Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-571/2022 04.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlu sədrliyi Ağayeva Narqələm Bayram qızının katibliyi ilə İddiaçı cavabdehlər Bakı şəhəri 28 saylı Notariat Kontoru, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı mirasın qəbul edilməsi üçün müddətin bərpası, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və mənzilə vərəsəlik hüququnun tanınması tələbinə dair mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq … MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri 28 saylı Notariat Kontoru, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı mirasın qəbul edilməsi üçün müddətin bərpası, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və mənzilə vərəsəlik hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddia ərizəsi 02.02.2022-ci il tarixdə icraata götürülmüşdür. İddiaçı Cavabdeh2 cavabdeh Bakı şəhəri 28 saylı Notariat Kontoruna qarşı mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddia ərizəsi 28.01.2022-ci il tarixli qərardadı ilə icraata götürülmüşdür. AR MPM-nin 169.3-cü madəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə qeyd edir ki, həm iddiaçı Cavabdeh2 cavabdeh Bakı şəhəri 28 saylı Notariat Kontoruna qarşı, həm İddiaçı cavabdehlər Bakı şəhəri 28 saylı Notariat Kontoru, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı irəli sürdüyü iddia tələbləri üzrə mülki işdə tərəflər eyni olduğundan və həmin iddialara bir icraata baxılması məqsədəmüvafiq olduğundan, həmin mülki işlər baxılması üçün bir icraatda birləşdirilməlidir. AR MPM-nin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərməlidir. Məhkəmə həmçinin hesab edir ki, mülki işlərin bir icraata birləşməsi barədə qərardaddan şikayət verilə bilməz. Belə ki, mülki-prosessual məcəllənin XLİİ fəsli birinci instansiya məhkəməsinin qərardadlarından şikayət verilməsi məsələsini tənzimləyir. Həmin fəsildə yer alan 395-ci maddədə birinci instansiya məhkəməsinin ayrıca akt şəklində qəbul olunmuş qərardadlarından hansı halda şikayət verilməsi göstərilmişdir. Maddədə həmin qərardadlardan şikayət verilməsinin iki məqsədli əsası müəyyən edilmişdir- bu Məcəllədə göstərilən hallarda və məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda (395.1.1-395.1.2). Normanın tələbinə görə birinci instansiya məhkəməsinin digər qərardadlarından şhikayət verilmir, işdə iştirak edən şəxslər bu qərardaddan narazı zqaldıqda qərardada olan etirazlarını apellyasyai şikayətlərinə daxil edə bilərlər(395.2). AR MPM-nin 169.3-cü maddəsinə əsasən məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işlərin birləşdirilməsi barədə qərardaddan şikayət verilməsi göstərilməmişdir. Eyni zamanda həmin normaya əsasən qəbul olunmuş qərardadın mülki işin sonrakı hərəkətinə mane olmadığı da mübahisəsizdir. Bütün bu hallar onu təsdiq edir ki, AR MPM-nin 169.3-cü maddəsinə əsasən eyni tərəflərin iştirak etdiyi işlərin birləşdirilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadlardan şikayət verilə bilməz. Şərh olunanlara əsasən və AR MPM-nin 39, 43 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə… QƏRARA ALDİ: İddiaçı cavabdehlər Bakı şəhəri 28 saylı Notariat Kontoru, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı mirasın qəbul edilməsi üçün müddətin bərpası, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və mənzilə vərəsəlik hüququnun tanınması tələbinə dair mülki iş məhkəmənin icraatında olan iddiaçı Cavabdeh2 cavabdeh Bakı şəhəri 28 saylı Notariat Kontoruna qarşı mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılması tələbinə dair 2(009)-523/2022 saylı mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-571/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-571/2022
04.03.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver