Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-579/2024 04.11.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı Şərı̇ fov Sakı̇ t Tofı̇ q oğlunun iştirakı ilə, İddiaçı Şərı̇ fov Sakı̇ t Tofı̇ q oğlunun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X3 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Şərı̇ fov Sakı̇ t Tofı̇ q oğlu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X3 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən barəsində verilmiş xx.xx.2023-cü il tarixli 73/A nömrəli əmrin ləğv edilməsi, işə bərpa olmağı və məcburi işburaxma müddətində əmək haqqı hər ay 1000 manat olmaqla hesablanaraq ödənilməsi, 70 manat hüquqi yardım üçün ödənilmiş vəsaitin və 60 manat mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: o, cavabdehlə xx.xx.2022-ci ildən faktiki əmək münasibətlərinə daxil olsa da, rəsmi olaraq əmək müqaviləsi xx.xx.2023-cü il tarixində bağlanmış, baş gözətçi vəzifəsində işə “başlamış” (ya da davam etmiş) və ona xx.xx.2023-cü il tarixində AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərin birinin təşəbbüsü) əsasən xitam verilmişdir. İddia ərizəsinin birinci abzasında qeyd edilən xüsusiyyətlər sənəd üzərində qeyd ediləndir. Belə ki, cavabdeh onu xx.xx.2023-cü ildə xəbəri olmadan saxtakarlıq edilərək adından ərizə yazaraq və bu saxta ərizəyə əsaslanaraq əmək müqaviləsinə xitam vermişdir. Faktiki olaraq 1000 manat əmək haqqı almış olsa da, elektron sistemdə əmək haqqı 669.71 manat qeyd edilmişdir. Yaranmış vəziyyətlə bağlı AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsinə xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixlərdə dəfələrlə müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə cavabdeh barəsində MN ******* saylı protokol tərtib edilmiş, xx.xx.2023-cü il tarixdə inzibati cərimənin şərti olaraq tətbiq edilməsi barədə MN ******* nömrəli qərar qəbul edilmiş, eyni zamanda "xxxx" MMC-nin direktoru A.İbrahimova 30 gün ərzində əmək müqaviləsinin xitam verilməsi ilə bağlı əmrin etibarsız sayılması, 10 gün ərzində son haqq hesabın hesablanaraq ödənilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli məktub göndərilmişdir. Nəticə etibarı ilə “xx.xx.2023-cü il tarixli 73/A nömrəli əmr ləğv edilmədi, işə bərpa, məcburi işburaxma müddətində əmək haqqı hesablanması” ilə bağlı müraciəti öz müsbət həlli tapmadı. İşdən çıxarılma barəsində guya tərəfindən yazılmış həmin ərizə xx.xx.2023-cü il tarixdə yazılmış, hər hansı 69.3-cü maddədə qeyd edilən hallar göstərilmədən elə həmin gün də müqaviləsinə xitam verilmişdir. Xüsusi olaraq qeyd edir ki, AR Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş “əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və AR Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydaları”ın 3.4 bəndinə əsasən, əmək müqaviləsi bildirişin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökümət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autenfikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökümət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyat keçirilməsi” xidməti vasitəsi , ilə işəgötürənin özü və ya bu səlahiyyəti olan şəxslər tərəfindən həyata keçirilməlidir, lakin tərəfindən bütün həmin daxili qaydada və ya qanunla müəyyən edilmiş formada cavabdehə müraciətin heç bir müsbət nəticəsi olmamışdır. İddiaçı Şərı̇ fov Sakı̇ t Tofı̇ q oğlu iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı xx.xx.2023-cü il tarixli saxta ərizə əsasında verilmiş olan xx.xx.2023-cü il tarixli 77-1 A nömrəli əmrin ləğv edilməsi, işə bərpa olmağı və məcburi işburaxma müddətində əmək haqqı hər ay 1000 manat olmaqla hesablanaraq ödənilməsi, 90 manat hüquqi yardım üçün ödənilmiş vəsaitin və 60 manat mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Şərı̇ fov Sakı̇ t Tofı̇ q oğlu iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı xx.xx.2023-cü il tarixli saxta ərizə əsasında verilmiş olan xx.xx.2023-cü il tarixli 77/1 A nömrəli əmrin ləğv edilməsi, işə bərpa olmağı və məcburi işburaxma müddətində əmək haqqı hər ay 1000 manat olmaqla hesablanaraq ödənilməsi, 90 manat hüquqi yardım üçün ödənilmiş vəsaitin və 120 manat mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Şərı̇ fov Sakı̇ t Tofı̇ q oğlu iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı xx.xx.2022-ci il tarixdən etibarən onunla MMC arasında əmək müqaviləsi bağlamadan işə cəlb edilməyi, xx.xx.2023-cü il tarixli saxta ərizə əsasında verilmiş olan xx.xx.2023-cü il tarixli 77/1 A nömrəli əmrin ləğv edilməsi, işə bərpa olmağı və xx.xx.2023-cü il tarixdən etibarən məcburi işburaxma müddətində əmək haqqı hər ay 1000 manat olmaqla hesablanaraq ödənilməsi, 90 manat hüquqi yardım üçün ödənilmiş vəsaitin və 120 manat mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Şərı̇ fov Sakı̇ t Tofı̇ q oğlu iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı onunla xx.xx.2022-ci il tarixdən etibarən əmək müqaviləsi bağlanmadan işə cəlb edilməyi, xx.xx.2023-cü il tarixli saxta ərizə əsasında verilmiş olan xx.xx.2023-cü il tarixli 77/1 A nömrəli əmrin ləğv edilməsi, işə bərpa olmağı və məcburi işburaxma müddətində əmək haqqı hər ay 1000 manat olmaqla xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək dövrlərdə məcburi işbraxmaya əsasən 6 ayın əmək haqqı 6000 manat ödənilməsi, 90 manat hüquqi yardım üçün ödənilmiş vəsaitin və 120 manat mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Şərı̇ fov Sakı̇ t Tofı̇ q oğlu iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı xx.xx.2022-ci il tarixdən etibarən onunla əmək müqaviləsi bağlanılmadan işə cəlb edilməyi, xx.xx.2023-cü il tarixli saxta ərizə əsasında verilmiş olan xx.xx.2023-cü il tarixli 77/1 A nömrəli əmrin ləğv edilməsi, işə bərpa olmağı və xx.xx.2023-cü il tarixdən etibarən məcburi işburaxma müddətində əmək haqqı hər ay 1000 manat olmaqla hesablanaraq ödənilməsi, 90 manat hüquqi yardım üçün ödənilmiş vəsaitin və 120 manat mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Şərı̇ fov Sakı̇ t Tofı̇ q oğlu iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə onun arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli 77-1/A nömrəli əmrin ləğv edilməsi, işə bərpa olmağı və xx.xx.2023-cü il tarixdən etibarən işə bərpa olunan günədək məcburi işburaxma müddətində aylıq əmək haqqının hesablanaraq ödənilməsi, 120 manat hüquqi yardım üçün ödənilmiş vəsaitin və 120 manat mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı xx.xx.2023-cü il tarixli 77/1A nömrəli əmri mübahisələndirmiş və fərdi əmək mübahisəsi üzrə iddia müddətini buraxmışdır. İddiaçı fərdi əmək mübahisəsi üzrə hüquqlarının pozulması günündən etibarən ay müddətində, yəni xx.xx.2023-cü ilədək məhkəməyə müraciət etmək hüququna malik idi. İşdə olan sənədlərə əsasən müəyyən etmək mümkündür ki, iddiaçı xx.xx.2024-cü il tarixədək fərdi əmək mübahisəsini həll etmək üçün hər hansı bir addım atmamışdır. İddiaçı Şərı̇ fov Sakı̇ t Tofı̇ q oğlunun iddiasının əsassız hesab edilməsi və iddia müddəti buraxıldığı üçün iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı Şərı̇ fov Sakı̇ t Tofı̇ q oğlu iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X3 Xidmətinin nümayəndələri məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-ə əsasən mülki işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutlar: İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - İşəgötürən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı baş gözətçi peşəsinə qəbul edilmiş, əmək müqaviləsi tərəflərin qarşılıqlı razılığı ilə müddətsiz bağlanılmışdır. - İddiaçı xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. - "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 73/A saylı əmrindən görünür ki, “Təhlükəsizlik şöbəsi” bölməsində “baş gözətçi” vəzifəsində işləyən İddiaçı Tofiq oğlu ilə bağlanılmış xxxxxxx000500 nömrəli əmək müqaviləsinə AR ƏM-in 68.2. “a” - tərəflərdən birinin təşəbbüsü maddəsinə əsasən xx.xx.2023 tarixdən xitam verilmişdir. - Şərı̇ fov Sakı̇ t Tofı̇ q oğluna məxsus əmək kitabçasının surətindən görünür ki, Şərı̇ fov Sakı̇ t Tofı̇ q oğlu xx.xx.2023-cü il tarixdə "xxxx" MMC cəmiyyətin təhlükəsizlik şöbəsinə baş gözətçi vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 (a) bəndinə əsasən (öz xahişi ilə) xitam verilmişdir. - "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 77-1/A saylı əmrindən görünür ki, “Təhlükəsizlik şöbəsi” bölməsində “baş gözətçi” vəzifəsində işləyən İddiaçı Tofiq oğlu ilə bağlanılmış xxxxxxx000500 nömrəli əmək müqaviləsinə “AR ƏM-in 69.“1” - işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər” maddəsinə əsasən xx.xx.2023 tarixdən xitam verilmişdir. - "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 001/İ saylı əmrindən görünür ki, cəmiyyətin baş gözətçisi İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı verilmiş 73/A nömrəli xx.xx.2023-cü il tarixli əmr etibarsız hesab edilmişdir. - X1 Sistemindən iş yerinə dair arayışdan görünür ki, "xxxx" MMC-nin “Təhlükəsizlik şöbəsi” bölməsində “baş gözətçi” vəzifəsində işləyən İddiaçı Tofiq oğlunun aylıq əmək haqqı 669.71 manatdır. - Bank hesabına ödənilən əmək haqqı cədvəlindən görünür ki, İddiaçı 16 dekabr 2023-cü il tarixədək əmək haqqı ödənilmişdir. - İlkin mediasiya sessiyası üçün ərizədən görünür ki, İddiaçı 08 yanvar 2024-cü il tarixdə xx.xx.2023-cü il tarixli 73/A nömrəli əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddətində əmək haqqının hesablanaraq ödənilməsi ilə bağlı mediasiya şurasına müraciət etmişdir. - Əmək müqaviləsinə xx.xx.2023-cü il tarixindən xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, bildiriş elektron sistemə xx.xx.2024-cü il tarixində daxil edilmişdir. - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 30 yanvar 2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı 08 yanvar 2024-cü il tarixdə xx.xx.2023-cü il tarixli 73/A nömrəli əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddətində əmək haqqının hesablanaraq ödənilməsi ilə bağlı mediasiya şurasına müraciət etmişdir. - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 05 mart 2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı 13 fevral 2024-cü il tarixdə xx.xx.2023-cü il tarixli ərizənin və ərizəyə əsasən xx.xx.2023-cü il tarixli 77-1A nömrəli əmrin etibarsız hesab edilərək, işə bərpa, məcburi işburaxma müddətində əmək haqqının hesablanaraq ödənilməsi ilə bağlı mediasiya şurasına müraciət etmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 03 oktyabr 2024-cü il tarixli, 4/1400 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 16 noyabr 2023-cü il tarixli, "xxxx" MMC-nin direktoruna ünvanlanmış “ərizə”nin yuxarı hissəsində “gözətçi, İddiaçı Tofik oğlu” yazıları, ərizənin aşağı hissəsində “İddiaçı T. 16 noyabr” yazıları və “İddiaçı T.” yazılarının qarşısındakı imza - İddiaçı Tofik oğlu tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən İddiaçı 02 may 2023-cü il tarixdən müddətsiz baş gözətçi peşəsinə işə qəbul edilmiş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 (a) bəndinə əsasən (öz xahişi ilə) xitam verilmişdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 77-1/A saylı əmri ilə “Təhlükəsizlik şöbəsi” bölməsində “baş gözətçi” vəzifəsində işləyən İddiaçı Tofiq oğlu ilə bağlanılmış xxxxxxx000500 nömrəli əmək müqaviləsinə “AR ƏM-in 69.“1” - işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər” maddəsinə əsasən xx.xx.2023 tarixdən xitam verilmişdir və bu barədə əmək bildirişi xx.xx.2024-cü il tarixində daxil edilmişdir. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 001/İ saylı əmri ilə cəmiyyətin baş gözətçisi İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı verilmiş 73/A nömrəli xx.xx.2023-cü il tarixli əmr etibarsız hesab edilmişdir. İddiaçı hazırda işdən əsassız və qanunsuz olaraq azad edilməsini iddia etməklə əmək müqaviləsinə xitam verilməsinə dair əmri mübahisələndirir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: - Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ, İV, Vİ hissələri). Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 2-ci maddəsinə əsasən, Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. - 11-ci maddəsinin «a» və «b» bəndlərinə əsasən, müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, eyni zamanda, müəyyən edilmiş qaydada əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarına aid edilir. - 12-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən bu Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin əsas vəzifələrindən biridir. - 68 -ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. - 68 -ci maddəsinin 2-ci hissəsinə görə əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. - 69-cu maddəsinin 1-ci hissəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilərhttps://e-qanun.az/framework/46943. - 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. - 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. - Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat miqdarında dövlət rüsumu ödənilir. Əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyərək, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia qismən təmin olunmalıdır. İddia tələbinin dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, İddiaçı "xxxx" MMC-də 02 may 2023-cü il tarixdə baş gözətçi vəzifəsinə işə qəbul edilmişdir. İlk öncə o, işəgötürənin xx.xx.2023-cü il tarixli əmri ilə, həmin əmr işəgötürənin özü tərənindən etibarsız hesab edilməklə 16 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsinə əsasən, (yəni işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər) işdən azad edilmişdir. İşin materiallarından görünür ki, mübahisələndirilən əmrin verilməsinə əsas iddiaçının 16 noyabr 2023-cü il tarixli ərizəsi olmuşdur. Lakin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 03 oktyabr 2024-cü il tarixli, 4/1400 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 16 noyabr 2023-cü il tarixli, "xxxx" MMC-nin direktoruna ünvanlanmış “ərizə”nin yuxarı hissəsində “gözətçi, İddiaçı Tofik oğlu” yazıları, ərizənin aşağı hissəsində “İddiaçı T. 16 noyabr” yazıları və “İddiaçı T.” yazılarının qarşısındakı imza - İddiaçı Tofik oğlu tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir. Məhkəmə hesab edir ki, belə olan halda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 16 dekabr 2023-cü il tarixli, 77-1/A nömrəli əmri qanunsuz və əsassız olmuşdur. Belə ki, məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsi tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Məhkəmə hesab edir ki, 16 noyabr 2023-cü il tarixli tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə ərizə iddiaçı tərəfindən yazılmadığından cavabdeh tərəfin həmin ərizəyə istinad etməklə iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsində nəzərdə tutulan əsasla (işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilərhttps://e-qanun.az/framework/46943) xitam verilməsinə dair əmri qanuni və əsaslı sayıla bilməz. Məhkəmə, iddia tələbinin xx.xx.2023-cü il tarixdən etibarən işə bərpa olunan günədək məcburi işburaxma müddətində aylıq əmək haqqının hesablanaraq ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iş materiallarında olan işə götürən tərəfindən təqdim edilmiş banka ödənilən əmək haqqı cədvəlindən göründüyü kimi İddiaçı 16 dekabr 2023-cü il tarixədək əmək haqqı ödənilmişdir. Məhkəmə cavabdeh tərəfin iddiaçının məhkəməyə müraciət üçün iddia müddətinin buraxılmasına dair ərizəsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən,fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296.3-cü maddəsinə əsasən isə, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. “Mediasiya haqqında” Qanunun 35-ci maddəsinin 1-ci bəndinə əsasən, mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Hazırki iş üzrə müəyyən edilmişdir ki, İddiaçı ilə bağlanılmış xxxxxxx000500 nömrəli əmək müqaviləsinə “AR ƏM-in 69.“1” - işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər” maddəsinə əsasən yekun olaraq xx.xx.2023 tarixindən xitam verilmiş və bu barədə əmək bildirişi elektron sistemə 12 fevral 2024-cü il tarixində yerləşdirilmişdir. İddiaçı pozulmuş hüquqlarının bərpası üçün məhkəmə müdafiəsi hüqundan istifadə edilməsi məqsədilə daha əvvəl yaranmış əmək mübahisələrini də nəzərə alaraq mediasiya şurasına xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərində müraciət etmiş, ona ilk arayış verildikdən sonra iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia müddətinin buraxılması halına yol verilmədiyindən hazırki mübahisəyə iddia müddəti tətbiq edilə bilməz. Məhkəmə, iddiaçının barəsində olan əmrin qanunsuzluğuna dair irəli sürdüyü faktiki halların onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmasını qeyd edərək, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 16 dekabr 2023-cü il tarixli, 77-1/A nömrəli əmri ləğv edilməli, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin “Təhlükəsizlik şöbəsi” bölməsində “baş gözətçi” vəzifəsinə bərpa olunmalı, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 16 dekabr 2023-cü il tarixindən işə bərpa olunan günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. Məhkəmə, iddianın qismən təmin olunduğunu, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyini nəzərə alaraq və sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, cavabdehdən 80 (səksən) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməli, eyni zamanda ödənilmiş 120 (bir yüz iyirmi) manat hüquqi yardım xərci və 120 (bir yüz iyirmi) manat mediasiya xərci cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməli, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 124 (bir yüz iyirmi dörd) manat cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 16 dekabr 2023-cü il tarixli, 77-1/A nömrəli əmri ləğv edilsin. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin “Təhlükəsizlik şöbəsi” bölməsində “baş gözətçi” vəzifəsinə bərpa olunsun. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 16 dekabr 2023-cü il tarixindən işə bərpa olunan günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 120 (bir yüz iyirmi) manat hüquqi yardım xərci və 120 (bir yüz iyirmi) manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 80 (səksən) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 124 (bir yüz iyirmi dörd) manat cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X2, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-579/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-579/2024
04.11.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver