Məhkəmə qərarları › İş №2(009)-586/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-586/2023

05.04.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-586/2023 05.04.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə Soltan oğlunun iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı məcburi işburaxmaya görə pul kompensasiyasının və dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi məcburi işburaxma dövründə əmək haqqının, məzuniyyət pulu olaraq cəmi 3500 manat, məhkəmə xərcləri olaraq mediasiya prosesinə sərf etdiyi 50 manat, rüsum olaraq ödədiyi 101 manat, hüquqi yardım göstərilməsi ilə bağlı xərclədiyi 50 manat pul, nümayəndəlik etibarnaməsi üçün sərf etdiyi 17 manat, cəmi 218 manat, 3 aylıq müddət ərzində işsizlik və o əmrə görə iş tapa bilmədiyinə görə, bunların nəticəsində çəkdiyi mənəvi məhrumiyyətə görə, yeganə azyaşlı övladını təmin edə bilmədiyi üçün yaşayış minimumu olaraq uşağa və özünə zərf etməli olduğu pul vəsaitini borc aldığına görə 3 aylıq məhrumiyyətin 3000 manat mənəvi ziyan ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında 01 noyabr 2021-ci il tarixdə 299 saylı əmək müqaviləsi bağlanmış və 17 fevral 2022-ci il tarixdə 280/22 saylı əmrlə cavabdeh onunla bağladığı əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin ‘ç’' bəndi ilə xitam verilmişdir. Aylıq əmək haqqısı 1100 (min yüz manat) olmuşdur. Cavabdehlə aralarında danışıqlar və araşdırmalar aparılmış, cavabdehdən AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsnin “a”, 69.1-ci bəndi ilə (tərəflərin birinin təşəbbüsü, işçinin ərizəsi ilə) xitam verilməsi barədə əmr verilməsi xahiş və tələb edilmişdir. Mediasiya prosesindən keçilmiş və arayış əldə edilmişdir. 17 fevral 2022-ci ildən 13 may 2022-ci il tarixinə kimi işdən uzaqlaşdırılmış, nəhayət xx.xx.2022-ci il tarixli 290- 1/22 saylı əmrlə cavabdeh xx.xx.2022-ci il tarixli 290/22 saylı əmri etibarsız hesab etmiş, onunla bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən etibarən Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işəgötürən və işçinin qarşılıqlı razılığı ilə xitam verilmiş hesab edilmişdir. Həmin əmrin verilməsinə səbəb onun xx.xx.2022-ci il tarixli ərizəsi olmuşdur. Nəticə etibarilə onunla əmək müqaviləsinə 13 may 2022-ci il tarixli əmrlə fərqli maddə ilə xitam verilsə də, (bəraətverici əsaslarla, AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndininn əsasları təsdiq edilməməklə) xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi məcburi işburaxmaya yol verilmiş, hüquqları pozulmuşdur. Hesab edir ki, məcburi işburaxma dövrü üçün cavabdeh tərəfindən ona aylıq vəzifə maaşı məbləğində, eləcə də həmin dövr üzrə istifadə edilməmiş məzuniyyət haqqı olaraq cəmi 3500 (üç min beş yüz) manat pul ödənilməlidir. Eləcə də, cavabdeh məhkəmə xərcləri olaraq mediasiya prosesinə sərf etdiyi 50 manat, rüsum olaraq ödədidiyi 101 manat, hüquqi yardım göstərilməsi ilə bağlı xərclədiyi 50 manat pul, nümayəndəlik etibarnaməsi üçün sərf etdiyi 17 manat, 3 aylıq müddət ərzində işsizlik və o əmrə görə iş tapa bilmədiyinə görə, bunların nəticəsində çəkdiyi mənəvi məhrumiyyətə görə, yeganə azyaşlı övladını təmin edə bilmədiyi üçün yaşayış minimumu olaraq uşağa və özünə sərf etməli olduğu pul vəsaitini borc aldığına görə 3 aylıq məhrumiyyətini 3000 (üç min) manat qiymətləndirir. 07 mart 2023-cü il tarixdə iddiaçı məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq bildirmişdir ki, nəzərə alaraq ki, xx.xx.2022-ci il tarixdən sonra iradəsinə zidd olaraq işdən azad edilmiş, 13 iş gününə görə və 10 məzuniyyət günü hesabı ilə ona son haqq hesab ödənilmişdir, hesab edir ki, cavabdeh ona 13 iş günü işlədiyi və xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixə kimi məcburi olaraq işburaxdığı dövr üzrə ayda 1100 manat əmək haqqı hesabı ilə əmək haqqısını ödəməlidir. Belə ki, cavabdeh sonradan xx.xx.2022-ci il tarixdə onu işə bərpa edərək başqa maddə ilə, yəni əmrində qeyd edilən maddəni dəyişərək qarşılıqlı razılaşma ilə onu işdən azad edib, arada qalan 3 ay müddət ərzində iradəsinə zidd iş buraxdığı dövr üzrə ayda 1100 manat əmək haqqı hesablanmaqla 3300 manat ödənilməmiş əmək haqqı hesablanması; Nəzərə alaraq 1 ay sonra, yəni 2022-ci ilin dekabr ayına kimi əmək haqqısı 1200 manat olmuş, sonradan aşağı vəzifəli işə keçirilmiş və əmək haqqısı azaldılmışdır, 10 günlük məzuniyyət hesablanarkən əmək haqqısının əvvəl yüksək olması, eləcə də məzuniyyət günü hesablanarkən cəmi xx.xx.2021-ci ildən xx.xx.2002-ci il tarixədək iş dövrü nəzərə alaraq məzuniyyət hesablanmışdır, halbuki cavabdeh məzuniyyət hesablayarkən xx.xx.2021-ci ildən xx.xx.2022-ci il tarixədək 6,5 il üçün məzuniyyət günü hesablamalı və əmək haqqısının ilk iş ayı yüksək, yəni 1200 manat olmasını nəzərə almamışdır, hesab edir ki, mütəxəssis olmağını nəzərə alaraq 30 günlük məzuniyyət qanunla nəzərədə tutulduğundan ona 10 gün üçün deyil 16 gün üçün əmək məzuniyyəti hesablanması; Məhkəmə xərcləri olaraq mediasiya prosesinə sərf etdiyi 50 manat, rüsum olaraq ödədiyi 101 manat, hüquqi yardım göstərilməsi ilə bağlı xərclədiyi 50 manat pul, nümayəndəlik etibarnaməsi üçün sərf etdiyi 17 manat cəmi 218 manat məhkəmə xərcləri ödəməsi; 3 (üç) aylıq müddət ərzində işsizlik və o əmrə görə iş tapa bilmədiyinə görə, bunların nəticəsində çəkdiyi mənəvi məhrumiyyətə görə, yeganə azyaşlı övladını təmin edə bilmədiyi üçün yaşayış minimumu olaraq uşağa və özünə sərf etməli olduğu pul vəsaitini borc aldığına görə 3 aylıq mənəvi məhrumiyyət əvəzi olaraq 3000 (üç min) manat mənəvi ziyan ödənilməsi barədə qənamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəsini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə Soltan oğlu iddianı qəbul etməyərək, onun əsassız olduğu üçün təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, İddiaçı şirkətdə 1 noyabr 2021-ci il tarixindən etibarən İnsan Resursları departamentində işə qəbul üzrə mütəxəssis vəzifəsində işləyirdi. Əsas əmək funksiyası vakant iş yerlərinə namizədlər arasında yeni işçilərin seçilməsindən və işə qəbul edilməsindən ibarət idi. Məlumat üçün bildirir ki, vakant yerlərə işçilərin qəbulu üçün şirkət bir çox işədüzəltmə şirkətləri ilə əməkdaşlıq edir. Bildiklərinə görə, həmin şirkətlər onların vasitəsilə işə düzələn şəxslərdən müqavilə əsasında komissiya şəklində xidmət haqqı alır. 2022-ci ilin fevral ayında şirkətə işə yeni qəbul edilmiş bir sıra işçilər şikayət edərək bildirmişlər ki, İddiaçı yuxarıda qeyd olunan komissiyanı işədüzəltmə şirkətinə yox, onlara təqdim etdiyi hesaba köçürməyi tələb edir. Bu məsələ ilə bağlı şirkətdə araşdırma aparıldı, İddiaçı ittihamları qismən qəbul etməsə də, şikayətlərin çox olduğu üçün bu məsələnin həllində yeni qəbul edilmiş işçilərin ifadələri qərar qəbul edilərkən əsas götürülmüşdür. Beləliklə, nəzərə alaraq ki, şirkətin işçisinin bu cür natəmiz hərəkətləri şirkətin öz işgüzar nüfuzuna birbaşa xələl gətirir, İddiaçı 17 fevral 2022-ci ildə 290/22 saylı əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə işdən azad edilmişdir. 13 may 2022-ci ildə İddiaçı şirkətlərinə müraciət edərək işdənçıxma əsasını - Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinin dəyişdirilməsini xahiş etmişdir. Eyni zamanda müraciət ərizəsində iddiaçı öz təqsirini qismən tanımış və üzr istəmişdir. Həmin ərizədə həmçinin bildirmişdir ki, şirkətlərinə qarşı hər-hansı şikayəti yoxdur və gələcəkdə heç bir iddia tələbini irəli sürməyəcəyini vəd etmişdir. İddiaçı səmimiyyətinə inanaraq, onun ərizəsinə əsasən 13 may 2022-ci il tarixli 290-1/22 saylı əmrlə əvvəlki əmr etibarsız sayılmış və 17 fevral 2022-ci ildə işdənçıxma əsası həmin əmrdə Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə dəyişdirildi. Beləliklə, şirkət tərəfindən hər-hansı qərar qəbul edilərkən qanun çərçivəsində hərəkət edilmiş və iddiaçının hər-hansı hüququnu pozmamışlar. Əksinə iddiaçıya köməklik məqsədilə özünün xahişinə əsasən ona güzəşt etmişlər. İddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ona əsaslanıb ki, güya şirkət xx.xx.2022-ci il tarixli əmrlə İddiaçı ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılması barədə əmrini etibarsız hesab edərək onu işə bərpa etmişdir. Halbuki xx.xx.2022-ci il tarixli əmrdə ancaq ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ƏM-nin 75-ci maddəsinin “a” bəndinə dəyişdirilib, işdən çıxma tarixi əvvəlki kimi xx.xx.2022-ci il qalmışdır. Əmrdə bir kəlmə də olsa, işə bərpa haqqında yazılmamışdır, şirkət işdən çıxmanın hüquqi əsasını iddiaçının ərzəsi əsasında ona güzəşt edərək dəyişmişdir. Həmin ərizədə İddiaçı təqsirini etiraf edib üzrxahlıq istəyərək qeyd olunan qaydada ancaq maddələlərin dəyişdirilməsini xahiş etmiş və başqa iddiası olmamasını bildirmişdir. Bundan başqa, iddiaçı ərizədə gələcəkdə də bu məsələ ilə bağlı hər hansı iddia irəli sürməyəcəyini vəd edilmişdir. Beləliklə iddiaçının verdiyi ərizə əyani subut edir ki, şirkət tərəfindən iddiaçının hüquqları pozulmamışdır, əksinə iddiaçı öz sözündə durmamış, qarşılıqlı razılığa görə üzərinə götürdüyü öhdəliklərini pozmuşdur. Həmçinin iddianın özündə də ziddiyətlər var. Bir tərəfdən xx.xx.2022-ci il tarixli əmrlə işə bərpa olunduğu iddia olunur, digər tərəfdən işsiz qaldığı üçün mənəvi ziyana görə kompensasiya tələb edilir. Beləliklə baxılan iddia tələbləri uydurmadır, o cümlədən iddiada təsbit olunan əmək haqqı və mənzuniyyət məbləğləri. İddiaçıya son haq-hesab ƏM-nin 140, 144, 157, 177-ci maddələrəinə uyğun hesablanaraq iddiaçıya ödənilmişdir. Qaldı ki, mənəvi ziyana, məbləğindən asılı olmayaraq bu tələb nə yuxarıda qeyd etdiyi işin faktiki hallarına, nə də Mülki Məcəllənin 23 maddəsinin və Konstitusiya Məhkəməsinin 24 aprel 2020-ci il tarixli qərarının tələblərinə uyğun gəlmir. Odur ki, qeyd olunanlara əsasən İddiaçı şirkətə qarşı irəli sürdüyü iddia tələblərinin nə hüquqi, nə də mənəvi əsası yoxdur. Ona görə də, hesab edir ki, iddia əsassızdır. Digər tərəfdən, baxılan iddia tələbləri o cümlədən əmək müqaviləsinin ləğvi, əmək haqqı, mənzuniyyət pulunun, mənəvi ziyanın məbləğinin hesablanması və ödənilməsi ƏM-nin 288-ci maddəsinin normalarının təsiri altına düşərək fərdi əmək mübahisəsi hesab olunur. ƏM-nin 296-cı maddəsinin 2-ci hissəsinə görə bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Baxılan mübahisə iddiaçı ilə bağlanan əmək müqaviləsinin 17 fevral 2022-ci ildə əmrlə ləğv edilməsi ilə bağlı olduğunu və beləliklə iddia müddətinin İddiaçı tərəfindən ötürüldüyünü nəzərə alaraq Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən iddia müddətinin tətbiq edilərək iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, aşağıdakılara görə iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan Cavabdeh MMC-nin Əmək müqaviləsinə xitam verilməsi haqqında 290/22 saylı, 17 fevral 2022-ci il tarixli əmrindən görünür ki, işə qəbul üzrə mütəxəssis vəzifəsində çalışan İddiaçı ilə bağlanmış 299 saylı, xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xx.xx.2022-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Əmrin verilməsinə əsas kimi İddiaçı xx.xx.2022-ci il tarixli ərizəsi, İnsan Resursları üzrə mütəxəssis X5 tərəfindən verilmiş təqdimat, əlaqəli digər şəxslərin izahatları göstərilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin İnsan Resursları üzrə mütəxəssis X5 tərəfindən Cavabdeh MMC-nin direktoru Şahin Qarayevə ünvanlanmış xx.xx.2022-ci il tarixli təqdimatdan görünür ki, aldığı məlumatlara əsasən aparılan yoxlamalar nəticəsində müəyyən olunmuşdur ki, ''SSİ Retail" MMC-də işə qəbul üzrə mütəxəssis vəzifəsində çalışan İddiaçı vətəndaşları işə qəbul edərkən qanuna zidd əməllərə yol vermiş və nəticədə şirkətin işgüzar nüluzuna ciddi xələl gətirmişdir. Belə ki, satıcı vəzifəsində çalışan X6 verdiyi izahatında bildirmişdir ki, o, "Miracle” işədüzəltmə şirkəti vasitəsilə "xxxx" MMCyə işə qəbul olunmuşdur. Aralarında bağlanmış müqaviləyə əsasən, o, işədüzəltmə şirkətinə ilk əmək haqqının 50% miqdarında komissiya ödəməli idi. Lakin işə qəbul olunduqdan sonra İddiaçı onu inandırmağa çalışırdı ki, onun namizədliyi digər şirkət tərəfindən irəli sürülmüş və təqdim etdiyi 055 *** ** ** telefon nömrəsi ilə naməlum şəxslərlə əlaqə saxlayaraq onların dediyi bank hesabına komissiyanı köçürməyi təlqin etmişdir. Həmçinin komissiyanın miqdarının 50% əvəzinə 35% təyin edilməsini İddiaçı ona vəd etmişdir. Cəmiyyətdə nəzarətçi vəzifəsində çalışan X7, anbardar vəzifəsində çalışan X1, və satıcı vəzifəsində çalışan X2 verdiyi izahatlarında bildirmişlər ki, "xxxx" MMC-yə "Lezard" işədüzəltmə şirkəti vasitəsilə işə qəbul olunmuşlar. "Lezard" şirkəti ilə işçilər arasında bağlanmış müqavilənin şərtlərinə görə ilk əmək haqqının 50% miqdarında "Lezard" şirkətinə komissiya ödəməli idilər. Eyni qaydada İddiaçı onlara 055 *** ** ** nömrəsi ilə əlaqə saxlayaraq pulu həmin nömrədən təqdim ediləcək bank kartının hesabına ödəməli olduqlarını bildirmişdir. Həmçinin onlara komissiyanın 50% əvəzinə 25% təyin edilməsini vəd etmişdir. Eyni məzmunlu izahatları satıcı vəzifəsində çalışan X4 və X3 da araşdırma zamanı vermişlər. Beləliklə şirkətə heç bir aidiyyəti olmayan işədüzəltmə şirkətləri və namizədlərin arasında yaranmış münasibətlərə əsassız müdaxilə edərək, naməlum maraqlar naminə İddiaçı öz vəzifə səlahiyyətlərini aşaraq, onlardan sui-istifadə edərək işçilər tərəfindən ödənilən pul məbləğlərini sahibi müəyyən olunmayan bank hesabına köçürülməsinə məcbıır etmişdir. İddiaçı verdiyi izahatında dolayısı ilə törətdiyi əməlləri etiraf etsə də, özünü qeyri-səmimi apararaq, öz marağının olmadığını və işçilərin xeyrinə bu hərəkətləri etdiyini bildirmişdir. Bunları nəzərə alaraq, baş vermis hadisəyə və işə qəbul üzrə mütəxəssis vəzifəsində çalışan İddiaçı əməllərinə münasibət bildirilməsi xahiş olunmuşdur. İş materiallarında olan Cavabdeh MMC-nin İşdən azad olunmasının əsaslarının dəyişdirilməsi barədə 290-1/22 saylı, 13 may 2022-ci il tarixli əmrindən görünür ki, Cavabdeh MMC-də İşə qəbul üzrə mütəxəssis vəzifəsində çalışmış İddiaçı xx.xx.2022-ci il tarixli ərizəsini nəzərə alaraq, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli 290/22 nömrəli əmr etibarsız hesab edilmişdir. İddiaçı ilə bağlanmış 299 saylı, xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixindən etibarlı olmaqla Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, işə götürənin və işçinin qarşılıqlı razılığı ilə xitam verilmiş hesab edilmişdir. Əsas kimi İddiaçı xx.xx.2022-ci il tarixli ərizəsi göstərilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh MMC-nin direktoru Şahin Qarayevə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, o, Cavabdeh MMC-də işə qəbul üzrə mütəxəssis vəzifəsində işləyərkən müəyyən işədüzəltmə şirkətləri vasitəsilə işə qəbul olunmuş şəxslərə onların namizədliyinin digər şirkət tərəfindən irəli sürüldüyünü, digər bank hesabına ödəniş etmələrini söyləmişdir, amma məqsəd sirkətin nüfuzunu korlamaq olmamışdır. Son etdiyi göstərilən bu əmələ görə peşmandır, üzrxahlığı qəbul edilsin. İşlədiyi müddətdə işini vicdanla yerinə yetirmişdir. Son etdiyi bu yazılan əmələ görə şirkət onu Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə tutduğu vəzifəsindən 2022-ci ilin fevral ayının 17-də işdən azad etmişdir. Etdiyi yazılan bu əmələ görə peşmandır və şirkətə qarşı bundan sonra şikayətlərə, iddialara və digər əməllərə yol verilməməsinə söz verir. Əlavə olaraq şirkətə qarşı heç bir mənəvi tələb və iddialar irəli sürməyəcək. Etirafını nəzərə alaraq əmr və əmək kitabçasında dəyişikliklər edərək işdən azad edilmənin əsasını Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi olaraq göstərilməsini xahiş etmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin direktoru Şahin Qarayev tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, onun müraciətinə şirkətdə baxılmışdır. Cavab olaraq bildirilir ki, 17 fevral 2022-ci ildə 280/22 №-li əmrlə onunla bağlanmış əmək müqaviləsinə xitam verərək, son iş günündə son haqq-hesabı ödənilmiş, təhvil verilməsi üçün əmək kitabçası və qanunla nəzərdə tutulmuş digər sənədlər hazırlanmışdır. Bu barədə onu xəbərdar etmişlər, gəlmədiyi üçün ünvanına yazılı bildiriş də göndərilmişdir. Onun ƏM-nin 70-ci maddəsinin "ç" bəndinə əsasən işdən azad edilməsinə dair qeyd edilir ki, buna səbəb rəhbərliyin təşşəbbüsü yox, işçilərin çoxsaylı ərizə və şikayətləri olmuşdu. Onların haqlı iradlarını, ərizələrini ona təqdim etmişlər. Aparılan araşdırmalar nəticəsində onun tərəfdən köbud pozuntulara yol verilməsi faktı öz təsdiqini tapmışdır. "xxxx" şirkəti "Sinteks" şirkətlər qrupuna daxildir və Azərbaycanın geyimlərin parakəndə ticarəti ilə məşğul olan ən iri şirkətlərindən biridir. Qeyd olunan fəaliyyət sahəsində kifayət qədər böyük işgüzar nufuza malik olan şirkət kimi işçilərinə, əməkdaşlıq etdiyi digər şirkətlərə qarşı onların qanuni maraqlarını, hüquqlarını pozan, şirkətin adına ləkə gətirən hərəkətlərə yol verilməzdir və buna görə şirkətdə baş vermiş hər hansı pozuntuların qarşısı dərhal alınır. Bununla bərabər bildirilir ki, onun vəziyyətini ağırlaşdırmamaq məqsədi ilə onun yol verdiyi səhvləri etiraf edən yazılı müraciəti olduğu halda, şirkət əmək müqaviləsinə tərəflərin qarşılıqlı razılığı ilə xitam verilməsinə, yəni ƏM-nin 70-ci maddəsinin "ç" bəndini 75-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə dəyişməsinə öz razılığını bildirir. İş materiallarında olan Cavabdeh MMC-nin arayışından görünür ki, İddiaçı Əhməd qızı həqiqətən Cavabdeh MMC-də İşə qəbul üzrə baş mütəxəssis işləyib. Cavabdeh MMC-də xx.xx.2021-xx.xx.2022 ərzində əmək haqqı aşağıdakı şəkildə olmuşdur: 2021-ci ilin noyabr ayı - 1185.75 manat hesablanmış əmək haqqı, mükafat 128.99 manat, cəmi hesablanmış əmək haqqı 1314.74 manat; 2021-ci ilin dekabr ayı - 1206.09 manat hesablanmış əmək haqqı, mükafat 134.02 manat, cəmi hesablanmış əmək haqqı 1340.11 manat; 2022-ci ilin yanvar ayı - 1206.09 manat hesablanmış əmək haqqı, mükafat 134.02 manat, cəmi hesablanmış əmək haqqı 1340.11 manat; 2022-ci ilin fevral ayı - 659.21 manat hesablanmış əmək haqqı, mükafat 73.25 manat, 438.04 manat son haqq-hesab (istifadə olunmamış məzuniyyət, cəmi hesablanmış əmək haqqı 1170.50 manat. İddia ərizəsindən və ona dəqiqləşmə ərizəsindən göründüyü kimi, iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh şirkətin xx.xx.2022-ci il tarixli əmri ilə iradəsinə zidd olaraq işdən azad edilmiş, sonradan cavabdeh xx.xx.2022-ci il tarixdə onu işə bərpa edərək, başqa maddə ilə, yəni əmrində qeyd edilən maddəni dəyişərək qarşılıqlı razılaşma ilə onu işdən azad etmişdir və nəticədə cavabdeh tərəfindən ona 13 iş günü işlədiyi və xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixə kimi məcburi olaraq işburaxdığı dövr üzrə əmək haqqı, məzuniyyət günlərinin əvəzi olaraq kompensasiya ödənilməmiş, ona maddi və mənəvi ziyan dəymişdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olunmuşdur ki, iddiaçı əmək müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixdən cavabdeh şirkətin İnsan Resursları üzrə departamentində işə qəbul üzrə mütəxəssis vəzifəsində işləmiş və 290/22 saylı, 17 fevral 2022-ci il tarixli əmrlə iddiaçı ilə bağlanmış 299 saylı, xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xx.xx.2022-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İddiaçıya son haqq-hesab verilmişdir. İddiaçı 13 may 2022-ci il tarixdə ərizə ilə cavabdeh şirkətə müraciət edərək, əməlinə görə etirafını nəzərə alaraq əmr və əmək kitabçasında dəyişikliklər edərək işdən azad edilmənin əsasını Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi olaraq göstərilməsini xahiş etmişdir. Bundan sonra, şirkət əmək müqaviləsinə tərəflərin qarşılıqlı razılığı ilə xitam verilməsinə, yəni ƏM-nin 70-ci maddəsinin "ç" bəndini 75-ci maddəsinin 2ci hissəsinin “a” bəndinə dəyişməsinə öz razılığını bildirmişdir. Cavabdeh MMC İşdən azad olunmanın əsaslarının dəyişdirilməsi barədə 290-1/22 saylı, 13 may 2022-ci il tarixli əmrlə İddiaçı xx.xx.2022-ci il tarixli ərizəsini nəzərə alaraq, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli 290/22 nömrəli əmri etibarsız hesab etmiş, İddiaçı ilə bağlanmış 299 saylı, xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixindən etibarlı olmaqla Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, işə götürənin və işçinin qarşılıqlı razılığı ilə xitam verilmiş hesab edilmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Göründüyü kimi həm mülki-prosessual qanunvericiliyin tələblərində, həm də insan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında işə baxılarkən tərəfin istinad etdiyi halların və faktların sübut edilməsi olduqca mühüm əhəmiyyətə malikdir. Eyni zamanda qanunvericilik məhkəmənin üzərinə təqdim edilmiş sübutları düzgün araşdırmaq və irəli sürülmüş dəlillərə təqdim edilmiş sübutlar əsasında hüquqi qiymət öhdəliyi qoyur ki, bu da təqdim edilmiş sübutların mötəbər, kifayət qədər güclü və aydın olmasını tələb edir. Bununla yanaşı, iddiaçı cavabdehin xx.xx.2022-ci il tarixli əmrlə onu Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad etdikdən sonra, xx.xx.2022ci il tarixdə başqa əmrlə onu işə bərpa etməsi və yenidən onu artıq Əmək Məcəlləsinin 75ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən azad etməsi nəticəsində xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi məcburi işburaxmaya yol verilməsi və bununla bağlı ona maddi və mənəvi ziyan vurulmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə, iş üzrə müəyyən olunmuş hallara qiymət verərək, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı məcburi işburaxmaya görə pul kompensasiyasının və dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə cavabdeh şirkət tərəfindən iddiaçının hüquqlarının pozulmadığı və ona qarşı qanunsuzluğa yol verilmədiyi qənaətinə gəldiyindən, iddiaçının mənəvi zərərin ödənilməsi tələbini də əsassız hesab edir. Məhkəmə iddia müddətinin tətbiq edilməsi barədə cavabdehin ərizəsi ilə bağlı bildirir ki, iddia müddətinin tətbiqinə əsaslar yoxdur, belə ki, AR Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsi ilə müəyyən edilmiş müddət iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etdiyi dövrə keçməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4 maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı məcburi işburaxmaya görə pul kompensasiyasının və dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X12

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar