Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-564/2023 14.03.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs nümayəndəsi X9 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Səbail rayon Qeydiyyat şöbəsi qeyd edilməklə “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Suriya Respublikasında doğulan uşaqlar, yəni xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X3 Suriyada doğulmaları faktının təsdiq edilməsi və doğum haqqında şəhadətnamələrin verilməsinin Maraqlı şəxs üzərinə qoyulmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi X15 ilə rəsmi nikahda olmuşlar. X1 2014cü ildə müharibədə həlak olmuşdur. Bu rəsmi nikahdan xx.xx.2008-ci il təvəllüdlü X16 və xx.xx.2009-cu il təvəllüdlü X26 doğulmuş və onların doğulması faktı rəsmi sənədlərlə təsdiq edilərək şəxsiyyətlərini təsdiq edən sənədlər verilmişdir. Lakin sonradan Suriyada doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X4 rəsmi sənəd almaq mümkün olmamışdır. Bu uşaq ərizəçi ilə X10 rəsmi nikahından dünyaya gəlmiş övladlarıdır və o da Suriyada doğulmuşdur. İddia ərizəsi ilə doğum faktının təsdiqlənməsi xahiş olunan ikinci uşaq xx.xx.2019-cu il təvəllüdlü X6r. Bu uşaq ərizəçinin qeyri-rəsmi yaşadığı X5 olan (qeyrirəsmi nikahından) Suriyada dünyaya gəlmişdir. Hər iki uşaq hazırda Azərbaycandadır və onların Azərbaycan Respublikasındakı təmsilçiləri hazırki iş üzrə iddiaçı Ərizəçidır. Göstərilən hər iki uşağın doğum faktının təsdiq edilməsi üçün Maraqlı şəxsnə müraciət edilmiş, lakin xx.xx.2023-cü il tarixli 05/p-44/15 saylı cavab məktubu ilə hər iki uşağın Suriyada doğulması faktının Qeydiyyat İdarəsi tərəfindən həyata keçirilməsinin qeyrimümkünlüyü bildirilmiş və məhkəməyə müraciət etmə hüququnun olması izah edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənləri müdafiə edərək, Suriyada doğulmuş hər iki övladının doğum faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs nümayəndəsi X17 izahatında bildirmişdir ki, ərizəçi bu ilin fevralın əvvəllərində Maraqlı şəxsnə müraciət edərək Suriyada doğulan uşaqlarının doğum haqqında şəhadətnamələrinin alınması ilə bağlı müraciət etdiyini, lakin forma 103, yəni doğum haqqında tibbi şəhadətnaməni tapa bilmədikləri üçün imtina cavabı verildiyini və bununla bağlı məhkəməyə müraciət etməyi məsləhət görmüşdür. Məhkəmə Ərizəçi və Maraqlı şəxs nümayəndəsi X12 dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Maraqlı şəxs xx.xx.2023-cü il taixli 05/p-44/15 nömrəli cavab məktubundan görünür ki, Suriya Respublikasında doğulan xx.xx.2015-ci il təvəllüdlü X18, xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X3 tibbi şəhadətnamə olmadığından hazırda doğumunun qeydiyyat şöbəsi tərəfindən dövlət qeydiyyatına alınması mümkün olmamışdır. İş materiallarında olan AZ-İ seriya 297546 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X15 ilə X7 arasında nikah xx.xx.2004-cü il tarixdə bağlanmış və 283 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra ərə Manafov, arvada Manafova soyadı verilmişdir. İş materiallarında olan AZE seriya AA0243652 nömrəli Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsindən görünür ki, Piryerdiyeva Hanna xx.xx.2019-cu il tarixdə Suriyada doğulmuşdur. İş materiallarında olan AZE seriya AA0243651 nömrəli Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsindən görünür ki, Manafov Abdurrahman xx.xx.2015-ci il tarixdə Suriyada doğulmuşdur. İş materiallarında olan AZE seriya AA0243650 nömrəli Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsindən görünür ki, Manafov Ömər xx.xx.2015-ci il tarixdə Suriyada doğulmuşdur. İş materiallarında olan Xİİ-ЖГ seriya 259818 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.1986-cı il tarixdə Ağdamda anadan olmuş, ata qrafasında X13, ana qrafasında X11 qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.4-cü maddəsinə əsasən fiziki şəxs hüquq qabiliyyətindən məhrum edilə bilməz. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən fiziki şəxs heç bir halda hüquq qabiliyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Məhkəməsi qeyd edir ki, ərizəçinin övladları tibb müəssisəsindən kənarda doğulmuş, doğuşun həkim nəzarətində olmaması səbəbindən hal-hazırkı vaxtadək doğum haqqında şəhadətnamə ala bilməmişdir. Məhkəmə qeyd edir ki, xarici ölkədə Azərbaycan Respublikasının vətəndaşı doğulduqda Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlik və konsulluqları doğumun dövlət qeydiyyatını uşağın doğulduğu yerdə və ya valideynlərinin, yaxud onlardan birinin yaşadığı yerdə aparır. Lakin, ərizəçinin övladlarının doğulduğu dövrlərdə Azərbaycan Respublikasının Suriyadakı diplomatik nümayəndəliyi fəaliyyət göstərmirdi. Məhkəmə qeyd edir ki, Piryerdiyeva Henna xx.xx.2019-cu il tarixdə, Manafov Abdurrahman xx.xx.2015-ci il tarixdə Suriyada doğulduğu iş materiallarında olan Azərbaycan Respublikasına qayıdış şəhadətnamələrində öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.1-ci maddəsinə əsasən öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Həmin Məcəllənin 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Məhkəmə qeyd edir ki, xx.xx.2015-ci il təvəllüdlü X8 ərizəçi ilə X10 birgə nikah dövründə dünyaya gəlmişdir. Məhkəmə həmçinin qeyd edir ki, ərizəçinin xx.xx.2019-cu il təvəllüdlü Henna adlı övladının atasının qeyri-rəsmi yaşadığı Elman olduğu iş materialları ilə öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, ərizə qismən təmin edilərək ərizəçinin xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü Henna adlı övladlarının Suriyada doğulması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci və 307.2.3-ci maddələrinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktların, doğumun, övladlığa gotürmənin, nikahın, boşanmanın, ölümün qeydə alınma faktının müəyyən edilməsi barədə işlərə baxır. Adı çəkilən Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinin tələblərinə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçinin xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü Henna adlı övladlarının Suriyada doğulması faktı müəyyən edilsin. Qətnamə xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü Hennanın adına doğum haqqında şəhadətnamə verilməsi üçün əsasdır. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələri) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-564/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-564/2023
14.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver