Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-557/2022 28.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri Nümayəndə1 və X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı işə bərpa və əmək haqqı tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin 3257 saylı, 27 dekabr 2021-ci il tarixli əmrinin ləğv edilməsi, onun əvvəlki vəzifəsinə bərpa olunması və məcburi iş buraxmaya görə ona əmək haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, "xxxx" MMC-nin Sumqayıt Poçt filialının yeni strukturun yaradılması ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 23.09.2021-ci il tarixli 154/21 nömrəli əmrinə əsasən 3257 saylı, 27 dekabr 2021-ci il tarixli əmrlə işçilərin say və ştatlarının ixtisarı ilə əlaqədar AR-nın Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən onunla işəgötürən arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Aşağıdakı əsaslara görə həmin əmr qanunsuzdur, ləğv edilməlidir. O, 05 iyul 2005-ci ildən KŞ-130 nömrəli əmrlə "xxxx" DM-nin Sumqayıt Poçtamtın istismar şöbəsinə 6 dərəcə ilə əməliyyatçı vəzifəsinə işə qəbul edilmişdir. Struktur dəyişikliyi ilə əlaqədar 16 yanvar 2009-cu ildə 20 nömrəli əmrlə 3 saylı poçt şöbəsinə əməliyyatçı vəzifəsinə təyin edilmişdir. 01 sentyabr 2009-cu ildə 47 nömrəli əmrlə "xxxx" DM-nin Sumqayıt Poçtamtının adı dəyişdirilərək "xxxx" MMC-nin Sumqayıt Poçt Filialı adlandırılmışdır. 01 iyun 2012-ci ildən TK-117 nömrəli əmrlə filiala Mühasibat Uçotu və İqtisadi Təhlil şöbəsinə ixtisasına uyğun iqtisadçı vəzifəsinə təyin edilmişdir. İşlədiyi müddətdə işəgötürənlə bağlanan əmək müqaviləsinin tələblərinə, şərtlərinə uyğun vəzifə səlahiyyətlərini layiqincə nöqsansız, qüsursuz yerinə yetirmişdir. Təhsili alidir, 1992-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu bitirib iqtisadçı ixtisasına yiyələnmişdir. 21.08.1986-cı ildən əmək fəaliyyətinə başlamış, 36 illik ümumi iş təcrübəsinə malikdir. 17 ili rabitə sektorunda müxtəlif vəzifələrdə işləmişdir. Ümumi əmək fəaliyyəti dövründə barəsində heç bir intizam tənbehi görülməyib. Ona müştəri xidmətləri şöbəsində əməliyyatçı vəzifəsi təklif edilmişdir, lakin təklif edilən həmin vəzifə sosial məzuniyyət vəzifəsi olduğundan, o, həmin işdən imtina etmişdir. İxtisara düşməyilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciətlər etmişdir. Məlum olduğu kimi dünya ölkələri, habelə Ölkəmiz də bütün səylərini yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizəyə və profilaktika tədbirlərinə yönəldib. 2020-ci il mart ayından etibarən COVİD-19 xəstəliyi X1 tərəfindən pandemiya elan olunaraq virusun qarşısının alınması istiqamətində bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən 2020-ci il yanvar ayından zəruri qabaqlayıcı tədbirlər görülüb və hal-hazırda da görülməkdədir. Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində səhiyyə tədbirlərinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Fərmanına əsasən Koronavirus pandemiyasına qarşı mübarizə sahəsində elan edilmiş xüsusi karantin rejimi dövründə ölkə vətəndaşlarına dövlət tərəfindən maksimum dərəcədə dəstək göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamına əsasən, COVİD-19 pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkədə məşğulluq məsələlərinə mənfi təsirinin azaldılması məqsədi ilə sosial-iqtisadi dəstək paketləri qəbul olunmuşdur. Bundan əlavə işsizliklə bağlı problemlərin həlli Dövlətimiz üçün daim gündəlikdə olan məsələdir. AR Prezidenti çıxışlarında dəfələrlə işəgötürənlərə müraciət edərək mövcud pandemiya dövründə insanların işsiz qoymamağa, ixtisarların olunmamasına işəgötürənləri xəbərdar etdiyi bir zamanda işəgötürən onun əmək müqavilənə xitam vermişdir. Göründüyü kimi, işəgötürən onun əmək müqaviləsinə xitam verərkən AR ƏM-nin tələblərini, Pandemiya dövründə AR Prezidentinin pandemiya ilə bağlı göstəriş və tövsiyələrini, habelə ali təhsilini, iş stajını, nəzərə almamışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etməyərək, onun təmin edilməməsini xahiş etmiş və izahatında bildirmişdir ki, İddiaçı ilk dəfə 05.07.2005-ci "xxxx" DM-nin Sumqayıt Poçtamtın istismar şöbəsində əməliyyatçı vəzifəsinə təyin edilmişdir. Struktur dəyişikliyi ilə əlaqədar 16 yanvar 2009-cu ildə 3 saylı poçt şöbəsinə əməliyyatçı vəzifəsinə keçirilmişdir. Son olaraq 01.06.2012-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən "xxxx" MMC-nin Sumqayıt filialına iqtisadçı vəzifəsinə təyin olunmuşdur. Onu da qeyd edir ki, "xxxx" MMC tərəfindən Yusubova- Gülnarə Ələkbər qızına 22 oktyabr 2021-ci il tarixində yəni, ştatın ixtisarı ilə bağlı əmək müqaviləsinə xitam verilməmişdən ən azı 9 (doqquz) təqvim həftəsi əvvəldən xəbərdarlıq məktubu göndərilmişdir. Həmin xəbərdarlıqda işçiyə əmək müqaviləsinə xitam veriləcəyi tarix aydın şəkildə göstərilmiş və ona qanunvericiliyin tələblərinə uyğun olaraq hər təqvim həftəsinin bir günü iş axtarmaq məqsədilə əmək funksiyasının icrasından azad olunacağı bildirilmişdir. Bundan əlavə yenə də ona bildirilmişdir ki, əgər onun ixtisasına uyğun başqa iş yeri müəyyən edilərsə bu barədə ona bildirələcəkdir. Həmin xəbərdarlıqda yazılanlar təsdiqini taparaq 12 oktyabr 2021-ci il tarixdə İddiaçı Sumqayıt Poçt Filialının Müştəri xidmətləri şöbəsində əməliyyatçı vəzifəsi təklif olunmuşdur. Buna cavab olaraq iddiaçı 14 oktyabr 2021-ci ildə yazdığı ərizə ilə iş təklifindən imtina etmişdir. Təəssüf ki, iddiaçının peşəsinə və ixtisasına uyğun vakant yer olmadığına görə ona başqa yer təklif oluna bilinməmişdir. Hesab edir ki, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən müvafiq tədbirlər görmüşdür. Bildirir ki, ştatların ixtisarı ilə bağlı məsələ Həmkarlar İttifaqının iclasında müzakirə olunmuş və 18.10.2021-ci ildə HİK-nin 4 saylı protokolunda bəzi ştatların ixtisar olunması ilə bağlı müsbət rəy verilmişdir. Yuxarıda göstərilənlərə əsasən ixtisarla bağlı işəgötürənin hərəkətləri qanuvericiliyin tələblərinə tam uyğun olmuşdur və buna görə də, İddiaçı 27 dekabr 3257 saylı əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi tam əsaslı və qanunidir. Məhkəmə iclasına digər cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək, onun təmin edilməməsini xahiş etmiş və Nümayəndə1 izahatı ilə razı olduğunu bildrmişdir. Məhkəmə işə baxıb, tərəflərin izahatını dinləyib, irəli sürülən tələbin dəlilllərini müzakirə edib, təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Ə-154/21 nömrəli, 23.09.2021-ci il tarixli "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Sumqayıt Poçt Filialının strukturunun və ştat cədvəlinin təsdiq edilməsi barədə əmrindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətində səmərəliliyin və operativliyin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə”nın 5.5.5-ci yarımbəndi rəhbər tutularaq: 1. "Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin Sumqayıt Poçt Filialının strukturunun təsdiq edilməsi; 2. "Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin Sumqayıt Poçt Filialının ştat cədvəlinin təsdiq edilməsi; 3. Bu əmrin 1-ci ve 2-ci hissələrinin 6 dekabr 2021-ci il tarixindən qüvvəyə minməsi; 4. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin 08 noyabr 2019-cu il tarixli 152 nömrəli əmrinin 1-ci hissəsi ilə təsdiq edilmiş Sumqayıt Poçt Filialının strukturu 6 dekabr 2021-ci il tarixindən qüvvədən düşmüş hesab edilməsi əmr edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Milli Operatorun Əmək müqaviləsinin ləğv edilməsi haqqında 9257 nömrəli, 27 dekabr 2021-ci il tarixli əmrindən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndini, 77-ci maddəsinin 3-cü hissəsini və 135-ci maddəsinin 2-ci hissəsini rəhbər tutaraq, Sumqayıt Poçt Filialının Mühasibat uçotu və iqtisadi təhlil şöbəsinin iqtisadçısı İddiaçı ilə bağlanmış əmək müqaviləsi 27 dekabr 2021-ci il tarixdən etibarən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) ləğv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Rəgəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Milli Operatorun İddiaçı ünvanlanmış Ştatın ixtisarı haqqında 103-9/2/12936-21 nömrəli, 22.10.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, "xxxx" MMC-nin Sumqayıt Poçt Filialının yeni strukturun yaradılması ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 23.09.2021-ci il tarixli 154/21 nömrəli əmri ilə təsdiq olunmuş filialın 06.12.2021-ci il tarixli qüvvəyə minəcək yeni ştat cədvəlində onun tutduğu vəzifə üzrə ştat vahidi ixtisara düşmüşdür. Bu səbəbdən onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən 9 təqvim həftəsi bitdikdən sonra, yəni 27.12.2021-ci il tarixdə xitam veriləcəkdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin şərtlərinə uyğun olaraq xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla özünə yeni iş axtarmaq üçün, o bir iş günü əmək funksiyasının icrasından azad olunur. Xəbərdarlıq müddəti ərzində onun ixtisasına (peşəsinə) uyğun olan başqa iş yeri müəyyən edilərsə, ona bu barədə əlavə məlumat veriləcəkdir. Eyni zamanda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü bəndinə uyğun olaraq, onun razılığı olduğu halda orta aylıq əmək haqqının 2 (iki) misli miqdarında birdəfəlik müavinət almaqla, müvafiq əsasla onunla bağlanmış əmək müqaviləsinə müraciət etdiyi gündən xitam verilə bilər. İş materiallarında olan Azərbaycan Respublikası Rəgəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Milli Operatorun İddiaçı ünvanlanmış 22.10.2021-ci il tarixli, 103-9/2/12936-21 nömrəli cavab məktubundan görünür ki, "xxxx" MMC-nin digər poçt filiaalarında olduğu kimi, hazırda Sumqayıt Poçt Filialı üzrə də struktur islahatları həyata keçirilir və filialın yeni strukturunda onun vəzifə ştatı (iqtisadçı) nəzərda tutulmamışdır. Buna görə də, mövcud imkanlar çərçivəsində ona filialın Müştəri xidmətləri şöbəsində əməliyyatçı (sosial məzuniyyət yeri) vəzifəsi rəsmi qaydada təklif olunmuş, lakin o, təklif olunan işdən imtina etmişdir. Bununla belə, o hazırda xidməti fəaliyyətini davam etdirir. Sumqayıt PF-də ona təklif olunacaq müvafiq vakant yer olmadığına görə onun vəzifəsinin ixtisara düşməsi barədə edilmiş xəbərdarlıq müddəti başa çatdıqdan sonra qanunvericiliyin tələblərinə uyğun olaraq, onunla bağlanmış müqaviləyə xitam veriləcəkdir. İş materiallarında olan Azərbaycan Respublikası Rəgəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Milli Operatorun İddiaçı ünvanlanmış 14.12.2021-ci il tarixli, 113-5-9-2-3640 nömrəli cavab məktubundan görünür ki, "xxxx" MMCnin digər poçt filiaalarında olduğu kimi, hazırda Sumqayıt Poçt Filialı üzrə də struktur islahatları həyata keçirilir və filialın yeni strukturunda onun vəzifə ştatı (iqtisadçı) nəzərda tutulmamışdır. Buna görə də, mövcud imkanlar çərçivəsində ona filialın Müştəri xidmətləri şöbəsində əməliyyatçı (sosial məzuniyyət yeri) vəzifəsi rəsmi qaydada təklif olunmuş, lakin o, təklif olunan işdən imtina etmişdir. Sumqayıt PF-də ona təklif olunacaq müvafiq vakant yer olmadığına görə onun vəzifəsinin ixtisara düşməsi barədə edilmiş xəbərdarlıq müddəti başa çatdıqdan sonra qanunvericiliyin tələblərinə uyğun olaraq, onunla bağlanmış müqavilə ləğv ediləcəkdir. Bununla belə, o hazırda xidməti fəaliyyətini davam etdirir. Onun rabitə sahəsindəki iş təcrübəsi və təhsili nəzərə alınaraq gələcəkdə işlə təmin edilməyi üçün o, "xxxx" MMC-nin ehtiyat kadrlar siyahısına daxil edilmişdir və müvafiq vakansiya yaranacağı təqdirdə işlə təmin olunmaq məsələsinə baxıla bilər. Təqdim olunmuş Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Azərpoçt» MMC-nin Sumqayıt Poçt Filialının Həmkarlar İttifaqı Komitəsi iclasının 18.10.2021-ci il tarixli HİK-4 saylı protokolundan görünür ki, yeni struktur islahatları ilə əlaqədar olaraq, təqdim olunan siyahıda ştatın ixtisar olunması nəzərdə tutulan vakant ştatların ixtisar olunması nəzərdə tutulan vakant ştatların ixtisar olunmasının məqbul hesab edilməsi, ştatın ixtisar olunması nəzərdə tutulan işçilərin, o cümlədən İddiaçıın ixtisar olunmasının məqbul hesab edilməsi qərara alınmışdır. Təqdim olunmuş əmək müqaviləsindən görünür ki, İddiaçı ilk dəfə 05.07.2005-ci "xxxx" DM-nin Sumqayıt Poçtamtın istismar şöbəsində əməliyyatçı vəzifəsinə təyin edilmişdir. Struktur dəyişikliyi ilə əlaqədar 16 yanvar 2009-cu ildə 3 saylı poçt şöbəsinə əməliyyatçı vəzifəsinə keçirilmişdir. Son olaraq 01.06.2012-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən "xxxx" MMC-nin Sumqayıt filialına iqtisadçı vəzifəsinə təyin olunmuşdur. Beləliklə, iş materiallarından və tərəflərin izahatlarından görünür ki, İddiaçı ilk dəfə 05.07.2005-ci "xxxx" DM-nin Sumqayıt Poçtamtın istismar şöbəsində əməliyyatçı vəzifəsinə təyin edilmişdir. Struktur dəyişikliyi ilə əlaqədar 16 yanvar 2009-cu ildə 3 saylı poçt şöbəsinə əməliyyatçı vəzifəsinə keçirilmişdir. Son olaraq 01.06.2012-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən "xxxx" MMC-nin Sumqayıt filialına iqtisadçı vəzifəsinə təyin olunmuşdur. "xxxx" MMC tərəfindən İddiaçı 22 oktyabr 2021-ci il tarixində, ştatın ixtisarı ilə bağlı əmək müqaviləsinə xitam verilməmişdən ən azı 9 (doqquz) təqvim həftəsi əvvəldən xəbərdarlıq məktubu göndərilmişdir. Həmin xəbərdarlıqda işçiyə əmək müqaviləsinə xitam veriləcəyi tarix aydın şəkildə göstərilmiş və ona qanunvericiliyin tələblərinə uyğun olaraq hər təqvim həftəsinin bir günü iş axtarmaq məqsədilə əmək funksiyasının icrasından azad olunacağı bildirilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən olundu ki, 12 oktyabr 2021-ci il tarixdə İddiaçı Sumqayıt Poçt Filialının Müştəri xidmətləri şöbəsində əməliyyatçı vəzifəsi (sosial məzuniyyət yeri) təklif olunmuş, lakin iddiaçı 14 oktyabr 2021-ci ildə yazdığı ərizə ilə iş təklifindən imtina etmişdir. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq, mübahisənin hüquqi həlli ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir. Həmin Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsinə əsasə işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin «b» bəndi ilə işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Həmin Məcəllənin 77-ci maddəsinin 4-cü hissəsinə əsasən işəgötürən bu maddənin birinci hissəsi ilə və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddətləri əvəzinə işçiyə onun razılığı ilə azı iki aylıq əmək haqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Göründüyü kimi, qanunverici işçi ilə əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilərkən işçiyə iki ay əvvəldən rəsmi xəbərdarlıq edilməsi, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçinin azı bir iş günü əmək funksiyasının icrasından azad edilməsi, eləcə də xəbərdarlıq müddəti əvəzinə işçiyə onun razılığı ilə azı iki aylıq əmək haqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verilməsi qaydasını müəyyən etmişdir. Qanunverici xəbərdarlıq müddəti əvəzinə iki aylıq əmək haqqını bir dəfəyə ödəməklə əmək müqaviləsinə xitam verilməsi qaydasını yalnız işçinin razılığından aslı etmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci hissəsinə görə, müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Həmin maddənin 2-ci hissəində isə, ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda işəgötürən tərəfindən işdə saxlanmasına üstülük verilən şəxslərin siyahısı göstərilmişdir. Normadan da göründüyü kimi, qanunvericilikdə əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilərkən işçinin peşəkarlıq səviyyəsinin məhz işəgötürən tərəfindən müəyyən edilməsi qaydası müəyyən edilmişdir. Lakin sözügedən hüquq normasının tətbiq edilməsi üçün mərhələli şəkildə bir neçə şərtə əməl edilməlidir: əvvəla, müvafiq müəssisədə faktiki olaraq işçilərin sayının azaldılması və ya ştatların ixtisarı həyata keçirilməlidir, daha sonra həmin müəssisədə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi üçün eyni ixtisas (peşə) üzrə bir neçə işçi çalışmalıdır. Məhz göstərilən şərtlər mövcud olduqda işəgötürən tərəfindən işçilərin peşəkarlıq səviyyəsinin müəyyən edilməsi həyata keçirilir. Məhkəmə tərəfindən sübutların tədqiqi ilə müəyyən olundu ki, işçilərin yeni ştat cədvəlində iddiaçının işlədiyi ştat vahidi (iqtisadçı) yoxdur. Beləliklə, iş üzrə müəyyən olunmuş hallara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı ilə əmək müqaviləsinin xitam edilməsi zamanı qanunvericiliyin tələbləri pozulmamışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçınn tələbi təmin olunmadığı üçün məhkəmə hesab edir ki, göstərilmiş hüquqi xidmət, notariat və nəqliyyat xərcləri, habelə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı işə bərpa və əmək haqqı tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-557/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-557/2022
28.02.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver