Məhkəmə qərarları › İş №2(009)-516/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-516/2023

02.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-516/2023 02.02.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi X14, Ərizəçi – Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən olunması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: Ərizəçi – maraqlı şəxs Baki şəhəri Səbail rayon Qeydiyyat şöbəsinə qarşı “doğum faktının müəyyən olunması” na dair ərizə ilə məhkəməyə müraciət edərək, Suriya Respublikasında doğulan uşaqlar, yəni, xx.xx.2015-ci il təvəllüdlü X9, xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X3 Suriyada doğulmaları faktının təsdiq edilməsi və doğum haqqında şəhadətnamələrin verilməsini Maraqlı şəxs üzərinə qoyulması xahiş etmişdir. Ərizəsini belə əsaslandırmışdır ki, iddiaçı Ərizəçi Kamil qızı (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi: AZE********) X10 (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi: AZE0001660) ilə rəsmi nikahda olmuşlar. X1 2014-cü ildə müharibədə həlak olmuşdur. Bu rəsmi nikahdan xx.xx.2008-ci il təvəllüdlü X11 və xx.xx.2009cu il təvəllüdlü X17 doğulmuş və onların doğulması faktı rəsmi sənədlə təsdiq edilərək şəxsiyyətlərini təsdiq edən sənədlər verilmişdir. Lakin, sonradan Suriyada doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X4 rəsmi sənəd almaq mümkün olmamışdır. Bu uşaq Ərizəçi Kamil qızı ilə X7 rəsmi nikahından dünyaya gəlmiş övladlarıdır və o da Suriyada doğulmuşdur. İddia ərizəsi ilə doğum faktının təsdiqlənməsi xahiş olunan ikinci uşaq Suriya Respublikasında doğulan, xx.xx.2015-ci il təvəllüdlü X13r. O, X7 qeyri-rəsmi doğulan uşağıdır. Uşağın anası da rəhmətə getmişdir (dəqiq tarixini bilmir). Rəsmi olaraq təmsilçisi iddiaçı Ərizəçi Kamil qızıdır. İddia ərizəsi ilə doğum faktının təsdiqlənməsi xahiş olunan üçüncü uşaq xx.xx.2019-cu il təvəllüdlü X6r. Bu uşaq Ərizəçi Kamil qızının qeyri-rəsmi yaşadığı X5 olan (qeyrirəsmi nikahından) Suriyada dünyaya gəlmişdir. Hər üç uşaq hal-hazırda Azərbaycandadır və onların Azərbaycan Respublikasındakı təmsilçiləri hazırkı iş üzrə iddiaçı Ərizəçidır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, ərizədən görünür ki, Ərizəçi ərizəsində Suriya Respublikasında doğulan xx.xx.2015-ci il təvəllüdlü X9, xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X3 Suriyada doğulmaları faktının təsdiq edilməsi və doğum haqqında şəhadətnamələrin verilməsini Maraqlı şəxs üzərinə qoyulmasını xahiş etmiş və ərizəsində xx.xx.2015-ci il təvəllüdlü X9 anasının və atasının vəfat etdiyini göstərərək rəsmi təmsilçisinin ərizəçi olduğunu qeyd etmişdir. Ərizəçi xx.xx.2015-ci il təvəllüdlü X9 valideyni olmadığı, eləcə də onun qəyyumu olduğunu təsdiq edən sənəd əlavə etmədiyti, başqa sözlə qanuni nümayəndəsi olmadığı halda hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 49.1-ci maddəsinə əsasən, öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. - 49.2. On altı yaşı olan yetkinlik yaşına çatmamış şəxs tam fəaliyyət qabiliyyətli elan edildiyi halda (emansipasiya) o, məhkəmədə şəxsən öz hüquq və vəzifələrini həyata keçirə bilər. - 49.3. Yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. Lakin məhkəmə yetkinlik yaşına çatmayanların və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin özlərini bu işlərdə iştirak etməyə cəlb edə bilər. Ərizəyə əlavə olunmuş materialdan görünür ki, qeyd olunan uşaqların anaları ölmüş, Ərizəçi onların nümayəndəsi olmasını təsdiq edən sənəd əlavə olunmamışdır. Azərbaycan Respublikası MPM-in 150.0.3-cü maddəsinə əsasən iddia ərizəsinə iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-in 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd edilənlərə əsasən hesab edir ki, Ərizəçi – maraqlı şəxs Baki şəhəri Səbail rayon Qeydiyyat şöbəsinə qarşı “doğum faktının müəyyən olunması” na dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı, ərizəçiyə, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Ərizəçi – Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən olunması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İzah olunsun ki, ərizəçi qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar