Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-581/2024 01.04.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı Əfəndı̇ yev İ̇smayıl Zabı̇ t oğlunun iştirakı ilə, İddiaçı Əfəndı̇ yev İ̇smayıl Zabı̇ t oğlunun cavabdeh Turabov Samı̇ r Turab oğluna qarşı "borc" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təsviri hissə: İddiaçı Əfəndı̇ yev İ̇smayıl Zabı̇ t oğlu cavabdeh Turabov Samı̇ r Turab oğluna qarşı "borc" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borclu olduğu 15.150 manat məbləğində pulun, 135,45 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: İddiaçı xx.xx.1985-ci il tarixdə anadan olmuşdur. Qeyd edir ki, Cavabdeh 2023-ci ilin iyun ayında ondan borc olaraq ilk öncə 150 manat, sonra isə 15 000 manat məbləğində pul istəmişdir. O, ilk öncə Cavabdeh ondan borc olaraq istədiyi 150 manatı vermişdir. Bu məbləğ barədə, məbləğ az olduğu üçün hər hansısa müqavilə imzalamaq ehtiyacı duymamışdır. Lakin Cavabdeh bundan sonra ondan 15000 (on beş min) manat məbləğində borc da istədi. O, bu məbləğ böyük olduğu üçün notarial qaydada müqavilə bağlamağı təklif etmişdir. Nəticədə, onunla Cavabdeh arasında 20 iyun 2023-cü il tarixdə 3M-275 reyestr nömrəli kredit müqaviləsi bağlanmışdır. Bu müqaviləyə görə Cavabdeh xx.xx.2023-cü il tarixədək 15000 (on beş min) manat məbləğində borc öhdəliyi yaranmışdır. Həmçinin qeyd etdiyi kimi bu müqavilədə nəzərdə tutulmuş məbləğdən başqa o, cavabdehə müqavilə bağlanmamışdan qabaq da 150 manat məbləğində əlbəəl olaraq borc vermişdir. Bu məbləğin də ödənilməsi xx.xx.2023-cü il tarixədək yekunlaşmalı idi. Ümumi olaraq ona Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixədək 15150 manat məbləğində pul ödənilməli olsa da, bu məbləğ hələ də ödənilməmişdir və gecikdirilir. xx.xx.2023-cü il tarixdən etibarən qeyd edilən müqavilə və hallarla müəyyən edilmiş icranın gecikdirilməsi nəticəsində 20 iyun 2023-cü il tarixdə bağlanmış, 3M-275 reyestr nömrəli kredit müqaviləsindən irəli gələrək Cavabdeh tərəfindən ona 15150 manat məbləğində əsas borc ödənilməlidir. Lakin müqavilənin icra müddətinin bitdiyi tarixdən uzun müddət keçməsinə baxmayaraq hələ də cavabdeh öz öhdəliyini yerinə yetirmir. O, dəfələrlə qarşı tərəfə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq etdi. Lakin o borcunu ödəməkdən və öhdəliyini yerinə yetirməkdən yayınmışdır. Artıq uzun müddət olduğuna görə o, qanunvericiliyə uyğun olaraq Məhkəməyə müraciət etməyi qərarlaşdırmışdır. Bütün bunlardan görünür ki, cavabdeh öz öhdəliyini vaxtında icra etməmiş və aralarında bağlanmış borc müqaviləsinin şərtlərini pozmuşdur. Nəticədə isə cavabdehin ona 15150 manat məbləğində borc öhdəliyi meydana gəlmişdir. Buna görə də hesab edir ki, Cavabdeh borclu olduğu 15150 manat məbləğində pul tutularaq ona ödənilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı Əfəndı̇ yev İ̇smayıl Zabı̇ t oğlu iddia tələbini müdafiə etmiş və təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh Turabov Samı̇ r Turab oğlu məhkəmə baxış iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - “Borc verən" Əfəndı̇ yev İ̇smayıl Zabı̇ t oğlu ilə "Borc alan" Turabov Samı̇ r Turab oğlu arasında bağlanmış və notariat qaydasında təsdiq edilmiş 20 iyun 2023-cü il tarixli kredit müqavilədən görünür ki, “Borc verən" "Borc alana" 15000 manat 00 qəpik (on beş min manat sıfır qəpik) məbləğində pul borc verir. "Borc alan" krediti xx.xx.2023 tarixinədək “Borc verən” qaytarmağı öhdəsinə götürür. - Əfəndı̇ yev İ̇smayıl Zabı̇ t oğlu tərəfindən Turabov Samı̇ r Turab oğluna ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Turabov Samı̇ r Turab oğlunun 20 iyun 2023-cü il tarixdə bağlanmış, 3M-275 reyestr nömrəli kredit müqaviləsinə görə xx.xx.2023-cü il tarixədək 15000 (on beş min) manat məbləğində borc öhdəliyiniz yaranmışdır. Bu müqavilədə nəzərdə tutulmuş məbləğdən başqa o, Turabov Samı̇ r Turab oğluna müqavilə bağlanmamışdan qabaq da 150 manat məbləğində əlbə-əl olaraq borc vermişdir. Bu məbləğin də ödənilməsi xx.xx.2023-cü il tarixədək yekunlaşmalı idi. Ümumi olaraq Turabov Samı̇ r Turab oğlu tərəfinizdən xx.xx.2023-cü il tarixədək 15150 manat məbləğində pul ödənilməli olsa da, bu məbləğ hələ də ödənilməmişdir və gecikdirilir. xx.xx.2023-cü il tarixdən etibarən qeyd edilən müqavilə və hallarla müəyyən edilmiş icranın gecikdirilməsi nəticəsində 20 iyun 2023-cü il tarixdə bağlanmış, 3M-275 reyestr nömrəli kredit müqaviləsindən irəli gələrək 15150 manat məbləğində əsas borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı Əfəndı̇ yev İ̇smayıl Zabı̇ t oğlu ilə cavabdeh Turabov Samı̇ r Turab oğlu arasında 20 iyun 2023-cü il tarixdə borc müqaviləsi bağlanmış və həmin müqavilə 1 saylı “Asan Xidmət” Mərkəzində notariat qaydasında təsdiq edilmiş və reyestrdə 3M-275 nömrə ilə qeyd edilməklə informasiya sisteminə daxil edilmişdir. Müqavilə şərtlərinə əsasən 15000 manat məbləğində borc borc alana verilmiş, o da xx.xx.2023-cü il tarixədək borcun ödənilməsini öz öhdəliyinə götermüşdür. Hazırda iddiaçı müqavilə üzrə ödənilməli borc məbləğinin ödənilməsini tələb edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki qanunvericiliyə görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Qeyd olunan maddi hüquq normalarına və işin hallarına əsaslanaraq məhkəmə hesab edir ki, cavabdeh yerinə yetirməli olduğu öhdəliyi icra etmədiyi üçün, yəni onun tərəfindən imzalanmış müqaviləyə əsasən qaytarmalı olduğu borcu vaxtında qaytarmadığı üçün, 15000 (on beş min manat) manat məbləğində pul vəsaiti cavabdeh Turabov Samı̇ r Turab oğlundan tutularaq iddiaçı Əfəndı̇ yev İ̇smayıl Zabı̇ t oğluna ödənilməlidir. Məhkəmə onu da qeyd edir ki, cavabdeh iddiaya etirazını bildirməmiş, borcun qismən və ya tam qaytarılması halı məhkəmə araşdırması müəyyən edilməmişdir. Məhkəmə, iddia tələbinin “150 manat məbləğində pulun tutulması” hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı cavabdehə 150 manat məbləğində borc pulu da verdiyini bildirsə də, bu halı təsdiq edən sübut növünü məhkəməyə təqdim etməmişdir. Odur ki, iddia həmin hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Turabov Samı̇ r Turab oğlundan 15.000 (on beş min manat) manat məbləğində pul tutularaq iddiaçı Əfəndı̇ yev İ̇smayıl Zabı̇ t oğluna ödənilməli, həmçinin ödənilmiş dövlət rüsumunun 135 (bir yüz otuz beş) manat hissəsi cavabdeh Turabov Samı̇ r Turab oğlundan tutulub iddiaçı Əfəndı̇ yev İ̇smayıl Zabı̇ t oğluna ödənilməli, xərclərin qalan hissəsi iddiaçıya aid edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Turabov Samı̇ r Turab oğlundan 15.000 (on beş min manat) manat məbləğində pul vəsaiti və 135 (bir yüz otuz beş) manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı Əfəndı̇ yev İsmayıl Zabı̇ t oğlunun xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-581/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-581/2024
01.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver