Məhkəmə qərarları › İş №2(009)-545/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-545/2022

06.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-545/2022 06.04.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, Ərizəçinin nümayəndəsi-vəkili X14 iştirakı ilə, Ərizəçi X15 – maraqlı şəxslər Bakı şəhəri 2 saylı Notariat ofisi və Səbail rayon Qeydiyyat Şöbəsi göstərilməklə «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi» barədə ərizəsi üzrə mülki işə 06 aprel 2022-ci il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi X24 - maraqlı şəxslər Bakı şəhəri 2 saylı Notariat ofisi və Səbail rayon Qeydiyyat Şöbəsi göstərilməklə «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək, X13, X8 və X21 1950-ci ildə Bakı şəhərində ölmələri, X13 onun nənəsi, X8 və X21 nənəsinin bacıları olmaları, ərizəçinin Bakı şəhəri, Səbail rayonu, 2-ci Kiçik Qala döngəsi 4 saylı evin X11 miras qalmış 2/24 hissədə, X6 miras qalmış 2/24 hissədə və X20 miras qalmış 2/24 hissədə olmaqla cəmi 6/24 hissəsinə dair mirası qəbul etməyinə dair faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X3 ilə X23 rəsmi nikaha daxil olmuşlar. Onların nikahından 17 noyabr 1917-ci il tarixdə Tutuxanım anadan olmuşdur. Tutuxanım ərizəçinin anasıdır. Ərizəçinin nənəsi X23 və onun bacıları X19 və X31 hər biri Bakı şəhəri, Səbail rayonu, 2-ci Kiçik Qala döngəsi 4 saylı evin 2/24 hissəsinin mülkiyyətçiləri olmuşlar. X23 və onu bacıları 1950-ci ildə ölmüşlər. Bununla da Bakı şəhəri, Səbail rayonu, 2-ci Kiçik Qala döngəsi 4 saylı evin 6/24 hissəsinə miras açılmışdır. Ərizəçi hazırda miras qoyan miras qoyan X13 nəvəsi, digər miras qoyanlar X19 və X21 bacısı nəvəsi olmaqla onlardan qalmış mirası faktiki olaraq anası Tutuxanım, onun ölümündən sonra isə ərizəçi faktiki olaraq qəbul etmişdir. Ərizəçi vərəsəlik haqqında şəhadətnamənin alınması üçün ərizədə göstərilən şəxslərin vəfat etməsi faktının müəyyən edilməsində maraqlıdır. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş ərizəçinin nümayəndəsi-vəkili ərizənin məzmununa uyğun izahat verərək, ərizəni tam müdafiə edib, ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxslər lazımi qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçinin nümayəndəsini və vəkilini dinləyib, təqdim olunmuş sübutları yoxlayıb, ərizənin dəlillərini nəzərə alaraq hesab edir ki, ərizə qismən təmin olunmalıdır. İş materiallarında olan: 13.06.2020-ci il tarixli arayışda qeyd edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, 2-ci Kiçik Qala döngəsi 4 saylı ev paylı mülkiyətdədir və 2/24 hissədə X7, 2/24 hissədə X12 və 2/24 hissədə X9 mülkiyyətindədir. 16 aprel 1985-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, Baba-zadə X5 Bakı şəhəri, Səbail rayonu, 2-ci Kiçik Qala döngəsi 4 saylı evi qızı Baba-zadə Məryəm Rza qızına vəsiyyət etmişdir. AZ-İ № 013103 Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Babazadə X4 02 sentyabr 2002-ci il tarixdə vəfat etmişdir. Vİİİ-ЖГ № 340761 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Babazadə X1 anası X17r. Səbail rayon Qeydiyyat Şöbəsinin 14.10.2014-cü il tarixli məktubunda qeyd edilmişdir ki, 24.05.1961-ci il tarixdə vəfat etmiş X7 və 01.09.1954-cü ildə vəfat etmiş X10 ölümü haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin 31.10.2014-cü il tarixli məktubunda qeyd edilmişdir ki, arxiv fondunda mühafizə edilən sənədlərdə X2 vəfatı haqqında heç bir məlumat yoxdur. 18 mart 2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilən X18 ifadəsində göstəmirmişdir ki, 1966-cı il tarixdə sözügedən evdə yaşayır. O, həmin evdə Tutuxanımın və ondan sonra isə Məryəmin yaşadığının şahidi olmuşdur. Belə ki, Tutuxanım anasının vəfatından sonra həmin evdə yaşamışdır. Məryəm isə tək uşaq olmuşdur və anası Tutuxanımın vəfatından sonra öz ailəsi ilə birlikdə həmin evdə yaşamışdır. Hazırda isə həmin evdə Məryəmin qızı Nigar yaşayır. Məhkəmə iş materiallarında olan sənədləri ərizəçinin ərizəsində qeyd etdikləri ilə yanaşı yoxlayaraq qeyd edir ki, ərizədə qeyd edilənlərdən yalnız X13 ərizəçinin nənəsi olması və X15 Bakı şəhəri, Səbail rayonu, 2-ci Kiçik Qala döngəsi 4 saylı evi X11 miras qalmış 2/24 hissədə mirası qəbul etməsi faktı öz təsdiqini tapır. Ərizədə qeyd olunan digər hallarla bağlı məhkəmə qeyd edir ki, ərizəçi məhkəməyə ərizəsində göstərdiyi halları, habelə X13, X8 və X21 1950-ci ildə Bakı şəhərində ölmələri, X8 və X21 nənəsinin bacıları olmaları, ərizəçinin Bakı şəhəri, Səbail rayonu, 2-ci Kiçik Qala döngəsi 4 saylı evin X6 miras qalmış 2/24 hissədə və X20 miras qalmış 2/24 hissədə mirası qəbul etməsi faktını təsdiq edə biləcək heç bir sübut təqdim edə bilməmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olunmuşdur ki, X23 ərizəçinin nənəsi olmuşdur. O, vəfat etdikdən sonra miras əmlakın ona məxsus hissəsinə dair miras açılmış və Tutuxanım tərəfindən qəbul edilmişdir. Tutuxanım vəfat etdikdən sonra isə miras əmlakın ona aid hissəsini onun qızı olan Babazadə Məryəm tərəfindən qəbul edilmişdir. Hazırda həmin əmlakın ona aid hissəsində ərizəçinin qızı Əhmədova Nigar öz ailəsi ilə brilikdə yaşayır. 01 mart 1965-ci il tarixədək qüvvədə olmuş Azərbaycan SSRİ Mülki Məcəlləsinin 499cu maddəsinə əsasən vərəsəlik açılan yerdə olan vərəsə vərəsəlik açıldığı gündən etibarən 3 ay ərzində vərəsəlikdən imtina etmək barəsində müvafiq notariat orqanına ərizə verməzsə, vərəsəliyi qəbul etmiş hesab olunur. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən vərəsə miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. X13 ərizəçi X15 nənəsi olması və X15 Bakı şəhəri, Səbail rayonu, 2-ci Kiçik Qala döngəsi 4 saylı evi X11 miras qalmış 2/24 hissədə mirası qəbul etmə faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar