstəxanada yatmışdır. Son olaraq xx.xx.2020-ci il tarixdə xəstəxanadan buraxılmış və son “əmək qabiliyyətinin olmaması vərəqəsi”ndə işə çıxmalı olduğu gün xx.xx.2020-ci il tarix qeyd edilmişdir. Xəstəlik dövründə iddiaçıya verilmiş “əmək qabiliyyətinin olmaması vərəqəsi” cavabdeh tərəfindən qəbul edilməmiş və ödənilməsindən imtina edilmişdir. İddiaçının işinə xitam verilməsi ilə bağlı onun tərəfində heç bir təşəbbüs olmamışdır. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatladırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi ərizə təqdim edərək məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etdi. O, eyni zamanda bildirmişdir ki, iddiaçı xx xxxx 2020-ci il tarixli ərizə ilə müraciət edərək, avqustun 04-dən növbəti məzuniyyətə buraxılmasını və məzuniyyətinin son günü xx xxxxxxxx 2020-ci il tarixdən dövlət qulluğunun pensiyasına çıxmağı ilə əlaqədar tutuduğu vəzifədən azad edilməsini xahiş etmişdir. İddiaçı əvvəldən xəstə olması barədə heç bir xəbər verməmiş, yaşayış yeri üzrə poliklinikadan xx xxxxxxxx 2020-ci il tarixdə “əmək qabiliyyətinin olmaması vərəqəsi”ni təqdim etmiş və 02 sentyabrdan 13 sentyabr tarixinə kimi xəstə olduğuna görə onun məzuniyyət günlərinin uzadılması üçün müraciət etmişdir. İşlər müdirinin xx.xx.2020-ci il tarixli sərəncamı ilə İddiaçı tutduğu vəzifəsindən azad edilməsi haqqında sərəncamı ləğv edilərək onun məzuniyyəti 20 sentyabr tarixinədək uzadılmış və müavinət hesablanaraq ödənilmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: İddiaçı tərəfindən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizədə İddiaçı xx xxxxxx 2020-ci il tarixdən məzuniyyətə buraxılmasını və məzuniyyətinin son günü, xx xxxxxxxx 2020-ci il tarixdən dövlət qulluğunun pensiyasına çıxmağı ilə əlaqədar olaraq tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin xx.xx.2020-ci il tarixli sərəncamı ilə İddiaçı “Dövlət qulluğu haqqında” Qanunun 33.1.1-ci maddəsinə əsasən xx xxxxxxxx 2020-ci il tarixdən tutduğu vəzifədən azad edilmişdir. Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin xx.xx.2020-ci il tarixli sərəncamı ilə xx.xx.2020-ci il tarixli sərəncam ləğv edilmişdir. Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin xx.xx.2020-ci il tarixli sərəncamı ilə İddiaçı məzuniyyəti növbəti məzuniyyət dövründə xəstə olduğu üçün 14 sentyabr tarixdən 20 sentyabr tarixinə kimi 07 təqvim günü uzadılmışdır. Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin xx.xx.2020-ci il tarixli sərəncamı ilə İddiaçı “Dövlət qulluğu haqqında” Qanunun 33.1.1-ci maddəsinə əsasən xx xxxxxxxx 2020-ci il tarixdən tutduğu vəzifədən azad edilmişdir. 874786, 866967, 870965 və 867317 nömrəli “əmək qabiliyyətinin olmaması vərəqə”lərindən görünür ki, İddiaçı gərginlik stenokardiyası və hipertoniya xəstəliyi diaqnozu ilə müxtəlif tarixlərdə müalicədə olmuşdur. Ödəniş tapşırığının surətindən görünür ki, İddiaçı 1501,70 manat məbləğində əmək qabiliyyətini müvəqqəti itirdiyinə görə müavinət ödənilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin X2 şöbəsində “baş məsləhətçi” vəzifəsinə çalışmış, xx.xx.2020-ci il tarixdə isə öz təşəbbüsü ilə “Dövlət qulluğu haqqında” Qanunun 33.1.1-ci maddəsinə əsasən onun dövlət qulluğuna xitam verilmişdir. Azərbaycan Respublikası “Dövlət qulluğu haqqında” Qanunun 14.1-ci bəndinə əsasən dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. Həmin Qanunun 33.1.1-ci bəndinə əsasən dövlət qulluqçusunun öz arzusu ilə dövlət qulluğuna xitam verilə bilər. Beləliklə, dövlət qulluqçusu öz təşəbbüsü ilə dövlət qulluğunun pensiyasına çıxması ilə əlaqədar dövlət qulluğuna xitam verilməsi üçün ərizə ilə dövlət orqanı rəhbərinə müraciət etmiş, dövlət orqanının rəhbəri isə öz növbəsində qanunvericiliyin tələbinə uyğun olaraq dövlət qulluqçusunun dövlət qulluğuna xitam vermişdir. Bu səbəbdən “Dövlət qulluğu haqqında” Qanunun 33.1.1-ci bəndi ilə dövlət qulluqçusunun dövlət qulluğuna xitam verilməsində qanunvericiliyə zidd heç bir hərəkət olmamışdır. Bundan başqa iddiaçı cavabdehə onun dövlət qulluğuna xitam verilməsinə dair dövlət orqanına ərizə ilə müraciət etmədiyini bildirsə də, iş materiallarında olan sübutlarla (iddiaçının xx.xx.2020-ci il tarixli ərizəsi) iddiaçının qeyd etdiyi bu hal təkzib olunur. İddia tələbinin əmək qabiliyyətinin müvəqqəti itirildiyinə görə müavinətin ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə də əsassızdır və təmin olunmamalıdır. Belə ki, “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin 1.1-ci bəndinə əsasən əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara ilk 14 təqvim günü üçün sığortaedənin vəsaiti hesabına, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir. Həmin Əsasnamənin 6-cı maddəsinin 3-cü hissəsinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsi bir neçə xəstəlik vərəqəsinə görə fasiləsiz olaraq ardıcıl davam edərsə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olmayaraq, yalnız bir dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Həmin Əsasnamənin 7-ci bəndinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, qanunvericiliklə müəyyən edilmiş qaydada verilmiş xəstəlik vərəqəsinə (əmək qabiliyyətini itirmək vərəqəsi) əsasən təyin edilir. Məhkəmə iddia tələbinin müavinətin ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, yuxarıda qeyd olunmuş Əsasnamənin tələblərinə uyğun olaraq iddiaçının əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət hesablanaraq cavabdeh tərəfindən iddiaçıya ödənildiyindən iddia tələbinin qeyd olunan hissədə təmin olunmasına səbəb ola biləcək əsaslar aradan qalxmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası X1rşı “əmrin ləğvi, işə bərpa və əmək qabiliyyətinin müvəqqəti itirildiyinə görə müavinətin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar