Məhkəmə qərarları › İş №2(009)-581/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-581/2022

05.04.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-581/2022 05.04.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Ağayeva Narqələm Bayram qızının katibliyi İddiaçı M.L.Malynovskyinin, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Cavabdeh2, 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi R.R.Əlibəylinin, Tərcüməçi G.G.Abbasovanın iştirakları ilə İddiaçı X1 Cavabdeh1 X12 Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı X4 Cavabdeh1 X12 Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Ukrayna Respublikasının vətəndaşıdır, 2017-ci ilin sentyabr ayında Cavabdeh1 Fərdi MMC-nin rəhbərliyinin (Baş ofisi) təklifi ilə Cəmiyyətin Azərbaycan Respublikasındakı Nümayəndəliyində işləmək üçün Bakıya gəlmişdir. Onunla Nümayəndəliyin rəhbərliyi arasında 11.09.2017-ci il tarixli müddətsiz əmək müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən o, “texniki direktor” vəzifəsinə qəbul edilmişdir. 11.09.2017-ci il tarixli əmək müqaviləsinə 08.05.2021-ci il tarixli “1 saylı əlavə”yə əsasən o, “Direktor” vəzifəsinə təyin edilmişdir. İşlədiyi müddətdə əmək müqaviləsi üzrə üzərinə düşən vəzifələrin icrasını təmin etmişdir, əmək funksiyalarının pozulması hallarına yol verməmişdir. Nümayəndəliyin və Baş Ofisin (Cəmiyyətin) funksiyalarının pozulması hallarına yol verməmişdir. Nümayəndəliyin və Baş Ofisin (Cəmiyyətin) rəhbərliyi tərəfindən işçi kimi onun fəaliyyətinə dair hər hansı irad, xəbərdarlıq bildirilməmişdir. Məhz üzərinə düşən əmək funksiyalarını vicdanla yerinə yetirdiyinə görə onunla müddətsiz olan əmək müqaviləsinə 08.05.2021-ci il tarixdə əlavə (dəyişiklik) edilərək Nümayəndəliyin direktoru vəzifəsinə təyin olunmuşdur. 15.11.2021-ci il tarixdə Cavabdeh1 X12 Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə Bakıda hüquqi xidmətlər göstərən "xxxx" şirkətinin ofisinə (işgüzar görüş adı ilə) dəvət edilərək ona “X19”ın imzası ilə “əmək müqaviləsinə xitam verilməsi barədə xəbərdarlıq” təqdim edilmiş və tutduğu vəzifədən azad edildiyi elan olunmuşdur. Həmin gün Nümayəndəliyin ofisində işçi kimi istifadəsində olan avadanlıqlar təhvil alınmış, əmək kitabçasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70(ç)-ci maddəsi ilə işdən azad olunduğu qeyd edilərək ona verilmişdir. Ona işdən azad olunmasına dair əsaslandırılmış əmr verilməmişdir. Göstərilən qaydada işdən azad olunmasını qanunsuz hesab edərək nümayəndəliyin yeni rəhbəri təyin olunmuş (ona 15.11.2021-ci ildə bu təyinat məlum olmuşdur) Ali Yıldıza və baş ofisin əməkdaşlarına elektron qaydada müraciət edərək aralarında yaranmış mübahisənin qarşılıqlı müzakirəsini və öz aralarında qanunauyğun həllini təklif etmişdir, lakin ona hər hansı qanuni, əsaslı və ağılabatan izah təklifinə cavab verilməmişdir. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq pozulmuş əmək hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesinin tətbiqi barədə işəgötürənə müraciət etmişdir. Müraciətini elektron qaydada (işəgötürənə və baş ofisin aidiyyəti əməkdaşlarına) və yazılı poçt vasitəsilə göndərildikdən sonra, təklif etdiyi mediatorun (X10) vasitəçiliyilə mübahisənin həllinə dair danışıqlar aparmaq barədə işəgötürən razılığını bildirmişdir. Qarşılıqlı razılıq ilə mediator F.Mehdiyevin vasitəsilə könüllü mediasiya prosesində mübahisənin həllinə dair tərəfindən təkliflər verilmişdir, qarşı tərəf təkliflərin müzakirəsi üçün vaxt istəmiş, lakin növbəti təyin olunan mediasiya prosesinə gəlmədiyinə görə mediator tərəfindən mediasiya prosesinin xitamına dair protokol verilmişdir. Onunla bağlanmış müddətsiz əmək müqaviləsi çərçivəsində üzərinə düşən vəzifələr və öhdəlikləri yerinə yetirmişdir. 11.09.2017-ci ildən daşıdığı texniki direktor vəzifəsində nümunəvi fəaliyyət göstərmişdir, məhz bu fəaliyyəti nəzərə alınaraq, 08.05.2021-ci il tarixdə əmək müqaviləsinin ayrılmaz tərkib hissəsi kimi bağlanmış Əlavə əsasında Nümayəndəliyin direktoru vəzifəsinə təyin olunmuşdur. 15.11.2021-ci il tarixdə hər hansı qanuni əsas olmadan onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi və tutduğu vəzifədən azad edilməsini əmək hüquqlarının kobud pozulması kimi qiymətləndirir. Hesab edir ki, işəgötürən tərəfindən pozulmuş əmək hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməsinə tam qanuni əsasları vardır. Müddətsiz (11.09.2017-ci ildən) bağlanmış əmək müqaviləsi çərçivəsində işçi kimi üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdiyinə və Məcəllənin 72-ci maddəsində nəzərdə tutulan hallara yol vermədiyinə görə, barəsində Məcəllənin 70(ç)-ci maddəsi tətbiq edilərək əmək müqaviləsinə xitam verilməsi və tutduğu vəzifədən azad olunmasına malik olduğu əmək hüquqlarının işəgötürən tərəfindən kobud surətdə pozulmasıdır. Əmək mübahisəsinin həllinə dair mediasiya prosesinə xitam verilməsinə dair Protokol 25.01.2022-ci il tarixdə tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh1 X12 Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (Qanuni təmsilçi Ali Yıldız) tərəfindən verilmiş 15.11.2021-ci il tarixli əmrin ləğv edilməsi, cavabdeh təşkilatda direktor vəzifəsinə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçı X4 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili izahatında həmçinin göstərmişdir ki, təmsil etdiyi X2 tərəfindən Cavabdeh1 X12 Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı Səbail rayon məhkəməsində iddia qaldırılaraq Nümayəndəlik (Qanuni təmsilçi Ali Yıldız) tərəfindən verimiş 15.11.2021-ci il tarixli əmrin ləğv edilməsi, cavabdeh təşkilatda direktor vəzifəsinə bərpa olunmağı və məcburi iş buraxma müddəti üçün əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş olunmuşdur. İşin məhkəmə hazırlıq iclasında cavabdeh hüquqi şəxsin nümayəndəsi iddiaya etiraz edərək, M.Malynovskynin müddətsiz əmək müqaviləsinə 15.11.2021-ci ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70(ç) maddəsi ilə birtərəfli qaydada xitam verilməsini – belə əsaslandırmağa çalışmışdır ki, M.Malynovsky Nümayəndəlikdə “texniki direktor” işlədiyi 2017-ci ilin sentyabr ayından 2021-ci ilin may ayınadək olan dövrdə əmək müqaviləsi üzrə müəyyənləşdirilmiş əmək haqqının bir hissəsini bank hesabından, digər hissəsini isə nəğd qaydada almaqla Nümayəndəliyə maddi ziyan vurmuşdur. Nümayəndə iddiaya etirazına dair bu mülahizəsinə “əsas” kimi 2 sənəd təqdim edir: 1) müstəqil auditor Ülvi Həsənovun imzaladığı “Audit rəyi”; 2) "xxxx" MMC-nin direktoru V.Məmmədovun imzladığı “M.Malynovskylə bağlı daxili audit zamanı aşkarlanmış ciddi pozuntu sayılan informasiyanın icmalı”. Beləliklə, cavabdehin mövqeyinə görə, guya, M.Malynovsky cavabdeh təşkilatda “texniki direktor” işlədiyi dövrdə (sentyabr 2017aprel 2021) əmək haqqının müəyyən hissəsini nəğd qaydada almaqla, həmin məbləğin vergilər və digər məcburi dövlət sosial ödənişlərindən yayındırılmasına səbəb olmuşdur, bu barədə “Audit rəyi” və “İnformasiya icmalı” tərtib olunmuşdur. Bununla yanaşı, cavabdehin nümayəndəsi Məhkəməyə yanlış məlumat vermişdir ki, guya, M.Malynovsky 2021-ci ilin may ayından noyabr ayınadək olan dövrdə - Nümayəndəliyin direktoru işlədiyi müddətdə də əmək haqqını əvvəlki qaydada – bir hissəsini nəğdsiz almışdır. M.Malynovskynin 2021-ci ilin may ayından noyabr ayınadək Nümayəndəliyin direktoru (qanuni təmsilçisi) işlədiyi dövrdə əmək haqqının hansısa məbləğini nəğdsiz qaydada almasına dair sonuncu mülahizə yanlışdır, həqiqəti əks etdirmir. Cavabdeh etirazının bu hissəsinə dair hər hansı sübut təqdim etməmişdir, edə bilməz. Çünki, reallıq odur ki, 2021-ci ilin may ayından M.Malynovsky ilə olan müddətsiz (11.09.2017-ci il tarixli) əmək müqaviləsinə dəyişiklik və əlavə edilərək Nümayəndəliyin direktoru təyin olunduqdan sonrakı dövrdə - işdən qanunsuz çıxarıldığı günədək əmək müqaviləsi üzrə əmək haqqını yalnız nəğdsiz qaydada – bank kartı vasitəsilə almışdır. Bunun əksini cavabdeh sübut etməli olduğu halda hər hansı sübut təqdim edilməmişdir, çünki belə bir sübut yoxdur. Tərəflərdən iş materiallarına əlavə edilən bank hesabından çıxarışdan görünür ki, 2021-ci ilin may ayından noyabr ayınadək M.Malynovsky əmək haqqını naqdsız qaydada almışdır. M.Malynovskynin 2017-ci ilin sentyabr ayından 2021-ci ilin aprel ayınadək olan dövrdə əmək haqqının bir hissəsini nəğdsiz qaydada almasına dair mülahizəyə mövqeləri aşağıdakı kimidir. M.Malynovsky 11.09.2017-ci ildə onunla Nümayəndəliyin o vaxtki direktoru (qanuni təmsilçisi) M.Şahan arasında bağlanmış müddətsiz əmək müqaviləsinə əsasən Nümayəndəliyə texniki direktor vəzifəsinə qəbul olunmuşdur. Müqavilənin “İşçinin əmək funksiyaları/vəzifələri” bəndindən göründüyü kimi, M.Malynovskynin işçi kimi funskiyası layihələrin texniki müşayiət edilməsi və nəzarət olmuşdur. Həmin dövrdə M.Malynovsky işçi statusunda olmuş, Nümayəndəliyin maliyyə, təşkilati və idarəçilik fəaliyyətinə görə hər hansı məsuliyyəti və hüququ olmamışdır. M.Malynovsky işçi olaraq, onunla bağlanmış əmək müqaviləsində dəqiq göstərilmiş əmək haqqı məbləğindən artıq məbləğ almamışdır. Yəni, işçi olaraq M.Malynovskiyə əmək müqaviləsində razılaşdırılmış əmək haqqı ödənilmişdir. Əmək müqaviləsində razılaşdırılmış məbləğin bir hissəsinin işçiyə nağd qaydada ödənilməsinə görə işçi deyil, İşəgötürən nəzarət etməli və məsuliyyət daşımalıdır. Həmçinin, məhkəmə hazırlıq iclasında M.Malynovskynin özünün verdiyi izahatında göstərdiyi kimi, Ukrayna vətəndaşı olaraq 2017-ci ilədək Azərbaycan Respublikasına heç zaman gəlməmiş, yalnız THALES Şirkəti tərəfindən Nümayəndəlikdə texniki layihələrə dəstək verilməsi işində çalışmaq üçün dəvət edilmişdir. Əmək müqaviləsi bağlananadək olan dövrdə M.Malynovsky ilə THALES Şirkətinin baş ofisində səlahiyyətli şəxslərin apardığı elektron yazışmalarda ona Azərbaycana gələrək Nümayəndəlikdə göstərilən vəzifədə işləmək üçün illik 70.000 avro əmək haqqı, mənzil kirayəsi xərci, övladının təhsil xərcinin və illik bonusların (mükafatların) ödənilməsi vəd edilmiş və buna razılaşmışlar. Bu razılaşma eyni ilə Əmək müqaviləsində (kontraktında) nəzərdə tutulmaqla rəsmiləşdirilmişdir. M.Malynovsky işçi olaraq Baş ofisdən təyin olunmuş və Nümayəndəliyin rəhbəri (İşəgötürənlə) bağlanmış əmək müqaviləsində müəyyən olunmuş əmək haqqını almışdır. M.Malynovsky ona nəğd ödənilən əmək haqqı məbləğindən vergilərin və sosial ödənişlərin ödənilməməsini bilməmişdir və bilmək imkanında olmamışdır. O, bu barədə yalnız hazırki məhkəmə iclasında cavabdeh tərəfindən “Audit Rəyi” təqdim olunduqdan sonra məlumat almışdır. Hesab edir ki, M.Malynovskyə əmək haqqının bir hissəsinin nəqd ödənildiyi halında onun sosial sığorta məbləğinin sosial sığorta kartına ödənilməməsi əslində işçi kimi M.Malynovskyinin qanuni maraqlarının, hüquqlarının pozulmasıdır. Belə ki, işçinin sosial sığorta kapitalının yığılmasına məhdudiyyət yaranması onun gələcəkdə pensiya kapitalının olmaması ilə nəticələnə bilər ki, bu da şəxsin gözlənilən pensiya/mülkiyyət hüququnun, sosial təminat hüququnun pozulmasıdır. Hesab edir ki, işəgötürən Nümayəndəliyin əmək haqqının bir hissəsini nəqd qaydada işçiyə ödənilməsi zamanı sosial sığorta yığımından yayındırılması İşəgötürənin yol verdiyi qanun pozuntusu olmaqla bu pozuntuda dövlətin mənafeyinə zərər vurulması ilə yanaşı, işçinin də mənafeyinə zərər vurulmuşdur. M.Malynovskyiyə işçi kimi əmək haqqının müəyyən hissəsinin nəğd qaydada ödənilməsi THALES Şirkətinə cavabdehin baş ofisinə ən geci 2021-ci ilin aprel ayında məlum olmuşdur. Belə ki, 2021-ci ilin aprel ayında Baş ofis tərəfindən Nümayəndəlikdə aparılmış araşdırmalar zamanı bu fakt aşkar olunmuş, M.Malynovsky özü bu barədə cədvəl tərtib etməklə (bank kartı və nəqd ödənilmiş məbləğləri dəqiq göstərməklə) Baş ofisin səlahiyyətli şəxslərinə e-mail yazışması vasitəsilə və telefonla məlumat vermişdir. Baş ofisin səlahiyyətli şəxsləri 2021-ci ilin aprel ayınadək olan dövrdə M.Malynovskyə əmək haqqının bir hissəsinin nəqd ödənildiyini dəqiq bildikləri halda, Nümayəndəliyin əvvəlki direktorunu işdən azad etdikdən sonra, M.Malynovskyi ilə əmək müqaviləsinə 08.05.2021-ci ildə dəyişiklik edərək, onu Nümayəndəliyin direktoru vəzifəsinə təyin etmişlər. Yəni, Nümayəndəliyin tabe olduğu Baş ofis M.Malynovskyini buna görə nəinki tənbeh etmiş, əksinə, ondan üzrxahlıq edərək, onu direktor vəzifəsinə irəli çəkmiş və direktor vəzifəsində işlədiyi 6 ay ərzində - onu 2 dəfə 1 aylıq orta əmək haqqı məbləğində mükafatlandırmışdır. M.Malynovskyi Nümayəndəliyin direktoru təyin olunduqdan sonra əvvəlki rəhbərliyin fəaliyyətində yol verilmiş qanunsuzluqlar barədə Baş Prokurorluğa məlumat vermişdir. İş materiallarında olan Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən iddiaçıya ünvalanmış 22.11.2021-ci il tarixli cavab məktubundan görünür ki, məhz onun müraciəti əsasında araşdırma aparılaraq Nümayəndəliyin sabiq direktoru barəsində 16.11.2021-ci il tarixdə CM-nin 308.2 və 179.4-cü maddələri ilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.İstintaq orqanının dəvətilə M.Malynovsky şahid kimi dindirilmiş və həmin dindirmədə də suallara cavab olaraq əmək haqqının müəyyən hissəsinin ona nəğd qaydada ödənildiyini bildirmişdir. Cavabdehin nümayəndəsi “Audit rəyi” və “İnformasiya icmalı” adlandırılan sənədlərlə, guya, M.Malynovskyinin işçi qismində İşəgötürənə maddi ziyan vurduğu, bununla da onun Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” bəndinin təsiri altında işdən azad olunduğunu “əsaslandırmağa” çalışmışdır. Əmək haqqının müəyyən hissəsinin nəqd qaydada işçiyə ödənilməsi işçinin təqsirli hərəkəti hesab oluna bilməz. M.Malynovskyinin təqsirli hərəkətə yol verməsi iş materialları ilə təkzib olunur. Nəğd qaydada ödənilmiş əmək haqqı məbləğindən sosial sığorta və vergi ödənişinin ödənilməməsi bilavasitə M.Malynovskyinin mənafeyinə zidd olmaqla, ona ziyan vurulması ilə nəticələnmişdir. Bundan başqa, nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 10-cu maddəsində “Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri”, 12-ci maddəsində “İşəgötürənin əsas vəzifələri və məsuliyyəti” nəzərdə tutulmuşdur. Əmək Məcəlləsinin 10-cu maddəsində “Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri” sırasında əmək haqqının ödənilməsinə nəzarət və ya cavabdehlik kimi bir vəzifə nəzərdə tutulmamışdır. Əksinə, Əmək Məcəlləsinin 12-ci maddəsində “İşəgötürənin əsas vəzifələri və məsuliyyəti” sırasında “x” bəndinə əsasən bu Məcəllə ilə işçiyə ödənilən bütün ödənişlərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilməsini təmin etmək – İşəgötürənin əsas vəzifələri və məsuliyyəti olaraq təsbit olunmuşdur. Cavabdehin “Audit rəyi” və “İnformasiya icmalı” adlandırılan sənədləri isə, hər hansı hüquqmüəyyənedici, məsuliyyətyaradıcı sənədlər deyildir. Göründüyü kimi, Əmək Məcəlləsində nağdsız hesablaşmalar haqqında qanunun tələblərinin təmin edilməsi İşəgötürənin məsuliyyətidir və bu tələblərin pozulması da İşəgötürən üçün məsuliyyət və öhdəliklər yaradır. “Audit rəyi” adlandırılan hesablama sənədi 02.03.2022-ci ildə tərtib olunmuşdur, hazırki iş üzrə məhkəmə hazırlıq iclasından 1 gün əvvəl M.Malynovsky işdən 15.11.2021-ci ildə qanunsuz azad olunanda belə bir “Rəy” mövcud olmamışdır. Digər tərəfdən, "xxxx" MMC-nin direktoru V.Məmmədovun imzaladığı “İnformasiya icmalı” isə, ümumiyyətlə, hər hansı bir mötəbərliyə, hüquqi əhəmiyyətə malik sənəd kimi qəbul edilə bilməz. Belə ki: V.Məmmədovun THALESə və Nümayəndəliyə nə aidiyyətinin olduğu bəlli deyil, daha doğrusu, heç bir aidiyyəti yoxdur. VLM (V.Məmmədov) istintaq və ya məhkəmə orqanı, səlahiyyətli dövlət qurumu deyil ki, onun tərtib etdiyi “İnformasiya İcmalı” işçinin İşəgötürənə maddi ziyan vurduğunu təsdiq etsin. Diqqət yetirilməlidir ki, V.Məmmədov tərəfindən imzalanmış “İcmal”da tarix mövcud deyil. Yəni, işçinin işdən çıxarıldığı 15.11.2021-ci ildə belə bir “İcmalı”n mövcudluğu müəyyən olunmur. Əksinə, iş materiallarına tərəfindən təqdim olunmuş sənədlərdən VLM-in direktoru V.Məmmədov, hüquqşünas İ.Əliyev və digərlərinin THALESin Baş ofisi və Türkiyə ofisinin rəhbərliyi ilə elektron yazışmalarından görünür ki, hələ 2021-ci ilin oktyabr ayından bu şəxslər M.Malynovskyinin Nümayəndəliyin direktoru vəzifəsindən çıxarılması üçün tədbirlər görürmüşlər və bütün bu tədbirlərin faktiki direktor işçi olan M.Malynovskydən xəbərsiz aparılması bu yazışmaların məzmunundan müəyyən olunur. Bütün bunlar onu göstərir ki, 15.11.2021-ci ildə M.Malynovskynin Əmək Məcəlləsinin 70ç (72) maddəsi ilə işdən azad olunması tam qanunsuzdur və İşəgötürən heç bir qanuni əsas olmadan, iddiaçının işdən azad olunmasına dair əmr verərək onun əmək hüquqlarını kobud şəkildə pozmuşdur. Yalnız hazırki işin məhkəmə icraatında cavabdehin öz qanunsuz hərəkətini pərdələmək niyyətilə müxtəlif adlar altında -“Audit rəyi”, “informasiya icmalı”- “əsaslar” toplamağa çalışmışlar. İş materiallarına təqdim olunmuş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X8 M.Malynovskyinin şikayətinə cavab məktubundan göründüyü kimi, əmək qanunvericiliyinin icrasına və işçilərin hüquqlarının müdafiəsinə dövlət nəzarətini həyata keçirən orqan olaraq Əmək Müfəttişliyi tərəfindən də M.Malynovskyinin işdən azad olunmasına dair 15.11.2021-ci il tarixli əmr qanunsuz hesab edilmiş, İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə Nümayəndəlik barəsində inzibati tənbeh tədbiri tətbiq olunmuşdur. İddia müddətinin ötürülməsinə dair cavabdehin mülahizəsinə dair iddiaçının nümayəndəsi və vəkili göstərmişdir ki, ki, M.Malynovsky tərəfindən “Mediasiya haqqında” Azərbaycan Respublikasının qanununun tələbi mediasiya prosesinə başlanılmış, mediasiyanın tətbiqinə dair proses 25.01.2022-ci il tarixli mediatorun Protokolu ilə bitmişdir. İş materiallarına təqdim olunan poçt göndərişi qəbzindən görünür ki, iddiaçı tərəfindən mediasiya təklifi 09.12.2021-ci ildə imzalanmış, 10.12.2021-ci ildə poçtdan yola salınmışdır. Həmin tarixdən iddia müddətinin axımının dayanması qanunvericiliyin birmənalı tələbidir. Cavabdehin nümayəndəsi tərəfindən məhkəmə iclasında tədqiq olunan poçt qəbzinin şübhə altına alınması yersizdir, əsassızdır. 10.12.2021-ci ildə mediasiya təklifinin sifarişli poçt vasitəsilə cavabdeh təşkilat olan Nümayəndəliyin hüquqi ünvanına göndərilməsi işin mübahisəsiz halıdır. Mediasiya təklifindən sonra cavabdeh təşkilatın nümayəndəsinin könüllü mediasiyaya razılaşması, mediator F.Mehdiyev tərəfindən mediasiya sessiyasının aparılması, lakin barışıq sazişinin bağlanmaması səbəbindən mediasiyaya xitam verilməsinə dair Protokolun verilməsi, iddiaçı Ukrayna vətəndaşı olduğuna görə, e-mehkeme portalına daxil ola bilməməsi, onun nümayəndəsi kimi Nümayəndə e-kabinetindən iddia ərizəsinin 29.01.2022-ci il tarixdə elektron qaydada göndərilməsi, bu səbəbdən e-mehkeme sistemində Nümayəndə “iddiaçı” statusunda qeydə alınmasının prosessual çətinlik yaratması və bu səbəbdən sonradan məhkəmənin təşəbbüsü ilə iddia ərizəsinin (və qoşma sənədlərin) kağız daşıyıcıda təkrar təqdim olunması və s. xüsusatlar da işin mübahisəsiz halları olduğundan hazırki iş üzrə iddia müddətinin ötürülmədiyini təsdiq edir. Cavabdehin iddia müddətinin tətbiqi əsası ilə iddianın rədd edilməsinə dair ərizəsi əsassızdır. Əslində belə ərizənin verilməsi onu göstərir ki, cavabdeh özü də hazırki iddianın tam əsaslı, qanuni tələb olduğunu qəbul edir, mahiyyəti üzrə əsaslı və qanuni olan iddia tələbinin yalnız iddia müddətinin ötürülməsi əsası ilə rədd edilməsini xahiş edir. İddia ərizəsində göstərildiyi kimi, iddiaçı onunla bağlanmış müddətsiz əmək müqaviləsi çərçivəsində üzərinə düşən vəzifələri və öhdəlikləri layiqincə yerinə yetirmişdir. İşəgötürənin mənafeyinə ziyan vurma kimi qiymətləndirilə biləcək hər hansı hərəkətə (hərəkətsizliyə) yol verməmişdir. 11.09.2017-ci ildən daşıdığı texniki direktor vəzifəsində nümunəvi fəaliyyət göstərmiş, məhz bu fəaliyyəti nəzərə alınaraq, 08.05.2021-ci il tarixdə əmək müqaviləsinin ayrılmaz tərkib hissəsi kimi bağlanmış Əlavə əsasında Nümayəndəliyin direktoru vəzifəsinə təyin olunmuşdur. 15.11.2021-ci il tarixdə hər hansı qanuni əsas olmadan iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi və tutduğu vəzifədən azad edilməsi iddiaçının əmək hüquqlarının kobud pozulması kimi qiymətləndirilməlidir. İddiaçının nümayəndəsi iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi və vəkili Cavabdeh2 iddianı qəbul etməyərək öz izahatında göstərmişdir ki, 15.11.2021-ci il tarixdə iddiaçının əmək müqaviləsinə xitam verilmiş və iddiaçı işdən çıxarılmışdır. AR Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Qeyd olunan hüquq normasından da göründüyü kimi iddiaçının 15.12.2021-ci il tarixə qədər məhkəməyə müraciət etmək hüququ olsa da, o, bu hüququnu gecikdirmişdir. AR “Mediasiya haqqında” Qanunun 35.1-ci maddəsinə görə mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Lakin mediasiya prosesi dövrünü də nəzərə alsalar yenə də iddia müddəti ötürülmüşdür. Belə ki, iddiaçı tərəf iddia edir ki, 10 dekabr 2021-ci il tarixinda medisasiya bildirişi göndərmişdir, halbuki, məhkəməyə təqdim edilmiş xəbərnamənin özü də ziddiyyətlidir, çünki 10 dekabr 2021-ci il tarixinə aid möhür yoxdur. Hatta bu halı düz saysalar belə iddiaçı tərəf 25-ci gündə medisiya prosesini başlatmış olur. Mediasiya prosesi isə 25 yanvar 2022-ci il tarixində bitmişdir. Buna görə da iddiaçı tərəfin məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün 5 gün vaxtı qalmış olur. 29 yanvar 2022-ci il tarixində iddiaçı tərəf məhkəməyə elektron qaydada iddia ərizəsi ilə müraciət etsə də sırf iddiaçı tərəfin təqsiri ucbatından iddiaçı hissəsində Malinovski Mixaylo deyil, vəkilin adı qeyd edilmişdir. İddiaçı tərəf bunu guya ki, elektron sistemin səhvi, yəni iddiaçının xarici vətəndaş olduğu üçün iddiaçı qismində göstərilməsinin mümkün olmadığını bildirsə də, əlavə edilmiş "screenshoot”lardan da göründüyü kimi əslində xarici vətəndaşın da iddiaçı qismində qeyd edilməsi mümkündür. Göründüyü kimi iddiaçı tərəf sırf özünün təqsiri ucbatından iddia ərizəsini düzgün qaydada tərtib etməmiş və qanunverciliyin tələbləri çərçivəsində məhkəməyə müraciət edə bilməmişdir. Buna görə da iddiaçının vəkili ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Buna əsasən də Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-562/2022 saylı, 02.02.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmış, iddiaçı tərəfindən iddia ərizəsi yenə də qanunverciliyin tələblərinə zidd olaraq kağız daşıyıcıda məhkəməyə təqdim edilmişdir. Halbuki, AR MPM-nin 10-1.2-ci maddəsinə görə "məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikəyət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı va elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi "Elektron məhkəmə" informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir". Qeyd edilən hüquq normasından da göründüyü kimi iddia ərizəsi elektron qaydada verilməli olduğu halda kağız daşıyıcıda məhkəməyə təqdim edilmiş va məhkəmə tərəfındən qanunvericiliyin tələblərinə zidd olaraq icraata qəbul edilmişdir. Həmçinin bir nüans daha məhkəmənin diqqətinə çatdırılır ki, iddiaçı tərəfındən elektron məhkəmə sisteminə daxil edilmiş iddia ərizəsi vəkilin ərizəsinə əsasən geri qaytarıla bilməzdi, çünki vəkilə verilən səlahiyyətlər içərisində iddia ərizəsinin geri götürülməsi səlahiyyəti olmamışdır ki, bu da növbəti kobud pozuntudur. Hətta yuxarıda qeyd edilənlər halların hamısı qanuni əsaslarla həyata keçirilmiş olsaydı belə yenə də iddia müddəti ötürülmüşdür. Belə ki, AR MPM-nin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. İndiki halda isə nə qədər ki, iddia ərizəsinin geri qaytarılması haqqında 02 fevral 2022-ci il tarixli qərardad ləğv edilməmişdir va hal-hazırda qüvvədədir, ona görə də iddiaçının məhkəməyə müraciət etmə tarixi heç bir halda 29 yanvar 2022-ci il tarixindən hesablana bilməz. Ən yaxşı halda məhkəməyə müraciət etmə tarixi 02 fevral 2022-ci il tarixindən hesablanmalıdır ki, bu zaman da iddiaçı tərəf 33cü gündə məhkəməyə müraciat etmiş olur. Bu da təbii ki, iddia müddətinin ötürülməsi halıdır. Əlavə olaraq qeyd edilməlidir ki, əgər həqiqətən iddiaçı tərəfin birinci dəfə məhkəməyə müraciəti texniki səhvlərə görə qanuni əsaslarla edilməmiş olsaydı (indiki halda texniki səhvə görə deyil, birbaşa qüsura görə qanuni əsaslarla məhkəməyə müraciət edilə bilinməmişdir) elə həmin tarixdə də, yəni 29 yanvar 2022-ci il tarixində də yenidən qanunverciliyin tələb etdiyi formada da təkrar iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərdi. Onsuz da nəzərə alsalar ki, AR MPM-nin 152.1.9-cu maddəsinə görə "iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda" məhkəmə hər bir halda iddia ərizəsi va ona əlavə edilmiş sənədləri geri qaytarmalıdır. Yəni iddia müddətinin ötürülməməsi məqsədi ilə ilk müraciət geri qaytarılmamış da ikinci dəfə (ən geci həftə sonlarını nəzərə alsalar - 31 yanvar 2022ci il tarixində) məhkəməyə müraciət edilə bilərdi. İndiki halda iddiaçı tərəfın sırf səhlənkarlığı ucbatından iddia müddəti ötürülmüşdür və bu əsasla da iddia ərizəsi rədd edilməlidir. Yuxarıda qeyd edilən hala qüvvətləndirici mahiyyətli növbəti dəlil isə bu məsələyə dair AR Ali Məhkəməsinin mövqeyidir. Belə ki, AR Ali Məhkəməsi Plenumunun qərarının 9-cu bəndinə görə "müəyyən edilmiş qaydada iddianın qaldırılması ilə iddia müddətinin axımı kəsilir. Qaldırılmış, lakin baxılmamış iddia müddətin axımını kəsmir”. Düzdür, həmin Plenum qərarı ərizənin baxılmamış saxlanılmasına dairdir, lakin nəzərə almaq lazımdır ki, hər iki halda isə məhkəmədə mahiyyəti üzrə baxılıb yekun qərar verilməmiş olur. Hətta iddia ərizəsi bir neçə məhkəmə iclası keçirildikdən sonra baxılmamış saxlanıla bilər. Bu halda da mülki iş yenidən müraciət edildikdə iddia müddəti ilk müraciətin edildiyi tarixdən deyil, ikinci müraciət edildiyi tarixdən hesablanır.Cavabdehin nümayəndəsi və vəkili həmçinin göstərmişdir ki, iddiaçı şirkətin direktor vəzifəsinə təyin olunduqdan sonra əmək haqqı və digər ödənişlər kart vasitəsi ilə həyata keçirilmişdir. Çünki bunları yerinə yetirən artıq direktor deyil, digər səlahiyyətli "xxxx" MMC hüquqi şəxs olmuşdur. Lakin iddiaçı direktor təyin olunanadək əmək haqqının müəyyən hissəsini nağd şəkildə aldığı üçün müəssisəyə vurulan ziyana görə də məsuliyyət daşımalıdır, belə ki, əmək haqqının karta köçürülməsini ən azından direktordan tələb edə bilərdi. İddiaçının əmək haqqını böyük hissəsini nəğd şəkildə alması Dövlət Sosial Müdafiə Fonduna köçürülmə olan pul həddində şirkətə ziyan vurulması ilə nəticələnmişdir. Əvvəlki direktora müəssisəyə vurduğu ziyana görə Korrupsiyada iş açılmışdır. Göstərilənləri nəzərə alaraq cavabdehin nümayəndəsi və vəkili iddiaçı tərəfindən məhkəməyə müraciət müddəti ötürülmə əsası və iddianın əsassız olması ilə bağlı iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında 3-cü şəxs qismində işə cəlb edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X11 öz izahatında göstərmişdir ki, araşdırma zamanı M.Malynovskyinin işdən azad olunması zamanı əmək qanunvericiliyinin tələblərinin pozulması aşkara çıxarılmışdır. Belə ki, işçi Əmək Məcəlləsinin 70-ci maddənin “ç” bəndi ilə 72-ci maddədə göstərilən əsaslarla işdən çıxarılırsa bu hal əmrdə əsaslandırılmalı idi. Lakin əsalandırılmamışdır, eyni zamanda işçinin maddi ziyan vurmasını təsdiq edən audit rəyi onlara təqdim edilməmişdir. Ona görə də işəgötürən barəsində müvafin inzibati protokol və qərar qəbul edilmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, o, "xxxx" MMCnin nümayəndəsidir. Təmsil edən şirkət Cavabdeh1 Fərdi MMC ilə əvvəl etibarnamə əsasında, sonra isə 2021-ci ilin iyun ayında müqavilə bağlayaraq şirkəti Azərbaycan Respublikasındakı Nümayəndəliyinin maliyyə və hüquqi xidmətləri ilə bağlı məsələlərə köməklik göstərmişdir. Daxili audit nəticəsində iddiaçının əmək haqqının bir hissəsini nəğd şəklində alması, bununla da şirkətə ziyan vurması aşkara çıxarılmışdır. İş üzrə Malynovskyi Mykhailonun əmək kitabçasının notarial qaydada təsdiq edilmiş kserosurətindən görünür ki, o, 10.11.2017-ci il tarixdə Cavabdeh1 Fərdi MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin texniki direktor vəzifəsinə, 08.05.2021-ci il tarixdə direktor vəzifəsinə təyin edilmiş, 15.11.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70 (ç) maddəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. İş üzrə Cavabdeh1 Fərdi MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə Malynovskyi Mykhailo arasında bağlanılmış 11.09.2017-ci il tarixli əmək müqaviləsinə əsasən Malynovskyi Mykhailo Cavabdeh1 Fərdi MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin texniki direktor vəzifəsinə işə qəbul olunmuşdur. Əmək müqaviləsi müddətsiz bağlanmış, hər il 70.000 Avro məbləğində illik vəzifə hesablanmış əmək haqqı təyin edilmişdir. İş üzrə Cavabdeh1 Fərdi MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə Malynovskyi Mykhailo arasında bağlanılmış əmək müqaviləsinə 08.05.2021-ci il tarixli 1 saylı Əlavənin surətindən görünür ki, tərəflər arasında imzalanan 11.09.2017-ci il tarixli əmək müqaviləsinin 1.2-ci və 3.1-ci maddələrində dəyişikliklərin edilməsi, M.Malynovskyini direktor vəzifəsinə təyin edilməsi, ölkədə Qrupu xüsusən müştəriyə (müştərilərə) münasibətdə təmsil etməsi; Dövlət sifarişçiləri ilə, habelə fərdi sektorun müştəriləri ilə qarşılıqlı münasibətləri idarə etməsi; müştərilərin məmnunluğunu təmin etməsi və ilkin təklifdən dəstəyə qədər əlverişli münasibətləri qaydasına salınması üçün imkan yaratması; digər ölkələrə ixrac məqsədilə Bölmələri üçün ölğkədə milli hökümətin razılığını və dəstəyini alması; Dövlət sifarişçiləri və fərdi sektorun müştəriləri ilə satışlar üzrə məqsədlərinə çatmaq üçün ölkədə Bölməyə yardım göstərməsi; Qrupun siyasətini yerli səviyyədə yerinə yetirməsi və qüvvədə olan qanunvericiliyə əməl olunmasını təmin etməsi, ölkədə gəlir və pul axınının Bölmələr vasitəsilə iqtisadi cəhətdən stimullaşdırılması üçün əlverişli şəraitin yaradılması yerli strukturları təkmilləşdirməsi (Bölmələrə, ümumi xidmətlərə uyğun olaraq saytların təkmiləşdirilməsi və sair); müştərilərin tələblərini daha yaxşı təmin etmək üçün Bölmələrin ölkədə işini stimullaşdırması müəyyən edilmişdir. İş üzrə Cavabdeh1 Fərdi MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə Malynovskyi Mykhailo arasında bağlanılmış əmək müqaviləsinə 01.06.2021-ci il tarixli 2 saylı Əlavənin surətindən görünür ki, tərəflər arasında imzalanan 11.09.2017-ci il tarixli əmək müqaviləsinin 4.1-ci və 4.4-cü maddələrində dəyişikliklərin edilməsi, M.Malynovskyiyə 12,624,71 manat məbləğində aylıq əmək haqqı təyin edilməsi; məqsədli dəyişənlərin payı: 15%, mənzilin müavinəti: illik 15.000,00 avro, məktəb haqqı: illik 8.000,00 avro, ailə üzvlərinin sağlamlıq sığortası, ailə üzvləri üçün ildə bir dəfə gediş-gəliş biletləri müəyyən edilmişdir. İş üzrə Cavabdeh1 Fərdi MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən iddiaçıya ünvanlanmış 15.11.2021-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə xəbərdarlığın notarial qaydada təsdiq olunmuş kserosurətindən görünür ki, Cavabdeh1 X12 Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə Malynovskyi Mykhailo aralarında bağlanmış 11.09.2017-ci il tarixli Əmək Müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70 (ç) (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) maddəsinə uyğun olaraq 15.11.2021-ci il tarixindən etibarən xitam veriləcəkdir. M.Malynovskyi ilə Əmək Müqaviləsinə xitam verilməsi barədə müvafiq məlumatı əks etdirən xitam əmrinin surəti təqdim ediləcəkdir. İş üzrə "xxxx" MMC-nin hüquqşünası X9 və Cavabdeh1 X12 Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin direktoru Mykhailo Malynovskyi tərəfindən tərtib edilmiş 15.11.2021-ci il tarixli Cavabdeh1 Fərdi MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin əşyaların təhvil-təslim aktının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Nümayəndəliyə məxsus H029821 dövlət qeydiyyat nömrəli avtomobili və avtomobilin açarı, AC No 353735 dövlət qeydiyyat nömrəli avtomobilin texniki pasportu, Nümayəndəliyə məxsus kompyuter, Nümayəndəliyə məxsus seyf, seyfin açarı, seyfin kodu və parolu, Nümayəndəliyə məxsus giriş kartı, Mykhailo Malynovskyiyə məxsus əmək kitabçası Mykhailo Malynovskyi tərəfindən X5 təhvil verilmişdir. Bu aktı tərəflər bir-birilərinə qarşı heç bir iddialarının və öhdəliklərinin olmadığını təsdiqləmişdir. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən "xxxx" fərdi MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin direktoru Mykhailo Malynovskyiyə ünvanlanmış 22.11.2021-ci il tarixli məktubun surətindən görünür ki, Mykhailo Malynovskyinin nümayəndəliyin sabiq direktoru Mehmet Sahanın qanunsuz əmməlləri barədə 24.09.2021-ci il tarixdə daxil olmuş müraciəti üzrə araşdırma aparılaraq 16.11.2021-ci il tarixdə Azərbaycan Respublikasının CM-nin 308.2-ci və 179.4-cü maddələri ilə cinayət işi başlanılmış və ibtidai istintaqın aparılması Baş İdarənin İstintaq İdarəsinə həvalə edilmişdir. İş üzrə mediasiya prosesinin tətbiqi və mediasiya xidmətlərinin göstərilməsi barədə 29.12.2021-ci il üçtərəfli müqaviləsinin surətindən görünür ki, X4, Cavabdeh1 X12 Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin etibarnamə üzrə nümayəndəsi X9 və Mediasiya xidməti göstərən şəxs X10 aşağıdakılar barədə razılığa gəlmişlər: 1.Mübahisə tərəfləri işçinin Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndi ilə işdən çıxarılmasından irəli gələn mübahisəni mediasiya prosesi vasitəsi ilə həll etməyə çalışacaqlar.

2. Hər iki Mübahisə Tərəfi vicdanlı şəkildə fəaliyyət göstərməyi, mediasiya prosesi zamanı əldə olunan məlumatların, o cümlədən, mediasiya zamanı digər Mübahisə Tərəfi və ya mediator tərəfindən ifadə edilən fikirlər və ya verilmiş təklif və məsləhətlərin və mübahisənin mahiyyəti ilə əlaqədar mediasiya prosesinin gedişatı zamanı digər Mübahisə Tərəfinin etdiyi etiraflarının məxfiliyini qorumağı və bu məlumatları məhkəmə və ya istənilən üçüncü şəxsə açıqlamamağı, mediatoru, digər Mübahisə Tərəfini və mediasiyada iştirak edən digər şəxsləri bu məlumatlarla bağlı şahid qismində məhkəmə və arbitraj prosesinə cəlb etməməyi öhdəlik olaraq üzərinə götürür.

3. Mediasiya xidməti göstərən şəxs “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun və bu sahədəki digər qanunvericilik aktlarının və qaydaların tələblərinə əməl edəcək və müstəqil, bitərəf və peşəkar əsasda mediasiya xidməti göstərəcək.

4. Mübahisə tərəfləri mediator (bundan sonra “Mediasiya xidməti göstərən şəxs”) X7 bu mübahisə üzrə mediasiya prosesinin aparılması üçün təyin edirlər.

5. Mediasiya prosesi ilə əlaqədar xərc 100 manat tərəflər arasında bərabər qaydada ölənəcəkdir.

6. Mübahisə tərəfləri həmçinin təsdiq edirlər ki, onlar Mediasiya Qaydaları ilə və Mediasiya xidməti göstərən şəxsin təklif etdiyi xidmət haqqı və mediasiyaya dair xərclərlə tanış oldular, həmin şərtlərlə razıdırlar və bu Müqaviləyə əlavə edilmiş Mediasiyaya dair xərcləri ödəyəcəklər. İş üzrə mediasiya prosesinə xitam verilməsi barədə 25.01.2022-ci il tarixli, MŞİH-12421/01G22 nömrəli protokolundan görünür ki, X4 və Cavabdeh1 X12 Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin iştirakı ilə əmək müqaviləsinə xitam verilməsindən yaranmış mübahisə ilə əlaqədar 12.01.2022-25.01.2022-ci il tarixlərdə mediasiya prosesi həyata keçirilmişdir. Tərəflər danışıqlar aparmış, müxtəlif təkliflər irəli sürülmüş, lakin tərəflər hər hansı razılığa gələ bilməmiş və mübahisəni məhkəmədə davam etmək qərarına gəlmişdir. Bununla əlaqdar olaraq “Mediasiya haqqında” Qanunun 32.1.2-ci maddəsinə əsasən (mübahisənin tərəflərin qarşılıqlı razılaşması ilə həllinin mümkünsüzlüyü mediator tərəfindən müəyyən edildikdə) mediasiya prosesinə xitam verilir. İş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən X3 ünvanlanmış 28.02.2022-ci il tarixli məktubun surətindən görünür ki, Cavabdeh1 X12 Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbərliyi tərəfindən təqdim edilmiş sənədlərdən M.Malynovskyi ilə 10.11.2017-ci il tarixdə bağlanmış əmək müqaviləsinə 15.11.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulduğu, lakin son haqq-hesabılarının ödənildiyi məlum olmuşdur. Yol verilmiş nöqsanla bağlı Cavabdeh1 X12 Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbərliyi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən 25.02.2022-ci il tarixli MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul olunmuşdur. Nəzərinə çatdırırlar ki, M.Malynovskinin işə bərpa olunması ilə bağlı Cavabdeh1 X12 Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbərliyinə **********8 saylı, 25.02.2022-ci il tarixli məktub ünvanlanmışdır. Qeyd olunanlarla razılaşmadığı təqdirdə məhkəməyə müraciət etmək hüququ vardır. İş üzrə “X15 and Consulting” MMC tərəfindən "xxxx" MMC-nin rəhbərliyinə ünvanlanmış 02.03.2022-ci il tarixli audit rəyindən görünür ki, auditora təqdim olunmuş sənədlərdən aydın oldu ki, 1. Cavabdeh1 Fərdi MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyin direktoru Şahan Mehmet ilə işçi Mykhailo Malynovski arasında bağlanan 11.09.2017-ci il tarixli əmək müqaviləsinin 4.1-ci bəndinə görə işçinin əmək haqqı 70.000 (140.000 manat) məbləğində müəyyən edilmişdir. Müqavilənin 4.3-cü maddəsinə görə ilin nəticələrinə görə aylıq əmək haqqının 15% məbləğində hər ilin sonunda pul mükafatı ödənilir. Həmçinin müqavilənin 4.4-cü bəndinə görə məqsədi dəyişənlərin payı 15%, mənzil haqqı 15.000 avro, məktəb haqqı 8000 manat avro, ailə üzrlərinin sağlamlıq sığortası və ailə üzlərinin ildə bir dəfə gediş dönüş biletləri əlavə ödənişə daxildir. 2. Lakin əmək münasibətləri elektron informasiya sisteminə işçinin əmək haqqı aylıq 4000 manat olaraq qeyd edilmişdir. 3. 07.06.2019-cu il tarixli xxxxxxx000201 nömrəli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişində Mykhailo Malynovskinin aylıq 4000 manat göstərilən əmək haqqı məbləğinin 4120 manat olaraq dəyişdirildiyi qeyd edilmişdir. 4. Cavabdeh1 Fərdi MMC-nin 14.04.2021-ci il tarixli qərarına əsasən Mehmet Şahan Nümayəndəliyin Direktoru vəzifəsindən azad edilərək Mykhailo Malynovskyi Nümayəndəliyin Direktoru vəzifəsinə təyin edilmişdir. 5. 08.05.2021-ci il tarixli Əmək müqaviləsinə edilən 1 saylı əlavə ilə Mykhailo Malynovski Nümayəndəliyinin direktoru vəzifəsinə təyin edilmiş və əmək haqqısı aylıq 12624,71 manat olaraq müəyyənləşdirilmişdir. 6. 01.06.2021-ci il tarixli xxxxxxxo000203 nömrəli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişində Mykhailo Malynovskinin aylıq 4120 manat göstərilən əmək haqqı məbləğinin 12624,71 manat olaraq dəyişdirildiyi qeyd edilmişdir. 7. 15.11.2021-ci il tarixli T 001 saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmrə əsasən Mykhailo Malynovski ilə bağlanan əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən xitam verilmişdir. 15.11.2021-ci il tarixli Mykhailo Malynovskinin əməllərinin araşdırılması üçün yaradılmış komissiyanın iclasının yekun protokolunda 2017-2021-ci illərdə Mykhailo Malynovskinin əmək haqqı illik 70.000 avro olduğu, lakin həmin məbləğin bir hissəsi, yəni aylıq 4000 manatlıq (07.06.2019-cu il tarixdən etibarən 4120 manat) hissəsi rəsmiləşdirildiyi və bu səbəblə əmək haqqının qalan hissəsi məcburi dövlət sosial sığorta haqqını ödəməkdən və vergidən yayınmaq məqsədilə nağd şəkildə aldığı qeyd edilmişdir. Sənədlərdən müəyyən edilmişdir ki, 2017-ci ildə 37.577,74 manat, 2018-ci ildə 96.323,41 manat, 2019-cu ildə 109.361,54 manat, 2020-ci ildə 118.928,06 manat, 2021-ci ildə 17.611,82 manat olmaq üzrə cəmdə 379.802,57 manat məbləğində Mykhailo Malynovskiyə ödənilməli olan əmək haqqı rəsmiləşdirilməmişdir. Əmək haqqının məbləğinin (379.802,57 manatın) rəsmiləşdirilməsi halında həmin məbləğdən tutulmalı olan vergi və məcburi dövlət sosial ödənişlər 2017-ci ildə 25.163,71 manat,2018-ci ildə 68.706,24 manat, 2019-cu ildə 47.962,56 manat, 2020-ci ildə 53.016,68 manat, 2021-ci ildə 8.046,31 manat olmaq 046,31 manat olmaq üzrə cəmdə 202.895,50 manat təşkil edir. Həmin məbləğin cəriməsi 81.158,20 manat (40%) və gecikdirilmiş günlər üçün dəbbə pulu 74.056,86 manat təşkil edir. Nəticə olaraq, Mykhailo Malynovskinin əmək haqqısının rəsmiləşdirməyən hissəsi (379.802,57 manat əmək haqqı) üçün Nümayəndəlik vergi və məcburi dövlət sosial sığorta haqqı olaraq 358.110,56 manat məbləğində dövlət büdcəsinə ödəmə həyata keçirilməlidir. İş üzrə "xxxx" MMC-nin direktoru tərəfindən tərtib edilmiş Mixail Malinovskiylə bağlı daxili audit zamanı aşkarlanmış ciddi pozuntu sayılan informasiyanın icmalından görünür ki, milliyyətcə ukraynalı olan, 1976-cı il təvəllüdlü X14 Romanaetes tərəfindən cənab Şahana təqdim edilmiş, cənab Şahan isə onu 11.09.2017-ci il tarixdə nəqliyyat layihələri üzrə “texniki direktor” vəzifəsinə işə götürmüşdür. Yerli qanunvericiliyə uyğun olaraq onun əmək müqaviləsində ilk olaraq illik 70.000 avro xalis əmək haqqı (təqribən 140.000 manat), eləcə də malik olduğu iyerarxik səviyyəyə (LR 10) müvafiq şəkildə 15 faiz civarında dəyişən qazanc hissəsi nəzərdə tutulurdu (KAM ekvivalenti). Əmək haqqının ardıcıl artırılması aşağıdakı formadıdır (brutto manatla): 2017-ci ildə - 48.246 manat, 2018-ci ildə - 144.200 manat + 8.446 manat (dəyişkən qazanc), 2019-cu ildə - 136.809 manat + 20.354 manat (dəyişkən qazanc), 2020-ci ildə 142.354 + 26.826 manat (dəyişkən qazanc), 2021-ci ildə - 2021-ci ilin birinci yarısında aylıq baza əmək haqqı (01.07.2021-ci il tarixinə 2021-ci ildə illik artımlar): 12.580 manat. Konsteksti nəzərə almaqla, dəyişkən qazancın köçürülməsi müvəqqəti dayandırılıb. Cənab Malinovski o cümlədən aylıq 2450 manat məbləğində mənzil icarəsi və təhsil xərclərinin kompensasiyası qismində müavinət alır. Onun üçün ofis tərəfindən avtomobil xidməti təşkil edilir. Audit yoxlaması zamanı aşkar edilib ki, müqavilədə nəzərdə tutulan əməyin ödənilməsi şərtləri ilə faktiki ödənişlər arasında uyğunsuzluq mövcuddur. X20 WECO tərəfindən yerli banklardakı hesablara ödənilən vəsaitlərdən cənab Malinovskinin qeyri-qanuni əmək haqqı və qazanclarının bir hissəsini nağd şəkildə ödəmək məqsədi ilə istifadə edirdi. İşə alındığı tarixdən etibarən cənab Malinovskiyə əsasən nağd ödənişlər edilirdi: o, rəsmi əmək haqqının təqribən 35 faizini manatla bank hesabına köçürülən vəsaitdən əldə edirdi; əmək haqqının və səfər xərclərinin (orta hesabla 2450 manat – mənzil icarəsi və təhsil xərcləri) yerdə qalan hissəsinə uyğun gələn təxminən 65% hissəsi cənab Şahan tərəfindən manat və Amerika dolları ilə nağd ödənilirdi. Bu sxem üzrə cənab Malinovski təqribən 7,5%, yəni orta hesabla aylıq 2.252 manat (1.100 avro) məbləğində artıq kompensasiya alıb. Yerli administrasiyaya ilə əlaqədar könüllü düzəliş bəyannaməsi davam etməkdədir. İş üzrə "xxxx" QSC tərəfindən verilmiş hesabdan çıxarışından görünür ki, Cavabdeh1 X12 Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən Mykhailo Malynovskyinin hesabına 02.06.2021-ci il tarixdən sonra avans, əmək haqqı və sair ödənişlər kart vasitəsilə həyata keçirilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə qarşı etiraz ərizəsi təqdim etmiş və verilmiş iddianın iddia müddətinin ötürülməsi ilə əlaqədar rədd edilməsini xahiş etmişdir. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 8 may 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, «iddia müddəti pozulmuş hüququn müdafıəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafıq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir». Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarını nəzərə alaraq hesab edir ki, iddia müddətinin ötürülməsi ilə bağlı cavabdehin nümayəndəsinin dəlillərinə hüquqi qiymət verməmişdən əvvəl irəli sürülmüş iddia tələbinə hüquqi qiymət verilməlidir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakılar qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 11.09.2017-ci il tarixdə əmək müqaviləsi bağlanılmış və iddiaçı Cavabdeh1 X12 Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə texniki direktor vəzifəsinə işə qəbul edilmiş, illik əmək haqqı 70.000 avro təşkil etmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, 08.05.2021-ci il tarixli əmək müqaviləsinə edilən 1 saylı Əlavə ilə iddiaçı Nümayəndəliyinin direktor vəzifəsinə təyin edilmiş və 01.06.2021-ci il tarixli əmək müqaviləsinə edilən 2 saylı Əlavə ilə iddiaçının aylıq əmək haqqı 12.624,71 manat təşkil etmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh əmək müqaviləsinə xitam verilməsi barədə 15.11.2021-ci il tarixli əmri qəbul edərkən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin tələblərindən qərəzli olaraq istifadə etmiş və onun əmək hüquqlarını pozmuşdur. Bu səbəbdən iddiaçı əmrin ləğv edilməsini, onun işə bərpa olunmasını və məcburi buraxılmış iş günləri üçün əmək haqqı ödənilməsini xahiş etmişdir. Məhkəmə iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi üçün əsasların olubolmamasına hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsində göstərildiyi kimi, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə işçinin əsas vəzifələri hesab olunur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinini «ç» bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənini 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci və 3-cü bəndlərində göstərildiyi kimi, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənini 76-cı maddəsinin 1-ci bəndinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci madəllərində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Məhkəmə qeyd edir ki, işçinin əmək funksiyası dedikdə əmək müqaviləsində nəzərdə tutulan, yerinə yetirilməli olduğu müvafiq işin və ya görməli olduğu xidmətin dairəsi anlaşılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsi əmək vəzifələrini kobud şəkildə pozulması kimi qiymətləndirən halları dəqiq şəkildə müəyyən edir. Bu hallardan bir neçəsi işçinin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması və ya əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsidir. Yəni işçinin əmək vəzifələrinin kobud şəkildə pozulma maddi ziyanın vurulması ilə nəticələnməlidir. Mülki qanunvericiliyə əsasən maddi ziyanın vurulması real olmalı və mötəbər sübutlarla təsdiq olunmalıdır. Cavabdeh təşkilat tərəfindən aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, iddiaçı aylıq əmək haqqının təxminən 8.000 manat hissəsini nağd şəklində aldığı üçün həmin məbləğdən vergi və məcburi dövlət sosial ödənişlər həyata keçirilməmiş, bununla da müəssisəyə ziyan vurmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim etdiyi audit rəyində bu məbləğin 358.110,56 manat olması qeyd edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı cavabdeh təşkilata direktor vəzifəsinə təyin olunanadək aldığı əmək haqqının bir hissəsini kartla, bir hissəsini isə nağd şəkildə əldə etmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, aparılmış daxili yoxlama nəticəsində şirkətin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin direktoru Şahan Mehmet tərəfindən müəssisəyə külli miqdarda maddi ziyan vurulması halı aşkar edildiyi üçün, o, işdən kənarlaşdırılmış, hüquq-mühafizə orqanlarına bununla bağlı müraciət edilmişdir. Məhkəmə iclasında, eyni zamanda cavabdehin nümayəndəsinin etirafedici izahatı ilə də müəyyən edilmişdir ki, iddiaçı şirkətin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin direktor vəzifəsinə təyin olunduqdan sonra aldığı əmək haqqı və digər ödənişlər kart vasitəsi ilə həyata keçirilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq; ç) kollektiv müqavilələrin, sazişlərin şərtlərinə, onlarda nəzərdə tutulmuş öhdəliklərə əməl etmək; d) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; e) işçilərin ərizə və şikayətlərinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxmaq; ə) işçilərin əmək, maddi, sosial-məişət şəraitinin, onların ailəsinin rifah halının yaxşılaşdırılması üçün müəssisənin əsasnaməsinə (nizamnaməsinə), kollektiv müqaviləyə müvafiq olaraq zəruri tədbirlər görmək; f) işə qəbul, işdə irəli çəkilmək, peşə hazırlığını artırmaq, yeni ixtisasa yiyələnmək və ixtisasını artırmaq zamanı, işin keyfiyyətini qiymətləndirərkən, işdən azad edərkən cinsindən asılı olmayaraq işçilərə eyni yanaşmaq və bərabər imkanlar yaratmaq; g) cinsindən asılı olmayaraq eyni işlə məşğul olan işçilərə eyni iş şəraitini yaratmaq, eyni pozuntuya görə işçilərə fərqli intizam tənbehi tədbirini tətbiq etməmək, cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin və seksual qısnamanın qarşısını almaq üçün lazımi tədbirlər görmək; ğ) uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etməmək; h) əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla); x) bu Məcəllə ilə işçiyə ödənilən bütün ödənişlərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilməsini təmin etmək; ı) “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan vəzifələrin həyata keçirilməsini təmin etmək; i) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əlilliyi olan şəxslərin digər şəxslərlə bərabər səviyyədə əmək fəaliyyəti ilə məşğul olmasını təmin etmək; j) işçilərin icbari tibbi sığortası üzrə sığorta haqlarının “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq vaxtında və tam həcmdə ödənilməsini təmin etmək. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından qeyd edir ki, işçiyə ödənilən bütün ödənişlərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilməsini təmin etmək işəgötürənin əsas vəzifəsi kimi müəyyən edilmişdir. “Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri”ni müəyyən edən Əmək Məcəlləsinin 10cu maddəsində əmək haqqının ödənilməsinə nəzarət və ya cavabdehlik kimi bir vəzifə nəzərdə tutulmamışdır. Ona görə də məhkəmə digər direktorun fəaliyyəti müddətində iddiaçıya əmək haqqı kimi nağdsız ödənişlərin həyata keçirilməsi ilə əlaqədar müəssisəyə vurulmuş ziyana görə işçinin – iddiaçı X1 məsuliyyət daşıması barədə gəldiyi nəticəni və bunun əsasında onun işdən azad olunmasını əsassız hesab edir. Yəni məhkəmə hesab edir ki, iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunması barədə qəbul etdiyi əmr əsassızdır. Məhkəmə cavabdehin nümayəndəsinin və vəkilinin iddia müddətinin ötürülməsi ilə əlaqədar iddianın rədd edilməsinə dair dəlillərinə qiymət verərək aşağıdakıları qeyd edir. AR Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin 1-ci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən bir təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirmədən bilə-bilə qəsdən pozulduğu gündür. AR Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci bəndinə əsasən bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxud qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək, mübahisəyə mahiyyəti üzrə baxa bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı işdən azad olunduğu 15.11.2021-ci il tarixdən sonra məhkəməyə müraciət etməzdən əvvəl qanunun yeni qəbul edilmiş müddəasına uyğun mübahisənin məhkəmədənkənar həlli qaydasına riayət etmişdir. Belə ki, iddiaçı ilkin olaraq əmək mübahisəsinin həll edilməsinə dair mediasiya prosesinin tətbiqi barədə təklifi 10.12.2021-ci il tarixdə işəgötürənə göndərmiş (bu hal iddiaçı tərəfindən məhkəməyə təqdim olunan qəbzlərlə təsdiq olunur), mediasiya prosesi 25.01.2022-ci ildə bitmiş, bununla əlaqədar mediasiya prosesində xitam verilməsi barədə həmin tarixdə protokol tərtib edilmişdir. AR “Mediasiya haqqında” Qanununun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının işdən azad olunduğu 15.11.2021-ci il tarixdən mediasiya prosesinin davam etmə müddəti də nəzərə alınmaqla mediasiya prosesinin başa çatdıqdan sonra məhkəməyə müraciət etmək üçün iddiaçının 5 gün vaxtı qalmışdır. Məhkəmə qeyd edir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir.Belə ki,potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Konstitusiya Məhkəməsinin qərarlarında formalaşan hüquqi mövqeyə görə şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır ( MM-in 375.1 və 375.2 maddələri). Bununla belə, məhkəmə Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab edir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları). Yuxarıda qeyd edildiyi kimi iddiaçının işdən azad olunduğu tarixdən və mediasiya prosesi başa çatdığı vaxtdan – 25.01.2022-ci il tarixdən onun məhkəməyə müraciət etmək üçün 5 günü qalmışdır. İddiaçı elektron məhkəmə sistemi vasitəsi ilə işə bərpa tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri 29.01.2022-ci il tarixdə, yəni qanunda nəzərdə tutulmuş 1 aylıq müddət ötürülmədən məhkəməyə göndərmişdir. Lakin elektron qaydada göndərilən iddia ərizəsində iddiaçı kimi M.L.Malynovskyi göstərilməsinə baxmayaraq e-sistem həmin şəxsin xarici vətəndaş olduğu üçün texniki yanlışlıq ucbatından iddiaçı və nümayəndə kimi M.L.Malynovskyinin vəkilini qeydə almışdır. Bu da həmin iş üzrə icraat zamanı bütün sənədlərdə M.L.Malynovskyinin deyil, onun vəkilinin adının göstərilməsi ilə nəticələnməli idi. Bu hal məhkəmə icraatına elektron sistem vasitəsi ilə göndərilən iddia ərizəsi daxil olduqdan sonra aşkara çıxarılmış, iddiaçının vəkili məcburiyyət qarşısında qalıb ərizəni kağız daşıyıcılarda məhkəməyə təqdim etmək üçün geri götürmüş və həmin tarixdə də məhkəməyə kağız daşıyıcılarda təqdim etmişdir. Yəni 2-ci dəfə məhkəmə icraatına daxil olan iddiaçının ərizəsi 3 gün müddət ötürülməklə verilmiş görüntüsü yaratmışdır. Məhkəmə cavabdehin nümayəndəsinin və vəkilinin həmin müddətin üzrsüz səbəbdən ötürülmə əsası ilə iddianın rədd edilməsi barədə dəlillərini əsassız hesab edir. Belə ki, iddiaçının işə bərpa olunma barədə ərizə verməkdə iradə ifadəsi olmuş, ilkin olaraq məhkəməyə müraciət vaxtında edilmiş, texniki səhv səbəbindən yanlışlıq baş verdiyi üçün iddia ərizəsinin elektron deyil, kağız daşıyıcılarda məhkəməyə müraciət etmək zərurəti yaranmış və bununla bağlı ikinci müraciət 3 gün müddət ötürülməklə edilmişdir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçı qanunda nəzərdə tutulmuş müddət ərzində məhkəməyə müraciət etmiş, ötürülmüş 3 gün müddət isə üzrlü səbəbdən baş vermişdir. Bununla da məhkəmə iddia müddətinin ötürülməsi əsası ilə iddianın rədd edilməsinə dair cavabdehin nümayəndəsinin dəlillərini tam əsassız hesab edir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi barədə qəbul edilmiş əmr ləğv edilməli və iddiaçı əvvəlki vəzifəsinə bərpa edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddiaçının işə bərpa tələbi əsaslı hesab edildiyi üçün, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə tələb də əsaslı hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə…

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh1 X12 Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin (Qanuni təmsilçi Ali Yıldız) X1 işdən azad olunması barədə 15.11.2021-ci il tarixli əmri ləğv edilsin, məcburi işburaxma müddəti üçün X3 əmək haqqı ödənilməklə o, Cavabdeh1 X12 Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin direktoru vəzifəsinə bərpa edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar